İmperator Rus Musiqi Cəmiyyəti Baki şöbəsinin tədris strukturu
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 3, 2016
BMA-nın dissertantı
Ünvan: Bakı, Nəsimi r-nu, Şəmsi Bədəlbəyli 98
Email: сema80@rambler.ru
UOT 304,4
İMPERATOR RUS MUSİQİ CƏMİYYƏTİ BAKI ŞÖBƏSİNİN TƏDRİS STRUKTURU
Xülasə: Zəngin arxiv materiallarına əsaslanaraq, müəllif XIX əsrin ikinci yarısında Azərbaycan musiqi mədəniyyətindən maraqlı faktlar irəli sürür. Məqalədə Azərbaycanda professional musiqi təhsilinin meydana gəlməsi açıqlanır.
Açar sözlər: Rus Musiqi Cəmiyyəti, tədris strukturu, A.N.Yermolayeva, konsert, musiqi sinifləri
XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanın musiqi mədəniyyəti tari-xində xeyli canlanma baş verir. Bu dövrdə konsert və opera sənətinin, musiqi təhsi-linin əsasları qoyulur. Bir sıra ölkələrdən tanınmış ifaçılar Bakıya qastrola gəlir, yerli musiqiçilərin fəaliyyəti daha da aktivləşirdi. Həmin artistlərdən bəziləri burada qalıb işləyirdilər. Onlardan pianoçu V.Voytsexovski, A.N.Yermolayeva, müğənni A.Rien-zi və başqaları daimi yaşamaq üçün Bakıya köçmüşdülər.
Getdikcə, Bakıda professional musiqiçilərin sayı artırdı, onlar həvəskar musiqiçilərlə birgə şəhərin musiqi mədəniyyətinin inkişafında mühüm rol oyna-yırdılar. Belə sənətkarlardan biri də Azərbaycanda professional musiqi təhsilinin yaranma tarixində, onun meydana gəlməsində və inkişafının ilk addımlarında dərin iz buraxan, görkəmli musiqiçi – Antonina Nikolayevna Yermolayeva olmuşdur. Azər-baycanda professional musiqi təhsilinin meydana gəlməsinin başlanğıcını hiss edərək, A.N.Yermolayeva 1895-ci ildə Bakıda ilk musiqi məktəbini yaratmışdır.
XIX əsrin sonlarında Azərbaycanın – Bakı, Gəncə və digər şəhərlərində pro-fessional musiqi təhsil ocaqları yox dərəcəsində idi. A.N.Yermolayevanın məktəbi yalnız bir ilə yaxın fəaliyyət göstərir. Əsasnaməyə görə təhsil kursu 6 illik, təhsil ödənişli idi və onun miqdarını hər dəfə A.N.Yermolayeva özü müəyyənləşdirirdi. Burada fortepiano və vokal sinifləri açıldı, nəzəriyyə və solfecio əsas fənlər sırasında tədris olunurdu. Bir qədər sonra isə simli alətlər sinfi də meydana gəlir. Artıq ilk addımlarından məktəb nüfuz qazanmağa başlamışdı.
Arxiv materialları və ardıcıl nəşrlər sayəsində aydın olur ki, A.N.Yermolayevanın musiqi məktəbi 1895-ci il sentyabrın 26-da təsdiq edilir. Lakin, dərslər 1896-cı ilin yanvarın 8-dən başlayır. I dərs ilində 30 tələbə qəbul olundu. A.N.Yer-molayeva məktəbinin yaradıcılığı həqiqətən də genişliyi və müxtəlifliyi ilə seçilirdi. Belə ki, burada “izahlı və dərrakəli” təhsil yaxşı nəticə verirdi, məktəbdə təhsil alan tələbələrin, müəllimlərin, məktəbin ətrafında toplaşan bir sıra musiqisevərlərin təşəbbüsü ilə ictimai kamera konsertləri, uşaq musiqi “səhərciyi” təşkil olunurdu. Əldə edilən faktlara əsasən qeyd edə bilərik ki, Yermolayevanın Bakıda musiqi təhsil ocağı açmaq fikri çox faydalı sayıla bilər. Çünki burada, rus musiqiçilərinin işləmə metodu, repertuarı və əhalinin maarifləndirməsi xüsusilə faydalı olmuşdur. A.N.Yermolayevanın məktəbə qayğıkeş yanaşması istedadlı və yaradıcı musiqiçiləri dəvət etməsi bəhər verirdi. A.N.Yermolayeva təhsilinin nəticələrini camaata təqdim edirdi. İllik imtahanlar əlbəttə ki, dinləyicilər qarşısında keçirilirdi. Hər bir imtahandan sonra “Kaspi” qəzetində resenziyalarda pedaqoji işin yüksək qiymət-ləndirilməsi barədə məlumat verilirdi. A.N.Yermolayevanın məktəbi Bakıda klassik musiqi nümunələrinin və musiqi təhsilinin dirçəlişində böyük rol oynamışdır.
