AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 4, 2016

Natəvan HƏSƏNOVA

AMK-nın doktorantı

Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7

Email: natavanhasanova@mail.ru

UOT 787.5                                                                                  

QANUN ÜÇÜN AZƏRBAYCAN XALQ RƏQS İŞLƏMƏLƏRİ

endir

 

PDF 

 

 

 

Xülasə: Məqalə qədim musiqi aləti qanun üçün işlənmiş Azərbaycan xalq rəqslərinə həsr edilmişdir. Müəllif özünün peşəkar ifaçılıq və pedaqoji təcrü-bəsinə əsaslanaraq qanun üçün bir neçə instrumental rəqs melodiyalarını nota yazmış və işləmişdir. Burada yeni notasiya və işləmə metodlarından istifadə edilmişdir. İşləmələrdə alətin yeni ifaçılıq, bədii və texniki imkanları açılır, qa-nun yalnız monodik deyil, həmçinin çoxsəsli, harmonik və polifonik alət kimi təqdim edilir. Məqalədə rəqs işləmələrinin forma, melodik və ifaçılıq xüsu-siyyətləri təhlil edilir.

Açar sözlər: qanun, Azərbaycan xalq rəqs melodiyaları, işlənmə, yeni metodlar, ifaçılıq və tədris, təhlil

Azərbay­can mu­ğam­larını, xalq mahnı və rəqslərini qanun üçün nota yaz­maq və işləmək tədqiqatçıların və pedaqoqların qarşısında duran  vacib məsələlərdən biridir. Bu səbəbdən Azərbaycan rəqslərinin qanun aləti üçün iş­lə­nib hazırlanmış “Azər­­­baycan xalq rəqsləri. Qanun üçün iş­lə­mə­­lər” toplusu [3] bu sahədə yaranmış boşluğu dolduraraq dəyərli dərs vəsaitinə çevrilmişdir. Bu sırada T.Əliyevanın da qanun üçün rəqs yazılarını xüsusi qeyd etməliyik. Azərbaycan xalq rəqs nümunələri, eləcə də dünya xalqlarının bəzi rəqsləri T.Əliyeva tərəfindən bir­səsli qaydada nota yazılmış, bəziləri qanun ilə fortepianoda çalmaq üçün transkripsiya olun­muşdur. O, müəllifi olduğu qiymətli “Qanun məktəbi” dərsliyinə [2]xalq rəqslə­rinin not yazı­la­rını da da-xil etmişdir. Bu rəqs yazıları məktəblilər tə­rə­findən qa­nun vasi­təsi­lə xalq musiqisinin daha yaxşı qavranılması məq­sə­di­ni daşıyır.

“Azər­­­baycan xalq rəqsləri. Qanun üçün iş­lə­mə­­lər” məcmuəsinə 9 rəqs işləməsini daxil et­mi­şik: 1. “Ey­nur”; 2. “Mirzəyi”; 3. “Yüz bir”; 4. “Şağani”; 5. “Nəlbəki”; 6. “Na­tə­va­nı”; 7. “Tu­racı”; 8. “Sevgilim”; 9. “Brilliant”. Bu rəqslərdən bəziləri Milli Konservatoriyanın professoru Malik Qu­liyev və do­sent Arzu Quliyeva tərəfindən nota yazılmış və tərtib olunmuş “Azər­bay­can xalq rəqsləri” dərs vəsa-itindən [1]seçilmişdir.

Biz xalq rəqslərinin qanun üçün solo işlənilməsinə fərqli mövqedən ya­naş­araq ye­ni metodlar tətbiq etməyə çalışmışıq. Belə ki, rəqs yazılarımızda və işləmə-lərimizdə qanun üçün ikisəsli, üçsəsli, dördsəsli akkordlu çalğılara, burdon çoxsəs-liliyinə, ikiəlli po­li­fak­turaya, imitasiyaya, çoxsəsliliyə və kontrapunkta geniş yer ver-mişik. Qeyd etmək va­cibdir ki, bu işləmələr texniki çətinliyinə və çoxsəsli təfsirinə görə peşəkar ifa­çılar, konservatoriya tələbələri və musiqi kolleclərinin yuxarı si­nif­ləri üçün nə­zər­də tutulub.

