AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 4, 2017

Fəxrəddin DADAŞOV

Xalq artisti, professor

Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7

Ağasəlim ABDULLAYEV

Xalq artisti, professor

Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7

UOT 781,7        

POETİK METRİKANIN MUĞAM MELODİKASINA

TƏSİRİNƏ DAİR

 endir

PDF

 

 

 

Xülasə: Məqalədə kvantitativ musiqili ritmlər, makamların musiqi metri, Şərq şeiriyyətinin üslubu tədqiq edilir.

Açar sözlər: makam, hone, üsul

 

Mə­lum ol­du­ğu ki­mi, mu­ğam­la­rın vo­kal-inst­ru­men­tal böl­mə­lə­ri əruz vəz­nin­də ya­zıl­mış şe­ir­lər – qə­zəl­lər­lə ifa edi­lir. Azər­bay­can dəst­ga­hı – Şə­fai, Fa­il, Fü­zu­li­nin qə­zəl­lə­ri əsa­sın­da, Bu­xa­ra ma­kom­la­rı­nın II his­sə­si Xo­fiz, Xal­ki, Be­dil, Xu­say­ni, Əh­ri­man, Ömər; Tür­ki­yə fa­sıl­la­rı – De­de Efen­di, Meh­med, Sa­di bey ki­mi şa­ir­lə­rin şe­ir mət­ni əsa­sın­da ifa olu­nur. Mu­ğa­mı qə­zəl­lə uz­laş­dı­ran cə­hət qə­zə­lin öl­çü­sü­dür [5, s. 55]. Uzun və qı­sa he­ca­la­rın ar­dı­cıl­lı­ğı əsa­sın­da qu­ru­lan qə­zə­lin met­ri – poe­tik mis­ra­nın bəh­ri, bir və ya bir ne­çə tə­fi­lə­nin bir­ləş­mə­sin­dən ya­ra­nır. Tə­fi­lə­lər rükn­lə­rə – sə­bəb, və­təd və fa­si­lə­yə bö­lü­nür. Türk­dil­li xalq­la­rın poe­zi­ya­sın­da hə­rə­kə­li­lər, yə­ni uzun he­ca­lar ol­ma­dı­ğı üçün əru­zun met­ri he­ca­la­rın sü­ni uza­dıl­ma­sı və ərəb-fars mən­şə­li söz­lər­dən is­ti­fa­də edil­mə­si va­si­tə­si­lə ya­ra­nır [1, s. 20]. T.So­lo­mo­no­va ya­zır: “Uzun və qı­sa he­ca­lar öz­lə­ri­nin ma­hiy­yə­ti­nə gö­rə əru­zun ən ki­çik tər­kib his­sə­si olan va­hid­lər­dir” [6, s. 86]. Ən ki­çik tər­kib his­sə­si təş­kil edən he­ca va­hid­lə­ri bö­yük ol­ma­yan kər­pi­ci xa­tır­la­dır [6, s.97]. Əruz vəz­nin­də ya­zıl­mış qə­zə­lin hər bir he­ca­sı onun han­sı rük­nə aid ol­ma­sın­dan ası­lı ola­raq he­ca­nın həc­mi­nə mü­na­sib mu­si­qi­də mü­əy­yən rit­mik funk­si­ya da­şı­yır. M.T.Xar­lap ya­zır ki, “Met­rik vəzn elə dövr­də for­ma­la­şıb ki, bu za­man poe­tik mətn elə mu­si­qi­nin də öl­çü­sü olub rit­mik uzun­luq­la­rın mü­na­si­bə­ti şək­lin­də tə­za­hür edir. Da­ha də­qiq de­sək, kvan­ti­ta­tiv şe­ir vəz­ni elə bir döv­rə aiddir ki, bu za­man mu­si­qi özü­nün me­lo­dik yük­sək­li­yi ilə se­çi­lir, poe­zi­ya isə mu­si­qi­nin tə­bii öl­çü­sü və­zi­fə­si­ni da­şı­yır­dı” [5, s. 48-104]. Ey­ni za­man­da mu­si­qi­şü­nas Y.Ro­ma­nov-ska­ya bil­di­rir ki, “Me­lo­dik ritm pro­so­di­ya­nın öl­çü­sü­nə mü­va­fiq qu­ru­lur. Pro­so­di­ya vur­ğu­lu-vur­ğu­suz, uzun, qı­sa he­ca­la­rın tə­ləf­füz üsu­lu­dur” [3, s. 93].

