AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 3, 2016

Natavan HƏSƏNOVA

AMK-nın baş müəllimi

Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7

Email: natavanhasanova@mail.ru

 UOT 78.083                                     

DADAŞ DADAŞOVUN “ÇİNARƏNİN SEVİNCİ” ƏSƏRİNİN FORMA VƏ İFA XÜSUSİYYƏTLƏRİ

 endir

 

PDF

 

 

Xülasə: Məqalədə görkəmli bəstəkar və pedaqoq, Azərbaycanın xalq artisti, professor Dadaş Dadaşovun qanun və kamera orkestri üçün nəzərdə tutulmuş “Çinarənin sevinci” əsəri təhlil edilir. “Çinarənin sevinci” müasir üslubda yazılmış skersodur. Skerso həyatsevər, şən, azad əhvali-ruhiyyədədir. Bəstəkar qanun xalq alətinin yeni ifaçılıq imkanlarını açır. Məqalə musiqi əsərinin forma, ifa və bədii ifadə xüsusiyyətlərinə həsr olunub. Strukturlu təhlil əsərin mürəkkəb üçhissəli formada olduğunu və melodiyanın Şüştər məqamında qurulduğunu aşkar edir.

Açar sözlər: qanun, forma, skerso, ifaçılıq, milli ifadə, müasir üslub, təhlil

Xalq artisti, professor Dadaş Dadaşov öz yaradıcılıq üs­lubunda müasir­li­yin və ənənəviliyin vəhdətinə nail olmuş bəstəkarlardandır. Milli uslub bəstə­ka­rın xalq çalğı alət­ləri üçün yazdığı əsərlərində yeni və maraqlı bədii konsepsiyada təq­­dim edilmişdir. Bu bə­dii üslub və ideyalar bəstəkarın qanun aləti üçün yazdığı əsər­­lər­­də də öz par­laq tə­cəssümünü tapmışdır. Belə ki, D.Dadaşov qədim xalq çal­ğı aləti olan qa­nu­nun geniş ifa imkanlarını, rəngarəng səs effektlərini və tembr boyalarını tətbiq edə­rək, bu alət üçün müx­təlif janr və formalarda müasir və peşəkar səviyyəli əsərlər bəs­­tə­ləmişdir. Onun “Kon­sert”, “Çinarənin se­vinci” əsərləri geniş po­pul­yar­lıq qazana­raq, ifa­çı­la­rın re­pertuarına və tədris proq­ramlarına daxil olmuşdur.

Müəllif “Çinarənin sevinci” (“Chinara’s jou”) əsərini istedadlı qanunçalan, əməkdar artist Çinarə Mü­təl­li­mo­vanın ifası üçün nəzərdə tutmuş, əsərin prem­ye­ra­sı müvəffəqiyyətlə keç­miş­dir. Bu əsərdə qa­nun alətinin melodik və texniki im­kan­ları, tembr çalarları, ifa ştirxləri uğurla tətbiq edilmişdir. Əsər dinləyiciyə nikbin və şən ovqat aşılayır. Qa­nun partiyasının oynaq, nik­bin, aramsız və dinamik melodiyası orkes­trin aksentli və sin­­kopalı müşayiəti ilə səs­­lənərək, san­ki gəncliyin sevincini, onun nik­bin ya­­şam tər­zi­ni, sönməz ira­­dəsini və işıqlı arzularını ifa­­də edir. Müəllifin əsə­rin janrını “Sker­so” kimi tə­yi­nat verməsi əsə­rin ob­raz sə­ciy­­yə­sin­də, pulsasiyalı-oynaq ritmində, melodiya­nın nikbin, şən və di­namik ifa­də­sin­də öz əksini tapmışdır. Qanun alətində skersonun janr ifa­də­sinin səslənməsinə nail ol­maq əsərin əsas ifaçılıq xüsusiyyətlərindən biridir. Al­leq­ro con brio tem­pi əv­vəl­dən so­na qə­dər dəyiş­məz qalaraq, əsə­rin skerso xarak­te­ri­ni, nikbin və di­na­mik ovqatını da­ha da qabarıq edir. Əsərin əsas nəzəri və bədii xü­su­siy­yət­lə­rin­dən bi­ri məhz sker­so xa­rak­terli, sin­ko­pa­lı, caz üslublu və oynaq metr-ritm qu­ru­lu­şu­nun əv­vəl­dən sona qə­dər ostinat şəklində davam etməsidir.İfaçı əsərin bədii ideyasına, obraz səciyyəsinə və şən me­lodik ifadəliyinə bədii və texniki ifa imkan­la­rı­nın üzvi vəhdəti sayəsində nail ol­malıdır.

