AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

«KONSERVATORİYA” №3 2017 

                                                                                                      Hicran HACIZADƏ

                                                                                                 AMK- nın baş müəllimi

                                                         Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7

                                                          E-mail: atiahi-amk-hik@mail.ru

UOT: 78.071.1                  

RAMİZ MİRİŞLİ MAHNILARININ MÖVZU RƏNGARƏNGLİYİ

 endir

 

PDF

 

 

 

Xülasə: Məqalədə görkəmli bəstəkar və pedaqoq, Azərbaycanın xalq artisti, professor Ramiz Mirişlinin mahnı yaradıcılığı təhlil olunur. Mahnılarda məqam, ritm, janr, üslub xüsusiyyətləri araşdırılır.

Açar sözlər: Ramiz Mirişli, mahnı, məqam, üslub, janr

 

Azər­bay­can pro­fes­sio­nal mu­si­qi­si­nin ba­ni­si, da­hi Üze­yir Ha­cı­bəy­li­nin əsa­sı­nı qoy­du­ğu mu­si­qi ənə­nə­lə­ri­nə sa­diq qa­lan, özü­nə­məx­sus ya­ra­dı­cı­lıq dəs­ti-xət­ti ilə se­çi­lən is­te­dad­lı bəs­tə­kar­lar dəs­tə­si­nin la­yiq­li nü­ma­yən­də­lə­rin­dən olan Ra­miz Mi­riş­li bir çox janr­lar­da ma­raq­lı əsər­lər bəs­tə­lə­miş, bö­yük şöh­rət qa­zan­mış­dır. La­kin Ra­miz Mi­riş­li­ni bir bəs­tə­kar ki­mi xal­qa da­ha çox ta­nı­dan və sev­di­rən, ona uğur gə­ti­rən məhz mah­nı ya­ra­dı­cı­lı­ğı ol­muş­dur.

Bil­di­yi­miz ki­mi, Azər­bay­can mu­si­qi mə­də­niy­yə­tin­də mah­nı jan­rı özü­nün bə­dii-es­te­tik və üs­lub xü­su­siy­yət­lə­ri­nə gö­rə mü­hüm yer tu­tur. Xalq mah­nı­la­rın­da olan möv­zu ge­niş­li­yi, janr-üs­lub xü­su­siy­yət­lə­ri bəs­tə­kar mah­nı­la­rın­da qo­ru­nub sax­la­nıl­mış, da­ha da zən­gin­ləş­di­ril­miş­dir. Bu yol­da xalq ənə­nə­lə­ri­ni da­vam et­di­rən, tək­ra­ro­lun­maz irs qoy­muş bəs­tə­kar­la­rı­mı­zın hər bi­ri­nin fər­di ya­ra­dı­cı­lıq üs­lu­bu­na, mu­si­qi dün­ya­gö­rü­şü­nə və dəs­ti-xət­ti­nə bax­ma­ya­raq, on­la­rı bir­ləş­di­rən va­cib bir amil var ki, bu da mah­nı jan­rı­nın bü­tün tə­ləb­lə­ri­nə ca­vab ve­rən əsər­lə­rin ər­sə­yə gə­ti­ril­mə­si­dir. On­la­rın müx­tə­lif mu­si­qi janr­la­rın­da yaz­dıq­la­rı nü­mu­nə­lər is­tər for­ma, is­tər­sə də məz­mun ba­xı­mın­dan ka­mil ör­nək ola bi­lə­cək əsər­lər sa­yı­lır. Əsr­lər­dən bə­ri xal­qı­mı­zın yad­da­şın­da ya­şa­yan xalq mah­nı­la­rı ilə bə­ra­bər, XX əs­rin əv­vəl­lə­rin­dən baş­la­ya­raq zən­gin şi­fa­hi ənə­nə­lər zə­mi­nin­də bəs­tə­kar­la­rı­mız gö­zəl, yad­da­qa­lan, xalq tə­rə­fin­dən se­vi­lən say­sız-he­sab­sız mah­nı­lar ya­rat­mış­lar.

Da­hi Üze­yir Ha­cı­bəy­li­dən son­ra küt­lə­vi mah­nı jan­rın­da tək­ra­ro­lun­maz nü­mu­nə­lər ya­ra­dan Sə­id Rüs­tə­mov, To­fiq Qu­li­yev, Ca­han­gir Ca­han­gi­rov, Ra­uf Ha­cı­yev, Ha­cı Xan­məm­mə­dov, Ra­miz Mi­riş­li, Oq­tay Ka­zı­mi, El­za İb­ra­hi­mo­va, Emin Sa­bi­toğ­lu və baş­qa­la­rı­nın rən­ga­rəng, mil­li ko­lo­ri­tə ma­lik yük­sək sə­viy­yə­li mah­nı­la­rı bu jan­rı in­ki­şaf et­dir­mək­lə ya­na­şı, bir çox nə­sil­lə­rin mə­nə­vi tər­bi­yə­si­nə tə­sir gös­tər­miş­lər. Tə­bii ki, bəs­tə­kar­la­rı­mı­zın ya­ra­dı­cı­lı­ğı­na həsr olun­muş mo­noq­ra­fi­ya­lar­da on­la­rın mah­nı­la­rı da nə­zər­dən ke­çi­ril­miş, mü­əy­yən də­rə­cə­də təh­lil edil­miş və hə­min jan­ra aid bir çox el­mi mə­qa­lə­lər nəşr olun­muş­dur. Bu ba­xım­dan, mu­si­qi­şü­nas İm­ruz Əfən­di­ye­va və Cey­ran Mah­mu­do­va­nın təd­qi­qat­la­rın­da bəs­tə­kar­la­rı­mı­zın mah­nı ya­ra­dı­cı­lı­ğı­na ümu­mi şə­kil­də ya­na­şıl­mış və mu­si­qi ilə poe­zi­ya mə­sə­lə­lə­ri ön pla­na çə­kil­miş­dir (5; 8).

