AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 3 2017

Fəthi MƏHBUB

AMK-nın dissertantı

UOT:781.7

AZƏRBAYCAN VƏ İRAN MUĞAMLARININ TARİXİ İNKİŞAF MƏRHƏLƏLƏRİ

endir

 

PDF

 

 

 

Xülasə: Məqalədə Azərbaycan və İran muğamlarının inkişafı və tarixi mən­şəyindən bəhs edilir. Burada muğamların tarixi inkişafının bəzi mərhələləri (və ya hissələri, bölmələri) izah olunur. Eləcə də, orta əsrlərdəki tarixi şəxsiy­yət­lərin və muğamşünas alimlərin fəaliyyətlərinə diqqət yetirilir. Yekun olaraq müasir dövr muğamlarının inkişaf yolları geniş şəkildə araşdırılır.

Açar sözlər: Muğam, dəstgah, Azərbaycan, İran, Barbəd

Mu­ğam sö­zü­nün ət­ra­fın­da müx­tə­lif fi­kir­lər söy­lə­nil­miş­dir. Bir sı­ra mu­ğam­la­rın, şö­bə­lə­rin və gu­şə­lə­rin ad­la­rı­nın ərəb və ya fars mən­şə­li söz­lər ol­du­ğu çox­la­rı­na bəl­li­dir. Hal­bu­ki bu iki dil ilə ya­na­şı, türk di­li də Şərq mə­də­niy­yə­ti­nin əsas dil­lə­rin­dən bi­ri ol­muş, baş­qa söz­lə de­sək, İs­lam mə­də­niy­yə­ti bu üç dil­də ya­yıl­mış və in­ki­şaf et­miş­dir. Ona gö­rə is­tər ədə­biy­yat­da, is­tər mu­si­qi­də, is­tər­sə də şə­riy­yət hü­du­dun­da türk di­li­ni bu mə­də­niy­yət­dən ayır­maq ol­maz. Di­gər tə­rəf­dən, mu­ğam – mə­nə­vi aləm, ru­hi qi­da an­la­yı­şı ba­xı­mın­dan, qə­dim Şərq öl­kə­lə­ri­nin dü­ha­sı­dır, ora­da məs­kun­la­şan, gü­zə­ran ke­çi­rən xalq­la­rın kəş­fi, ix­ti­ra­sı­dır. Bu ge­niş tor­paq­lar­da ya­şa­yan xalq­la­rın hər bi­ri mu­ğam ya­ra­dı­cı­la­rı ki­mi fəxr et­mə­yə, “mə­nim­di” de­mə­yə, gü­vən­mə­yə, se­vin­mə­yə haq­qı var. Fik­ri­miz­cə, in­ka­re­dil­məz hə­qi­qə­ti ha­mı­lıq­la qə­bul et­mək, bu ba­xım­dan ya­naş­maq da­ha sə­mi­mi olar.

Azər­bay­can mi­nil­lik­lər bo­yu qə­dim Şərq öl­kə­lə­ri­lə tə­mas­da, qar­şı­lıq­lı mə­də­ni əla­qə­də ol­muş­dur. Era­dan əv­vəl­ki mi­nil­lik­lər­dən üzü­bə­ri xal­qı­mız bir sı­ra güc­lü döv­lət­lər ya­rat­mış­dır. On­lar öz qud­rə­ti, mə­nə­vi dün­ya­sı və zən­gin adət-ənə­nə­si­lə se­çi­lən döv­lət­lər­dir. Hə­min dövr­də Şərq alə­mi­lə əla­qə­lə­ri­miz da­ha güc­lü və tə­sir­li ol­muş­dur. Be­lə­dir­sə, mu­ğam­la­rı­mı­zın kök­lə­ri hə­min döv­lət­lə­rin ta­ri­xi ilə də sıx bağ­lı­dır.

İran mu­si­qi­si­nin par­laq gün­lə­ri İran pad­şa­hı Xos­rov Pər­vi­zin ha­ki­miy­yə­ti döv­rü­nə (590-627, mi­lad) tə­sa­düf edir. Bu dövr­də mu­si­qi sə­nə­ti çox in­ki­şaf et­miş­dir. Bir sı­ra gör­kəm­li mu­si­qi­çi­lər – Bar­bəd və çəng alə­ti­nin ifa­çı­sı Nə­ki­sa da, Bam­şad, Ram­tin, Azad­var Çən­gi, Sər­keş bu dövr­də ya­şa­yır­dı­lar. Bar­bəd çox­lu mah­nı­la­rın mü­əl­li­fi və ya­ra­dı­cı­sı ol­muş­dur. Bar­bəd mah­nı­la­rın tək­rar ifa edil­mə­si­nin qar­şı­sı­nı al­maq üçün hər ilin gün­lə­ri­nə və ay­la­rı­na dəst­gah (mu­ğam mə­na­sın­da) və mah­nı­lar bəs­tə­lə­miş­dir. Hər gü­nün və möv­qe­yin özü­nə­məx­sus ifa tərz­lə­ri var imiş.

