AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 1, 2016

Səadət ABDULLAYEVA

BMA-nın professoru, sənətşünaslıq doktoru

Ünvan: Bakı, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli 98

Email: saadatabdulla@yandex.ru

 UOT 78.071.1 

NİZAMİ İRSİ AZƏRBAYCAN BƏSTƏKARLARININ YARADICILIĞINDA

 endir

 

PDF

 

 

Xülasə: Məqalədə yetişməkdə olan bəstəkarlar nəslinin diqqətini Nizami Gəncəvi irsinə  cəlb etmək məqsədilə onun obrazı və poemaları əsasında yaradılan əsərlərin adları verilir.

Açar sözlər: Nizami Gəncəvi, opera, balet, simfonik, vokal və instrumental əsərlər, mahnı və romanslar

 

Dünya ədəbiyyatının klassiki sayılan Nizami Gəncəvinin zəngin məzmunlu, yüksək ideyalı əsərlərində  əks etdirdiyi insan zəkası, əxlaqi keyfiyyətlər, ədalətli, azad cəmiyyət, saf məhəbbəti tərənnüm edən əsərləri,həmçinin şəxsiyyəti yaradıcı insanları həmişə düşündürmüşdür. Bu obraz və mənbələrdən bəhrələnərək, axtarışlarını və istəklərini gerçəkləşdirərək Nizamiyə həsr olunan ən gözəl əsərlərini yazmışlar. Qara Qarayevinqeyd etdiyi kimi (1, s. 48) Nizaminin misraları son dərəcə melodikliyi, bədii obrazları, dramaturji əsası və mövzuları olduqca plastikliyi və təsirliyi ilə seçilir, sanki onlar musiqidə öz ifadəsini tapıb. Fikrət Əmirov isə Nizami poeziyasının gözəlliyinə, məna dərinliyinə, yüksək mənəvi-etik ideyalarına, ehtirasların çarpazlaşmasına, dramatikliyinə üstünlük verir (2, s. 124-125). Hər iki görkəmli bəstəkarımız bilavasitə Nizami irsi əsasında yazdıqları əsərlərə görə şöhrət qazanıblar. Nizaminin “Xəmsə”si, qəzəlləri və obrazı  əsasında yazılan musiqi əsərlərin əksəri şairin 800, 840, 850, 870 illiyinə həsr olunub və demək olar ki, klassik musiqinin bütün janrlarını əhatə edir. Gəlin onları gözdən keçirək.

Operalar

Mirzə Cəlal Yusifzadə. “Fərhad və Şirin”(1911). Mirzə Cəlal Yusifzadənin Nizaminin “Xosrov və Şirin” poemasına əsasən yazdığı librettosuna tarzən Məşədi Zeynalla birlikdə Şərq nəğmələri əsasında klavir-direksion şəklində operanın partiturasını tərtib etmişdir.

Əfrasiyab Bədəlbəyli. “Nizami” (1947).5 pərdə, 6 şəkildən ibarətdir. Librettosu – müəllifin iştirakı ilə Məmməd Səid Ordubadinindir.

Niyazı. “Xosrov və Şirin” (1942), 4 pərdəli, librettosu – Mikayıl Rəfilinindir.

Zülfüqar Hacıbəyov. “Nüşabə” (1946). Librettosu Abdulla Şaiqindir. Üvertüra və əsərin qəhrəmanı Nüşabənin bir ariyası yazılsa da opera  tamamlanmayıb.

Ramiz Mustafayev. “Şirin” (1957), bir hissəli, diplom işi. Səməd Vurğunun “Fərhad və Şirin” dramı əsasında.

Uşaq operaları

Soltan Hacıbəyov.  “İsgəndər və çoban” (1947). Bəstəkarın tələbə ikən yazdığı bir pərdəli və üçşəkilli ilk milli uşaq operası. Librettosu Nizaminin “İsgəndərnamə” poemasının “İqbalnamə” hissəsindəki verilən hekayə əsasında Mirmehdi Seyidzadə tərəfindən yazılıb.

