AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 3, 2017

Fidan Aslanova

BMA-nın dissertantı

Ünvan:  Bakı, Şəmsi Bədəlbəyli 98

Email: rebella_fleur@mail.ru

 

UOT: 78.071.1

FİRƏNGİZ ƏLİZADƏNİN “MUĞFLAGAMENKO” KOMPOZİSİYASINDA MUĞAM VƏ FLAMENKO XÜSUSİYYƏTLƏRİNİN SİNTEZİ

 endir

PDF

 

 

 

 

Xülasə: Fidan Aslanovanın “Firəngiz Əlizadənin “Mugflagamenco” kompo­zisi­yasında muğam və flamenko xüsusiyyətlərinin sintezi” adlı məqaləsində Azərbaycan Respublikasının Xalq artisti, professor Firəngiz Əlizadənin qarışıq ansambl üçün yazdığı “Mugflagamenco” əsərinin təhlili  verilir. Kompo­zisiyada muğam və flamenko elementlərinin qovuşdurulması göstərilir. Əsərin ifaçı tərkibi, quruluş  xüsusiyyətləri nəzərdən keçirilir.

Açar sözlər: Firəngiz Əlizadə, “Mugflagamenco”, “Çahargah” muğamı, flamenko, Nieuw Ensemble

 

Azər­bay­can Res­pub­li­ka­sı­nın xalq ar­tis­ti, bəs­tə­kar, pro­fes­sor, YU­NES­KO-nun Sülh ar­tis­ti Fi­rən­giz Əli­za­də sə­nət yo­lun­da ye­ni cı­ğır­lar açan, öz fər­di üs­lu­bu­nu ya­ra­dan sə­nət­kar­lar­dan­dır. Onun müx­tə­lif janr­lar­da ya­rat­dı­ğı əsər­lər­də bəs­tə­ka­rın ax­ta­rış­la­rı, ma­raq dai­rə­si­nin ge­niş­li­yi özü­nü par­laq şə­kil­də bü­ru­zə ve­rir. F.Əli­za­də­nin sər­həd­lə­ri aşan müx­tə­lif xa­ri­ci öl­kə­lə­rin mu­si­qi kol­lek­tiv­lə­ri­nin si­fa­ri­şi ilə ya­zı­lan, bir çox öl­kə­lə­rin ifa­çı­la­rı­nın re­per­tua­rın­da özü­nə ge­niş yer tu­tan əsər­lə­rin­də Şərq-Qərb sin­te­zi çox ma­raq­lı tərz­də öz tə­za­hü­rü­nü tap­mış­dır.

