AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 4, 2016

İradə CƏFƏROVA

Pedaqogika üzrə fəlsəfə doktoru

AMK-nın baş müəllimi

Ünvan: Baki, Yasamal rayonu, Ələsgər Ələkbərov 7

 Email: irada.cafarova@box.az

 UOT: 37.013.2                                                                     

MÜƏLLİMİN PEŞƏ ÖZÜNÜDƏRK PROSESİNİN XÜSUSİYYƏTLƏRİ

 endir

PDF

 

 

 

Xülasə: Fundamental şəkildə, insanlarla daim peşəkarcasına işləyən mütəxəssislər öz işində hər zaman yeniliklər axtarmalı, daxili dünyasını durmadan forma-laşdırmalı, özünüdərk və özünü reallaşdırmaqda yeni imkanların axtarışına çıx-malı, professional düşüncəyə malik olmalı və professionallığını inkişaf etdir-məlidir. Yalnız o zaman qarşılıqlı əlaqələrin inkişafı baş verir və professional key-fiyyətlərin artımı ilə özünüdərk formalaşır. Bu zaman pedaqoq böyük məmnunluq hissi yaşayır və ya əksinə öz işindən narazı olub, daxili “mən”i ilə uyğunsuzluq duyub emosional peşmançılıq hissi keçirir. Biz peşəkar pedaqoqu ilk növbədə özünün peşəkar fəaliyyətini dərk edən, psixoloji-pedaqoji ünsiyyət, eyni zamanda fərdi şəxsiyyət sisteminin tərkib hissəsi kimi qəbul edirik.

Açar sözlər: şəxsiyyət, pedaqoq, özünüdərk, özünü peşəkər dəyərləndirmə

Cəmiyyətin həyatında baş verən dəyişikliklər, sosial yeniləşmə, azad bazar iqti-sadiyyatına keçid, demokratikləşmə, inkişaf etmiş dünya dövlətlərinə inteqrasiya, qlobal-laşma, milli özünüdərk, mənəvi dəyərlərin mənimsənilməsi və s. bu kimi proseslər bir tərəfdən insanın düşüncə və davranış tərzində yeniləşməni, ənənəvi stereotiplərin dəyiş-məsini zəruri edirsə, digər tərəfdən də baş verən dəyişikliklərin elmi şəkildə öyrə-nilməsini vacib şərt kimi qarşıya qoyur.

Şəxsiyyətin formalaşmasında ən böyük vəzifə pedaqoji kollektivdə müəllimin üzə-rinə düşür. Əlverişli mühit yaratmaq, başqalarına kömək etmək vəzifəs­inin öhdəsindən o müəllim gələ bilər ki, özü fəal surətdə özünüdərklə məşğul olur. Əks halda, tələbələrin inkişafında iş təcrübəsindən istifadə etmədən onun fəaliyyəti  rəsmi xarakter daşıyacaq.

Özünüdərk — insanın həyat və şəxsiyyətinin xüsusiyyətləri haqqında bilik toplanması prosesidir. Özünüdərk insanın ətraf aləmi dərk etməsi və dünya ilə əlaqələrin yaradılması üçün vacib şərtdir. Insanın inkişafı prosesində özünüdərk onun müstəqil fəaliyyətinin təşkili, iradi davranış, nailiyyətləri, şəxsi keyfiyyətlərinin inkişafı və müva-fiq qiymətləndirilməsi, digər insanlarla əlaqələrin qurulması üçün əsas şərt olur (1).

Özünüdərk mürəkkəb, çoxmərhələli quruluşa malik olan özünüanlama prosesinin ilkin addımıdır. Ilkin mərhələdə T.V.Arxire­vanın fikrinə görə, bu səviyyədə “Mən”ini, öz müqəddəratını müəyyən etmək haqqında fikir formalaşır, lakin özləri haqqında düz-gün anlaşmaları yoxdur” (10, s 29–38). Ikinci mərhələdə özünü öyrənmək prosesi özünü analiz etməklə və özünüanlama yolu ilə başa çatır. Bu zaman özünüdərk prosesinin məz-munu  əhəmiyyətli dərəcədə mürəkkəbləşir.

Hal-hazırda peşə özünü dərketmənin məzmunu və səviyyəsi haqqında heç bir xüsusi tədqiqatlar aparılmayıb. Bizim fikrimizcə, peşə özünüdərkin inkişaf  dina-mikasına, onun inkişaf səviyyəsini qaldırmaq məqsədilə keyfiyyət xüsusiyyətlərini öy-rənmək vacibdir.