Rok-opera

Eldar Mansurov. “Yeddi gözəl”, 2005.

Baletlər

Qara Qarayev. “Yeddi gözəl” (1949-1952), 4 pərdə və 11 şəkildə. Əsər Nizaminin poemasının adıyla adlandırılsa da, librettosu şairin “Xəmsə”sindən seçmələr əsasında İsmayıl Hidayətzadə, Yuri Slonimski, Sabit Rəhman tərəfindən yazılmışdır.

Qara Qarayev. “Leyli və Məcnun” (1969). Bəstəkarın eyniadlı simfonik poeması əsasında bir pərdəli xoreoqrafik poema. Ssenari müəllifi və baletmeyster – Nailə Nəzirova.

Fikrət Əmirov.  “Nizami” (1984), üç hissəli. Librettosu Altay Məmmədov və Nailə Nəzirovanındır.

Tofiq Bakıxanov. “Xeyir və Şər” və yaxud “Ehtiras meteoriti” (1990), birpərdəli rəqs dramı. Nizaminin “Xəmsə”sindən eyniadlı hekayət əsasında yazıb.Libretto müəllifi və quruluşçu-baletmeyster – Rəşid Əhmədov,

Qalib Məmmədov. “Sirlər xəzinəsi”(1991), iki pərdəli.

Rəşid Əhmədov. “Nizaminin xatirəsinə” (1992). Aqşin Əlizadənin “Kənd süitası” və Musa Mirzəyevin fortepiano pyesləri əsasında iki hissəli tamaşa.

Qalib Məmmədov. “İskəndərnamə” (2005).

Müzikl

“Leyli və Məcnun” (2011). Nizami Gəncəvinin eyniadlı poeması əsasında dünyada ilk dəfə özündə musiqi, drama, xoreoqrafiya və opera sənətlərini əks etdirən Hip-hop və R&B janrı. Layihənin müəllifi və rəhbəri – Mirsahib Musayev, ssenari müəllifi və quruluşçu rejissoru İradə Gözəlova, rəqslərin quruluşçusu – ABŞ-ın Çikaqo ştatından olan xoreoqraf  Çarlz Lourens, quruluşçu rəssam – Rəşad Ələkbərov.

Simfoniyalar

Boris Zeydman. “Xosrov və Şirin” (1940). Əsərin əsasını Nizaminin eyniadlı poemasında verilən mövzu təşkil edir.

Olqa Nikolskaya. “Bəhram Gur”. “Yeddi gözəl” poemasının qəhrəmanının  obrazı canlandırılıb.

Fikrət Əmirov. “Nizami” (1947, ilk adı “Nizaminin xatirəsinə”). Azərbaycan musiqi tarixində simli orkestr üçün yazılmış ilk simfoniyadır.

Məmməd Quliyev. Yeddinci simfoniya–  “Xəmsə”dən damlalar” (2001).

Simfonik poemalar

Fikrət Əmirov. “Nizami haqqında”  (1941), tələbə ikən.

Qara Qarayev. “Leyli və Məcnun” (1947). Böyük simfonik orkestr üçün.

Midhət Əhmədov. “Bəhram Gur”(1948).

Nəriman Məmmədov. “Fərhad və Şirin” (1980), simli orkestr və orqan üçün.

Qalib Məmmədov. “Nüşabə və İskəndər” (1983). Nizaminın “İsgəndərnamə” poemasının mövzuları əsasında.

Simfonik süitalar

Qara Qarayev. “Yeddi gözəl” (1947). Simfonik orkestr üçün, eyniadlı baletin musiqisi əsasında.

Qara Qarayev. “Xoreoqrafik şəkillər” (“Yeddi gözəl” baletindən, 1953).

Tofiq Bakıxanov. “Xeyir və Şər” (1992). Eyniadlı balet əsasında yazılıb.

Qalib Məmmədov. “Sirlər xəzinəsi”(eyniadlı balet əsasında, 2003).

Qalib Məmmədov. “Nüşabə və İskəndər” balet süitası (1980).