Bəs­tə­ka­rın mu­si­qi­si­nə xas olan də­rin fəl­sə­fi­lik, psi­xo­lo­ji­lik da­im Şərq sə­nə­ti­nin in­ci­si olan mu­ğam­dan bəh­rə­lən­miş, mu­ğam onun ya­ra­dı­cı­lı­ğı­nı qi­da­lan­dı­ran zən­gin, tü­kən­məz bir çeş­mə ol­muş­dur. F.Əli­za­də­nin vio­lon­çel və ha­zır­lan­mış ro­yal üçün “Ha­bil­sa­ya­ğı” (1979), sim­li kvar­tet, zərb alət­lə­ri və sin­te­za­tor üçün “Mu­ğam­sa­ya­ğı” (1993), so­lo gi­ta­ra üçün “Fan­ta­zi­ya” (1994), so­lo vio­lon­çel üçün “Eşq ha­va­sı” (1998), xa­nən­də, fla­men­ko ifa­çı­sı və an­sambl üçün “Mugf­la­ga­men­co” (2011) ki­mi əsər­lə­rin­də Şərq dün­ya­sı­nın fe­no­me­ni olan mu­ğam müa­sir mu­si­qi­nin in­to­na­si­ya­la­rı ilə üz­vi su­rət­də əla­qə­lən­di­ril­miş­dir. “Nə­həng kai­nat­dan bi­zim pa­yı­mı­za bir pla­net dü­şüb və biz hə­min pla­ne­ti mə­nim­sə­yə­rək, onun da­xi­lin­də ye­ni-ye­ni üfüq­lər kəşf edi­rik” de­yən [3, s. 34] F.Əli­za­də­nin ya­rat­dı­ğı hər bir əsər, bəs­tə­ka­rın ya­ra­dı­cı­lı­ğı­nın da­im mu­ğam­dan bəh­rə­lən­mə­si­nin par­laq tə­za­hü­rü­dür. F.Əli­za­də mu­ğam sə­nə­ti­nin də­rin qat­la­rı­na nü­fuz et­mə­yə cəhd gös­tə­rə­rək, mu­ğam sə­nə­ti­nin çox ma­raq­lı bir tə­rə­fi­ni – mu­ğam ifa­çı­lı­ğı­nın xü­su­siy­yət­lə­ri­ni öz əsər­lə­rin­də əks et­dir­miş­dir: “Ha­bil­sa­ya­ğı”, “Mugf­la­ga­men­co” kom­po­zi­si­ya­la­rı bu­na ba­riz nü­mu­nə­dir. Bəs­tə­ka­rın bu əsər­lə­ri­ni din­lə­yib, on­la­ra ya­xın­dan bə­ləd ol­duq­dan son­ra F.Əli­za­də­nin “Mu­ğam sə­nə­ti dün­ya mu­si­qi­si kon­teks­tin­də” mə­qa­lə­sin­də vur­ğu­la­nan sər­rast ifa­də­si – “Mu­ğam sə­nə­ti za­man­la­rı bir-bi­ri­nə qo­vuş­du­ran mə­nə­vi, ru­ha­ni bir əla­qə­dir” fik­ri ya­da dü­şür [2, s. 39].

F.Əli­za­də­nin “Mugf­la­ga­men­co” kom­po­zi­si­ya­sı 2011-ci il­də Al­ma­ni­ya­da (Ber­lin) bəs­tə­lən­miş, hə­min il Ams­ter­dam­da (Hol­lan­di­ya) di­ri­jor Ed Span­yar­dın ida­rə­si al­tın­da “Ni­e­uw En­semb­le” ka­me­ra or­kest­ri, so­list­lər – xa­nən­də Za­bit Nə­bi­za­də, tar­zən –  Ələs­gər Məm­mə­dov, həm­çi­nin məş­hur fla­men­ko ifa­çı­sı Kar­los Mo­re­no De­ni­ya Ar­tur Ra­man tə­rə­fin­dən uğur­la ifa olun­muş­dur. Hol­lan­di­ya­nın pay­tax­tı Ams­ter­dam­da ke­çi­ri­lən “Fla­men­co Bi­en­na­le” III Bey­nəl­xalq Fla­men­ko Mu­si­qi fes­ti­va­lın­da (21-30 yan­var 2011) ilk də­fə ifa olu­nan bu əsər fes­ti­va­lın təş­ki­lat ko­mi­tə­si­nin tək­li­fi ilə bəs­tə­lən­miş­dir.

“Mugf­la­ga­men­co” kom­po­zi­si­ya­sı də­rin məz­mun­lu əsər­dir və mu­si­qi məz­mu­nu təd­ri­cən, aram­la açı­lır. Əsər­də coş­qun xa­siy­yət­li, ge­niş imp­ro­vi­zə sə­ciy­yə­li in­ki­şaf fa­za­la­rı­nı mü­şa­hi­də edi­rik. İmp­ro­vi­zə­li fa­za­lar əsə­rin mu­si­qi ba­xı­mın­dan in­ki­şa­fı­na zə­min ya­ra­dır. Əsər “Ça­har­gah” üzə­rin­də möh­tə­şəm, əzə­mət­li inst­ru­men­tal gi­riş­lə baş­la­nır.

