AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 3, 2015

 

 

Bəstəkar Dadaş Dadaşovun 80 illik yubileyi münasibəti ilə

 

Əziz və hörmətli Dadaş müəllim!

Azərbaycan Milli Konservatoriyasının professor-müəllim heyəti adın­­dan Sizi – tanınmış bəstəkarı və pedaqoqu, Respublikanın xalq  ar­tis­ti­ni, Əməkdar incəsənət xadimini, Milli Konservatoriyanın  profes­sorunu  80 illik yubileyiniz  münasibətilə  ürəkdən  təbrik  edirəm.

Siz, musiqinin akademik janrlarında əzmlə çalışaraq milli musiqi sə­nə­timizə sanballi əsərlər bəxş etmisiniz. Hər bir əsərinizdə yüksək  pe­şə­kar­lıq və orijinal yanaşma tərzi nümayiş etdirməyə nail olmusunuz. Ya­rat­dığınız  simfonik  əsərlər, çeşidli kamera-instrumental və kamera–vo­kal  nümunələr  akademik  milli  musiqimizin yüksək səviyyəsindən  ba­riz şəkildə xəbər verir. İstər irihəcmli, istərsə də kamera əsərlərinizdə mil­­li musiqi xəzinəsindən bacarıqla bəhrələnərək uğurlu bədii nəticələrə imza atmısınız. Əsərləriniz nəinki Azərbaycanda, həm də beynəlxalq mu­si­qi tədbirlərində – Rusiya, Türkiyə, Fransa, Ukrayna, Belarusiya kimi xa­­rici ölkələrdə böyük maraq və rəğbətlə qarşılanıb, yüksək rəylər doğu­rub.

Musiqi ictimaiyyəti və uzun illər yorulmadan çalışdığınız Azərbay­can  Milli  Konservatoriyasının müəllim və tələbə heyəti Sizi həm də çox təcrübəli və işinə son dərəcə məsuliyyətlə yanaşan gözəl pedaqoq kimi ta­nıyır. Orkestr dili sahəsindəki dərin və geniş bigilərinizi tələbələrimiz Siz­dən həvəslə əxz edir.

Hörmətli  Dadaş müəllim!

Bir daha Sizi Azərbaycan Milli Konservatoriyasının böyük kollektivi adından şanlı yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir və bundan sonrakı ömür yolunuzda möhkəm can sağlığı, yaradıcılıq fəaliy­yə­tinizdə yeni-yeni uğurlar arzulayıram.

 

 Azərbaycan Milli Konservatoriyasının rektoru,

Xalq artisti, professor Siyavuş KƏRİMİ

Mövzuya uyğun