AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 4, 2017

Aygün ABBASOVA

AMK-nın müəllimi

Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7

 Email: muradova.77@list.ru

UOT:78.071.1

AZƏRBAYCAN BƏSTƏKARLARININ YARADICILIĞINDA UŞAQ

FORTEPİANO SİLSİLƏLƏRİ

(XX əsrin 30-80-ci illəri)

endir

PDF

Xülasə: Məqalə fortepiano musiqi ədəbiyyatının vacib sahələrindən  biri olan uşaq fortepiano silsilələrinə həsr olunub. Bu kontekstə Qərb musiqisində olan parlaq nümunələrlə bərabər Azərbaycan bəstəkarlarının yaradıcılığında və pedaqoji repertuarında geniş yer alan əsərlər nəzərdən keçirilir.

Açar sözlər: Azərbaycan bəstəkarları, uşaq fortepiano silsilələri, uşaq albomu, pedaqoji repertuar

Əsr ya­rım­lıq ta­ri­xi olan uşaq for­te­pia­no al­bom­la­rı, sil­si­lə­lə­ri klas­sik dün­ya mu­si­qi­sin­də əhə­miy­yət­li yer tu­tur. XIX yü­zil­lik­də tək nü­mu­nə­lər­lə təq­dim olu­na­raq (Şu­man, Bi­ze, Çay­kovs­ki), on­lar XX əsr­də bö­yük re­zo­nan­sa sə­bəb ol­du. Uşa­ğın hə­ya­tı haq­qın­da in­for­ma­si­ya­nı xü­su­si bir şə­kil­də təq­dim edən “Uşaq al­bo­mu” sər­bəst jan­rın­da gö­zəl nü­mu­nə­lə­ri bəs­tə­kar­lar ta­nı­dıq­la­rı və sev­dik­lə­ri uşaq­lar üçün ya­zır­dı­lar. Bu ki­mi for­te­pia­no al­bom­la­rı, sil­si­lə­lə­ri in­cə­sə­nət­də ilk ad­dım­la­rı­nı edən ki­çik yaş­lı mu­si­qi­çi­lər üçün bö­yük hə­diy­yə­dir. Əsə­rin proq­ram­lı­lı­ğı isə uşa­ğa səs dün­ya­sın­da is­ti­qa­mət­lən­mə­yə kö­mək edən əsas bə­ləd­çi­lər­dən bi­ri ki­mi çı­xış edir. Bəs­tə­kar­lar mu­si­qi tə­fək­kü­rü­nü for­ma­laş­dı­ra­raq mu­si­qi ob­raz­la­rı­nın kö­mə­yi ilə şəx­si mu­si­qi və bə­şə­ri ide­al­la­rı ilə uşaq­la­rı ta­nış edir­lər. For­te­pia­no sil­si­lə­lə­rin möv­zu­su ge­niş­dir – uşaq hə­ya­tın­da baş ve­rən ha­di­sə­lər, oyun­lar, tə­bi­ət, emo­sio­nal-psi­xo­lo­ji və­ziy­yət­lər, in­san port­ret­lə­ri, na­ğıl­lar, folk­lor, müa­sir dün­ya­nın əks edil­mə­si.

Uşaq sil­si­lə­lə­sin­də pyes­lə­rin növ­bə­ləş­mə­si müx­tə­lif­dir. Bə­zi­lə­rin­də pyes­lər sil­si­lə­yə su­jet və ya tə­zad əsa­sın­da, di­gər­lə­rin­də isə mə­qam-in­to­na­si­ya bir­li­yi ba­xı­mın­dan bir­lə­şə bi­lər, elə­cə də sa­də­dən mü­rək­kə­bə doğ­ru yer­ləş­di­ri­lə bi­lər­lər. Mə­sə­lən, R.Şu­man 1848-ci il­də “Gənc­lər üçün al­bo­mu”nun ilk 8 pye­si­ni öz qı­zı Ma­ri­ya üçün yaz­sa da o, son­ra­kı pyes­lər­də sa­də­dən mü­rək­kə­bə doğ­ru prin­si­pi­nə ria­yət et­mə­miş­dir. Yə­ni, bəs­tə­kar sa­də­cə şa­gir­lə­rin ya­şı­na uy­gun ola­raq “Al­bo­mu” iki his­sə­yə böl­müş­dür.