Peşə özünüdərkin motivləri müxtəlif olur. Ən səciyyəviləri aşağıdakılardır:

1) Peşə özünüdərki ilk əvvəl özünə maraqda, peşəkar keyfiyyətlərin güclü və zəif tərəflərini başa düşməkdə, şəxsiyyət kimi öz görüş dairəsini genişləndirmək arzusunda özünü göstərir.

2) Müəllimin peşə özünüdərkinə çəkdiyi zəhmətlə onun nəti­cələri arasında uyğunsuzliq olanda  ehtiyac yaranır və bu da peşə özünüdərk pro­se­sini  stimullaşdırır. Məsələn, müəllim ilə tələbələr, onun davranışı, həmkarları, rəhbərliyi ilə qeyri-qəna-ətbəxş nəticələr və ya baş verən münaqişələrin səbəbi haqqında düşünməyə vadar edir.

3) Peşə özünüdərk işi ünvanına başqalarının: rəhbərliyin, həmkarlarının, və bəzi hallarda isə tələbələrin tənqidi çıxışlarının dəf etməyə imkan verir. Tənqidə cavab reaksiyası müxtəlif ola bilər: narazılıq, intiqam hissi ilə müşayiət edilən tənqid rədd edilər, yaxud reallığa uyğun olmayan və işdə yalnız çatışmazlıqlar olan tənqid qəbul olu-nar. Hər halda, fəaliyyətdə konstruktiv yanaşma özünüdərkə və özünü qiymətləndirməyə gətirib çıxarır.

4) Peşə özünüdərkin stimulu kimi aşağıdakı motivlər iştirak edir: özünütəsdiq, özünütəkmilləşdirmə, özünühəvəsləndirmə. Başqa sözlə, müəllim özünü dərk etməklə şəxsi inkişafını, fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır,  iş prosesində daha mə-nalı nəticələrə nail olmaq üçün çalışır. Bəzi hallarda bu ona, başqaları üzərində qələbə çalmağa və idarəetmədə bir professional kimi təsdiq etmək imkanı verir. Bu zaman peşə özünüdərk dərin məna kəsb edir. Müəllimin peşə özünüdərkindən danışarkən tələbələrdə özünə hörmətin səviyyələrinin dəyişilməsini də nəzərə almaq lazımdır.

Bizi maraqlandıran başlıca cəhət özünü dərketmə ilə özünə hörmətin arasında asılılığı müəyyən etməkdur. Apardığımız rəy sorğularının nəticələrindən və keçirilən testlərin təhlilindən belə qənaətə gələ bilərik ki, özünüdərkin inkişaf və təşəkkülündə özünə hörmətin təsiri danılmazdir. Lakin özünə hörmət “özünü qiymətləndirmə”nin nəti-cəsi kimi çıxış etdiyindən əmələ gələn dəyişiklər özünü dərketmənin adekvatlığına qismən təsir göstərir. Bir mühüm məsələni də vurğulamaq istərdik ki, bizözünü dərketməyə özündə ayrı-ayrı elementləri əks etdirən, onların məzmun və formasının dəyişməsinə müvafiq bir sistem kimi baxırıq. Bu baximdan özünə hörmətin yüksəlməsi, ôzünü təkmilləşdirmənin, özünü gercəkləşdirmənin stumulu ola bilər.

Bu məsələdə ziddiyyətli məqamlar çoxdur. Son nəticədə bu proses xudbinliyin yaranmasına gətirib çixara da bilər. Yəni özünə hörmətin qeyri-adekvat yüksəlməsi özü-nü dərketmənin daha da təkmilləş­məsinə deyil, əksinə yanlış dərketməyə gətirib çixarır. Õzündən гаzı, başqalarını sevməyən bir şəxsiyyətin formalaşması üçün zəmin yaranır.

Müəllimin peşə özünüdərkinin tənzimlən­məsi onun tələbələrlə, iş yoldaşları ilə, rəhbərlik və nəhayət, özü ilə davranışında əks olunur. Buradan peşə özünüdərkin obyekti kimi peşəkar-psixoloji isti­qa­mət, qabiliyyət, xüsusi bilik və bacarıq, daxili fəaliyyətinin səviy­yəsi,  fəaliyyətin üslubu və s. hesab edilir. Bəzən isə ola bilər ki, özünü insan kimi qavramaq peşəkar kimi dərk etməkdən kəskin fərqlənsin.