Kvan­ti­ta­tiv vəzn mu­ğam­la­rın mu­si­qi met­ri ilə uz­la­şır. Bu za­man mu­ğam­la­rın mu­si­qi rit­mi öz tə­biə­ti eti­ba­ri­lə kvan­ti­ta­tiv­lə­şir və on­la­rın öl­çü va­hi­di ən ki­çik va­hi­də çev­ri­lir. Rit­mik funk­si­ya­la­rın mü­əy­yən öl­çü­yə ta­be­li­yi, za­ma­nın dərk edil­mə­si­nə, mət­nin mə­nim­sə­nil­mə­si­nə bən­zə­yir. Əruz vəz­nin­də bəh­ri olan mu­ğam­la­rın poe­tik mət­ni onun met­ro­rit­mik qu­ru­lu­şu­na bö­yük tə­sir edir.

Tür­ki­yə fas­lın­dan nü­mu­nə:

turkiy-fasl

Mis­ra əruz vəz­ni­nin Sə­ri bəh­rin­də­dir. Qə­zə­lin kvan­ti­ta­tiv met­ri mu­ğam qu­rum­la­rı­nın rit­mik struk­tu­ru­nu ya­ra­dır. Bir ne­çə tə­fi­lə­nin bir­ləş­mə­sin­dən fra­za­lar və da­ha bö­yük qu­rum­lar ya­ra­nır. De­dik­lə­ri­miz mu­ğam mo­no­di­ya­la­rı­nın met­ri­nin şe­ir təq­ti böl­gü­sü­nə uy­ğun­lu­ğu və rit­mik fi­qur­lar­la tə­za­hür et­di­yi­ni sü­but edir. Mu­ğam böl­mə­lə­rin­də poe­tik mət­nin met­ri­ka­sı ilə mo­no­di­ya va­hid qu­ru­luş­da bir­ləş­di­yi­nə gö­rə me­lo­dik mətn­li ritm ya­ra­nır. Mu­ğam­la­rın me­lo­dik­ləş­di­ril­miş vo­kal dek­la­ma­si­ya­sın­da səs­lə­rin mü­əy­yən uzun­luq­lar­la təş­ki­li qu­rum­la­rın rit­mik sxe­mi­ni ya­ra­dır. Mu­ğam­la­rın da­xi­lin­də ar­dı­cıl şə­kil­də ic­ra edi­lən hər bir şö­bə, gu­şə, böl­mə, mu­ğam par­ça­la­rı­nın fər­di ki­çik te­ma­tik özə­yi var­dır. Hər böl­mə­nin me­lo­di­ya­sı özək möv­zu­dan tö­rə­yə­rək in­ki­şaf edir.

“Rast” mu­ğam dəst­ga­hın­dan nü­mu­nə­lər

rast-mugam-ndan-numun

İran “Rast-Pəncgah” dəstgahından bir neçə nümunə təqdim edirik.

Dəraməd

deramed2

 

 

 

