AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” 3 2017

Təyyar BAYRAMOV

                                                                        AMK-nın baş müəllimi

Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7

 

 

UOT:781,7

 

MUĞAM IFAÇILIĞI SƏNƏTININ FORMALAŞMASINDA

MIR MÖHSÜN NƏVVABIN ROLU

 

Xülasə: Çoxşaxəli istedad sahibi olan Mir Möhsün Nəvvab Azərbaycan musiqi elmində dərin iz buraxmış, muğam ifaçılığının nəzəri və praktiki əsaslarını işləyib hazırlamış görkəmli musiqişünas alimdir. Məqalədə onun yaradcılığının muğam ifaçılığı sənətinə təsiri məsələləri əksini tapmışdır.

Açar sözlər: Mir Möhsün Nəvvab, “Məclisi-fəramuşan”, muğam, xanəndə, muğam ifaçısı, təsnif, dəstgah

 

Nəv­vab Mir Möh­sün ibn Ha­cı Se­yid Əh­məd Qa­ra­ba­ği Azər­bay­can ta­ri­xi­nə alim və pe­da­qoq, şa­ir və mu­si­qi­şü­nas, rəs­sam və xət­tat ki­mi da­xil olub, zə­ma­nə­si­nin gör­kəm­li şəx­siy­yət­lə­rin­dən bi­ri ki­mi ta­nı­nıb. Onun mil­li ənə­nə­lə­rə sıx bağ­lı olan ya­ra­dı­cı­lı­ğı Azər­bay­can mə­də­niy­yə­ti ta­ri­xi­nin par­laq sə­hi­fə­lə­rin­dən bi­ri­ni təş­kil edir. Müx­tə­lif sa­hə­lə­rə – rəs­sam­lıq, xət­tat­lıq, mu­si­qi, ri­ya­ziy­yat, kim­ya və ast­ro­no­mi­ya­ya aid  20-dən çox əsə­ri olan Mir Möh­sün Nəv­vab Azər­bay­can mə­də­niy­yə­tin­də özü­nə­məx­sus iz qoy­muş­dur. Onun zən­gin və çox­şa­xə­li fəa­liy­yə­ti, el­mi fi­kir­lə­ri və araş­dır­ma­la­rı tək­cə Azər­bay­can­da de­yil, onun hü­dud­la­rın­dan kə­nar­da da məh­şur­laş­mış­dır.

Ta­nın­mış pe­da­qoq və ali­min etik gö­rüş­lə­ri onun “Ki­fa­yə­tül-Ət­fal”, “Nu­rül-Ən­var” və “Pənd­na­mə” ki­mi ki­tab­la­rın­da öz ək­si­ni ta­pib. Mir Möh­sün Nəv­vab mu­si­qi­yə həsr et­di­yi məş­hur trak­ta­tı – “Vü­zu­hül-Ər­qam” ri­sa­lə­sin­də ay­rı-ay­rı mu­ğam­la­rın, bə­zi dəst­gah­la­rın mən­şə­yi və on­la­rın ad­la­rı­nın kö­kü haq­qın­da mə­sə­lə­lə­ri araş­dı­rıb, mu­ğam­la­rın şe­ir mətn­lə­ri ilə əla­qə­si, ifa­çı ilə din­lə­yi­ci­nin qar­şı­lıq­lı mü­na­si­bət­lə­ri, akus­ti­ka ba­xı­mın­dan op­ti­mal yer­ləş­mə­si prob­lem­lə­ri­nə to­xu­nub.  Öz əsə­rin­də Qa­ra­bağ­da mə­lum olan al­tı dəst­ga­hın – “Rast”, “Ma­hur”, “Şah­naz”, “Rə­ha­vi” ya­xud “Rə­hab”, “Ça­har­gah” və “Nə­va” dəst­gah­la­rı­nın adı­nı çə­kib. Bun­dan baş­qa alim Qa­ra­bağ mu­si­qi­çi­lə­ri tə­rə­fin­dən ifa olu­nan 82 mu­ğa­mın da adı­nı qeyd edib (5).

