AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

    “KONSERVATORİYA”  № 2 (36), 2017

Sonaxanım İBRAHİMOVA

sənətşünaslıq üzrə fəlsəfə doktoru,

professor

Bakı şəhəri, AZ 1014, Rəşid Behbudov küçəsi 75,

Əməkdar incəsənət xadimi,

Email: bakixoreografiyaakademiyasi@gmail.com

UOT: 7.05

AZƏRBAYCANDA MUSİQİ PRODÜSSERLİYİNİN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ

 endir

 

PDF

 

 

 

Xülasə: Təqdim olunan məqalədə Azərbaycanda müasir sosial-mədəni vəziyyətin kontekstində musiqi prodüserliyinin səciyyəvi xüsusiyyətləri və problemləri açıqlanır. Açıqlanan problemlər musiqi sənətinin müxtəlif vektorlarını əhatə edir və bu mərhələdə Azərbaycan musiqi prodüserliyinin inkişafına mane olan əsas müddəalar və amillər qeyd olunur.

Açar sözlər: Musiqi prodüserliyi, problemləri, Azərbaycan, art-menecer, xüsusiyyətlər, mədəniyyət, istiqamətlər

Prodüser fəaliyyətinin ayrı-ayrı formalarının mövcud olmasına baxmayaraq, indiyə qədər Azərbaycanda bir sıra amillərin yardım etdiyi prodüserlik institutunun təşəkkül tapması haqqında bəhs etmək mümkün deyil. Azad bazarın səciyyəvi xüsusiyyətlərini nəzərə almaqla musiqi proseslərinə rəhbərliyin təşkili və yeni peşəkar formaların yaradılması preroqativ istiqamətlərdən biri olmuşdur. Onlara ilk növbədə, musiqi prodüserliyi aiddir.

1990-cı ildə müstəqillik əldə olunandan sonra Azərbaycanda baş verən sosial-siyasi və iqtisadi dəyişikliklər müasir Azərbaycan incəsənətinin inkişafına təsir göstərmişdir. Sərhədlərin açılması ümumilikdə ölkənin sosial-mədəni sisteminə təsir göstərmiş və xüsusilə də mədəni dialoq baxımından beynəlxalq işgüzar ünsiyyət məsələləri və mədəniyyətin müasir təşkili sistemində birləşməsi nəinki musiqini, eləcə də ədəbiyyatı, teatrı, kinonu daxil etməklə Azərbaycan mədəniyyətində işgüzar seqmentin sonrakı inkişafına xidmət edən əsas istiqamətlərin müəyyən transformasiyası problemlərini ön plana çəkmişdir.

İndiki dövrdə Azərbaycanda anlayışların əvəz olması mövcudluğu bir qayda olaraq layihənin menecmentinə görə məsul şəxsi prodüser adlandırırlar. Hətta peşəkar musiqiçilər arasında musiqi prodüserlərinin, menecerlərin, agentlərin, sərmayəçilərin funksiyaları haqqında yanlış təsəvvür mövcuddur (“musiqi prodüseri” termini altında layihənin və ya ifaçının irəliləməsinin “texniki tərəfi” ilə maliyyə, inzibati, texnoloji və ya hüquqi aspektlər ilə məşğul olan PR menecerin, naşirin, distribüterin, tur-menecerin, imicmeykerin funksiyalarını yerinə yetirir, yəni menecer funksiyalarını yerinə yetirən şəxs başa düşülür[1]).

Yuxarıda qeyd olunan məqamlar ilə əlaqədar və geniş, peşəkar musiqi prodüserlərinin fəaliyyətinin əsas istiqamətləri haqqında məlumatlı olmamasından istifadə edərək, yaranan boşluğu elementar musiqi təhsili olmayan, özlərini musiqi prodüserləri kimi qələmə verən şəxslər doldurmuşlar. Lakin təqdim olunan fərdlərin fəaliyyətinin təhlilini menecment kimi xarakterizə etmək mümkündür. Musiqi prodüseri sırf inzibati funksiyalar ilə əvəz olunmayan böyük iş təcrübəsini və xüsusi peşə təhsilini tələb edən ayrıca peşədir.

