AZƏRBAYCAN  XALQ CÜMHURİYYƏTİNİN 100 İLLİYİNƏ  HƏSR  OLUNMUŞ ELMİ  SEMİNAR

endir

PDF

Hər bir xal­qın ta­ri­xi yad­da­şın­da unu­da bil­mə­yə­cə­yi, dai­ma ana­ca­ğı mə­qam­la­rı möv­cud­dur. Xü­su­si­lə də döv­lət müs­tə­qil­li­yi­nin elan olun­ma­sı xal­qın hə­ya­tı­nın heç vaxt unu­dul­ma­yan ən önəm­li uğu­ru­dur. Bu il də Azər­bay­can xal­qı öz ta­ri­xi­nin çox önəm­li, şan­lı sə­hi­fə­lə­rin­dən bi­ri­ni – 2018-ci il Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin ya­ran­ma­sı­nın 100 il­li­yi­ni qeyd edir.

Ötən əs­rin bu ili­nə nə­zər ye­tir­sək 1918-ci il ma­yın 27-də Za­qaf­qa­zi­ya mü­səl­man şu­ra­sı üzv­lə­ri­nin ke­çir­dik­lə­ri ic­las­da Azər­bay­ca­nın müs­tə­qil­li­yi­ni elan et­mək qə­ra­ra alın­dı. Bu məq­səd­lə Za­qaf­qa­zi­ya mü­səl­man şu­ra­sı özü­nü Azər­bay­can Mil­li Şu­ra­sı, da­ha doğ­ru­su, Azər­bay­can par­la­men­ti elan et­di. Bu­nun­la, əs­lin­də Azər­bay­ca­nın ta­ri­xin­də ilk par­la­ment ya­ran­dı və Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti Şər­qin və bü­tün Türk dün­ya­sı­nın ilk par­la­ment­li res­pub­li­ka­sı ki­mi ta­ri­xə düş­dü. Hə­min ic­las­da Azər­bay­can Mil­li Şu­ra­sı­nın rə­ya­sət he­yə­ti və səd­ri se­çil­di və  M.Rə­sul­za­də Mil­li Şu­ra­nın səd­ri ol­du (Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti, URL: http://axc.pres­lib.az/az_a1.html).

Cə­mi 23 ay fəa­liy­yət gös­tər­sə də, Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti xal­qın ic­ti­mai-si­ya­si, mə­də­ni hə­ya­tın­da ol­duq­ca mü­hüm rol oy­na­dı. Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti Par­la­men­tin­də çox­say­lı qə­rar­la­rın qə­bul edil­mə­si, elm və təh­si­lin in­ki­şa­fı ilə bağ­lı hə­ya­ta ke­çi­ri­lən qə­rar­lar,  mək­təb və ki­tab­xa­na­la­rın açıl­ma­sı, Ba­kı Döv­lət Uni­ver­si­te­ti­nin tə­sis olun­ma­sı, xəs­tə­xa­na­la­rın ya­ra­dıl­ma­sı və di­gər mə­qam­lar Cüm­hu­riy­yə­tin möv­cud ol­du­ğu 23 aya tə­sa­düf edir. Bu və di­gər is­la­hat­la­rın hə­ya­ta ke­çi­ril­mə­si öl­kə­nin in­ki­şa­fın­da əhə­miy­yət­li rol oy­na­dı. “So­vet Ru­si­ya­sı­nın hər­bi mü­da­xi­lə­si və XI Qı­zıl Or­du his­sə­lə­ri­nin qan­lı hər­bi əmə­liy­yat­la­rı nə­ti­cə­sin­də Şi­ma­li Azər­bay­can ye­ni­dən Ru­si­ya­nın tər­ki­bi­nə qa­tıl­sa da, Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti xal­qı­mı­zın azad­lıq hə­rə­ka­tı ta­ri­xin­də də­rin iz qoy­du. Cə­mi 23 ay ya­şa­ma­sı­na bax­ma­ya­raq Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti sü­but et­di ki, ən qəd­dar müs­təm­lə­kə və rep­res­si­ya re­jim­lə­ri be­lə, Azər­bay­can xal­qı­nın azad­lıq ide­al­la­rı­nı və müs­tə­qil döv­lət­çi­lik ənə­nə­lə­ri­ni məhv et­mə­yə qa­dir de­yil­dir”(Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti, URL:http://axc.pres­lib.az/az_a1.html). 1991-ci il­də Azər­bay­can xal­qı öz döv­lət müs­tə­qil­li­yi­ni bər­qə­rar edə­rək Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin ide­al­la­rı­nı da­vam et­di­rir.