R.Şu­man ənə­nə­lə­ri­ni da­vam edə­rək, bəs­tə­kar­lar oyun for­ma­sın­da müa­sir mu­si­qi di­liy­lə uşaq­la­rı ta­nış edir, məc­muə­lə­rə həm tə­li­mat xa­rak­ter­li pyes­lə­ri (po­li­fo­nik ya­zı üs­lu­bun­da), elə­cə də etüd­lə­ri və s. da­xil edə­rək on­la­rı müx­tə­lif baş­lıq al­tın­da ve­rir­lər.

R.Şu­ma­nın, E.Qri­qin, K.De­büs­si­nin, M.Ra­ve­lin, B.Bar­to­kun və s. əsər­lə­ri ilə ya­na­şı P.İ.Çay­kovs­ki­nin “Uşaq al­bo­mu” dün­ya uşaq mu­si­qi ədə­biy­ya­tı­nın qı­zıl fon­du­na da­xil­dir. Bu (24 pyes­dən iba­rət) məc­muə 1878-ci il­də bəs­tə­lən­miş­dir və bəs­tə­ka­rın ba­cı­sı oğ­lu Vo­lod­ya Da­vı­do­va həsr olun­muş­dur. Bu sil­si­lə­də pyes­lə­rin yer­ləş­di­ril­mə­si bö­yük ma­raq do­ğu­rur. Top­lu­da təs­vir edil­miş məi­şət səh­nə­lə­ri­nin, şə­kil­lə­rin və və­ziy­yət­lə­rin müx­tə­lif­li­yi­nə bax­ma­ya­raq bu­ra­da bir ne­çə və bir qə­dər sər­bəst sü­jet xət­lə­ri nə­zə­rə çar­pır. On­lar­dan bi­rin­ci­si uşa­ğın oyan­ma­sıy­la və gü­nün (“Sə­hər dua­sı”,“Qış sə­hə­ri”,“Ana”) baş­lan­ğı­cıy­la bağ­lı­dır. Növ­bə­ti sü­jet – uşa­ğın ev əy­lən­cə­lə­ri, oyun­lar­dir (“At-at oyu­nu”, “Tax­ta əs­gər­lə­rin mar­şı”). Oyun te­ma­ti­ka­sın­da ki­çik bir ha­şi­yə ki­mi gə­lin­ci­yə həsr olun­muş mi­ni tri­lo­gi­ya (“Kuk­la­nın xəs­tə­li­yi”, “Kuk­la­nın dəf­ni”, “Ye­ni kuk­la”) da özü­nü bü­ru­zə ve­rir. Gün so­na ya­xın­la­şır və sü­jet­də növ­bə­ti dö­nüş həm “Da­yə­nın na­ğıl”ı və di­gər ye­ni mu­si­qi per­so­na­jın (“Kü­pə­gi­rən qa­rı”) mey­da­na gəl­mə­si ilə bağ­lı­dır. An­caq tez­lik­lə na­ğıl bi­tir, uşaq isə yu­xu­ya qe­də­rək “Şi­rin xə­yal”a da­lır.