Nəğ­mə­kar bəs­tə­kar Ra­miz Mi­riş­li 60-cı il­lər­dən bə­ri, ya­rı­məsr­dən ar­tıq bir za­man ər­zin­də bu janr­da ən qiy­mət­li, se­çi­lib-se­vil­mə­yə la­yiq olan nü­mu­nə­lər ya­rat­mış, yüz­lər­lə ecaz­kar mah­nı­lar mü­əl­li­fi ki­mi xal­qı­mı­zın ürə­yi­nə yol ta­pa­raq Azər­bay­can mu­si­qi xə­zi­nə­si­ni zən­gin­ləş­dir­miş­dir. Ra­miz Mi­riş­li­nin ru­hun­dan sü­zü­lən, bu­laq ki­mi çağ­la­yıb da­şan, ürək­lə­ri riq­qə­tə gə­ti­rən mah­nı­la­rı in­san­la­ra sev­gi, ül­vi mə­həb­bət, səa­dət bəxş edir, on­la­ra və­tən­pər­vər­lik, qəh­rə­man­lıq hiss­lə­ri aşı­la­yır.

Ra­miz Mi­riş­li hə­mi­şə sə­nə­tin yük­sək tə­ləb­lə­ri­nə ca­vab ve­rən sə­mi­mi, ye­ni ruh­lu mah­nı­la­rın ya­ra­dı­cı­la­rın­dan bi­ri ol­muş­dur. “Kö­nül­lə gö­rü­lən iş əbə­di­lik qa­za­nır” – XI­II əsr­də ya­şa­yıb-ya­ra­dan, İs­lam və tə­səv­vüf dün­ya­sın­da ta­nın­mış şa­ir Möv­la­nə Cə­la­ləd­din Ru­mi­nin bu hik­mət­li söz­lə­ri hər bir za­man özün­də əsl hə­qi­qə­ti eh­ti­va edir. Ra­miz Mi­riş­li­nin mah­nı ya­ra­dı­cı­lı­ğı­nı araş­dı­rar­kən onun sö­zə bö­yük önəm ver­di­yi­ni gö­rü­rük. Bu mə­na­da mah­nı­la­rın möv­zu dai­rə­si çox ma­raq­lı, ge­niş və ürə­yə­ya­tım­lı­dır. Onun mah­nı­la­rın­da Və­tən, Azər­bay­can tə­biə­ti və onun əs­ra­rən­giz gö­zəl­lik­lə­ri, mə­həb­bət li­ri­ka­sı, əmək qəh­rə­man­la­rı, gənc­lik, bay­ram əh­va­li-ru­hiy­yə­si və uşaq möv­zu­la­rı tə­rən­nüm olu­nur. Gü­nün va­cib mə­sə­lə­lə­ri­nə to­xu­nan şe­ir­lə­rə əsas­la­na­raq bəs­tə­kar bü­tün ya­ra­dı­cı­lı­ğı bo­yu mah­nı jan­rı­nın spe­si­fi­ka­sı­na uy­ğun şe­ir­lə­rə mü­ra­ci­ət edir. Bu ba­xım­dan o, xal­qın se­vim­li şa­ir­lə­ri – Ni­za­mi Gən­cə­vi, Hü­seyn Ca­vid, Cə­fər Cab­bar­lı, Mi­ka­yıl Müş­fiq, Sə­məd Vur­ğun, Sü­ley­man Rüs­təm, Məm­məd Araz, Bəx­ti­yar Va­hab­za­də, Nə­ri­man Hə­sən­za­də, To­fiq Bay­ram, İs­lam Sə­fər­li, Məm­məd As­lan, müa­sir­lə­ri­miz­dən – Dil­suz Mus­ta­fa, Rü­fət Əh­məd­za­də, Rə­fiq Zə­ka Xən­dan, Gü­la­ğa Tən­ha, Zey­nal Və­fa, Va­hid Əziz, Ağa­lar Mir­zə, Vü­qar Əh­məd və baş­qa­la­rı­nın söz­lə­ri­nə za­man-za­man bir-bi­rin­dən gö­zəl və rən­ga­rəng, zən­gin, mil­li ko­lo­rit­li mah­nı­lar bəs­tə­lə­miş­dir.

Poe­zi­ya və mu­si­qi­nin vəh­də­tin­dən ya­ra­nan nəğ­mə­lə­ri­miz haq­qın­da hə­lə XX əs­rin əv­və­lin­də Azər­bay­can zi­ya­lı­la­rın­dan bö­yük alim və maa­rif­çi Hə­sən bəy Zər­da­bi (1837-1907) “Əkin­çi” qə­ze­tin­də ya­zır­dı ki “… nəğ­mə, şe­ir və mu­si­qi ilə xal­qı tər­bi­yə et­mək, on­lar­da və­tən­pər­vər­lik his­si­ni coş­dur­ma­ğa xü­su­si diq­qət ver­mək la­zım­dır” (7, s. 38-39). Za­ma­nın­da o mil­li zi­ya­lı­la­rı cid­di tə­ləb­lə uşaq və gənc­lər üçün məf­ku­rə­vi nəğ­mə­lər ya­rat­ma­ğa ça­ğı­rır­dı. Xal­qın mə­də­ni də­yər­lər əsa­sın­da for­ma­laş­ma­sın­da, mil­li həm­rəy­li­yə qo­vuş­ma­sın­da ana di­li, ənə­nə­vi din, elm-maa­rif­lə ya­na­şı, Hə­sən bəy po­pul­yar mu­si­qi olan el nəğ­mə­lə­ri və aşıq ha­va­la­rın­dan əla­və, xal­qı oya­nı­şa, tə­rəq­qi­yə səs­lə­yən mu­si­qi­li-poe­tik mətn­lər ya­ra­dıl­ma­sı­nı da zə­ru­ri sa­yır­dı. Tə­sa­dü­fi de­yil ki, H.Zər­da­bi nəğ­mə­lə­rin tər­bi­yə­vi əhə­miy­yə­ti­ni nə­zə­rə ala­raq Azər­bay­can­da ilk də­fə (1901) nəğ­mə məc­muə­si­ni çap et­dir­miş­di.

