AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 3, 2017

Mahirə QULİYEVA

                                                                 AMK-nın müəllimi və dissertantı

Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7

     E-mail: pianist777@list.ru

 UOT:  78.087.1

BALABAN ALƏTİ VƏ ƏLƏKBƏR ƏSGƏROVUN İŞLƏMƏLƏRİ

endir

PDF

 

 

 

 

 

Xülasə: Bu məqalədə balaban alətinin tarixi, inkişaf mərhələləri, texniki im­kanları və quruluşu haqqında yığcam məlumat verilir. Alətin virtuoz ifaçısı Ələkbər Əsgərovun “Balaban məktəbi” adlı əlyazmasından bəzi nümunələr nəzərdən keçirilir. Həmin nümunələr bir daha Ələkbər Əsgərovun gördüyü mühüm işlərindən xəbər verir.

Açar sözlər: balaban, Ələkbər Əsgərovun əlyazmaları, inkişaf, klapan, müştük, nəfəs çalğı aləti

Mu­si­qi alət­lə­ri bə­dii və tex­ni­ki im­kan­la­rı­na gö­rə bi­ri-bi­rin­dən fərq­lə­nir. Bu fərq mu­si­qi in­cə­sə­nə­ti­nin in­ki­şa­fı­na mü­hüm tə­sir gös­tə­rir. Mu­si­qi alət­lə­ri­nin in­ki­şa­fı­nı iz­lə­yə­rək bü­tün za­man­lar­da ol­du­ğu ki­mi, təd­qi­qat­çı­lar ilk ola­raq on­la­rın ya­ran­ma ta­ri­xi­nə diq­qət ye­ti­rib, bən­zər nü­mu­nə­lə­ri mü­qa­yi­sə­li şə­kil­də öy­rə­nib və öz ya­ra­dı­cıq­la­rın­da əks et­di­rib­lər. Or­ta əsr­lər­də ya­şa­mış gör­kəm­li en­sik­lo­pe­dist alim­lər – Əbu Nəsr Fə­ra­bi, Sə­fi­əd­din Ur­mə­vi, Əb­dül­qa­dir Ma­ra­ğa­lı, Mir­zə bəy və baş­qa­la­rı­nın ri­sa­lə­lə­ri bü­tün dövr­lər­də ol­du­ğu ki­mi, müa­sir təd­qi­qat­çı­lar üçün də əvə­zo­lun­maz və qiy­mət­li mən­bə­dir. XIX-XX əsr­lər­də ya­şa­yıb-ya­rat­mış di­gər azər­bay­can­lı mu­si­qi­şü­nas alim­lə­rin də təd­qi­qat iş­lə­ri ifa­çı­lıq sə­nə­ti­nin in­ki­şa­fın­da əhə­miy­yət­li rol oy­na­mış­dır: Mir Möh­sün Nəv­vab, Ağa­lar Əli­ver­di­bə­yov, Üze­yir Ha­cı­bəy­li, Əf­ra­si­yab Bə­dəl­bəy­li, Sü­ley­man Ələs­gə­rov, Səa­dət Ab­dul­la­ye­va, Məc­nun Kə­rim, Ab­bas­qu­lu Nə­cəf­za­də və baş­qa­la­rı. Ey­ni za­man­da xa­ri­ci öl­kə­lə­rin bir çox ta­nın­mış alim­lə­ri­nin də ad­la­rı­nı bu si­ya­hı­ya da­xil et­mək olar: V.Bel­ya­yev, H.Far­mer, E.Horn­bos­tel, K.Zaqs, F.Ka­ra­ma­tov, O.Mat­ya­ku­bov, B.Sa­ra­ba­yev, B.Ögel,  M.Bar­dak­çı,  T.Viz­qo və baş­qa­la­rı.

Təd­qiq et­di­yi­miz “Azər­bay­can nə­fəs çal­ğı alət­lə­ri ifa­çı­lı­ğın­da Ələk­bər Əs­gə­ro­vun ro­lu” ad­lı dis­ser­ta­si­ya işi­nin möv­zu­su bu gü­nə­dək araş­dı­rıl­ma­dı­ğı üçün ya­ra­nan prob­le­min öy­rə­nil­mə­si mə­sə­lə­si­ni qar­şı­ya əsas məq­səd ki­mi qoy­mu­şuq. Fik­­ri­­miz­cə, təd­qi­qa­tın tə­ləb olu­nan sə­viy­yə­də araş­dı­rıl­ma­sı üçün aşa­ğı­da­kı möv­zu­la­rın əha­tə edil­mə­si məq­sə­də­uy­ğun he­sab edi­lir:

