AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” 2022 №3 (56)

Üzeyir Hacıbəylinin elmi sistemi əsasında milli məqam təfəkkürünün inkişaf proqramı

F.Bədəlbəyli və T.Seyidovun proqramının Mədəniyyət Nazirliyi tərəfindən

birinci nəşrinin çapdan çıxmasının onilliyinə ithaf edilir

 
endir

PDF

“Bizim gənc nəslimiz milli ruhda tərbiyə olunmalıdır.

Yalnız bu halda Azərbaycan əbədi müstəqillik yolu ilə gedə bilər.

Buna nail olmaq üçün, əlbəttə ki, əsas amil bizim mədəniyyətimizdir,

incəsənətimizdir, ədəbiyyatımız, ana dilimizdir, milli təfəkkürümüzdür”.

İlham ƏLİYEV

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əli­ye­vin 2019-cu ilin fevral ayın­da Prezident Mü­ka­fa­tına la­yiq görülmüş gənc iste­dadlara ünvanlanmış bu söz­ləri, on­ların elm və incəsənətin bütün sahələr üzrə uğur qa­za­n­­malarında əsas nə­sihət olmuşdur. Hə­qi­qə­tən də şəx­siy­yətin milli özünüdərki, ilk növ­bə­də, öz milli mə­də­niy­yə­tinə mənsubluq hissi ilə for­malaşır. Milli təfəkkürün inki­şafında isə musi­qi­nin rolu xüsusilə böyükdür.Bu səbəbdən də bizim qarşımızda mu­si­qi təh­si­lini sistemləşdirmək kimi mə­sələ dur­muş­­dur ki, bu­nun sayə­sin­də gənc musiqiçilər tək­cə dün­ya mu­si­qi klas­siklərinin deyil, həm də milli xalq musiqi yara­dı­cılığı, Azərbaycan bəs­­tə­kar­la­rının milli mə­qam­lara əsaslanan mu­si­qisi ilə tə­mas­da olmaq imkanı əldə etsin­lər.Bu iş prosesində 2012-ci ildə ibtidai və orta ixtisas musiqi təhsili sis­te­min­də milli mu­si­qi­çi kadrlarının hazırlanmasına yönəlmiş “Üze­yir Hacıbəylinin elmi sis­temi əsasında milli lad tə­fəkkürün inkişafı Proqramı”nın xüsusi rolu var­dır. La­yihənin müəllifləri Bakı Musiqi Aka­de­miyasının (BMA) rektoru Fərhad Bədəlbəyli və BMA-nın məktəb-studiyasının direktoru Tər­lan Seyidovdur.Bir sıra ixtisas fənlərinin kursuna əlavə olaraq təqdim olunan bu proqram Bakı Musiqi Akademiyasının məktəb-studiyasının elmi-eksperimental bazasında işlən­mişdir və gənc nəslin milli musiqi gen yaddaşının dirçəldilməsi və ak­tiv­ləş­di­rilməsi yolunda aparılan işlərin nəticəsi olmuşdur. Proqram ölkənin musiqi təh­silində islahatların aparılması işinin tərkib hissəsinə çevrilib.Yeni layihənin ərsəyə gəlməsinin tarixçəsi var. Məlumdur ki, bizə sovet döv­­ründən etibarlı sayılan musiqi təhsil sistemi miras qalmışdır. Lakin bu sis­tem­də hər şeydən əvvəl musiqi təhsilinin bütün sə­viy­yə­lə­ri­ – ibtidai, orta və ali təhsildə ənənəvi milli musiqi komponentinə kifayət qədər diq­qət yetirilməmişdir. Halbuki, artıq 1945-ci ildə, Üzeyir Hacıbəylinin vəfatından üç il əvvəl, onun, pianoçu Kövkəb xa­nım Səfərəliyevanın redaktorluğu ilə “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri nəşr edilmişdir. Bu əsər mahiyyətcə risaləyə çev­rilərək bütün ixti­sas və yaş kateqoriyalarına aid musiqiçilərə xalq yara­dı­cı­lı­ğı­nın “əlifbasını” dərk etməkdə geniş imkanlar yaratmış, milli məqam təfək­kü­rü­nün inkişafına güclü stimul vermişdir.Dahi klassik Üzeyir Hacıbəylinin anadan olmasının 125 ill­iyi münasibətilə  BMA tərəfindən “Azərbaycan xalq musiqisinin əsasları” fundamental elmi əsəri ilk dəfə latın dilində işıq üzü gör­müş oldu. Üzeyir bəyin kitabının daha yaxşı qavranılması üçün bu nəşrdə Azər­bay­can xalq musiqisinin əsaslarının dərindən öyrənilməsinə töhfə verən metodik töv­siyələr yer alıb.   