Öz me­lo­dik ça­lar­la­rı­na gö­rə fla­men­ko “Ma­ye­yi Ça­har­gah”a çox ya­xın­dır. Şərq və Qərb ara­sın­da hər nə qə­dər üs­lub müx­tə­lif­li­yi ol­sa da, mü­əy­yən də­rə­cə­də in­to­na­si­ya hə­ma­həng­li­yi ef­fek­ti əl­də olu­nur. Bu cə­hət əsə­rin ilk səs­lə­rin­də ar­tıq qa­ba­rıq hiss olu­nur.

Bəs­tə­kar hər iki sə­nət nö­vü­nün sər­bəst öl­çü­lü imp­ro­vi­zə xas­sə­sin­dən is­ti­fa­də et­miş­dir. Ona gö­rə də əsər­də bə­zən rit­mik öl­çü­nü tət­biq et­mir, bə­zən isə mü­şa­yiə­ti də­qiq öl­çü­yə əsas­la­nan ori­ji­nal rit­mik ba­za ya­ra­dır. Xü­su­si­lə kul­mi­na­si­ya­ya doğ­ru sər­bəst öl­çü­lü vo­kal par­ti­ya bu­ra­da ins­tu­men­tal mü­şa­yiə­tin cid­di met­rik fo­nu­na əsas­la­nır.

Di­gər tə­rəf­dən, əsər xa­nən­də­nin şaq­raq zən­gu­lə­lə­ri, zən­gin və röv­nəq­li ifa­sı, tex­ni­ki im­kan­la­rı üçün də ge­niş mey­dan­dır. Ey­ni fik­ri fla­men­ko ifa­çı­sı­na da şa­mil et­mək olar. Be­lə­lik­lə, bəs­tə­kar bir-bi­ri­nə zidd ol­ma­yan mu­ğam və fla­men­ko in­to­na­si­ya­la­rı­nı iş­lət­mək­lə ma­raq­lı və ori­ji­nal kom­po­zi­si­ya qu­raş­dır­mış­dır.

Fla­men­ko ifa­çı­sı­nın vo­kal par­ti­ya­sın­da me­lo­dik və lad-har­mo­nik ba­xım­dan mo­dal­lıq hökm sü­rür. Mo­dal­lı­ğın əsa­sən iki xü­su­siy­yə­ti­nə tə­sa­düf edi­rik. Bun­lar­dan bi­rin­ci­si – fri­gik dön­mə­si və ərəb qam­ma­sı­dır. Mo­dal­lı­ğın fri­gik la­da əsas­lan­ma­sı mo­no­dik­lik ya­ra­dır. Səs yük­sək­li­yin­də hökm­ran möv­qe tu­tan do­mi­nan­ta funk­si­ya­sı bu lad­la­rın əsər bo­yu mü­hüm­lü­yü­nə işa­rə edir. İs­pan ifa­çı­sı­nın vo­kal par­ti­ya­sın­da ma­raq do­ğu­ran xü­su­siy­yət­lər­dən di­gə­ri isə ən­də­liz ka­den­si­ya­sı­dır (por ar­ri­ba). Bu ka­den­si­ya­nın tət­bi­qi əsə­rin səs­lən­mə­si­nə əla­və konst­ruk­tiv ele­ment­lər da­xil edir.

Bə­zən is­pan ifa­çı­sı­nın par­ti­ya­sın­da ma­jor la­dı­na da rast gə­li­rik ki, bu da ənə­nə­vi fla­men­ko üs­lu­bun­da olan lad­lar­la (far­ru­ka, mi­lon­qa və s.) ilə as­so­sia­si­ya do­ğu­rur. Ümu­mi­lik­də gö­tür­sək, fla­men­ko – cə­nub-is­pan (ən­də­liz) xalq mu­si­qi­si – mah­nı (can­te) və rəq­sin (bai­le) vəh­də­ti­dir. Mə­lum ol­du­ğu ki­mi, fla­men­ko­nun üs­lub cə­hət­dən bir-bi­rin­dən fərq­li olan iki nö­vü var­dır. Bun­lar­dan bi­rin­ci­si qə­dim “can­te hon­do” (jon­do) – də­rin, cid­di dra­ma­tik üs­lub­dur. Onu bə­zən “can­te gran­da” ad­lan­dı­rır­lar (“yük­sək üs­lub”). İkin­ci­si isə da­ha müa­sir­dir və “can­te chi­co” (“sa­də üs­lub”) ad­la­nır. Bu üs­lub­lar­dan məhz bi­rin­ci­si ha­zır­ki əsə­rin vo­kal par­ti­ya­sı­na si­ra­yət et­miş­dir. Ümü­mi­lik­də gö­tür­sək, Azər­bay­can mu­ğam sə­nə­ti ki­mi, fla­men­ko­nun da çox­say­lı nü­mu­nə­lə­ri möv­cud­dur və bu nü­mu­nə­lər ara­sın­da hər han­sı bir sər­həd çək­mək ol­duq­ca çə­tin­dir.

