Yaddaşlara həkk olunan “Xudayar təsnifi”
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” 2020 № 4 (49)
Deyirlər bülbülə çəmən yaxşıdır,
İnsan üçün laləzar Vətən yaxşıdır,
Vahid sorma Vətən nədən yaxşıdır,
Adı gəlcək könlüm xəndan görünür.
Hamımız onu ilk öncə oxuduğu «Vətən yaxşıdır” təsnifi ilə tanıdıq. Gülər üzü, Vətən sevgisi və xoş avazı ilə qəlblərə yol tapan 22 yaşlı şəhid gizir Xudayar Yusifzadə. Vətən savaşında qəhrəmanlıq göstərməklə yanaşı, məlahətli səsi ilə döyüş yoldaşlarına dəstək olan Xudayar Yusifzadə, düşmən tapdağından təmizlənən Vətən torpağını elə vətəni tərənnüm edən ifası ilə salamlayaraq həmin tarixi anları telefonun yaddaşına köçürərək xatirələrə həkk olan Xudayar Yusifzadə.
Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərinin Qazıqurdalı kən- dində anadan olub. Atası Bərdənin tanınan qarmon ifaçısı idi. Doğulduğu gündən 24 gün sonra atasını itirib. Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Mək- təbini xanəndəlik ixtisası üzrə bitirsə də hərb sahəsini seçir. Hərbi xidmətindən sonra kiçik gizir hərbi rütbəsi alaraq sərhədlərimizin keşiyində dayanır. Oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsi uğrunda döyüşdə ağır yaralanaraq şəhidlik zirvəsinə ucaldı. Şəhid Xudayar Yusifzadə ölümündən sonra «Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.
Bu gün Xudayardan bizə xatirə qalan — şəhid olmamışdan iki gün öncə Əliağa Vahidin sözlərinə yazılmış «Vətən yaxşıdır» təsnifini Zəngilanda oxuyarkən döyüş yoldaşları ilə birgə videoya alınmış həmin video sosial şəbəkələrdə trendə çevrilib. «Vətən yaxşıdır» təsnifinin müəllifi, xalq artisti, prezident təqaüdçüsü, muğam ustadı, təsniflərimizin mahir ifaçısı Əlibaba Məmmədovun milli musiqimizin təbliğində, in- kişafında böyük rol oynamışdır. Oxuduğu hər bir muğama, xalq mahnısına öz möhü- rünü vuran Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaratmışdır ki, onlar xanəndələrin repertuarlarına daxil edilərək bu gün də sevilərək ifa olunur. Se- vimli sənətkarimiz müəllifi olduğu “Vətən yaxşıdır” nəğməsinin Xudayar Yusifzadə- nin xatirəsinə ehtiram əlaməti olaraq “Xudayar təsnifi” adlandırılmasına xeyir-dua verib. Bundan sonra Xudayar Yusifzadə deyəndə bu təsnif də yada düşəcək.
Son zamanlar şəhid Xudayar Yusifzadənin ifasıyla bir çox musiqiçilər duetlər, kompozisiyalar, videoçarxlar hazırlayıb. Bunların içərisində xalq artisti, qarmon ifa- çısı, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Ənvər Sadıqovun rəhbərlik etdiyi “Qaytağı” instrumental ansamblının müşayiətilə yeni aranjimanda təqdim olunan, Xudayar Yusifzadənin ifasında ikinci həyat qazanmış «Vətən yaxşıdır» təsnifi böyük maraqla qarşılanıb. Əməkdar artist Abbas Bağırov təsnifi Xudayarın ifası ilə virtual duet şəklində oxuyub.