XX əsr­də ya­ran­mış di­gər par­laq nü­mu­nə­lər­dən bi­ri K.De­büs­si­nin “Uşaq gu­şə­si”dir (1908). De­büs­si ya­zır­dı: “Uşaq gü­şə­si” – fik­rin gö­zəl­li­yi ilə tən tu­tu­lan sə­nə­tin bir növ köv­rək mü­kəm­məl­li­yi­dir” [2, s. 33]. Imp­res­sio­nist bəs­tə­kar bu for­te­pia­no sil­si­lə­si­ni qı­zı Em­ma­ya həsr edə­rək, ye­ni ro­man­tik süi­ta for­ma­sı­na mü­ra­ci­ət et­miş­dir. Al­tı pyes­dən (“Dok­tor Gra­dus ad Par­nas­­sum”, “Fi­lin lay­la­sı”, “Gə­lin­cik üçün se­re­na­da”, “Qa­rın oyu­nu”, “Ki­çik yaş­lı ço­ban”,“Gə­lin­cik­lə­rin kek-uoku”) iba­rət bu sil­si­lə ki­çik şə­kil­lər sı­ra­sı­nı təş­kil edir və çox ma­raq­lı prin­si­pə əsas­la­nır:

а) nə­in­ki sil­si­lə­nin, hət­ta hər mi­nia­tü­rün öz proq­ra­mı ol­du­ğun­dan mu­si­qi ob­raz­la­rı konk­ret­li­yi ilə se­çi­lir;

  1. b) pyes­lər­də özü­nü bü­ru­zə ve­rən sər­bəst to­nal nis­bət­lər (C-dur, B-dur, E-dur, d-moll, A-dur, Es-dur) qeyd olun­ma­lı­dır. Bu­nun­la ya­na­şı ma­jor to­nal­lıq­la­rın və cəld tem­pin üs­tün ol­ma­sı, janr müx­tə­lif­li­yi və elə­cə də, əsə­rin yu­mo­ris­tik bir şə­kil­də həll olun­ma­sı nə­zə­rə çar­pır (bu­ra­da M.Kle­men­ti­nin etüd­lə­ri, R.Vaq­ne­rin “Tris­tan və “İzol­da” ope­ra­sın­dan bir par­ça pa­ro­di­ya edi­lir).

K.De­büs­si “Uşaq gü­şə­si” (Child­ren’s cor­ner)

    6. “Gə­lin­cik­lə­rin kek-uoku”

a-a-1

So­vet bəs­tə­kar­la­rı­nın ya­ra­dı­cı­lı­ğın­da da uşaq­lar üçün bir sı­ra for­te­pia­no sil­si­lə­lə­ri  bəs­tə­lən­miş­dir. Bun­lar­dan 30-40 il­lə­rə aid olan S.Pro­kof­ye­vin “Uşaq mu­si­qi­si” (op. 65, 1935), N.Myas­kovs­ki­nin “Uşaq­lar üçün pyes­lər” (op.43, 1938), D.Ka­ba­levs­ki­nin “For­te­pia­no üçün 30 uşaq pye­si” (op.27, 1937-38), Q.Svi­ri­do­vun “Uşaq al­bo­mu” (1948) və son­ra­ki dövr­lə­rə aid olan D.Şos­ta­ko­vi­çin “Gə­lin­cik­lə­rin yü­rü­şü” (1952), S.Qu­bay­du­li­na­nın “Uşaq oyun­caq­la­rı” (1968), S.Slo­nims­ki­nin “Uşaq­lar və gənc­lər üçün al­bom” (1970-74), R.Şed­ri­nin “Gənc­lər üçün al­bom” (1983) və s.  mi­sal gə­tir­mək olar.