Klas­sik ir­si də­rin­dən mə­nim­sə­yən, ona yax­şı bə­ləd olan, ge­niş dün­ya­gö­rü­şü­nə ma­lik Ra­miz Mi­riş­li müa­sir mu­si­qi nü­mu­nə­lə­rin­dən bəh­rə­lə­nə­rək bən­zər­siz, zə­rif, ahəng­dar, tə­ra­vət­li, rən­ga­rəng ori­ji­nal me­lo­di­ya­lar bəs­tə­lə­miş­dir. Xalq mu­si­qi­si­nin, mil­li mah­nı ənə­nə­lə­ri ilə est­ra­da jan­rı­nın sin­te­zin­dən ya­ran­mış vo­kal əsər­lə­rin­də bəs­tə­kar Ra­miz Mi­riş­li bu jan­rın sə­ciy­yə­vi xü­su­siy­yət­lə­ri­ni mü­əy­yən­ləş­dir­miş, met­ro­rit­mik, mə­qam-in­to­na­si­ya də­yiş­kən­li­yin­dən bö­yük mə­ha­rət­lə is­ti­fa­də et­miş­dir. Bu ba­xım­dan, Ra­miz Mi­riş­li­nin ya­ra­dı­cı­lıq nai­liy­yət­lə­ri özü də ənə­nə­yə çev­ril­miş­dir. Mah­nı sa­hə­sin­də ça­lı­şan Azər­bay­can bəs­tə­kar­la­rı­nın ye­ni nəs­li­nin bir çox nü­ma­yən­də­lə­ri bu ənə­nə­yə is­ti­nad et­miş­dir. Ra­miz Mi­riş­li­nin sə­lis mu­si­qi di­li, ay­dın və mil­li ko­lo­rit­li, zən­gin me­lo­di­ya­la­rı ona min­lər­lə din­lə­yi­ci­nin bö­yük rəğ­bə­ti­ni qa­zan­dır­mış­dır. Onun mah­nı­la­rı sə­nət­se­vər­lər ara­sın­da hə­mi­şə­ya­şar ol­maq­la əsl el nəğ­mə­lə­ri ki­mi se­vi­lir.

Gənc yaş­la­rın­dan yur­du­nun ta­ri­xi­nə və mə­də­niy­yə­ti­nə bö­yük ma­raq gös­tə­rən Ra­miz Mi­riş­li­ni xalq mu­si­qi­si, el nəğ­mə­lə­ri cəlb et­miş və bu sev­gi gə­lə­cək­də mu­si­qi folk­lo­ru sa­hə­sin­də­ki ya­ra­dı­cı­lıq uğur­la­rı­nı şərt­lən­dir­miş­dir. Ön­cə mil­li alə­ti­miz olan ka­man­ça ifa­çı­sı ki­mi fəa­liy­yət gös­tər­mə­si, ona mu­ğam­la­rı­mı­za, xalq mu­si­qi­si­nə bü­tün in­cə­lik­lə­ri ilə də­rin­dən yi­yə­lən­mə­yə, gə­lə­cək­də bu bi­lik­lər­dən ba­ca­rıq­la və bö­yük mə­ha­rət­lə is­ti­fa­də et­mə­yə çox kö­mək et­miş­dir. Tü­kən­məz is­te­da­dı, də­rin mu­si­qi du­yu­mu, no­va­tor ax­ta­rış­la­rı sa­yə­sin­də Azər­bay­can mah­nı ya­ra­dı­cı­lı­ğı­nı yük­sək zir­və­yə qal­dır­mış Ra­miz Mi­riş­li vo­kal sə­nə­ti­mi­zə ye­ni key­fiy­yət­lər aşı­la­mış, tək­rar­sız və bən­zər­siz me­lo­dik ça­lar­la­rı mah­nı­nın özə­yi­nə hop­dur­muş­dur.

SSRİ xalq ar­tist­lə­ri – Zey­nəb Xan­la­ro­va, Lüt­fi­yar İma­nov, Azər­bay­can Res­pub­li­ka­sı­nın xalq ar­tist­lə­ri – Şöv­kət Ələk­bə­ro­va, Arif Ba­ba­yev, İs­lam Rza­yev, Gü­la­ğa Məm­mə­dov, El­mi­ra Rə­hi­mo­va, İl­ha­mə Qu­li­ye­va,  Ni­sə Qa­sı­mo­va, Nə­za­kət Məm­mə­do­va, Mü­ba­riz Ta­ğı­yev, Nə­za­kət Tey­mu­ro­va, Za­ur Rza­yev, əmək­dar ar­tist Ya­şar Sə­fə­rov və baş­qa­la­rı R.Mi­riş­li­nin mah­nı­la­rı­nı ifa edə­rək xal­qa sev­dir­miş­lər. Bu sev­gi sər­həd­lə­ri aşa­raq qon­şu öl­kə­lə­rə ya­yıl­mış­dır. Tür­ki­yə­nin ün­lü şar­kı­çı­la­rı – Nə­şə Ka­ra­bö­cek, Si­bel­can, Aj­da Pek­kan, Fa­tih Kı­sa­par­mak, Mu­rat Ka­ya və di­gər­lə­ri Ra­miz Mi­riş­li­nin  mah­nı­la­rı­na mü­ra­ci­ət et­miş, öz re­per­tu­ar­la­rı­nı bu nəğ­mə­lər­lə zən­gin­ləş­dir­miş­lər. Se­vin­di­ri­ci hal­dır ki, mah­nı­la­rı ilə xa­ri­ci öl­kə­lə­rə yol ta­pan bəs­tə­kar, bu janr­da yaz­maq üçün müx­tə­lif yer­lər­dən si­fa­riş­lər alır­dı.

