AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” 2023 № 4 (61)

 

  AZƏRBAYCANIN MUSİQİ İNCİSİ – ŞUŞA ŞƏHƏRİ

          Azərbaycanın mədəniyyət paytaxtı, incisi hesab olunan Şuşa şəhəri qədim ənə­nələrə, tarixə malik, görkəmli şəxsiyyətlər bəxş etmiş şəhərlərdən biri ol­muş­dur. XIX əsrdə Şuşa şəhərində 22 musiqişünas, 95 şair, 38 xanəndə, 16 rəssam, 18 memar fəaliyyət göstərmişdir. Birinci Qarabağ Müharibəsindən öncə Şuşa şə­hə­rində 6 muzey, 31 kitabxana, 4 kinoteatr, 8 mədəniyyət evi, Şərq musiqi alət­lə­ri fabriki, 1 teatr fəaliyyət göstərmişdir. Qeyd etmək lazımdır ki, Şərq musiqi alət­ləri fabriki Qafqazda yeganə fabrik olmuşdur. Fabrikdə tar, kamança, saz, na­ğa­ra, qaval, qoşa nağara kimi musiqi alətləri hazırlanırdı. Şuşa şəhəri Mir Möh­sün Nəvvab, Cabbar Qaryağdıoğlu, Sadıqcan, Qurban Pirimov, Məşədi İsi, Hacı Hü­sü, Keçəçi oğlu Məmməd, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Üzeyir Hacı­bəyli, Əfrasiyab Bədəlbəyli, Niyazi, Əşrəf Abbasov, Fikrət Əmirov, Soltan Ha­cıbəyov, Zülfi Adıgözəlov, Zülfüqar Hacıbəyov, Süleyman Ələsgərov, Rəşid Beh­budov kimi görkəmli musiqi xadimlərinin vətəni olmuşdur. Təsadüfi deyil ki, Azərbaycan musiqi tarixində adları çəkilən şəxsiyyətlərin müstəsna xid­mət­lə­ri olmuşdur. Ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinə həm də “Kiçik Paris”, “Azər­baycan musiqisinin beşiyi”, “Qafqazın sənət məbədi”, “Qafqazın kon­ser­va­to­riyası” adı ilə də müraciət edilirdi. XIX əsrdə Şuşa şəhərində musiqi məclisləri, dər­nək və cəmiyyətləri təşkil olunurdu. Musiqişünas, alim Mir Möhsün Nəvvabın xa­nəndə Hacı Hüsü ilə birlikdə təşkil etdikləri “Xanəndələr məclisi” buna bariz nü­munə ola bilər. “Xanəndələr məclisi”ndə muğamın estetik və ifaçılıq prob­lem­lə­ri, ümumilikdə muğam sənəti müzakirə olunurdu. Burada İslam Abdullayev, Mə­şədi Cəmil Əmirov, Sadıqcan, Seyid Şuşinski və digərləri iştirak edirdi.

7

          Respublikamızın ictimai-siyasi, tarixi-mədəni həyatında mühüm əhəmiyyət kəsb edən mədəniyyətimizin beşiyi, musiqi incisi hesab olunan Şuşa şəhəri artıq 271-ci ildönümünü yaşayır. Belə ki, əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli Xan tərəfindən qoyulmuş Şuşa şəhəri 28 illik ayrılıqdan sonra yenidən dir­çəl­mə­yə, inkişaf etməyə başlayır. Təsadüfi deyil ki, 2020-ci ildə 44 günlük mü­ha­ri­bə­nin şanlı zəfərindən sonra Şuşa şəhərində əhəmiyyətli dəyişikliklər baş verməyə baş­ladı. İlk növbədə şəhərin infrastrukturu yenidən qurulmağa, habelə bir çox ta­ri­xi və memarlıq abidələri bərpa edilməyə başladı. Əlbəttə ki, prosesin daha sü­rət­li baş verməsi üçün Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi yaradıldı. Bu işdə əsas yük Heydər Əliyev Fondunun üzərinə düşür. Belə ki, Heydər Əliyev Fondu Şu­şa­da bir çox layihələrin bərpasını başa çatdırıb. Sürətli inkişaf zamanı ilk növ­bə­də Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqifin muzey-məqbərəsi və büstü, döv­rünün məşhur xanəndəsi olmuş Bülbülün ev-muzeyi, dahi bəstəkar Üzeyir Ha­cıbəylinin heykəli, Yuxarı Gövhər Ağa Məscidi, şair-rəssam və musiqişünas Mir Möhsün Nəvvabın ev-muzeyi, Şuşa Xalça Muzeyi bərpa edilərək, istifadəyə ve­rilmişdir.

      Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev daim öz çıxış­la­rında Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı kimi dünyanın ən gö­zəl şəhərlərindən birinə çevriləcəyini qeyd edir: “Əslində, həmişə belə olub. Sa­də­cə olaraq, mənfur düşmən bütün tarixi abidələrimizi dağıdıb. Amma biz bərpa edə­cəyik. Onların əsl simasını qaytaracağıq. Azərbaycan xalqı Şuşada bundan son­ra əbədi yaşayacaqdır” [3].

