AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

«Konservatoriya” jurnalı  № 1, 2018

 

İradə CƏFƏROVA

Pedaqogika üzrə fəlsəfə doktoru

       AMK-nın baş müəllimi               

                                                                                                                             Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7

                                              Email: irada.cafarova@box.az

UOT: 378.14.015.62               

YENİ İNFORMASİYA TEXNOLOGİYALARININ

ƏQLİ FƏALİYYƏTİN  FƏALLAŞMASINDA ROLU

 

Xülasə: Məqalədə informasiya texnologiyalarının inkişafı, cəmiyyətimizdə rolu, xüsusilədə təhsildə əhəmiyyəti qeyd olunur. Həmçinin, əqli fəaliyyətin inkişafı istiqamətində informasiya texnologiyalarının təsiri prinsipləri araşdırılır.

Açar sözlər: informasiya, təlim, texnologiya, əqli fəaliyyət

 

İn­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı mək­təb­li­lə­rin bi­lik­lə­ri­ni can­lı təs­vir­lər­lə əla­mət­lə­ri­ni bir for­ma­da nü­ma­yiş et­di­rir, tə­li­min prin­sip­lə­ri­nin mü­vəf­fə­qiy­yət­lə hə­ya­ta keç­mə­si­nə kö­mək gös­tə­rir. İn­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rın­dan is­ti­fa­də mü­rək­kəb proq­ram ma­te­ria­lı­nın da da­ha yax­şı və asan­lıq­la ba­şa dü­şül­mə­si­nə im­kan ve­rir, öy­rə­ni­lən­lə­rin yad­da sax­lan­ma­sı­na şə­ra­it ya­ra­dır.

El­mi­lik prin­si­pi ümum­təh­sil mək­təb­lə­rin­də təd­ris olu­nan fən­lə­rin məz­mu­nun­da el­min baş­lı­ca meyl­lə­ri­ni əks et­di­rən və həm də mü­va­fiq yaş­da olan şa­gird­lə­rin an­la­ya bi­lə­cə­yi əsas ide­ya­la­rı mü­əy­yən­ləş­dir­mə­yi nə­zər­də tu­tur. Prin­si­pin ma­hiy­yə­ti bun­dan iba­rət­dir ki, tə­lim pro­se­sin­də mək­təb­li­lər bu və ya di­gər el­min sü­bu­ta ye­ti­ril­miş ide­ya­la­rı ilə ta­nış edil­sin­lər, on­la­rın ya­ra­dı­cı qa­bi­liy­yət­lə­ri­nin in­ki­şa­fı diq­qət mər­kə­zin­də da­yan­sın, şa­gird­lər ci­sim və ha­di­sə­lər ara­sın­da möv­cud olan da­xi­li əla­qə­lə­ri ba­şa düş­sün­lər. Ça­lış­maq la­zım­dır ki, mək­təb­li­lə­rin şüu­run­da mad­di alə­min tam el­mi mən­zə­rə­si ya­ran­sın. İn­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı el­mi­lik prin­si­pi­nin qar­şı­sın­da da­ya­nan bu və­zi­fə­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si­nə kö­mək gös­tə­rir.

Tə­li­min şü­ur­lu­luq və fə­al­lıq prin­si­pi də diq­qət mər­kə­zin­də ol­ma­lı­dır. Bu prin­sip də in­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı ilə sıx su­rət­də bağ­lı­dır. İn­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı­nın kö­mə­yi ilə şa­gird­lər ci­sim və ha­di­sə­lər ara­sın­da möv­cud olan da­xi­li əla­qə­lə­ri ba­şa dü­şür.

