AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 1, 2018

Xaləddin SOFİYEV

Kulturologiya üzrə fəlsəfə doktoru,

dosent, əməkdar müəllim

ADMİU

Ünvan: Bakı şəhəri, Hüseyn Cavid prospekti, 556/57

Email: sofiyev.xaleddin@mail.ru

UOT: 304.4

POST-STRUKTURALİZMİN KULTUROLOJİ

PARADİQMALARINDAN

endir

 

 

PDF

 

 

Xülasə: Çağdaş araşdırmalarda mətn təcrid olmuş şəkildə öyrənilə bilməz. Bu fikir, əslində strukturalizmə qarşıdır, çünki mətnin daxili quruluşunu öyrənmək üçün onun xarici əlaqələrini nəzərə almamağa çağırır. Post-strukturalizm isə söyləyirdi ki, hər hansı mətn başqa mətnlərin repertuarı, yəni bildirdikləri ilə sonsuz üsullarla əlaqələrə girir.

Post-strukturalizm dərin mətn anlayışını dekonstruksiya edəndən sonra mətnin içindən mənalar çıxarmağı mətnin başqa mətnlərlə müqayisəsindən mənalar çıxarmaqla əvəz edir. Ona görə də intermətn anlamı önə çəkir. Mənalar mətnin içində yox, başqa mətnlərlə münasibətlər müstəvisindədir.

Açar sözlər: Post-strukturalizm, dekonstruksiya, intermətn, nomadik (köçəri)

 

Post-struk­tu­ra­list­lə­rin de­konst­ruk­si­ya­ya mə­ruz et­di­yi fe­no­men­lər­dən bi­ri sub­yekt və ya mü­əl­lif­dir. XX yü­zi­lin əv­vəl­lə­rin­də Or­te­qa-i-Qas­set döv­rün sə­nə­tin­də baş ve­rən in­sa­ni­siz­ləş­di­ril­mə­dən, de­hu­ma­ni­za­si­ya­dan yaz­mış­dı. Bu ya­zı­nın ef­fek­ti bir pa­ra­doks idi. İn­ti­bah­dan son­ra­kı dövr­də hu­ma­nizm əsl sə­nə­tin mə­nə­vi əsa­sı və məq­sə­di elan edil­miş­di. Bu və­ziy­yət­də Or­te­qa avan­qard, mo­der­nist sə­nət­də de­hu­ma­ni­za­si­ya pro­ses­lə­ri­ni gö­rə­rək ilk də­fə bu­nu mən­fi hal ki­mi də­yər­lən­dir­miş­di [7, s. 638]. Əs­rin ikin­ci ya­rı­sın­da isə Ro­lan Bart, Fu­ko mü­əl­li­fin ölü­mü mə­sə­lə­si­ni or­ta­ya qoy­du­lar. Nit­şe­nin “tan­rı­nı öl­dür­mü­şük” dis­kur­sun­dan son­ra mü­əl­li­fin öl­dü­rül­mə­si bir o qə­dər ori­ji­nal gö­rün­mür­dü. An­caq post-struk­tu­ra­list­lər bu öl­dür­mə ak­tı ilə hə­rə­kət ef­fek­ti­nə na­il ol­maq is­tə­yir­di­lər. Post-struk­tu­ra­list­lə­rə gö­rə, mü­əl­lif ins­ti­tu­tu bur­jua mə­də­niy­yə­ti­nin ica­dı­dır. An­tik dün­ya isə bu­nu bil­mir­di, bu sə­bəb­dən kim­sə ya­zı­sın­da özü­nə “Dio­ni­si Ario­pa­qit” adı­nı gö­tü­rür­dü, kim­lər­sə qon­dar­ma Pla­ton dia­loq­la­rı ya­zır­dı.

