AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 1, 2018

“MUĞAM ALƏMI” V BEYNƏLXALQ MUĞAM FESTİVALI

mugam-alemi2018-ci ilin 7-14 mart gün­lə­rin­də res­pub­li­ka­mız­da san­ki bir “mu­ğam dal­ğa­sı” keç­di. 2009-cu il­dən bə­ri mü­tə­ma­di ke­çi­ri­lən “Mu­ğam alə­mi” ad­lı bey­nəl­xalq fes­ti­val ar­tıq be­şin­ci də­fə­dir ki, mu­ğam­se­vər­lər, elə­cə də ya­ra­dı­cı po­ten­sia­lı­nı mu­ğam­da ger­çək­ləş­di­rən ifa­çı­lar və el­mi araş­dır­ma­la­rı­nı mu­ğam­la bağ­la­yan alim­lər üçün bir mey­dan açır. Bu də­fə də biz mu­ğa­mı hər si­ma­da, müx­tə­lif təf­sir­lər­də, çox fərq­li təq­di­mat­lar­da iz­lə­yə bil­dik. Ta­nın­mış mu­ğam us­ta­la­rı­nın bu sa­hə­də­ki nə­zə­ri və prak­ti­ki təc­rü­bə­lə­ri Qərb din­lə­yi­ci­si­nə, bir növ, Azər­bay­ca­nın müa­sir mə­də­ni hə­ya­tı ilə ta­nış ol­maq im­ka­nı ya­ra­dır.

“Mu­ğam alə­mi” V Bey­nəl­xalq Mu­ğam Fes­ti­va­lı Hey­dər Əli­yev Fon­du, Azər­bay­can Res­pub­li­ka­sı­nın Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi, Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı, Azər­bay­can Bəs­tə­kar­lar İt­ti­fa­qı və Azər­bay­can Mil­li Kon­ser­va­to­ri­ya­sı tə­rə­fin­dən ha­zır­lan­mış və təq­dim edil­miş­dir. Fes­ti­va­lın bə­dii rəh­bə­ri xalq ar­tis­ti, YU­NES­KO-nun “Sülh ar­tis­ti”, Azər­bay­can Bəs­tə­kar­lar İt­ti­fa­qı­nın səd­ri, pro­fes­sor Fi­rən­giz Əli­za­də­dir. Bu il­ki bey­nəl­xalq mu­ğam fes­ti­va­lı Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin 100 il­li­yi­nə həsr olu­nub və bun­dan son­ra hər üç il­dən bir ke­çi­ri­lə­cək. Fi­rən­giz Əli­za­də bu­nu be­lə şərh edir: “Bu­na sə­bəb odur ki, iki ilə ye­ni nə­sil xa­nən­də ye­tiş­mir. Mər­hə­lə­li şə­kil­də ye­ni tərz­lər for­ma­laş­ma­lı­dır. Bi­zim məq­sə­di­miz mu­ğa­mı ənə­nə­lər çər­çi­və­sin­də ol­sa da hər də­fə ye­ni si­ma­da təq­dim et­mək­dir”.

Fes­ti­va­lın ma­raq­lı proq­ra­mı var­dı. Bu də­fə fes­ti­va­lın for­ma­tı da­ha ge­niş və miq­yas­lı ol­du. Fes­ti­val çər­çi­və­sin­də Ba­kı və Gən­cə şə­hər­lə­rin­də Azər­bay­can və xa­ri­ci mu­si­qi­çi­lə­rin iş­ti­ra­kı ilə kon­sert­lə­rin təş­ki­li, bey­nəl­xalq el­mi sim­po­ziu­mun, bey­nəl­xalq mu­ğam mü­sa­bi­qə­si­nin ke­çi­ril­mə­si nə­zər­də tu­tul­muş­du.Təd­bir­lər­də iş­ti­rak et­mək üçün Tür­ki­yə, Mol­do­va, Pol­şa, İran, İraq, Öz­bə­kis­tan, İorda­ni­ya, Mi­sir, Su­ri­ya, Ta­ci­kis­tan, Qa­za­xıs­tan, Mə­ra­keş və baş­qa öl­kə­lər­dən mu­si­qi­çi və mün­sif­lər he­yə­ti də­vət olun­muş­du.