Tə­li­min şü­ur­lu­luq və fə­al­lıq prin­si­pi də diq­qət mər­kə­zin­də ol­ma­lı­dır. Bu prin­sip də in­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı ilə sıx su­rət­də bağ­lı­dır. İn­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı­nın kö­mə­yi­lə şa­gird­lər fakt və ha­di­sə­lər­dən da­ha yax­şı baş çı­xa­rır, tə­şəb­büs­kar­lıq gös­tə­rir, mək­təb­də al­dıq­la­rı bi­lik­lə­ri təc­rü­bə­yə tət­biq et­mə­yi öy­rə­nir­lər. İn­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı­nın kö­mə­yi­lə prob­lem­li si­tua­si­ya­la­rın ya­ra­dıl­ma­sı yo­lu tə­fək­kü­rün fə­al­lı­ğı­na na­il olu­nur, yə­ni şa­gird­lər bi­lik­lə­rin müs­tə­qil qa­za­nıl­ma­sı üz­rə ax­ta­rış­la­ra cəlb olu­nur­lar. Bu vaxt elə şə­ra­it ya­ra­dı­lır ki, hə­min və­ziy­yət­dən çıx­ma­ğın yol­la­rı­nı şa­gird­lər öz­lə­ri ax­ta­rıb ta­pır­lar. Na­mə­lu­mu (məc­hu­lu) aş­ka­ra çı­xa­ra­raq, film­də, ya­xud ra­dio ve­ri­li­şin­də irə­li sü­rü­lən və­zi­fə­lə­ri ye­ri­nə ye­ti­rə­rək, mək­təb­li­lər bi­lik­lə­ri müs­tə­qil əl­də edir və nə­ti­cə çı­xa­rır­lar.

Bi­lik­lə­rə şü­ur­lu şə­kil­də yi­yə­lən­mək­də mək­təb­li­nin həm əq­li fəa­liy­yət gös­tər­mə­si, mü­qa­yi­sə, təh­lil, tər­kib, ümu­mi­ləş­dir­mə apar­ma­sı, nə­ti­cə­yə gəl­mə­si və həm də əmə­li fə­al­lıq nü­ma­yış et­dir­mə­si – nə­zə­ri bi­lik­lə­ri­ni öz fəa­liy­yə­ti pro­se­sin­də tət­biq et­mə­si va­cib şərt­dir. İn­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı bu iş­lər­də mək­təb­li­nin kö­mə­yi­nə gə­lir.

Sis­tem­li­lik ma­te­ri­al­la­rın ar­dı­cıl şə­kil­də ve­ril­mə­si­ni nə­zər­də tu­tur. La­kin vax­ti­lə Ko­mens­ki­nin, Pes­ta­lot­si­nin, Dis­ter­ve­qin di­dak­tik sis­tem­lə­rin­də ifa­də edil­miş klas­sik qay­da, konk­ret mü­cər­rə­də, ya­xın­dan uza­ğa, mə­lum­dan məç­hu­la, sa­də­dən mü­rək­kə­bə, asan­dan çə­ti­nə doğ­ru get­mək qay­da­sı hər cür məz­mu­nu mə­zər­dən ke­çi­ril­mə­si­nə tət­biq edi­lə bil­məz. Bə­zən uzaq və mü­rək­kəb olan uşaq­lar üçün ma­raq­lı və mü­yəs­sər olur (mə­sə­lən, cə­nub öl­kə­lə­ri­nin hey­van və bit­ki­lə­ri). Çox vaxt mü­cər­rəd­dən, ümu­mi­dən (qa­nu­nun tə­rə­fin­dən, ifa­də­sin­dən) baş­la­maq və yal­nız bun­dan son­ra konk­re­tə və xü­su­si­yə keç­mək la­zım gə­lir. Sis­tem­li­lik və ar­dı­cıl­lı­ğa, elə­cə də gös­tə­ri­lən qay­da­la­rın tət­bi­qi­nə bi­li­yin tə­lim və tə­lim pro­se­si­nin özü­nün dia­lek­tik tə­biə­ti­nə, tə­lim pro­se­si­nin baş ver­di­yi konk­ret şə­rai­tə əsas­la­na­raq oy­naq ya­naş­maq la­zım­dır.