Post-struk­tu­ra­list­lər av­to­ri­tet­lər­dən si­tat gə­tir­mək adə­ti­nə mü­qa­vi­mət gös­tə­rir­di və “mü­əl­lif mət­ni” kul­tu­na qar­şı çı­xır­dı­lar. Ona gö­rə də, mə­sə­lən, Der­ri­da tez-tez öz adın­dan ol­ma­yan fəl­sə­fi fi­kir­lər söy­lə­yir­di. O, şərh­lə­rin­də baş­qa­la­rı­nı “ke­fi is­tə­di­yi” şə­kil­də da­nış­dı­rır­dı. Bu sə­bəb­dən də be­lə bir fi­kir ya­ra­nır­dı: əgər Hus­surl, Hay­de­ger Der­ri­da­nın di­li ilə da­nı­şır­sa, mət­nin on­la­ra mən­sub ol­du­ğu­nu vur­ğu­la­ma­ğa nə eh­ti­yac var?! [2, s. 419]. Əl­bət­tə, post-struk­tu­ra­list ya­zı­lar­da Mark­sın, He­ge­lin, Frey­din, Hay­da­ger ki­mi məş­hur­la­rın ad­la­rı­na tez-tez rast gəl­mək olar. Söz­süz bu­na sə­bəb­lər­dən bi­ri on­la­rın dis­kurs­la­rı­dır ki, post-struk­tu­ra­list­lə­rə cür­bə­cür şərh­lər ver­mə­yə im­kan ya­ra­dır. An­caq bu şərh­lə­rin klas­sik şəhr­lər­dən bir prin­si­pi­al fər­qi var. Ak­vi­na­lı Fo­ma, əl-Fə­ra­bi şərh­lər­lə Aris­to­te­lin fi­kir­lə­ri­nin əsl məz­mu­nu­nu aç­ma­ğa ça­lı­şır­dı­lar. Bu za­man pa­fos­lu şərh­lər­də fi­lo­sof­la­rın şəx­siy­yə­ti­nə hey­ran­lıq və sev­gi müt­ləq tə­ləb olu­nan gös­tə­ri­ci idi. Hey­ran­lıq ob­yek­ti bü­tə, mər­kə­zə çe­vi­rir. Əgər ki­mə­sə həsr olun­muş es­se­də, mə­qa­lə­də hey­ran­lıq var­sa, bü­tün mətn bo­yu bu hey­ran­lı­ğı, sev­gi­ni əsas­lan­dı­ran sü­but­lar ver­mək la­zım gə­lir. Be­lə­cə, kim­sə mər­kə­zə çev­ri­lə­rək bü­tün mət­ni dik­tə edir. Bax, bu sə­bəb­lə­rə gö­rə post-struk­tu­ra­list­lər Freyd­dən, Hus­serl­dən, Hay­de­ger­dən da­nış­ma­lı olur­du­lar­sa, hey­ran­lı­ğın di­lin­də da­nış­mır­dı­lar. Der­ri­da, mə­sə­lən, Frey­din “Ləz­zət prin­si­pin­dən o tay­da” əsə­ri haq­qın­da ya­zır­dı ki, bu mət­nin ge­di­şi ib­li­sa­nə­dir. Mətn özü­nü elə gös­tə­rir ki, gu­ya ad­dım­la­yır. La­kin o, elə hey ye­rin­dən tər­pən­mə­dən ad­dım­la­yır, hər də­fə ad­dım at­dı­ğı­nı gös­tə­rir, an­caq, əs­lin­də, ye­rin­də sa­yır. Der­ri­da, be­lə­cə, Frey­din əsə­ri­ni de­konst­ruk­si­ya et­mə­yin sa­yə­sin­də ora­da fi­kir, in­tel­lek­tu­al ax­ta­rı­şın ol­ma­dı­ğı­nı və bu ax­ta­rı­şın ib­li­sa­nə gö­rün­tü­sü­nü aş­ka­ra çı­xa­rır­dı. Baş­qa yer­də isə hə­min mətn­lə bağ­lı mü­əl­lif çə­rən­çi­li­yin­dən da­nı­şır­dı [2, s. 435]. Nə­zə­rə al­ma­lı­yıq ki, Der­ri­da Frey­din tər­cü­mə­çi­si ki­mi onun ya­ra­dı­cı­lı­ğı ilə sıx bağ­lı adam idi.

