Məmmədəli MƏMMƏDOV

AMK- nın “Milli musiqi alətlərinin təkmilləşdirilməsi”

elmi-tədqiqat laboratoriyasının rəhbəri

Email: mmmdov1951@mail.ru

 Nərgiz ƏHMƏDOVA

AMK-nın dissertantı

Email: ehmedovaabdullayeva@mail.ru

Alətşünaslıq UOT: 78.087.1

 

SAZ MUSİQİ ALƏTİ ÜZƏRİNDƏ APARILMIŞ

İLKİN TƏKMİLLƏŞDİRMƏ İŞLƏRİ

 endir

 

PDF

 

 

Xülasə: Məqalədə Azərbaycanın və digər xalqların milli musiqi alətlərinin bugünkü tələbatına cavab verən  təkmilləşdirmə  məsələləri nəzərdən keçirilib. Burada əsasən saz alətinin əmsalının hesablanmasına və tarixinə diqqət yetirilmişdir. Bundan başqa, məqalədə saz musiqi aləti üzərində aparılan təkmilləşmə işləri də öz əksini tapıb.

Açar sözlər: musiqi alətləri, saz, təkmilləşmə işləri

Qə­dim za­man­lar­dan Azər­bay­can əra­zi­sin­də mu­si­qi ənə­nə­lə­ri ya­ran­mış, müx­tə­lif tip­li çal­ğı alət­lə­ri ha­zır­lan­mış və is­ti­fa­də edil­miş­dir. Əsr­lər keç­dik­cə bu alət­lər tə­ka­mül pro­se­si za­ma­nı də­yi­şik­li­yə uğ­ra­mış, tək­mil­ləş­di­ril­miş­dir. Bu alət­lər ara­sın­dan bə­zi­lə­ri müa­sir döv­rə qə­dər gə­lib, bu gün is­ti­fa­də olun­sa da, bə­zi­lə­ri əsr­lə­rin sı­na­ğın­dan keç­mə­yə­rək qey­ri-tək­mil alət ki­mi unu­dul­muş­dur. Hər dövr­də alət­lə­ri mü­kəm­məl öy­rə­nən in­san­lar ol­muş­dur ki, on­lar da bu alət­lər üzə­rin­də is­la­hat­lar apa­ra­raq də­yi­şik­lik­lər edib, tək­mil­ləş­dir­mə is­ti­qa­mə­tin­də iş­lər gör­müş­lər. Əbu Nəsr Fə­ra­bi­dən baş­la­ya­raq re­konst­ruk­si­ya iş­lə­ri haq­qın­da da­ha çox mə­lu­ma­tı­mız olan Mir­zə Sa­dıq Əsə­doğ­lu­na qə­dər­ki dövr­lər­də apa­rı­lan re­konst­ruk­si­ya iş­lə­ri müa­sir döv­rü­müz­də də bu iş­lə­rin da­vam et­di­ril­mə­si­nə tə­kan ver­miş­dir. Azər­bay­can xalq çal­ğı alət­lə­ri­nin tək­mil­ləş­dir­mə iş­lə­ri­nin ge­niş­miq­yas­lı ol­ma­sı gə­lə­cək­də unu­dul­muş alət­lə­rin mu­si­qi mək­təb­lə­ri, kol­lec­lər və uni­ver­si­tet­lər­də 2-3 pil­lə­li təh­sil sis­te­mi ilə təd­ri­sə da­xil edil­mə­si ilə nə­ti­cə­lə­nə bi­lər ki, bu da or­qa­no­lo­gi­ya el­mi­nin və mil­li ifa­çı­lıq sə­nə­ti­nin in­ki­şa­fı­na sə­bəb olar. Ey­ni za­man­da bu gün ən iş­lək alət­lə­ri­miz olan tar, ka­man­ça, qa­nun və sa­zın tək­mil­ləş­di­ril­mə­si ilə Azər­bay­can və dün­ya bəs­tə­kar­la­rı­nın əsər­lə­ri­nin xalq çal­ğı alət­lə­ri or­kestr­lə­rin­də mü­kəm­məl səs­lən­mə­si­nə na­il ol­maq olar. Dün­ya öl­kə­lə­ri­nin təc­rü­bə­lə­ri­ni nə­zə­rə al­saq, bir çox xalq­lar mil­li alət­lə­ri­ni bu gü­nün stan­dart­la­rı­na ca­vab ve­rə bi­lə­cək for­ma­da tək­mil­ləş­di­ri­rə­rək is­ti­fa­də et­dik­lə­ri­ni gö­rə­rik. Ən