AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA» 2022 №1 (54) 

Dilbər MƏMMƏDOVA

Ü.Hacıbəyli adına BMA-nın dosenti,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

Ünvan: Ş.Bədəlbəyli küç. 98.

E-mail: qospojaudacha79@mail.ru

MUSİQİŞÜNAS-MAARİFÇİ, PROFESSOR SƏADƏT SEYİDOVANIN PEDAQOJİ FƏALİYYƏTİ

 

     Professor, musiqişünas Seyidova Səadət Ağaməmməd qızı (17.01.1942 – 28.12.2020) hər zaman deyərdi ki, Azərbaycan Dövlət Konservatoriyasının (indi­ki Ü.Hacıbəyli adına BMA) üçüncü kursunda oxuyarkən A.Zeynallı adına Mu­si­qi Texnikumunda (indiki Musiqi Kolleci) pedaqoji təcrübə kursunu keçib. Kurs­lar­da fəal çıxışları, tələbələrlə müxtəlif iş növlərinin aparılması nəticəsində A.Zey­nallı adına texnikumun direktoru Azər Abdullayev tərəfindən müəllim v­ə­zi­fəsinə dəvət olunub. Beləliklə, həmin ildən o, pianoçu və musiqişünaslara mu­si­qi ədəbiyyatı və harmoniya fənlərini tədris edərək pedaqoji fəaliyyətə başlayıb.

     1970-ci illərdən etibarən Səadət xanım Ü.Hacıbəyli adına ADK-da “Azər­bay­can xalq musiqisi” laboratoriyasının müdiri vəzifəsində çalışmaqla yanaşı, “Mu­siqi tarixi”, sonra isə “Xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasında pe­daqoji fəaliyyətini davam etdirib.

       1996-cı ildən 2018-ci ilə qədər Səadət xanım Ü.Hacıbəyli adına BMA-nın “Mu­­siqi nəzəriyyəsi” kafedrasının müdiri vəzifəsində çalışıb (bu vəzəfəni öz is­tə­­yi ilə tərk edib) və eyni vaxtdan 2020-ci ilin dekabr ayına qədər (həyatının son gün­lə­ri­nə kimi) kafedrada müxtəlif fənlərdən dərs deyib. Səadət xanım həm də 1993-cü il­dən Bakı Dövlət Universitetinin “İlahiyyat” fakultəsi təsis edildiyi an­dan “dini mu­siqi” fənnini də tədris edirdi. Azərbaycan musiqişünaslığının ta­ri­xin­də pro­fes­sor S.Seyidovanın xidmətləri böyükdür. Onun yaradıcılığı Azər­bay­can dini musiqi janr­ları, Qədim Azərbaycan mərasim musiqisi haqqında mo­no­qra­fiyalar, elmi mə­qa­lələr, dərslik və dərs vəsaitləri ilə zəngindir. Səadət xanımın adı XX əsrin 70-ci illə­rində musiqişünaslıq tariximizə Azərbaycan dini musiqi janr­larını sənətşünaslıq na­mizədlik dissertasiyası səviyyəsində araşdıran ilk təd­qi­qatçı kimi həkk olunub. Bu gün professor S.Seyidovanın “Azərbaycanın xalq pro­fessional musiqisi” və “Azərbaycanın Qədim ənənəvi musiqisi” adlı mo­no­qra­fiyaları və elmi məqalələri Ali musiqi məktəblərinin tədris proqramlarında olan dini musiqi məruzələri əsa­sın­da, “Azərbaycan xalq musiqi yaradıcılığı” kur­su tərkibində tədris edilir. O, 2011-ci ildən 2020-ci ilə qədər Ü.Hacıbəyli adına BMA-nın nəzdində fəaliyyət göstərən fəl­səfə doktoru elmi dərəcəsini təqdim edən Dissertasiya Komissiyası Şurasının tər­kibində sədr müavini vəzifəsini də icra edib.