Fes­ti­va­lın açı­lış mə­ra­si­mi 7 mart 2018-ci il ta­ri­xin­də Hey­dər Əli­yev Sa­ra­yın­da ger­çək­ləş­di. Təd­bir­də ta­nın­mış kol­lek­tiv­lər – Üze­yir Ha­cı­bəy­li adı­na Azər­bay­can Döv­lət Sim­fo­nik Or­kest­ri (di­ri­jor Fəx­rəd­din Kə­ri­mov), Azər­bay­can Döv­lət Xor Ka­pel­la­sı (bə­dii rəh­bər: Gül­ba­cı İma­no­va), Azər­bay­can Döv­lət Mah­nı və Rəqs An­samb­lı­nın rəqs qru­pu (ba­let­meys­ter Cə­mi­lə Bay­ra­mo­va), Ba­kı Xo­re­oq­ra­fi­ya Aka­de­mi­ya­sı­nın tə­lə­bə­lə­ri və so­list­lər – Gül­yaz Məm­mə­do­va, İl­kin Əh­mə­dov, Afaq Ab­ba­so­va, An­ton Fernş­tat, Sa­hib Pa­şa­za­də, Toğ­rul Əsə­dul­la­yev və baş­qa­la­rı iş­ti­rak et­di. Fes­ti­val gün­lə­rin­də Ü.Ha­cı­bəy­li adı­na Azər­bay­can Döv­lət Sim­fo­nik Or­kest­ri­nin, Azər­bay­can Döv­lət Xalq Çal­ğı Alət­lə­ri Or­kest­ri­nin, Q.Qa­ra­yev adı­na Azər­bay­can Döv­lət Ka­me­ra Or­kest­ri­nin, Azər­bay­can Döv­lət Rəqs An­samb­lı­nın, Döv­lət Xor Ka­pel­la­sı­nın, Azər­bay­can Döv­lət Mah­nı və Rəqs An­samb­lı­nın, “Cən­gi” et­no-caz qru­pu­nun çı­xış­la­rı da nə­zər­də tu­tul­muş­du.

Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sın­da 7-10 mart ta­ri­xin­də “Mu­ğam ənə­nə­si elm və in­cə­sə­nət qov­şa­ğın­da” möv­zu­sun­da bey­nəl­xalq sim­po­zi­um da öz işi­nə baş­la­dı. Sim­po­zi­um­da Fran­sa, Ka­na­da, Hol­lan­di­ya, Tür­ki­yə, İran, Ma­ca­rıs­tan, Öz­bə­kis­tan və Ser­bi­ya­dan də­vət olun­muş xa­ri­ci qo­naq­lar öz çı­xış­la­rı ilə bu “mu­ğam dal­ğa­sı­nı”nın miq­ya­sı­nı da­ha da ge­niş­lən­dir­di­lər.  Bi­rin­ci fes­ti­val­dan üzü­bə­ri ənə­nə­nin da­va­mı ola­raq Mu­ğam Mər­kə­zin­də 7 gün açıq qa­pı şə­rai­tin­də hə­rə­si bir 7 əsas mu­ğa­ma həsr edil­miş gün­lər­də din­lə­yi­ci­lər xü­su­si­lə ra­zı qal­dı. Bey­nəl­xalq Mu­ğam Mər­kə­zin­də ke­çi­ril­miş kon­sert­lər­də “Rast”, “Şur”, “Se­gah”, “Ça­har­gah”, “Ba­ya­tı-Şi­raz”, “Şüş­tər” və “Hü­ma­yun” mu­ğam­la­rı is­te­dad­lı ifa­çı­lar – El­nur Zey­na­lov, Qo­çaq Əs­gə­rov, Ar­zu Əli­ye­va, Ba­bək Nif­tə­li­yev, Nis­bət Səd­ra­ye­va, Məm­məd Nə­cə­fov, Ab­gül Mir­zə­li­yev və baş­qa­la­rı tə­rə­fin­dən ta­ma­şa­çı­la­ra təq­dim olun­du.

Bu də­fə Ba­kı ilə bə­ra­bər, Gən­cə şə­hə­ri də təd­bir­lə­rin mər­kə­zi­nə çev­ril­miş­di. Fes­ti­val çər­çi­və­sin­də qo­naq­lar Gən­cə­də in­şa edil­miş fi­lar­mo­ni­ya bi­na­sı ilə də ta­nış ol­du­lar.