azın­dan qon­şu öl­kə­lə­rə nə­zər ye­ti­rək. Qa­za­xıs­tan­da re­konst­ruk­si­ya işi XX əs­rin 20-ci il­lə­rin­dən eti­ba­rən baş­lan­mış­dı. A.V.Lu­na­çars­ki­nin tə­şəb­bü­sü ilə baş­la­yan re­konst­ruk­si­ya işi 3 mər­hə­lə ilə da­vam et­di­ri­lir­di. 1932-ci il­də mil­li alət­lə­ri araş­dı­ran la­bo­ra­to­ri­ya açıl­dı və ilk mər­hə­lə­də A.K.Ju­ba­no­vun, II mər­hə­lə­də Ş.Kaj­qa­li­ye­vin, hal-ha­zır­da da da­vam edən III mər­hə­lə­də B.Sa­rı­ba­yev, N.Ab­dur­rah­man, O.Xay­mul­din və baş­qa­la­rı­nın re­konst­ruk­si­ya­la­rı nə­ti­cə­sin­də əhə­miy­yət­li iş­lər or­ta­ya qo­yu­lub. Mə­sə­lən, qo­puz, domb­ra, sur­nay, sı­bız­qı, da­vu­lum­baz, je­tı­qen, saz­qen, adır­na, nar­ko­bız, şin­kil­dek, ke­ney, jel­bu­az, jel­ka­bız ki­mi alət­lər üzə­rin­də əsas­lı re­konst­ruk­si­ya iş­lə­ri apa­rıl­mış, əv­vəl­cə bu alət­lə­rin re­konst­ruk­si­ya­sı üçün es­kiz və çert­yoj­lar ha­zır­lan­mış, bu­nun nə­ti­cə­sin­də isə hə­min alət­lə­rin sa­bit kök­lən­mə­si tə­yin edil­miş, bə­zi alət­lər­də tem­pe­ra­si­ya­lı səs dü­zü­mü əl­də olun­muş, dia­pa­zon­la­rı ge­niş­lən­di­ril­miş, alət­lə­rin səs­lən­mə key­fiy­yə­ti tək­mil­ləş­di­ril­miş­dir. Hə­min tək­mil­ləş­dir­mə nə­ti­cə­sin­də də bu gün bə­zi qa­zax alət­lə­ri klas­sik mu­si­qi­lər ifa edən or­kest­rin dia­pa­zo­nu ilə səs­ləş­mə­yə və çə­tin for­ma­lı mu­si­qi­lər ifa et­mə­yə baş­la­dı. Öz­bə­kis­tan­da rü­bab alə­ti­nin re­konst­ruk­si­ya olun­muş pri­ma, alt və te­nor ki­mi 3 nö­vü xalq çal­ğı alət­lə­ri or­kest­rin­də ifa edi­lir. Tür­ki­yə­də Fe­ri­dun Öz­gö­ren və Fik­ret Ka­ra­ka­ya çəng alə­ti­ni bər­pa et­miş­lər. Azər­bay­can­da isə bu alət əsas­lı su­rət­də re­konst­ruk­si­ya olun­muş­dur. Bü­tün bu təc­rü­bə­lə­rə əsas­la­na­raq de­mək olar ki, tar, ka­man­ça, saz ki­mi alət­lə­rin də or­kestr­də key­fiy­yət­li səs­lən­mə­si­ni əl­də et­mək üçün on­la­rın re­konst­ruk­si­ya­sı və fərq­li dia­pa­zon­lu növ­lə­ri­nin ya­ra­dıl­ma­sı va­cib­dir. Bu məq­səd­lə Azər­bay­can Mil­li Kon­ser­va­to­ri­ya­sı­nın “Mil­li mu­si­qi aləlt­lə­ri­nin tək­mil­ləş­di­ril­mə­si” el­mi-təd­qi­qat la­bo­ra­to­ri­ya­sın­da bu sə­tir­lə­rin həm­mü­əl­li­fi Məm-mə­də­li Məm­mə­dov bir çox çal­ğı alət­lə­ri­miz üzə­rin­də tək­mil­ləş­dir­mə iş­lə­ri apa­ra­raq on­la­rı müa­sir dövr üçün tək­mil bir alət ki­mi re­konst­ruk­si­ya et­miş­dir. Onun tək­mil­ləş­dir­di­yi alət­lər sı­ra­sı­na tar, ka­man­ça, ba­la­ban, qo­puz, çəng, san­tur, qa­nun və s. da­xil­dir. Ümu­mi­lik­də isə bu alət­lə­rin müx­tə­lif öl­çü­lü və ge­niş dia­pa­zon­lu növ­lə­ri­ni ha­zır­lan­mış­dır.