Mir Möh­sün Nəv­va­bın tə­şəb­bü­sü ilə açıl­mış “Üsu­li-cə­did” mək­təb­lə­rin­də əv­vəl­ki di­ni mək­təb­lər­dən fərq­li ola­raq ədə­biy­yat, ta­rix, coğ­ra­fi­ya və di­gər fən­lər­dən dərs­lər ke­çi­ri­lir­di. O özü də bu mək­təb­lər­dən bi­rin­də dərs de­yir­di. Məş­hur mu­si­qi-te­atr xa­di­mi C.Bağ­dad­bə­yo­vun Mir Möh­sün Nəv­va­bın fəa­liy­yə­ti ilə əla­qə­dar mək­təb xa­ti­rə­lə­ri ol­duq­ca ma­raq­lı­dır. O, hə­min xa­ti­rə­lər­də ya­zır­dı: “Mən uşaq ikən köh­nə mol­la mək­tə­bin­də nov­ruz bay­ra­mı­na 3-4 gün qal­mış şa­gird­lə­rə şe­ir­lə ya­zıl­mış və qı­raq­la­rı şə­kil­lər­lə bə­zə­dil­miş, əl mət­bəə­lə­rin­də çap olun­muş və­rəq­lər pay­la­yır­dı­lar. Mək­təb­lər­də şə­kil çək­mək di­nin gös­tə­ri­şi­nə gö­rə qa­da­ğan olun­du­ğun­dan, uşaq­lar kə­tə pay­la­yan gü­nü həs­rət­lə göz­lə­yir­di­lər. Məz­kur kə­tə­lə­rin şə­kil­lə­ri­ni Nəv­vab özü çə­kib, daş ça­pın­da ha­zır edib, Şu­şa­nın bü­tün mək­təb­lə­ri­nə pay­la­yır­dı” [2].

Mir Möh­sün Nəv­va­bın ya­rat­dı­ğı “Məc­li­si-fə­ra­mu­şan” məc­li­si­nə Ab­dul­la bəy Asi, Fat­ma xa­nım Kə­mi­nə, Mə­şə­di Əy­yub Ba­ki, Hə­sə­nə­li xan Qa­ra­ba­ği, Ab­dul­la Hə­sən Şa­hid, Mir­zə Xos­rov və di­gər şa­ir­lər da­xil idi. On­lar həm bir-bir­lə­ri ilə, həm də 1872-ci il­də Şu­şa­da ya­ran­mış və Xur­şud­ba­nu Na­tə­va­nın rəh­bər­lik et­di­yi “Məc­li­si-üns” ədə­bi məc­li­si­nin üzv­lə­ri ilə şe­ir­lə­şir­di­lər. Mir Möh­sün Nəv­va­bın özü Hə­sə­nə­li xan Qa­ra­ba­ği, Mir­zə Ələs­gər Növ­rəs, Fat­ma xa­nım Kə­mi­nə, Mə­şə­di Əy­yub Ba­ki, Xə­lil Ab­dul­la, Mir­zə Mux­tar Ka­şi­di və di­gər şa­ir­lər­lə, elə­cə də Xur­şud­ba­nu Na­tə­van­la şe­ir­lə­şir­di. O, Na­tə­va­nın oğ­lu­nun ölü­mü­nə bir şe­ir də yaz­mış­dır.

Nəv­va­bın ya­rat­dı­ğı “Məc­li­si-fə­ra­mu­şan”ın üzv­lə­ri Azər­bay­ca­nın di­gər şə­hər­lə­rin­də olan məc­lis­lə­rə, o cüm­lə­dən Şa­ma­xı­da­kı “Bey­tüs-sə­fa” (bu məc­lis­lə­rə məş­hur şa­ir Se­yid Əzim Şir­va­ni rəh­bər­lik edir­di), Ba­kı­da­kı “Məc­mua-şüa­ra” və di­gər məc­lis­lər­lə əla­qə sax­la­yıb şe­ir­lə­şir­di­lər. Onun ya­ra­dı­cı­lı­ğı­nın əsas his­sə­lə­rin­dən bi­ri mu­si­qi ilə bağ­lı idi. İn­cə­sə­nə­tin bir çox növ­lə­ri­nin bi­li­ci­si olan M.M.Nəv­vab mu­si­qi el­mi­mi­zin in­ki­şa­fı­na öz töh­fə­si­ni ver­miş­dir. Bu onun bə­dii ya­ra­dı­cı­lı­ğın­da da özü­nü gös­tə­rir.

Nəv­va­bın “Kəş­fül-hə­qi­qe­yi-məs­nə­vi” əsə­rin­də (bu ki­tab ba­rə­də Zem­fi­ra Sə­fə­ro­va­nın “Min Möh­sün Nəv­vab  və onun “Vü­zu­hül-Ər­qam” ri­sa­lə­si” baş­lıq­lı ön sö­zün­dən (3, s. 3-34) mə­lu­mat al­maq müm­kün­dür) iki he­ka­yə­də mu­si­qi­ni əy­lən­cə sa­yan, onun qay­da-qa­nun­la­rın­dan xə­bər­siz olan­lar gü­lüş hə­də­fi­nə tu­tul­muş­dur. Hə­min he­ka­yə­lər­dən bi­rin­də de­yi­lir: “Bir xan mu­si­qi el­mi­ni ka­mil bi­lən ma­hir xa­nən­də­ni sa­ra­yı­na də­vət edir. Xa­nən­də onun üçün bö­yük mə­ha­rət­lə “Ça­har­gah” oxu­yur. Xan on­dan han­sı mu­ğa­mı oxu­du­ğu­nu so­ru­şur. Xa­nən­də ca­vab ve­rir ki, “Ça­har­gah”. Xan: “Sən qa­ra ca­ma­at üçün də “Ça­har­gah”ı be­lə oxu­­yur­­san­­mı­­? – de­yir. Mü­ğən­ni­nin “bə­li” ca­va­bı­nı eşi­din­cə xan əsəb­lə­şir: “Axı, mən xa­nam. Mə­nim üçün “Şest­gah” oxu”. Xa­nən­də na­da­nın bu sö­zün­dən çox mü­tə­əs­sir olur: “Xan, mə­nim bir qar­da­şım var, ge­dib onu si­zin ya­nı­nı­za gön­də­rə­rəm. O, si­zin üçün “Şest­gah” da oxu­yar, hə­lə üs­tə­lik “Həf­tad­gah” da, “Həş­tad­gah” da [3, s. 8-9].

