AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 4, 2017

AZƏRBAYCAN VOKAL SƏNƏTİNİN BANİSİ BÜLBÜLÜN 120 İLLİK YUBULEYİNƏ HƏSR OLUNMUŞ FESTİVAL

endir

 

PDF

 

 

 

 

Ecaz­kar sə­si, şaq­raq zən­gu­lə­lə­ri ilə bül­bül­lə­ri sus­du­ran və bu­na gö­rə də xalq tə­rə­fin­dən Bül­bül ad­lan­dı­rı­lan sə­nət­ka­rı­mız Mur­tu­za Mə­şə­di Rza oğ­lu Məm­mə­dov Azər­bay­can vo­kal sə­nə­ti ta­ri­xin­də par­laq sə­hi­fə aç­mış­dır. SSRİ xalq  ar­tis­ti (1938), SSRİ Döv­lət mü­ka­fa­tı lau­rea­tı (1950) ki­mi fəx­ri ad­lar­la təl­tif edil­miş, SSRİ-nin 2 də­fə Le­nin Or­de­ni­nə, 2 Qır­mı­zı Əmək Bay­ra­ğı or­de­ni­nə, “Şə­rəf ni­şa­nı” or­de­ni­nə, İta­li­ya­nın Qa­ri­bal­di or­de­ni­nə və me­dal­la­ra la­yiq gö­rül­muş pro­fes­sor (1950) Bül­bü­lün şöh­rə­ti doğ­ma yur­du­mu­zun sər­həd­lə­ri­ni aş­mış­dır. O, pe­şə­kar xa­nən­də ki­mi, ilk Azər­bay­can ope­ra­la­rın­da çı­xış et­miş­dir.

Bül­bül sə­nə­ti­nin gü­cü onun ge­niş dia­pa­zon­lu və mə­la­hət­li sə­sin­də idi. Sə­lis bə­dii dik­si­ya­ya, bö­yük səh­nə mə­də­niy­yə­ti­nə ma­lik ol­ma­sı onun ən üm­də xü­su­siy­yət­lə­rin­dən ol­muş­du. Bö­yük mü­ğən­ni­miz Azər­bay­can bəs­tə­kar­la­rı­nın vo­kal əsər­lə­ri­ni, mu­ğam­la­rı, xalq mah­nı və təs­nif­lə­ri­ni, o cüm­lə­dən xa­ri­ci öl­kə bəs­tə­kar­la­rı­nın ope­ra ari­ya­la­rı­nı və ro­mans­la­rı özü­nə­məx­sus üs­lub­da, ay­dın tə­ləf­füz­lə ifa edir­di.

Azər­bay­can mü­ğən­ni­lə­ri­nin bö­yük bir nəs­li­nin ye­tiş­mə­sin­də Bül­bü­lün xid­mət­lə­ri­nin əvəz­siz ol­du­ğu­nu bil­dir­mək la­zım­dır. O, vo­kal sə­nə­ti­nin əsas­la­rı­nı, öz pe­da­qo­ji prin­sip­lə­ri­ni el­mi-nə­zə­ri və me­to­dik cə­hət­dən də iş­lə­miş­dir.

Xal­qı­mız xü­su­si qə­dir­bi­lən­lik­lə Bül­bü­lün xa­ti­rə­si­ni əziz tu­tur, gə­lə­cək nə­sil­lər üçün onun adı­nı əbə­di­ləş­di­rir. 1961-ci il sent­yab­rın 26-da Bül­bül dün­ya­sı­nı də­yi­şən­dən bu gü­nə ki­mi, ra­dio­da hər ayın 26-da onun na­dir sə­si ya­zıl­mış lent ya­zı­la­rı efi­rə ve­ri­lir. Onu da qeyd edək ki, Bül­bü­lün 100 il­lik yu­bi­le­yi onun həm­və­tən­lə­ri ilə ya­na­şı sə­nə­ti­nə pə­rəs­tiş edən bir çox xalq­lar tə­rə­fin­dən ge­niş qeyd olun­muş­du. Hə­min il­dən baş­la­ya­raq, mü­tə­ma­di ola­raq, vo­kal­çı­la­rın Bül­bül adı­na bey­nəl­xalq mü­sa­bi­qə­si ke­çi­ri­lir. Bu mü­sa­bi­qə­də dün­ya­nın bir çox öl­kə­sin­dən gəl­miş vo­kal­çı­lar sə­nət ya­rı­şı­na çı­xır­lar.