Bil­di­yi­miz ki­mi Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin 100 il­li­yi bay­ram ki­mi qeyd olu­nur. Bu mü­na­si­bət­lə Res­pub­li­ka­nın müx­tə­lif mə­də­niy­yət mər­kəz­lə­rin­də çox­say­lı təd­bir­lər təş­kil edi­lir. Bu mə­na­da ma­yın 24-də, Azər­bay­can Mil­li Kon­ser­va­to­ri­ya­sın­da “Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin 100  il­li­yi” möv­zu­sun­da ke­çi­ri­lən el­mi se­mi­nar elm nü­ma­yən­də­lə­ri­ni bir ara­ya top­la­dı. Təd­bi­rə AMK-nın pro­fes­sor, mü­əl­lim və tə­lə­bə he­yə­ti qa­tıl­mış­dı. Möv­zu ilə bağ­lı ta­nın­mış mü­tə­xəs­sis­lə­rin, bö­yük alim­lə­rin fi­kir­lə­ri din­lə­nil­di.

Təd­bir ilk ola­raq AMK-nın el­mi iş­lər üz­rə pro­rek­to­ru, sə­nət­şü­nas­lıq üz­rə fəl­sə­fə dok­to­ru, pro­fes­sor La­lə Hü­sey­no­va­nın gi­riş sö­zü ilə baş­la­dı. L.Hü­sey­no­va Cüm­hu­riy­yə­tin ya­ran­ma­sı ba­rə­də, həm­çi­nin Üze­yir Ha­cı­bəy­li­nin Cüm­hu­riy­yət döv­rün­də­ki ge­niş fəa­liy­yə­ti haq­qın­da mə­lu­mat ver­di. Üze­yir bə­yin 1919-cu il­də “Azər­bay­can” qə­ze­tin­də nəşr olu­nan “Bir yaş” mə­qa­lə­sin­dən söh­bət aç­dı. O, bil­dir­di ki, İs­tiq­la­lın bir il­li­yi ilə bağ­lı “İs­tiq­lal” jur­na­lı­nın xü­su­si nöm­rə­sin­də Üze­yir Ha­cı­bəy­li­nin “Azər­bay­can türk­lə­ri­nin mu­si­qi­si haq­qın­da” mə­qa­lə­si dərc olun­du. Bu mə­qa­lə uzun müd­dət diq­qət­dən kə­nar­da qal­dı­ğın­dan Üze­yir bə­yin el­mi-nə­zə­ri ir­si­nin So­vet döv­rün­də baş­la­ma­sı fik­ri ya­ran­mış­dı. Bu mə­qa­lə­nin üzə çıx­ma­sı ilə mə­lum ol­du ki, Üze­yir bəy son­ra­kı iş­lə­rin­də or­ta­ya qoy­du­ğu el­mi müd­dəa­la­rı­nı 1919-cu il­də çap olun­muş “Azər­bay­can türk­lə­ri­nin  mu­si­qi­si haq­qın­da” mə­qa­lə­sin­də ar­tıq bə­yan et­miş­dir (Ha­cı­bəy­li Ü.Ə. Azər­bay­can türk­lə­ri­nin mu­si­qi­si haq­qın­da. Təq­dim edə­ni, ön söz və lü­ğə­tin mü­əl­li­fi F. Əli­ye­va. B.: Adi­loğ­lu, 2005, 76 s.). Doq­quz böl­mə­dən iba­rət mə­qa­lə­də Azər­bay­can mu­si­qi janr­la­rı, el­mi nə­zə­riy­yə­si ba­rə­də çox tu­tar­lı, son­ra­dan öz ək­si­ni ta­pan fi­kir­lə­rin ək­sə­riy­yə­ti bu mə­qa­lə­də özü­nü gös­tə­rir.