Azər­bay­can bəs­tə­kar­lar­la­rı­nın ya­ra­dı­cı­lı­ğın­da uşaq for­te­pia­no mu­si­qi­si par­laq nü­mu­nə­lər­lə təq­dim olu­nub. Bu sa­hə bö­yük in­ki­şaf yo­lu ke­çə­rək mil­li mu­si­qi mə­də­niy­yə­ti­nin va­cib qol­la­rın­dan bi­ri­ni təş­kil edir. Azər­bay­can bəs­tə­kar­la­rı uşaq psi­xo­lo­gi­ya­sı­na uy­ğun ola­raq və mu­si­qi di­lin­də mil­li­li­yə əsas­la­na­raq ay­dın mu­si­qi ob­raz­la­rı ya­rat­ma­ğa ça­lı­şır­lar. Lad-har­mo­nik, tembr, ritm sa­hə­si­ni da­im zən­gin­ləş­di­rən bəs­tə­kar­lar öz əsər­lə­rin­də ge­niş janr pa­lit­ra­sı­nı əks edir­lər. Tə­zad­lı tu­tuş­dur­ma­lar, par­laq və ay­dın te­ma­tizm, la­ko­nik me­lo­dik və rit­mik struk­tur­lar, kom­pakt fak­tu­ra qu­ru­luş­la­rı və s. mu­si­qi in­for­ma­si­ya­sı­nın an­la­şıq­lı ol­ma­sı ilə əla­qə­dar­dır. Azər­bay­can bəs­tə­kar­la­rı­nın uşaq for­te­pia­no sa­hə­sin­də olan ilk təc­rü­bə­lə­ri 30-40 il­lə­rə aiddir. İl­kin nü­mu­nə­lə­rə isə A.Zey­nal­lı­nın “Uşaq süi­ta­sı”, “Ça­har­gah”, “Dur­na”, iki fu­qa aiddir. A.Zey­nal­lı­nın “Uşaq süi­ta­sı” Şu­ma­nın, Çay­kovs­ki­nin, Qla­zu­no­vun və s. uşaq və gənc­lər üçün nə­zər­də tu­tul­muş məc­muə­lə­rin ənə­nə­si­ni da­vam et­di­rir. Al­tı (“Kuk­la­la­rın yü­rü­şü”, “Uşaq və buz”, “Oyun”, “Rəqs”, “Qo­yun­lar”, “Mü­ba­hi­sə”) pyes­dən iba­rət olan bu sil­si­lə­də müx­tə­lif xa­rak­ter­li mi­nia­tür­lər va­si­tə­si­lə uşaq alə­mi təs­vir olu­nur. Uşaq­la­rın hə­ya­tı oyun for­ma­sın­da mu­si­qi-məi­şət olay­lar fo­nun­da açıq­la­nır. Hər bir pyes­də han­sı­sa jan­rın (marş, xalq mah­nı­sı, aşıq ifa­çı­lı­ğı­na xas olan) sə­ciy­yə­vi rit­mik xü­su­siy­yət­lər özü­nü bü­ru­zə ve­rir. Bu əsər­lər­lə uşaq for­te­pia­no sil­si­lə­lə­ri­nin, mi­nia­tür­lə­ri­nin tə­mə­li qo­yul­muş­dur. 30-cu il­lə­rin so­nu və 40-cı il­lə­rin əv­vəl­lə­rin­də di­gər bəs­tə­kar­lar da ox­şar nü­mu­nə­lər ya­rat­mış­dı­lar. Bun­lar­dan H.Ney­mə­to­vun “Al­tı pyes”i, Q.Hü­seyn­li­nin “Yed­di uşaq pye­si”, Ə.Ab­ba­so­vun iki dəf­tər­dən iba­rət pyes məc­muə­si və s. pe­da­qo­ji re­per­tu­ar­da yer al­mış­dır. Bö­yük Və­tən Mü­ha­ri­bə­sin­dən sağ qa­yıt­ma­yan Ha­cıa­ğa Ney­mə­tov hə­lə cəb­hə­yə get­mə­miş­dən əv­vəl bir sı­ra mah­nı və ro­mans, ka­me­ra və sim­fo­nik əsər­lər yaz­mış­dı. Bun­la­rın içə­ri­sin­də “Al­tı pyes” uşaq­la­ra ün­van­la­na­raq fərq­li ob­raz­la­rın tə­zad­lı­ğı əsa­sın­da qu­ru­lan ma­raq­lı sil­si­lə­ni təş­kil edir. Bu əsər­də müx­tə­lif janr­la­rın (lay­lay, qay­ta­ğı, mu­ğam imp­ro­vi­za­si­ya­sı, xalq li­rik rəq­si) xü­su­siy­yət­lə­ri özü­nü bü­ru­zə ve­rir.