Ötən əs­rin dün­ya­şöh­rət­li bəs­tə­ka­rı, Azər­bay­can klas­sik mu­si­qi sə­nə­ti­nin gör­kəm­li nü­ma­yən­də­si Fik­rət Əmi­ro­vun mah­nı jan­rı haq­qın­da çox ma­raq­lı fi­kir­lə­ri var. O, ya­zır­dı ki, “…xal­qın ən çox sev­di­yi, oxu­du­ğu, hə­mi­şə eşit­mə­yə eh­ti­yac duy­du­ğu küt­lə­vi mu­si­qi janr­la­rın­dan bi­ri və bəl­kə də bi­rin­ci­si mah­nı­dır. Mah­nı adi məi­şət mə­sə­lə­lə­rin­dən tut­muş, ta yük­sək hu­ma­nist, bey­nəl­mi­ləl, bə­şə­ri fi­kir­lə­rə qə­dər çox ge­niş bir sa­hə­ni əha­tə edə bi­lən ən de­mok­ra­tik, ən ope­ra­tiv janr­dır… Sə­nət­də ən baş­lı­ca cə­hət fər­di­lik­dir. Bu mü­hüm mə­ziy­yət is­te­da­dın də­rə­cə­si­ni ya­ra­dı­cı­lıq ax­ta­rış­la­rı­nın ge­niş­li­yi­ni mü­əy­yən edir” (7, s. 40-41).

Sə­mi­mi­lik­lə de­yi­lən bu söz­lər bü­tün pro­fes­sio­nal mu­si­qi­çi­lə­rin ar­zu­su­nu ifa­də edir. Ra­miz Mi­riş­li də san­ki Fik­rət Əmi­ro­vun bu is­tə­yi­ni hə­ya­ta ke­çi­rib say­ca çox, elə­cə də key­fiy­yət­cə yax­şı mah­nı­lar yaz­mış­dır. Onun bu mah­nı­la­rı müx­tə­lif il­lər­də məc­muə şək­lin­də çap olun­muş­dur. Məc­muə­lə­rin adı be­lə­dir: “Mah­nı­lar”, “Dal­ğa­lar” (2008), “Sə­nin bir­cə tə­bəs­sü­mün”, “Azər­bay­can, dün­yam mə­nim”, “Oxu tar”, “Mə­nim öm­rüm” (2013). Ra­miz Mi­riş­li ya­ra­dı­cı­lı­ğın­da mah­nı əsas və apa­rı­cı janr ol­du­ğu üçün bu sa­hə­nin təh­li­li­ni da­ha ət­raf­lı şə­kil­də ve­ri­rik.

Möv­zu və ide­ya məz­mu­nu­na gö­rə bəs­tə­ka­rın mah­nı ya­ra­dı­cı­lı­ğı­nı aşa­ğı­da­kı ki­mi qrup­laş­dır­maq olar:

  1. Və­tən haq­qın­da mah­nı­lar;
  2. Mə­həb­bət möv­zu­sun­da mah­nı­lar;
  3. Azər­bay­can tə­biə­ti, onun əs­ra­rən­giz gö­zəl­li­yi­ni tə­rən­nüm edən mah­nı­lar;
  4. Əmək qəh­rə­man­la­rı­na həsr edil­miş mah­nı­lar;
  5. Ana möv­zu­sun­da mah­nı­lar, mah­nı-bal­la­da­lar;
  6. Gənc­lik möv­zu­sun­da mah­nı­lar;
  7. Bay­ram mah­nı­la­rı;
  8. Uşaq möv­zu­sun­da mah­nı­lar.

Və­tən və onun gö­zəl­lik­lə­ri­ni tə­rən­nüm edən mah­nı­lar­dan da­nı­şar­kən, bəs­tə­ka­rın “Azər­bay­can, dün­yam mə­nim”, “Ba­kı­nın ge­cə­si”, “Nax­çı­van tə­ra­nə­si”, “Ara­zım”, “Və­tə­nim­sən”, “Qız­lar bu­la­ğı”, “Doğ­ma di­ya­rım” və s. po­pul­yar mah­nı­lar diq­qət mər­kə­zin­də du­rur. Ad­la­rı çə­ki­lən bu mah­nı­la­rın söz­lə­ri müx­tə­lif ya­ra­dı­cı­lıq üs­lu­bu­na mən­sub olan şa­ir­lə­rin qə­lə­mi­nin məh­su­lu ol­sa da, Ra­miz Mi­riş­li­nin bəs­tə­sin­də və­tə­nin gö­zəl­lik­lə­ri mu­si­qi di­li ilə əks et­di­rən bü­töv bir əsə­rin can­lı, ay­rıl­maz üz­vü ki­mi göz­lə­ri­miz önün­də can­la­nır. “Azər­bay­can, dün­yam mə­nim” (söz­lə­ri: Məm­məd Ara­zın­dır) mah­nı­sın­da ya­şa­dı­ğı­mız yur­dun bö­yük­lü­yü, əyil­məz­li­yi, gö­zəl löv­hə­lə­ri göz önü­nə gə­lir. “Qa­ya­lar­da bi­tən çi­çək, çi­çək­lik­də bir qa­ya”ya bən­zə­di­lən qə­dim və hə­mi­şə­ca­van “Azər­bay­ca­nın oğul­la­rı şim­şək at­lı, qar­tal­la­rı od qa­nad­lı” ol­ma­sı­nı və bu duy­ğu­nun zən­gin mu­si­qi ifa­də­si, öz də­rin ça­lar­lı­ğı ilə din­lə­yi­ci­yə çat­dı­rıl­ma­sı şai­rin fik­ri ilə vəh­dət­də ve­ri­lir.

“Azərbaycan, dünyam mənim”

(sözləri: Məmməd Arazındır)

1

Mahnı iki xanəli dörd musiqi ibarəsini özündə birləşdirən ağır templi girişlə başlayır. Bəstəkar müşayiətin fakturasında “donmuş, hərəkətsiz” akkordlardan istifadə edir. Mahnı bütövlükdə, şur məqamında yazılıb və nəqəratdə “Hicaz”dan məharətlə istifadə olunmuşdur.

Onu da qeyd etmək lazımdır ki, doğma Azərbaycanı tərənnüm etmək öncə mahnının ritmindən duyulur. Bu baxımdan, müşayiət solo kimi çıxış edərək milli rəqsimiz yallıya xas olan şux, şən xarakteri özündə ehtiva etdirir. Ramiz Mirişli ənənəvi rəqs janrı olan yallının metro-ritmik xüsusiyyətlərindən məharətlə istifadə etmiş, bununla da  mahnı janrına yenilik gətirmişdir.