Daha sonra AMK-nın “Milli musiqinin tədqiqi” elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadə “Bir daha Azərbaycanın müstəqilliyinin ilk illərində Üzeyir Hacıbəylinin soyadı barədə” mövzusu ilə çıxış etdi. Professor bildirdi ki, Üzeyir bəy nəinki 1918-20-ci iilərdə,  hətta sonrakı illərdə, o cümlədən 30-cu illərdə öz əsərlərini Hacıbəyli soyadı ilə imzalayırdı. Musiqi Mədəniyyəti Dövlət Muzeyində saxlanan arxiv materiallarında bu bir daha öz əksini tapır. Cümhuriyyət dövründə Üzeyir bəy Hacıbəyli soyadını daşıyıbsa, niyə biz Üzeyir bəyə öz haqqını qaytarmayaq? A.Nəcəfzadə çıxış boyu video-çarx vasitəsilə arxiv materialları əsasında üzə çıxardığı, Üzeyir bəyin öz imzası ilə Hacıbəyli soyadını göstərdiyi əlyazmalarını da nümayiş etdirdi. Bundan əlavə professor qeyd etdi ki, 1897-ci ildə bir neçə Şuşa əsilzadəsinin imzası ilə Üzeyir Hacıbəylinin bəy nəslindən olması təsdiqlənmiş, ona bəylik şəhadətnaməsi də verilmişdir. A.Nəcəfzadə bildirdi ki, 2004-cü il, avqustun 5-də Nazirlər Kabinetinin yeni orfoqrafiya qaydaları haqqında qərarına əsasən Mirzə Fətəli Axundovun Axundzadə, Üzeyir bəyin də Hacıbəyli kimi yazılışı qəbul edildi. Buna baxmayaraq bəzən, KİV-də dahi bəstəkarın soyadı Hacıbəyov kimi göstərilir. Bu da yanlışdır və Nazirlər Kabinetinin qərarına ziddir.

Ar­dın­ca fi­lo­lo­gi­ya üz­rə fəl­sə­fə dok­to­ru, do­sent Fəx­rəd­din Bax­şə­li­yev “Cüm­hu­riy­yət döv­rün­də Üze­yir Ha­cı­bəy­li­nin mu­si­qi el­mi nə­zə­ri fi­kir­lə­ri və müa­sir dövr” möv­zu­su ilə çı­xış et­di. F.Bax­şə­li­yev Üze­yir bəy Ha­cı­bəy­li­nin 1919-cu il­də “İs­tiq­lal” qə­ze­tin­də dərc et­dir­di­yi “Azər­bay­can türk­lə­ri­nin mu­si­qi haq­qın­da” mə­qa­lə­si­nin bə­zi de­tal­la­rın­dan və müa­sir Azər­bay­can mu­si­qi mə­də­niy­yə­tin­də or­ta­ya çı­xa bi­lə­cək pers­pek­tiv­lər­dən söh­bət aç­dı. O, bil­dir­di ki, Üze­yir bəy 1945-ci il­də nəşr olu­nan “Azər­bay­can xalq mu­si­qi­si­nin əsas­la­rı” ki­ta­bın­da gös­tər­di­yi mə­qam­la­rın il­kin for­ma­sı­nı bu mə­qa­lə­də təq­dim edir. La­kin bu­ra­da, mə­qam­lar tet­ra­xord­lar va­si­tə­si­lə qu­rul­ma­yıb. Üze­yir bəy bu mə­qa­lə­də hü­ma­yun və şüş­tə­rin ey­ni mə­qam ol­du­ğu­nu gös­tə­rib. Həm­çi­nin, Za­bul, Şah­naz və Nə­va­ni mə­qam ad­lan­dı­rır.

