AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 4, 2017

Bülbül 120

AZƏRBAYCAN VOKAL SƏNƏTİNİN BANİSİ — BÜLBÜL

endir

PDF

 

Res­pub­li­ka ic­ti­may­yə­ti Azər­bay­can mu­si­qi mə­də­niy­yə­ti­nin in­ki­şa­fın­da mü­hüm rol oy­na­mış gör­kəm­li mü­ğən­ni, pro­fes­sio­nal vo­kal sə­nə­ti­nin ba­ni­si Bül­bü­lün (Mur­tu­za Məm­mə­dov) ana­dan ol­ma­sı­nın 120 il­li­yi­ni də­rin hör­mət his­si ilə qeyd edir.

Bül­bü­lün faə­liy­yə­ti­nin nə­həng dia­po­zo­nu ba­rə­də qı­sa da­nış­maq çox çə­tin­dir. Çün­ki, Azər­bay­can vo­kal sə­nə­ti­nin ba­ni­si, mil­li vo­kal mək­tə­bi­nin ya­ra­dı­cı­sı ol­maq­la bə­ra­bər Bül­bül bir təd­qi­qat­çı, təş­ki­lat­çı ki­mi el­min və mə­də­niy­yə­tin müx­tə­lif sa­hə­lə­ri­nin in­ki­şa­fı­na ki­fa­yət qə­dər əmək və qüv­və sərf et­miş­dir. Hər şey­dən ön­cə Bül­bül Av­ro­pa və rus pro­fes­sio­nal vo­kal mək­tə­bi­nin Azər­bay­can vo­kal ifa­çı­lıq mə­də­niy­yə­ti­nin ənə­nə­lə­ri ilə qo­vuş­ma­sı­nın müm­kün­lü­yü­nü sü­bu­ta ye­tir­miş və vo­kal sə­nə­tin­də in­qi­lab edə­rək, bu sa­hə­də ye­ni bir mək­təb ya­rat­mış­dır. Bül­bü­lün ya­ra­dı­cı­lıq yo­lu özü­nə­məx­sus və çox əhə­miy­yət­li ol­muş­dur. O, nə­in­ki Azər­bay­can mə­də­niy­yə­tin­də, ümu­mi­lik­də XX əsr vo­kal sə­nə­tin­də şə­rəf­li yer tut­muş bö­yük mü­ğən­ni­dir. Azər­bay­ca­nın mu­si­qi mə­də­niy­yə­ti ta­ri­xin­də si­lin­məz iz qo­yan Bül­bül dün­ya mu­si­qi sə­nə­ti­nə par­laq sə­hi­fə­lər yaz­mış­dır. Bül­bül mü­səl­man dün­ya­sın­dan olan ilk vo­kal­çı­dır ki, İta­li­ya­da təh­sil al­mış­dır. O, Azər­bay­can mil­li oxu­ma sə­nə­ti­nin ən yax­şı ifa üsul­la­rı­nı rus və Av­ro­pa mək­tə­bi­lə sin­tez edə­rək Azər­bay­can­da ye­ni vo­kal mək­tə­bi ya­rat­mış­dır. Bu mək­təb yal­nız Azər­bay­can və di­gər mil­li res­pub­li­ka­lar üçün əhə­miy­yət­li de­yil­di, o, Ya­xın və Or­ta Şərq öl­kə­lə­ri­nə çox güc­lü tə­sir et­miş­dir. Bül­bül Azər­bay­can mu­si­qi sə­nə­ti­nin in­ki­şa­fı ta­ri­xin­də bü­töv bir döv­rü təm­sil edir.