Ənvər Sadıqov rəhbərlik etdiyi «Qaytağı» instumental ansamblını 2000-ci ildə yaratmışdır. Solisti əməkdar artist Abbas Bağırov olan bu ansambl 2012-ci ildən Azərbaycan Dövlət Televiziyası və Radiosunun nəzdində bu günədək fəaliyyət gös- tərir. Bütün illər ərzində bu ansambl bir sıra ölkələrin müxtəlif konsert salonlarında musiqi proqramları ilə çıxış etmiş, dəfələrlə Heydər Əliyev Fondunun, UNESCO və İSESKO-nun təşkilatçılığı ilə musiqi tədbirlərində və konsertlərində Azərbaycan musiqisini layiqincə təmsil etmişdir. Bu yaxın günlərdə işıq üzü görmüş, musiqise- vərlər tərəfindən maraqla qarşılanmış, bütün şəhidlərimizə ithaf edilmiş “Xudayar təsnifi” də bu ansamblın uğurlu işlərindən biridir. Duetdə Abbas Bağırovun qəhər içində ifasına qulaq asarkən təsirlənməmək mümkün deyil.
Ansamblın bədii rəhbəri Ənvər Sadıqov və pianoçusu Taleh Ağayevlə birlikdə yeni aranjimanda təqdim olunan təsnifdə melodiya və ritm dəyişilməmişdir. Lakin təsnifin əvvəlində harmonik cəhətdən yenilənən musiqi sanki tamaşaçını bir qədər in- tizarda saxlayır, çünki ilk akkordlardan hansı musiqinin veriləcəyi bilinmir. Kompozisiyanın ortasında Əlibaba Məmmədovun 50 il öncəki ifasında olduğu kimi qoşanağaranın səsindən də istifadə olunub. Azərbaycan Milli Konservatoriyasının dosenti Ələkbər Ələkbərovon əvvəldə səslənən solo tar ifası, eləcə də milli alətləri- mizdən olan balabanın səsi yeni aranjimanda təsnifə xüsusi rəng qatır. İnstrumental girişdən sonra şəhid Xudayar Yusifzadənin ifasında təsnif başlayır. İfa zamanı adama elə gəlir ki, Xudayar sanki bu ansamblın müşayiətilə ifa edir. Əlbəttə müştərək ifa üçün xüsusi texniki vasitələrdən istifadə olunub. İkinci bəndi Abbas Bağırov ifa edir və sonunda birdən dayanaraq “Oxu qardaşım, oxu” deyərək sanki estafeti yenidən Xudayara verir. Sona yaxın ansamblın bütün alətləri tədricən səslənməni dayandırır və yalnız şəhidin səsi qalır. Xudayarın öz səsi ilə təsnif tamamlanır. Xudayarın ən böyük arzusu Qarabağın incisi, baş tacı Şu- şanı görmək olub. Elə 9 yaşında ifa etdiyi məşhur “Şuşanın dağ- ları” mahnısını da orada oxumaq istəyirdi. Sağ ikən qismət olmasa da şəhidlik zirvəsinə ucalandan sonra onun səsi Şuşada eşidildi. Qələbədən sonra – 22 dekabr ta- rixində bir qrup sənət adamları Şuşada Cıdır düzündə konsert proqramı ilə çıxış etdilər. Bu konsert zamanı Abbas Bağırov Xudayarla virtual duetini ifa etdi və bununla da sanki Xudayarın yarımçıq qalmış arzusunu yerinə yetirdi.
https://www.youtube.com/watch?v=cC7Eqkjuee0
Şəhidlər ölmür, unudulmur! İllər keçsə də Xudayar kimi minlərlə şəhidimizi, gələcək nəsillər hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Hər biri- mizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğulla- rımızı daim qəlbimizdə yaşadaq. Torpaqlarımızın qorunması yolunda canlarından keçən şəhidlərimizin hünəri gənclərimizə örnəkdir. Onlar bizə Vətəni sevməyi, sözdə yox, əməldə göstərdilər. Biz 44 günlük Vətən müharibəsində Azərbaycanımızın necə igid, necə istedadlı oğulları olduğunu gördük. Bütün şəhidlərimiz kimi adı dastana döndü. Allah rəhmət eləsin, şəhadətin mübarək olsun, Şəhidim.
AMK-nın dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru