AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 1, 2017

GƏNC  İFAÇININ  UGURU

28 — 29 mart 2017 — ci il tarixlərində Gürcüstanın Tbilisi şəhərində  keçirilən “Qamarcoba Tbilisi” Bahar 2017 adlı III Beynəlxalq yaradıcılıq festival-müsabiqədə Azərbaycanı  Milli Konservatoriyanın II kurs tələbəsi Orxan Zeynalov təmsil etmişdir.

orxan-zeynalov

İnstrumental ifaçılıq nominasiyası üzrə müsabiqəyə 6 ölkədən 46 iştirakçı qatılmışdı. Orxan Zeynalov yuxarı yaş qrupunda (18 yaşdan yuxarı)  iki əsərlə çıxış etdi. S.Ələsgərovun “Daimi hərəkət” əsərini tarda məharətlə ifa etdikdən sonra münsiflərin və tamaşaçıların diqqətini özünə cəlb edə bildi. İkinci əsər —  Z.Paliaşvilinin “Lerkeri”sini oynaq tərzdə necə məharətlə ifa etdisə, salondakı tamaşaçılar onu alqışlarla yola saldılar. Münsiflərin yekdil qərarı ilə Orxan Zeynalov I dərəcəli diplomla təltif olunaraq müsabiqənin laureatı adını qazandı. O, Qala konsertdə S.Ələsgərovun “Daimi hərəkət” əsərini ifa etdi.

Münsiflər “dəyirmi masa”da Orxanın artistlik qabiliyyətini və ifa üslubunu bəyəndiklərindən danışdılar, həmçinin onun konsertmeysteri gənc pianoçu Nərmin İsgəndərovanı xeyli təriflədilər. Hər iki ifaçını bu il Sank-Peterburqda keçiriləcək müsabiqəyə dəvət etdilər. Qeyd edək ki, Orxan dəfələrlə Respublika müsabiqəsinin laureatı olmuşdur. Onun müəllimi Azərbaycan Milli Konservatoriyasının dosenti, əməkdar müəllim Yusif Vəliyevdir.

Mövzuya uyğun

  • yazı yoxdur