V.Q. Maralovun (3) müəllimin peşəkar özünüdərk ilə bağlı fikirlərinə müraciət edək:

— Öz sənətinin ölçü, qayda və modellərini özünün şəxsi keyfiyyətlərinin etalonu kimi bilməlidir. Bu müddətdə peşəkarlıq dünyagörüşünün əsasları qoyulur. Əgər müəllim ətrafdakılar ilə münasibətlərini necə quracağını bilmirsə, özünü dərk etməkdə çətinlik çəkəcək.  Müəllimin keçmişdə aldığı biliklərinə əsas­lanaraq onun peşəkarlıq kredosu yaranır.

— Pedaqoq iş yoldaşlarının xüsusiyyətlərini, peşəkarlığını öz peşəkarlığı ilə müqayisə etməlidir.

— Öz professionallığını ətrafdakıların gözü ilə (tələbələrin, həmkarların, rəhbərlik) qiymətləndirməlidir.

— Özünün müxtəlif keyfiyyətlərini dəyərləndirməyi bacarmalıdır.

— Özünü başa düşməli, şəxsiyyətini, pedaqoji fəaliyyətini, ünsiyyətini anlamalıdır.

— Özünün xüsusiyyətlərinə həm də emosional münasibət formalaşdırmalıdır.

Bütün bu proseslər vahid mövqeyə inteqrasiya edir və ümumilikdə “peşəkar səriştə” adlanır. Bundan əlavə, həyata keçirilmiş analiz professionalın şəxsiyyəti və fəaliyyətinin ən zəif nöqtələrini müəyyən etməklə rəhbərlik və psixoloji xidmət tərə-findən zəruri dəstək və yardım almaq imkanı qazanır.

Müəllimin işlərkən qarşılaşdığı peşə çətinliklərinin nəticələri aşağıdakı cədvəldə (cədvəl 1) aydın görünür.

pedaqoq

Belə bir sxem müəllimin rastlaşdığı çətinliklərin mənfi cəhət­lə­rini əhatə etməklə yanaşı, problemlərin konstruktiv təsirini də izah etmək üçün faydalı ola bilər. Çünki burada çətinliklərin təsir istiqamətləri də aydın surətdə nəzərə çarpır. Bununla bərabər, həmin çətinliklərin nəticələrinin elmi-nəzəri və praktik planda təhlilinə də yardım edir.

Müəllimlə söhbət və onda yaranan problemlərin diaqnostikası əsasında onların həlli yollarının müəyyən olunması, amillərin şərh edilməsi  əsasında özünü inkişaf etdir-mənin fərdi proqramı hazırlanır. Nümunə üçün proqramın bir fraqmentini qeyd edək (cədvəl 2).

N.V. Kovalyovanın göstərdiyi  kimi, müəllimlər tərəfindən daha sıx yaradılan və özünü inkişaf etdirmə proqramının tərtib olunması üçün sadaladığımız problemlər əsas ola bilər:

— öz sosial mövqeyindən narazılıq hissi, şəxsi yaradıcılıq potensialının həyata keçirilməsində çətinliklər;

— fiziki və psixoloji zəiflik, stresslərə məruz qalma, emosional yüklərə qalib gələ bilməmək qorxusu;

— digər insanların fərdi psixoloji vəziyyətini anlamaq qabiliyyətinin olmamağı, özünü və ətrafdakıları qeyri adekvat qəbul etmə, özünü ələ almaq qabiliyyətinin olmamağı;

— tələbələrə tədris materialını çatdıra bilməmək, onlarda fənnə və mövzuya qarşı maraq formalaşdırmaq bacarığının olmamağı, fənlərarası əlaqələrin müəyyən olunmasında çətinliklər, qiymətləndirmənin subyektivliyi və s.

 Pedaqoqun özünü inkişaf etdirməsinin proqramı

(N.V. Klyuyevaya görə)

Cədvəl 2

Problem Onun həlli yolları və üsulları

 

Mənim problemin həll olunduğunu necə anlayacağam?
Dərslərdə və dərsdən kənar tədbirlərdə iştirak edən kolleqalar və rəhbərlik nümayəndələrinin doğurduğu qorxu və gərginlik.

 

1. Kolleqalarla və rəh­bər­liyin nümayəndələri ilə etibarlı münasibət­lərin qurulması.

 

 

2. Şəxsi peşəkarlıqda əminlik və başqalarına öz hərəkətlərinin düz­gün­lüyünü sübut etmək bacarığı (kolleqalar  dərsdə iştirak edən zaman)

 

3. Tənqidi peşəkar və şəxsi münasibətlərdə sakit qəbul etmək bacarığı

1.Təhsil müəssisəsinin üzvləri ilə istənilən mövzuda ünsiyyət zamanı sakitliyin hiss olunması.