  Sil­si­lə­ni açan “He­ka­yə” pye­si kə­dər­li əh­va­li-ru­hiy­yə­də­dir. Se­gah mə­qa­mı­na (“Şi­kəs­te­yi-fars” şö­bə­si) əsas­la­nan or­ta his­sə əsə­rin emo­sio­nal ça­lar­la­rı­nı də­yiş­di­rir və li­rik xalq rəq­si­ni xa­tır­la­dır. İki pyes “İmp­ro­vi­za­si­ya” ad­la­nır. Bu­ra­da mu­ğam ifa­çı­lı­ğı­na xas olan imp­ro­vi­zə­lik xü­su­siy­yət­lə­ri nə­zə­rə çar­pır. Bu mi­nia­tür­də iki tə­zad­lı ob­raz qar­şı-qar­şı­ya qo­yu­la­raq müx­tə­lif xa­rak­ter­li möv­zu va­si­tə­si­lə əks olu­nur (Agi­ta­to və Len­to). “Qız­la­rın rəq­si” gö­zəl və zə­rif mu­si­qi­yə əsas­la­nır. Bu­ra­da sə­ciy­yə­vi rəqs rit­mi nə­zə­rə çar­pır. “Uşaq pye­sin”də isə lay­la­ya xas olan xü­su­siy­yət­lər özü­nü bü­ru­zə ve­rir. As­ta axan in­to­na­si­ya­lar­la ya­na­şı təd­biq olu­nan li­qa­lar yel­lə­nən be­şik as­so­sia­si­ya­sı ya­ra­dır. Ana­nın lay­la­sı al­tın­da yu­xu­ya ge­dən ba­la­nın ob­ra­zı çox hə­zin bir me­lo­di­ya va­si­tə­si­lə açıq­la­nır. Be­şin­ci pyes “Dü­şün­cə” ad­la­nır və sil­si­lə­nin ən qəm­gin, qüs­sə­li mər­kə­zi­ni təş­kil edir. Aram­la in­ki­şaf edən mu­si­qi, fak­tu­ra qu­ru­lu­şu qəh­rə­man­ca­sı­na hə­lak ol­muş in­san­la­rın xa­ti­rə­si­nə ma­təm yü­rü­şü­nü xa­tır­la­dır.

Sil­si­lə­ni ta­mam­la­yan son pyes – “Qay­ta­ğı”dır (“Lez­qin­ka”). Bu rəqs üçün sə­ciy­yə­vi olan iti in­ki­şaf, di­na­mik­lik, tək­rar­la­nan in­to­na­si­ya­lar, ritm (6/8) ümu­mi ob­ra­zın açıq­lan­ma­sı­na xid­mət edir. Mi­nia­tü­rün bi­rin­ci böl­mə­sin­də mə­qam ça­la­rı də­yiş­kən­li­yi ilə özü­nü bü­ru­zə ve­rir. Bu­nun nə­ti­cə­sin­də ey­ni me­lo­di­ya gah zə­rif, gah da kəs­kin bir səs­lən­mə alır. Or­ta böl­mə da­ha da sü­rət­li temp­də səs­lə­nir (Vi­va­ce), me­lo­di­ya­da “yel ki­mi uçan” fi­qu­ra­si­ya­lar mey­da­na gə­lir, mü­şa­yi­ət­də isə “sə­pə­lə­nən” pas­saj­lar ak­kord­la­rı əvəz­lə­yir.

50-60-ci il­lər­də Q.Qa­ra­yev, F.Əmi­rov, E.Nə­zi­ro­va, V.Adı­gö­zə­lov uşaq və gənc ifa­çı­lar üçün əsər­lər ya­rat­mış­dı­lar və bu­nun­la təd­ris-pe­da­qo­ji re­per­tua­rı zən­gin­ləş­dir­miş­di­lər. Bu­ra­da xü­su­si­lə, Q.Qa­ra­ye­vin “Kə­dər­li he­ka­yə”, “Fil və it”, “Al­tı uşaq pye­si”, “Al­tı or­ta çə­tin­lik­li pyes­lər” və elə­cə də F.Əmi­ro­vun “Va­ria­si­ya­lar”ı, “İki pre­lüd”, “Uşaq löv­hə­lə­ri”, “12 mi­nia­tür” məc­muə­lə­ri qeyd olun­ma­lı­dır.