“Mil­li mu­si­qi alət­lə­ri­nin tək­mil­ləş­di­ril­mə­si” el­mi-təd­qi­qat la­bo­ra­to­ri­ya­sı­nın üzə­rin­də iş­lə­di­yi alət­lər­dən ən son tək­mil­ləş­mə iş­lə­ri apa­rı­lan saz alə­ti­dir. Bu alə­tin hər bir nö­vü­nün ay­rı­ca ola­raq əm­sal­la­rı tə­yin edil­miş və öl­çü­lə­ri mü­əy­yən-ləş­di­ril­miş­dir. Saz alə­ti­nin ta­ri­xi­nə nə­zər sal­saq gö­rə­rik ki, bu alət qol­ça qo­pu­zun xə­lə­fi ki­mi or­ta əsr­lər­dən or­ta­ya çıx­mış­dır. Saz alə­ti­ni əsa­sən Sə­fə­vi­lər döv­rün­də ta­ri­xi səh­nə­də gö­rə bi­lə­rik. Oza­nın da­vam­çı­sı olan aşıq xal­qın söz abi­də­si olan das­tan­la­rı xalq şən­lik­lə­rin­də saz­la ifa edə­rək həm sö­zün, həm mu­si­qi­nin ya­şa­ma­sı­na rə­vac ve­rən sə­nət­kar­dır. Qol­ça qo­puz alə­ti və onun da­vam­çı­sı olan saz alə­ti­nə das­tan­la­rı­mız­da da­ha çox rast gə­li­rik. Ən bö­yük söz abi­də­miz olan “Ki­ta­bi-Də­də Qor­qud”da qol­ça qo­puz, ən dra­ma­tik qəh­rə­man­lıq das­ta­nı­mız olan “Ko­roğ­lu”da isə saz alə­ti­nə xü­su­su yer ve­ril­di­yi­ni gö­rü­rük. Tə­sa­dü­fi de­yil ki, “Ki­ta­bi-Də­də Qor­qud” das­ta­nı oza­nın, “Ko­roğ­lu” das­ta­nı isə aşı­ğın di­lin­dən söy­lə­nil­miş­dir. Hə­min das­ta­nı əsas gö­tü­rən Ü.Ha­cı­bəy­li bu möv­zu­lar əsa­sın­da “Ko­roğ­lu” ope­ra­sı­nı ya­zır və ope­ra­nın əsa­sı­nı isə şi­fa­hi ənə­nə­li pro­fes­sio­nal mu­si­qi­miz olan aşıq sə­nə­ti təş­kil edir. Xalq qəh­rə­ma­nı Ko­roğ­lu mil­li qəh­rə­man­lıq sal­na­mə­si­ni xal­qın əsas alət­lə­rin­dən olan saz­la ya­za­raq əbə­di­ləş­dir­miş­dir.