İs­pan mü­ğən­ni­si­nin so­lo par­ti­ya­sın­da ən qə­dim mu­si­qi­li poe­tik ənə­nə­lər özü­nə­məx­sus mu­si­qi mo­tiv­lə­ri ilə qar­şı­lıq­lı vəh­dət ya­ra­dır. Bu­ra­da Ən­də­liz, Se­vil­ya, Qra­na­da, Kor­do­va­nın ka­no­nik stan­dart­la­rı­na uy­ğun olan spe­si­fik ifa tex­ni­ka­sı tət­biq olun­muş­dur. Mü­rək­kəb rit­mik sər­bəst­lik not ya­zı­sı­nı müm­kün­süz edir, odur ki, vo­kal par­ti­ya, elə­cə də mu­ğam so­lo­su şi­fa­hi yol­la ifa olu­nur və bu sə­bəb­dən par­ti­tu­ra­ya da­xil edil­mir. Bu bir da­ha gös­tə­rir ki, həm mu­ğam, həm də fla­men­ko bə­dii ya­ra­dı­cı­lıq üçün bö­yük im­kan­lar açan sə­nət nö­vü­dür.

Hər iki vo­kal ifa­nın xa­rak­te­ri par­laq, dra­ma­tik­dir. Me­lo­dik imp­ro­vi­za­si­ya bir tə­rəf­dən ənə­nə­vi is­pan me­lo­dik nö­vü­nə (fan­dan­qo, fri­gik la­dı), di­gər tə­rəf­dən “Ça­har­gah” mə­qa­mı­na söy­kə­nir. Zən­gin me­liz­ma­ti­ka fla­men­ko­nu mu­ğa­ma bir da­ha ya­xın­laş­dı­rır. İs­pan vo­kal tər­zin­də mik­ro­in­ter­val­lar­dan (ya­rım ton həc­min­dən də ki­çik) is­ti­fa­də olun­muş­dur. Əsa­sən por­ta­men­to ifa üsu­lu tət­biq edil­miş­dir. Bir səs­dən di­gə­ri­nə rə­van ke­çid baş ve­rir, yə­ni səs­lər bir­ba­şa də­qiq gö­tü­rül­mür. Tes­si­tu­ra dar­dır, çün­ki fla­men­ko vo­kal tər­zi üçün ümu­miy­yət­lə, seks­ta in­ter­va­lı həc­min­də dar dia­pa­zon xas­dır. Bu­ra­da su­al mey­da­na çı­xır: Bəs gö­rə­sən mü­ğən­ni me­lo­dik zən­gin­li­yi ne­cə əl­də edi­r? Bu, müx­tə­lif tembr və di­na­mik ça­lar­lar, mik­ro­in­ter­val­lar, me­lizm va­ri­ant­la­rı va­si­tə­si­lə əl­də edi­lir. Bə­zən is­pan mü­ğən­ni­si­nin par­ti­ya­sın­da vo­kal so­lo­nun sa­bit və mün­tə­zəm şə­kil­də ol­ma­ma­sı da onu mu­ğa­ma ya­xın­laş­dı­rır.