Ramiz Mirişli “Vətənimsən” adlı mahnısında da doğma diyarın gözəlliyinə, onun əsrarəngiz təbiətinə vurğunluğunu təcəssüm edir. Mahnının nikbin ruhu, sürəkli ahəngi şeirdə ifadə olunan fikrə tamamilə uyğundur. Vətənin hər qarış torpağı əzizlənir, “ana” deyə vəsf edilir:

Ana Torpaq, ana diyar           Ömrüm, günüm, ruhum, canım,

Sən mənimsən.                       Vətənimsən.

2

Bu mahnı gümrah, şən xarakterli musiqidən ibarətdir və Azərbaycan xalq rəqs mahnıları üçün səciyyəvi olan 6/8 ölçüsündə yazılmışdır. Mahnı məqam etibarilə də çox maraqlıdır. Əvvəlcə bəstəkarın ən çox sevdiyi segah məqamında səslənən melodiya şikəsteyi-farsa əsaslanır, sonra isə mayeyi-segaha qayıdır. Mahnının nəqarətində məqam dəyişkənliyi, ötəri yönəlmə baş verir və mayeyi-şüştərə keçid yaranır. Nəqəratin ikinci bölməsində yenidən mayeyi-segaha qayıdış baş verir və melodiya onda da bitir.

3

Yeri gəlmişkən qeyd edək ki, Ramiz Mirişli mahnılarında ritm və məqam dəyişkənliyindən bacarıqla istifadə etmiş, dəyişkən ölçülü melodiyaları milli məqamlarımızı böyük ustalıqla uzlaşdırmaqla özünəməxsus, qeyri-adilik, rəngarənglik yaratmağa nail olmuşdur.

Ulu Naxçıvan yallılarının təsirindən yaranan mahnılarla boya-başa çatdığı doğma diyarına həsr etdiyi “Naxçıvan təranələri” ilə Ramiz Mirişli vətənpərvərlik, mövzusunu davam etdirir. Sevimli şairimiz İslam Səfərlinin sözlərinə yazılmış bu mahnıda müəllif Naxçıvanın simasında bütün Azərbaycana sonsuz və tükənməz məhəbbətini tərənnüm edir, onun qarlı dağları, çiçəkli bağları, mərd oğul və mərd qızlarından söhbət açır. Bu mahnını dünyaşöhrətli müğənnimiz Rəşid Behbudov yaratdığı Mahnı Teatrının proqramına daxil etmişdi.

Mülayim tempdə yazılan “Naxçıvan təranələri” mahnısı instrumental müqəddimə ilə başlayır.

4

Bəstəkar xalq mahnılarına xas olan üsuldan istifadə edərək müqəddimədə Nəqəratin II hissəsinin melodiyasını səsləndirir. Bu üsul öz davamını vokal partiyanın müşayiəti zamanı da tapır.

5

Mahnı bəndi 12 xanədən ibarətdir. Əvvəldə melodiya şüştər məqamının tərkib hissəsinə əsaslanır. Son 4 xanəsində məqamın tamamlayıcı tonuna, yəni alt kvartaya qayıdılır və mayeyi-şüştərin intonasiyaları açıqca eşidilir. Xalq mahnılarında rast gəlinən bu cəhəti Ramiz Mirişli “Naxçıvan təranələri” mahnısına tətbiq etməklə milli ənənələrə sadiq qalmasını bir daha sübut etmişdir. Mahnının sonluğu 3 xanədən ibarətdir və bu hissədə vokal partiya zilə qalxaraq ikinci oktavanın “mi” səsinin uzadılması ilə tamamlanır.

6

Fik­rət Qo­ca­nın söz­lə­ri­nə ya­zıl­mış di­gər mah­nı “Ara­zım” ad­la­nır. Ye­ri gəl­miş­kən qeyd edək ki, Ra­miz Mi­riş­li­nin mah­nı ya­ra­dı­cı­lı­ğın­da söz­lə­ri­nə ən çox mü­ra­ci­ət et­di­yi şa­ir­lər­dən bi­ri Fik­rət Qo­ca­dır. Əgər “Və­tə­nim­sən” mah­nı­sın­da ba­har tə­ra­vət­li, yaz ətir­li, min rəng­li Və­tən tor­pa­ğı tə­rən­nüm edi­lir­sə, “Ara­zım” nəğ­mə­sin­də giz­li bir kə­dər, nis­gil, və­tən həs­rə­ti var. Ba­ha­rın gə­li­şi ilə gül­lər açır, “Araz­da aşıb-da­şır, şi­rin-şi­rin nəğ­mə de­yir”. La­kin “Xan Ara­zın” nəğ­mə­sin­dən ye­nə yan­dı qı­zıl­gül­lər” – söy­lə­yən şa­ir Ara­zın nəğ­mə­si­ni bu və­tə­nin, bu yur­dun həs­rət nəğ­mə­si ki­mi səs­lən­dir­mək­lə ay­rı­lı­ğın ta­ri­xin acı hə­qi­qə­ti­nə çev­ril­mə­si­nə kə­dər­lən­di­yi­ni xa­tır­la­dır. Bu kə­də­ri da­ha ar­tıq qa­bart­maq məq­sə­di­lə bəs­tə­kar şüş­tər mə­qa­mın­dan mə­ha­rət­lə is­ti­fa­də edir. Ümu­mi­lik­də, mah­nı mü­la­yim temp­də səs­lə­nə­rək Araz ça­yı­nın gö­zəl me­lo­dik ça­lar­lar­la təs­vi­ri­ni ve­rir.