Q.Qa­ra­ye­vin “Al­tı uşaq pye­si”ndə li­rik pyes­lər cəld, şux pyes­lər­lə tə­zad­ təş­ki­l     e­dir. Bu­ra­da bəs­tə­kar Azər­bay­can mə­qam­la­rı­na əsas­la­nır (rast, ba­ya­tı-şi­raz).

Q.Qa­ra­yev“Al­tı uşaq pye­si” (“Fır­fı­ra”)

a-a-2

“Al­tı or­ta çə­tin­lik­də pyes­lər”də bəs­tə­kar to­nal sis­te­min­dən uzaq­la­şa­raq mu­si­qi­ni dis­so­nans səs bir­ləş­mə­lə­ri ilə zən­gin­ləş­di­rir, bə­zi­lə­rin­də klas­ter­lər təd­biq edir (“Ya­gış ya­ğır”). F.Əmi­rov da öz for­te­pia­no pyes­lə­rin­də tə­zad prin­si­pi­nə əsas­la­nır. Bu əsər­lər­də Azər­bay­can folk­lo­ru­nun sə­ciy­yə­vi xü­su­siy­yə­lə­ri nə­zə­rə çar­pır. Bəs­tə­kar müx­tə­lif mə­qam­lar­dan ya­rar­la­na­raq ma­raq­lı yö­nəl­mə­lə­rə üz tu­tur, elə­cə də, ey­ni­ad­lı mə­qam­la­rı tu­tuş­du­rur, trans­po­zi­si­ya­la­ra mü­ra­ci­ət edir. Q.Qa­ra­ye­vin, F.Əmi­ro­vun uşaq­lar üçün for­te­pia­no sil­si­lə­lə­rin­də sa­də for­ma­lar ilə ya­na­şı ənə­nə­vi for­ma­la­ra sər­bəst ya­naş­ma tər­zi, elə­cə də, po­li­fo­nik for­ma­la­ra mü­ra­ci­ət mü­şa­hi­də olu­nur (Q.Qa­ra­yev “Al­tı or­ta çə­tin­lik­də pyes­lər”dən “Ki­çik he­ka­yə” və s.).