Post-struk­tu­ra­list­lə­rin mü­əl­li­fə qar­şı baş­qa ar­qu­men­ti be­lə idi: əgər mətn yal­nız oxu­nuş mə­qa­mın­dan da­nı­şır­sa de­mə­li, mü­əl­lif boş abst­rak­si­ya­dır [3, s. 317]. Mü­əl­li­fə ya­naş­ma­da epis­te­mo­lo­ji im­kan­la­rı Azər­bay­can mə­də­niy­yət­şü­nas­lı­ğın­da iki ya­zı nü­ma­yiş et­dir­miş­di. On­lar­dan bi­rin­də pro­fes­sor Ni­ya­zi Meh­di mə­də­niy­yət­də də­rin­lik pa­ra­diq­ma­sı­nın in­ka­rın­dan tə­kan alıb mü­əl­li­fin de­konst­ruk­si­ya­sı fik­ri­nə gə­lib çıx­mış­dı. O, gös­tər­miş­di ki, mə­də­niy­yət­də də­rin­lik pa­ra­diq­ma­sı güc­lü ol­du­ğu üçün hər mətn san­dıq prin­si­pin­də qav­ra­nı­lır. İnc­sə­nət­də bu ona gə­ti­rib çı­xa­rır ki, sə­nət əsə­ri son­suz mə­na­la­rın da­şı­yı­cı­sı (san­dı­ğı) sa­yı­lır və uy­ğun ola­raq sə­nət­kar bu son­suz mə­na­la­rı hə­min san­dı­ğa yığ­mış mü­əl­lif ki­mi qav­ra­nı­lır (tə­sa­dü­fi de­yil ki, “av­tor” sö­zü­nün la­tın­ca il­kin mə­na­sı “top­la­yan”dır). Mət­nin işa­rə­lə­ri re­si­pi­en­tin şüu­run­da mə­na­lar tö­rə­dir, yə­ni bu mə­na­lar mət­nin də­rin­li­yin­dən ora gəl­mir. Siq­ni­fi­kat (rus­ca «означающее») mətn­də­ki sö­zün eşi­di­lən, gö­rü­nən mad­di for­ma­sı ya­ra­da­nın və qav­ra­ya­nın şüu­run­dan qı­raq­da­dır. Hə­min mə­na­lar isə ön­cə mü­əl­li­fin şüu­run­da olur. Son­ra hə­min mə­na­lar mətn­də ya­ra­dı­lır və bun­lar qav­ra­ya­nın şüu­run­da mə­na­lar tö­rə­dir. Be­lə­cə, də­rin mə­na­lar mətn­də yox, adam­la­rın qa­fa­sın­da olur. Özü də qa­fa­dan ası­lı ola­raq mə­na­la­rın, məz­mu­nun də­rin­li­yi də­yi­şir. Bu an­lam­da Qu­ra­nın də­rin­li­yi in­san­la­rın qa­fa­sın­da olub və olur. Ca­hi­lik döv­rün­dən tə­zə­cə qop­muş mü­səl­man­la­rın qa­fa­sın­da Qu­ra­nın də­rin­li­yi yü­zil­lər son­ra­kı təf­sir­çi­lə­rin qa­fa­sın­dan xey­li da­yaz olub. Bu mə­na­da heç bir ki­ta­bın də­rin­li­yi və da­yaz­lı­ğı ki­tab­da de­yil, ki­ta­bı ya­zan və oxu­ya­nın ba­şın­da­dır.