Fes­ti­va­lın proq­ra­mı­na Ü.Ha­cı­bəy­li­nin “Ko­roğ­lu” ope­ra­sı, Ma­rio­net Te­at­rı­nın “Ley­li və Məc­nun”, Qa­ra Qa­ra­ye­vin 100 il­lik yu­bi­le­yi ilə əla­qə­dar bəs­tə­ka­rın “Yed­di gö­zəl” ba­le­ti­nin ta­ma­şa­la­rı da da­xil idi. Mu­ğam fes­ti­va­lı da­hi bəs­tə­ka­rı­mız Qa­ra Qa­ra­ye­vin 100 il­lik yu­bi­ley ilə üst-üs­tə düş­dü­yün­dən fes­ti­val çər­çi­və­sin­də “Mu­ğam sə­nə­tin­də azər­bay­can­çı­lıq məf­ku­rə­si” və “Qa­ra Qa­ra­ye­vin əsər­lə­rin­də mugam-alemi-sekilmu­ğa­mın tə­cəs­sü­mü və iz­lə­ri” ki­mi mə­ru­zə­lər də təq­dim edi­lə­rək fes­ti­va­la rəng qat­dı. Fes­ti­val gün­lə­rin­də, həm­çi­nin Mu­si­qi­li Te­atr­da “O ol­ma­sın, bu ol­sun” ta­ma­şa­sı, Aka­de­mik Mil­li Dram Te­at­rın­da ötən ilin may ayın­da YU­NES­KO-da nü­ma­yiş olu­nan “Nə­si­mi­yə it­haf” la­yi­hə­si­nin Ba­kı prem­ye­ra­sı, R.Beh­bu­dov adı­na Mah­nı Te­at­rın­da Mir­ca­vad Ca­va­do­vun rəh­bər­lik et­di­yi “Cən­gi” qru­pu­nun kon­ser­ti, Müs­lüm Ma­qo­ma­ye­vin “Şah İs­ma­yıl” ope­ra­sı­nın ta­ma­şa­sı qo­naq­la­ra təq­dim edil­di. Açı­lış kon­ser­tin­də həm­çi­nin bəs­tə­kar Müs­lüm Ma­qo­ma­ye­vin “Nər­giz” ope­ra­sın­dan uzun il­lər­dir səs­lən­mə­yən ari­ya­nın ifa­sı­nı ənə­nə­lə­rin it­mə­mə­si­nə vu­ru­lan nə­fis bir ey­ham ki­mi qav­ra­maq olar­dı.

Mu­ğam fes­ti­va­lı Azər­bay­can Mil­li Kon­ser­va­to­ri­ya­sın­da 10-13 mart ta­ri­xin­də bey­nəl­xalq mu­ğam mü­sa­bi­qə­si şək­lin­də işi­ni da­vam et­di. Mü­sa­bi­qə­nin mün­sif­lər he­yə­ti­nin tər­ki­bin­də Azər­bay­can, Pol­şa, Tür­ki­yə, İran və Ta­ci­kis­tan mu­si­qi mə­də­niy­yə­ti­nin ta­nın­mış nü­ma­yən­də­lə­ri iş­ti­rak edir­di. Mü­sa­bi­qə inst­ru­men­tal və vo­kal böl­mə­lə­ri üz­rə apa­rı­lır­dı.

Ey­ni za­man­da Azər­bay­can Mil­li Kon­ser­va­to­ri­ya­sın­da mu­si­qi ge­cə­lə­ri­nin ke­çi­ril­mə­si də nə­zər­də tu­tul­muş­du. Kon­sert­lər­də “Qa­ra­bağ” mu­ğam qru­pu və “Qay­ta­ğı” inst­ru­men­tal an­samb­lı gör­kəm­li sə­nət­çi və ta­nın­mış mu­si­qi­çi­lər – Mən­sum İb­ra­hi­mov, Ən­vər Sa­dı­qov, El­çin Hə­şi­mov, El­nur Əh­mə­dov, Təy­yar Bay­ra­mov, Ay­tən Mə­hər­rə­mo­va, Kam­ran Kə­ri­mov, İd­ris Hü­sey­nov və Kam­ran Nov­ru­zov ilə bir­gə çı­xış et­di.

Mar­tın 14-də Azər­bay­can Döv­lət Aka­de­mik Fi­lar­mo­ni­ya­sın­da “Mu­ğam alə­mi” V Bey­nəl­xalq Mu­ğam Fes­ti­va­lı­na ye­kun vu­ru­lub. Fes­ti­va­lın tən­tə­nə­li bağ­la­nış mə­ra­si­mi 14 mart 2018-ci il ta­ri­xin­də­ Azər­bay­can Döv­lət Aka­de­mik Fi­lar­mo­ni­ya­sın­da bə­dii rəh­bər və baş di­ri­jor Ağa­ver­di Pa­şa­ye­vin rəh­bər­li­yi al­tın­da Azər­bay­can Döv­lət Xalq Çal­ğı Alət­lə­ri Or­kest­ri, Fik­rət Əmi­rov adı­na Azər­bay­can Döv­lət Mah­nı və Rəqs An­samb­lı və Mu­ğam mü­sa­bi­qə­si qa­lib­lə­ri çı­xış et­di.