70-80-cı il­lər­də Azər­bay­can bəs­tə­kar­la­rı uşaq­lar üçün proq­ram­lı və proq­ram­sız, ki­çik və elə­cə də iri həcm­li əsər­lər ya­rat­mış­dı­lar. Qeyd et­mək la­zım­dır ki, bu dövr­də A.Mə­li­ko­vun “Uşaq pyes­lə­ri”, T.Ba­kı­xa­no­vun “Beş uşaq pyes­lə­ri”, E.Rüs­tə­mo­vun “Al­tı pyes”i, A.Əli­za­də­nin “Uşaq süi­ta­sı”, F.Qu­li­ye­va­nın “Gü­ne­lin uşaq es­kiz­lə­ri”, O.Zül­fu­qa­ro­vun “Va­ria­si­ya­la­rı”, R.Şə­fə­qin “Uşaq­la­ra”, “Mu­si­qi na­xış­la­rı” və s. mey­da­na gəl­miş­dir. Bu­nun­la ya­na­şı, uşaq for­te­pia­no mu­si­qi­si­nə XX əs­rin mu­si­qi di­li­nin in­ki­şa­fı müs­tə­vi­sin­dən bax­maq la­zım­dır. Be­lə ki, bə­zi­lə­rin­də po­li­to­nal səs bir­ləş­mə­lə­ri ilə göz­lə­nil­məz mo­dul­ya­si­ya­lar (X.Mir­zə­za­də “Uşaq pyes­lə­ri”), səs­lə­rin kont­ra­punkt yer­də­yiş­mə­lə­ri və klas­ter­lə­rin təd­bi­qi (C.Ha­cı­yev “Mu­si­qi löv­hə­lə­ri”), uzaq to­nal­lı­qa­la­rın üfü­qi xətt üz­rə tu­tuş­du­rul­ma­sı (T.Qu­li­yev “Cə­mi­lə­nin al­bo­mu”) və s. nə­zə­rə çar­pır. Nə­zər ye­tir­di­yi­miz ək­sər sil­si­lə­lər özün­də müx­tə­lif xa­rak­ter­li və janr­lı pyes­lə­ri bir­ləş­di­rə­rək ye­ni süi­ta­nın prin­sip­lə­ri­ni əks edir. Müa­sir uşaq for­te­pia­no mu­si­qi­si aka­de­mik mu­si­qi dün­ya­sın­da olan qlo­bal pro­ses­lə­rin özü­nə­məx­sus təf­si­ri­dir, ək­si­dir və onun ən yax­şı ta­pın­tı­la­rı uşa­ğın qav­ra­yı­şı­na əsa­sən uy­ğun­laş­dı­rı­lır. Müx­tə­lif mər­hə­lə­də təh­sil alan gənc ifa­çı­lar üçün nə­zər­də tu­tul­muş məc­muə­lər, ay­rı-ay­rı mi­nia­tür­lər, so­na­ta və va­ria­si­ya­lar həm ifa­də va­si­tə­lə­ri­nin fərq­li­li­yi­nə gö­rə və elə­cə də bəs­tə­ka­rın fər­di ya­ra­dı­cı­lıq üs­lu­bu ba­xı­mın­dan ma­raq do­ğu­rur.

ƏDƏ­BİY­YAT:

  1. Aббасова Э.А. История азербайджанской музыки, I часть, Б.: Маариф, 1992, 232 с.
  2. Дебюсси K. Статьи, рецензии, беседы, пер. с франц. М. Л., 1964, c. 33
  3. Корто А. Фортепианная музыка Клода Дебюсси. // О фортепианном искусстве:  Статьи, материалы, документы. М.: 1965, с. 138-139.
  4. Касимова С.Д; Багиров Н.Г. Азербайджанская советская музыкальная литература. Б.: Маариф, 1986, 264 с.
  5. Сеидов Т.А. Азербайджанская советская фортепианная музыка (1930-1970). Б.: Язычы, 1980, 149 с.
  6. Сеидов Т.А. Азербайджанская фортепианная культура ХХ века: педагогика, исполнительство и композиторское творчество. Б.: Азернешр, 2006, 270 с.

 

Айгюн АББАСОВА

Педагог AНK

 

ДЕТСКИЕ ФОРТЕПИАННЫЕ ЦИКЛЫ В ТВОРЧЕСТВЕ АЗЕРБАЙДЖАНСКИХ КОМПОЗИТОРОВ

(30-80-е годы XX столетия)

 

Резюме: Статья посвящена одной из важных областей фортепианной музыкальной литературы — детским фортепианным циклам. Исходя из данного контекста рассматриваются лучшие образцы, представленные в музыке и, в особенности, творчестве азербайджанских композиторов.

Ключевые слова: азербайджанские композиторы, детские фортепианные циклы, детский альбом, педагогический репертуар.

 

 Aygun ABBASOVA

Teacher of ANC

 

CHILDREN’S PIANO CYCLES IN CREATIVITYOFAZERBAIJANI COMPOSERS

(30-80th years of XX century)

 

Summary: The article is devoted to one of the important areas of piano music literature for children’s piano cycles.Based on this context are considered the best samples presented in music and ,especially the works of Azerbaijani composers.

Key words: Azerbaijani composers, children’s cycle cycles, children’s album, pedagogical repertoire.

 

Rəyçilər: sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vəfa Xanbəyova;

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Zöhrə Zalova

Mövzuya uyğun