Vokal-simfonik əsərlər

Qara Qarayev. “Üç təsnif” (1939) – “Leyli”, “Şirin” və “Sarənc” (“Şur” muğamının şöbəsi) , simfonik orkestr üçün.

Üzeyir Hacıbəyli. “Nizami” kantatası(1947).Bariton solo, xor və simfonik orkestr üçün. Sözləri Süleyman Rüstəmindir.

Süleyman Ələsgərov. “Nizami” (1991). Xor və orkestr üçün vokal-simfonik poema. Sözləri Hikmət Ziyanındır.

Ramiz Mustafayev. “Nizami” oratoriyası (1993). Sözləri Rəfiq Zəka Xəndanındır.

Vokal-instrumental əsərlər (sözləri Nizami Gəncəvinindir)

Məmməd İsrafilzadə. “Hüsnün gözəl” (1941), qarışıq xor ilə fortepiano üçün.

Cahangir Cahangirov. “Qəzəl” (1947). Qarışıq xor ilə fortepiano üçün.

Cövdət Hacıyev. Xor poemaları:  Oratoriya — beşik nəğməsi (1952); “Ey gül” xor kompozisiyası,  fortepiano və qarışıq xor üçün  (1956).

Azər Rzayev. “Lirik mahnı” (1980), səs və kamera orkestri üçün.

Məmməd Quliyev. “Qəzəl”, soprano, iki fleyta, simli orkestr və royal üçün;

Cəlal Abbasov. “İki ardıcıl ifa olunan  qəzəl” Soprano və simli alətlər üçün.

Firəngiz Əlizadə. “Cottes ist der Orient” (Allahlar Şərqdən gəlib), 2000. Əsər Nizami Gəncəvinin sözlərilə bitir.

Vokal əsərlər

Qara Qarayev. “Payız” (1947) a`capella (müşayiətsiz) xor üçün (“Leyli və Məcnun” poemasından “Leylinin ölümü” lirik parçası səslənir).

Rəşid Şəfəq. “Ulu Gəncə-Nizami yurdum”(1995), vokal silsiləsi.

Ramiz Mirişli. “Peyğəmbərin tərifi” vokal poeması (1997),  “Xosrov və Şirin” poemasından.

Məmməd Cəfərov.  “Dahi Nizami”, xor əsəri. Sözləri İnqilab İsaqındır.

Məmməd Quliyev. “Nizami haqqında dastan”, oratoriya. Qarışıq xor üçün, müşayiətsiz, sözləri Ələkbər Salahzadənindir.

İnstrumental əsərlər

Boris Zeydman. “Nizamidən fraqmentlər”. “Sirlər xəzinəsi” əsasında simli kvartet üçün.

Boris Zeydman. “Rapsodiya” (Əfrasiyab Bədəlbəylinin “Xosrov və Şirin” dramına yazılan musiqi mövzusuna).

Adil Gəray Məmmədbəyli.  “Muğam etüdləri” 1943. Nizaminin “Yeddi gözəl” poemasına uyğun olaraq 7 muğam – “Rast”, “Bayatı Şiraz”, Çahargah”, “Mahur-Hindi”, “Şüştər”, “Segah”, “Şur” əsasında bəstələnmişdir.

Olqa Nikolskaya. “Xosrov və Şirin” balladası (1947), fortepiano üçün.

Qalib Məmmədov. “Nizaminin xatirəsinə”. Elegiya, simli kvartet, solo fleyta və fortepiano üçün.

Qənbər Hüseynli. “Yeddi gözəl”, xalq çalğı alətləri orkestri üçün rəqs.

Sərdar Fərəcov.  “Qəsidə” (1991), orqan üçün (Nizaminin xatirəsinə).

Mahnı və romanslar

Nizaminin sözlərinə 60-dan çox mahnı və romans (musiqili qəzəl) yazılmışdır. Maraqlıdır ki, şairin qəzəlləri daha çox onlara musiqi qoşulandan sonra populyar olmuşdur.

Ərtoğrul Cavid. “Sevimli yar gəlmiş idi” (1940).