İlk olaraq musiqi prodüserinin işinin mahiyyətini və səciyyəvi xüsusiyyətlərini açıqlayan fakültələrin, mütəxəssislərin hazırlanmasında təhsil və elmi bazanın yoxluğudur. Musiqi prodüsserinin fəaliyyətinin səciyyəvi aspektlərinin öyrənilməsinə aid olan fənn əksər hallarda sistemsiz və fakültativ xarakter daşıyan “Art-menecment” kimi qısa kursun çərçivələri daxilində məhdudlaşdırılır (respublikanın hər bir musiqi AİM-də fənnin tətbiqinin xüsusi planı təqdim olunub).

Bu kurs giriş kursu olub, yaradıcılıq layihəsinin fəaliyyətinin bütün sahələrinin ətraflı şəkildə tədrisi ilə əlaqədar peşələrin öyrənilməsinin differentasiyasını nəzərdə tutmur: musiqi sənətinin müxtəlif vektorlarının prodüser peşəsi, prodüserliyin komanda və fərdi forması, layihənin, musiqi kommunikasiyası nəzəriyyəsinin inkişafının hesablanması və elementar sxemin işlənib hazırlanması, musiqi sosiologiyasının əsaslarının öyrənilməsi: dinləyicilərin tipologiyası və onların musiqi seçimləri, böyük və kiçik şəhər publikasının mentaliteti, dinləyicinin hazırlığına istinad edən konsertlərin müxtəlifliyi (o cümlədən də, akademik musiqi) və s.

İlk növbədə, bütün maraqlı tərəflərin iştirakı ilə akademik istiqamətin və bədii layihələrin musiqi prodüserliyinin inkişafına yönəlmiş problem xarakterli tapşırıqların qoyuluşu və həlli ilə bağlı dəyirmi masaların, konfransların, elmi diskussiyaların yox dərəcəsində olmasıdır. Bu diskussiyalar prodüserlərin, incəsənət xadimlərinin, musiqişünasların, KİV nümayəndələrinin elmi, yaradıcı və işgüzar əlaqələrinin, eləcə də təhsil, mədəniyyət və incəsənət idarələrinin hakim strukturlarının və inzibati işçilərinin prodüser layihələrinin realizəsinə cəlb edilmə, həmçinin, dinləyicilərin akademik musiqiyə qarşı marağının artmasına yardım göstərməsidir.

Bu gün Azərbaycan musiqi cəmiyyətində bəzi hallarda neqativ iradlara gətirib çıxaran xüsusi şifahi qaydada əməkdaşlıq şərtləri və nəticə kimi, yeganə yaradıcı layihə ilə əlaqədar olan tərəflər arasında etimadın yoxluğu şərtləndirilir. Sözsüz olaraq, xidmətlərin qiymətlərinin, əməkdaşlıq müddətlərinin dəqiq şərtləndirildiyi müqavilələrin tərtib olunması və imzalanması zamanı dəqiq qanunverici baza, tərəflərin arzuları və ümidləri, layihənin və artistin irəli çəkilməsi ilə bağlı ümumi büdcənin razılaşdırılması, bütün maraqlı tərəflərin məsuliyyətinin və etimadının möhkəmləndirilməsində və bir çox neqativ nəticələrin dəf olunmasında vacib məqamdır.

İri prodüser mərkəzləri, prodüserliyin fərdi formaları haqqında qanunu, akademik istiqamətli musiqi biznesinin inkişafına vergi qoyuluşundan azad edilən investorlar və sponsorlar haqqında qanunu daxil etməklə musiqi sahəsində bütün işgüzar və maliyyə aspektlərinin fəaliyyətini tənzimləyən qanunverici bazanın, hüquqi aktlarının mövcudluğu vacib amillərdəndir.