Ni­ya­zi Meh­di mü­əl­lifl­lə bağ­lı baş­qa su­al da qo­yur: müm­kün­dür­mü ki, əsər­dən yüz­lər­lə şərh­lər, ara­şı­dır­ma­lar va­si­tə­si ilə top­la­nan mə­na­lar və məz­mu­nun ha­mı­sı mü­əl­lif tə­rə­fin­dən ora qo­yu­lu­b? Adə­tən, bu sua­lın ca­va­bın­da mü­əl­li­fin də­rin­li­yi fak­tı ilə əsə­rin də­rin­li­yi­ni sü­but et­mək is­tə­yir­lər. Be­lə­cə, həm “mü­əl­lif”, həm “də­rin­lik” kon­sept­lə­ri ger­çək ha­lı gös­tə­rən an­la­yış­lar ki­mi açı­lır. An­caq Ni­ya­zi Meh­di post-struk­tu­ra­list­lə­rin tə­si­ri ilə mü­əl­lif və mət­nin də­rin­li­yi ide­ya­la­rı­nı de­konst­ruk­si­ya edən­də be­lə bir ab­surd fik­ri da­ğı­dır ki, gu­ya Şeks­pir haq­qın­da ya­zıl­mış araş­dır­ma­la­rın tap­dı­ğı bü­tün mə­na­nı Şeks­pi­rin “ba­şı” ora qoy­muş­du. Şeks­pir bu qə­dər mə­na nə­zər­də tut­du­ğu üçün da­hi de­yil, çün­ki be­lə da­hi­lik müm­kün­süz­dür. O, ye­ni mu­si­qi alə­ti­nin ix­ti­ra­çı­sı ki­mi da­hi­dir. Hər bö­yük sə­nət­çi öz “mu­si­qi alə­ti­ni” ix­ti­ra edir, hər döv­rün adam­la­rı isə bu alət­də on­la­ra gə­rə­kən mu­si­qi­ni ça­lır­lar. Yə­ni mü­əl­lif əsə­rə mu­si­qi alə­ti­nin, mə­sə­lən, dil­lə­ri prin­si­pin­də mü­əy­yən mə­na­lar dü­zür. Son­ra­kı şərh­çi­lər isə hə­min dil­lər­də öz mu­si­qi­lə­ri­ni, yə­ni ye­ni məz­mu­nu dü­züb qo­şur­lar [5, s.14-15].

Də­rin­lik haq­qın­da xü­sü­si ha­zır­la­dı­ğı ya­zı­da Ni­ya­zi Meh­di bu fak­tın re­al­lı­ğı­nı fəl­sə­fə əsa­sın­da tək­zib edən­dən son­ra Azər­bay­can ədə­biy­ya­tın­da mü­əl­lif­li­yin giz­lə­dil­mə­si (“öl­dü­rül­mə­si”) hal­la­rı­na ör­nək­lər ta­pır və bu­nun şər­hi­ni ve­rir. Mə­sə­lən, “Da­na­baş kən­di­nin əh­va­lat­la­rı”nda əh­va­la­tı söy­lə­yən qə­zet­çi Xə­lil onu lağ­la­ğı Sa­dı­ğın di­lin­dən ya­zır. Be­lə­cə, mü­əl­lif­lik do­lam­ba­ca dü­şür və oxu­cu­nu Mir­zə Cə­li­lin şəx­sin­dən az­dı­rır [6, s.55-67].

Post-struk­tu­ra­lizm­də mətn­lər­lə bağ­lı “də­rin­lik” pa­ra­metr­lə­rin­dən im­ti­na et­mə­yə im­kan ve­rən baş­qa kon­sept “in­ter­mətn”dir. Çağ­daş araş­dır­ma­la­rın söy­kən­di­yi əsas fi­kir odur ki, mətn təc­rid ol­muş şə­kil­də öy­rə­ni­lə bil­məz. Bu fi­kir, əs­lin­də, struk­tu­ra­liz­mə qar­şı idi, çün­ki o, mət­nin da­xi­li qu­ru­lu­şu­nu öy­rən­mək üçün onun di­şa­rı əla­qə­lə­ri­nə bax­ma­ma­ğa ça­ğı­rır­dı. Post-struk­tu­ra­lizm isə söy­lə­yir­di ki, hər han­sı mətn baş­qa mətn­lə­rin re­per­tua­rı, yə­ni bil­dir­dik­lə­ri ilə son­suz üsul­lar­la əla­qə­lə­rə gi­rir. Ki­tab təc­rid olun­muş nəs­nə de­yil. O, mü­na­si­bət­lər ki­li­min­də öz şək­li­ni, si­ma­sı­nı ta­pır. Hər mətn əs­lin­də in­ter­mətn­dir və exo-ka­me­ra ki­mi baş­qa mətn­lə­rə hay ve­rir. Ta­nın­mış fe­mi­nist və post-struk­tu­ra­list alim, əs­lin­də, “in­ter­mətn” ter­mi­ni­ni el­mə gə­tir­miş Yu­li­ya Kris­te­va isə bu fik­ri be­lə təq­dim et­miş­di: is­tə­ni­lən mətn baş­qa mətn­lə­rin mo­zai­ka­sı ki­mi qu­ru­lur və ya baş­qa mətn­lə­ri özü­nə hop­du­rub trans­for­ma­si­ya edir.