Qeyd edtmək lazımdır ki, Bakı əhlinin özəl musiqi maarifçiliyi və pedaqoji yaradıcılıq fəaliyyəti formalarına artan tələbat vaxtı gəlib çatmışdır. XX əsrin əvvəlləri Bakı kiçik quberniya şəhərindən dəyişilərək, Rusiyanın qabaqcıl sənaye mərkəzinə çevrilmişdi. Bu dövrdə bütün Rusiyada musiqi həyatının mərkəzində İmperator Rus Musiqi Cəmiyyəti dururdu. Bunu nəzərə alaraq, Yermolayeva 1901-ci il aprelin 4-də Bakıda yaratdığı musiqi siniflərinin əsasında məhz İmperator Rus Musiqi Cəmiyyətinin Bakı Şöbəsini yaratmaq üçün Rus Musiqi Cəmiyyətinin Baş direktorluğuna müraciət etmişdi. Bu müraciət qəbul olundu və onun məktəbi əsasında İRMC-nin Bakı şöbəsi meydana gəldi. A.N.Yermolayevanın musiqi məktəbi maddi imkanları və hüquqi haqları olmadığı üçün yüksək təhsil ocağına çevrilə bilmədi. Bunu anlayaraq, A.N.Yermolayeva Bakıda İRMC-nin şöbəsini açmaq ideyasını irəli sürür.
1901-ci ildə Rus Musiqi Cəmiyyətinin Bakı şöbəsinin açılışı münasibəti ilə “Kaspi” qəzetində 2 böyük məqalə dərc olundu. Burada ümumi olaraq, rus musiqi mədəniyyətinin tarixində müstəsna dərəcədə böyük rol oynamış İmperator Rus Musiqi Cəmiyyətinin quruluşu, funksiyaları, statusu, fəaliyyət dairəsi, eləcə də Bakı şöbəsi haqqında geniş məlumat verilir. Musiqi siniflərinin direktoru vəzifəsi məhz A.N.Yermolayevaya həvalə olunur. Arxiv materialları və İRMC-nin Bakı şöbəsinin məlumatına əsaslanaraq, musiqi siniflərinin pedaqoji tərkibini qeyd etmək olar: fortepiano sinfi üzrə — Antonida və Yevgeniya Yermolayeva bacıları, R.L.Niko-layeva, O.A.Zaytseva və Peterburqdan dəvət olunmuş skripkaçı S.R.Kronqold, müğənni A.İ.Vişnevski, Moskvadan gəlmiş pianoçu R.P.Nikolayeva, violonçel çalan V.İ.Dubinskidən və həmçinin A.Yermolayevanın məktəbinin yetirmələrindən ibarət idi. Elə bu dövrə İRMC-nin Bakı şöbəsinin təşəbbüsü ilə təşkil olunan peda-qoq və tələbələrin ilk konserti müşahidə olunur. Konsertin proqramına L.Bethoven, V.Motsart, F.Şopen, R.Şuman, A.Rubinşteyn və digər bəstəkarların əsərləri daxil olmuşdu və o dövrün yerli mətbuatının yazılarına əsasən, konsertlər böyük anşlaqla başa çatırdı.