Sə­li­bi öz “Şah­na­mə” əsə­rin­də yaz­mış­dır ki, Bar­bəd Xos­rov Pər­viz­lə ilk gö­rü­şün­də “Yəz­dan Afə­rid” dəst­ga­hı­nı, son­ra isə “Pər­to Fər­xar” və on­dan da son­ra “Səbz dər səbz” (Yam­ya­şıl­lıq­da) mah­nı­sı­nı ifa et­miş­dir və bu məc­lis­də­ki bü­tün qo­naq­lar tə­rə­fin­dən çox gö­zəl qar­şı­lan­mış­dır. Bu gö­zəl mu­si­qi­çi pad­şa­hın da ya­nın­da yük­sək sə­viy­yə­də hör­mət qa­zan­mış­dır. İra­nın məş­hur şai­ri Fir­dov­si Bar­bə­din hə­ya­tı­nın so­nu­nu şe­ir­lə­rin­də təs­vir edə­rək ya­zır ki, “Şi­ru­ye öz ata­sı Xos­rov Pər­vi­zə qar­şı  us­yan et­di və Bar­bəd  Xos­rov Pər­viz­lə gö­rüş­mək məq­sə­di­lə zin­da­na ge­dir, onun üçün çox kə­dər­li bir avaz ifa edir, son­ra dörd bar­ma­ğı­nı qı­rır, ud alə­ti­ni di­gər əlin­də sax­la­yıb qa­yı­dır evi­nə və mu­si­qi alət­lə­ri­nin ha­mı­sı­nı yan­dı­rır.

Əgər dəst mən zin sepəs niz rud.          be sazəd be mən bər məbada durud. 

Be suzəm həme aləte xiş ra.                 bedan ta nəbinəm be əndiş ra.

Be borrid hər çar ənquşt xiş.               boride həmi daşt dər moşt xiş.

Ço dər xane şod atəşi bər fruxt.          həme aləte xiş yeksər be suxt.

Mənası:

Mənim əllərim bundan sonra mahnı çalsa mənə alqış olmasın!

Evinə gedəndən sonra bir od yandırdı və bütün çalğılarını oda atıb yandırdı.

Hər dörd barmağının dördünü də kəsdi, kəsik barmaqlarını ovucunda saxladı.

Bütün çalğılarımı yandıraram ona görə ki, bir yaxşı düşünən görmürəm.

Bar­bəd da­hi bir mu­si­qi us­ta­dı idi. Bu məş­hur mu­si­qi­çi həf­tə­nin, ay­la­rın adı ilə bağ­lı olan 7 “Xos­ro­va­ni” nəğ­mə və 30 mah­nı, 360 dəst­gah bəs­tə­lə­miş­dir. Ni­za­mi onun ifa et­di­yi 30 gö­zəl mah­nı və avaz­la­rın adı­nı əsər­lə­rin­də xa­tır­la­dıb. Mi­sal üçün: “Gən­ci-bad-avərd” (yel gə­tir­miş də­fi­nə), “Ara­yi­şi-xur­şid” (gü­nə­şin bə­zə­yi, ni­zam­lan­ma­sı), “Ra­me­şi-can” (ru­hu ox­şa­yan, ru­hun ra­hat­lı­ğı), “Nu­şin ba­də” (Nuş ol­sun), “Nov­ru­zi-Key Xos­rov” (Key Xos­ro­vun ye­ni gü­nü), “Səbz­dər­səbz” (yam­ya­şıl­lıq), “Təx­ti-Ər­də­şir” (Ər­də­şi­rin tax­tı), “Di­lən­giz” (ürə­yə­ya­tan), “Xos­ro­va­ni” )pad­şah, hökm­dar), “Çə­ka­vək” (to­ra­ğay, tar­la qu­şu), “Ca­me-də­ran” (pal­tar yır­tan), “Çe­rağ-ro­şən” (ya­nar çı­raq), “Şəb­diz” (At adı), “Sər­vis­tan-mah” (Ay­lı, sər­va­ğa­cı bol olan yer), “Qön­çe­yi-kəb­ki-də­ri” (qön­çə­yə­bən­zər, çil­li kək­lik, bu­ra­da gö­zəl qız), “Şad­rə­va” (mər­hum), “Şa­dür­van mir­va­rid” (mir­va­ri­nin şö­lə­lən­mə­si, fəv­va­rə vur­ma­sı), “Səb­zi-ba­har” (yaz ya­şı­lı­ğı), “Ba­ği-Sə­ya­vuş” (Sə­ya­vu­şun ba­ğı), “Ra­hi-gül” (gül yo­lu, gül mu­ğa­mı), “Şad-bad” (se­vin­di­ri­ci), “Gən­ci-süx­tə” (yan­mış də­fi­nə), “Nov­ru­zi-Bo­zorg” (bö­yük Nov­ruz) “Nov­ru­zi-ku­çik” (ki­çik Nov­ruz), “Dər-ğə­mi gül­zar” (gül­za­rın  kə­də­ri), “Qol­nuş-zi­rəf­kənd” (Tə­məl), “Nə­hoft” (giz­lin) və s. Bu me­lo­di­ya­la­rın bə­zi­lə­ri İran dəst­gah­la­rın­da (fars mu­si­qi­sin­də “dəst­gah” mu­ğam de­mək­dir) in­di də var. Mən­bə­lər İran mu­si­qi dəst­gah­la­rı­nın ya­ran­ma ta­ri­xi­ni Bar­bə­də is­ti­na­dən ve­rir­lər. Mə­lum mə­sə­lə­dir ki, mu­ğam­lar Bar­bəd­dən də qa­baq var imış, an­caq ola bil­sin ki, bu sə­nət­kar on­la­rın üzə­rin­də mü­əy­yən də­yi­şik­lər et­miş­dir. Hər hal­da sa­da­la­dıq­la­rı­mız İran və Ərəb mu­si­qi­si­nin İs­lam­dan son­ra əsas mən­bə­yi he­sab edi­lir. Çün­ki Şərq öl­kə­lə­ri sə­nə­tin bu sa­hə­sin­də çox mu­ha­fi­zə­kar­dır.