Ro­lan Bart in­ter­mətn­li­yi konk­ret şə­kil­də aç­maq üçün söy­lə­miş­di ki, is­tə­ni­lən mətn əv­vəl­lər de­yil­miş si­tat­la­rın ye­ni dü­zü­mü­dür. Hind təd­qi­qat­çı­sı Ku­nu Ra­ma ya­zır ki, ça­ğı­mız­da av­to­ma­tik ola­raq in­ter­mətn­lə­şən­lər elə də ma­raq do­ğur­mur. Ref­lek­si­ya edən, özü­nü dü­şü­nən, özü­nə ki­na­yə edən, özü­nü pa­ro­di­ya edən in­ter­mətn araş­dır­ma üçün ma­raq­lı­dır [4, s.1-2].

Kun­du Ra­ma­nın ki­ta­bın­da elə fi­kir­lər də var ki, post-struk­tu­ra­list de­yim­lə­rin (dis­kurs­la­rın) tə­biə­ti­ni yax­şı açır. O, söy­lə­yir ki, post-ko­lo­ni­al ya­zar­la­rın mətn­lə­ri ko­lo­ni­al, im­pe­ria­list dis­kurs­lar­la dia­lo­qa gi­rir, fe­mi­nist mətn­lər pat­ri­ar­xal dis­kurs­lar­la dia­loq­da bu­lu­nur­lar. Bu­nun mə­na­sı odur ki, müs­təm­lə­kə son­ra­sı ədə­biyy­yat­da im­pe­ria­list id­dia­lı de­yim­lər­lə, fe­mi­nist­lər­də isə pat­ri­ar­xal dü­şün­cə­lər­lə po­le­mi­ka var və bu, on­la­rın in­ter­mətn­li­yi­nin bir as­pek­ti idi. Da­ha son­ra mü­əl­lif mü­tə­xə­sis­lə­rin fik­ri­ni də­lil gə­ti­rir: post­ko­lo­ni­al top­lum­lar­da sə­nət, ədə­biy­yat, fəl­sə­fə heç cü­rə Av­ro­pa mo­de­li­nin sa­də da­va­mı ol­ma­dı. Ədə­bi de­ko­lo­ni­li­za­si­ya Av­ro­pa ko­du­nun tam de­mon­ta­jı ol­du [4, s. 2-3, 9, 21].

Post-strukt­ra­liz­min mü­tə­hər­rik­lik, çe­vik də­yiş­kən­lik, cür­bə­cür­lük üs­tün­də qu­rul­muş söy­ləm­lə­ri sub­yekt kon­sep­ti­nin de­konst­ruk­si­ya­sın­dan xü­su­si ener­ji alır. On­la­rın fik­rin­cə sub­yek­tin nə fi­zi­ki, nə so­si­al ger­çək­lik­də kö­kü var. Ona gö­rə də onu ha­ra­ya ya­pış­dı­rıb tə­yin et­mək is­tə­sən, ora­da ta­pıl­mır, bu­lun­mur. Bu sub­yekt da­vam­lı ola­raq möv­qe­dən möv­qe­yə ke­çir edir de­yə post-struk­tu­ra­list sub­yekt kö­çə­ri­dir. Onu da de­mə­li­yik ki, post-struk­tu­ra­lis­lər sub­yek­tin ol­ma­dı­ğı­nısöy­lə­mir­lər. On­lar de­yir ki, sub­yekt tö­rət­di­yi mə­na­dır və hə­mi­şə ye­ri­ni də­yi­şir. Marks in­sa­nı konk­ret so­si­al mü­na­si­bət­lə­rin məc­mu­su ad­lan­dı­ra­raq onun şəx­siy­yə­ti­ni so­si­al əla­qə­lə­rin dü­yü­nü ki­mi təq­dim edir [8, s. 32]. Bu ya­naş­ma struk­tu­ra­lizm­də fo­nem­lə­rin bi­nar qar­şı­du­rum­lar­dan ya­ra­nan əla­mət­lər dü­yü­nü ad­lan­dı­rıl­ma­sı­na çox ox­şa­yır­dı. Sa­də­cə, Marks­da sis­tem duy­ğu­su ol­sa da, so­si­al mü­na­is­bət­lə­ri o, mad­di “bağ­lar” ki­mi gö­rür­dü.