       Mü­ğən­ni və ar­tist, mu­si­qi­şü­nas-alim, pe­da­qoq, və­tən­pər­vər və fə­da­kar in­san, no­va­tor Bül­bül mu­si­qi sə­nə­ti­miz­də mü­tə­rəq­qi ye­ni nə var­sa, ham­sı­nın tə­şəb­büs­ka­rı və təb­li­ğat­çı­sı idi. Bül­bü­lün na­dir gö­zəl­li­yə ma­lik tək­rar­sız ifa tər­zi, sə­si ya­va­şı­dıb təd­ri­cən güc­lən­dir­mək ba­ca­rı­ğı, ya­ra­dı­cı­lıq, el­mi-təd­qi­qat, pe­da­qo­ji, ic­ti­mai fəa­liy­yə­ti ba­rə­də bü­tün mil­lət­lə­rin gör­kəm­li mu­si­qi xa­dim­lə­ri çox ya­zıb­lar: A.Qol­den­vey­zer, İ.Koz­lovs­ki, S.Le­me­şev, D.Şos­ta­ko­viç, V.Bar­so­va, R.Qli­yer, Ri­çard Ve­ro, N.Xer­le, O.Dmit­ria­di, M.Əş­rə­fi, Q.Qu­lam, M.Tur­sun­za­də, V.So­lov­yov-Se­doy, Q.Qa­ra­yev, F.Əmi­rov, T.Qu­li­yev — de­mək olar ki, öl­kə­nin bü­tün mu­si­qi­şü­nas­la­rı və bəs­tə­kar­la­rı Bül­bül haq­qın­da də­yər­li fi­kir­lər söy­lə­miş­lər.

       Bül­bü­lün ya­rat­dı­ğı bü­tün ob­raz­lar hə­mi­şə yük­sək pro­fes­sio­nal­lıq­la se­çil­miş­lər. La­kin, Ko­roğ­lu ob­ra­zı Bül­bül ya­ra­dı­cı­lı­ğı­nın zir­və­si­ni təş­kil edir. Bül­bül na­dir, tək­ra­ro­lun­maz, mi­sil­siz sə­sə, ar­tist­lik mə­ha­rə­tə, sə­nət­kar da­hi­li­yi­nə gö­rə da­im se­vi­lir. Bül­bül sə­nə­ti­nin “sirr­lə­ri” hə­lə də tam açıl­ma­mış­dır. Mə­də­niy­yə­tin gə­lə­cək in­ki­şa­fı keç­mi­şin mə­də­ni ir­si üzə­rin­də qu­rul­du­ğun­dan, Bül­bü­lün hey­rə­ta­miz, ge­niş miq­yas­lı, çox­cə­hət­li fəa­liy­yə­ti bi­zim üçün da­ha bö­yük də­yər kəsb edir. Ümu­mil­li li­de­ri­miz Hey­dər Əli­yev Bül­bü­lün ya­ra­dı­cı­lı­ğı­nı Azər­bay­ca­nın ən bö­yük sər­və­ti ki­mi də­yər­lən­dir­miş, onu “mil­li qü­ru­ru­muz” ad­lan­dır­mış­dır. 1976-cı il­də məhz ulu ön­də­rin şəx­si tə­şəb­bü­sü ilə Ba­kı­da Azər­bay­can pro­fes­sio­nal vo­kal sə­nə­ti­nin ba­ni­si, SSRİ xalq ar­tis­ti, bir sı­ra döv­lət mü­ka­fat­la­rı lau­rea­tı, pro­fes­sor, ic­ti­mai xa­dim Bül­bü­lün Me­mo­ri­al mu­ze­yi ya­ra­dıl­mış­dır. Onu da qeyd edək ki, bu mu­zey öl­kə­miz­də vo­kal­çı üçün ya­ra­dı­lan ilk mu­zey­dir. Bu gün mu­zey­də Bül­bü­lün ya­ra­dı­cı­lı­ğı, el­mi-təd­qi­qat, pe­da­qo­ji, ic­ti­mai fəa­liy­yə­ti haq­qın­da 8000-dən ar­tıq ma­te­ri­al və sə­nəd­lə­rin əs­li top­la­nıb. Mu­ze­yin fond­la­rın­da top­lan­mış və eks­po­zi­si­ya­sın­da nü­ma­yiş edi­lən ma­te­ri­al­lar Bül­bü­lün ya­rım əsr­dən ar­tıq müd­dət­də par­laq is­te­da­dı­nı mu­si­qi sə­nə­ti­nin in­ki­şa­fı­na həsr et­di­yi­ni inan­dı­rı­cı şə­kil­də gös­tə­rir. Elə­cə də Şu­şa­da, Bül­bü­lün do­ğul­du­ğu ev­də bu mu­ze­yin fi­lia­lı ya­ra­dıl­mış və əf­sus ki, mə­lum sə­bəb­lər­dən 1992-ci il­də onun fəa­liy­yə­ti da­yan­dı­rıl­mış­dır.