Qeyd etmək lazımdır ki, akademik musiqinin prodüsserliyinə xüsusi diqqət kütləvi musiqi mədəniyyətinin (pop-art) və akademik musiqinin ifadə vasitələri arasında – müasir musiqinin iki sahələrinin sosiumunda açıq-aşkar güclənən disbalans diktə olunur[2]. Bu mənada, vergi güzəştləri və akademik musiqinin musiqi prodüserliyinə göstərilən hüquqi dəstək publikanın bədii zövqünün yaxşılaşmasına, sosiumun mədəni səviyyəsinin artırılmasına, akademik incəsənətin dəyərləndirici olan auditoriyanın formalaşmasına və tərbiyə olunmasına yardım göstərə bilər.

Azərbaycanda ayrı-ayrı musiqiçilərin və yaradıcı layihələrin peşəkar şəkildə irəli çəkilməsi ilə məşğul olan iri prodüsser mərkəzlərinin (rekord-leybl, bukinq-agentlikləri) yox dərəcəsindədir. Kənar mütəxəssislərin dəvət olunması, eləcə də xüsusi layihələrin musiqiçilər tərəfindən sərbəst şəkildə təmsil olunması, bu fəaliyyətin nəticəsini daha da az proqnozlaşdıraraq müəyyən maliyyə riski ilə əlaqələndirir (vəsaitlərin təkrar xərclənməsi, qeydiyyat metodlarının, studiyaların, mühəndislərin yanlış seçimi). Peşəkar musiqi prodüsserinin fəaliyyəti işin bütün mərhələlərinə nəzarətə yardım edir və büdcəni, müddətləri və nəticəni proqnozlaşdırır. Yeni bədii layihələri zəif realizə edən (əsasən menecer fəaliyyəti) məşhur xarici ifaçıların qastrolları ilə məşğul olan kommersiya konsert təşkilatlarının mövcudluğu və beynəlxalq əlaqələrin yoxluğu ilə əlaqədar bir çox istedadlı Azərbaycan musiqiçilərinin xarici musiqi prodüserlərinə müraciəti buna misaldır

Musiqi televiziyasında 1990-2016-ci illər ərzində prodüserlik institutunun meydana çıxması, dövlət maliyyəsinin ixtisara salınması, teleyayımın kommersiyalaşdırılması, teleproqramlara ehtiyac duyan kanalların, o cümlədən də, musiqi kanallarının çoxalması ilə əlaqədardır. Azərbaycan televiziyasında yeni orijinal musiqi proqramlarının yaradıcılarının hüquqi zəmanətlərinin yoxluğu ikinci problem olaraq meydana çıxır. Bu zaman “gizlin plaqiat”, yəni, rəqabət aparan telekanallarda musiqi proqramlarının yeni format yaradıcılarının intellektual mülkiyyətinin qeyri-qanuni şəkildə mənimsənilməsi halları mövcuddur. Musiqi televiziyasının təşkilində prodüserlik, institutun formalaşması ilə əlaqədar problematikanın ayrıca hissəsini təşkil edir.

 Bu sahədə məşğul olan insanların işi bir sıra fərqli əlamətlər ilə xarakterikdir. Televiziyada musiqi proqramlarının prodüseri ilk növbədə musiqi teleproqramlarının məzmununu – sinopsisin, musiqi teleproqramının ssenarisinin, pilot buraxılışının yaradılmasını təmin edir.

Xarici lisenziya ilə əldə olunan teleproqramın istehsalı üçün kanalın prodüseri  işçi götürdüyü hallarda lisenziyalı musiqi proqramlarının nüfuzu, Azərbaycan televiziyasının əsas problemlərdəndir. Əksər hallarda bu proqramlar və layihələr müxtəlif kanallarda təkrarlanaraq, musiqi verilişlərinin vahid formalarının nüfuz qazanmasına, musiqi televiziyasının müəyyən stereotiplərinin məcburən qəbul edilməsinə  yardım edir.

