scan1

03 may 2017-ci il saat 14.00 da görkəmli Azərbaycan bəstəkarı Aqşin Əlizadənin 80 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçiriləcəkdir. Konfransda AMK-nın müəllim və tələbə heyəti iştirak edə bilərlər. İştirak etmək istəyənlər öz mövzularını aprel ayının 10-na qədər elmi işlər üzrə prorektorluğa təqdim etsinlər.

AZƏRBAYCAN   MİLLİ    KONSERVATORİYASI

 

Görkəmli Azərbaycan bəstəkarı, içtimai xadim və pedaqoqu

Respublikanın xalq artisti, Dövlət mükafatı laureatı

AQŞİN  ƏLİZADƏNİN 

80  illik  yubileyinə  həsr  olunmuş

 

ELMİ-PRAKTİK KONFRANS

Bakı, 3 may 2017-ci il

PROQRAM

Ön söz     —  Lalə Hüseynova,  Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə   prorektoru,   sənətşünaslıq üzrə fəlsəfə doktoru,  professor

Aqşin Əlizadə: mühiti və müasirləri       —    Sərdar Fərəcov, Azərbaycan Bəstəkarlar İttifaqının katibi,  əməkdar incəsənət xadimi

 

Piano üçün “Dastan” —  ifa edir  AMK-nın müəllimi Naibə Şahməmmədova

 

 Aqşin Əlizadənin yaradıcılığında ritm məsələləri – Fəttah Xalıqzadə, AMK-nın “Milli musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, professor

Aqşin Əlizadənin kinomusiqisinə fantaziya – ifa edir AMK-nın II kurs magistr tələbəsi Fərdin Məmmədli

Aqşin Əlizadənin 80 illik yubileyi münasibətilə etüdlər – Leyla Məmmədova-Fərəcova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının professoru

Piano üçün Variasiyalar —  ifa edirlər AMK-nın I kurs tələbələri  Qəhrəmanova Nigar və Aşurova Zabitə

 

Aqşin Əlizadənin Violin və simfonik orkestr üçün Konsertinin özəllikləri barədə —    Zəhra Qarayeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti

 

“Aqşin Əlizadə” filmi üzərində işimiz haqqında   —  Aybəniz Növrəsli,  Bakı Musiqi Akademiyasının baş müəllimi

Piano üçün  “Qəmli vals” —  ifa edir AMK-nım I kurs tələbəsi Canmirzəyeva Lətifə

Mövzuya uyğun