      Rəsmi olaraq Azərbaycanın mədəni paytaxtı hesab olunan Şuşada bir çox əhə­miyyətli tədbirlər, beynəlxalq festivallar keçirilməkdədir. Məsələn, “Xarı­bül­bül” festivalı buna bariz nümunə ola bilər. Qeyd etmək lazımdır ki, 1989-cu il­dən etibarən “Xarıbülbül Musiqi Festivalı” keçirilməkdədir. Azərbaycanın gör­kəm­li xanəndəsi Seyid Şuşinskinin 100 illiyi ilə əlaqədar keçirilməyə başlayan “Xarıbülbül Musiqi Festivalı” hər il may ayında keçirilmişdir. Festivalın ilk ilin­də Qazaxıstan, Belarusiya, Qırğızıstan, Başqırdıstan, Litva kimi ölkələrdən folk­lor ansamblları maraqlı proqram ilə iştirak etmişdir. Şuşanın ürəyi hesab olunan Cıdır düzündə baş tutan festivalda 100-ə yaxın musiqiçi iştirak etmişdir. Artıq 1990-cı ildən sözügedən festival Beynəlxalq statusunu qazanır və ABŞ, İsrail, Ya­poniya, İtaliya, Niderland, Türkiyə, Əfqanıstan, Avstriya, İspaniya və s. kimi öl­kələrdən musiqi ansamblları da festivalda iştirak etməyə başlayır. Birinci Qa­ra­bağ müharibəsi dövründə Şuşa şəhərində festivalın keçirilməsi mümkünsüz hala çev­rildi və festivalın məkanı qonşu şəhərlərə köçürüldü. Atəşkəsin elan edilməsi ilə festivalın da keçirilməsinə böyük ara verildi və yalnız 29 ildən sonra 2021-ci il­də Xaribülbül Musiqi Festivalı yenidən Şuşada, Cıdır düzündə təşkil olundu. Se­vindirici haldır ki, artıq Xarıbülbül Musiqi Festivalı bütün dünyaya səs salmış məş­hur festivallardan birinə çevrilməkdədir. Əlbəttə ki, Birinci Qarabağ mü­ha­ri­bə­si və Şuşa şəhərinin işğalı ilə əlaqədar bu festivalın keçirilməsi day­an­dı­rıl­mış­dır. Lakin şanlı zəfərdən sonra yəni 2021-ci ildən etibarən festival yenidən bərpa olun­muşdur. Festivalın həcmi ildən ilə daha da artmağa başlamışdır.

      Şanlı qayıdışımızın daha bir nümunəsi 39 ildən sonra Vaqif Poeziya gün­lə­ri­nin keçirilməsidir. Qeyd etmək lazımdır ki, Vaqif poeziya günlərinin ke­çi­ril­mə­si birbaşa olaraq Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1982-ci ildə görkəmli şair Molla Pənah Vaqifin məqbərəsinin açılışı baş tut­duq­dan sonra Heydər Əliyev hər il avqust ayında poeziya günlərinin təşkil olun­ma­sı­nı göstəriş vermişdir.

       2021-ci ildə “Qafqazın konservatoriyası” adlandırılan Şuşa şəhərində Üzeyir Ha­cıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert baş tut­muş­dur. Kon­sert proqramı Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblının Xalq Çalğı Alət­ləri Orkestrinin müşayiəti ilə keçirilmişdir. Bildiyimiz kimi, 1995-ci ildən eti­ba­rən 18 sentyabr – Üzeyir bəyin doğum günü Respublikamızda “Mil­li musiqi” gü­nü kimi qeyd olunur. Təqdirə layiqdir ki, Şuşa şəhərinin geri qay­tarılmasından son­ra Üzeyir bəyin heykəlinin və büstünün yenidən bərpa edil­mə­si, habelə adını da­şıyan Musiqi Festivalının açılışı məhz Şuşa şəhərinə təsadüf et­mişdir.

      Qeyd etmək lazımdır ki, 2 qəsr, 2 mədrəsə, 3 türbə, 6 karvansara, 17 məs­cid, bir neçə kilsə-monastr, ümumilikdə 72 mühüm sənət və tarixi abidənin yer­ləş­diyi Şuşa şəhəri böyük əməklər nəticəsində 2001-ci il oktyabrın 24-də UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi Mədəni İrsin İlkin siya­hı­sı­na daxil edilmişdir.