Əgər İran mu­si­qi­si­nin bü­tün ta­ri­xi in­ki­şaf mər­hə­lə­si­ni nə­zər­dən ke­çir­sək, onu 3 əsas döv­rə ayır­maq olar:

  1. Er­kən dövr. Ta­ri­xi araş­dır­ma­lar­da sə­nəd və rəs­mi ya­zı­la­rın ki­fa­yət qə­dər ol­ma­dı­ğı və xalq yad­da­şı­nın mi­fo­lo­ji tə­fək­kür­lə qo­vuş­ma­sı­na əs­ki dövr de­yir­lər. De­mə­li, İran mu­si­qi­sin­də Mi­di­ya döv­rün­dən baş­la­ya­raq İs­lam di­ni­nin ya­ran­ma­sı­na qə­dər­ki döv­rü Er­kən (Əs­ki) mu­si­qi ad­lan­dır­maq olar.
  2. Qə­dim dövr. İs­lam döv­rü­nün ilk ya­ran­ma­sın­dan Nə­si­rəd­din şah hö­kü­mə­ti­nə (Qa­car şah) qə­dər olan za­man kə­si­yi­ni möv­cud sə­nəd­lər əsa­sın­da Qə­dim mu­si­qi döv­rü ad­lan­dır­maq olar.

Bi­zim dövr­də Azər­bay­can mu­si­qi­si­nin rə­dif­lə­ri ilə İran mu­si­qi­si­nin rə­dif­lə­ri ara­sın­da çox­lu ya­xın­lıq var­dır. O cüm­lə­dən “Ça­har­gah”, “Ma­hur”, “Nə­va” de­mək olar ki, ey­ni me­lo­di­ya­ya ma­lik­dir və bə­ra­bər say­da şö­bə-gu­şə­lə­ri var. “Ba­ya­tı-kürd”, “İs­fa­han”, “Hü­ma­yun” və “Şüş­tər”in də bən­zər­lik­lə­ri az de­yil. Gu­şə­lə­ri ox­şar olan ay­rı-ay­rı dəst­gah­lar da var­dır. Azər­bay­can mu­si­qi rə­dif­lə­ri İran mu­si­qi rə­dif­lə­ri ki­mi qo­ca­man və eti­bar­lı­dır. An­caq gu­şə­lə­ri az­dır, la­kin əvə­zin­də çox­lu ava­za ma­lik­dir. Tə­əs­süf­lər ol­sun ki, iran­lı­lar türk mu­si­qi­si­nə öz mu­si­qi­lə­ri­nin ikin­ci nüs­xə­si ki­mi ba­xır­lar. Hə­qi­qə­tən də bu iki ənə­nə əs­lin­də bir-bi­rin­dən ası­lı olub və təd­ri­cən ay­rı­lıb­lar.

“Qa­bus­na­mə”nin mü­əl­li­fi Key­ka­vus (ki­ta­bın tər­cü­mə­çi­si pro­fes­sor Rə­him Sul­ta­nov) “Mu­si­qi­şu­nas­lıq qay­da­la­rı haq­qın­da” fəs­lin­də o dövr­də (XI əsr) mu­ğam­la­rın şər­hi­ni ve­rir. O, əsər­də 12 mə­qa­mın – “Rast”, “Ba­də”, “İraq”, “Uş­şaq”, “Zi­rəf­kənd”, “Bu­sə­lik”, “İs­fa­ha­ni”, “Bəs­tə”, “Ma­və­ra­ün­nəhr”, “Xə­fif”, “Rah” (“Xə­fif”in ək­si­dir), “Nə­va”nın adı­nı çə­kir. Bu ba­rə­də sə­nət­şü­nas­lıq üz­rə elm­lər dok­to­ru, pro­fes­sor Ab­bas­qu­lu Nə­cəf­za­də əsər­lə­rin­də və müx­tə­lif el­mi-se­mi­nar­lar­da ge­niş mə­lu­mat ver­miş­dir. Be­lə­lik­lə, hə­lə XI əsr­də 12 mə­qa­mın əsa­sın­da ey­ni­ad­lı gu­şə­lə­rin möv­cud­lu­ğu ay­dın­la­şır.

