2009-cu ildən bəri dərc edilən “Konservatoriya” elmi jurnalının konservatoriya.az ünvanında fəaləyyət göstərən rəsmi saytı öz fəaliyyətinə başladı. Saytda bütün nömrələrin üz qabığı, mündəricatı və jurnalın tam verisyası pdf formatda yerləşdirilib. Elmi məqalələri saytda açar sözlər, bölmələr, müəlliflər və məqalənin adları üzrə axtarış etmək mümkündür. Jurnalın redaksiya heyəti və ekspert şurası ilə, eləcə də nömrə üzrə işləyən işçi heyətlə də tanış olmaq olar. Əlaqə bölməsində redaksiyanın emaili, ünvanı və redaksiya ilə birbaşa əlaqə yaratmaq imkanı da var. Jurnalın tələbləri və müvafiq tərtibat nümunələrini birbaşa saytdan götürmək mümkündü. AMK-nın rəsmi saytı ilə virtual əlaqə yaradılıb. Gələcəkdə elmi fəaliyyəti genişləndirərək dünyaca məşhur elektron kitabxanalar, elmi birliklər, yardlmçı vasitələrlə bilavasitə saytdan giriş almaq mümkün olacaq.

Mövzuya uyğun

  • yazı yoxdur