1.Ba­la­ban alə­ti­nin in­ki­şaf mər­hə­lə­lə­ri­ni nə­zər­dən ke­çir­mək;

2.Ələk­bər Əs­gə­ro­vun Azər­bay­can və xa­ri­ci öl­kə bəs­tə­kar­la­rı­nın əsər­lə­ri­nin ba­la­ban alə­ti üçün kö­çür­mə­lə­ri­ni və iş­lə­mə­lə­ri­ni təq­dim et­mək;

3.Ələk­bər Əs­gə­ro­vun çox­şa­xə­li ya­ra­dı­cı­lıq fəa­liy­yə­ti­nə nə­zər ye­tir­mək;

4.Ələk­bər Əs­gə­ro­vun bəs­tə­lə­di­yi rəqs me­lo­di­ya­la­rın­da məx­su­si ya­naş­ma­nı təh­lil et­mək.

Təd­qi­qa­tın bir his­sə­si ba­la­ban alə­ti­nin in­ki­şaf mər­hə­lə­lə­ri və tək­mil­ləş­mə­si­nə həsr edi­lib. Bu fə­sil­də e.ə ya­ran­mış və müa­sir dövr­də ən çox is­ti­fa­də edi­lən nə­fəs çal­ğı alət­lə­ri­miz­dən bi­ri olan ba­la­ban alə­ti­nin ya­ran­ma ta­ri­xi, eti­mo­lo­gi­ya­sı, mor­fo­lo­gi­ya­sı, in­ki­şaf mər­hə­lə­lə­ri və tək­mil­ləş­mə­si öz şər­hi­ni  ta­pır.

Ba­la­ban alə­ti­nin ya­ran­ma­sı­nın çox qə­dim ta­ri­xi kök­lə­ri var. Bu­na gö­rə də əsas məq­sə­di­miz ta­ri­xi mən­bə­lə­rə əsas­la­na­raq onun in­ki­şaf mər­hə­lə­lə­ri­ni öy­rən­mək­dir. Ba­la­ban alə­ti ən çox se­vi­lən və ge­niş is­ti­fa­də olu­nan nə­fəs alət­lə­rin­dən bi­ri­dir. Bir sı­ra di­gər Şərq öl­kə­lə­rin­də də bu alə­tə rast gəl­mək olar. Ba­la­ban müş­tük­lü və göv­də­si ağac­dan ha­zır­lan­mış 9 səs də­li­yi olan nə­fəs çal­ğı alə­ti­dir. Bu alət im­kan­la­rı­na gö­rə, di­gər nə­fəs alət­lə­rin­dən yum­şaq səs­lən­mə­si və temb­ri­nə gö­rə fərq­lə­nir. Dia­pa­zo­nu iki ok­ta­va­ya ya­xın­dır (ki­çik ok­ta­va­nın “sol” sə­sin­dən − II ok­ta­va­nın “re”, bə­zən “mi be­mol” və “mi be­kar” səs­lə­ri­nə ki­mi də do­daq apa­ra­tı va­si­tə­si­lə əl­də edi­lir). Ba­la­ban Azər­bay­can xalq çal­ğı alət­lə­ri or­kestr və an­sambl­la­rın­da so­lo və mü­şa­yi­ət­çi funk­si­ya­sı­nı da­şı­maq­la ya­na­şı, həm də aşıq ya­ra­dı­cı­lı­ğın­da apa­rı­cı alət ro­lu­nu oy­na­yır. Ba­la­ban da­ha çox inst­ru­men­tal xalq ya­ra­dı­cı­lı­ğın­da ge­niş is­ti­fa­də olu­nur. Bu alət klas­sik mu­ğam ya­ra­dı­cı­lı­ğın­da, Azər­bay­can folk­lor rəqs me­lo­di­ya­la­rın­da və aşıq sə­nə­tin­də özü­nə­məx­sus yer tu­tur. Ba­la­ban alə­ti xü­su­sən an­sambl, or­kestr və aşıq dəs­tə­lə­ri­nə da­xil edi­lir. Məhz bu sə­bəb­dən, ba­la­ban ma­hiy­yət­cə ey­ni ol­sa da, müx­tə­lif ad­lar­la və səs­lən­mə tembr­lə­ri ilə fərq­lə­nir: alt ba­la­ban, aşıq ba­la­ba­nı, bas ba­la­ban, bəm ba­la­ban, dəm ba­la­ba­nı, yas­tı ba­la­ban, bö­yük ba­la­ban, ney­çə ba­la­ban, or­kestr ba­la­ba­nı, te­nor ba­la­ban, cü­rə (pic­co­lo) ba­la­ban, kla­pan­lı ba­la­ban və o cüm­lə­dən adi ba­la­ban. Ba­la­ban alə­ti tək­mil­ləş­dik­cə onun for­ma və konst­ruk­si­ya­sı də­fə­lər­lə də­yiş­di­ri­lib və ye­ni növ­lə­ri ya­ra­dı­lıb. Sə­nət­şü­nas­lıq üz­rə elm­lər dok­to­ru, pro­fes­sor Ab­bas­qu­lu Nə­cəf­za­də­nin “Azər­bay­can çal­ğı alət­lə­ri­nin izah­lı lü­ğə­ti” ad­lı ki­ta­bın­da [1] ba­la­ban alə­ti­nin müx­tə­lif növ­lə­ri haq­qın­da ge­niş və izah­lı bil­gi­lər yer alır.

  1. Adi ba­la­ban. Bu ba­la­ban nö­vü­nə sa­ya ba­la­ban de­yi­lir, yə­ni göv­də­si­nin üzə­ri­nə heç bir na­xış vu­rul­mur. Həm­çi­nin, alə­tin bo­ru­su­nun üzə­ri­nə kla­pan sis­te­mi tət­biq edil­mir. Adi ba­la­ban − sa­də for­ma­lı hə­zin səs­li alət­dir [1, s. 19].
  2. Cü­rə (pic­co­lo) ba­la­ban. Cü­rə ba­la­ban bo­ru­su­nun ki­çik­li­yi­nə gö­rə di­gər ba­la­ban­lar­dan fərq­lə­nir. Qə­dim­də ba­la­ba­nın bu nö­vü mü­əy­yən əl­ve­riş­li mə­qam­lar­da is­ti­fa­də edil­miş­dir. Mə­sə­lən, “Şur” mu­ğa­mı­nın “ma­yə” və “sa­rənc” his­sə­lə­ri cü­rə ba­la­ban­da da­ha gö­zəl səs­lə­nir [1, s. 52].
  3. Aşıq ba­la­ba­nı. Bu ba­la­ban nö­vü di­gər­lə­rin­dən ən qə­di­mi­dir və ulu ozan-aşıq sə­nə­ti­nin qə­dim­li­yi ilə əla­qə­dar­dır. Ba­la­ba­nın tək­mil­ləş­mə­si üçün sə­nət­kar­la­rı­mız da­im ax­ta­rış­lar apa­rıb­lar. Ba­la­ban alə­tin­dən xey­li əv­vəl ya­ran­mış ney, süm­sü, bül­ban, mu­si­qar və s. nə­fəs alət­lə­ri­nin ha­zır­lan­ma pro­se­si sa­də ol­sa da, ba­la­ba­nın tək­cə sə­so­ya­dı­cı­sı olan ağız­lı­ğı, qa­mış müş­tü­yü­nü ha­zır­la­maq üçün sə­nət­kar­lar xey­li əmək sərf edib­lər. O cüm­lə­dən, Ələk­bər Əs­gə­ro­vun da ba­la­ban alət­lə­ri­nin ha­zır­lan­ma­sın­da bö­yük əmə­yi olub.

Qə­dim döv­rün alət­lə­ri olan süm­sü və bül­ba­nın in­ki­şa­fı ba­la­ba­nın ya­ran­ma­sı üçün zə­min ya­rat­mış­dır. Aşıq ba­la­ba­nı – di­gər növ­lər­dən çal­ğı üs­lu­bu­na və ifa tər­zi­nə gö­rə fərq­lə­nir. Bu alət xü­su­si spe­si­fik çal­ğı üsul­la­rı­na ma­lik­dir. Bu sə­bəb­dən qa­mış müş­tük­lər üfü­rül­mə tər­zi­nə gö­rə yün­gül və ağır olur­lar. Məhz bu­na gö­rə aşıq ba­la­ba­nın sə­si vı­zıl­tı­lı olur. Aşıq ba­la­ba­nı de­dik­də aşı­ğı mü­şa­yi­ət edən ba­la­ban ça­la­nın ifa et­di­yi alət nə­zər­də tu­tu­lur. İs­tər Şir­van (Şərq) aşıq mək­tə­bi, is­tər­sə də Qər­bi Azər­bay­can aşıq mək­tə­bi­nin nü­ma­yən­də­lə­ri aşıq ba­la­ba­nın mü­şa­yiə­ti ilə saz ça­lıb söz söy­lə­mə­yi xoş­la­yır­lar [1, s. 26].