2. Dərsin analitik system  bilikləri; öz işinin müxtəlif forma və metodlarının şüurlu şəkildə istifadəsi; tədris materialını, tələbələrin fərdi xüsusiyyətlərini bilmək, adekvat emosional reaksiya

3.Tənqidin şəxsiyyətə deyil, hərəkətlərə aid olduğunu anlamaq, tənqiddə pozitiv məqam tapmaq bacarığı

Beləliklə, biz özünü dərketmə və özünü inkişaf etdirmə proseslərində müəllimlərə dəstəyin və yardımın hansı tərzdə göstəriləcəyini şərh etdik. Müəllimin özünü dərketmə və özünü inkişaf etdirmə qabiliyyəti isə bütün yaş tabaqələri və bütün təhsil müəssisələrində analoji bacarıqların inkişaf etdirilməsi üçün zəruri şərtdir.

ƏDƏBIYYAT:

  1. Əliyev B.Ş., Cabbarov R.B. Təhsildə şəxsiyyət problemi. B.: Nurlan, 2007, 180 s.
  2. Балл Г.А. Понятие адаптации и его значение для психологии личности //Вопросы психологии, 1989, № 1, с. 92-100
  3. Маралов В. Г. Основы самопознания и саморазвития: Учеб. пособие для студ. сред. пед. учеб, заведений. М.: Академия, 2004, 256 с.
  4. Маслюк Н.А. Особенности социального мышления студентов высших и средних специальных учебных заведений: Автореф. дис. …канд. псих. наук. М., 2006, 145 с.
  5. Рудзенко Б.Я. Профессиональное самовоспитание будущих учителей в процессе педагогической практики. М.: 1997, 116 с.
  6. Скоморов Н.Я. Роль коллектива в жизненном самоопределении школьника. Ростов-на-Дону, 1996, 80 с.
  7. Сухомлинский В.А. Стать человеком // Новый мир, 1974, № 3, с. 179.
  8. Спиркин А.Г. Сознание и самосознание. М.: Политиздат, 1972, 303 с.
  9. Спиридонова С.Б..Индивидуально-типологические осо­бен­ности самопознания школьников // Ярославский педагогический вестник, 2012, № 1, с.280
  10. Чеснокова И. И. Проблема самосознания в психологии. М.: Наука, 1977, 143 с.
  11. Хайриев И. Формирование профессиональной готовности студентов к руководству морально-волевым самовоспитанием подростков: Автореф. дис. …канд.пед.наук. Ростов-на-Дону, 1989, 19с.
  12. Шварц И.Е. Внушение в педагогическом процессе. Перм, 1991, 189 с.
  13.  Якобсон Т.М. Психология чувства. М.: 1998, 100 с.
  14.  Ясперс К. Общая психопатология. М.: Практика, 1997, 1056 с.

Ирада ДЖАФАРОВА

Доктор философиипо педагогике

Старший преподователь АНК

ОСОБЕННОСТИ ПРОФЕССИОНАЛЬНОГО САМОСОЗНАНИЯ  ПЕДАГОГА

Резюме: Фундаментальным условием профессионального развития специ­алистов, работающих с людьми, является осознание этими специалистами необходимости изменения, преобразования своего внутреннего мира и поиска новых возможностей самоосуществления в профессиональном труде, то есть повышение уровня профессионального самосознания. При этом не только происходит осознание тех или иных профессионально значимых ка­честв личности, но и формируется определенное самоотношение. Кроме того, педагог испытывает чувство удов-летворенности или недо­вольства своим трудом, эмоционально переживает соответствие «образа Я». 

Мы понимаем профессиональное самосознание педагога как осоз­нание себя, во-первых, в системе профессиональной деятельности, во-вто­рых, в системе педагогического-психологического общения, в-третьих, в системе собственной личности. 

Ключевые слова: личность, педагог, самопознания, профессиональная самооценка 

 

Irada CAFAROVA

PhD on Pedagogy science

Senior Lecture of ANK

FEATURES OF THE PROFESSIONAL IDENTY OF TEACHERS

Summary: Fundamental to the professional development of specialists working with people is the realization of these professionals need to change, transform their inner world and find new possibilities of self-fulfillment in professional work, then there is an increased level of professional identity. Thus not only is the realization of some of professionally significant kahonors the individual, but also formed a certain self-attitude. In addition, the school counselor feels a sense of satisfaction or under allowance is their work, emotionally experiencing compliance «self-image».

We understand professional identity as a psychologist itself, first, in the professional activity of Second, in the pedagogical and psychological communication, thirdly, in a system of self.

Key words: identity, teacher, professional competence, independence, self-assesment

 

Rəyçilər:

sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Akif Quliyev

filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy

Mövzuya uyğun