Post-sturk­tu­ra­list­lə­rə qə­dər bu və ya baş­qa sta­bil­lik­də gö­rü­nən sub­yekt kon­sep­tin­də ən cid­di də­bərt­mə­ni ön­cə psi­xoa­na­liz, son­ra Sartr ek­zis­ten­sia­liz­mi sal­mış­dı. Fran­sız fi­lo­so­fu de­miş­di ki, in­sa­nı öz ma­hiy­yə­ti­ni re­al­laş­dı­ran var­lıq ki­mi gö­tür­mək düz de­yil. Ma­hiy­yə­ti, be­lə­cə, var­lıq­dan, ol­maq­dan ayır­ma­ğı Sartr ona ox­şat­mış­dı ki, us­ta ba­şın­da­kı ma­sa tə­səv­vü­rü əsa­sın­da ma­sa dü­zəl­dir. İn­san be­lə de­yil. Sartr söy­lə­miş­di ki, in­san ya­şa­mın­da seç­di­yi dav­ra­nış­lar­dan, ey­ləm­lər­dən öz port­re­ti­ni, ma­hiy­yə­ti­ni ya­ra­dır. İn­san hə­mi­şə se­çim qar­şı­sın­da, yə­ni se­çi­mi ilə şəx­si­yə­ti­ni qur­maq prob­le­mi qar­şı­sın­da­dır [1, s. 216].

Post-struk­tu­ra­list­lər isə in­san, sub­yekt mə­sə­lə­sin­də da­ha çox rel­ya­ti­viz­mə, nis­bi­li­yə yol ve­rə­rək gös­tər­di­lər ki, sub­yek­ti port­ret çər­çi­və­si­nə sal­maq müm­kün de­yil. Bu ide­ya­nın əsa­sın­da post-struk­tu­ra­list­lə­rin no­ma­dik­lik an­la­yı­şı du­rur­du. “No­ma­dik” kö­çə­ri­li­yə xas olan de­mək­dir. Av­ro­pa mə­də­niy­yə­ti və el­mi uzun müd­dət kö­çə­ri­lə­rə si­vi­li­za­si­ya da­ğı­dan, otu­raq­la­ra isə si­vi­li­za­si­ya qu­ran ki­mi ba­xıb. Türk­lə­rə mən­fi si­fət­lə­rin ve­ril­mə­si də kö­çə­ri xalq ol­ma­la­rı üzün­dən­dir. Post-struk­tu­ra­list­lər bir­dən-bi­rə dü­şün­cə­də və mə­də­niy­yət­də otu­raq, sta­bil fak­ta üs­tün də­yər ve­ril­mə­si­nə qar­şı çı­xa­raq no­ma­dik­li­yi re­ab­li­tə et­di­lər.

Sub­yek­tin no­ma­dik kon­sep­si­ya­sı post-struk­tu­ra­list­lər­də in­qi­la­bi xa­rak­ter da­şı­yır­dı. On­la­rın əqi­də­si­nə gö­rə, isət­ni­lən otu­ruş­muş sub­yek­tiv­lik şo­vi­nistk xa­rak­ter alır. Post-strktu­ra­list­lə­rə gö­rə, Av­ro­pa dün­ya­sı­nın mər­kə­zi ki­mi otu­raq sub­yek­tiv­li­yin gö­tü­rül­mə­si­nin nə­ti­cə­si­dir ki, Av­ro­pa kö­çə­ri­lə­rə, ava­ra­la­ra nif­rət edir. Bü­tün­lük­də post-struk­tu­ra­lizm həm so­si­al, həm şü­ur müs­tə­vi­sin­də is­tə­ni­lən otu­raq­lı­ğa şüb­hə ilə ya­na­şır. Onu da de­yək ki, no­ma­dik an­la­yış­lar La­ka­nın sü­rüş­kən bil­di­ri­ci­lə­ri­nə çox ox­şa­yır. La­ka­na gö­rə, in­san sü­rüş­kən bil­di­ri­ci­lər alə­mi­nə dü­şən­də onun söz­lə­ri, cüm­lə­lə­ri heç vaxt özü­nə sta­bil an­lam, de­no­tat tap­mır və bu, axır­da pa­ra­noi­dal sa­yıq­la­ma­la­ra gə­ti­rib çı­xa­rır [3, s. 323].