Saz alə­ti­nin ta­ri­xən müx­tə­lif növ­lə­ri olub. Ə.Bə­dəl­bəy­li “İzah­lı mo­noq­ra­fik mu­si­qi lü­ğə­ti” ki­ta­bın­da qeyd et­di­yi və haq­qın­da mə­lu­mat ver­di­yi 57 növ mu­si­qi alə­ti ara­sın­da sa­zın 4 nö­vü ve­ril­miş­dir: ana saz, bö­yük saz, qol­tuq saz, cü­rə saz. La­bo­ra­to­ri­ya­mız­da tək­mil­ləş­di­ri­lə­rək ha­zır­la­nan bö­yük, or­ta və cü­rə saz­la­rın da 1⁄2, 1⁄4, 3⁄4 (cü­rə saz), 4⁄4 (or­ta saz) ki­mi növ­lə­ri ha­zır­lan­mış­dır və tək­mil alət ki­mi sa­zın öl­çü­lə­ri əm­sal­lar­la tə­yin olun­muş­dur. Əs­lin­də hər bir alə­tin bu cür öl­çü­lər­lə ha­zır­lan­ma­sı təq­di­rə­la­yiq­dir. Biz bu öl­çü­yə gö­rə fərq­lə­nən növ­lə­ri vio­lin­də də gö­rü­rük. Bu­na gö­rə alət se­çi­min­də prob­lem ya­şa­ma­yan vio­lin ifa­çı­la­rı öz fi­zi­ki im­kan­la­rı­na (qo­lu­nun, əli­nin, bo­yu­nun öl­çü­sü­nə) uy­ğun alət­də da­ha ra­hat ifa edə bi­lir­lər.

Saz mu­si­qi alə­ti­nin əm­sal­la­rı­nın tə­yin edil­mə­si də ilk də­fə AMK-nın “Mil­li mu­si­qi alət­lə­ri­nin tək­mil­ləş­di­ril­mə­si” el­mi-təd­qi­qat la­bo­ra­to­ri­ya­sın­da hə­ya­ta ke­çi­ril­miş­dir. Əm­sal­lar bu üsul­la tə­yin olu­nur:

  1. Çanağın uzunluq əmsalı ·l,818;
  2. Çanağın hündürlük əmsalı · 1,818;

3.Qolun uzunluq əmsalı ·1,00.

Birmənalı olaraq çanağın üz eni ölçüsü çanağın hündürlüyünə bərabərdir.

1.Çanağın eninin üzdə ölçüsünü özümüz seçirik. 160, 180, 200, 220, 240 və bu ölçülərə əsasən əmsallardan istifadə edərək sazın qalan əsas ölçülərini əldə edirik. Məsələn, orkestr sazı üçün:

1) Çanağın uzunluğunu tapmaq üçün uzunluq əmsalından istifadə edirik, yəni: 220 — l,818=399,96?400 mm;

2) Çanağın üzünün eni, onun hündürlüyünə bərabərdir. Deməli h=220;

3) Çanaq uzunluğu isə qol uzunluğuna bərabərdir yəni 399,96=399,96 mm.

Hissələrin adları: aşıxlar (8-9 ədəd), kəllə, qol, çanaq, çanaqüstü xərək, simgir, küp, simlər, qolüstü xərək, çanaq üzü, not pərdələri, mizrab (təzənə)

1/2 sazın sxemi

Sxem 1

saz

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1\2 sazın ölçüləri

Hissələrin adları Hissələrin ölçüləri mm-lə
1 Çanağın uzunluğu 327,24
2 Çanağın eni 180
3 Çanağın hündürlüyü 180
4 Qolun uzunluğu 327,24
5 Kəllənin uzunluğu 200
6 Qolun çanaq hissəsində eni və hündürlüyü 34-34
7 Qolun kəllə hissəsində eni və hündürlüyü 27-27
8 Küpün uzunluğu 85
9 Simlərin sayı 5

1/4 sazın sxemi

Sxem 2

saz-sxem-2

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1/4  sazın ölçüləri

 

Hissələrin adları Hissələrin ölçüləri

mm-lə

1 Çanağın uzunluğu 290,88
2 Çanağın eni 160
3 Çanağın hündürlüyü 160
4 Qolun uzunluğu 290,88
5 Kəllənin uzunluğu 190
6 Qolun çanaq hissəsində eni və hündürlüyü 33-33
7 Qolun kəllə hissəsində eni və hündürlüyü 26-26
8 Küpün uzunluğu 80
9 Simlərin sayı 5