Dərs­də ye­ni tex­no­lo­gi­ya­lar va­si­tə­si­lə təd­ris ma­te­ria­lı­nın çat­dı­rıl­ma­sı ye­ni möv­zu­nun öy­rə­nil­mə­si­nə ma­raq oya­dan mo­ti­və çev­ri­lə bi­lər. Tex­ni­ki va­si­tə­lə­rin qar­şı­sın­da konk­ret məq­səd da­ya­nır, ax­ta­rış üçün is­ti­qa­mət ve­ri­lir. Mü­əl­lim re­al mən­zə­rə­ni da­ha doğ­ru-düz­gün əks et­di­rən əya­ni va­si­tə­nin kö­mə­yi­lə çox yük­sək təd­ris-tər­bi­yə­vi sə­mə­rə əl­də edir. Ümu­miy­yət­lə, tə­li­mi­nin tex­ni­ki va­si­tə­lə­ri:

  1. Dər­si əya­ni­ləş­di­rir. Di­gər əya­ni va­si­tə­lər da­ha az tə­sir­li ol­duq­da in­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı tət­biq edi­lir.
  2. Fakt və ha­di­sə­lər, əş­ya və pred­met­lər haq­qın­da, öy­rə­ni­lən ob­yekt­lər və ha­di­sə­lər ba­rə­sin­də şa­gird­lə­rə ye­ni bi­lik və mə­lu­mat ve­rir. Bi­lik və mə­lu­ma­tı mü­əl­li­min şər­hi (nəq­li, iza­hı və mək­təb mü­ha­zi­rə­si) va­si­tə­si­lə çat­dı­rıl­ma­sı ilə mü­qa­yi­sə­də in­for­ma­si­ya va­si­tə­lə­ri ob­yek­tiv ger­çək­lik ba­rə­də da­ha tam və dü­rüst mən­zə­rə ya­ra­dır. Bu da ye­ni bi­lik­lə­rin şü­ur­lu və möh­kəm mə­nim­sə­nil­mə­si­ni tə­min edə­rək, tə­li­min sə­mə­rə­li­li­yi­ni ar­tı­rır.
  3. Əl­də edi­lən nə­zə­ri, el­mi bi­lik­lər hə­yat­la, əmək­lə, ic­ti­mai-si­ya­si ha­di­sə­lər­lə, bey­nəl­xalq və­ziy­yət­lə əla­qə­lən­di­ri­lir. Mü­rək­kəb el­mi eks­pe­ri­ment­lə­rin nü­ma­yi­şi, ta­nın­mış şəxs­lər, ta­ri­xi ha­di­sə­lə­rin iş­ti­rak­çı­la­rı ilə ün­siy­yət im­kan­la­rı­nı da ge­niş­lən­di­rir.
  4. Mü­va­fiq ba­ca­rıq və vər­diş­lə­rin ya­ra­dıl­ma­sı­na im­kan ve­rir. Bu­ra­ya mü­şa­hi­də et­mə­yi ba­car­maq vər­di­şi və s. da­xil­dir. Bu isə mə­lum ol­du­ğu ki­mi, fəa­liy­yə­tin bü­tün sa­hə­lə­ri üçün va­cib olan bir vər­diş­dir.
  5. İn­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı elm, mə­də­niy­yət, in­cə­sə­nət, ic­ti­mai hə­yat və s. sa­hə­lə­rə da­ir su­al­la­ra ca­vab tap­maq­da şa­gird­lə­rə kö­mək gös­tə­rir.
  6. Ümu­miy­yət­lə, in­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı dər­sin sə­mə­rə­lə­li­yi­ni, tə­li­min sü­rə­ti­ni ar­tı­rır, proq­ram ma­te­ria­lı­nın mə­nim­sə­nil­mə­si­nə sərf olu­nan vax­tı qı­sal­dır.
  7. İn­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı­nın tət­bi­qi mü­əl­li­mi tex­ni­ki işin ağır­lı­ğın­dan xi­las edir. İm­kan ve­rir ki, fəa­liy­yə­tin ya­ra­dı­cı tə­rə­fi­nə da­ha çox vaxt ayı­ra bil­sin. Nə­ti­cə­də fak­tik ma­te­ria­la da­ir bi­lik­lə­rin yox­lan­ma­sı üçün mü­rək­kəb ol­ma­yan müx­tə­lif nə­za­rə­te­di­ci va­si­tə­lər mü­vəf­fə­qiy­yət­lə tət­biq olu­nur. Be­lə­lik­lə, təd­ris ma­te­ria­lı üz­rə şa­gird­lər ara­sın­da sü­rət­li temp­lə və vax­ta qə­na­ət et­mək­lə sor­ğu apar­maq im­ka­nı ya­ra­nır.