Di­gər he­ka­yə­də isə mu­si­qi el­mi­ni bil­mə­yən na­şı xa­nən­də ilə, mu­si­qi­ni gu­ya çox se­vən, sa­ra­yı­na gə­lib oxu­yan mü­ğən­ni­lə­rə hə­diy­yə­lər ve­rən şa­hın düş­dü­yü gü­lünc və­ziy­yət­dən bəhs olu­nur. Gö­zəl səs­li, la­kin mu­si­qi­nin nə­zə­ri əsas­la­rın­dan, qay­da-qa­nun­la­rın­dan, ifa üsul­la­rın­dan xə­bər­siz olan bi­ri hə­min şa­hın və­zi­ri ilə məs­lə­hət­lə­şib de­yir ki, “Səs­də mə­nim ta­yım-bə­ra­bə­rim yox­dur, an­caq oxu­maq yol­la­rı­nı bil­mi­rəm. Nə “Ma­hur”, nə “Hi­caz”, nə “Hü­sey­ni, nə “Nə­va”… bi­li­rəm. Ney­lə­yi­m?” Və­zir ona an­la­dır ki, elə şah özü də mu­si­qi­nin qay­da-qa­nun­la­rın­dan xə­bər­siz­dir. Sən oxu, əgər şah mu­ğa­mın adı­nı so­ruş­sa, mə­nə tə­rəf bax. Bir bar­ma­ğı­mı gös­tər­səm “Rast” (“Yek­gah” – T.B.), iki bar­ma­ğı­mı gös­tər­səm “Dü­gah”, üç bar­ma­ğı­mı bük­səm “Se­gah”, dörd bar­ma­ğı­mı qat­la­sam “Ça­har­gah” de. Be­lə də edir­lər. Xa­nən­də is­tə­di­yi­ni oxu­yur. Hər oxu­yub qur­ta­ran­dan son­ra şah mu­ğa­mın adı­nı so­ru­şur və na­şı xa­nən­də­sə və­zi­rin ver­di­yi işa­rə­yə əsa­sən ad­la­rı de­yir. “Ça­har­gah”ı oxu­yub ba­şa çat­dı­ran­dan son­ra şah xa­nən­də­yə ye­nə oxu­ma­sı­nı əmr edir. O, ye­nə ağ­zı­na gə­lə­ni oxu­yur. Şah de­yir: “Bəs bu­nun adı nə­di­r? “Xa­nən­də və­zi­rə sa­rı ba­xır. An­caq irə­li­cə­dən da­nı­şıl­mış işa­rə­lər qur­tar­dı­ğın­dan və­zir ba­şı­nı aşa­ğı sa­lıb boy­nu­nu qa­şı­yır. Bu­nu da növ­bə­ti işa­rə he­sab edən xa­nən­də: “Şah, bu­nun da adı “Bo­yun­gah”dır – de­yir. Ca­hil­lik­də on­dan ge­ri qal­ma­yan şah: “Bu­nu bir də ta­mam oxu. Çox yax­şı mu­ğam­dır” – de­yir. Məc­lis­də­ki­lər bir tə­rəf­dən xa­nən­də­nin sə­feh­li­yi­nə, bir yan­dan da şa­hın ax­maq­lı­ğı­na do­da­qal­tı is­teh­za ilə gü­lür­lər” [3, s. 9].

“Kəş­fül-hə­qi­qe­yi-məs­nə­vi”də mu­si­qi ilə bağ­lı üçün­cü his­sə da­ha qiy­mət­li­dir. Mir Möh­sün Nəv­vab bu­ra­da şe­ir di­li ilə mu­ğam­lar, şö­bə­lər və gu­şə­lə­rin təs­ni­fa­tı­nı ve­rir. Mu­ğam­la­rın ad­la­rı: 1. “Rast”; 2. “Üş­şaq”; 3. “Bu­sə­lik”; 4. “Hü­sey­ni”; 5. “İs­fa­han”; 6. “Zən­gu­lə”; 7. “Rə­ha­vi”; 8. “Bü­zürg”; 9. “Əraq”; 10. “Şəb­diz”; 11. “Nə­va”; 12. “Hi­caz”.