 3/4 sazın sxemi

Sxem 3

saz-sxem-3

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

3/4 sazın ölçüləri 

Hissələrin adları Hissələrin ölçüləri

mm-lə

1 Çanağın uzunluğu 363,6
2 Çanağın eni 200
3 Çanağın hündürlüyü 200
4 Qolun uzunluğu 363,6
5 Kəllənin uzunluğu 205
6 Qolun çanaq hissəsində eni və hündürlüyü 35-35
7 Qolun kəllə hissəsində eni və hündürlüyü 28-28
8 Küpün uzunluğu 90
9 Simlərin sayı 6

4/4 sazın sxemi

Sxem 4

 saz-sxem-4

 

 

 

 

 

 

 

 

 

 

 

 

4/4 sazın ölçüləri

Hissələrin adları Hissələrin ölçüləri

mm-lə

1 Çanağın uzunluğu 400
2 Çanağın eni 220
3 Çanağın hündürlüyü 220
4 Qolun uzunluğu 400
5 Kəllənin uzunluğu 220
6 Qolun çanaq hissəsində eni və hündürlüyü 37-37
7 Qolun kəllə hissəsində eni və hündürlüyü 30-30
8 Küpün uzunluğu 100
9 Simlərin sayı 8

Böyük sazın sxemi

Sxem 5

saz-sxem-5

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Böyük sazın ölçüləri

Hissələrin adları Hissələrin ölçüləri
1 Çanağın uzunluğu 436,32
2 Çanağın eni 240
3 Çanağın hündürlüyü 240
4 Qolun uzunluğu 436,32
5 Kəllənin uzunluğu 220
6 Qolun çanaq hissəsində eni və hündürlüyü 31-31
7 Qolun kəllə hissəsində eni və hündürlüyü 30-30
8 Küpün uzunluğu 110
9 Simlərin sayı 8-11

 

ƏDƏBİYYAT:

  1. AbdullayevaS.A. Azərbaycanmusiqivə təsvirisənəti, B.: OğuzEli, 2010, 416 s.
  2. Bədəlbəyli Ə.B. İzahlı monoqrafik musiqi lüğəti. B.: Elm, 1969, 248 s.
  3. Rəhmətov Ə.M. Azərbaycan xalq çalğı alətləri və onların orkestrdə yeri. B.: İşıq, 1980, 108 s.

 

Мамедали МАМЕДОВ

Руководитель научной лаборатории

 “Усовершенствование национальных

музыкальных инструментов”АНК

Наргиз АХМЕДОВА

Диссертант АНК

 

ПЕРВОНАЧАЛЬНЫЕ РАБОТЫПО РЕКОНСТРУКЦИИ 

МУЗЫКАЛЬНОГО ИНСТРУМЕНТАСАЗ

 

Резюме: В статье рассматриваютсявопросы современной методики реконструкции азербайджанских музыкальных инструментов. Особое внима­ние уделяетсяисторическим источникам, вычислению коэффициентности инструмента саз. В статье такжеосвещаются проделанные работы по реконструкции музыкального инструмента саз.

Ключевые слова: музыкальные инструменты, саз, работы по реконструкции

 

Mammadali  MAMMADOV

Head of scientific laboratoryof

“Improvement the National Musical Instruments” of ANC

Nargiz AHMADOVA

Candidate for a degreeof ANC

 

INITIAL WORKS ON RECONSTRUCTION OF MUSICAL

INSTRUMENT SAZ

 

Summary: In article questions of a modern technique of reconstruction of the Azerbaijani musical instruments are considered. Special attention is paid to historical sources, calculation of a coefficient of the saz. The done works on reconstruction of a musical instrument saz are also covered in article.

Key word: musicial instruments, saz, reconstruction works, improvement works

 

 Rəyçilər: sənətşünaslıq üzrə elmlər doktoru, professor Ülkər Əliyeva

sənətşünaslıq üzrə fəlsəfə doktoru Ağahüseyn Abbasov

Mövzuya uyğun