logo

“Muğam aləmi” 2023 (pdf)

“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən Elmi simpoziumun

PROQRAMI

Proqram

Proqram: http://konservatoriya.az/Simpozium2023/Simpozium2023-Proqram.pdf

PROGRAMS

of Scientific Symposium held in the

framework of “Space of Mugam” 6th

International Music Festival

Baku, June 20-22, 2023


“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən Elmi simpoziumun

MATERİALLARI

Bakı, 2023-cü il 20-22 iyun

Toplu

Toplu: http://konservatoriya.az/Simpozium2023/Simpozium2023-Toplu.pdf

PROCEEDINGS

of Scientific Symposium held in the

framework of “Space of Mugam” 6th

International Music Festival

Baku, June 20-22, 2023

Cover:

Üz qabığı: http://konservatoriya.az/Simpozium2023/cover.pdf

Hörmətli həmkarlar!

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyası Sizi “Muğam aləmi” VI Beynəlxalq Elmi Simpoziumun işində iştirak etməyə dəvət edir.

Simpozium 2023-cü il 20-22 iyun tarixlərində Bakıda keçiriləcək. 23 iyunda Şuşa şəhərində keçiriləcək konsert proqramlarında iştirak etmək üçün səfər nəzərdə tutulub. Simpoziumda iştirak üçün müvafiq sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının elmi işçiləri, ali və orta təhsil müəssisələrinin professor-müəllim heyətinin üzvləri, doktorant və dissertantları dəvət edilir. (Onlayn iştirak da mümkündür).

 Simpoziumda Azərbaycan, ingilis və rus dillərində məqalə ilə iştirak etmək olar.

 

Simpoziumun seksiyalar üzrə mövzu istiqamətləri:

 

  1. 1. Şifahi ənənəli musiqi janrlarının peşəkar tədrisinin müasir sistemləri və metodları (maqam, muğam, dəstgah, raqa, Şaşmaqom, qəvvali, uyğur mukamları və digər qohum formalar).
  2. Muğam və ona qohum olan şifahi modal musiqi janrlarının müasir ifa və dinləmə məsələləri: klassik ifa ənənələrinin yeri, ifaçılıqda “modernləşmə” meylləri və hazırkı dinləmə mədəniyyətinə yeni ictimai-mədəni faktorların təsiri.
  3. 3. Muğamın və digər şifahi ənənəli modal musiqi janrlarının tarixi kontekstdə öyrənilməsi məsələləri: bu janrların tarixi mənşəyi və qaynaqları, bədii prinsiplərinin formalaşma prosesi və sonrakı təkamül yolları.
  4. Müasir dünyada muğamın və digər məqam əsaslı şifahi ənənəli modal musiqinin səs yazılarının toplanması, qorunması, arxivləşməsi və yayılma siyasəti.
  5. Ənənəvi modal (məqam əsaslı) musiqi janrlarının tədqiqində yeni ideya və metodlar.

 

İştirakçı üçün şərtlər:

 

Simpoziumda iştirak etmək istəyənlər 2023-ci il  aprelin 20-nə kimi forma üzrə ərizəni, çıxışın mövzusunu və 300-500 sözdən ibarət annotasiyanı simpoziumun elektron ünvanına göndərməlidirlər. Məruzənin annotasiyası həmmüəllifliklə yazılıbsa ərizə bir nəfərin adından verilir və elektron poçt üzrə çatdırılmada məsuliyyət həmin şəxsin üzərinə düşür. Həmmüəlliflərin maksimal sayı üç nəfər ola bilər.

Təşkilat Komitəsi tərəfindən qəbul edilmiş çıxışların tam mətni 2023-ci ilin 20 may tarixinə kimi göndərilməlidir. Tələblərə uyğun gəlməyən mövzuları Təşkilat Komitəsinin qəbul etməmək hüququ var.

Qəbul edilmiş materialların simpoziumun başlanmasından öncə dərc edilməsi nəzərdə tutulub.

Simpozium barədə bütün məlumat spaceofmugam.az  rəsmi veb-saytında yerləşdiriləcək.

Simpoziumda iştirak etmək üçün Təşkilat Komitəsinin aşağıdakı elektron ünvanlarına materialları göndərmək lazımdır:

Elektron poçt ünvanı: symposium@spaceofmugam.az

Çıxış üçün nəzərdə tutulmuş reqlament: 15 dəqiqə + 10 dəqiqə müzakirə

Azərbaycandan olan iştirakçılar materialları şəxsən Azərbaycan Milli Konservatoriyasının 312-ci kabinetinə gətirə bilərlər.