    Səadət xanım müxtəlif musiqi fənlərini tədris etməsinə baxmayaraq, hər za­man “Musiqişünaslıq ixtisası” fənninə xüsusi həssaslıqla yanaşıb. Məhz bu fənn çərçivəsində, musiqişünaslığın bütün sahələrini birləşdirərək, müqayisəli təh­lillər aparıb. Bir sözlə bu fənn musiqişünasın əsas işi, yəni musiqi fənlərinin bü­tün istiqamətlərini bilməklə musiqi sahəsində maarifçiliyə aparan yol idi.

     Professor Səadət Seyidova bütün tədris-pedaqoji fəaliyyəti boyu maarifçi Ü.Ha­cıbəyli sözünü təbliğ etmişdir. 1965-ci ildə nəşr olunan “Üzeyir Hacı­bəy­li­nin əsərləri” adlı ikinci cild, onu stolüstü mənbələrindən biri idi. Ü.Hacıbəylinin müx­təlif məqalələrindən kiçik bu və ya digər ifadəni oxuyub həvəslə izah edərdi. Səa­dət xanım, bu kitabı Azərbaycan musiqişünaslığı üçün ideyalar mənbəyi kimi təb­liğ edər, başqa kitab və sənədlərlə birlikdə iri çantasında gəzdirərdi. Professor mu­siqiyə ilkin olaraq XX əsrin əvvəllərində Ü.Hacıbəylinin gözləri ilə baxmağı öy­rədirdi. O, qeyd edirdi ki, Azərbaycanda hər bir musiqişünas XX əsrin əv­vəl­lə­rin­də Azərbaycan musiqisinin problemlərini bilməlidir ki, XXI əsrdə də artıq gö­rü­lən işlərə qiymət verə bilsin. Keçmişin qədrini bilmək, onu qoruyub saxlamaq hər bir musiqişünasın müqəddəs borcudur. Səadət Seyidova həm də dahi Ü.H­a­cı­bəy­linin bir çox istiqamətlərdə incəliklə həyata keçirdiyi sintez nəzəriyyəsinin də ma­hiyyətini açırdı. O, Ü.Hacıbəylinin yaratdığı sintez nəzəriyyəsini üç isti­qa­mət­də tələbələrə təqdim etmişdir.

   1) Təhsil prosesində sintez qanunlarının aydınlaşdırılmasını izah etməklə baş­layar, bu zaman isə qəhvəyi kitabı səhifələyərdi. Məsələn, səhifə 162. Burada Ü.Ha­cıbəylinin aşağıdakı sözlərini oxuyardı: “Mən bu əqidədəyəm ki, biz tələ­bə­lə­rə notla çalmağı öyrətdiyimiz kimi, notla da oxumağı öyrətməliyik. <…> Biz tək­cə türk səhnəsində deyil, rus səhnəsində də çıxış edən müğənnilər hazırlamaq is­təyirik” (Üzeyir Hacıbəyli. Əsərləri. İkinci cild. Bakı, 1965. Səh. 162).

    2) Ü.Hacıbəylinin hər bir əsəri Azərbaycanda musiqi sintezi nəzə­riy­yə­sin­də yeni mərhələ kimi qiymətləndirilməlidir.

   3) Və təbii ki, o, hər bir tələbəni fərdi olaraq Ü.Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” kitabının timsalında sintez nəzəriyyəsini nəzərdən ke­çir­məyə cəlb edirdi.

   Onun metodologiyasında nə qədər cəlbedici ifadələr var idi. Məsələn: “Es­te­tik əhəmiyyəti olmalıdır!”; “Fikrət Əmirov – külçədir!; “Mənfi nəticə də – nə­ti­cə­dir” və s.