Şö­bə­lə­rin ad­la­rı: 1. “Mü­bər­rəh”, 2. “Za­bul”, 3. “Sə­ba”, 4. “Mü­tə­həy­yir”, 5. “Ni­şa­pur”, 6. “Üz­zal”, 7. “Əcəm”, 8. “Nö­höft”, 9. “Ba­ya­tı”, 10. “Nə­əm”, 11. “Məğ­lub”, 12. “Ma­hur”, 13. “Hi­sar”, 14. “Əşi­ran”, 15. “Ərəb”, 16. “Xa­ra”, 17. “Pənc­gah”, 18. “Dü­gah”, 19. “Ça­har­gah”, 20. “Hü­ma­yun”, 21. “Tər­kib”, 22. “Se­gah”, 23. “Mü­xa­lif”, 24. “Ney­riz” [3, s. 32-33].

Mir Möh­sün Nəv­va­bın mu­si­qi el­mi və ifa­çı­lı­ğı sa­hə­sin­də­ki fəa­liy­yə­ti xü­su­si­lə ma­raq­lı­dır. Ke­çən əs­rin 80-ci il­lə­rin­də Mir Möh­sün Nəv­vab məş­hur xa­nən­də Ha­cı Hü­sü ilə bir­lik­də Şu­şa­da “Mu­si­qi­çi­lər məc­li­si” ya­rat­mış­dı. Bu məc­lis­də mu­si­qi sə­nə­ti­nin es­te­tik prob­lem­lə­ri, xa­nən­də­lə­rin ifa üsu­lu, klas­sik mu­ğam­la­rı mü­şa­yi­ət edən şe­ir­lər və di­gər prob­lem­lər mü­za­ki­rə edi­lir­di. Bu məc­lis­də öz döv­rü­nün məş­hur xa­nən­də və mu­si­qi­çi­lə­ri – Ha­cı Hü­sü, Mə­şə­di Cə­mil Əmi­rov, İs­lam Ab­dul­la­yev, Se­yid Şu­şins­ki, Sa­dıq­can və baş­qa­la­rı da­xil idi. Bir çox mu­si­qi­çi­lər ilk təh­sil­lə­ri­ni məhz bu məc­lis­də al­mış­lar. Mə­şə­di Cə­mil Əmi­rov sa­vad­lı mu­si­qi­çi ol­maq niy­yə­tiy­lə gör­kəm­li mu­si­qi­şü­nas Mir Möh­sün Nəv­va­bın ya­nı­na gəl­miş­dir. O, mu­si­qi nə­zə­riy­yə­si dərs­lə­ri­ni Nəv­vab­dan al­mış, onun mu­si­qi məc­lis­lə­rin­də fə­al iş­ti­rak et­miş­dir. Di­gər məş­hur xa­nən­də İs­lam Ab­dul­la­yev ilk mu­si­qi təh­si­li­ni Nəv­va­bın xa­nən­də məc­li­sin­də al­mış­dır. İs­la­mın gö­zəl sə­sə və is­te­da­da ma­lik ol­du­ğu­nu bi­lən Mir Möh­sün Nəv­vab şəx­sən özü onu ya­nı­na də­vət et­miş­dir. Elə o vaxt­dan da İs­lam hə­ya­tı­nı hə­mi­şə­lik mu­si­qi­yə bağ­la­mış­dır. Se­yid Şu­şins­ki də Nəv­vab­dan Şərq mu­ğam­la­rı­nın və xalq mu­si­qi­si­nin in­cə­lik­lə­ri­ni öy­rən­miş­dir. O, Nəv­va­bın mək­tə­bin­də iki il­dən ar­tıq oxu­duq­dan son­ra Nəv­vab ona xalq məc­lis­lə­rin­də və mu­si­qi ax­şam­la­rın­da da çı­xış et­mə­yə ica­zə ver­miş­dir. C.Bağ­dad­bə­yov öz xa­ti­rə­lə­rin­də Mir Möh­sün Nəv­vab ilə gö­rü­şü ba­rə­də ya­zır­dı: “Nəv­vab az gü­lən, vü­qar­lı, meh­ri­ban, xe­yir­xah bir şəxs idi. Bir gün Nəv­va­bın ya­nın­da idim. Bir çox qə­zəl­lər­də an­la­ma­dı­ğım kəl­mə və cüm­lə­lə­rin mə­na­sı­nı öy­rə­nib ya­zır­dım. Bu hal­da çox tə­miz ge­yin­miş və pal­ta­rın­dan Mək­kə ət­ri­nin qo­xu­su gə­lən bir dər­viş gə­lib de­di: “Ağa­yi, mə­nim bir gö­zəl qə­zə­lim var­dır. Am­ma ba­zar­da oxu­maq­dan eh­ti­yat edi­rəm. Xa­hiş edi­rəm ki, qu­laq asa­sı­nız, hər­gah siz qə­bul et­sə­niz, mən də ba­zar­da oxu­ya­ram”. Nəv­vab dər­vi­şin pəs­tən oxu­ma­sı­na izin ver­di, o da bu qə­zə­li “Mir­zə Hü­seyn se­ga­hı” ilə oxu­ma­ğa baş­la­dı… Nəv­vab dər­vi­şin qə­zə­li­nə qu­laq asıb, bir qə­dər gül­dük­dən son­ra, hər yer­də oxu­ma­ğı­na izin ver­di” [2].