Bəyate-əcəm

bayeti-ecem

Mübərriqə

muberriqe  Sepher

s-p

Pəncgah

pencgah

raq

Özək möv­zu­lar mo­tiv şək­lin­də olub, səs­lə­rin rit­mik qrup­laş­ma­sı­nı təş­kil edir və ey­ni za­man­da əsas vur­ğu­lu səs ət­ra­fın­da bir­lə­şə­rək qu­rum­la­ra, da­ha ge­niş mə­na­da bü­tün böl­mə­lə­rə mü­na­sib olur. Özək möv­zu­la­rın rit­mi qə­zə­lin mət­nin­dən ası­lı ola­raq həcm eti­ba­ri­lə ar­tıb-aza­la bi­lər. Yal­nız met­ro­rit­mik hə­rə­kət nə­ti­cə­sin­də me­lo­dik qu­rum­lar in­ki­şaf edir. Əsas özək möv­zu­lar mo­tiv­lər­lə bir­lə­şə­rək qu­rum­la­rı, qu­rum­la­rın va­ri­ant də­yiş­mə­lə­ri gu­şə, şö­bə, böl­mə, mu­ğam par­ça­la­rı­nı for­ma­laş­dı­rır. Mu­ğam­la­rın özək möv­zu­dan ya­ran­mış qu­rum­lar məc­mu­su şö­bə da­xi­lin­də va­ri­ant şək­lin­də əv­vəl vo­kal-inst­ru­men­tal, son­ra isə inst­ru­men­tal şə­kil­də növ­bə­lə­şə­rək irə­li­yə doğ­ru hə­rə­kət prin­si­pi­ni da­şı­yır.

Poe­tik mətn üzə­rin­də oxu­nan avaz­la­ra Azər­bay­can, elə­cə də Bu­xa­ra mu­ğam­la­rın­da əsa­sən kul­mi­na­si­ya­ya doğ­ru yük­sə­li­şi və ge­ri dön­mə­si pro­se­si za­ma­nı rast gə­li­nir. On­la­rın bə­zi­lə­ri ni­da­lar (Azər­bay­can mu­ğa­mın­da yar, can; Bu­xa­ra ma­ko­mun­da – o, asi­ra­ta, yo­ra, xay, co­nim) əsa­sın­da qu­ru­lub bir ne­çə he­ca­lı kəl­mə­lər­dən ya­ra­nır.

Azər­bay­can “Rast” mu­ğam dəst­ga­hın­dan bir nü­mu­nə­yə diq­qət ye­ti­rək:

n

Nidalar üzərində oxunan avazlara nümunə:

v

Qeyd edək ki, Tür­­ki­­yə fa­­sıl­­la­­rı da­­xi­­lin­­də də ni­­da­­lar­­dan (lel, a, oh, hey, ca­­nım, te, nen, ni, ta, dir, na, dost və s.) is­­ti­­fa­­də olu­­nur. Əgər Azər­­bay­­can və Bu­­xa­­ra mu­­ğam­­la­­rın­­da is­­ti­­fa­­də olu­­nan ni­­da­­lar kul­­mi­­na­­si­­ya­­da tə­­şək­­kül ta­­pır­­sa, Tür­­ki­­yə fa­­sıl for­­ma­­sı da­­xi­­lin­­də on­­lar hər böl­­mə da­­xi­­lin­­də, mu­­si­­qi in­­ki­­şa­­fı­­nın müx­­tə­­lif an­­la­­rın­­da tə­­za­­hür edir. Tür­­ki­­yə fas­­lın­­da hər böl­­mə da­­xi­­lin­­də is­­ti­­fa­­də olu­­nan ni­­da­­lar kə­­miy­­yət­­cə çox­­luq təş­­kil edir. La­­kin ərəb ma­­kam­­la­­rı­­nın po­e­­tik mət­­ni di­­gər mu­­ğam­­lar­­dan fərq­­li fər­­di ni­­da­­lar ilə ifa edi­­lir.