Əsə­rin or­kestr di­li ki­fa­yət qə­dər zən­gin­dir. Bu­ra­da XX əsr mu­si­qi kom­po­zi­si­ya­sın­da ge­niş ya­yı­lan me­tod və tex­ni­ki üsul­dan – alea­to­ri­ka­dan is­ti­fa­də olun­muş­dur. Mu­si­qi mət­ni­nin, səs struk­tur­la­rı­nın tə­sa­dü­fi­li­yi və mü­tə­hər­rik­li­yi or­kestr­də ge­niş tət­biq olun­muş­dur. Qeyd edək ki, bu xü­su­siy­yə­ti Qər­bi Av­ro­pa və rus bəs­tə­kar­la­rın­dan K.Ştok­hau­zen, C.Keyc, P.Bu­lez, V.Lü­tos­lavs­ki, E.De­ni­sov, R.Şed­ri­nin əsər­lə­rin­də gör­mək müm­kün­dür.

Alea­to­ri­ka­nın tət­bi­qi za­ma­nı ifa pro­se­si­nə “tə­sa­düf” ele­men­ti da­xil edi­lir. Bu ele­men­ti əl­də et­mək üçün ifa­çı­la­rın is­tə­yi­nə uy­ğun ola­raq ay­rı-ay­rı par­ça­lar də­yi­şil­miş hal­da səs­lə­nir, bə­zən be­lə tə­sa­dü­fi ele­ment­lər bir ne­çə xa­nə­dən iba­rət olur. İfa­çı­la­rın sə­la­hiy­yət­lə­ri art­dı­ğı hal­da bəs­tə­kar əsər üzə­rin­də­ki mə­su­liy­yə­ti on­la­rın ix­ti­ya­rı­na ve­rir və öz üzə­rin­dən gö­tü­rür. Be­lə­lik­lə, hər bir ifa­çı qar­şı­sın­da­kı sxe­mi öz is­tə­di­yi ki­mi ye­ri­nə ye­ti­rir.

Par­ti­tu­ra­nın not ya­zı­sı bə­zən sim­vol-işa­rə­lər­dən təş­kil olu­nur. Bir ne­çə ifa­çı­nın ey­ni za­man­da müx­tə­lif par­ça­lar səs­lən­dir­mə­si də müm­kün­dür ya­xud or­kest­rin mu­si­qi­çi­lə­ri kol­lek­tiv şə­kil­də imp­ro­vi­za­si­ya edir­lər və nə­yə qa­dir ol­duq­la­rı­nı nü­ma­yiş et­di­rir­lər. Hər də­fə ye­ni səs­lə­nən be­lə bir qu­ru­luş bəs­tə­ka­rın ide­ya və zöv­qün­dən ası­lı ol­ma­yan ye­ni for­ma­nı əmə­lə gə­ti­rir.

Ma­raq­lı­dır ki, alea­to­ri­ka­nı tət­biq edə­rək, bəs­tə­kar alea­to­ri­ka­nın kök­lə­ri­nin qə­dim xalq mu­si­qi imp­ro­vi­za­si­ya­sın­dan tə­kan al­ma­sı­nı da nə­zə­rə çarp­dı­rır. C.Keyc, K.Ştok­hau­zen, P.Bu­lez, V.Lü­tos­lavs­ki, S.Bus­sot­ti ki­mi bəs­tə­kar­la­rın öz ya­ra­dı­cı­lı­ğın­da bu üsu­la əl at­ma­sı bir nü­mu­nə ola­raq alea­to­ri­ka­nın Azər­bay­can mu­si­qi­si­nə də tət­bi­qi­ni müm­kün et­miş­dir. Bəs­tə­ka­rın ro­lu mü­əl­lif­dən da­ha çox “təş­ki­lat­çı” ki­mi özü­nü gös­tə­rir. Tə­sa­dü­fi­lik ele­men­ti əsə­rin qu­ru­lu­şun­da ək­si­ni tap­mış­dır. His­sə­lə­rin ar­dı­cıl­lı­ğı­nın ifa­çı­lar tə­rə­fin­dən müs­tə­qil şə­kil­də mü­əy­yən­ləş­dir­mə­si­nə və is­tə­dik­lə­ri temp­lə­ri seç­mə­yə şə­ra­it ya­ra­dır. Odur ki, ifa­çı­lar əsə­rin mü­əy­yən mə­na­da həm­mü­əl­li­fi­nə çev­ri­lir­lər, la­kin ey­ni za­man­da bəs­tə­kar tə­rə­fin­dən gös­tə­ril­miş mü­əy­yən çər­çi­və­lər­dən çıx­mır­lar.