Fərhad Bədəlbəylinin rəhbərliyi ilə bu la­yi­hənin həyata keçirilməsində Tariyel Məm­mə­dov (elmi redaktor), Ramiz Zöhrabov (elmi məs­ləhətçi) və Cəmilə Həsənova (redaktor və met­odiki tövsiyələrin tərtibçisi) iştirak ediblər.Elə həmin 2010-cu ildə BMA-nın mək­təb-studiyası tərəfindən musiqi mək­təbi və kol­lec tələbələri üçün Üzeyir Hacıbəylinin “Azər­bay­can xalq musiqisinin əsas­ları” əsərinin adap­ta­siya olunmuş nəşri (tər. Tərlan Seyidov) hazır­lanıb çap edilmişdir.Üzeyir Hacıbəylinin elmi əsərinin bu iki nəşri (birincisi bütöv halda, ikin­cisi isə adaptasiya olunmuş) təqdim olunan “Üzeyir Hacıbəylinin elmi sistemi əsa­sın­da milli lad təfəkkürünün inkişafı Proqramı”nın hazırlanması üçün əsas olmuşdur.Bu proqram məqam sisteminin tədricən öyrənilməsini nəzərdə tutur. 1-4-cü sinif­lərdə uşaqlar solfecio dərslərində oxuyur və öz alətlərində yeddi əsas mə­qa­mın tam kadanslarını və səsdüzümlərini ifa edirlər. 5-7-ci siniflərdə bura yarım ka­danslar və əsas məqamların ilk bölməsi – mayə əlavə olunur. 8-11-ci siniflərdə və musiqi kolleclərinin 1-4-cü kurslarında tələbələr öz alətlərində məqamların bü­tün bölmələrini oxuyur və ifa edirlər.Proqram bir neçə il məktəb-studiyada işlənilmiş və BMA-nın Elmi Şurası tərəfindən nəzərdən keçirilmiş və təsdiq edilmişdir. Bu proqram “Azərbaycan xalq musiqisinin əsasları”, “Solfecio”, “İmprovizasiya və bəstəkarlıq”, “Xor sinfi”, “İxtisas aləti”, “Ümumi fortepiano” fənlərinin kurslarına əlavədir.2013-cü ildə Proqramın nəşrindən bir il sonra BMA-nın Böyük zalında Bəs­təkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, BMA-nın professorları – Xalq artisti Ramiz Quliyev, Əməkdar incəsənət xadimi İmruz Əfəndiyeva, Pedaqoji Universitetin kafedra müdiri Minarə Dadaşova və Mə­dəniyyət və İncəsənət Universitetinin kafedra müdiri Kamilə Dadaşzadənin işti­rakı ilə elmi əsərin müzakirəsi baş tutmuşdur. Onlar öz çıxışlarında proqramın mu­siqi məktəblərinin və kolleclərinin ifaçılıq və nəzəri fənlər kurslarına geniş şə­kildə daxil edilməsinin yüksək əhəmiyyətini və zəruriliyini qeyd etdilər.Təqdimat “Azərbaycan ladlarını Üzeyir Hacıbəyli sistemi ilə təhlil və ifa edi­rik” adlı səhnələşdirilmiş tamaşa ilə müşayiət olunurdu. Məktəb-studiyanın şa­gird­lə­ri milli geyimdə xalq rəqsləri ilə çıxış etmiş, şeirlər söyləmiş, yeddi əsas ladda müx­tə­lif alətlərdə Azərbaycan xalq musiqisindən nümunələr oxumuş və ifa etmişdilər.Məktəb-studiya tərəfindən  hazırlanmış və 2015-ci ildə “Təhsil” nəş­riy­ya­tın­da çapdan çıxmış “Azərbaycan ladlarının öyrənilməsinə dair ikicildli mün­tə­xə­ba­t” (tərtib edənlər: Tərlan Seyidov, Cəmilə Həsənova, Leyla Zöhrabova və Aytən İbra­himova) Proqramın mənimsənilməsində əhəmiyyətli rolu oynamışdır. Burada ilk dəfə olaraq Azərbaycan xalq musiqisindən (1-ci cild) və Azərbaycan bəs­tə­kar­la­rının  əsərlərindən  (2-ci cild) seçilmiş nümunələr yeddi əsas məqam əsa­sın­da (Rast, Şur, Segah, Şüştər, Çahargah, Bayatı-Şiraz, Hümayun) hər biri mü­va­fiq bölmədə məqam mənsubiyyətinə görə sistemləşdirilmiş və yerləş­diril­miş­dir.