İn­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı­nın fay­da­sı­nı həm də bun­da gör­mək olar ki, alı­nan mə­lu­mat­lar qı­sa­müd­dət­li ha­fi­zə­dən uzun­müd­dət­li ha­fi­zə fon­du­na ötü­rü­lür. Təh­lil-tər­kib, ümu­mi­ləş­dir­mə, nə­ti­cə çı­xar­maq əsa­sın­da qa­za­nıl­mış ma­te­ri­al­lar saf-çü­rük edi­lir, da­ha əh­miy­yət­li­lə­ri yad­daş­da möh­kəm­lə­nir, nis­bə­tən az fay­da­lı­lar mü­əy­yən vaxt içə­ri­sin­də ha­fi­zə­də sax­la­nı­lır, əhə­miy­yə­ti­ni iti­rən­lər isə yad­daş­dan si­li­nir.

İn­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı­nın tə­lim pro­se­si­nə tət­bi­qi­nin psi­xo­lo­ji xü­su­siy­yət­lə­rin­dən da­nı­şar­kən, bu va­si­tə­lə­rin his­si ob­raz­la­rın ya­ra­dıl­ma­sı­na gös­tər­di­yi tə­sir diq­qət­dən ya­yı­na bil­məz. Şa­gird­lər in­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı­nın kö­mə­yi­lə ci­sim və ha­di­sə­lər haq­qın­da ve­ri­lən mə­lu­ma­tı dərk edər­kən on­la­ra mü­əy­yən mü­na­si­bət gös­tə­rir­lər. His­si (pre­sep­tik) ob­raz­lar mə­lu­mat­la­rın qə­bul edil­mə­si pro­se­sin­də əmə­lə gə­lir. Bu ob­raz­lar hiss et­mək, fərq­lən­dir­mək və an­la­maq mər­hə­lə­lə­rin­də for­ma­la­şır.

Təd­ris ma­te­ri­al­la­rı­nın, in­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı­nın kö­mə­yi­lə ve­ri­lən mə­lu­ma­tın qav­ra­nıl­ma­sın­da və ba­şa dü­şü­nül­mə­sin­də qav­ra­yı­şın tam­lı­ğı, mə­na­lı­lı­ğı, se­çi­ci­li­yi və nis­bi sa­bit­li­yi mü­hüm əhə­miy­yət da­şı­yır. Be­lə ki, əgər tex­ni­ki va­si­tə­lə­rin bu və ya di­gər ün­sür­lə­ri­nin – iş­çi or­qan­la­rın mü­əy­yən olun­ma­sın­da və tex­ni­ki qur­ğu­la­rın va­si­tə­si­lə təq­dim edi­lən mə­lu­mat­la­rın ay­rı-ay­rı tə­rəf­lə­ri­nin aş­kar­lan­ma­sın­da qav­ra­yı­şın tam­lı­ğı əsas ter tu­tur­sa; alı­nan mə­lu­mat­la­rın dərk olun­ma­sın­da – qav­ra­yı­şın mə­na­lı­ğı; tex­ni­ki va­si­tə­lə­rin yad­da­şın­da­kı ha­zır­da gə­rək­li sa­yı­lan mə­lu­mat­la­rı baş­qa­la­rın­dan qur­ğu­dan alı­nan mə­lu­mat­la­rın məğ­zi­ni za­man, mə­kan və hə­rə­kət for­ma­la­rın­dan ası­lı ol­ma­dan mü­əy­yən vaxt üçün sa­bit qal­ma­sın­da qav­ra­yı­şın nis­bi sa­bit­li­yi müs­təs­na də­rə­cə­də mü­hüm rol oy­na­yır.