Şərq mu­­ğam­­la­­rı üçün xa­­rak­­te­­rik olan avaz­­lar me­­liz­­ma­­tik-rit­­mik fi­­qur­­lar ilə əha­­tə olu­­nur. Bu bə­­zək­­lər, avaz­­la­­rı da­­ha ki­­çik rit­­mik fi­­qur­­lar­­la əha­­tə edə­­rək on­­la­­rı can­­lan­­dı­­rır. La­­kin ərəb ma­­ka­­mı və Bu­­xa­­ra ma­­ko­­mu da­­xi­­lin­­də möv­­cud olan ni­­da­­lar­­la söy­­lə­­ni­­lən avaz­­lar, me­­lizm ba­­xı­­mın­­dan nis­­bə­­tən məh­­dud­­dur. Bu­­ra­­da yal­­nız forş­­laq­­lar nə­­zə­­rə çar­­pır. Mu­­ğam­­la­­rın mo­­no­­dik qu­­ru­­lu­­şu­­nun for­­ma­­laş­­ma­­sı və rən­­ga­­rəng səs­­lən­­mə­­si üçün me­­liz­­ma­­tik bə­­zək­­lə­­rin ro­­lu bö­­yük­­dür. On­­lar mu­­ğa­­mın ya­­ran­­ma­­sı üçün zə­­min ro­­lu­­nu oy­­na­­yan “çıl­­paq” səs­­lə­­ri müx­­tə­­lif rit­­mik fi­­qur­­lar­­la bə­­zə­­yir­­lər. Qeyd edək ki, Azər­­bay­­can dəst­­gah­­la­­rı və mü­­əy­­yən qə­­dər Tür­­ki­­yə fa­­sıl­­la­­rı da­­xi­­lin­­də möv­­cud olan müx­­tə­­lif me­­liz­­ma­­tik bə­­zək­­lər­­dən xü­­su­­si­­lə is­­ti­­fa­­də edil­­miş­­dir. Hə­­min me­­liz­­ma­­tik bə­­zək­­lər da­­ha ki­­çik va­­hid­­lər­­dən ya­­ra­­nır.

Mu­­ğam­­la­­rın me­­lo­­dik qu­­ru­­lu­­şu­­nun for­­ma­­laş­­ma­­sın­­da re­­çi­­ta­­tiv­­lə­­rin ro­­lu bö­­yük­­dür. On­­lar qə­­zə­­lin dek­­la­­ma­­si­­ya­­sı za­­ma­­nı ya­­ra­­nır və mü­­əy­­yən bəh­­rin met­­ri­­ka­­sı­­nın xü­­su­­siy­­yət­­lə­­ri­­ni özün­­də əks et­­di­­rir. Mu­­ğam­­la­­rın da­­xi­­lin­­də müx­­tə­­lif ifa­­də tərz­­li re­­çi­­ta­­tiv­­lə­­rə rast gə­­li­­rik. Mə­­sə­­lən, Azər­­bay­­can “Rast” mu­­ğam dəst­­ga­­hın­­da bir səs üzə­­rin­­də qu­­ru­­lan re­­çi­­ta­­tiv­­lər, me­­lo­­dik­­ləş­­di­­ril­­miş re­­çi­­ta­­tiv­­lər üs­­tün­­lük təş­­kil edir.

Bir səs üzə­­rin­­də qu­­ru­­lan re­­çi­­ta­­tiv­­lə­­rə nü­­mu­­nə:

1-ses

Mis­ra əruz vəz­ni­nin Rə­məl bəh­rin­də “Fai­la­tün, fai­la­tün, fai­la­tün, fai­la­tün” tə­fi­lə­sin­də­dir. Bu cür for­ma­lı re­çi­ta­tiv­lər­də me­lo­dik in­ki­şaf de­yil, rit­mik fi­qur­lar ön pla­na çı­xır. Mu­ğam­la­rın bir ço­xu əv­vəl­dən so­na qə­dər me­lo­dik­ləş­di­ril­miş re­çi­ta­tiv­lər üzə­rin­də qu­ru­lur. Azər­bay­can mu­ğam dəst­ga­hı da­xi­lin­də ka­no­nik imi­ta­si­ya, ka­man­ça­nın ifa­sı sa­yə­sin­də or­qan punk­tu üzə­rin­də tar və vo­kal par­ti­ya­nın hə­rə­kə­ti za­ma­nı mil­li çox­səs­li­lik nü­mu­nə­lə­ri­nə rast gə­li­rik. Ka­no­nik imi­ta­si­ya­lı səs­lən­mə yal­nız Azər­bay­can mu­ğam dəst­gah­la­rı üçün xa­rak­te­rik­dir.