Partiturada kamera orkestrinin tərkibi simlilərdən və for­te­pianodan ibarətdir: vio­­lini I, violini II, viole, violoncelli, contrabassi, piano. Əsərin ümu­mi tonallığı mi minordur. Qanun alə­ti­nin kökü “in D” olduğu üçün solo partiyası re minorda ifa olunur. Əsər şüştər məqamına əsaslanır. Orkestr partiyası mi mayəli şüş­tər­də, solo qa­nun par­­tiyası müvafiq olaraq re mayəli şüştərdə qurulmuşdur.

“Çinarənin sevinci” əsəri mürəkkəb üçhissəli formaya malikdir: ABA1. Bu quruluş giriş və koda ilə tamamlanır: Giriş+ABA1+Koda.  Giriş 6 xanədən ibarətdir, orkestr tərəfindən ifa olunan aksentli və sinkopalı mü­rək­kəb dissonans akkordlarla başlayır. Skersovari ak­sentlər və sinkopalı metrika vasi­tə­silə əsərin dinamik, nikbin, həyatsevər xa­rak­te­ri elə ilk andan eşidilir. Sin­kopa­lı vur­­ğu­la­rla caz effekti verən girişin met­rikası əsər bo­yu ostinatlı mü­şa­yi­ət şəklində davam edərək, gəncliyə xas sevinc və nikbin əhvali-ru­hiyyə yaradır:

qanun

Orkestrin girişindən sonra qanun alə­ti­­nin solo partiyası başlayır. Fasiləsiz da­vam edən melodiyanın quruluşunda özünü daim göstərən art.2 in­ter­va­lı və daim eşi­­­­dilən trellər qanunun səslənməsinə milli effektlər və intona­si­ya­lar aşılayır. Bəs­tə­kar melodik cümlələri bir ok­ta­va aşağı təkrar et­məklə qanun alə­ti­nin səslən­mə­sin­də tembr müx­təlifliyi yaradır və solo alətin melodik ifa­də­­liyini ar­tı­rır.

Əsərin birinci hissəsi (A) üç cümlədən iba­­­rət period formasındadır.Bu periodda cümlələr kvadrat quruluşlu olmaqla yanaşı, təkrarlıdır (4x+4x; 8x+8x). A periodu daxilindəcümlələrin ok­ta­va aşa­ğı təkrar olunması əsərə tembr əlvanlığı aşılayır və onun melodik məz­mu­nu­na rəngarənglik qatır. A periodunun I cümləsi (a) partiturada 1-2 rəqəmləri əhatə edir.Re mayəli şüştərə əsas­­lanan birinci cüm­lə 8 xanəlidir (4x+4x) və məqamın tamamlayıcı tonunda (III pillə, lya) tam ka­dans ilə bitir:

qanun

Nümunədən göründüyü kimi, qanun alətinin partiyasında ilk melodik cümlə­nin diapazonu x.8 intervalını əhatə edir: g1-g2. I cümlə oktava aşağı təkrar olu­nur və bununla 8x+8x quruluşunu alır.

