AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 2, 2017

AMK-DA NÖVBƏTİ ELMİ SEMİNAR KEÇİRİLMİŞDİR

19 may 2017-ci il tarixində Azərbaycan Milli Konservatoriyasının “Milli musiqinin təd­qiqi” elmi-tədqiqat laboratoriyasının rəhbəri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadənin konservatoriyanın “Bakı” zalında növbəti seminarı baş tutdu. Bu dəfəki seminar xanəndə, aktyor, Əməkdar artist Şirzad Hüseynovun həyat və yaradıcılığına həsr olunmuşdu.

shirzad

2 saat ərizində davam edən semi­narda A.Nəcəfzadə mətbuatda yanlış olaraq al­man əsilli kimi təqdim olunan Şirzad Hüseyno­vun soy-kökü, həyat və yaradıcılığına dair ma­raqlı faktları açıqladı.Onun opera səhnəsində – Məcnundan başlayaraq Koroğluyadək ifa etdiyi bütün rollar(bura Avropa ruhlu əsərlər də da­xildir) haqda danışdı və ailəsi barədə geniş mə­lumat verdi. Sənətkarın indiyədək opera səhnə­sində kimsənin əldə etmədiyi uğurlardan söz açdı. Eləcə də qonaqlar və seminarda iştirak edənlər Şiraz Hüseynovun ifasını audio formatda dinlədilər, onun həyat və yaradıcılıq yolunu əks etdirən fotolardan ibarət slayda baxmaqla bu sənətkarın musiqi tarixindəki yeri və rolu haqqında əyani olaraq bilgi əldə etdilər.

Seminarda  həmçinin AMK-nın professoru, tədris işləri üzrə prorektor Malik Quliyev, əməkdar incəsənət xadimi bəstəkar Vasif Allahverdiyev də çıxış edərək Şirzad Hüseynova həsr olunmuş seminar haqqında dəyərli fikirlər söylədilər.

Humay Fərəcova

Mövzuya uyğun

  • yazı yoxdur