Bül­bü­lün 120 il­lik yu­bi­le­yi­nin ke­çi­ril­mə­si haq­qın­da Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əli­yev sə­rən­cam im­za­la­mış­dır. İki gün ər­zin­də 18-19 de­kabr ta­ri­xin­də Ba­kı şə­hə­rin­də “Bül­bül 120” Mu­si­qi Fes­ti­va­lı­nın ke­çi­ril­mə­si təq­vim­də 2017-ci ilin son ayı­nın əla­mət­dar ha­di­sə ilə yad­da qal­ma­sı­na sə­bəb ol­du. Azər­bay­can Res­pub­li­ka­sı Təh­sil Na­zir­li­yi­nin əm­ri­nə əsa­sən Azər­bay­can Mil­li Kon­ser­va­to­ri­ya­sı­nın və hə­min ali təh­sil mü­əs­si­sə­si­nin tər­ki­bin­də fəa­liy­yət gös­tə­rən İn­cə­sə­nət Gim­na­zi­ya­sı­nın bir­lik­də təş­ki­lat­çı­lı­ğı ilə fes­ti­val hə­ya­ta keç­di. Fes­ti­va­lın hər iki gü­nü zən­gin mu­si­qi və əl­van rəqs pa­lit­ra­la­rı ilə ora­da iş­ti­rak edən qo­naq­la­ra yük­sək tə­sir ba­ğış­la­dı. AMK-nın gi­riş his­sə­sin­də bö­yük mü­ğən­ni­mi­zin ob­ra­zı­nı əks et­di­rən İn­cə­sə­nət Gim­na­zi­ya­sı­nın “Təs­vi­ri və tət­bi­qi sə­nət” şö­bə­si­nin şa­gird­lə­ri­nin əl iş­lə­rin­dən təş­kil edil­miş sər­gi­də yağ­lı bo­ya və qa­rı­şıq tex­ni­ka janr­la­rın­da çə­kil­miş 25 rəsm əsə­ri nü­ma­yiş et­di­ril­di. Bül­bü­lün su­rə­ti can­lan­dı­rı­lan hər port­ret fes­ti­val ab-ha­va­sı­nın də­rin­ləş­mə­si­nə bir qə­dər də güc­lü tə­sir gös­tə­rir­di.

İlk ön­cə AMK-nın rek­to­ru, xalq ar­tis­ti, pro­fes­sor Si­ya­vuş Kə­ri­mi təd­bir iş­ti­rak­çı­la­rı­nı sa­lam­la­dı, fes­ti­va­lın əhə­miy­yə­ti­ni vur­ğu­la­dı və iş­ti­rak­çı­la­ra mü­vəf­fə­qiy­yət­lər ar­zu­la­dı. Da­ha son­ra İn­cə­sə­nət Gim­na­zi­ya­sı­nın xo­re­oq­ra­fi­ya şö­bə­si­nin rəqs kol­lek­ti­vi çı­xış et­di. Şa­gird­lə­rin ifa­sın­da Ta­hir Ey­nul­la­ye­vin qu­ru­luş ver­di­yi “Şən rəqs”, “Qa­za­ğı rəq­si” və “Tən­zə­rə yal­lı”sı təq­dim olun­du. Xor kol­lek­ti­vi­nin də çı­xı­şı yad­da­qa­lan idi. İn­cə­sə­nət Gim­na­zi­ya­sı­nın uşaq xo­ru “Qoy gü­lüm gəl­sin, ay nə­nə” Azər­bay­can xalq mah­nı­sı­nı ifa et­di. Adı çə­ki­lən xor kol­lek­ti­vi­nin bə­dii rəh­bə­ri və di­ri­jo­ru Va­li­də xa­nım Cə­li­lo­va­dır. Hə­min kol­lek­tiv 2017-ci il­də Bey­nəl­xalq mü­sa­bi­qə­lər lau­rea­tı adı­nı qa­za­nıb. Xor kol­lek­ti­vi­nin bu mah­nı­nı ifa et­mə­si də Bül­bü­lün adı ilə sıx bağ­lı­dır. Çün­ki onun mu­si­qi ta­ri­xi­miz­də­ki xid­mət­lə­rin­dən da­nı­şar­kən folk­lor­şü­nas­lıq sa­hə­sin­də­ki fəa­liy­yə­ti­ni­də qeyd et­mək la­zım­dır. O, in­san­la­rın ha­fi­zə­sin­də qo­ru­nan mu­si­qi folk­lo­ru­mu­zu top­la­maq, ci­la­la­maq və föv­qə­la­də bir ifa ilə xal­qa qay­tar­maq is­tə­yi ilə ya­şa­yır­dı. İn­di əz­bər bil­di­yi­miz bir çox xalq mah­nı­la­rı­na, o cüm­lə­dən də “Qoy gü­lüm gəl­sin, ay nə­nə”mah­nı­sı­na Bül­bül ye­ni hə­yat ver­miş­dir. Onun rəh­bər­li­yi ilə Azər­bay­can Döv­lət Kon­ser­va­to­ri­ya­sı­nın nəz­din­də El­mi-Təd­qi­qat Mu­si­qi Ka­bi­ne­ti­nin təş­ki­li və bu­ra­da Azər­bay­can xalq mu­si­qi in­ci­lə­ri­nin bəs­tə­kar­la­rı­mız tə­rə­fin­dən məş­hur xalq sə­nət­kar­la­rı­nın ifa­sın­dan no­ta kö­çü­rül­mə­si mu­si­qi ta­ri­xi­miz­də mü­hüm ha­di­sə ki­mi qiy­mət­lən­di­ril­mə­li­dir. Bu ka­bi­net 1932-ci il­dən 1943-cü ilə ki­mi fəa­liy­yət gös­tər­miş, xalq mu­si­qi nü­mu­nə­lə­ri­nin top­lan­ma­sı, sis­tem­ləş­di­ril­mə­si, no­ta kö­çü­rü­lüb çap olun­ma­sı ilə məş­ğul ol­muş­dur. Bül­bül o dövr­də kon­ser­va­to­ri­ya­da təh­sil alan tə­lə­bə­lə­ri mu­si­qi ka­bi­ne­tin­də fəa­liy­yə­tə cəlb et­miş­dir. Bu da xalq ya­ra­dı­cı­lı­ğı­na də­rin­dən nü­fuz edən bəs­tə­kar və et­no­mu­si­qi­şü­nas­la­rın ye­tiş­mə­sin­də, elə­cə də Azər­bay­can mu­si­qi ir­si­nin öy­rə­nil­mə­sin­də və ya­yıl­ma­sın­da bö­yük rol oy­na­mış­dır. Bü­tün bun­lar Bül­bü­lün Azər­bay­can mu­si­qi el­mi sa­hə­sin­də­ki müs­təs­na xid­mət­lə­ri­ni gös­tə­rən fakt­lar­dan­dır.