Xalq rəqslərini qanun üçün işləyərkən qar­şı­mız­da duran əsas məqsəd alətin bə­dii və texniki imkanlarını daha qabarıq şəkildə təqdim etməkdən ibarət ol­ub. İşlə-mələrdə qanuna xas milli instrumental səs­lən­mə­lərə uyğun olan melodiya ifadə-liliyinə və texniki ştrixlərə nail olmağa çalışmışıq. Başlıca məq­­sədimiz­dən biri qanun alətini yalnız monodik de­yil, həm də çoxsəsli, har­monik və poli­fo­nik ifa imkanlarına malik peşəkar alət kimi təqdim etməkdir. Üstəlik pedaqoji maraq daşıyaraq, yu­xarı və orta çətinlikli rəqs iş­ləmələrini gə­lə­cək­də qanun tədrisinə daxil et­mək­dən, yeni metodla yazılan bu işlə­mə­lər vasi­tə­silə qa­nun alətində peşəkarlıq mə­ziy­yət­lərini artır-maq fikrindəyik. Qanun üçün işləmələrin təhlili isə bəzi xüsusiyyətləri aşkara çıxar-maq məqsədi daşıyır.

 “Şağani”, “Turacı”, “Brilliant” rast, “Mirzəyi” segah, “Nəl­bəki”, “Natəvanı” ba­ya­tı-şiraz, “Eynur”, “Sevgilim”, “Yüz bir” şüştər mə­qa­mın­da qurulub.

Şağani rəqsi do mayəli rast məqamındadır. Bu məqam “Mahur-hindi” muğa­mı­nın ma­yə­sinə uyğundur. Rəqs sadə üçhissəli formadadır: ABA1. Rəqsin A bölümü kvadrat quruluş­lu­dur, tək­rar quruluşlu iki cümlədən ibarətdir: a+a1. Melodiya ikinci ok­ta­va­da çalınır. Bu­ra­da hər cümlə 8 xanə olmaqla iki tək­rar frazadan qurulur: 4x+4x. Bi­rin­ci cümlədə melodiya do rastın mayəsi  ətrafında gəzişir. Cüm­lə mayədən (do) başlayaraq, birinci xa­nə­də mayənin kvintasına (VIII pillə, sol) yuxarı is­tiqamətli sıç­rayış edir. Sonra me­lo­di­ya bu sıçrayışın əks istiqamətində aşağı pil­lə­va­ri hərəkətlə x.5 intervalı ara­sın­da­kı məqam pillələrini səsləndirir. İkinci xanə ya­rım kadansla bitir. Belə ki, mayənin üst tersiyası (VI pillə, mi) bu xanədə melodik hə­rəkət üçün da­ya­na­caq rolunu yerinə yeririr. İkinci xanədə me­lo­di­yanın tersiya da­yanıqlığı baş verir və mo­tiv qeyri-sabit pillədə — mayənin üst aparıcısında (V, re) bitir. Qeyd edək ki, bu xa­nə­də melodiya mayənin üst tersiyasına əsaslandığı üçün üst aparıcı ton keçici səs kimi özünü göstərir:

qanun

Növbəti ikixanəli motiv III xanədən başlayır və birinci motivə cavab sə­ciy­yəsi daşıyır (xanə 3-4). Əgər I motivdə melodiya ya­rım kadansla bitirsə, II motiv cavabverici olub ma­yə­ni təsdiqləyərək tam kadansla bitir:

qanun

I frazada (xanə 1-4) melodiya rəvan hərəkətlidir, aşağı enişli hərəkət üstünlük təşkil edir. Trel və mordentlər melodiyanı və intonasiya ifadəliliyini zənginləşdirir. Bu fra­za ifadəli  sinkopa  ilə başlayır.