Diqqət etsək, görərik ki, I cümlənin 7 və 8-ci xanələri ikixanəli ibarə (fraza) əmələ gətirirlər. Bu xanələrdə melodik fikir tamamlandığı və məqamın tam ka­dan­sı təsdiq olunduğu üçün ikixanəli ibarəni “tam kadans iba­rə­si” ad­landırırıq:

qanun

Qeyd edək ki, bu ikixanəli tam kadans ibarəsi əsərin ayrı-ayrı hissələrində və cümlələrində eyni melodik quruluşda özünü göstərir və hər dəfə tam kadans rolunu oy­­­na­ya­raq melodik fikrə yekun vurur. Bu ibarəyə trellər xüsusi intonasiya effekti aşıla­yır.

I cümlədə melodiya qarışıq (aşağı-yuxarı-aşağı) hərəkətlidir. Melodi­ya­da özünü göstərən sıç­ra­yış­lar ümumi melodik axarda kəskin deyil, rəvan səciyyə daşıyır.

A periodunda II cümlə (a1) 8 xanə təşkil edir: 4x+4x. Bu cümlə re mayəli şüştə­rin mayə (re) və tərkib (mi) pillələrində qurulur. Me­lodiyada özünü göstərən “fa di­yez” və “fa bekar” növbələşməsi, şüştərin tər­kib şöbəsinə xas intonasiyalar ya­ra­dır:

qanun

Nümunədən göründüyü kimi, II cüm­lənin melodik özəlliklərindən biri x.4 sıçrayışı ilə başlamasıdır: re — sol. Melodiyaya xüsusi intonasiya aşılayan bu sıç­ra­yış mayə pilləsindən (VI, re) məqamın II pilləsinin (sol) oktavasına hə­rə­kət­dən ibarətdir: VI — II8 (d2-g2):

qanun

İkinci cümlənin melodik quruluşu 2 frazadan təşkil olunmuşdur: 4x+4x. Bi­rin­ci fraza re mayəli şüştər məqamının VII, yəni tərkib pilləsində (mi) bitir. Belə sonluq frazaya yarımkadans səciyyəsi verir:

qanun

İkinci cümlənin 4 xanədən ibarət olan ikinci frazası isə re mayəli şüştərin III pil­lə­sin­də, yəni tamamlayıcı tonunda (lya) bitərək, melodiyanın sonuna tam kadans sə­ciy­yəsi verir. Deməli, II cümlə də tam kadans ibarəsi ilə bitir:

qanun

İkinci cümlə də birinci cümlə kimi bir oktava aşağı təkrar olunur. Bəs­təkar registrləri qarşılaşdırmaqla, alətin gözəl tembr imkanlarını səsləndirir və me­lodik ifadəliyini artırır. Biz təhlil zamanı A periodunun II cümləsində maraqlı sin­tak­sis aşkar et­mi­şik. Bu, re mayəli şüş­tərin “tərkib” pilləsinə (re, mi) istinad edən frazalardakı ikixanəli “tərkib ibarələri”dir:

qanun

A periodunda III cümlə eynilə I cümlənin təkrarından ibarətdir. 8 xanəli bu cümlə də oktava aşağı təkrar olunur. Beləliklə, “Çinarənin sevinci” əsərinin birinci periodunun (A) üç təkrarlı cüm­­­lədən təşkil olun­du­ğunu görürük: a+a1+a.

Əsərin orta hissəsi genişlənmiş B periodundan ibarətdir. Bu his­sənin tema­tiz­mi üç materialdan qurulmuşdur. Bun­­lar­dan birincisi 8 xanəli cümlədir (rəqəm 7). Bu cümlənin me­lo­di­yası A pe­riodunun melodik materialı üzə­rində qu­ru­lub­ və onu davam etdirir. Be­lə ki, B his­səsinin ilk cümləsi re mayəli şüş­tər­dədir və tamamlayıcı pil­lə­yə (lya) istinad edir. Bəstəkar qanun alətinin tex­ni­ki im­kan­la­rın­dan bəhrələnərək melodiyada aramsız səkkizliklər ilə “lya” səsini mü­təmadi təkrar­la­yır. Bununla, qanun tərəfindən üfüqi melodiya hərəkəti ilə “lya”nın burdon səs­lən­mə­si yaranır və xalq instrumental musiqisinə xas ornamentallığa nail olunur. Diqqəti cəlb edən xüsusiy­yətlərdən biri də B hissəsindəki I cümlənin tam kadans ibarəsi ilə (xanə 7-8) bitməsidir:

