AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

KONSERVATORİYA № 1, 2018

V BEYNƏLXALQ MUĞAM MÜSABİQƏSI: NƏTİCƏLƏR, DÜŞÜNCƏLƏR…

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə və himayəsi altında 2009-cü ildən bəri mütəmadi olaraq Bakıda keçirilən “Muğam Aləmi” Beynəlxalq Mugam Müsabiqəsi geniş və müsbət əks-səda döğurmuş, artıq öz tarixçəsini yaratmış əlamətdar bir mədəni hadisəyə çevirlmişdir. Onu təkcə Azərbaycanda deyil, muğam aləminin müxtəlif guşələrində səbirizliklə gözləndiyinin şahidi oldum – bir sıra ölkələrdən iştirak etmək iddiyasında olanlar hələ müsabiqə elan olunmamışdan  çox-çox əvvəl rəsmi sayta müraciət etməyə başlamışdılar.

Artıq beşinci buraxılışıni gördüyümüz müsabiqə, həmişə olduqu kimi, bu il də Novruz Bayramı ərəfəsində keçirildi. Bundan əvvəlki dəfə olduqu kimi, bu dəfə də münsiflər heyətinə yüksək nüfuzlu, beynəlxalq miqyasda tanınmış peşəkarlar dəvət olunmuşdur. Onların fərqli ölkələri və musiqi sahəsinə aid müxtəlif  peşələri təmsil etmələri çıxarılan mühakimələrin obyektivliyi üçün vacib şərt idi, buna görə sayılıb-seçilənlər içərisində bəstəkar, dirijor, musiqi təqdqiqatçısı Fərhad Fəxrəddini (İran), ud ifaçısı və ustadı Mehmet Bitmez (Türkiyə), musiqişünas, ifaçı, musiqi təhsili sahəsində təşkilatçı Abduvali Abduraşidov (Tacikistan), musiqi təbliğatçısı və produseri, festival təsisçisi Piotr Putsilo (Polşa) kimi dəyərli şəxslər var idi. Milli Konservatoriyanın rektoru, professor Siyavuş Kərimi isə ilk müsabiqədən bəri dəyişməz olaraq münsiflər heyətinə sədrlik edir və bu şərəfli vəzifə beynəlxalq tədbirin səlis peşəkar meyarlar üzərində və dəqiq qurulmuş təşkilati mexanizm əsasında keçirilməsinin təminatçısı olmaq məsuliyyətini onun üzərinə qoyur (hesab edirəm ki, hərə dəfə müsabiqənin uğuru Siyavuş məllimin də bir təşkilatçı kimi şəxsi nailiyyəti deməkdir). Baxmayaraq ki, builki müsabiqədə iştirakçılar ilk dəfə özləri yol xərcləri məsələsini həll etməliydilər, yenə də ümumi hesabla 14 ölkədən müraciətlər daxil olmuş, xüsusilə İran və Özbəkistandan iştirak üçün geniş maraq nümayiş etdirilmişdir.

Müsabiqənin nəticələri geniş bəyan edilmiş, mükafatların təqdimatı Dövlət Filarmoniyasının salonunda tənətənəli, rəngarəng və bayramsayağı şəraitdə keçirilmişdir. Əlbəttə ki, hər bir müsabiqədə olduqu kimi, nəticələrlə razılaşmayanlar da var idi, məğlubiyyatını çox həssas qarşılayanlar da. Bu qısa yazıda məqsədimiz nə olan faktları sadalamaqdır (bunlar ən azından yayımlanmış xəbərlərdən izlənə bilər), nə də münsiflərin verdiyi qiymətlərə parallel şərh vermək, çünki hər bir ifadə olunan rəy fərdidirsə, qarşımızdaki qərar böyük hörmət sahibi olan bir qrup şəxsiyəytin ümumiləşdirilmiş fikrinin ifadəsidir. Qısaca da olsa, “Muğam Aləmi” müsabiqəsi əsnasında həmkar musiqiçilərimiz, yerli və xarici iştirakçılar, elə həmin adları çəkilən münsiflər heyətinin üzvləri ilə söhbətlər zamanı qarşıya çıxan bir sıra sual, düşüncə və təkliflərimi bölüşmək istəyirəm – həm də onu düşünərək ki, bununla Azərbaycana fəxr gətirən, dünya musiqi tədbirləri xəritəsində yer tutmuş müsabiqəmizin gələcək müqəddəratına dair professional müzakirə başlansın.