Mü­əy­yən olun­muş böl­gə­lə­rin mu­ğam­la­rı yer­li xü­su­siy­yət­lə­rə, mil­li mu­si­qi tə­fək­kü­rü tər­zi­nə xas ic­ra olu­nur. Bə­zi Şərq mu­ğam­la­rı zərb alət­lə­rin­dən, ərəb nəzm sis­te­mi­nə uyar olan rit­mik fi­qur­lar­dan –üsul, ika­lar­dan azad­dır. Məhz ona gö­rə də, on­lar not ya­zı­sın­da öl­çü­süz “sen­za mi­su­ra” ki­mi gös­tə­ri­lir.

Üsul klas­sik mu­si­qi­nin va­cib zə­ru­riy­yə­ti­dir. Tür­ki­yə fa­sıl­la­rı üç zərb alə­ti – kü­dum, zil, çar­pa­rə; Bu­xa­ra ma­kom­la­rı isə doy­ra zərb alə­ti ilə mü­şa­yi­ət olu­nur. Fa­sıl­lar zo­na xü­su­siy­yət­lə­ri­ni ifa­də edən bö­yük an­sambl tə­rə­fin­dən ic­ra olu­nur. An­samb­lın tər­ki­bi 40 xa­nən­də, 10 ka­man, 5 ka­man­ça, 8 ney, 6 tən­bur, 4 ud, 2 san­tur, 3 qa­nun­dan iba­rət­dir. On­lar fas­lı uni­son ifa edir­lər [7, s. 77]. Bu­xa­ra ma­ko­mu xa­nən­də və bö­yük an­sambl ilə ic­ra olu­nur. Bu­ra­da an­samb­lın tər­ki­bi­nə tən­bur, dü­tar, qi­cak, nay, doy­ra və s. ki­mi alət­lər da­xil olur. Hə­min alət­lər də ma­ko­mı uni­son ifa edir [7, s. 36]. Mu­ğam­la­rı mü­şa­yi­ət edən zərb alət­lə­ri an­samb­lın ifa­sı­na di­ri­jor­luq edə­rək, üsul – ika ad­la­nan rit­mik fi­qur­la­rı ifa edir­lər [3, s.36]. Hə­min rit­mik fi­qur­lar qı­sa və on­dan iki­qat uzun öl­çü­lə­rin ar­dı­cıl­laş­ma­sı əsa­sın­da ya­ra­na­raq ərəb nəzm sis­te­mi olan əruz vəz­nin­də ya­zıl­mış qə­zə­lin öl­çü­sü­nə və ya bu sis­te­min qə­lib­cik­lə­ri – tə­fi­lə­lə­rə uy­ğun qu­ru­lur. Mu­ğam­la­rı mü­şa­yi­ət edən üsul­lar cid­di ni­za­ma sa­lı­nıb qa­nu­ni­ləş­di­ril­miş­dir. Hə­min rit­mik fi­qur­lar cid­di iş­lən­miş qə­li­bi xa­tır­la­yır. O.Boç­ka­re­va ya­zır: “Metr mu­si­qi­nin za­man mü­na­si­bət­lə­ri­nin öl­çü­sü sa­yı­lır və rit­min da­ha mü­rək­kəb na­xış­la­rı­nı mü­əy­yən et­mə­yə kö­mək edir [2, s. 199].