qanun

Daha sonra bu 8 xanəli cümlə bir oktava aşağı təkrar olunur. Bəstəkar cümlələrin təkrarlanması prinsipini  tətbiq edərək, burada 8 xanəli cümləni bir daha ok­tava aşağı təkrar səsləndirir (rəqəm 8):

qanun

Maraqlıdır ki, bu təkrar cümlənin sonluğu onaltılıq notlarla bitir. Müəllif əsər­də qanun partiyasına ilk dəfə onaltılıq ölçünü daxil edir. Biz tam kadans iba­rə­si­nin belə mertik xırdalanmasına, yəni onalıtılıqlar ilə səslənməsinə muğam ele­menti kimi yanaşırıq.

B periodunun II cümləsi polifonik qu­ru­luş­da təqdim olu­­nur (rəqəm 9-10). Belə ki, bu cümlə A periodunun I cümləsini eynilə təkrar edir. Lakin qa­nun par­tiya­sında əsas mövzu kimi tanıdığımız bu 8 xanəli cümlə B periodunda or­kes­trin ifasında və po­lifonik formada səslənir. Orta hissədə çox maraqlı forma xüsusiy­yət­lərindən biri də orkestr ilə solist ara­sın­da baş verən funksiya dəyiş­mə­si­dir. Belə ki, polifonik bölümdə müşayiət funk­siyası orkestrdən qanun alətinə ve­rilir və solist ilə or­kestr ara­sında belə funk­si­ya dəyişməsinin özü də musiqi ma­te­ria­lının yer­də­yiş­mə­sinə səbəb olur. İndiyə qə­­­dər orkestr müşayiətindəki skerso xarakterli, caz ele­ment­lərinə malik sinkopalı ritm burada qanun aləti tərəfindən ostinat şək­lin­də rit­mik ak­kordlarla səs­lənərək, qanuna mü­şayiət rolunu verir. Belə funk­sional və ma­terial yerdəyişməsi həm də özünü polifo­nik element – kontrapunkt kimi gös­tərir. Digər tərəfdən, qanun alətində dördsəsli akkordların çalınması onun çox­səs­li və harmonik alət olduğunu bir daha prak­tik şəkildə təsdiqləyir. Fikrimizin əya­ni olması üçün qanun alətinin par­ti­ya­sı­na diqqət edək:

qanun

Solistin müşayiətçi kimi ifa etdiyi bu sinkopalı və mürəkkəb ak­­­kordlar alətdə aydın və güclü səslənərək, kamera orkestrinin polifonik xət­ti ilə birləşir və ritm, tembr əlvanlığı yaradır. Bu bölümdə orkestrin partiyası homofon-harmonik fak-turadan polifonik fakturaya keçid alır. Lakin orkestrin ifası polifonik fak­turada olsa da, qanun öz skertsovari ritmik “atmacaları” ilə homofon-har­mo­nik mü­şayiəti davam et­di­rir. Bununla da, 9-cu rəqəmdan başlayaraq, B hissəsinin ilk bölümündə po­li­fak­tu­ra ilə qar­şı­laşırıq.