Tex­ni­ki qur­ğu­lar­la iş za­ma­nı gör­mə qav­ra­yı­şı­nın həc­mi də az əhə­miy­yə­tə ma­lik de­yil. De­mə­li, şa­gird bir də­fə bax­maq­la nə qə­dər çox bö­yük ob­yek­ti qav­ra­ya bi­lər­sə, bir o qə­dər çox mə­lu­ma­ta yi­yə­lə­nir. Bu tə­lim ma­te­ri­al­la­rı­nın his­sə­lə­ri­nə mü­na­si­bət­də be­lə­dir.

İn­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rın­dan is­ti­fa­də za­ma­nı mək­təb­li­lər həm də ira­di fəa­liy­yət gös­tə­rir. Şa­gird­lər­də ira­də­nin bir sı­ra xü­su­siy­yət­lə­ri özü­nü bi­ru­zə ve­rir. İn­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı­nın tət­biq olun­du­ğu dərs­lər­də hər han­sı bir qə­rar qə­bul edi­lər­kən bir sı­ra is­ti­qa­mət­lə­ri nə­zə­rə al­maq la­zım­dır. Hə­min is­ti­qa­mət­lər aşa­ğı­da­kı­lar­dan iba­rət­dir: 1) mən­ti­qi-psi­xo­lo­ji is­ti­qa­mət; 2) əmə­liy­ya­tı ye­ri­nə ye­tir­mə is­ti­qa­mə­ti; 3) funk­sio­nal-di­na­mik is­ti­qa­mət; 4) qə­ra­rı qə­bul et­mə pro­se­si­nin for­ma­laş­dı­rıl­ma­sı is­ti­qa­mə­ti.

Mə­lum ol­du­ğu ki­mi, hər han­sı dərk et­mə pro­se­si duy­ğu­lar­dan, his­si qav­ra­yış­dam baş­la­nır. Tə­lim pro­se­sin­də bə­zi mü­əl­lim­lər əya­ni­lik və eks­pe­ri­ment tət­biq et­mək yo­lu ilə qav­ra­ma pro­se­si­nə müx­tə­lif duy­ğu üzv­lə­ri­ni (gör­mə, eşit­mə, la­mi­sə və s.) da­xil edir­lər. Mək­təb­də qa­za­nıl­mış bi­lik və mə­lu­mat­la­rın can­lı seyr və mü­şa­hi­də­yə eh­ti­ya­cı olur. Tə­lim­çi ek­ran-səs va­si­tə­lə­ri bu və­zi­fə­ni uğur­la ye­ri­nə ye­ti­rir. On­lar sin­fə, dər­sə hə­ya­tı, tə­biə­ti, ət­raf alə­mi, el­mi an­la­yış­la­rı, kəşf­lə­ri da­xil edir.