Xü­su­si qeyd et­mə­li­yik ki, iri­miq­yas­lı, bir həf­tə da­vam edən fes­ti­va­la 15-dən çox öl­kə qa­tı­lıb. Fi­rən­giz Əli­za­də Azər­bay­can mu­ğa­mı­nın ta­ri­xi keç­mi­şin­dən və müa­sir in­ki­şaf sə­viy­yə­sin­dən söz aça­raq bu ir­sin qo­run­ma­sı və təb­li­ğin­də fes­ti­va­lın müs­təs­na rol oy­na­dı­ğı­nı söy­lə­yib. Bil­di­rib ki, “Mu­ğam alə­mi” V Bey­nəl­xalq Mu­ğam Fes­ti­va­lı öl­kə­miz­də ar­tıq ənə­nə­yə çev­ril­miş bö­yük mu­si­qi təd­bir­lə­ri­nin növ­bə­ti uğur­lu ha­di­sə­si­dir.

mugam-alemi-fotoFes­ti­va­lın ye­ku­nu ola­raq Bey­nəl­xalq Mu­ğam Mü­sa­bi­qə­si­nin qa­lib­lə­ri mü­ka­fat­lan­dı­rı­lıb. So­lo-mu­ğam ifa­çı­lı­ğı üz­rə azər­bay­can­lı xa­nən­də El­se­vər Mu­ra­dov və öz­bə­kis­tan­lı ifa­çı İl­yos Ara­bov bi­rin­ci ye­rə la­yiq gö­rü­lüb­lər. Ta­ci­kis­tan təm­sil­çi­si Sar­dor So­li­yev və azər­bay­can­lı Pər­viz Qa­sı­mov ikin­ci ye­ri tu­tub­lar. İnst­ru­men­tal mu­ğam ifa­çı­lı­ğı üz­rə isə Azər­bay­can mu­si­qi­çi­si Nur­lan Cə­bi­za­də bi­rin­ci, Aria Mo­ha­fez (İran) və El­nur Mi­ka­yı­lov (Azər­bay­can) ikin­ci, Ota­con Ak­ra­mov və Aza­mat Er­ga­şev (Öz­bə­kis­tan) üçün­cü yer­lə­rə la­yiq gö­rü­lüb­lər. Mə­də­niy­yət və tu­rizm na­zi­ri Əbül­fəs Qa­ra­yev, fes­ti­va­lın bə­dii rəh­bə­ri, xalq ar­tis­ti, Azər­bay­can Bəs­tə­kar­lar İt­ti­fa­qı­nın səd­ri Fi­rən­giz Əli­za­də və bey­nəl­xalq mu­ğam mü­sa­bi­qə­si­nin mün­sif­lər he­yə­ti­nin səd­ri, Azər­bay­can Mil­li Kon­ser­va­to­ri­ya­sı­nın rek­to­ru, xalq ar­tis­ti Si­ya­vuş Kə­ri­mi qa­lib­lə­rə dip­lom və pul mü­ka­fa­tı təq­dim edib. Mü­sa­bi­qə­də iş­ti­rak edən İs­ra­il ifa­çı­sı No­am Da­yan, Mi­sir təm­sil­çi­si Omer Ab­do və Azər­bay­can mu­si­qi­çi­si Ari­fə İma­no­va­ya Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin tə­sis et­di­yi mü­ka­fat­lar ve­ri­lib. Bağ­la­nış mə­ra­si­min­də Azər­bay­can və Qa­za­xıs­tan mu­si­qi­çi­lə­ri­nin Nov­ruz hə­diy­yə­si ki­mi təq­dim et­dik­lə­ri “Sa­rı gə­lin” xalq mah­nı­sı ge­cə­yə xü­su­si rəng qa­tıb.

Əbül­fəs Qa­ra­yev qeyd edib ki, mün­sif­lər tə­rə­fin­dən se­çi­lən ən la­yiq­li­lər mu­ğam sə­nə­ti­nin da­ha bö­yük coğ­ra­fi­ya­da təb­li­ği ilə öz töh­fə­lə­ri­ni ve­rə­cək­lər. Na­zir de­yib: “Bu fes­ti­val ar­tıq 3 il­dən bir ke­çi­ri­lə­cək və biz in­di­dən növ­bə­ti fes­ti­va­la ha­zır­laş­ma­lı­yıq”.


 

Mövzuya uyğun