bulbul-festivali

“Bül­bül 120” Fes­ti­va­lı­nın ilk gü­nü AMK-nın ki­tab­xa­na­sın­da ke­çi­ri­lən mü­sa­bi­qə ilə da­vam et­di­ril­di. İki sa­at ər­zin­də 35 iş­ti­rak­çı­nın çı­xı­şı din­lə­nil­di. İn­cə­sə­nət Gim­na­zi­ya­sı, Ba­kı şə­hər mu­si­qi mək­təb­lə­ri­nin, 11 №li İn­ter­nat mək­tə­bi­nin, 163 №li Bə­dii ya­ra­dı­cı­lıq evi­nin, 5 №li Ba­kı Pe­şə Li­se­yi­nin, Uşaq ya­ra­dı­cı­lıq mər­kə­zi­nin is­te­dad­lı şa­gird­lə­ri­nin və Azər­bay­can Pe­da­qo­ji Uni­ver­si­te­ti­nin, Azər­bay­can İq­ti­sad Uni­ver­si­te­ti­nin, Azər­bay­can Döv­lət Tibb Uni­ver­si­te­ti­nin, Ba­kı Döv­lət Uni­ver­si­te­ti­nin tə­lə­bə­lə­ri­nin ifa­sın­da mil­li mu­si­qi alət­lə­rin­də Azər­bay­can və xa­ri­ci öl­kə bəs­tə­kar­la­rı­nın əsər­lə­ri ifa edil­di.

Fes­ti­va­lın ikin­ci gü­nün­də rek­tor S.Kə­ri­mi çı­xış edə­rək fes­ti­va­lın ke­çi­ril­mə­sin­də əmə­yi olan hər kə­sə, xü­su­si­lə də mün­sif­lər he­yə­ti­nə tə­şək­kür et­di və mü­sa­bi­qə iş­ti­rak­çı­la­rı­na uğur­lar ar­zu­la­dı. Da­ha son­ra İn­cə­sə­nət Gim­na­zi­ya­sı­nın şa­gird­lə­rin­dən iba­rət rəqs qru­pu­nun, həm­çi­nin AMK-nın “Tə­lə­bə xo­ru”nun proq­ram üz­rə çı­xış­la­rı iz­lə­nil­di. Fes­ti­val­da Öz­bə­kis­tan Res­pub­li­ka­sın­dan də­vət olun­muş V.Us­pens­ki adı­na ix­ti­sas­laş­dı­rıl­mış Mu­si­qi Aka­de­mi­ya lit­se­yi­nin “Me­ros” an­samb­lı­nın bir qrup üzv­lə­ri də çı­xış et­di.