İndi isə mövzunun polifonik işlənilməsini təhlil edək. 9-cu rəqəmda mövzu – proposta I sk­ripkalarda pissikato ştrixi ilə başlayır və 8 xanə davam edir. Bu 8 xa­nə­nin ikinci xanəsindən etibarən II sk­rip­ka pissikato ilə mövzunu – rispostanı imi­ta­siya formasında ifa etməyə başlayır və I skripka ilə polifonik dialoqa qo­şulur. Möv­zunun və imitasiyanın (propostanın və rispostanın) simlilərdə pizzikato ifası əsə­rin ümumi səs­lən­mə­sinə xüsusi effekt aşılayır. Maraqlıdır ki, ikinci xa­nə­dən po­li­fo­nik fakturaya II sk­rip­ka ilə birlikdə alt qrupu da qoşulur, bu zaman mövzu (proposta) üç dəfə genişlən­miş ritmik ölcüdə çalınır. Üçüncü xanədən isə violonçel qrupu altların ritmik genişlənmiş rispostasına imitasiyaya başlayır. Be­lə­lik­lə, möv­zu­nun dördsəsli təbəqədə polifonik ke­çidi baş verir: mövzu (I skripka), mövzunun I imitasiyası (II skrip­ka), mövzunun genişlənmiş ritmik ölçüdə II imitasiyasi (alt), mövzunun genişlən­miş ritmik ölçüdə III imitasiyası (violonçel).

B hissəsində III cümlə yeni tonallıq və məqam üzərində qurul­muş­dur. Bu cümlə genişlənmiş quruluşdadır, partiturada 11, 12, 13, 14 və 15-ci rəqəmlərı əhatə edir. Əsərin əsas tonallığı mi minor burada eyniadlı majora keçid alır və melodiya sol di­yez segahda qurulur. Beləliklə, B periodundakı yeni mövzu orkestrdə mi major və sol diyez mayəli se­gah­da, qanunun partiyasında isə re majorda və fa diyez mayəli segah­da səs­lə­nir. Modul­ya­si­ya ilə əlaqədar olaraq qanun partiyası re ma­jo­run işarələri və segaha xas olan al­te­ra­siya ilə – III pillənin yarım ton artması, yəni “mi diyez” ilə ifa olunur. 11-ci rəqəmdan başlayaraq, orkestr “sol diyez” səsini ritmik quruluşda ostinatlı orqan punktu kimi səsləndirir. Bu, sol diyez mayəli segahdır. Qanunun solo partiyası bu pillənin burdon və ostinatlı səslənməsi fonunda 12-ci rəqəmdan yeni melodik mövzuya başlayır:

qanun

Qanun alətində segah üzərində səslənən bu melodik mövzu daha sonra va­rian­tlı şəkildə tersiyalarla təkrar olunur.

Otra hissədə (B) segah məqamında keçən bu III cümlə 15-ci rəqəmdan eti­barən tədricən re minora və re mayəli şüştərə keçid alır. Belə keçid sonda tam kadans ibarəsi ilə bitir. Bununla da əsərin mərkəzi B hissəsində re mayəli şüştərə keçid alan me­lo­dik cümlə tam kadans ibarəsi ilə bitərək, əsərin əsas tonal­lı­ğı­na (re mayəli şüştərə) qayı­dı­şı təmin edir. Maraqlıdır ki, B hissəsinin həm segaha əsaslanan və həm də se­gah­dan re mayəli şüştə­rə yönələn cümlələrində bəs­tə­kar qanun partiyasındakı birsəsli melodik hərə­kəti aşağı və yu­xarı xətlərə ayırmaqla kontrapunkt yaratmışdır. Maraqlı nəzəri mə­sə­lə­lər­dən biri də qanun partiyasında kontrapunkt təşkil edən melodik xəttin (yu­xa­rı xət­tin) aksentlə çalınması və polimetriya əmələ gətirməsidir:

qanun

A1 periodu əsərin reprizasıdır. A1 periodu da A pe­riodu kimi melodik cəhət­dən re mayəli şüş­tər məqamına əsaslanır. Sonuncu period (A1) birinci periodu (A) melodik də­­yi­şik­lik­lərlə təkrar edir və repriza rolunu oynayır. Burada A pe­rio­du­nun I və III cüm­lələri olduğu kimi təkrar ifa olunur. Variantlı melodik təkrar isə özünü II cümlədə göstərir. Belə ki, II cümlə orkestr ilə qanun arasında “sual-cavab” prin­sipi ilə qurulur. Or­kestr ilə solistin mükaliməsi (dialoqu) “tərkib ibarəsi” ilə baş­­la­yır. Xatır­ladaq ki, bu ibarə ilk dəfə A periodunun II cümləsində ifa olun­muş­du. Fərq buradadır ki, A periodunda bu ikixanəli ibarəni qanun aləti, A1 pe­rio­dun­da isə orkestr ifa edir:

 qanun

Dörd dəfə keçən bu dialoqda qanun alətinin melodik cavabları alətin gözəl, incə tembri va­sitəsilə muğam intonasiyalarını səsləndirir ki, bu da dinləyiciyə xü­susi bədii-estetik təsir ba­ğış­­la­yır.