Da­hi Ni­za­mi Gən­cə­vi­nin poe­ma­la­rın­da Azər­bay­can mu­si­qi mə­də­niy­yə­ti­nin yük­sək pro­fes­sio­na­lı­ğı öz ək­si­ni tap­mış­dır. Bu poe­ma­lar­da mu­ğam, təs­nif for­ma­la­rı­na, rəqs me­lo­di­ya­la­rı­na, mu­si­qi alət­lə­ri­nə, ey­ni za­man­da on­la­rın ifa­çı­la­rı­na, xalq-pro­fes­sio­nal mu­si­qi­çi­lə­rə, xa­nən­də və inst­ru­men­tal­çı­la­ra, rəqs sə­nə­ti­nə ge­niş yer ve­ril­miş­dir. Şai­rin poe­ma­la­rın­da o döv­rün mu­si­qi alət­lə­ri haq­qın­da da­ha ət­raf­lı mə­lu­mat alı­rıq. A.Nə­cəf­za­də­nin təd­qi­qat­la­rı­na gö­rə, da­hi şa­ir öz əsər­lə­rin­də 40-dan ar­tıq mu­si­qi alə­ti­nin (saz, həf­ti­saz, se­tar, tən­bur, qa­nun, ud, rud, ney, sur, tə­bil, dəf, dö­hül, çə­rəs, zəng, şey­pur, nə­fir, şax­nə­fir, çəng, bər­bət, ru­bab və s.) adı­nı çək­miş, on­la­rın səs­lən­mə­sin­dən bəhs et­miş­dir.

Dün­ya­da məqamı bilməyən bir kəs,

Pərdəli yolları düz gedə bilməz.

Bu beyt­də mə­qa­mın bir ne­çə pər­də­dən iba­rət səs­sı­ra­sı ol­du­ğu da mü­əy­yən­lə­şir. Ni­za­mı­nın şe­ir­lə­rin­də Azər­bay­can mu­ğam­la­rı­nı tə­rif edən mis­ra­lar da az de­yil. Mə­sə­lən, “Xos­rov və Şi­rin” poe­ma­sın­da Ni­za­mi 8 mu­ğa­mın adı­nı çə­kir. On­lar aşa­ğı­da­kı ar­dı­cı­lıq­la ve­ri­lir: “Rast”, “Uş­şaq”, “He­sa­ri”, “İra­qi”, “Nov­ru­zu”, “İs­fa­han”, “Rə­ha­vi” və “Zi­rəf­kənd”. Bun­lar­dan bə­zi­lə­ri­nin ad­la­rı (“Rast”, “İraq”, “Uş­şaq”, “Zi­rəf­kənd”) “Qa­bus­na­mə”də də çə­ki­lir.

Bu in­ci­lər ənə­nə­vi klas­sik mu­si­qi sə­nə­ti­nin ir­si­ni təş­kil edir. On­lar in­di də mux­tə­lif xalq­lar ara­sın­da ge­niş ya­yil­mış, özü­nə şöh­rət qa­zan­mış­dır. Ümu­miy­yət­lə, Şərq xalq­la­rı­nın mu­si­qi­si­nin (Ya­xın və Or­ta Şərq in­cə­sə­nə­tin­də xu­su­si mu­si­qi sis­tem­lə­ri­nə, mə­qam­la­ra, me­lo­dik mo­del­lə­rə və s. əsas­lan­mış mu­ğam, ma­kom, ma­kam, dəst­gah, ra­qa, nu­ba ad­la­nan iri­həcm­li, sil­si­lə qu­ru­luş­lu əsər­lər məhz bu qə­bil­dən­dir) pro­fes­sio­nal­lıq mə­sə­lə­si bu gü­nə qə­dər hə­lə də bü­töv şə­kil­də işıq­lan­dı­rıl­ma­mış­dır. Əl­bət­tə, mil­li mu­si­qi­nin nə­zə­ri əsas­la­ri  Əl-Fə­ra­bi (870-950), İbn Si­na (980-1037), Sə­fi­əd­din Ur­mə­vi (1230-1294), Əb­dül­qa­dir Ma­ra­ğa­lı (1353-1435), Əb­dül­rəh­man Ca­mi (1414-1492) ki­mi bö­yük mu­si­qi­şü­nas­la­rın ri­sa­lə­lə­rin­də öz ək­si­ni tap­mış­dır. Bu mə­na­da Şərq mu­si­qi alim­lə­ri­nin mü­hüm xid­mət­lə­ri var­dır. Ad­la­rı­nı çək­di­yi­miz alim­lə­rin diq­qə­ti cəlb edən cə­hət­lə­rin­dən bi­ri də, on­la­rın prak­ti­ka ilə möh­kəm əla­qə ya­rat­ma­la­rı­dır. Fə­ra­bi müx­tə­lif alət­lər­də (ney, tən­bur, ud) ey­ni mə­ha­rət­lə ça­la bi­lir­di. İbn-Si­na mu­si­qi mə­qam­la­rı­nı 8-dən 12-yə qə­dər ar­tır­mış­dır. O, udun struk­tu­run­da mü­əy­yən də­yi­şik­lər et­miş­dir. Sə­fi­əd­din Ur­mə­vi vir­tu­oz inst­ru­men­tal­çı ki­mi məş­hur idi. O, udun “bas” nö­vü­nü ya­rat­mış, ilk də­fə 12 mu­ğa­mı və onun növ­lə­ri­ni sis­tem­ləş­dir­miş­dir.