 

 

Ərizə

 

Soyad, ad, atanın adı (tam) _____________________________________

Elmi dərəcə, elmi rütbə ________________________________________

Vəzifə ____________________________________________________

İş yeri (təhsil yeri) ____________________________________________

Çıxışın mövzusu _____________________________________________

Simpoziumun seksiyası ________________________________________

İştirakın forması (əyani, yoxsa onlayn) ______________________________

Əlaqə nömrələri (mütləq) _______________________________________

Poçt indeksi, ünvan ___________________________________________

Е-mail ____________________________________________________

 

 

Materialların tərtibat qaydaları:

 

Məqalənin həcmi 7 səhifəyə qədər olmalıdır.

Mətn: format – Microsoft Word, şrift Times New Roman, ölçü 12, interval 1; mətn səhifənin eninə bərabərləşdirilir, səhifənin kənarları hər tərəfə 2 sm, abzas 1,25, mətndə sözləri sətirdən sətrə keçirmədən və səhifələri nömrələmədən olmalıdır.

Xülasə və açar sözlər (məqalənin əsas dilindən əlavə daha 1 dildə) mütləqdir. Şrift Times New Roman, ölçü 12, sətirarası interval 1, mətn səhifənin eninə bərabərləşdirilir. Xülasə 500 kompüter işarəsinə qədər olub mövzunun əsas xasiyyətnaməsini verməli, işin məqsədi və nəticələrini əks etdirməlidir. Xülasə, açar sözlər, əlaqə üçün informasiya sözlərini kursivlə fərqləndirmək lazımdır.

Ədəbiyyata istinadlar kvadrat mötərizədə verilir [1, s.182]. Məqalədəki bütün istinadlar ilkin mənbəyə əsaslanmalıdır.

Ədəbiyyat siyahısı məqalənin sonunda əlifba sırası ilə (sətirarası interval 1) sıralanır. Ədəbiyyat siyahısına yalnız məqalədə rast gələn sitata uyğun mənbələr salınmalıdır.

Xarici dillərdə sözlər, folklor mətnlərindən fraqmentlər orijinal dildə verilirsə kursivlə fərqləndirilir.

Not nümunələri ya məqalədə mətnin içinə, yaxud məqalənin sonunda ayrıca verilə bilər. Nümunələr sıra ilə nömrələnməli və adlandırılmalıdır.

Məqalənin mətninə uyğun foto illüstrasiyalar məqalədən kənarda *.jpg yaxud *.jpeg. formatında elektron şəkildə də təqdim edilir. Onlar da məqalədəki sıraya uyğun nömrələnməlidir.

 

 

Materialların strukturu

 

  1. Müəllif barədə məlumat.

Soyad, ad, atanın adı tam göstərilir. Elmi dərəcə, iş yeri, vəzifə, email yuxarı sağ küncdə yazılır.

  1. Məqalənin adı səhifənin ortasında BÖYÜK HƏRFLƏRLƏ (şrift 12, Ctrl+B) verilir.
  2. Bir sətir buraxıb məqalənin yazıldığı dildə xülasə kursivlə verilir.
  3. 1,5 intervaldan sonra açar sözlər kursivlə yazılır.
  4. Bir sətir buraxıb məqalənin əsas mətnini yerləşdirmək lazımdır.
  5. Məqalənin sonunda ədəbiyyat siyahısı verilir.
  6. Bir sətir buraxıb xarici dildə (ingilis) böyük hərflərlə məqalənin adı (şrift 14, Ctrl+B), ondan aşağıdakı sətirdə sağ küncdə müəllifin soyadı və inisialları yazılır, onun altında isə təmsil etdiyi ölkə və şəhər göstərilir. Bir sətir buraxdıqdan sonra xülasənin mətni, onun altında isə açar sözləri yerləşdirilir.

Əgər məqalə Azərbaycan dilində olarsa, xülasə ingilis dilində olmalıdır. Məqalə rus dilində olarsa, xülasələr Azərbaycan və ingilis dillərində olmalıdır.

 

 

Əlaqə üçün məlumat:

 Ünvan: Azərbaycan, Bakı şəhəri, Ələsgər Ələkbərov küçəsi 7,

Azərbaycan  Milli Konservatoriyası

Telefon: (012) 539 71 26

Koordinatorlar: Sənubər Bağırova,  Lalə Hüseynova, Cahangir Səlimxanov

Email: symposium@spaceofmugam.az