Qeyd etdiyimiz kimi əsər koda ilə bitir. Ma­raq­lı­dır ki, 24-cü rəqəmdan başlayan 7 xanəli (6x+1x) koda əsas mövzunu xa­tır­ladaraq, re mayəli şüştərin səs sırası üzə­rin­də qammavari ardıcıllıqla və tamamlıyıcı to­n­­da – “lya” səsində bitir:

qanun

Sonuncu xanədə qanun tərəfindən re mayəli şüştərin tamamlayıcı tonundan – kiçik ok­­tavanın “lya” səsindən başlayaraq ikinci oktavanın “lya” səsinə qədər  ̶  iki ok­ta­va diapazonunda ff dinamikası ilə qlissando çalması əsərin şən, nikbin və skerso xa­­rakterinə tam uy­ğun gəlir və bu, əsərin nikbin, həyatsevər ideyasının parlaq təsdiqi kimi səslənir.

 

ƏDƏBİYYAT:

  1. Abdullayeva S.A. Azərbaycan xalq çalğı alətləri (musiqişünaslıq-or­qa­no­lo­ji tədqiqat). B.: Adiloğlu, 2002, 454 s.
  2. Əliyeva T.M. Qanun məktəbi. Dərslik. B.: Ziya NPM, 2014, 198 s.
  3. Hüseynova G.Q. Musiqi əsərlərinin təhlilinə aid metodik tövsiyələr. B.: Adiloğlu, 2009, 71 s.
  4. Mazel L.A. Musiqi əsərlərinin quruluşu. Dərs vəsaiti. Tərcümə edəni G.Hüseynova. B.: Maarif, 1988, 516 s.

 

Натаван ГАСАНОВА

Старший преподователь АМК

ОСОБЕННОСТИ ФОРМЫ И ИСПОЛНЕНИЯ В «СHINARASJOU»

Резюме: В статье анализируется произведение для гануна с камерным оркест­ром «Сhinarasjou». Автор этого сочинения видный композитор и педа­гог, на­род­ный артист Азербай­джа­на, профессор Дадаш Дадашов.Ком­по­зи­тор рас­крыл новые исполнительские возможности народного инст­ру­мента га­нун.Статья посвя­щена особенностям формы, исполнения и художественной вы­разитель­нос­ти этого произведения. Ст­рук­турный анализ показывает, что про­из­­ве­­де­ние имеет сложную трехчаст­ную форму мелодия строится на основе лада Шуштер.

Ключевые слова:ганун,форма, скерцо, исполнительство, националь­ная выразительность, современнaя стиль, анализ

 

Natavan HASANOVA

Lecture of ANC

FEATURES OF A FORM AND PERFORMANCE IN «CHINARA’S JOU»

Summary: In this article the musical work «Chinara’s jou»for a qanun with cham­ber orchestra is analyzed. Author of this composition is famous composer and pedagog, People’s Artist of Azerbaijan Republic, professor Dadash Dadashov.. Composer has opened new performing opportunities of the national instrument qanun. The article is devoted to features of form, perfomance, melody and art expressiveness of this professional music work. The structural analyses prove that this work has complicated three-part form. The melody is under construction of the national mode Shushter. 

Key words: qanun, form, scherzo, performance, national expressiveness, modern style, analysis 

 

Rəyçilər:

sənətşünaslıq üzrə elmlər doktoru, professor S.Abdullayeva;

əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent T.Əliyeva 

Mövzuya uyğun