       Bül­bü­lün xa­ti­rə­si­ni əbə­di­ləş­dir­mək məq­sə­di ilə döv­lət tə­rə­fin­dən bir sı­ra təd­bir­lər hə­ya­ta ke­çi­ri­lir. Bül­bü­lün adı­nı da­şı­yan or­ta ix­ti­sas mu­si­qi mək­tə­bi uzun il­lər­dir ki, gənc is­te­dad­la­rın üzə çı­xa­rı­lıb ye­tiş­di­ril­mə­si işi­ni gö­rür. İlk də­fə ola­raq onun 100 il­lik yu­bi­le­yi şə­rə­fi­nə Ba­kı­da vo­kal­çı­la­rın Bül­bül adı­na I Bey­nəl­xalq mü­sa­bi­qə ke­çi­ril­miş­dir. Bir çox xa­ri­ci öl­kə­lə­rin gənc ifa­çı­la­rı­nın be­lə mö­tə­bər bir mü­sa­bi­qə­də iş­ti­ra­kı tək­cə bö­yük us­ta­dın ya­ra­dı­cı­lı­ğı­na de­yil, elə­cə də bü­tün­lük­də Azər­bay­ca­nın zən­gin mu­si­qi mə­də­niy­yə­ti­nə dün­ya­da də­rin ma­raq ol­du­ğu­nu nü­ma­yiş et­di­rir. Mü­ta­ma­di ola­raq ke­çi­ri­lən bu mü­sa­bi­qə­lər ye­ni is­te­dad­lar üzə çı­xa­ra­raq gö­zəl ənə­nə­yə çev­ril­miş, dün­ya xalq­la­rı mə­də­niy­yə­ti­nin qar­şı­lıq­lı zən­gin­ləş­mə­si işi­nə öz töv­hə­si­ni ver­miş­dir.

Bül­bü­lün adı­nı da­şı­yan pros­pekt, ya­şa­dı­ğı evin üzə­rin­də ba­rel­yef, gə­mi, yu­bi­ley poçt mar­ka­la­rı, me­dal­yon­lar və s. onun xa­ti­rə­si­ni ya­şa­dır. Gör­kəm­li vo­kal­çı­nın 115 il­li­yi ərə­fə­sin­də Bül­bül pros­pek­ti ilə Ni­za­mi kü­çə­si­nin kə­siş­mə­sin­də onun hey­kə­li ucal­dıl­mış­dır.

Azər­bay­can Mil­li Kon­ser­va­to­ri­ya­sı da bu möh­tə­şəm yu­bi­ley mü­na­si­bə­ti­lə 12 okt­yabr, 2017-ci il­də Azər­bay­can Mil­li Kon­ser­vao­tir­ya­sı­nın “Ba­kı” za­lın­da el­mi kon-fran­sın ke­çi­ril­mə­si­ni təş­kil et­miş­dir. Bül­bü­lün şöh­rə­ti hə­qi­qə­tən əf­sa­nə­vi­dir. O öz bö­yük və par­laq is­te­da­dı­nı mu­si­qi sə­nə­ti­nin in­ki­şa­fı­na həsr et­mək­lə və­tə­nə, xal­qa fə­da­kar­lıq­la xid­mət et­mə­yin nü­mu­nə­si­nə çev­ril­di. Təd­bir­də mü­ğən­ni­nin Azər­bay­can mu­si­qi­si­nin in­ki­şa­fın­da olan xid­mət­lə­rin­dən, onun hə­yat və ya­ra­dı­cı­lıq yo­lun­dan söh­bət açıl­dı.