Hə­min xa­ti­rə­lər­də de­yi­lir­di ki, M.M.Nəv­vab mu­si­qi­ni in­ki­şaf et­dir­mək məq­sə­di­lə o dövr­də Za­qaf­qa­zi­ya­da mü­səl­man­la­rın di­ni qa­nun və eh­kam­la­rı­nı ba­şa sa­lan, on­la­rı şərh edən baş ru­ha­ni Fa­zil İrə­va­ni­yə mü­ra­ci­ət et­miş, on­dan mu­si­qi iş­lə­ri ilə əla­qə­dar rəs­mi su­rət­də ica­zə al­maq is­tə­miş­dir. La­kin Fa­zil İrə­va­ni çal­ğı­ya və zən­gu­lə ilə oxu­ma­ğa izin ver­mə­miş­dir. M.M.Nəv­vab məs­cid mülk­lə­ri­nin ka­ti­bi olub, iq­ti­sa­di cə­hət­dən mol­la­lar­dan ası­lı ol­ma­sı­na bax­ma­ya­raq, müc­tə­hi­din ka­fi ol­ma­yan ca­va­bın­dan ye­nə də qorx­ma­mış, əlal­tın­dan sə­si olan ca­van­la­ra qə­zəl­lər ve­rib mu­ğa­mat öy­rət­miş, dər­viş­lə­rə isə açıq­dan-açı­ğa məs­nə­vi, “Rast” və qey­ri-mu­ğa­mat­lar tə­lim et­miş­dir. Mir Möh­sün Nəv­vab əsər­lə­ri­nin bi­rin­də fars di­lin­də be­lə yaz­mış­dır: “Nəv­vab nə yaz­dı­sa doğ­ru­luq və hə­qi­qət üçün yaz­dı və nəf­si üçün yaz­ma­dı [2].

Mir Möh­sün Nəv­va­bın mu­si­qi sa­hə­sin­də, xü­su­sən mu­ğam­la­rı­mı­zın təd­qi­qin­də xü­su­si ro­lu olan “Vü­zu­hül-Ər­qam” (Rə­qəm­lə­rin iza­hı, ay­dın­laş­dı­rıl­ma­sı) ri­sa­lə­si 1884-cü il­də Şu­şa­da qə­lə­mə alın­mış­dır. Ri­sa­lə yal­nız 1913-cü il­də Ba­kı­da Oru­cov qar­daş­la­rı­nın mət­bəə­sin­də çap edil­miş­dir. O dövr­də “Vü­zu­hül-Ər­qam” Azər­bay­can mu­si­qi­si ba­rə­də doğ­ma di­li­miz­də əs­ki əlif­ba ilə ya­zıl­mış və nəşr olun­muş ye­ga­nə ri­sa­lə idi. Ri­sa­lə­də fars və ərəb dil­lə­rin­də ya­zıl­mış par­ça­lar da var­dır. Qeyd et­mək la­zım­dır ki, ümu­mən Şərq­də ri­sa­lə­lə­rin ar­tıq az ya­zı­lan bir döv­rün­də Şu­şa­da be­lə bir əsə­rin ya­ran­ma­sı xü­su­si ma­raq do­ğu­rur. Şu­şa­da or­ta əsr mu­ğam nə­zə­riy­yə­si­nin ənə­nə­lə­ri Mir Möh­sün Nəv­va­bın “Vü­zu­hül-Ər­qam” ri­sa­lə­sin­də öz ək­si­ni tap­mış­dır. Bu ri­sa­lə ta­ri­xi ənə­nə­lə­ri da­vam et­dir­mək­lə bə­ra­bər, or­ta əsr ri­sa­lə­lə­rin­dən fərq­lə­nir­di. Ri­sa­lə­də mu­si­qi­nin əmə­lə gəl­mə­si, onun tə­ba­bət­lə əla­qə­si, şe­ir­lə mu­ğa­mın bağ­lı­lı­ğı, es­te­tik mə­sə­lə­lər, sə­sin akus­ti­ka­sı, dəst­gah­la­rın tər­ki­bi, mu­ğam­lar­da rə­qəm­lə­rin iza­hı ki­mi mə­sə­lə­lər, o cüm­lə­dən ay­rı-ay­rı mu­ğam­la­rın ad­la­rı, mu­si­qi alət­lə­ri haq­qın­da mə­lu­mat ve­ril­miş­dir. Mir Möh­sün Nəv­vab bu ri­sa­lə­də or­ta əsr trak­tat­la­rın­da ge­niş işıq­lan­dı­rıl­mış bud (in­ter­val), cins (tet­ra­xord), iqa (ritm) və di­gər mə­sə­lə­lə­rə to­xun­ma­mış­dır. Onun əsə­ri­nin əsas is­ti­qa­mə­ti prak­ti­ki, təc­rü­bi, əmə­li məq­səd da­şı­mış­dır. Bu da əsa­sən or­ta əsr­lər­dən son­ra ya­zıl­mış ri­sa­lə­lər üçün xas idi. Bu ri­sa­lə­lər mu­ğam­la­rın öy­rə­nil­mə­si üçün dərs­lik ki­mi də nə­zər­də tu­tul­muş­dur.

