Azərbaycan Xalq Cumhuriyyəti — 100
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“Konservatoriya” jurnalı 2018 № 2 (40)
Azərbaycan Xalq Cumhuriyyəti — 100
Bu il Azərbaycan xalqı zəngin dövlətçilik tarixinin ən şərəfli və şanlı səhifəsini –müstəqil Azərbaycan Respublikasının ilk dəfə dünya səhnəsinə çıxmasının 100 illiyini böyük qürur və fəxarət hissi ilə qeyd edir.
İki il ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyəti elə möhkəm və sağlam istiqlalçılıq məfkurəsini formalaşdırmağa müvəffəq oldu ki, onu heç bir qüvvə milli şüurumuzdan, yaddaşımızdan silib çıxara bilmədi. Bu böyük olayın misilsiz əhəmiyyətini dərk etmək, duymaq üçün tarixi sənədlər, ədəbi mənbələr və mətbuat səhifələri xüsusi önəm daşıyır. Cümhuriyyət dövründə vətəndaşlıq mövqeyini və təəssübkeşliyini dahiyanə surətdə ortaya qoymuş ilk bəstəkarımız Üzeyir Hacıbəylinin iti publisist qələmi ilə yazılmış məqalə və parlament yazıları bu baxımdan müstəsna əhəmiyyətə malikdir.
“Azərbaycan” qəzetində dərc olunan bu yazılardan birini –1919-cu ildə gənc Azərbaycan Respublikasının bir illiyi münasibətilə Üzeyir bəyin şövqlə qələmə aldığı “Bir yaş” məqaləsini oxuculara təqdim edirik.