       Konf­rans ilk ola­raq Kon­ser­va­to­ri­ya­nın El­mi iş­lər üz­rə pro­rek­to­ru, pro­fes­sor La­lə Hü­sey­no­va­nın gi­riş sö­zü ilə baş­la­dı. O, Bül­bü­lün Azər­bay­can vo­kal ifa­çı­lı­ğın­da olan ye­ri və əhə­miy­yə­tin­dən söz aç­dı. Ar­dın­ca Bül­bü­lün müx­tə­lif il­lər­də­ki fo­to­la­rın­dan iba­rət vi­deo-çarx nü­ma­yiş olun­du. Həm­çi­nin, Bül­bü­lün ifa­sın­da lent ya­zı­la­rı səs­lən­di­ril­di.

       Son­ra konf­rans iş­ti­rak­çı­la­rı mə­ru­zə­lə­ri­ni təq­dim et­di­lər. AMK-nın Mil­li vo­kal ka­fed­ra­sı­nın do­sen­ti, Əmək­dar ar­tist Anar Şu­şa­lı “Bül­bü­lün Azər­bay­can mil­li vo­kal ifa­çı­lı­ğı sə­nə­ti­nə ital­yan vo­kal mək­tə­bi ənə­nə­lə­ri­nin tət­bi­qi”, “Mil­li mu­si­qi­nin təd­qi­qi” el­mi-tə­qi­qat la­bo­ra­to­ri­ya­sı­nın ki­çik el­mi iş­çi­si Fər­din Məm­məd­li “Bül­bü­lün el­mi-təş­ki­la­ti fəa­liy­yə­ti haq­qın­da” və I kurs ma­gistr tə­lə­bə­si Nər­min Pri­mo­va “XX əsr Azər­bay­can mu­si­qi mə­də­niy­yə­ti­nin in­ki­şa­fın­da Bül­bü­lün ro­lu” möv­zu­la­rın­da çı­xış et­di­lər.

       Konf­rans­da, həm­çi­nin Anar Şu­şa­lı və tə­lə­bə­lə­rin ifa­sın­da Bül­bü­lün re­per­tua­rın­dan bir sı­ra nü­mu­nə­lər səs­lən­di. Anar Şu­şa­lı for­te­pia­no­da F.Məm­məd­li­nin mü­şa­yə­ti ilə “De­dim bir bu­sə ver”, “Qə­rən­fil abu gə­rək, “Qa­ra tel­lər” ki­mi xalq mah­nı­la­rı­nı ifa et­di. Ey­ni za­man­da for­te­pia­no­da Tə­ra­nə Məm­mə­do­va­nın mü­şa­yə­ti ilə mil­li vo­kal fa­kul­tə­si­nin II kurs tə­lə­bə­si Cə­lal İsa­ye­vin ifa­sın­da “Xu­mar ol­dum” mah­nı­sı səs­lən­di.

       Son­da Kon­ser­va­to­ri­ya­nın rek­to­ru, xalq ar­tis­ti, pro­fes­sor Si­ya­vuş Kə­ri­mi çı­xış edə­rək Bül­bü­lün mu­si­qi mə­də­niy­yə­ti­miz­də­ki ro­lun­dan da­nış­dı. Həm­çi­nin AMK-da da­vam­lı ola­raq sə­nət nü­ma­yən­də­lə­ri­nin hə­yat və ya­ra­dı­cı­lı­ğı­na həsr olu­nan be­lə təd­bir­lə­rin ke­çi­ril­mə­si­nin əhə­miy­yə­tin­dən söz aç­dı.

       Bül­bü­lün xa­ti­rə­si xal­qı­mız, özü­nü in­cə­sə­nə­tə həsr et­miş bü­tün in­san­lar üçün əziz­dir. Za­man keç­dik­cə bu da­hi sə­nət­ka­rın hə­ya­tı ye­ni tə­fər­rü­at və təf­si­lat­la zən­gin­lə­şən, sön­mə­yən işıq­lı bir əf­sa­nə ki­mi qa­lır.

       Azərbaycan Milli konservatoriyasının baş müəllimi, musiqişünas Hicran Hacızadə

Mövzuya uyğun