XX əsr Azər­bay­can mu­si­qi el­min­də Ü.Ha­cı­bəy­li mil­li mə­qam nə­zə­riy­yə­si­nin bü­növ­rə­si­ni qoy­muş­dur. Onun “Azər­bay­can xalq mu­si­qi­si­nin əsas­la­rı” (1945) fun­da­men­tal el­mi əsə­ri­nin mey­da­na gəl­mə­si ilə mu­si­qi el­min­də ye­ni sə­hi­fə açıl­dı.

Azər­bay­can mu­ğam­şü­nas­lı­ğı­nın baş­lı­ca uğu­ru mu­si­qi ya­ra­dı­cı­lı­ğı sa­hə­sin­də çox­lu əsər­lə­rin (dəst­gah­lar, zərb­li mu­ğam­lar, təs­nif­lər, rəng­lər) no­ta ya­zıl­ma­sı­dır. Azər­bay­can So­vet ha­ki­miy­yə­ti­nin ilk il­lə­rin­də fə­al sü­rət­də şi­fa­hi-pro­fes­sio­nal mu­si­qi əsər­lə­ri, o cüm­lə­dən mu­ğam­lar, zərb­li mu­ğam­lar, təs­nif­lər top­la­nıb no­ta ya­zıl­ma­ğa, nəşr olun­ma­ğa, öy­rə­nil­mə­yə baş­la­nır. 1927-ci il­də ilk Azər­bay­can mah­nı­la­rı məc­muə­si işıq üzü gö­rür. 33 mah­nı­dan iba­rət bu məc­muə­ni Ü.Ha­cı­bəy­li və M.Ma­qo­ma­yev məş­hur xa­nən­də C.Qar­yağ­dı­oğ­lu və Z.Ha­cı­bə­yov­dan no­ta yaz­mış­lar. Məc­muə­yə bə­zi təs­nif­lər və “Qa­ra­bağ şi­kəs­tə­si” ki­mi şi­fa­hi-pro­fes­sio­nal mu­si­qi nu­mu­nə­lə­ri də da­xil edil­miş­dir. 20-30-cu il­lər­də mu­ğam­la­rın not ya­zı­sı­nın ilk nu­mu­nə­lə­ri nə­zə­ri cəlb edir.

Mu­si­qi­şü­nas Q.İs­ma­yı­lo­va­nın “M.Ma­qo­ma­yev” mo­noq­ra­fi­ya­sın­da qeyd edil­di­yi­nə gö­rə, ilk də­fə mu­ğa­mı (“Rast”) 1928-ci il­də məş­hur tar­zən Qur­ban Pi­ri­mo­vun ifa­sın­da M.Ma­qo­ma­yev no­ta kö­çür­müş­dür. Bö­yük di­ri­jor və gör­kəm­li bəs­tə­kar Ni­ya­zi­nin mu­ğam­la­rın no­ta ya­zıl­ma­sın­da ro­lu­nu da xu­su­si qeyd et­mə­li­yik. O, 1935-ci il­də “Rast”, “Şur” dəst­gah­la­rı­nı vo­kal-inst­ru­men­tal şə­kil­də məş­hur xa­nən­də C.Qar­yağ­dı­oğ­lu­nun ifa­sın­dan no­ta yaz­mış­dır. Ni­ya­zi­nin no­ta kö­çür­dü­yü bu mu­ğam­lar çap olun­ma­mış­dır.

1936-ci il­də “Azər­nəşr” üç dəf­tər (inst­ru­men­tal va­ri­ant­da) Azər­bay­can mu­ğam­la­rı nəşr edir. Bu mu­ğam­lar us­tad tar­zən-pe­da­qoq, Azər­bay­can SSRİ əmək­dar in­cə­sə­nət xa­di­mi Man­sur Man­su­ro­vun ifa­sın­da ya­zıl­mış­dır. M.Mən­su­rov mu­ğam­la­rın sir­lə­ri­nə də­rin­dən bə­ləd olan en­sik­lo­pe­dik bi­li­yə ma­lik sə­nət­kar idi. Hər dəf­tər bir mu­ğa­mı özün­də cəm­ləş­di­rir. Be­lə ki, “Rast dəst­ga­hı”nı və “Za­bul dəst­ga­hı”nı T.Qu­li­yev, “Dü­gah dəst­ga­hı”nı isə Z.Ba­ğı­rov no­ta al­mış­dır. Hər üç mu­ğam L.Ru­dol­fun har­mo­ni­zə­sin­də ve­ril­miş­dir. Bu har­mo­ni­zə­ni for­te­pia­no üçün tər­ti­bat say­saq, da­ha düz­gün olar. Bə­zi hal­lar­da bu­ra­da har­mo­ni­zə­lər (ahəng­lər) sü­ni şə­kil­də mü­rək­kəb­ləş­di­ri­lir. Elə bu­nun nə­ti­cə­sin­də də mu­ğam me­lo­di­ya­sı­na uyuş­ma­yan mu­şa­yi­ət ya­ra­nır.