Üzeyir Hacıbəyli. “Sənsiz”. Səs və fortepiano üçün  (1941);  Sevgili canan. Səs və fortepiano üçün (1943).

Georgi Burşteyn. “Ay bənizli  gözəl” («Светлакакмесяц») (1941); “Sənsiz” («Оттоскипотебе»).

Midhət Əhmədov. “Ey, Nizami” (1941).

Olqa Nikolskaya. “Nizami. Ölməz dahi və nəğməkar”, zil səs üçün. Sözləri Ə.Tələt, 1941; “Təksən” («Единственная»);  “Sevgilim” («Любимая») (1955);  “Xalça («Ковер»)

Fikrət Əmirov. “Gülüm” (1943).

Ədilə Hüseynzadə. “Vəslin həvəsi” (1947);“Nə üçün qəmxar saxlarsan”;“Ey gözüm, de görmədinmi”.

Ağabacı Rzayeva. “Könlüm” (1947);  “Qəmər nə lazım” (1968).

Şəfiqə Axundova. “Nə gözəl” (1947); “Nizami necə səbr etsin, əzizim” (1958); “Neçin qəmxar saxlarsan” (1960); “Cahanda”; “Ay üzlü nigarım” (1961).

Cahangir Cahangirov. “Gül camalın” (1947); Ey gül (1956).

Tofiq Quliyev. “Könlüm” (1947); “Sevgilimə” (1947); “Gözüm aydın gözümə”; “Qəzəl”.

Hökümə Nəcəfova. “Yarım gəldi” (1947); “Qəzəl”;  “Tez gəl”.

Süleyman Ələsgərov. “Sərvi xuramanım mənim” (1947); “Bil sevgilim”, “Necə sevməyim” (1955).

Adil Gəray (Məmmədbəyli).“Yar gəlmiş idi” (1947).

Hacı Xanməmmədov. “Surəti canan görünür” (1947).

Cövdət Hacıyev. “Ey, gül” Fortepiano ilə qarışıq xor üçün (1956).

Hacıbaba Həsənov. Bənövşə. Fortepiano ilə qarışıq xor üçün (1959).

Qənbər Hüseynli.  “Gül camalın qoy görünsün”; “Ey gözüm, de görmədinmi” (1959); “Ey gözəl”; “Sənsiz” (nəzirə, Üzeyir Hacıbəyliyə ithaf olunub).

Fəridə Quliyeva. “Mehman edəsən” (1963).

Zakir Bağırov. “Gələcək nəslə xitab” (1973).

Tamilla Məmmədzadə.  “Qəzəl”; “Etmədədir” (1978).

Vasif Adıgözəlov. Romans silsiləsi. Simfonik orkestrin müşayiətilə.

Azər Rzayev. “Lirik mahnı” (1980).

Ramiz Mustafayev. “Yenə tövbə evimi eşq xarab etməkdədir”; “Sən demisən”.

Şəmsəddin Qasımov. “Olacaqsan” (2003);“Dəyişmərəm”.

Telman Hacıyev. “Ey gözüm, de, görmədinmi”.

Qalib Məmmədov. “Yenə tövbə evimi”.

Ceyhun Allahverdiyev. “Nədəndir” (2005);  “Dilbər” (1991).

Lalə Cəfərova. İki romans (2000).

Sevda İbrahimova. “Səninlədir canım mənim”; “Tez gəl” (2009).

Nizamiyə ithaf olunan və əsərləri əsasında müxtəlif illərdə səhnələşdirilən Səməd Vurğunun “Fərhad və Şirin” dram əsərini Əfrasiyab Bədəlbəyli, Siyavuş Kərimi, Kamal Əhmədov və Emin Sabitoğlunun, Mehdi Hüseynin “Nizami” tamaşasını Səid Rüstəmovun, Abdulla Şaiqin “Nüşabə” pyesini Səid Rüstəmovun, “Fitnə” pyesini isə Əşrəf Abbasovun və Oqtay Kazıminin yazdıqları musiqi müşayiət edir. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında göstərilən “Xeyir və şər”  tamaşasında Fikrət Əmirovun musiqisindən istifadə olunub.               