   “Musiqişünaslıq” mürəkkəb bir prosesdir. Bu proses bir məqsədlə başlayır: tə­­ləbəni xüsusi musiqişünas ədəbiyyatı ilə tanış etmək istiqamətində mümkün olan ən yüksək dərəcəyə (hər bir tələbə ilə ayrıca) nail olmaq. Eyni zamanda, mu­si­qi­şü­nas­lıq ixtisasında, diplom işi çərçivəsində Səadət xanım hər tələbə ilə bir­gə mövzu se­çər, həmin anda da işin planını hazırlayardı. Təcrübəli musi­qi­şü­nas təbii olaraq bi­lirdi ki, bu, mövzu seçimində yalnız görünən ilkin plandır. Son­rakı mərhələdə, o, ye­nidən prosesi tamamilə musiqişünaslıq kitablarını oxu­ma­ğa yönəldər, amma bu də­fə seçilən mövzuya uyğun ədəbiyyat verərdi. Onun sin­fində hamı həm tədris proq­ramlarına uyğun klassik musiqişünaslıq üzrə ədə­biy­yatları, həm də Azər­bay­can­da və Rusiyada nəşr olunan ən yeni mənbələri öy­rə­nirdi.

    Tələbələrin mütaliəsinin hansı səviyyədə olmasını yoxlamağın da özü­nə­məx­sus üsulu var idi. O, kitabların surətini çıxarmağı, kitabın və ya məqalənin möv­zusunun işlənməsini izləmək üçün hər abzasın kənarında qələmlə qeydlər et­mə­yi tələb edirdi. Beləliklə, o, hər kəsin oxuduğu zaman hansə məqama diqqət ye­tirdiyini müəyyənləşdirərdi. Kitabda yazılanları əzbərdən dinləməyi heç xoş­la­maz­dı. Tələbənin oxuduqlarını təkrar danışmaq istəyinə isə eyhamla cavab ve­rər­di: “Mən özüm orada nə yazıldığını bilirəm”. O, elmi məqalə ideyasını anlamaq və yeniliyə çıxış yolu yaratmağı, tələbələrdə musiqişünaslıq üzrə müzakirələr apar­maq bacarığını təbliğ edirdi. Bunun üçün isə dil sənətini aşılamaq, infor­ma­si­ya bazasını formalaşdırmaq xüsusiyyətini aşılayardı. O, müəyyən bir möv­zu­nun öyrənilməsində, tələbələrin müstəqil məlumata malik olma bacarığını yük­sək qiymətləndirirdi. Tez-tez təkrar edirdi ki, informasiya bazası nə qədər geniş ol­sa, oxunan kitabların nitq təcrübəsi musiqişünasın iş dilini bir o qədər mü­kəm­məl­ləşdirməyə xidmət edər.

   Professor Səadət xanım xüsusi terminlərlə elmi məqalənin tərcüməsinə də tə­lə­bələri cəlb edirdi. O, rus bölməsinin tələbələrinə Ü.Hacıbəylinin məqalələrini Azər­baycan dilindən rus dilinə tərcümə etməyi tapşırardı. Azərbaycan böl­mə­si­nin tələbələrinə isə Mazelin “Melodiya haqqında” kitabını tərcümə etməyi təklif edir­di. Bununla o, elmi nəzəri musiqişünaslıq ədəbiyyatı üzrə təcrübəli tər­cü­mə­çi­lər yetişdirməyə də səy göstərirdi. Tərcümə sənətinə diqqəti Səadət xanım Azər­baycan musiqisinin klassiki Ü.Hacıbəylinin ən mühüm vəsiyyətlərindən biri he­sab edirdi.

    Səadət xanım M.İsmayılovdan danışarkən onun Azərbaycan bəs­tə­kar­la­rı­nın yaradıcılığının özünəməxsus məqam təhlili metodunu yaratdığını həmişə qeyd edirdi. Bu təhlil üsulu M.İsmayılovun rəhbərliyi ilə yazılmış bütün diplom iş­lərində öz əksini tapmışdır. Bu maraqlı təhlil üsulunu ancaq muğam ifaçısının mu­siqişünaslığın tam kursunu sintez edərək, mütəxəssis musiqişünasların kö­mə­yi ilə həyata keçirmək olar. Yalnız bu halda M.İsmayılovun tədqiqat metodu müa­sir musiqi sənəti əsasında davam etdirilə bilər.