II fraza 4 xanəli (2x+2x) olaraq melodik cəhətdən I frazanın variant təkrarıdır (xa­nə 9-12):

qanun

II cümlə (a1) 8 xanədən ibarətdir və kvadrat quruluşludur: 4x+4x. Bu cümlə do rast məqamının VIII (g) və VI (e) pillələrinə əsaslanır. Həmin rəq­sin melodiyasına əsasən demək olar ki, bu istinad  pillələri rast məqamında mayə və üşşaq funk-siyalarına daxildir.

II cümlə iki fra­zadan qurulub, hər fraza təkrar qu­ru­luşlu 4 xanədən ibarətdir. II cümlənin I frazası (xanə 13-16) do mayəli rastın VIII pil­ləsindən (g) başlayır və rəvan tərzdə aşağıya, mayəyə doğru hərəkət edir. II cüm­­lənin melodiyasında sıçra­yış­la­ra rast gəlinmir:

qanun

Mə­qa­mı­n VIII pil­lə­si ilə­ baş­la­yan II fraza əvvəlki frazanı təkrar edir və I cümləni tamamlayan tam ka­dansla bi­tir:

qanun

II cümlənin istər I, istər II frazasında tersiya sıçrayışları müşahidə olu­­­nur, diapazonu k.7 intervalındadır: h-a1.

 “Şağani” rəqsinin II hissəsi də period formasında olub (B) do mayəli rastın VIII pilləsinə, yəni “Şi­­kəs­teyi fars”a istinad edir. Bu periodun cümlələri motiv tək-rarlanması hesabına qu­ru­lur­. İki cümlədən ibarət B periodu kvadrat quruluşludur: 8x+8x. Hər cümlə 4x+4x quruluşlu iki frazadan, hər fraza isə 2x+2x quruluşlu iki motivdən təşkil olun­muş­dur. Periodun I cümləsində 4 xanədən ibarət birinci frazaya diqqət edək:

qanun

G-f-a-g  intonasiyası do mayəli rastda (“Mahur-hindi” mu­ğa­mında) məhz “Şikəsteyi-fars”a məxsus melodik yarımkadansdır:

qanun

Sonrakı ikixanəli motiv isə bu melodik intonasiyanın təkrarı üzərində qu­ru­lur və VIII pillənin xarakretik məqam intonasiyalarını təsdiq edir. Ümumiyyətlə, B pe­rio­dunun melodik inkişafı bu intonasiya formuluna əsaslanır və bu hissədə cüm­lə­daxili təkrarlıq elementləri daha çoxdur:

qanun

II fraza təkrar quruluşludur və I frazanı cüzi ritmik bölünmələrlə təkrar edir:

qanun

B periodunun II cümləsi I cümlənin mövzusu üzərində qurularaq, onu variant dəyişikliyi ilə təkrar edir.

qanun

II 4 xanəli fraza I frazanı oktava aşağı təkrar edir:

qanun

Beləliklə də, kvadrat quruluşlu B periodunun iki cümləsi və bu cümlələrin frazaları eyni “Şikəsteti-fars” kadensiyası ilə (g-f-a-g ) bitərək yarım kadans səciyyəsi alır.

“Şağani” rəqsinin sonuncu A1 periodu qısaldılmış formada ifa olunur. Bu pe­ri­od rəq­sin quruluşunda “Şikəsteyi-fars”dan mayəyə keçid rolunu oynayır. Bu 4 xanəli fraza ma­yə­nin üst tersiyasında (V, e) bitərək yarımkadans səciyyəsi alır:

qanun

Cavabverici fraza üst tersiyanın yarımkadans rolunu bir daha təsdiq edir:

qanun

Növbəti cümlə isə qısaldılaraq, bir fraza ilə çalınır. Bu yekun fraza tam kadans ilə bitir:

qanun

Rast məqamında ifa olunan və bizim tərəfimizdən solo qanun üçün işlənilən xalq rəqs nümunələrindən biri də “Brilliant” rəqsidir. Bu rəqs mi mayəli rast məqa-mın­da­dır, 6/8 vəzni ilə ifa olunur və mi major tonallığında nota yazılmışdır. Rəqs sadə quru­lu­şa, şən və oynaq melodiyaya ma­lik­dir.