Ra­miz Mi­riş­li ya­ra­dı­cı­lı­ğın­da in­cə, ül­vi hiss­lə­ri əks et­di­rən sev­gi-mə­həb­bət möv­zu­sun­da ya­zıl­mış mah­nı­lar da çox­luq təş­kil edir. Bu mah­nı­lar li­rik me­lo­di­ya­la­ra ma­lik yük­sək sə­viy­yə­li sə­nət əsər­lə­ri­dir. “Sə­ni se­vən ba­xış­lar”, “Kü­süb mən­dən”, “Ya­man gö­zəl­ləş­mi­sən”, “Sən­dən köv­rək”, “Bir xu­mar ba­xış­la”, “Azər­bay­can gö­zəl­lə­ri” (söz:  F.Qo­ca), “İlk sev­gi”, “Dağ­lar qı­zı”, “Sev­gi gül­lə­ri” (söz: D.Mus­ta­fa­yev), “İnan­dım” (söz: S.Rüs­təm), “De­di tə­ləs­mə” (söz:  N.Hə­sən­za­də), “Sə­nin vü­qa­rın mə­nəm” (söz­lə­ri B.Va­hab­za­də) və bu qə­bil­dən olan yüz­lər­lə mah­nı­lar öz oxu­naq­lı­ğı, gö­zəl­li­yi, yad­da­qa­lım­lı­ğı, hə­zin­li­yi ilə fərq­lə­nir. Gö­rün­dü­yü ki­mi, F.Qo­ca, İ.Sə­fər­li, B.Va­hab­za­də, S.Rüs­təm və bu ki­mi öz ya­ra­dı­cı­lı­ğın­da də­rin li­ri­ka­ya bö­yük önəm ve­rən şa­ir­lər­lə ün­siy­yət, ya­ra­dı­cı­lıq bir­li­yi çox fay­da­lı ol­muş­dur.

Bu ba­xım­dan, İ.Sə­fər­li­nin söz­lə­ri­nə ya­zıl­mış “Dal­ğa­lar” mah­nı­sı­nı xü­su­si­lə qeyd et­mək la­zım­dır. Mah­nı­da mü­əl­lif­lər tə­bi­ət­lə sev­gi duy­ğu­la­rı­nı ba­ca­rıq­la uy­ğun­laş­dır­mış­lar. Qay­nar hə­yat ki­mi co­şub çağ­la­yan dal­ğa­la­rın şıl­taq­lı­ğı din­lə­yi­ci­nin qəl­bin­də köv­rək bir kə­dər his­si də oya­dır. Də­niz­də olan sev­gi­li­si­nin ni­ga­ran­çı­lı­ğı mu­si­qi­nin ifa­də va­si­tə­lə­ri ilə qa­bar­dı­lır. Şai­rin epi­tet­lər­dən, bən­zət­mə­lər­dən is­ti­fa­də edə­rək (“şən dal­ğa­lar”, “nəğ­mə­kar dal­ğa­lar”, “mir­va­ri dal­ğa­lar”) ya­rat­dı­ğı ob­raz­la­rı bəs­tə­kar da in­cə, köv­rək mu­si­qi ilə aç­ma­ğa na­il ol­muş­dur. Bu məq­səd­lə Ra­miz Mi­riş­li “Se­gah” mu­ğam in­to­na­si­ya­la­rı­na mü­ra­ci­ət edə­rək onun bir ne­çə (“Ma­ye­yi-se­gah”, “Şi­kəs­te­yi-fars”) şö­bə­sin­dən is­ti­fa­də et­miş­dir. Hə­lə “Azər­bay­can xalq mu­si­qi­si­nin əsas­la­rı” üzə­rin­də el­mi-nə­zə­ri araş­dır­ma­lar apa­rar­kən Üze­yir bəy Ha­cı­bəy­li hər bir mu­ğa­mın özü­nə­məx­sus mil­li xü­su­siy­yət­lə­rə ma­lik ol­du­ğu­nu bil­di­rə­rək mə­qam və mu­ğam­la­rı xa­rak­te­ri­zə edə­rək de­miş­dir: “…bə­dii ru­hi tə­sir cə­hət­dən “Se­gah” din­lə­yi­ci­də mə­həb­bət his­si oya­dır.” “Dal­ğa­lar” mah­nı­sı­nı da­ha da tə­sir edən onun ilk ifa­çı­sı se­vim­li xa­nən­də­miz, res­pub­li­ka­nın xalq ar­tis­ti Şöv­kət Ələk­bə­ro­va ol­muş­dur. Şöv­kət xa­nı­mın tək­ra­ro­lun­maz, hə­zin sə­si, pro­fes­sio­nal oxu tər­zi hə­lə uzun müd­dət din­lə­yi­ci­lə­rin qu­laq­la­rın­dan get­mə­yə­cək. O, “Dal­ğa­lar”ı bö­yük şövq­lə ifa edə­rək, ne­cə de­yər­lər “mah­nı­nın mö­hü­rü­nü vur­muş­dur”.

“Dalğalar”

7

Ra­miz Mi­riş­li mah­nı­la­rın­da diq­qə­ti cəlb edən əsas cə­hət­lər­dən bi­ri də mə­qam də­yi­şik­li­yi­dir. Bu ba­xım­dan, “Sə­ni tap­dım”da (söz: F.Qo­ca) mah­nı da­xi­li mə­qam də­yiş­kən­li­yi­ni iz­lə­mək ma­raq­lı olar­dı. Əgər bi­rin­ci bənd­də me­lo­di­ya /şur-se­gah/, Nə­qə­rat­də şur mə­qa­mın­da ya­zıl­mış­sa, ikin­ci bənd­də ça­har­gah mə­qa­mın­dan is­ti­fa­də olu­nur. Şur və se­gah mə­qam­la­rı­nın ça­har­gah mə­qa­mı ilə əvəz­lən­mə­si çox us­ta­lıq­la öz həl­li­ni tap­mış­dır. Bu isə ye­nə də mü­əl­li­fin mil­li mə­qam sis­te­mi­nə və mu­ğam­la­rı­mı­za yax­şı bə­ləd ol­ma­sın­dan, on­lar­dan yer­li-ye­rin­də is­ti­fa­də et­mək ba­ca­rı­ğı­na ma­lik ol­ma­sın­dan irə­li gə­lir.

