“Konservatoriya” saytının hazırlanması prosesi ilə əlaqədar müəlliflərin köməyi və məsləhətinə ehtiyac yaranıb. 2009-cu ildən bəri jurnalda dərc edilmiş məqalələrin müəlliflərinin fərdi veb səhifələri və məqalələrin adı, eləcə də müəlliflər barədə məlumat (iş yeri, vəzifəsi, elmi adı, elmi dərəcəsi, fəxri adı, fotosu, emaili) toplanır. Müəlliflərdən rica edirik, çatışmayan informasiyani mümkün qədər tez zamanda redaksiyaya təqdim edəsiz ki, sayt dolğun və dürüst tərtib edilsin. Bundan əlavə, yazılarda gedən səhvlər və anlaşılmazlıqla rastlaşarsızsa zəhmət olmasa Azərbaycan Milli Konservatoriyası, 207 saylı otağa, yaxud azconservatory@gmail elektron ünvanına xəbər verəsiniz. 2015-ci ildən qabaqkı sayların arasında bəzi nömrələrin elektron versiyası olmadığından müəlliflərdən xahiş olunur ki, saytın daha zəngin olması üçün kimdə bu məqalələrin vörddə yığılmış variant varsa redaksiyaya göndərsin. Qabaqcadan minnətdarlığımızı bildiririk.

Mövzuya uyğun

  • yazı yoxdur