Be­lə­lik­lə, bu nə­ti­cə­yə gəl­mək olur ki, post-struk­tu­ra­lizm də­rin mətn an­la­yı­şı­nı de­konst­ruk­si­ya edən­dən son­ra mət­nin için­dən mə­na­lar çı­xar­ma­ğı mət­nin baş­qa mətn­lər­lə səs­ləş­mə­sin­dən mə­na­lar çı­xar­maq­la əvəz edir və ona gö­rə də in­ter­mətn önə çə­kir. Mə­na mət­nin için­də yox, mət­nin baş­qa mətn­lər­lə mü­na­si­bət­lə­ri müs­tə­vi­sin­də­dir.

 

ƏDƏBİYYAT:

  1. Андреев Л. Жан-Поль Сартр: свободное сознание и XX век. Geleos Publishing House. 2004, 416 с.
  2. ДерридаЖ. О почтовой открытке. / От Сократа до Фрейда и не только. Минск: Современный литератор, 1999, 831 s.
  3. Дьяков А.В. Философия пост-структурализма во Франции. Нью Йорк: Северный крест, 2008, 364 s.
  4. Kundu R. Intertext: A Study of dialogue between texts. New Delhi: Sarup & Sons. 2008, 448 p.
  5. Mehdi N. Sənətin arxeologiyası. Sənətin arxitektonikası. B.: Qanun, 2007, 342 s.
  6. Mehdi N. Dərinlik strukturlarının qovulması: mədəniyyət və sənətdə dayazlıq biçimi// Tənqid.net. №4, B.: 2007, s. 55-67.
  7. Ортега-и-Гассет Х. Дегуманизация искусства. Перевод С. Л. Воробьева, 1991, 638 с., OCR:C. Петров
  8. 8. Плеханов Г. Основные вопросы марксизма. Риппол Классик, 2013, 190 с.

 

Халаддин СОФИЕВ

Доктор философии по культурологии, доцент

Заслуженный педагог

АГУКИ

 

О КУЛЬТУРОЛОГИЧЕСКИХ ПАРАДИГМАХ

ПОСТ-СТРУКТУРАЛИЗМА

 

Резюме: Основой современных исследований является то, что текст не может быть изучен в изоляционной форме. На самом деле эта идея противоречит структурализму, так как для изучения внутреннего строения текста она призываетне взирать на его внешние связи. А пост-структурализм говорит о том, что любой текст посредством бесконечных методов вступает в связь с репертуаром других текстов.

После деконструирования глубокого значения текста, пост-структу­рализм заменяет выявление значений из текста на выявление значений из «обмена» текста с другими текстами. Поэтому он выдвигает не передний план интертекстуальность. Значения находятся не внутри текста, а в связях текста с другими текстами.

Ключевые слова: пост-структурализм, авторская деконструкция, интертекст, номадический

 

 

Khaladdin SOPHİYEV

PhD in Culturology, assistant professor

Honored teacher

ASUCA

 

ABOUT CULTUROLOGİCAL PARADİGMS OF POST-STRUCTURALİSM

 

Summary: Basis of our contemporary researches is that a text can`t  be explored in izolated form. Indeed this idea was against structuralism because in order to learn internal structure of a text  it called not to look at its external relations. But post-structuralism says that any text creates relations with repertoire of other ones by numerous relations.

After deconstructing a deep meaning of the text, post-structuralism replaces revealing of meanings in the text by revealing meanings in shareing of the text with other ones. That`s why it puts to the forefront intertextuality. Meanings are not in the text itself, but in the relation of the text with other ones.

Key words: post-structuralism, author`s deconstruction, intertext, nomadic

 

Rəyçilər:          

kulturologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əliyeva;

kulturologiya üzrə elmlər doktoru, dosent İlqar Hüseynov

Mövzuya uyğun