      Səadət xanımın əsas aparıcı metodları analitik metod və müqayisəli üsul idi. Prosesə tövsiyələri: 1) oxuyarkən kitabların kənarlarında hər bir abzasın başa dü­şülməsi barədə qələmlə qeydlər qoymaq; 2) hər bir yeni nəzəri terminin açıq­lan­masında lüğətlərə istinad etmək; 3) bəzi ədəbiyyatla müqayisəni bildirmək; 4) məqalənin strukturunu hiss etmək; 5) məqalənin, kitabın adında qoyulan əsas məq­sədini aşkarlandığı bəndi müəyyən etmək; 6) oxuduqlarına münasibət bil­dir­mək; 7) məqalənin mənfi və müsbət cəhətlərinin pedaqoji təhlilini vermək;        8) öy­rənilən problemlərin istiqamətini müəyyən etmək üçün kitablar verərdi. Oxu­nan ədəbiyyatda nəzəri, tarixi telləri müəyyənləşdirmək, tənqid və müqayisə üsu­lu­nu araşdırmaq; 9) eyni mövzunu müxtəlif müəlliflərin araşdırmalarında iz­lə­mək. Məsələn, XX əsrin bütün aparıcı cərəyanları vasitəsilə məqam nəzə­riy­yə­si­nin öyrənilməsi proseslərinə baxmaq və müqayisə etmək; müxtəlif müəlliflərin me­lodiya haqqında kitablarını müqayisə etmək; 10) Kitabın dilini, üslubunu diq­qət­lə öyrənib, xüsusi terminləri müəyyənləşdirmək; 11) Aydın, yığcam nitq şək­lin­də resenziyalar yazmaq; 12) Geniş nitq nümunələrin izahatları verilirdi; 13) La­zımlı və ya lazımsız terminlərin istifadəsi haqqında məlumat. 14) Ter­min­lər, tematik istiqamət və təhlil növü vasitəsilə musiqişünaslıq üslubu mə­k­təb­lə­ri­nin müəyyənləşdirilməsi məsələlərini açırdı və s.

      Onu da qeyd edək ki, Səadət xanımın sinfində musiqişünaslıq sahəsində ge­dən bütün iş proseslərinin təsiri altında bu məqalə müəllifinin də bütün nəzəri fən­lər istiqamətində təhlil metodu formalaşmışdır. 2004-cü ildən 2008-ci ilə qə­dər, hər bazar ertəsi, çərşənbə və cümə günləri namizədlik dissertasiyamın ma­te­rial­­ları ilə saat 10.00-da Ü.Hacıbəyli adına BMA-nın 227-ci sinfinə Səadət xa­nı­mın yanına gedirdim. Adətən saat 20.00-da dərsdən çıxırdım. Səadət xanım hə­mi­­ş­ə təklif edirdi ki, mən sinifdə qalıb, düz onun gözünün qabağında dissertasiya işim­lə məşğul olum. Nəticə etibarilə Səadət xanım məni kafedranın bütün işləri ilə, yeni nəşrlərin məzmunu ilə məni tanış edər, həmçinin dissertantların avto­re­fe­ratlarını oxumağı da təklif edirdi. İstənilən elmi mövzu üçün dərhal plan ya­ra­dar­dı. Bir sözlə, 4 il ərzində mən Səadət xanımın bütün profillərdə müəllim və rəh­bər fəaliyyətinin şahidi oldum. Musiqi nəzəriyyəsi kafedrasının müdirinin işi­nə necə rəhbərlik etdiyini, kafedranın tələbə və müəllimlərinin problemlərini ne­cə həll etdiyini görürdüm. Proqramların, dərs vəsaitlərinin müzakirə proseslərini, tə­ləbə, dissertant və aspirantlarla keçirilən dərsləri izləyirdim. “Musiqi nə­zə­riy­yə­si” kafedrasının bütün müəllimləri müxtəlif sual və təkliflərlə 217-ci sinfə Səa­dət xanımın yanına gəlirdi. Professor Bilqeyis xanım daxil olub Protopopovun rəh­bərliyi ilə Azərbaycan bəstəkarların harmoniya məsələləri mövzusunda dis­ser­tasiyaya başlaması haqqında danışardı. Səadət xanım kafedranın elmi iş pro­ses­lərində bu və ya digər iştirakına və bilavasitə dissertantların, magistrantların, dip­lom işi yazanların prosesinə kafedranın müəllimlərinin diqqətinə görə kafed­ra­nın hər bir üzvünə həmişə minnətdar olmuşdur.