Mir Möh­sün Nəv­va­bın ri­sa­lə­si çox yığ­cam olub ay­rı-ay­rı his­sə və möv­zu­lar­dan iba­rət­dir. Onun ri­sa­lə­si fars di­lin­də ya­zıl­mış və Fa­zil İrə­va­ni­yə ve­ri­lən qey­ri-adi su­al­la – epiq­raf­la baş­la­yır: “… Mu­si­qi el­min­də mə­ha­rə­ti olub, özü xa­nən­də­lik et­mə­yən, mü­ğən­ni­li­yi və tə­ğən­ni­ni ha­ram sa­yan bir şəxs el­mi məq­səd­lə mu­si­qi­dən is­ti­fa­də et­sə, onu yad­da sax­la­sa, təd­ris et­sə, çap et­sə, yaz­sa, sat­sa, ya­zıb öz ki­tab­xa­na­sın­da sax­la­sa – ca­iz­dir, ya yox?”. Fa­zil İrə­va­ni­nin ca­va­bı be­lə idi: “Mu­si­qi el­mi­ni öy­rət­mək və öy­rən­mə­yin ey­bi yox­dur, hət­ta va­cib­dir. Am­ma onu təc­rü­bə­də iş­lət­mək ca­iz de­yil”. Ri­sa­lə­də Fa­zil İrə­va­ni­nin ca­va­bı­nın al­tın­da onun möh­rü­nün su­rə­ti də ve­ri­miş­dir [4, s. 257]. Mir Möh­sün Nəv­vab be­lə bir hör­mət­li şəx­sin im­za­sı­nı al­dıq­dan son­ra ye­nə də mu­si­qi sə­nə­ti­nə və yaz­dı­ğı əsə­rə bə­ra­ət qa­zan­dır­maq məq­sə­di­lə ri­sa­lə­ni “Ru­ha­ni qar­daş­la­rı­na!” mü­ra­ciə­ti ilə baş­la­yır: “Ru­ha­ni qar­daş­la­rın hü­zu­ru­na eh­ti­ram­la ərz-əh­val edir bən­de­yi-aciz Nəv­vab Mir Möh­sün Ağa­mir­zə Qa­ra­ba­ği, o əş­xas­lar ki il­ti­fat nə­zə­ri­lə bu fə­qə­ra­ta mü­la­hi­zə bu­yu­ra­caq­lar, gü­man ki, bən­de­yi-aci­zin məq­su­di bu bə­ya­nə­tin iq­da­mın­dan odur ki, onun is­te­ma­lı­nı ca­iz və hə­ra­miy­yə­ti­ni ha­lal bi­li­rik” [4, s. 257]. Mir Möh­sün Nəv­vab “Ru­ha­ni qar­daş­la­rı­na” bil­di­rir ki, mu­si­qi el­mi ilə “qüd­rət­li və ba­ca­rıq­lı” alim­lər məş­ğul ol­muş­lar. Bü­tün dövr­lər­də, əsr­lər­də on­lar “el­min ləz­zə­ti­ni dün­ya­nın cə­mi ləz­zə­tin­dən ar­tıq he­sab et­miş­lər”. Mü­əl­lif qeyd edir­di ki, bu ri­sa­lə­ni yaz­maq­la “bi­zim də el­miy­yə­dən sa­va­yı bir niy­yə­ti­miz yox­dur”. Mir Möh­sün Nəv­va­bın ya­şa­dı­ğı döv­rü, di­ni eh­kam­la­rın irə­li sür­dü­yü tə­ləb­lə­ri nə­zə­rə al­saq, onu bu fik­ri­nin müa­sir­li­yi və mü­tə­rəq­qi­li­yi tam ay­dın olar.