bulbul-festival

Fes­ti­va­lın ke­çi­ril­di­yi müd­dət­də üç fərq­li mə­kan­da AMK-nın tə­yin et­di­yi mün­sif­lər he­yə­ti tə­rə­fin­dən 100-dən çox mü­sa­bi­qə iş­ti­rak­çı­sı din­lə­nil­di. Hə­min gün mü­sa­bi­qə­də AMK-nın və onun nəz­din­də fəa­liy­yət gös­tə­rən Mu­si­qi Kol­le­ci­nin, Azər­bay­can Döv­lət Mə­də­niy­yət və İn­cə­sə­nət Uni­ver­si­te­ti­nin, Ba­kı Xo­re­oq­ra­fi­ya Aka­de­mi­ya­sı Kol­le­ci­nin tə­lə­bə­lə­ri­nin, elə­cə də Bül­bül adı­na or­ta ix­ti­sas mu­si­qi mək­tə­bi­nin, AMK tər­ki­bin­də İn­cə­sə­nət Gim­na­zi­ya­sı­nın, 34 say­lı mu­si­qi mək­tə­bi­nin, G.Şa­ro­yev adı­na 35 say­lı 11 il­lik mu­si­qi mək­tə­bi­nin, L. və M.Rost­ro­po­viç­lər adı­na 21 say­lı 11 il­lik mu­si­qi mək­tə­bi­nin, Q.Qa­ra­yev adı­na Mər­kə­zi İn­cə­sə­nət Mək­tə­bi­nin, Hu­ma­ni­tar fən­lər tə­ma­yül­lü mək­təb-li­se­yin, Ba­kı Kom­pü­ter Pe­şə Li­se­yi­nin, Ab­şe­ron ra­yon Xır­da­lan şə­hə­ri 11 il­lik mu­si­qi mək­tə­bi­nin şa­gird­lə­ri­nin ifa et­dik­lə­ri mu­si­qi əsər­lə­ri mün­sif­lər he­yə­ti tə­rə­fin­dən ma­raq­la din­lə­nil­di. Onu da qeyd edək ki, hə­min gün azər­bay­can­lı şa­gird­lər ilə ya­na­şı Qa­zaxs­tan və Öz­bə­kis­tan Res­pub­li­ka­la­rı­nı təm­sil edən mu­si­qi­çi­lər də öz ifa­çı­lıq ba­ca­rıq­la­rı­nı nü­ma­yiş et­dir­di­lər. Xa­ri­ci öl­kə iş­ti­rak­çı­la­rı dom-b­ra, kıl­ko­bız, şer­ter, kor­qu­lı ki­mi alət­lər­də qa­zax “kü­iy”lə­ri­ni, öz­bək “ma­kom”la­rı­nı, xalq mah­nı­la­rı­nı, o cüm­lə­dən qa­zax, öz­bək və azər­bay­can bəs­tə­kar­la­rı­nın əsər­lə­ri­ni ifa et­di­lər. Fes­ti­val gün­lə­ri çər­çi­və­sin­də Azər­bay­can Mil­li Kon­ser­va­to­ri­ya­sı və Öz­bə­kis­tan Döv­lət Kon­ser­va­to­ri­ya­sı ara­sın­da im­za­la­nan əmək­daş­lıq Me­mo­ran­du­mu­na həsr olun­muş kon­sert də ke­çi­ril­di. Kon­sert­də Öz­bə­kis­tan Döv­lət Kon­ser­va­to­ri­ya­sı nəz­din­də Us­pens­ki adı­na Mu­si­qi Kol­le­ci­nin “Mi­ras” qru­pu və AMK-nın mu­si­qi kol­lek­ti­vi kon­sert proq­ra­mı ilə çı­xış et­di­lər. Bey­nəl­xalq Mu­ğam Mər­kə­zin­də ke­çi­ri­lən fi­nal kon­ser­ti ilə fes­ti­va­la ye­kun vu­rul­du.

Fik­ri­miz­cə, “Bül­bül 120” Fes­ti­va­lın­da iş­ti­rak edən­lər pe­şə­kar ifa­çı­lı­ğa yi­yə­lən­mək sa­hə­sin­də bö­yük təc­rü­bə əl­də et­di­lər. Bu fes­ti­val on­la­rın ha­fi­zə­sin­də həm də əsl bay­ram əh­val-ru­hiy­yə­si ilə yad­da qal­dı.

Bu fes­ti­va­lın ke­çi­ril­mə­si xal­qı­mı­zın öz qüd­rət­li sə­nət­ka­rı­nı – Şu­şa tor­pa­ğı­nın ye­tir­mə­si olan Bül­bü­lün adı­nı, sə­nə­ti­ni dai­ma ya­şat­dı­ğı­nı­gös­tə­rir. Əmink ki, Azər­bay­can xal­qı ya­şa­dıq­ca, Bül­bül də ya­şa­ya­caq­dır.

Fa­zi­lə Nəbiyeva

“Milli musiqi alətlərinin təkmilləşdirilməsi”

elmi-tədqiqat laboratoriyasının elmi işçisi

Mövzuya uyğun