Tə­li­min kom­pü­ter­ləş­mə­si hər han­sı ümum­təh­sil fən­ni üz­rə bi­lik, ba­ca­rıq və vər­diş­lə­rin qa­za­nıl­ma­sı­na, əl­də olun­muş bi­lik və mə­lu­ma­tın möh­kəm­lən­di­ril­mə­si­nə, mək­təb­li­lə­rin id­rak və ya­ra­dı­cı­lıq qa­bi­liy­yət­lə­ri­nin in­ki­şa­fı­na, tə­lim-tər­bi­yə pro­se­si­ni ida­rə et­mə­yin op­ti­mal­laş­ma­sı­na kö­mək gös­tə­rir. Tə­lim pro­se­sin­də kom­pü­te­rin im­kan­la­rın­dan bəh­rə­lən­mək, tə­li­min ye­ni üsul­la­rı­nı, mək­təb­li­lə­rin fəa­liy­yə­ti­nin ida­rə olun­ma­sı­na uy­ğun şə­kil­də nə­zər­də tut­maq bu gün son də­rə­cə va­cib mə­sə­lə­dir. Şa­gird­lər­də kom­pü­ter­dən is­ti­fa­də üz­rə zə­ru­ri bi­lik, ba­ca­rıq və vər­diş­lər for­ma­laş­dı­rar­kən bir çox psi­xo­lo­ji prob­lem­lər ya­ra­nır. Hə­min prob­lem­lər bun­lar­dır: 1) kom­pü­ter­dən tə­li­min mü­hüm in­for­ma­si­ya va­si­tə­si ki­mi is­ti­fa­də edil­mə­si; 2) kom­pü­ter­dən bir ün­siy­yət va­si­tə­si ki­mi is­ti­fa­də olun­ma­sı; 3) tə­lim fəa­liy­yə­ti­ninida­rə edil­mə­si məq­sə­di­lə kom­pü­te­rintət­bi­qi;5) Mək­təb­li­lər­də kom­pü­te­rə müs­bətmü­na­si­bə­tin ya­ra­dıl­ma­sı; 6) Şa­gird­lə­rə yaş və fər­di xü­su­siy­yət­lə­ri­nin he­sa­baalın­ma­sı; 7) Proq­ram­laş­dır­ma di­li­nin mü­əy­yən­ləş­di­ril­mə­si; 8) Mək­təb­li­lə­rinfəa­liy­yə­ti­ninal­qo­ritm­ləş­di­ril­mə­si.

Şa­gird­lər kom­pü­te­rinkö­mə­yi­ləbirçoxbi­likvəmə­lu­ma­tayi­yə­lə­nir­lər. La­kin bə­zi su­al­la­ra ca­vab tap­maq da çox va­cib­dir: Kom­pü­ter­lə iş pro­se­sin­dəmü­əl­lim han­sı ro­lu oy­na­yı­r? O, tə­lim pro­se­si­ni ye­nə də əv­vəl­ki ki­mi ida­rəedə­­cək­­mi­­? Kom­pü­ter mü­əl­li­min ro­lu­nu azalt­mır ki? Mü­əl­lim xü­su­si ha­zır­lı­ğa ma­lik ol­­ma­­lı­­dır­­mı­­? Hər bir mü­əl­lim kom­pü­ter­lə iş­lə­mə­yə qa­­dir­­dir­­mi­­?

İlk növ­bə­də, qeyd olun­ma­lı­dır ki, kom­pü­te­rin mək­tə­bə gə­ti­ril­mə­si heç də onunmü­əl­li­min və­zi­fə­si­ni ye­ri­nə ye­tir­mək məq­sə­di­nə xid­mət et­mir. Mü­əl­lim ye­nə də tə­lim prop­se­sin­də, dərs­də əsas si­ma ola­raq qa­lır. Kom­pü­ter qis­mən onu əvəz edir, mək­təb­li­ni çə­tin­lik­lər­dən qur­ta­rır, onun əmə­yi­ni qiy­mət­lən­di­rir, onu məşq et­di­rir, bi­lik­lə­ri­ni möh­kəm­lən­di­rir. Kom­pü­ter mü­əl­lim­lə şa­gir­din fə­al ün­siy­yə­ti­ni, qar­şı­lıq­lı mü­na­si­bət­lə­ri­ni əvəz et­mə­yə qa­dir de­yil­dir və onun qar­şı­sın­da da bu məq­sədda­yan­mır. Şa­gird tə­li­min ge­di­şin­də tək­cə bi­lik və mə­lu­mat al­mır, tər­bi­yə olu­nur. Mü­əl­lim tə­li­min bi­lik ver­mək və el­mi dün­ya­gö­rü­şü­for­ma­laş­dır­maq­la ya­na­şı, həm də si­nif­də saf mə­nə­vi-psi­xo­lo­ji iq­li­min bər­qə­rar ol­ma­sı­na, şa­gird­lər ara­sın­da qar­şı­lıq­lı mü­na­si­bət­lə­rin sə­mi­mi şə­kil al­ma­sı­na da kö­mək edir.