Mə­lum­dur ki, o dövr­də is­lam di­ni­nin bə­zi tə­əs­süb­keş­lə­ri if­ra­ta va­ra­raq in­cə­sə­nə­tin in­ki­şa­fı­nın qar­şı­sı­nı alır­dı­lar. Be­lə bir “ha­ram­lıq” mü­hi­tin­də Mir Möh­sün Nəv­va­bın mil­lə­tin ge­ri qal­ma­sı ba­rə­də tə­əs­süf­lə de­di­yi aşa­ğı­da­kı söz­lər ne­cə də tə­bii səs­lə­nir: “… Cə­mi mil­lət­lər qə­ri­bə olan elm­lər və əca­bə olan sə­nət­lər ix­ti­ra et­mək­lə tə­rəq­qe­yi-tam ta­pıb, öz­lə­ri­ni mə­qam rü­fə­tə ye­ti­rib­lər. Am­ma bi­zim mil­lə­ti­miz o elm­lər ki on­la­rın əlin­də­dir, bi­ta­mam tərk et­mək­lə mə­də­niy­yət alə­min­dən uzaq­la­şıb və mil­lət­lər­dən ge­ri qa­lıb­lar və elm­lər bil­mər­rə mün­də­ris olub xa­ti­rə­lər­dən məhv və fə­ra­muş olub” [4, s. 258].

Mir Möh­sün Nəv­va­bın fik­rin­cə, hər bir alim hər bir vaxt “əh­li-is­la­mın için­də möv­cud” olan elm­lə­rə bir şey ar­tır­ma­lı­dır, əgər qüd­rə­ti yox­dur­sa, heç ol­ma­sa o el­min üzü­nü ol­du­ğu ki­mi kö­çü­rüb onun itib-bat­ma­sı­na yol ver­mə­mə­li­dir. O, qeyd edir­di ki, mu­si­qi el­mi haq­qın­da Pi­fa­qor, Aris­to­tel, Əf­la­tun, Fə­ra­bi, İbn-Si­na yaz­mış­lar. Bu da ki­fa­yət­dir, la­kin tə­zə öy­rə­nən­lə­rə on­la­rın yaz­dıq­la­rı mü­rək­kəb ol­du­ğu üçün o özü­nün ki­çik ri­sa­lə­si­ni oxu­cu­la­ra təq­dim et­miş­dir. Ri­sa­lə­nin müx­tə­lif yer­lə­rin­də məş­hur mu­si­qi alim­lə­ri­nin ad­la­rı çə­ki­lir və on­la­rın hə­ya­tın­dan epi­zod­lar, rə­va­yət­lər da­nı­şı­lır. Bu onu gös­tə­rir ki, Mir Möh­sün Nəv­vab Pi­fa­qor, Aris­to­tel, Əf­la­tun, Fə­ra­bi, İbn-Si­na, Sə­fi­əd­din Ur­mə­vi və di­gər da­hi alim­lə­rin ya­ra­dı­cı­lı­ğı­na ya­xın­dan bə­ləd ol­muş­dur. Mə­sə­lən, ri­sa­lə­də Aris­to­te­lin qo­ca ya­şın­da bər­bət alə­tin­də çal­ma­ğı öy­rən­mə­si epi­zo­du nəql olu­nur. Gu­ya şa­gird­lə­ri Aris­to­te­lə de­miş­lər ki, “Bu sin­nin­də cə­na­bı­nı­za la­yiq de­yil ki, bər­bət ça­la­sı­nız. Ərəs­tu bu­yur­du ki, o vaxt ba­na lə­ya­qə­ti yox­dur ki, bir məc­lis­də olam, on­lar bu el­mi bi­lə­lər, am­ma mən bil­mə­yəm, mat-mat ba­xam” [3, s. 16].

Nəv­va­bın “Vü­zu­hül-Ər­qam” ri­sa­lə­si­nin ən bö­yük və əsas his­sə­si mu­ğam­lar və on­la­rın qu­ru­lu­şu haq­qın­da­dır. Ri­sa­lə­nin bu his­sə­sin­də mu­ğam­lar­la əla­qə­dar rə­qəm­lər və on­la­rın iza­hı ve­ri­lir. Mir Möh­sün Nəv­vab mu­ğam­la əla­qə­dar 4, 7, 12, 24, 48 rə­qəm­lə­ri­ni izah edə­rək ya­zır­dı ki, 4 so­ut, 7 pər­də, 12 mə­qam, 24 şö­bə, 48 gu­şə və 15 ava­ze var ki, on­la­rın bə­zi­lə­ri ouc (zil), bə­zi­lə­ri isə hə­ziz­dir (bəm). Ri­sa­lə­də­ki bi­rin­ci cəd­vəl­də mu­si­qi el­mi­nin ter­min­lə­ri, şö­bə­lə­ri, gu­şə­lə­ri, on­la­rın oucu və hə­zi­zi ve­ril­miş­dir. Mü­əl­lif bu cəd­vəl­də 12 mu­ğa­mın adı­nı qeyd et­miş­dir: 1.“Rast; 2.“Üş­şaq”; 3.“Bu­sə­lik”; 4.“Hü­sey­ni”; 5.“İs­fa­han”; 6.“Zən­gu­lə”; 7.“Rə­ha­vi”; 8.“Bü­zürg”; 9.“Əraq”; 10.“Ku­çik”; 11.“Nə­va”; 12.“Hi­caz” [3, s. 32].