         Qədim Şuşa şəhərinin müharibədən sonra yenidən dirçəlməsi və dünyaya ta­nıdılması üçün Azərbaycan Respublikasında 2022-ci il “Şuşa ili” elan edil­miş­dir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2022-ci il ər­zin­də Şuşa şəhərində bir sıra tədbirlər həyata keçirilmişdir. Onlara misal olaraq, “Xa­rıbülbül” Beynəlxalq Folklor Festivalı, “Vaqif Poeziya Günləri”, “Şuşanın 4 fəs­li” adlı Beynəlxalq Fotoqrafiya Festivalı, “Şuşa-2022” Beynəlxalq İncəsənət Fes­tivalı, “Şuşa yaradıcılıq emalatxanası” layihəsi, “Şuşa söhbətləri”, Azər­bay­can vokal məktəbinin banisi, dahi Bülbülün anadan olmasının 125 illiyinə həsr olu­nan Vokalçıların Bülbül adına VIII Beynəlxalq müsabiqəsi, “Televiziya Mu­ğam Müsabiqəsi – 2022”nin final mərhələsi və Qala Konsertini və digər təd­bir­lə­ri demək olar. Deyilənlərlə yanaşı “Şuşa ili” çərçivəsində xarici və yerli in­cə­sə­nət və ədəbiyyat xadimlərinin, kütləvi informasiya vasitələri nümayəndələrinin, təh­sil müəssisələri kollektivlərinin, Respublikada keçirilmiş bir çox beynəlxalq təd­bir iştirakçılarının, blogerlərin Şuşa şəhərinə səfəri təşkil olunmuşdur.

 “Şuşa ili” nəinki Azərbaycanda, hətta onun sərhədlərindən kənarda da təm­təraqlı şəkildə qeyd olunmuşdur. Buna misal olaraq, Avstriya, Macarıstan, Bel­çika Krallığı, ABŞ, Türkiyənin bir çox şəhərləri və s. ölkələrdə müxtəlif səp­gi­li konsert və sərgilər, silsilə tədbirlər həyata keçirilmişdir.

         31.05.2022-ci il tarixində Türkiyə Cümhuriyyətinin Bursa şəhərində təşkil olun­muş Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv res­pub­li­ka­la­rın Mədəniyyət Nazirlərinin Daimi Şurasının iclasında 2023-cü il üçün “Türk dün­yasının mədəniyyət paytaxtı”Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri se­çilmişdir. Bu münasibətlə Azərbaycanın mədəniyyət beşiyi hesab olunan Şuşa şə­hərində bir sıra tədbirlər həyata keçirilmişdir. Bunlara misal olaraq, “Xarı­bül­bül VI Beynəlxalq Musiqi Festivalı 2023”, Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Fo­rumu, “Vaqif Poziya Günləri”, Şuşa Qlobal Media Forumu, “Qorqud Ata Türk Dü­nyası” Film Festivalı və s. demək olar. Bununla yanaşı, qədim şəhərin Türk dün­yasının mədəniyyət paytaxtı elan olunması ilə əlaqədar, Şuşa şəhərinin elek­tron xəritəsi və mobil tətbiqi, habelə poçt markaları və xatirə nişanı ha­zır­lan­mış­dır.

        Sevindirici haldır ki, Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının paytaxtı elan olunmuşdur. Belə ki, Qətər Respublikasının Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında iştirakçıların yekdil qərarı ilə İslam sivilizasiyasının simvollarından biri olan Şuşa şəhəri İslam dünyasının pay­taxtı elan edildi. Qeyd etmək lazımdır ki, Şuşa Şəhəri Dövlət Qoruğunda is­la­ma dair bir sıra abidələr mövcuddur. Bunlara misal olaraq, 2 mədrəsə, 17 məscid və s. demək olar.

         Şuşa şəhərinin yuxarıda sadalanan siyasi, mədəni, diplomatik, iqtisadi bey­nəl­xalq tədbirlərə ev sahibliyi etməsi əlbəttə ki, qədim şəhərin dünya miqyasında ta­nınmasına birbaşa təsir edir. Tədbirlər çərçivəsində təşrif buyurmuş qonaqlar Er­mənistanın işğalı altında olduğu müddətdə Şuşa şəhərinin necə viran olun­du­ğu­nun şahidi olurlar. Eyni zamanda Şuşa şəhərinin ecazkar təbiəti, qədim tarixi və mədəniyyəti ilə tanış olurlar.

 

ƏDƏBİYYAT:

  1. Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı: biblioqrafiya / Tərt.ed. X.Abbasova; elmi red. K.M.Tahirov; red. E.R.Nəciyev. – Bakı, 2021. – 600 s.
  2. URL: http://anl.az/down/zeferimizin-tentenesi.pdf
  3. URL:https://yeniazerbaycan.com/SonXeber_e83363_az.html
  4. URL:https://qafqazinfo.az/news/detail/bu-seherin-medeniyyet-paytaxti-elan-edilmesi-susa-iline-en-deyerli-tovhedir-369839
  5. URL:http://anl.az/down/meqale/ses/ses_may2009/78212.htm

 

Zümrüd PAŞAYEVA

AMK-nın “Milli vokal” kafedrasının baş müəllimi

endir

PDF

 

Mövzuya uyğun