    Əsl musiqişünas, müxtəlif tarixi və nəzəri bacarıqlar vasitəsi ilə səs pro­ses­lə­rini eşitməyi tədris edən musiqi müəllimidir! Musiqişünas peşəsi musiqi əsər­lə­ri­ni ifa etmək bacarığına malik olub, olduqca geniş musiqi əsərləri haqqında bi­lik­lərə əsaslanır. Həmçinin, musiqişünaslar bəstələmənin ən mühüm qanunlarına nə­zəri fənlər (harmoniya, polifoniya, musiqi əsərlərinin təhlili, musiqi din­lən­mə­si) üzrə biliklər əsasında yiyələnirlər. Eyni zamanda, hər bir musiqiçi-ifaçı və bəs­təkarın yaradıcılığında musiqişünaslığın rəmzləri də canlanır. Görkəmli ifaçı, bəs­təkar müəyyən inkişaf mərhələsində musiqiyə münasibətini SÖZ vasitəsilə ifa­də edir. O, müsahibə verir və ya özü haqqında orijinal monoqrafiya yazır və s. Mus­­iqişünaslıq sənəti nitqlə bağlı, ifaçılıq və bəstəkarlıq sənətinə xidmət edən ən çə­tin peşədir. Və heç kimə sirr deyil ki, dünya musiqişünaslığının inkişafında da ifa­çılar və bəstəkarların rolu danılmazdır.

   Çağdaş Azərbaycan musiqişünaslığı, dahi bəstəkarımız Ü.Hacıbəylinin mu­siqi yaradıcılığından qaynaqlanır. O, zəngin yaradıcılığı ilə Azərbaycan mu­si­qi mədəniyyətinin çiçəklənməsinə xidmət etmişdir. Məlum olduğu kimi, Azər­bay­canda ziyalı musiqişünaslıq sənəti Ü.Hacıbəyli adına BMA-da bəstəkarların, ifa­çıların və musiqişünasların sayəsində inkişaf etmişdir. Azərbaycan musiqi mə­də­niyyətinin qabaqcıl nümayəndələri ana dilində tədris prosesi üçün tələb olunan el­mi ədəbiyyatı, o cümlədən dərslik, dərs vəsaiti, mühazirə mətnləri və s. yarat­mış­lar. Eyni zamanda onu da vurğulamaq lazımdır ki, Ü.Hacıbəyli adına BMA-nın sayəsində Azərbaycanın bir neçə musiqişünaslıq məktəbi formalaşmışdır. Bu mək­təblərin tarixən mərhələləri görkəmli musiqişünasların adları ilə müəyyən edi­lir. Qeyd edək ki, hər bir görkəmli musiqişünas öz məktəbini yaratmaq bac­a­rı­ğı­na nail ola bilmir. Yəni bunun üçün öz sinfinin seçilmiş məzunlarının bir neçə nəs­lini ali təhsil müəssisəsində yüksək keyfiyyətli pedaqoji fəaliyyətə cəlb edib, hə­min ali təhsil müəssisəsində işlə təmin edərək, tədris prosesində tələb olunan müx­təlif istiqamətlərə yönəltməlidir.