Əsr­lər bo­yu mu­ğam­la­rın qu­ru­lu­şu, tər­ki­bi, on­la­rın sa­bit­li­yi, də­yiş­məz­li­yi müx­tə­lif mü­ba­hi­sə­lə­rə sə­bəb ol­muş­dur. Mir Möh­sün Nəv­va­bın ri­sa­lə­də ver­di­yi əsas mu­ğam­lar ara­sın­da ha­zır­da ifa olu­nan “Se­gah”, “Ça­har­gah”, “Ba­ya­tı-Şi­raz”, “Hü­ma­yun” və “Şur” ki­mi mu­ğam­la­rı gör­mü­rük. On­lar an­caq mü­əy­yən mu­ğam­la­rın his­sə­si və ya şö­bə­si ki­mi ve­ril­miş­dir. Ək­si­nə, o vaxt­lar çox ifa olu­nan məş­hur “Nə­va” mu­ğa­mı in­di əv­vəl­ki şöh­rə­ti­ni itir­miş­dir. Ri­sa­lə­də o vaxt­lar məş­hur olan muğam­la­rın və mah­nı­la­rın si­ya­hı­sı ve­ril­miş­dir. Bu si­ya­hı 82 ad­dan iba­rət­dir. Nəv­vab qeyd edir­di ki, bun­la­rı tel­li alət­lə və ya səs­lə, ya da baş­qa alət­lər va­si­tə­si­lə ifa et­mək olar. Si­ya­hı­da­kı mah­nı və mu­ğam­la­rın bir ço­xu ar­tıq heç ifa edil­mir.

Ri­sa­lə­nin qiy­mət­li his­sə­lə­rin­dən bi­ri mu­ğam dəst­gah­la­rı­nın qu­ru­lu­şu haq­qın­da olan böl­mə­dir. Mir Möh­sün Nəv­vab ilk də­fə ola­raq al­tı mu­ğam dəst­ga­hı­nın (“Rast”, “Ma­hur”, “Şah­naz”, “Rə­ha­vi”, “Ça­har­gah” və “Nə­va”) qu­ru­lu­şu­nu, han­sı şö­bə­lər­dən  iba­rət ol­ma­sı­nı gös­tər­miş­dir [3 s. 35]. Qeyd et­mək la­zım­dır ki, Nəv­vab el­mi ədə­biy­yat­da mu­ğam dəst­ga­hı ter­mi­ni­nin an­la­yı­şı ba­rə­də mə­lu­mat ve­rən ilk mü­əl­lif­lər­dən­dir.

ƏDƏ­BİY­YAT:

  1. Axundov N. Mir Möhsün Nəvvab. // “Şuşa” qəzeti. 1983, 16, 19, 21 avqust.
  2. Bağdadbəyov C.Ə. Xatirələr. (əlyazma) Azərb SSR EA-nın Memarlıq və İncəsənət İnstitutunun arxivi, qovluq №149.
  3. Nəvvab M.M. Vüzuhül-Ərqam. (Risaləni çapa hazırlayan Zemfira Səfərovadır) B.: Elm, 1988, 84 s.
  4. Səfərova Z.Y. Azərbaycanın musiqi elmi (XIII-XX əsrlər) B.: Elm, 1998, 584 s.
  5. Uşaq bilik portalı. Mir Möhsün Nəvvab (1833-1918) URL: http://portal.azertag.az/az/node/2150#.WcNrGtW0OM9

Тайяр БАЙРАМОВ

Старший преподаватель АHK

 

 

 

PОЛЬ  MИР MОХСУН HАВВАБА В РАЗВИТИИ  МУГАМНОГО

ИСПОЛНИТЕЛЬСКОГО ИСКУССТВА

Резюме: В представленной статье раскрывается роль и значение выдающегося музыканта, учёного – Мир Мохсун Навваба, оставившего глубокий след в научном наследии азербайджанской музыки – в разработке теоретических и практических основ мугамного исполнительского искусства.

Ключевые слова: Мир Мохсун Навваб, “Меджлиси-фарамушан, мугам, певец, исполнитель мугама, тесниф, дастгях

 

 

Tayyar BAYRAMOV

Senior Lecturer of ANC

 

MIR MOHSUM NAVVAB’S ROLE IN SHAPING MUGAM SINGING ART

 

Summary: Mohsen Mir Nevvab who has a multifaceted talent, left a deep trace in the science of Azerbaijani music, outstanding musician scientist who developed the theoretical and practical basis of mugham. The article reflects of his creativity in influence on the art of mugham.

Key words: Mir MohsunNevvab, “Mejlisi-feramushun”, mugham (eastern melody), singer, singer of mugham, tasnif (national rhythmical melody), dastgah

 

Rəyçilər:   professor Arif Babayev;

professor Mənsum İbrahimov

 

 

 

 

Mövzuya uyğun