F.Bax­şə­li­yev da­ha bir ak­tu­al və önəm­li mə­sə­lə­yə üz tu­ta­raq de­yir: “Bəl­li­dir ki, ma­jor və mi­nor Av­ro­pa mə­qam­la­rın­da to­nal­lıq­la­ra gö­rə açar işa­rə­lə­ri qo­yu­lur. Zən­ni­miz­cə, Şərq mə­qam­la­rı­nın da özü­nün açar işa­rə­lə­ri var. Mə­sə­lən, əsər mi ma­yə­li se­gah­da ya­zı­lır­sa, bəs­tə­kar onu do ma­jor ki­mi təq­dim edir. Əsər bo­yu re-nin qar­şı­sın­da di­yez, si no­tu­nun önün­də isə be­mol işa­rə­si gös­tə­ri­lir və bu­na tə­sa­dü­fi işa­rə ki­mi ba­xı­lır. Ol­maz ki, bu­nun ye­ri­nə re və si no­tu­nun önün­də­ki di­yez və be­mol işa­rə­lə­ri­ni açar işa­rə­lə­ri ki­mi gös­tə­rək və mə­qa­mın da adı­nı se­gah ad­lan­dı­ra­q?” O, bun­dan çı­xış edə­rək ifa olu­nan mu­ğam­la­rı­mı­zın hər bi­ri­nin al­te­ra­si­ya işa­rə­lə­ri­ni tər­tib et­di­yi­ni bil­dir­di. Bun­dan əla­və, F.Bax­şə­li­yev tem­pe­ra­si­ya və qey­ri-tem­pe­ra­si­ya, tar alə­tin­də 4/1 ton­la­rın çı­xa­rıl­ma­sı və s. bu ki­mi mə­sə­lə­lə­rə də to­xun­du.

Da­ha son­ra Krım Se­vas­to­pol Döv­lət Te­le­ra­dio­sun­da “Qo­bus­tan” proq­ra­mı­nın re­dak­to­ru və apa­rı­cı­sı Əli­yev Hə­bib çı­xış et­di. O, “Krım­da Azər­bay­can mil­li-mə­nə­vi də­yər­lə­ri­nin təb­li­ği” möv­zu­su­nu təq­dim et­di. H.Əli­yev iyir­mi il­dir “Qo­bus­tan” proq­ra­mın­da apa­rı­cı­lıq et­di­yi ve­ri­liş Üze­yir bə­yin “Ko­roğ­lu” ope­ra­sın­dan “Üver­tü­rə” ilə baş­la­yır. İyir­mi il­də 250 ve­ri­liş efir­də səs­lən­di­ri­lib və ve­ri­liş­lə­rin bö­yük ək­sə­riy­yə­ti Azər­bay­can mu­ğam­la­rı, bö­yük ifa­çı­la­rı, aşıq sə­nə­ti və s. mə­sə­lə­lə­rə həsr olu­nub. Hə­min ve­ri­liş­lə­rə bö­yük zi­ya­lı­lar, gör­kəm­li alim­lər də­vət olu­nur.

Be­lə­lik­lə, AMK-da Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin 100 il­li­yi­nə həsr olu­nan konf­rans ba­şa çat­dı. Çı­xış­çı­la­rın to­xun­duq­la­rı mə­qam­lar audi­to­ri­ya­da bö­yük ma­raq­la qar­şı­lan­dı və mü­za­ki­rə ob­tek­ti­nə çev­ril­di. Bir da­ha qeyd olun­du ki, Cüm­hu­riy­yət döv­rü Azər­bay­can xal­qı­nın ic­ti­mai və mə­də­ni hə­ya­tın­da xü­su­si önəm­li mər­hə­lə ki­mi dai­ma anı­la­caq.

Fərdin Məmmədli

AMK-nın doktorantı və

“Milli musiqinin tədqiqi” elmi-tədqiqat

laboratoriyasının kiçik elmi işçisi

 

Mövzuya uyğun