Bəx­ti­yar Va­hab­za­də­nin söz­lə­ri­nə ya­zıl­mış “Sə­nin vü­qa­rın mə­nəm” mah­nı­sın­da in­sa­na xas olan iki mə­nə­vi key­fiy­yə­tin – sev­gi his­si və vü­qa­rın qar­şı­lıq­lı mü­na­si­bə­ti­ni gö­rü­rük. Şai­rin tə­bi­rin­cə de­sək “Vü­qar ha­ra, eşq ha­ra” – se­vən şəxs öz vü­qa­rı­nı sev­di­yin­də ax­tar­ma­lı­dır. Saf sev­gi, ül­vi mə­həb­bət özü elə əyil­məz vü­qar de­mək­dir. Bu sə­bəb­dən də mah­nı­da sev­di­yi­nə mü­ra­ci­ət­də “bü­tün ar­zu­la­rı­na zir­və mə­nəm, son mə­nəm… sə­nin vü­qa­rın mə­nəm” – de­yə söy­lə­ni­lir.

Əv­vəl­də qeyd et­di­yi­miz ki­mi, yal­lı rit­mi Ra­miz Mi­riş­li­nin bir çox mah­nı­la­rı­na si­ra­yət et­miş­dir. “Sa­lam, Kür ça­yı” mah­nı­sı da yal­lı­nın tə­si­rin­dən ya­ran­mış­dır. Mah­nı res­pub­li­ka­mı­zın hə­ya­tın­da baş ve­rən ye­ni­lik­lə – Kür su­yu­nun Ba­kı­ya gə­ti­ril­mə­si mü­na­si­bə­ti ilə ya­zıl­mış­dır. Əzə­mət­li Kür su­yu­nun şı­rıl­tı ilə axı­nı­nı təs­vir et­mək üçün bəs­tə­kar şən əh­va­li-ru­hiy­yə­li me­lo­di­ya­nı şur mə­qa­mın­da bəs­tə­lə­miş­dir. Zöv­qü­mü­zü ox­şa­yan bu mah­nı­nın güm­rah, əzə­mət­li sə­da­la­rı­nı Azər­bay­ca­nın xalq ar­tis­ti, is­tək­li mü­ğən­ni­miz Gü­la­ğa Məm­mə­do­vun ifa­sın­da də­fə­lər­lə eşit­mi­şik.

Əsr­lər bo­yu xal­qı­mız “Nov­ruz-ba­har” bay­ra­mı­nı bö­yük ruh yük­sək­li­yi ilə ke­çi­rir. Mu­si­qi folk­lo­ru­muz­da bu bay­ra­ma aid olan müx­tə­lif səp­ki­li mah­nı­lar və rəqs­lər möv­cud­dur. Öz növ­bə­sin­də Ra­miz Mi­riş­li də bu gö­zəl adət-ənə­nə­yə mah­nı­lar həsr et­miş­dir. Be­lə mah­nı­lar­dan ən məş­hu­ru və el ara­sın­da çox ya­yıl­mış, tez-tez ifa olu­nan “Bay­ram ax­şam­la­rı” mah­nı­sı­dır. Öz həm­ka­rı, bir çox mah­nı­la­rın müş­tə­rək mü­əl­li­fi olan Fik­rət Qo­ca­nın söz­lə­ri­nə ya­zıl­mış bu mah­nı san­ki göz­lə­ri­miz önün­də möh­tə­şəm ümum­xalq şən­li­yi­ni can­lan­dı­ra­raq bay­ram tab­lo­su ya­ra­dır. Yal­lı rit­min­dən is­ti­fa­də edən bəs­tə­kar san­ki küt­lə­vi xalq bay­ra­mı löv­hə­lə­ri­nin təs­vi­rin­də bu mə­ziy­yə­ti da­ha qa­ba­rıq şə­kil­də sə­ciy­yə­lən­di­rir. Mah­nı­da mə­qam nə­zə­riy­yə­si­nə gö­rə, qo­hum he­sab olu­nan üç mə­qa­mın me­lo­dik in­to­na­si­ya­la­rın qar­şı­laş­dır­ma­sı­nın şa­hi­di olu­ruq (şur-rast-şur-se­gah-şur). Bu­nun­la da for­ma cə­hət­dən za­hi­rən ron­do­ya ox­şar­lıq gö­zə çar­pır. Bu­ra­da şur mə­qa­mı ref­ren (A) əhə­miy­yə­ti da­şı­maq­la hər ye­ni mə­qam­dan son­ra tək­rar­la­nır.

Bay­ram axşamlarında

8

Ramiz Mirişlinin mahnı yaradıcılığında zarafat xarakterli məzəli mahnılara da rast gəlmək olur. “Bu nə nazdır” (söz: F.Qoca), “Yox deyə-deyə”, “Dedi tələsmə” (söz: N.Həsənzadə), “Səhər, günorta, axşam” (söz: E.Borçalı) məhz belə mahnılardandır.

Ra­miz Mi­riş­li­nin uşaq­lar üçün də sil­si­lə mah­nı­lar bəs­tə­lə­miş­dir.  Bu mah­nı­lar üç qis­mə bö­lü­nür: ki­çik yaş­lı uşaq­lar üçün, mək­təb­li­lər üçün və bö­yük­lər tə­rə­fin­dən ifa olu­nan uşaq mah­nı­la­rı. “Qar ya­ğır”, ”Gəl, ay sı­ğır­çın”, “Kə­pə­nək”, “Tə­bi­ət haq­qın­da mah­nı”, “Ana­ma”, “Kos­mo­nav­tam” – ki­çik yaş­lı uşaq­lar, “Dağ­lar ça­ğı­rır”, “Gur­la şey­pu­rum, gur­la”, “Pio­ner mah­nı­sı”, “Ucal­sın nəğ­mə­miz” – mək­təb­li­lər, “Naz­lı qız”, “Ana­lar və lay­la­lar”, “Gü­nay” – bö­yük­lər üçün ya­zıl­mış uşaq mah­nı­la­rı­dır. Onu da qeyd edək ki, bəs­tə­ka­rın uşaq ifa­sı üçün yaz­dı­ğı mah­nı­la­rın me­lo­di­ya­sı çox sa­də, yad­da­qa­lan mu­si­qi­dən iba­rət­dir. Be­lə ki, uşaq­la­rın ifa­sı­nı asan­laş­dır­maq üçün bəs­tə­kar Nə­qə­rat­siz, bir bənd­li for­ma­ya üs­tün­lük ve­rə­rək “Kə­pə­nək” (söz: R.Zə­ka), “Gur­la şey­pu­rum, gur­la”, (söz: C.Ca­vad­lı) ki­mi mah­nı­lar bəs­tə­lə­miş­dir. Uşaq mah­nı­la­rın­da kup­let for­ma­sın­da da bir sı­ra mah­nı­lar ya­zıl­mış­dır. Bun­lar­dan “Pio­ner bay­ra­mı” (söz: T.Mü­təl­li­bov), “Gəl, ay sı­ğır­çın”, “Qar ya­ğır” (söz: R.Zə­ka) və baş­qa­la­rı­nı mi­sal gös­tə­rə bi­lə­rik. Yal­lı rit­mi bəs­tə­ka­rın uşaq mah­nı­la­rı­na da tə­sir et­miş­dir. Uşaq­la­rın bay­ram şən­li­yin­də əy­lə­nə­rək əl-ələ ve­rib rəqs et­mə­lə­ri­ni təs­vir edən “Ucal­sın nəğ­mə­miz” (söz: F.Qo­ca) məhz bu nü­mu­nə­lər­dən­dir.