    Ü.Hacıbəyli adına BMA-da ilk musiqişünaslıq məktəbinin təməli, dahi Ü.Ha­cı­bəyli tərəfindən qoyulmuşdur. Bu məktəbin ən yüksək nailiyyəti isə milli mə­qam sisteminin icadı ilə bağlı bəstəkar yazı texnikasının yaradılması olmuş­dur. Daha sonra bu tədris ocağında Məmməd Saleh İsmayılovun, Bayram Hü­seyn­linin, Ramiz Zöhrabovun, Aidə Tağızadənin və Səadət Seyidovanın mu­si­qi­şü­naslıq m­əktəbi formalaşmışdır. Professor Səadət Seyidova bir neçə mu­si­qi­şü­nas nəslini yetişdirməklə yanaşı, həmçinin 30 illik Qarabağ müharibəsinin ən ağır illərində “Musiqi nəzəriyyəsi” kafedrasına da rəhbərlik etmiş, Ü.Hacıbəyli adı­na BMA-da özünün musiqişünaslıq məktəbini yaratmışdır.

    Səadət xanım, uzun illər nəzəri fənnlərlə yanaşı əsasən ixtisas fənnini apa­ra­raq yeni nəsil musiqişünas-tədqiqatçıları, musiqişünas-tənqidçiləri, mu­si­qi­şü­nas-nəzəriyyəçi və etnomusiqişünaslar yetişdirib. Onun rəhbərliyi ilə yazılan na­mi­zədlik dissertasiyalarının mövzuları arasında (indi sənətşünaslıq üzrə fəlsəfə dok­toru): “Azərbaycan simli alətlərinin yaranma, inkişaf və miqrasiyası” (Məm­məd­ov A.); “S.Rüstəmov yaradıcılığının Azərbaycan musiqi mədəniyyətində ro­lu” (Məmmədzadə G.); “Azərbaycan bəstəkarlarının yaradıcılığında caz har­mo­ni­yası” (Məmmədəliyeva T.); “Harmoniyanın yaranma tarixi və Azərbaycan bəs­tə­karlarının (Ü.Hacıbəyov, F.Əmirov, Q.Qarayev) yaradıcılığında inkişaf yol­la­rı” (Hüseynova D.); “Yaxın Şərq xalqlarının lad sistemlərinin müqayisəli təhlili” (Al­lahverdiyeva E.)); “Türk xalqlarının musiqisində (mahnı janrında) intonasiya əla­qələri” (Həsənzadə X.); “Azərbaycan ənənəvi musiqisində (melodik-sintaksis qu­ruluşlar) dinamik açılma formaları” (İnyakina A.); “Azərbaycan bəs­tə­kar­la­rı­nın əsərlərində dini mövzunun təzahürü” (Kərimova R.). Səadət xanımın rəh­bər­li­yi altında 50-dən çox bakalavr və magistr işləri də yazılıb.

    Onun tələbələri arasında diplom və medallarla təltif olunanları da vardır. On­lar­dan F.Əzimov, A.Əbdüləliyev və D.Hüseynovanın adlarını çəkmək olar. Ye­tiş­dir­diyi gənc musiqişünasların bir qismi (S.Paşayeva, T.Məmmədəliyeva, E.Pənah­o­va, D.Hüseynova, A.İnyakina, G.Qəhrəmanova) Ü.Hacıbəyli adına BMA “Mu­si­qi nəzəriyyəsi” kafedrasında qalaraq işləmək imkanına nail ol­muş­dur. Artıq onlar sə­nətşünaslıq namizədləri, fəlsəfə elmləri doktorları elmi də­rə­cə­si­nə layiq gö­rü­lə­rək kafedrada fəaliyyət göstərirlər. Onun yetirmələri nəinki Azər­baycanın musiqi ocaq­larında, müxtəlif televiziya kanallarında, hətta Res­pub­likanın hüdudlarından kə­narda da (İsveç, Türkiyə) fəaliyyət göstərərək öz işi­nin peşəkarları kimi nüfuz qa­zanmış, Səadət xanımın ənənələrini yeni nəsillərə ötürülər.

    Elmi və pedaqoji fəaliyyətindəki nailiyyətlərinə görə, Ü.Hacıbəyli adına BMA-nın fəal musiqişünas-pedaqoqu Səadət xanım 2008-ci ildə Azərbaycan Res­publikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür.

endir

PDF

 

Mövzuya uyğun