“Brilliant” rəqsi iki cümələdən ibarət sadə kvadrat period for­­masındadır (8x+8x). 8 xanəli birinci cümlə (4x+4x) iki təkrar olunan frazadan iba­rətdir. Motivlər sual-cavab qu­ru­luş­ludur. Birinci motivə diqqət etsək, melodiyanın mi mayəli rastın VIII pilləsinə (h) istinad et­diyini görərik. Bu, mayənin kvintasıdır. İkinci motivdə isə cavabverici melodiya VIII pillədən mayəyə doğru qarışıq enişli hərəkət edərək mayədə tamamlanır. Bu­nun­la 4 xanəli frazada iki motivdən birincisi (xanə 1-2) ya­rımkadansla (VIII pillə, h), ikincisi (xanə 3-4) tam kadansla (IV, e) bitir:

qanun

İkinci fraza melodiya və kadans baxımından I frazanı təkrar edərək, I cüm­ləni tamamlayır:

qanun

II cümlə I cümlənin melodiya materialına əsaslanır və onu davam et­di­rir. Bu cümlə də 4x+4x quruluşlu iki frazadan təşkil olunmuşdur. Frazların hər biri isə 2x+2x olan iki motivdən qurulmuşdur.

qanun

Bu motiv özəyi 4 xanəli frazanın 3 xanəsində eynilə təkrar olu­nur və fraza IV xanədə (xanə 12) tam kadansla mayədə bitir. Göründüyü kimi, frazada me­lodiya mo-tiv təkrarları əsasında qurulur:

qanun

İkinci fraza isə həmin frazanın təkrarından ibarətdir və ikinci cümləni tamamlayır:

qanun

Rəqs iki cümlədən ibarət periodun təkrarı ilə davam edir.

 “Nəlbəki” geniş populyarlıq qazanmış xalq rəqslərindəndir. Mi mayəli bayatı-şiraz məqamına əsaslanır və mi minor tonallığında nota yazılmışdır. Bu rəqsin me­lodiyası fraza təkrarları əsasında qurulmuşdur.

Rəqs sadə ikihissəli formadadır: A+B. Cümlələr qeyri-kvadrat quruluşludur. Bi­rin­ci cümlənin (A) fraza təkrarlarından ibarət olduğunu müşahidə edirik:

A (a+a+a1+a2+a1+a2)

Bu cümlə quruluşunda hər fraza 3 xanədən ibarətdir. Cümlə bi­rin­ci xanədə x.5 sıç­­rayışı ilə başlayır. Bayatı-şiraz məqamı üçün səciyyəvi olan sıç­ra­yış ma­yədən kvin­­taya doğru IV-VIII pillələr arasında baş verir: e1-h1. Bu kvinta hərəkəti me­lo­di­­­­­yaya “Nəşibü-fəraz” intonasiyası aşılayır. Üçüncü xanədə isə a1-g1-a1-h1 hə­rəkəti bi­rin­ci fra­za­da kvinta tonunun (h1) dayanıqlığını təsdiq edir və fraza yarımka­dans ilə bi­tir. Üç­xa­nəli fraza (a) variantlı şəkildə təkrar səslənir:

qanun

İkinci hissə  ̶  B cümləsi də A cümləsinin fraza sintaksisi əsasında qurul­muş­dur. İkinci cümlədə ilk fraza üç xanəlidir və iki dəfə təkrar olunur: b+b (3x+3x).