Beləliklə, XX əsrin əvvəllərində Azərbaycanda professional musiqi təhsilinin əsası qoyulmuşdu. Bu dövrdə Azərbaycanın mədəni və musiqi həyatı daha dolğun və maraqlı inkişaf etməyə başlayır. Musiqi təhsil ocağının fəaliyyətinin ilk günlərindən yerli cəmiyyətin incəsənətə olan marağı hiss olunur. Musiqi siniflərində təhsil alan tələbələrin marağı daha çox fortepiano şöbəsinə aid idi. Daha dəqiq, qəbul olan 183 tələbədən 125-i fortepiano sinfi üzrə dərs alırdı.
İRMC-nin Bakı şöbəsi musiqi təhsili sahəsində fəaliyyəti uğurlu idi. Belə ki, burada musiqi siniflərinin direktoru A.Yermolayeva bu tədris ocağına Bakının ən yaxşı müəllimləri və digər şəhərlərdən olan məşhur musiqiçiləri dəvət edirdi. Yuxa-rıda qeyd etdiklərimizdən məsələn, S.R.Kronqold, V.İ.Dubinski, R.P.Nikolayeva və A.İ.Vişnevski, başqa pedaqoji kollektivə, fortepiano sinfi üzrə — O.A.Zay-tseva, kontrabas sinfində — İ.R.Romanovski, fleyta – İ.O.Makeyev, klarnet – S.A.Desyatkov, mis nəfəs alətləri üzrə — F.F.Parizek, nəzəri fənnlər isə S.Kronqold, V.Dubinski və Yevgeniya Yermolayevaya həvalə olunmuşdu. Yeni müəllimlər RMC-nin Bakı şöbəsinin konsert fəaliyyətinə olduqca tez qoşuldular. Onlardan bir çoxu istedadlı ifaçı kimi özünü büruzə verir və tez-tez çıxış edirdilər. Pianoçular arasında O.A.Zaytseva, E.A.Dobroxotova, K.F.Marjik, M.V.Abolenskaya, B.A.Sem-yonov, Z.L.Tsexnovskaya, skripkaçı Q.S.Kats, violonçel çalan V.S.Dobro-xotov, müğənni L.N.Yakovleva və b. idi.
Çox sevindirici hal idi ki, siniflərin musiqi-maarifçilik fəaliyyəti çox sayda iştirakçı cəlb edirdi. Artıq məktəbin II dərs ilində təhsil alan tələbələr açıq kon-sertdə çıxış edirdilər. Ansambl sinfinin müəllimi S.Kronqold tələbə orkestrinə rəh-bərlik edirdi. Orkestrlə keçirilən 2 konsert barədə “Kaspi” qəzetində resenziyada bir sıra bilgilər verilir, skripka sinfinin gözəl tərtibatı, orkestrin ifası, vokal sinfinin klassik repertuara dayaqlanması yüksək qiymətləndirilir. Həmçinin, burada musiqi sinif-lərinin yüksək pedaqoji əhəmiyyəti qeyd olunur. Tələbə kon-sertləri sistemləşir, lakin onların sayı stabil qalmırdı. Musiqi siniflərinin fəaliyyəti maddi bazanın olma-dığından intensiv şəkildə inkişaf edə bilmirdi. Baş müdi-riyyətdən maddi köməklik olmadığına görə A.N.Yermolayeva musiqi siniflərini genişləndirə və yeni təhsil fənnlərini daxil edə bilmirdi.
1906-cı ildə A.N.Yermolayeva Bakını tərk edir və musiqi siniflərinin direktoru vəzifəsinə S.Kronqold təyin olunur. O, musiqi siniflərini passiv vəziyyətdən çıxartmağa çalışır. Yeni müəllimlər dəvət edir. Siniflərin musiqi maarifçilik fəaliy-yətini genişləndirirdi. Musiqi siniflərinin hələ ilk tədris ilindən simfonik orkestr yaratmaq ideyası yalnız 8 ildən sonra həyata keçir. Bu illər ərzində orkestrin mey-dana gəlməsi üçün əlverişli mühit yaranmışdı. Musiqi siniflərinin aktiv maarifçilik fəaliyyətinin sevindirici faktlarından biri də getdikcə tələbələrin artması idi. 1911-1912-ci dərs illərində musiqi siniflərində 289 tələbə dərs alırdı. Onlardan 196-sı fortepiano sinfi üzrə idi.