Mu­ğam dəst­gah­la­rı­nın, zər­bi mu­ğam­la­rın, ki­çik tər­kib­li mu­ğam­la­rın, ha­be­lə təs­nif və rəng­lə­rin tə­şək­kü­lün­də, for­ma­laş­ma­sın­da və in­ki­şa­fin­da xa­nən­də və sa­zən­də ki­mi sə­nət­kar­la­rin şək­siz bö­yük ro­lu var. Ələl­xü­sus, Azər­bay­can şi­fa­hi pro­fes­sio­nal mu­si­qi­si­nin ən mü­rək­kəb və mo­nu­men­tal jan­rı olan dəst­ga­hın ifa­sı­nı on­lar ənə­nə­vi qa­nun-qay­da çər­çi­və­sin­də əv­vəl mu­si­qi cüm­lə­si və avaz­la­rın, son­ra isə gu­şə və şö­bə­lə­rin mü­əy­yən ar­dı­cıl­lı­ğı əsa­sın­da ic­ra edir­lər. Be­lə təq­dir­də dəst­ga­hın me­lo­di­ya­la­rı və ritm­lə­ri mü­əy­yən qə­dər də­yi­şi­lir, trans­for­ma­si­ya­ya uğ­ra­yır, müx­tə­lif va­ri­ant­lı­ğa dü­çar olur, la­kin öz mə­qam-in­to­na­si­ya əsa­sı­nı so­na qə­dər qo­ru­yub sax­la­yır. Şüb­hə­siz ki, bu cür qay­da-qa­nun­lar çər­çi­və­sin­də əsl ifa­çı-us­ta­dın ya­ra­dı­cı­lıq fan­ta­zi­ya­sı üçün ge­niş im­kan ya­ra­nır.

1936-ci il­də Azər­bay­can Döv­lət Kon­ser­va­to­ri­ya­sı­nın nəz­din­də ya­ran­mış El­mi-Təd­qi­qat Ka­bi­ne­ti­nin də mu­ğam­la­rın top­lan­ma­sın­da ro­lu var. Xalq mu­si­qi­si üz­rə El­mi-Təd­qi­qat Ka­bi­ne­ti­nin Azər­bay­can ra­yon­la­rı­na üç eks­pe­di­si­ya­sı ol­muş­dur. Üçün­cü eks­pe­di­si­ya Gən­cə şə­hə­ri­nə (1938) idi. Bu eks­pe­di­si­ya­da o za­man Gən­cə­də olan Q.Pi­ri­mov­dan “Şur” mu­ğa­mı, bir sı­ra təs­nif və rəng­lər no­ta ya­zı­lır. Gör­kəm­li bəs­tə­kar Q.Qa­ra­yev, F.Əmi­rov, T.Qu­li­yev, Z.Ba­ğı­rov və mu­si­qi­şü­nas M.İs­ma­yı­lov ta­nın­mış xa­nən­də­lər S.Şu­şins­ki (1889-1965), C.Qar­yağ­dı­oğ­lu (1861-1944), Z.Adı­gö­zə­lov (1899-1963) və tar­zən Q.Pi­ri­mov (1880-1965) ki­mi us­tad­lar­dan mu­ğam və təs­nif­lə­ri no­ta sal­mış­dır. Be­lə ki, Q.Qa­ra­yev “Şur”mu­ğa­mı­nı, F.Əmi­rov xa­nən­də Bi­lal Yəh­ya­dan “Rast”, “Se­gah”, “Şur” mu­ğam­la­rın­dan bə­zi şö­bə­lə­ri, T.Qu­li­yev Z.Adı­gö­zə­lo­vun ifa­sın­da “Rast”mu­ğa­mı­nı, M.İs­ma­yı­lov isə C.Qar­yağ­dı­oğ­lu və di­gər xa­nən­də­lə­rin ifa­sın­dan bir sı­ra təs­nif no­ta yaz­mış­dır.

Yu­xa­rı­da gös­tə­ri­lən mu­ğam­la­rın məhz C.Qar­yağ­dı­oğ­lu, Z.Adı­gö­zə­lov, Q.Pi­ri­mov, M.Mən­su­rov­dan no­ta ya­zıl­ma­sı tə­sa­dü­fi de­yil. Doğ­ru­dan da bu us­tad­lar xal­qı­mı­zın klas­sik mu­si­qi­si­ni, onun mu­ğam­la­rı­nı bü­tün şö­bə və gu­şə­lə­ri ilə ha­fi­zə­lə­rin­də ya­şa­dıb bi­zə çat­dır­mış­lar. Ye­ri gəl­miş­kən, onu da de­yək ki, T.Qu­li­ye­vin yaz­dı­ğı “Rast” vo­kal-inst­ru­men­tal şə­kil­də mu­ğa­mın ilk not ya­zı­sı­dır. O, for­te­pia­no üçün iş­lən­miş əv­vəl­ki not ya­zı­la­rın­dan da­ha ka­mil və tək­mil­dir. Bu not ya­zı­sı­nın, həm­çi­nin Q.Qa­ra­ye­vin no­ta sal­dı­ğı “Şur”un el­mi-et­noq­ra­fik və təd­ris-me­to­di­ki də­yə­ri­ni hiss edən V.Bel­ya­yev hə­min mu­ğam­lar­dan bə­zi par­ça­la­rı “Oçer­ki is­to­rii mu­zı­ki na­ro­dov SSR” dərs­li­yin­də çap et­dir­miş­dir. Dəst­gah şək­lin­də mu­ğam­la­rın ilk nəşr­lə­ri qiy­mət­li baş­la­nı­ğıc ol­du.