fir-ngiz-lizad

F.Əlizadə bu əsərində dəqiq yazılmış musiqi ilə yanaşı, ayrı-ayrı orkestr qrupları və solo alətlər tərəfindən ifa olunan improvizəli epizodları da daxil etmişdir. Ümumiyyətlə, muğam F.Əlizadənin bütün əsərlərinin fəlsəfəsi, onun fikirlərinin, ya­ra­dıcılığının ilham mənbəyidir. Şərq-Qərb dalğasını təmsil edən bəstəkarın “Mugfla­gamenco” kompozisiyası onun bu istiqamətdə yeni axtarışlarını özündə əks etdirir.

 

ƏDƏBİYYAT:

  1. APA xəbət agentliyi, Amsterdamda bəstəkar Firəngiz Əlizadənin yeni əsərinin premyerası olub. (02 fevral 2011) – apa.az/print/212041.
  2. Əlizadə F.Ə. Muğam sənəti dünya musiqisi kontekstində. // “Muğam” jurnalı, №1, 2007, s. 34-47.
  3. “Muğam” jurnalı, № 1, 2007, 108 s.
  4. Денисов Э.В. Стабильные и мобильные элементы музыкальной формы и их взаимодействие, в его кн.: Современная музыка и проблемы эволюции композиторской техники. М.:Советский композитор, 1986, c. 112 —
  5. Коройтек Ц. Техника композиции в музыке ХХ в., М., Музыка, 1976, 358 с.
  6. Фалья М. Канте хондо. Его истоки, значение, влияние на европейское искусство. // Статьи о музыке и музыкантах. М.: Музыка,1971, 111 с.

 

Notoqrafiya:

  1. Əlizadə F.Ə. Mugflagamenco. Əlyazma. 2010, 40 s.

 

Фидан Асланова

диссертант BMA

 

СИНТЕЗ ОСОБЕННОСТЕЙ МУГАМА И ФЛАМЕНКО В КОМПОЗИЦИИ ФРАНГИЗ АЛИЗАДЕ «MUGFLAGAMENCO»

 

Резюме: В данной статье представлен анализ произведения «Mugflaga­menco» (для смешанного ансамбля) известного азербайджанского компо­зитора Франгиз Ализаде. Раскрываются особенности соединения элементов мугама и фламенко, а также исполнительский состав и особенности структуры произведения.

Ключевые слова: Франгиз Ализаде, “Mugflagamenco”, мугам Чахаргях, фламенко, Nieuw Ensemble

 

Fidan Aslanova

Candidate for a degree of BMA

 

SYNTHESIS OF THE FEATURES OF MUGHAM AND FLAMENKO IN THECOMPOSITION OF FRANGHIZ ALI-ZADEH’S “MUGFLAGAMENCO”

 

Summary: Analysis of the work of “Mugflagamenko”, that has been written for the mixture ensemble by prof. Franghiz Ali-Zadeh, the People’s Artist of the Azerbaijan Republic, is given in the article of “Synthesis of the features of Mugham and Flamenko in the Franghiz Ali-Zadeh’s “Mugflagamenco” Composition” of Fidan Aslanova. In the Composition joining of the elements of mugham and flamenco is demonstrated. Performers compound of the work,  structure characteristics are considered.

Key words: Franghiz Ali-Zadeh, “Mugflagamenco”, Chahargah mugham, flamenco, Nieuw Ensemble

 

Rəyçilər: sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənova;

sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadə

 

Mövzuya uyğun

  • yazı yoxdur