AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” 2023 № 4 (61)

 FƏTTAH XALIQZADƏ – 70

       2023-cü il dekabrın 21-də Azərbaycan Milli Konservatoriyasının pro­fes­soru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əmək­dar incəsənət xadimi Fəttah Xalıqzadənin 70 yaşı tamam oldu.

Böyük alim, təvazökar və səmimi insan olan Fəttah müəllim ötən il­lə­rinə fərəhlə baxa bilər. Belə ki, musiqişünaslıq sa­həsindəki axtarışları musiqi elmi üçün böyük əhə­miyyətə malikdir. Görkəmli musiqişünasın yeniliklərlə zəngin olan elmi ir­si gələcək nəsillər üçün bir ümmandır. Əmin­lik­lə deyə bilərik ki, bu dolğun və çoxşaxəli irs istər keç­mişə, istərsə də gələcəyə işıq salmaqdadır.6

Fəttah Xalıqzadəni beynəlxalq elmi dairələrdə çox yaxşı tanıyırlar. O, UNESCO nəzdində fəaliyyət göstərən Ənənəvi İrs üzrə Beynəlxalq Şuranın üzvüdür və onun konfrans və simpoziumlarında Azərbaycan musiqi elmini layiqincə təmsil edir. Dəfələrlə xa­rici ölkələrdə etdiyi məruzə və çıxışları, nəşr olunmuş məqalələri Fəttah müəllimin mi­l­li musiqimizin dünya miqyasında təbliğinə yönəlmiş dəyərli xidmətidir.

  1. Xalıqzadənin fəaliyyəti təkcə elmi axtarışlarla məhdudlaşmır. Onun pedaqoji fəaliy­yə­ti­ bu sahədəki obrazını tamamlayır. Bu gün Azərbaycan Milli Kon­ser­va­toriyasında yubilyarla çiyin-çiyinə çalışan professor və müəllim heyətinin bir çoxu onun tə­ləbələri olub. Fəttah müəllim indi də böyük əzmlə gənc nəsil etnomusiqişünaslar yetişdirməkdədir.

Əlbəttə ki, F. Xalıqzadənin yaradıcılığı qeyd olunanlarla məhdudlaşmır. Məhz bu­nun nəticəsidir ki, musiqişünaslığın müxtəlif sahələrində göstərdiyi səmərəli fəaliyyətinə görə o, yüksək dövlət təltifinə —  Əməkdar incəsənət xadimi fəxri adına la­y­iq görmüşdür.

 

Əziz və hörmətli Fəttah müəllim!

“Etnomusiqişünaslıq” kafedrasının professor və müəllim heyəti adından Si­zi 70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, uzun ömür, elmi fəali­yyətinizdə uğurlar arzulayırıq!

 

Azərbaycan Milli Konservatoriyasının

 “Etnomusiqişünaslıq” kafedrası

endir

PDF

 

Mövzuya uyğun