Bu cümlənin əsas xüsusiyyəti bayatı-şiraz məqamının üzzal pər­də­si­nə is­ti­nad etməsidir. Belə ki, “mi” mayəli bayatı-şiraz məqamında üzzal pər­də­si üst ter­siyanın (g) alterasiyasını nəzərdə tutur. Bu zaman məqamın VI pilləsi olan üst ter­­si­ya yarım ton zilləşir (gis). Beləliklə də, “Üz­zal” şöbəsində me­­lodiya məqamın VIII (h) və VI (gis) pillərinə istinad edir. “Üzzal”a xas olan mə­qam alterasiyası “Nəlbəki” rəqsində “gis” mayəli segaha yö­nəlmə yaradır. Fra­za­ların “gis” səsində bitməsi “üzzal”a və segaha xas olan in­to­na­si­ya ifadəliliyi ya­radır.

İkinci cümlədə 3 xanəli b frazasını və onun təkrarını nəzərdən keçirək (b+b):

qanun

Bu iki təkrar frazadan sonra A cümləsindəki a1+a2 frazaları yenidən ifa edilir. Məqama istinad etsək, o zaman rəqsin “Mayə” – “Üz­zal” – “Mayə”, yaxud bayatı-şiraz” – segah – bayatı-şiraz quruluşunu qeyd etmə­li­yik.

Beləliklə, “Nəlbəki” rəqsi sadə ikihissəli (AB) formaya malikdr. Cümlələr fraza təkrarları hesabına genişlənmiş quruluşdadır. Rəqsin forması aşağıdakı sxemə malikdir:

A (a+a+a1+a2+a1+a2) + B (b+b+a1+a2+a1+a2)

Bu xalq rəqs işləmələrində alətin spesifik texniki və bədii imkanları, ifa üsulları, ştrixlər, ifa va­si­tə­lə­ri, səslənmə xüsusiyyətləri, çoxsəslilik və hatmonik ifa tərzləri nəzərə alınmışdır. Bu amillər isə ifaçılıq aspektinə aiddir.

  

ƏDƏBİYYAT:

  1. Azərbaycan xalq rəqs musiqisi. Dərs vəsaiti. Nota köçürəni və tərtib edəni A.M.Quliyeva, M.B.Quliyev. B.: MBM, 2011. 88 s.
  2. Əliyeva T.M. Qanun məktəbi. Dərslik. B.: Ziya NPM, 2014, 197 s.
  3. Həsənova N.M. Azərbaycan xalq rəqsləri. Qanun üçün işləmələr. Dərs vəsaiti. Əlyazma. 2015.
  4. Hüseynli B.X. Azərbaycan instrumental xalq rəqs musiqisi. /Azərbaycan xalq musiqisi. Oçerklər. B.: Elm, 1981, 168-197 s.
  5. Zöhrabova L.R. Azərbaycan xalq rəqslərinin lad-məqam xüsusiyyətləri. Dərs vəsaiti. B.: Mars-print, 2013, 124 s.

 

Натаван ГАСАНОВА

Докторант в АНК

ОБРАБОТКИ АЗЕРБАЙДЖАНСКИХ НАРОДНЫХ ТАНЦЕВ ДЛЯ КАНУНА

 Резюме: Статья посвящена вопросам обработки азербайджанских народных танцев для древнего музыкального инструмента кануна. Анализируется особенности формы, мелодии и испол­ни­тель­ства обработанных автором танцев.

Ключевые слова: канун, азербайджанские народные танцевальные мелодии, обработка, новые методы, исполнительство и обучение, анализ 

 

Natаvan HASANOVA

Doctoral candidate of ANC

PROCESSINGS OF AZERBAIJANI NATIONAL DANCES FOR QANUN

Summary: The article is devoted to questions of processing of Azerbaijani national dances for ancient musical instrument qanun. In article it is analyzed features of a form, a melody and performance of dances processed by us.

Key words: qanun, Azerbaijani national dancing melodies, processing, new methods, performance and training, analysis

 

Rəyçilər:

sənətşünaslıq üzrə elmlər doktoru, professor S.Abdullayeva 

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent T.Əliyeva

Mövzuya uyğun