Kom­pü­ter tə­li­min­də mü­əl­li­min ro­lu ye­nə də əv­vəl­ki ki­mi sax­la­nı­lır. Kom­pü­ter­lə­rin tət­bi­qi za­ma­nı öy­rə­di­ci proq­ram­da dər­sin han­sı mər­hə­lə­sin­də han­sı üsul­la, han­sı möv­zu ilə bağ­lı nə ki­mi iş apa­ra­ca­ğı mü­əl­li­min öz öh­də­si­nə bu­ra­xı­lır. Kom­pü­ter tə­li­mi­nin şa­gird­lər qru­pu­na uy­ğun­laş­dır­ma­ğı və ya də­yiş­mə­dən tət­biq et­mə­yi mü­əl­lim özü mü­əy­yən­ləş­di­rə­cək­dir. Odur ki, kom­pü­ter tex­ni­ka­sın­dan sə­mə­rə­li is­ti­fa­də et­mək üçün mü­əl­lim kom­pü­ter sa­va­dı­na yi­yə­lən­mə­li, kom­pü­ter tə­li­mi proq­ra­mı ha­zır­la­ma­ğı ba­car­ma­lı­dır.

ƏDƏ­BİY­YAT:

  1. Əliyev B.Ş., Cabbarov R.B. Təhsildə şəxsiyyət problemi. B.: Nurlan, 2007, 180 s.
  2. İsmayılov İ.N., Qədirov S.G. Tədrisdə yeni informasiya texnilogiyaları vasitələrilə onların didaktik imkanları. / Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. B.: Slavyan Universiteti, 2005, № 2, s. 172-175
  3. Komenski Y.A. Seçilmiş pedaqoji əsərləri. B.: Azərnəşr, 1961, s.117.
  4. Talıbov Y.R., Ağayev Ə.A., İsayev İ.N., Eminov A.İ. Pedaqogika. B.: Maarif, 1993. 292 s.
  5. Vşinski K. D. Seçilmiş pedaqoji əsərləri. B.: Azərnəşr, 1953. 303 s.
  6. Спиридонова С.Б. Индивидуально-типологические осо­бен­ности самопознания школьников // Ярославский педагогический вестник, 2012, № 1, с. 280

 

 

Ирада ДЖАФАРОВА

Доктор философии по педагогике

Старший преподователь АНК

 

РОЛЬ НОВЫХ ИНФОРМАЦИОННЫХ ТЕХНОЛОГИЙ В АКТИВИЗАЦИИ УМСТВЕННОЙ ДЕЯТЕЛЬНОСТИ

 

Резюме: В статье рассказывается о развитии информационных технологий, роли в нашем обществе и особенно в образовании. Также изучаются принципы влияния информационных технологий на развитие интеллектуальной деятельности.

Ключевые слова: информация, обучение, технология, умственнная деятельность

Irada CAFAROVA

PhD on Pedagogy science

Senior Lecture of ANK

 

THE ROLE OF NEW INFORMATION TECHNOLOGIES IN THE ACTIVATION OF THE MENTAL ACTIVITY

 

Summary: The article tells about development of information technologies, the role in our society, especially importance in education. Also, the principles of the influence of information technologies on the development of mental activity are explored.

Key words: Information, training, technology, mental activity

 

Rəyçilər:    sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Akif Quliyev;

                   filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy

Mövzuya uyğun