50-ci il­lər­də şi­fa­hi-pro­fes­sio­nal mu­si­qi­nin bi­li­ci­si, bəs­tə­kar, mu­si­qi­şü­nas Nə­ri­man Məm­mə­dov mu­ğam dəst­gah­la­rın bü­töv sil­si­lə şək­lin­də ya­zıl­ma­sı işi­nə baş­la­yır. Bu­nun nə­ti­cə­sin­də müx­tə­lif il­lər­də “Ba­ya­tı-Şi­raz” və “Şur” (1962) inst­ru­men­tal, “Ça­har­gah” (1970) və “Rast” (1978) vo­kal-inst­ru­men­tal mu­ğam dəst­ga­hı Mosk­va­nın “So­vets­ki kom­po­zi­tor” nəş­riy­ya­tın­da, “Rast” və “Şah­naz” (1963), “Ça­har­gah” və “Hü­ma­yun” (1962), “Se­gah-za­bul” və “Rə­hab” (1965) inst­ru­men­tal mu­ğam­la­rı isə Ba­kı­da nəşr edil­miş­dir.

Mu­ğam­la­rın in­ten­siv şə­kil­də not nəşr­lə­ri (“Rast”, “Şur”, “Dü­gah”, “Se­gah-Za­bul”, “Hü­ma­yun”, “Rə­hab”, “Şah­naz” və b.) bir çox təs­nif və rəng­lə­rin çap olun­ma­sı, o cüm­lə­dən S.Rüs­tə­mov 2 dəf­tər “Azər­bay­can xalq rəng­lə­ri” (1954 və 1956-ci il­lər­də), Ə.Ba­kı­xa­nov “Azər­bay­can xalq rəng­lə­ri” (1964), “Azər­bay­can rit­mik mu­ğam­la­rı” (1968), R.Zoh­ra­bov “Azər­bayd­jans­ki­ye tes­ni­fi” (1983), “Azər­bay­can zərb-mu­ğam­la­rı” (1986), B.Mən­su­rov ifa­sın­dan no­ta ya­zıl­mış “Azər­bay­can də­ra­məd və rəng­lə­ri” (1984), “Azər­bay­can di­rin­gi və rəng­lə­ri” (1986), not ya­zı­sı E.Mən­su­rov və A Kə­ri­mo­vun­dur) və b. bir sı­ra təd­qi­qat işi­nin, o cüm­lə­dən, oçerk və mə­qa­lə­lə­rin ya­zıl­ma­sı üçün tə­kan ol­du. Be­lə­lik­lə, şi­fa­hi-pro­fes­sio­nal mu­si­qi janr­la­rı­nın ələl­xü­sus mu­ğam­la­rın not ya­zı­sı­nın bir ne­çə va­ri­an­tı ya­ran­mış və on­la­rın ya­ra­dı­cı su­rət­də mə­nim­sə­nil­mə­si üçün ge­niş im­kan­lar əl­də edil­miş­dir.

Pa­ra­lel ola­raq Ara­zın o ta­yın­da in­ki­şaf edən İran mu­si­qi­si­nin yed­di dəst­ga­ha ni­zam­lan­ma ta­ri­xi və bö­lü­mü Qa­car şah­la­rı – Mə­həm­məd şah və Nə­si­rəd­din şah döv­rün­də xa­nən­də, çal­ğı­çı­la­rın və mu­si­qi mü­əl­lim­lə­ri­nin tə­lim proq­ra­mı­na ge­dib çı­xır. Bu­ra­da biz mu­ğam ta­ri­xi­ni, ifa­çı­la­rın adı­nı də­qiq iz­lə­yə bil­mi­rik. Onu de­yə bi­lə­rik ki, keç­miş mu­si­qi­çi­lə­rin iş tərz­lə­rin­də və əsas mu­si­qi yol­la­rın­da qə­dim ni­zam­lan­ma qay­da­sı təd­ri­cən po­zul­du. Sə­nət us­ta­la­rı mil­li mu­si­qi­də öz­ba­şı­na­lı­ğın  qar­şı­sı­nı al­maq və qo­ru­yub sax­la­maq məq­sə­di­lə on­la­rı top­la­ma­ğa və bir dəst­gah, avaz və on­la­ra uy­ğun gu­şə­lə­rin ni­zam­lan­ma­sı işi­nə baş­la­dı­lar. De­mək olar ki, bu iş ta­ri­xin “Sə­fə­vi” döv­rü­nün so­nu və ya­xud da “Qa­car”döv­rü­nün əv­və­li­nə aiddir.