  1. Te­nor ba­la­ban. Te­nor − ital­yan sö­zü­dür, di­li­mi­zə “sax­la­yı­ram” mə­na­sın­da tər­cü­mə olu­nur. Te­nor ba­la­ban­la­rın üzə­ri­nə kla­pan sis­te­mi təd­biq edil­miş­dir. Alə­tin bo­ru­su (bas ba­la­ban is­tis­na ol­maq­la) di­gər növ­lə­rə nis­bə­tən uzun olur. Bu sə­bəb­dən alət bəm səs­lə­nir. Te­nor ba­la­ban or­kestr və an­sambl­lar­dan is­ti­fa­də edi­lən tək­mil­ləş­di­ril­miş ba­la­ban növ­lə­rin­dən bi­ri­dir. Bu növ alət­lə­ri 80-ci il­lər­də ha­zır­la­yıb­lar [1, s. 177-178].
  2. Alt ba­la­ban. Bu, adi ba­la­ba­na bən­zə­yir, la­kin həc­mi­nə gö­rə on­dan bir qə­dər bö­yük­dür. Te­nor ba­la­ban − nis­bə­tən zil səs­lən­mə­yə ma­lik­dir. Alt ba­la­ban əsas ba­la­ban­dan xa­lis kvar­ta (x4) in­ter­va­lın­da bəm səs­lə­nir. Bu alət XX əs­rin son­ra­la­rın­da − cü­rə, te­nor, bas ba­la­ban növ­lə­ri ki­mi tək­mil­ləş­di­ri­lə­rək ya­ra­dıl­mış­dır. Alt ba­la­ba­nın göv­də­si (bo­ru­su) üzə­rin­də kla­pan sis­te­mi təd­biq olun­muş­dur. Kla­pan­lar va­si­tə­si ilə çə­tin ifa olu­nan bə­zi səs­lə­rin (di­yez­li, be­mol­lu) ifa­sı nis­bə­tən də­qiq in­to­na­si­ya­lı səs­lən­di­ril­mə­si əl­də olun­du [1, s. 21].
  3. Bas ba­la­ban. Bu alət XX əs­rin son­ra­la­rın­da ha­zır­lan­mış­dır. Bas (bas­so) − ital­yan sö­zü­dür. Azər­bay­can di­lin­də tər­cü­mə olu­na­raq “bəm“ sö­zü­nün mə­na­sı­nı ve­rir. Hər bir nə­fəs alə­ti­nin bo­ru­su nə qə­dər uzun olar­sa, sə­si bir o qə­dər də bəm olur. Bas ba­la­ban − xalq çal­ğı alət­lə­ri or­kest­rin­də is­ti­fa­də olu­nur [1, s. 38].

Ba­la­ban alə­ti − so­lo xü­su­siy­yət­lə­ri­nə gö­rə də əvə­zo­lun­maz­dır. Bu alət rəqs ya­ra­dı­cı­lı­ğın­da da ge­niş is­ti­fa­də olu­nur. Əgər zur­na da­ha çox və­tən­pər­vər ruh­lu “Cən­gi”, “Yal­lı” ki­mi rəqs­lər­də mü­hüm yer tu­tur­sa, ba­la­ban − li­rik və hə­zin mu­si­qi­lər­də üs­tün­lük təş­kil edir.

Ba­la­ban alə­ti­nin Azər­bay­can­da bir çox vir­tu­oz ifa­çı­la­rı olub. On­lar­dan bi­ri də Ələk­bər Əs­gə­rov­dur. O, Azər­bay­can və xa­ri­ci bəs­tə­kar­la­rın əsər­lə­ri­ni ba­la­ban alə­ti üçün kö­çü­rə­rək ba­la­ban üçün təd­ris re­per­tua­rı ya­rat­mış­dır.Bu kö­çür­mə­lər əl­yaz­ma ha­lın­da onun şəx­si ar­xi­vin­də qo­ru­nub sax­la­nı­lır. Bu­ra­da Azər­bay­can bəs­tə­kar­la­rı ilə ya­na­şı, Qərb bəs­tə­kar­la­rı­nın da əsər­lə­ri yer alıb. Hə­min əl­yaz­ma­lar­dan bir ne­çə nü­mu­nə­ni təq­dim edi­rik.

1

Nümunə №1: “Oxuma gözəl”

mus. A.Rzayeva, köçürəni Ə.Əsgərov.