Digər problem Azərbaycan televiziyası üçün xarakterikdir: kütləvi mətbuat vasitələrinin artımı və qlobal media mədəni məkanın inkişafı ilə əlaqədar olaraq tamaşaya, media vasitələrinə, əyləncəli musiqinin kommersiyalaşmasına, kütləvi şəkildə yayımlanmasına və istifadəsinə əsaslanan kütləvi musiqi mədəniyyətinin yeni tipi formalaşır. Kütləvi musiqi mədəniyyətinin artımı şəraitində mədəniyyətin periferiyasında akademik mədəniyyət sahəsi yer alır və klassik musiqi sahəsinə qarşı maraq əhəmiyyətli şəkildə azalır. Bütün bunlara baxmayaraq, musiqi sənayesi bu və ya digər hallarda televiziya ilə əlaqədardır. Praktiki olaraq bütün Azərbaycan telekanallarında klassik incəsənət və klassik musiqi haqqında proqramların və ya verilişlərin payı 10%-dən artıq olmur. Akademik incəsənət sahəsində ən yaxşı layihələri və xəbərləri (konsertlər, tamaşalar, filmlər) işıqlandıran yeganə kanal “Mədəniyyət” kanalı, pop-mədəniyyət ilə akademik incəsənət arasındakı açıq-aşkar disbalansı kompensasiya etmək iqtidarında deyil.

Nəticədə qeyd etmək istərdik ki, təsvir olunan problemlər Azərbaycanda musiqi prodüserliyinin inkişafı mərhələsində əsas problemlər olaraq qalır. Onların həlli, musiqi prodüserliyi institutunun inkişafı kimi müasir Azərbaycan sosio-mədəni məkanının yekun olaraq formalaşmasına və təkmilləşdirilməsinə yardım edəcəkdir.

 

ƏDƏBİYYAT:

  1. Алиева У.С. Анализ нашего… // Зеркало №139 : 2003. с. 23-24.

 

Сонаханум ИБРАГИМОВА

Проректор по научной и творческой работе

 Бакинской Академии Хореографии,

 доктор философии по искусствоведению, профессор

 

СПЕЦИФИКА И ПРОБЛЕМЫ МУЗЫКАЛЬНОГО ПРОДЮСЕРСТВА В АЗЕРБАЙДЖАНЕ

 

Резюме: В представленной статье раскрываются специфика и проблемы музыкального продюсерства в контексте современной социо-культурной ситуации Азербайджана. Раскрываемые проблемы охватывают разные векторы музыкального искусства,  при этом подчёркиваются основные положения и факторы, мешающие развитию азербайджанского музыкального продюсерства на данном этапе.

Ключевые слова: музыкальное продюсерство, проблемы, Азербайджан, арт-менеджмент

 

 

Sonakhanum Ibragimova

Vice President for Science and creative works

 Baku Choreography Academy

Honored Art Worker, PhD in Arts, professor

 

SPECIFICS AND ISSUES AND PROBLEMS OF MUSICAL PRODUCTION IN AZERBAIJAN

 

Summary: This article describes specifics and problems/issues of musical production within the context of modern social and cultural environment in Azerbaijan. The issues being discussed cover different vectors of musicalart, as well as underlying the main factors and conditions obstructing the development of Azerbaijani musical production at the current stage.

Key words: musical production, issues/problems, Azerbaijan, art-management

[1] Sovet terminologiyasından istifadə edərək musiqi prodüseri tərəfindən yerinə yetirilmiş işi bədii rəhbər menecer – direktor-təşkilatçı (yaradıcı layihənin realizə olunması üçün inzibati tərəflərin realizə olunması üçün işə götürülən idarəçinin funksiyası) tərəfindən yerinə yetirilmiş iş ilə müqayisə etmək mümkündür (layihənin yaradıcı hissəsi, eləcə də, konkret layihənin inkişaf istiqamətinin təyin olunması).

[2] Sözsüz olaraq, iki sahənin uğurlu qarşılıqlı fəaliyyəti ilə bağlı bir sıra misallar mövcuddur. Misal kimi Luçano Pavorottinin (klassika) və Stinqin (pop-art) və ya Alim Qasımov ilə (folklor) YoYo Ma (klassik) duetini göstərmək mümkündür. Lakin bu layihələr vahid xarakterə malikdir.

 

Mövzuya uyğun