 Nizamininəsərləri əsasında çəkilmiş “Əfsanələr aləmində” bədii film-baletində “Yeddi gözəl” baletindən səhnə və vals yer almışdır.

Məhəmməd Füzulinin poeması əsasında çəkilmiş “Leyli və Məcnun”(digər adı “Məhəbbət əfsanəsi”) bədii filmində Nizami Gəncəvinin eyniadlı əsərindən Zeyd ilə Zeynəbin sevgi motivindən də istifadə edilmişdir. Filmdə Qara Qarayevin “Leyli və Məcnun” simfonik poemasının musiqisindən istifadə olunmuşdur.

İki seriyalı “Nizami”bədii filminin bəstəkarıQara Qarayevdir.Filmdə Üzeyir Hacıbəyli­nin “Sənsiz” romansından istifadə olunub.

 Milli kino tariximizdə ilk tammetrajlı “Yeddi gözəl” film-baletini Qara Qarayevin musiqisi müşayiət edir.

Nizami Gəncəvinin istinad etdiyi “Leyli və Məcnun” ərəb dastanı əsasında çəkilən“Məhəbbət əfsanəsi” qısametrajlı bədii film-baletində yenə də Qara Qarayevin musiqisi eşidilir. Tofiq Bakıxanov eyniadlı baletinə əsasən çəkilən Xeyir və Şərfilm-balet  teleekranda  göstərilmişdir.

Dahi şairin həyat və yaradıcılığına həsr olunan, 1941 və 1959-cu illərdə çəkilən  “Nizami”sənədli filmlərinə  Rauf Hacıyev və Zakir Bağırov musiqi bəstələmişlər.

Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında verilən nağılların motivləri əsasında çəkilən “Fitnə, “Şah və xidmətçi”  və  “Xeyir və Şər”(bəstəkarları müvafiq olaraq Aqşin Əlizadə, Oqtay Rəcəbov və Cavanşir Quliyevdir) cizgi filmləri də var.

İcmal səciyyəsi daşıyan və informatik bilgi verən bu məqalənin yazılmasının əsas məqsədi günümüzə qədər Nizami Gəncəvi irsi və obrazı əsasında yazılan əsərlər haqqında oxucularda və ən əsası yetişməkdə olan bəstəkarlarda təsəvvür yaratmaqdır. Bununla da yaradıcılıq yoluna qədəm qoyan gənc bəstəkarlarımızı bu zəngin mövzuya biganə qalmayaraq, şairə layiq əsərlər yazmağı həvəsləndirməkdir.

 ƏDƏBİYYAT:

  1. КараевК.А. Научно-публицистическое наследие. Б.: Элм, 1988.
  2. Виноградов В. Мир музыки. Б.: Язычы, 1983.

  

 Саадет Абдуллаева

Доктор искусствоведения, профессор

ОБРАЗ НИЗАМИ И ЕГО НАСЛЕДИЕВ ТВОРЧЕСТВЕ АЗЕРБАЙДЖАНСКИХ

КОМПОЗИТОРОВ

Резюме

В статье, с целью привлечения внимания подрастающего поколения композиторов к наследию Низами Гянджеви, приводится список произведенийазербайджанских композиторов, сочиненных на основе образов  поэм великого мыслителяи поэта XIIвека.

Ключевые слова: Низами Гянджеви, оперы, балеты, симфонические, вокальные и инструментальные произведения

 

Saadet Abdullayeva

Doctor of Sciences on Art, professor

THE IMAGE OF NIZAMI AND HIS LEGACY IN THE WORKS OF AZERBAIJAN

COMPOSERS

Summary

The article,in order to attract the attention of the younger generation of composers to the heritage of Nizami Ganjavi, contains the list of the titles of the works of Azerbaijan composers on the basis of its image and poems.

Key words: Nizami Ganjavi, operas, ballets, symphonic, vocal and instrumental works

Mövzuya uyğun