2

Nümunə №2: “Sumqayıt”

  mus. S.Rüstəmov, köçürəni Ə.Əsgərov

3

Nümunə №3: “Luçi truda”

mus. Ü.Hacıbəyli, köçürəni Ə.Əsgərov.

4

Nümunə №4: “Podmoskovnıye veçera”
mus. S.Sedoy, köçürəni Ə.Əsgərov.

5

Nümunə №5: “Serenada”

mus.F.Şubert, köçürəni Ə.Əsgərov.

6

Nümunə №6: “Ya pomnyu çudnoye mqnoveniye”

mus. M.Qlinka, köçürəni Ə.Əsgərov.

 

Not nümunələrindən göründüyü kimi, Üzeyir Hacıbəylinin Azərbaycan musiqi folkloru nümunələrindən biri olan “Əməyin işığında” (Nümunə №3, “Luçi truda”), Ağabacı Rzayevanın “Oxuma gözəl” (Nümunə №1), Səid Rüstəmovun “Sumqayıt” (Nümunə №2) kimi əsərləri Ə.Əsgərov balabanın bədii-texniki imkanlarına və diapazonuna uyğun şəkildə işləmişdir. O, bu zaman hər əsər üçün əlverişli tonallıqlar seçmişdir ki, bu da həmin əsərlərin balabanda daha gözəl və təsirli səslənməsi üçün əsas şərtlərdən biridir. Bu kimi xüsusiyyətləri Ə.Əsgərovun balaban və fortepiano üçün işlədiyi, eləcə də Avropa bəstəkarlarının əsərlərində də müşahidə etmək olur. Örnək olaraq Solovyov Sedoyun “Moskva ətrafı axşamlar” (Nümunə №4, “Pod­moskovnıye veçera”), Frans Şubertin “Serenada” (Nümunə №5), Mixail Qlinkanın “Əsrarəngiz anları xatırlayarkən” (Nümunə №6, “Ya pomnyu çudnoye mqnove­ni­ye”) əsərlərini qeyd edə bilərik. Həmin əsərlərin Ələkbər Əsgərovun balaban üçün işləmələri bu gün də tədrisdə öz aktuallığını qoruyub saxlamaqdadır.

Nəticə olaraq qeyd etmək lazımdır ki, nəfəs çalğı alətləri olan balaban, zurna, tütək, klarnetin əvəzolunmaz ifaçısı Ələkbər Əsgərov Azərbaycan musiqisi ilə yanaşı, dünya xalqlarının musiqi mədəniyyətinə dərindən bələd olan və özünün geniş yaradıcılıq diapazonunda ustalıqla istifadə edən görkəmli musiqiçi olaraq tanınmışdır.

ƏDƏBİYYAT:

  1. Nəcəfzadə A.İ. Azərbaycan çalğı alətlərinin izahlı lüğəti.: MBM, 2003, 224 s.
  2. Əsgərov Ə. Balaban məktəbi. Əlyazma. 60 s.

    Махира ГУЛИЕВА

Преподаватель и диссертант АНК

 

МУЗЫКАЛЬНЫЙ ИНСТРУМЕНТ БАЛАБАН

И ПЕРЕЛОЖЕНИЯ АЛЕКПЕРА  АСКЕРОВА

Резюме: В статье даётся краткая информация об истории развития национального инструмента балабан, о его устройстве и технических возможностях. Помимо этого представлены образцы переложений Алекпера Аскерова для этого инструмента, собранных в сборнике “Школа балабана”. В сборник входят произведения азербайджанских и зарубежных  композиторов.

Ключевые слова: духовой инструментбалабан, рукописи Алекпера Аскерова, переложения для балабана

 

Mahire QULIYEVA

Lecturer and Candidate for a degreeof ANC

THE MUSICAL INSTRUMENT OF BALABAN AND THE ARRANGEMENTS OF ALAKBAR ASGAROV

 

Summary: This article gives a brief information about the history of the development of the national instrument of Azerbaijan balaban, about its structure and technical capabilities. In addition, the samples of Alakbar Asgarov transcripts for this instrument collected in the collection «School of Balaban»are presented. This collection includes works by Azerbaijani and foreign composers.

Key words: balaban, manuscripts of Alakbar Asgarov, valve, mushtuk, wind instrument.

Rəyçilər:

sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadə;

sənətşünaslıq üzrə fəlsəfə doktoru Ağahüseyn Abbasov

 

 

 

 

 

 

 

Mövzuya uyğun