Mən hər zaman Azərbaycan musiqisi ilə bağlı hər hansı təəssuratıımı bir musiqişünas olaraq bölüşəndə istər-istəməz çalışıram ki, fikirlərimi ətraf mühitlə tutuşdurum – görəsən bu musiqi, yaxud ifa məni ona görəmi kövrəltdi, yaxud heyrətləndirdi ki, mən azərbaycanlıyam, yoxsa bu “obyektiv olaraq” təsirli və gözəl musiqidir? Gerçəkdən, bunun birmənalı cavabını tapmaq  çətindir. Sirr deyil ki, biz, əksər hallarda hamımız o düşüncədəyik ki, Azərbaycan xalq musiqisi dünyada ən həssas, ən titrək, ən dolğun musiqidir. Daim deyirik ki, Azərbaycan muğamı öz parlaq və rəngarəng ifadə tərzi ilə bütün başqa mədəniyyətləri geridə qoyur və bizim ifaçılara virtuozluqda çatan olmaz. Hər dəfə keçirilən beynəlxalq muğam müsabiqələri sanki çoxlarını bu fikirdə daha da israrlı olmağa kömək edir, amma əslində bu məsələyə daha incə yanaşmaq lazımdır. Düzdür, müsabiqəyə gələn xarici qonaqlar da  etiraf edirlər ki, Azərbaycanda ənənəvi musiqi ifaçılığında son illər gedən yaradıcı axtarış prosesləri və ümumi peşəkarlıq standartları heyrətamiz dərəcədə yüksəkdir, hətta belə fikir də səsələnir ki, ümumiyyətlə azərbaycanlı iştirakçılarla yarışa girməyə dəyməz. Diqər tərəfdən, müxtəlif milli və məhəlli musiqi mədəniyyətlərin nümayəndələrinin çixişlarını bir sırayla dinləyəndə, çoxlarında istər-istəməz belə suallar da yaranır: müsabiqədə nəyə daha çox dəyər verilir – ənənəyə sadiqliyə, yaxud yeni yanaşma axtarışlarına? Dinləyicini dinamizm və parlaq ifa ilə məftun etməyə, yaxud onun xəbəri olmadan, gözə çarpmayan dəyişikliklər vasitəsilə tədricən şüurdan-fövqəl hala gətirməyə? Fərdi dəst-xəttin nümayişinə, yaxud ənənəni olduqu kimi qoruma bacarığına? Öz növbəsində, “fərdi dəst-xətt” müsbət anlayışdırsa o, nəyi nəzərdə tutur – xırda “naxışların  vurulmasında“ xüsusi ustalığımı, quşələrin fərqli tərzdə biri-birinə bağlanmasınımı, gözlənilməz keçidlər və templər seçilməsinimi?

Mü­sa­bi­qə­lər za­ma­nı or­ta­ya çı­xan baş­qa bir va­cib mə­sə­lə mu­ğam alə­mi­nə han­sı mu­si­qi tə­za­hür­lə­ri­nin da­xil edil­mə­si, ya­xud ya­xın sa­yıl­ma­sı mə­sə­lə­si­dir. Bil­di­yi­miz ki­mi, “mə­qam” ad­la­nan və ad­lan­ma­yan xü­su­si səs dü­züm­lə­ri üzə­rin­də qu­ru­lan və bir səs­dü­zü­mü içə­ri­sin­də seq­ment­lə­rin mü­əy­yən qay­da­lar ilə ifa olun­ma­sı­nı nə­zər­də tu­tan bü­tün ənə­nə­vi mu­si­qi ifa­də­lə­ri bu və di­gər də­rə­cə­də mu­gam alə­mi­nə şa­mil edi­lə bi­lər, la­kin bu əha­tə dai­rə­si­nin sər­həd­lə­ri ha­ra­da bit­mə­li­di­r? Yə­ni ra­qa, fla­men­ko, gna­ua, doy­na, küy və bu ki­mi digər mu­si­qi janr­la­rı bu­ra­ya da­xil edil­mə­li­dir, ya­xud yox?

Uzun illərdir ki, İran dəstgahı ifaçıları arasında çox geniş yayılmış bəstəkarlıq meyli müşahidə olunmaqdadır, hətta bu istiqamətdə səy göstərən qruplar bəstəkarın adını aydın elan edirlər, yəni öz ifalarını ayrıca bəstə, başqa sözlə desək, kompozisiya kimi təqdim edirlər. Bəzi təqdiqatçılar, həm İranın özündə, həm xaricilər, bu prosesi tənəzzülə aparan yol kimi qiymətləndirirlər, lakin bu fikir heç də yekdilliklə qarşılanmır. Azərbaycanda bu cərəyan son illər çox aktiv vüsət tapır və bizim müsabiqə iştirakçılarının çıxışlarının əksəriyyəti ənənəvi dəstgahdan (müxtəlif dərəcədə) kənarda duran həmin tipli kompozisiyalar təşkil edirdi. Bu maraqlı prosesi elmi səviyyədə təhlil etmək, peşəkar müzakirəsini və məsləhətləşmələrini yoluna qoymağın məncə tam vaxtıdır. Deyərdim ki, bu bir yaradıcı laboratoriyadır, burada tapıntılar da ola bilər, itkilər də, amma bu prosesə bir ad qoyulmalıdır, meyllər üzə çaxarılmalıdır, çünki biz əslində yeni növ bəstəkarlıqın ərsəyə gəlməsinin şahidi oluruq – notla əks olunmayan, ifaçının həmmüəllif kimi çıxış etməsinə arxalanan, ənənəvi musiqi irsindən nümunələrinin və başqa bəstəkarların əsərlərinin yeni tərzə bir “meta-kompozisiya” şəkildə qurulması ciddi bir əlamətdir.  Mövzuya qayıdaraq, yenə də sualla bitirmək istərdim – belə kompozisiyalar muğam müsabiqəsi daxilində ayrıca nominasya kimi qiymətrləndirilməlidirmi, yoxsa onlar elə muğam sənətinin bugünki versiyası kimi qəbul olunmalıdır?  Birmənalı  “hə” ya “yox” cavabı  vermək həqiqətən mümkün deyil, deməli birgə fikir mübadiləsinə ehtiyac var!

 

AMK-nın Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, musiqişünas

 əməkdar incəsənət xadimi

Cahangir Səlimxanov 

Mövzuya uyğun