“Konservatoriya” jurnalının növbəti nömrəsi
2017-ci ilin birinci rübünə aid I nömrəsi artıq tərtib edilib və çapa hazırlanır. Jurnala təqdim edilən məqalələr növbəti nömrələrdə dərc edilə bilər. Müəlliflərdən xahiş olunur ki, məqalə hazırlayarkən “Konservatoriya” jurnalının tələbləri ilə yaxından tanış olsunlar. Tələblər və formata uyğun hazırlanmış elmi məqalənin dərc edilmək şansı daha çoxdur və əlavə vaxt itkisinə səbəb olmur.