Bütün musiqi nömrələri öz tonallıqlarına uyğun olaraq, İminə Əliyevaya məx­­sus olan eşitmə üsulu ilə yadda qalan səciyyəvi məqam modellərindən başlayır. O, həm­çinin “Azərbaycan ladlarının öyrənilməsi və lad-intonasiya eşitmə qab­i­liy­yə­ti­nin inkişafı üzrə praktiki vəsait” nəşr etdirmişdir. Məktəb-studiya tərə­fin­dən ha­zır­lan­mış Lalə Dadaşovanın “Solfecio” (“Təhsil”, 2015) adlı universal dərs vəsaiti də Azərbaycan xalq və bəstəkar musiqisinin nümunələri ilə zən­gin­dir. Həmin dərslikdə də məqamların öyrənilmə ardıcıllığı ondan əvvəl dərc olun­muş Proqrama uyğundur.

Bu Proqram ölkənin musiqi təhsili sisteminə məktəb-studiya tərəfindən hə­ya­ta keçirilmiş müxtəlif tədbirlər vasitəsi ilə tətbiq olunmuşdur. Həmin tədbirlər sıra­sına ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş elmi-tədqiqat konfransı, “Gənc musiqiçilərin təhsilində məktəb-stu­diyanın innovativ üsulları” konfrans-təqdimatı, Qara Qarayevin yaradıcılığına (2016), Cövdət Hacıyevin (2017) və Qara Qarayevin (2018) 100-illik yu­bi­ley­lə­ri­nə həsr olunmuş “Gənc musiqiçilər təhlil və ifa edir” Respublika elmi və ifa­çı­lıq müsabiqələri, “Akademik, xalq və caz musiqisi” Respublika və Beynəlxalq fes­tivalları (2018 və 2020), “Soltan Hacıbəyov – 100, İsmayıl Hacıbəyov – 70” gənc musiqiçilərin Respublika festivalı (2019) aiddir.

Proqramın dərcindən sonra təhsil müəssisələrində lad sisteminin tədrisinə nəzər yetirsək, müsbət amil kimi əminliklə qeyd etmək olar ki, hazırda uşaq­la­rı­mız musiqi təhsilinin ilk addımlarından solfecio və ixtisas dərslərində Avropa lad sis­temi ilə yanaşı, dahi Üzeyir Hacıbəylinin elmi sisteminə uyğun Azərbaycan xalq musiqisinin əsaslarını öyrənir, məktəb-studiyanın təşkil etdiyi respublika və bey­nəlxalq festival və müsabiqələrdə qazandıqları biliklərini nümayiş etdirirlər.

 

Tərlan SEYİDOV,

Əməkdar incəsənət xadimi,

sənətşünaslıq doktoru, professor,

BMA-nın məktəb-studiyasının direktoru

Mövzuya uyğun