Mu­ğam­la­rın hər bir böl­mə­si­nin öz üsu­lu var. Üsul­lar qı­sa ol­duq­ca on­la­rın rit­mik qu­ru­lu­şu mu­ğa­mın ic­ra­sı za­ma­nı da­ha ay­dın qav­ra­nı­lır və vo­kal par­ti­ya­nın rit­mik şək­li ilə üst-üs­tə dü­şür. Os­ti­nat rit­mik for­mul şək­lin­də olan fi­qur­lar me­lo­di­ya­lar ilə uy­ğun­la­şa­raq xa­nə çər­çi­və­si­nə sı­ğı­şır­lar. Qeyd edil­mə­li­dir ki, öz­bək və Tür­ki­yə mu­si­qi­sin­də möv­cud olan üsul­lar­la əruz vəz­ni­nin tə­fi­lə­lə­ri ara­sın­da qu­ru­luş nöq­te­yi-nə­zə­rin­dən uy­ğun­luq ol­du­ğu­nu mü­əy­yən et­mək olar. Rit­mik for­mul­lu üsul­lar əruz vəz­ni­nin ey­ni tə­fi­lə­li bəh­ri ki­mi bü­tün əsər bo­yu os­ti­na­to şək­lin­də səs­lə­nə­rək onun özə­yi­ni təş­kil edir. Fra­za və ki­çik me­lo­dik dö­nüm həcm­li üsul­la­ra öz­bək ma­kom­la­rı da­xi­lin­də rast gə­li­nir. Həcm­cə bir qə­dər ge­niş olan üsul­lar rit­mik fi­qur­lar ki­mi os­ti­na­to ilə tək­rar olu­na­raq mü­əy­yən böl­mə­nin mu­si­qi­li mə­ka­nı­na cəm­lə­nir. Bur­da zərb mü­şa­yə­ti­nin met­rik sxe­mi­nin uzun ol­ma­sı qav­ra­ma qa­bi­liy­yə­ti üçün çə­tin­lik tö­rə­dir. Ey­ni za­man­da mu­ğam­la­rın rit­mik fi­qur­la­rı­nı ifa edən zərb alət­lə­ri ic­ra za­ma­nı fər­di ko­lo­rit ya­ra­dır. Nə­ti­cə çı­xa­rı­lır ki, xalq pro­fes­sio­nal mu­si­qi­sin­də zərb alət­lə­ri­nin rit­mi öz xa­ri­ci sa­də­li­yi­nə bax­ma­ya­raq son də­rə­cə­də mü­rək­kəb­dir.

 ƏDƏBİYYAT:

  1. Cəfər Ə. Əruzun nəzəri əsasları və Azərbaycan əruzu. B.: Elm, 1977, 415 s.
  2. Бочкарева О.А. О ритмике узбекской народной инструментальной музыки. / История и современность: проблемы музыкальной культуры народов Узбекистана, Туркмении, Таджикистана. М.: 1972, с. 276-296.
  3. Романовская Е.Е. Статьи и доклады. Записи музыкального фольклора. Т.: Гослитиздат Узб. ССР, 1957, 286 с.
  4. Соломонова Т.Е. Некоторые черты композиционных взаимосвязей текста и ритмики напева в узбекской народной песне. / История и современность: проблемы музыкальной культуры народов Узбекистана, Туркмении, Таджикистана. М.: 1972
  5. Харлап М.Г. Тактовая система музыкальной ритмики. / Проблемы музыкального ритма: Сборник статей. М.: Музыка, 1978, с. 48-104.
  6. Хамраев М.И. Основы тюркского стихосложения. А.: Изд-во АН КазССР, 1963, 215 c.
  7. Karahan A. Eski türk edebiyatı incelemeleri. İ.: Türk Tarih Kurumu Basımevi, 1958, 324 s.
  8. Zeki Y. Türk musiкisi formları / Тürk musiкisi dеrslеri. İ.: 1994. 256 s.

 

Фахраддин ДАДАШОВ

Народный артист, профессор

Агасалим АБДУЛЛАЕВ

Народный артист, профессор

 

ВЛИЯНИЕ ПОЭТИЧЕСКОЙ МЕТРИКИ НА МЕЛОДИКУ

МУГАМОВ

Резюме: В представленной статье рассматриваются такие особенности, как квантитативный ритм, музыкальный метр макамов, стиль восточного стихосложения и т.д.

Ключевые слова: маком, хона, усуль

 

Fakhraddin DADASHOV

People`s artist, professor

Agasalim ABDULLAYEV

People`s artist, professor

 

THE EFFECTS OF POETIC METRICS ON MELODİC

DEVELOPMENT OF MUGHAM

Summary: In sub-section examines features such as quantitative hythm, musical meter makam, eastern style of poetry and etc.

Keywords: Makom, xone, usul.

 

Rəyçilər: sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor  Rafiq Musazadə;

Mövzuya uyğun