Bəs­tə­ka­rın mah­nı ya­ra­dı­cı­lı­ğın­dan söz açar­kən du­et ifa­sı üçün nə­zər­də tu­tul­muş mah­nı­la­rı xü­su­si qeyd et­mək la­zım­dır. Ye­ri gəl­miş­kən de­yək ki, Ra­miz Mi­riş­li ilk bəs­tə­kar­dır ki, öz ya­ra­dı­cı­lı­ğın­da mah­nı-due­tə mü­ra­ci­ət et­miş və bu səp­ki­də unu­dul­maz nü­mu­nə­lər ya­rat­mış­dır. “Səa­dət”, “Gü­nə­şi göz­lə­yi­rik”, “Ul­duz­lar”, “Hə­yat söy­lə, sən ki­min­sə­n?”, “Xoş sə­hər­lə ya­şa­yı­rıq” və onun bu ki­mi du­et mah­nı­la­rı se­vim­li mü­ğən­ni­lə­ri­miz El­mi­ra Rə­hi­mo­va və Ya­şar Sə­fə­ro­vun ifa­sın­da ilk səs­lən­mə­dən yad­da qal­mış, din­lə­yi­ci­lə­rin qəl­bi­nə yol tap­mış­dır. Bu mah­nı­la­rın ək­sə­riy­yə­ti in­san tə­fək­kü­rü ilə onu əha­tə edən ob­yek­tiv var­lıq ara­sın­da ge­dən mə­na­lı bir dia­lo­qu xa­tır­la­dır və mah­nı-mo­no­loq ki­mi sə­ciy­yə­lən­di­ri­lir.

İl­lər keç­dik­cə ye­ni mah­nı­lar, ye­ni ifa­lar, ye­ni din­lə­yi­ci nəs­li mey­da­na gə­lir, la­kin Azər­bay­can vo­kal mu­si­qi­si­nin ən gö­zəl nü­mu­nə­lə­ri ilə bir cər­gə­də du­ran, öz mə­la­hə­ti­ni, tə­ra­və­ti­ni itir­mə­yən Ra­miz Mi­riş­li­nin ecaz­kar mah­nı­la­rı za­ma­nın də­yir­ma­nın­da üyü­dü­lə­rək in­san­la­rın yad­da­şı­na ho­pur, onu “xal­qın ma­lı” edir.

 

ƏDƏBİYYAT:

  1. Hacıbəyov Ü.Ə. Azərbaycan xalq musiqisinin əsasları. B.: Apostrof, 1995, 176 s.
  2. İsmayılov M.C. Azərbaycan xalq musiqisinin janrları. B.: İşıq, 1984, 100 s.
  3. Zöhrabov R.F. Bəstəkarlarımız haqqında söz. B.: Şur, 1995, 90 s.
  4. Mahmudova C.E. Azərbaycan bəstəkar mahnılarında poeziya ilə musiqi. B.: Mars Print, 2009, 253 s.
  5. Mahmudova C.E. Mahnılarda yaşayan poeziya. // “Musiqi dünyası” jurnalı. № 2(3), 2000, s. 70-72
  6. Qulamova J.E. Azərbaycan xalq musiqi nümunələrinin təhlili. B.: Mars Print, 2013, 86 s.
  7. İsmayılova G. H. Bəstəkar Ramiz Mirişli. B.: 2000

Rus dilində

  1. Эфендиева И.М.Новое в Азербайджанской песне. Б.: Аз.Гос. Издательство, 1981, 56 с.

Notoqrafiya

  1. Mirişli R.A. Mənim ömrüm. Səs və piano üçün mahnılar toplusu. B.: Aspoliqraf, 2013, 112 s.
  2. Mirişli R.A. Dalğalar. Fortepiano ilə oxumaq üçün mahnılar. B.: 2008, 98 s.

 

                                                                             Хиджран ГАДЖИЗАДЕ

Старший преподаватель АНК

Диссертант АНК

 

ТЕМАТИЧЕСКОЕ РАЗНООБРАЗИЕ ПЕСЕН РАМИЗА МИРИШЛИ

 

Резюме: В статье анализируется песенное творчество видного деятеля искусств, педагога, композитора, профессора Рамиза Миришли. В исследовании акцентируется национально-ладовая основа песен, и анализируются жанровые, ритмические, стилистические особенности песенного творчества композитора.

Ключевые слова:РамизМиришли, песни, мегам, стиль, жанр

                                                                                       Hicran HAJİZADE

                                                                               Senior lecturer of ANC

                                                                             Candidate for a degree of ANC

 

THEMATIC VARIETY OF THE RAMIZ MIRISHLI’S SONGS

 

Summary: The article analyzes the song creativity of prominent composer and educator, people’s artist of Azerbaijan, professor Ramiz Mirishli. In a research of the songs the national-mode basis, genre, rhythm, stylistic features has been analyzed.

Key words: Ramiz Mirishli, song, episode, style, genre

Rəyçilər:

sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Fəttah Xalıqzadə;

sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Akif Quliyev

                                      

Mövzuya uyğun