1916-cı ildə daha bir yeni dəyişiklik baş verir. Musiqi siniflərinin yeni direktoru Y.A.Rıjinski təyin olunur. Y.A.Rıjinski yeni dərslər əlavə edir; harmoniya, musiqi tarixi və s. Bununla yanaşı, məktəbə yeni müəllimlər dəvət edir. Onlardan: M.İ.Piletski (fortepiano), R.P.Dunayevski – Qoldşteyn (vokal) və b. Y.A.Rıjinski özü isə fortepiano sinfini və tələbə orkestrinə rəhbərlik edirdi. Bakıya gələn kimi dərhal Y.A.Rıjinski İ.R.M.C-nin konsert fəaliyyətinə də qoşulur və yerli mətbuat onu təkcə gözəl pianoçu kimi deyil, həmçinin nüfuzlu bir şəxsiyyət kimi, İ.R.M.C-nin fəaliyyətinin yaxşılaşması üçün çalışan bir insan kimi qələmə verirdilər. 1916-cı ilin oktyabrında İ.R.M.C-nin musiqi sinifləri “musiqi uçilişinə” çevrildi.
Gördüyümüz kimi, RMC-nin Bakı şöbəsində təhsil almaq baha başa gəlirdi və buna görə də zəhmətkeş ziyalılara özəl təhsil ocaqları, kurslarda dərs almaq daha sərfəli idi. Millilik məsələsi də önəmli idi. RMC-də təhsil alan tələbələr siyahısında ilk Azərbaycan soyadları yalnız 1908-ci ildə meydana gəldi (Tağıyeva, Şabanzadə, Hacıyeva, Ziyalova, Mahmudbəyova). Beləliklə, İRMC Azərbaycanda musiqi təh-silinin inkişafında əhəmiyyətli rol oynamışdı.
İmperator Rus Musiqi Cəmiyyətinin Bakı şöbəsinin fəaliyyətinin ümumi icmalına yekun vuraraq qeyd edə bilərik ki, bu cəmiyyətin fəaliyyəti müəyyən çatışmazlıqlara baxmayaraq, Azərbaycanda professional musiqi mədəniyyətinin inkişafında, musiqi təhsilinin təşəkkülündə, konsert həyatının fəallaşmasında mühüm rol oynamışdır.
ƏDƏBİYYAT :
1.Əliyeva F.Ş. XX əsr Azərbaycan musiqi mədəniyyəti tarixinin qaynaqları. I kitab, 1901-1911. B.: Nurlan, 2005, 362 s.
- Дильбазова М.П. Из музыкального прошлого Баку. Б.: Ишыг, 1985,136 c.
- Исазаде А.И. Из истории профессиональной музыкальной жизни дореволюционного Баку. 1960, №5, с. 117-128.
- Императорское русское музыкальное общество // Газета «Каспий» 25 октября, 1901, № 283.
- И.Р.М.О // Газета «Каспий» 26 октября, 1901, № 285.
Диссертант БМА
СТРУКТУРА ОБРАЗОВАНИЯ БАКИНСКОГО ОТДЕЛЕНИЯ
ИМПЕРАТОРСКОГО РУССКОГО МУЗЫКАЛЬНОГО ОБЩЕСТВА
Резюме: Опираясь на богатый архивный материал, автор приводит интересные факты из Азербайджанской музыкальной культуры во второй половине ХIX века. В статье рассматриваетсястановление профес—сионального музыкального образования в Азербайджане.
Ключевые слова: Русское музыкальное общество, образовательная структура, А.Н.Ермолаева, концерт, музыкальные классы
Dissertant of BMA
THE EDUCATION STRUCTURE OF THE BAKU BRANCH
IMPERIAL RUSSIAN MUSICAL SOCIETY
Summary: Leaning against a rich archival material, the author mentions the interesting facts from the Azerbaijan musical culture in the second half of ХIX century. The article deals with the establishment of a professional musical education in Azerbaijan.
Key words: Russian music society, educational structure, A.N Yermolayeva, concert, music classes
Rəyçilər:
sənətşünaslıq üzrə elmlər doktoru, professor Fərəh Əliyeva;
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Hüseynova