İran mu­si­qi­si­nin bö­lü­mü və ni­zam­lan­ma­sı, yed­di dəst­gah, avaz və gu­şə­lər şə­ki­lin­də tək­mil­ləş­mə­si Qa­car şah­la­rı – Fə­tə­li şah döv­rü və ya Mə­həm­məd şah  hö­ku­mə­ti­nin əv­və­lə­rin­də rəs­mi­ləş­di. Bu eh­ti­ma­lın qə­ri­nə­si bu­dur ki, in­di­ki İran­da fəa­liy­yət üçün me­yar­lar, işin əsa­sı və mu­si­qi mü­əl­lim­lə­rin təd­ris yol­la­rı Mə­həm­məd şah döv­rü­nün təd­ris mü­əl­lim­lə­ri­nin me­yar­la­rı ilə ol­muş­dur. Mə­sə­lən, ka­man­ça us­tad­la­rı – Xoş­nə­vaz və Ağa Mət­ləb, san­tur us­ta­dı Hə­sən xan (San­tur xan adı ilə də məş­hur idi), xu­su­si­lə tar us­ta­dı Ağa Əli Ək­bər və baş­qa­la­rı­nın adı­nı qeyd edə bi­lə­rik. Gü­lüs­tan, Türk­mən­çay mü­qa­vi­lə­lə­ri nə­ti­cə­sin­də par­ça­lan­ma baş ver­dik­dən son­ra çal­ğı­çı­lıq və oxu­ma üs­lu­bu­nun qə­dim­li­yi­ni qo­ru­yub sax­la­maq işin­də də yol­lar ay­rıl­dı. Eh­ti­mal et­mək olar ki, Fə­tə­li şah və Məm­məd Əli şah Qa­car döv­rü­nün mu­si­qi us­tad­la­rı mil­li mu­si­qi­nin itib-bat­ma­sı­nın qar­şı­sı­nı al­maq və on­la­rı qay­da­ya sal­maq, ni­zam­lan­dır­maq üçün dəst­ga­ha, avaz və gu­şə­lər şək­li­nə sal­mış­lar. Nə­si­rəd­din şah döv­rü­nün mu­si­qi­sin­də rast gə­lən avaz və mə­qam­lar Sə­fə­vi­lər döv­rün­dən ön­cə mu­si­qi ki­tab­la­rın­da rast gə­lin­mir. Mə­sə­lən, “Ba­ya­tı-türk”, “Əf­şar”, “Ley­li və Məc­nun”, “Şur”, “Rak”, “Ba­ya­tı-kürd” və hət­ta on­la­rın bə­zi di­gər ad­la­rı Sə­fə­vi­lər döv­rü­nün ki­tab və ri­sa­lə­lə­rin­də gö­rün­mür.

ƏDƏ­BİY­YAT:

  1. Bünyadov T.Ə. Əsrlərdən gələn səslər. B.: Azərnəşr, 1993, 264 s.
  2. Həsənova C.İ. Azərbaycan musiqi elmində məqam nəzəriyyəsinin təşəkkülü və təkamülü məsələləri. // “Konservatoriya” jurnalı, 2009, №1, s.47-58.
  3. Həşt qoftar dər bareye musiqi (3), Dariyuş Səfut, Tehran, Ərəs,1392 (2013).
  4. Kiristən sen. Tərcumə (Ustad Rəşid Yasimi), İran dər zəmane Sasaniyan.
  5. Məhəmmədzadə Seddiq Hüseyn. Aşnayi ba risalate musiqi,Tehran: Faxer-1379 (1999).
  6. Məşhun Həsən. Tarix musiqi iran, fərhəng nəşr no-Tehran, 1:80 (2001). 366 s.
  7. Faseh R.M. (Paşayev). Azərbaycan muğamlarında söz və mu­si­qi­nin əlaqəsi. B.: Çıraq, 2004, 144 s.
  8. Quliyev R.Ə., Əmrahov E. Böyük tarzən Mirzə Sadıq Əsədoğlu. // “Konservatoriya” jurnalı, 2009, №3-4, s.207-215.
  9. Sonnət və təhəvvol dər musiqi İran. Jan Durinq, tərcumə (Sudabə Fəzayili), Tehran: Tus, 1382 (2003).
  10. Zöhrabov R.F. Muğam. B.: Azərnəşr, 1991, 219 s.

 

Махбуб ФАТХИ

Диссертант АНК

 

ИСТОРИЧЕСКИЕ ЭТАПЫ РАЗВИТИЯ АЗЕРБАЙДЖАНСКИХ И ИРАНСКИХ МУГАМОВ

 

Резюме: Представленная статья раскрывает происхождения и этапы развития азербайджанских и иранских мугамов. Отмечаеться роль исторических личностей и ученых мугамоведов средневековья, а также раскрывается путь развития мугамов в третьем тысячитилетии.

Ключевые слова: мугам, дастгях, Азербайджан, Иран, Барбат

 

Fathi MAHBOUB

Candidate for a degree of ANC

HISTORICAL STAGES OF DEVELOPMENT OF THE AZERBAIJANI AND IRANIAN MUGHAM

 

Summary: The submitted article discloses origins and stages of development of the Azerbaijani and Iranian mughams. The role of historic figures and scientific mugham and of the Middle Ages is noted and also the way of development of mugham in the third millennium is revealed.

Key words: mugham, Azerbaijan, dastgah, Iran, Barbed

 

Rəyçilər: 

sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rafiq Musazadə;

professor Fəxrəddin Dadaşov

 

 

 

 

 

Mövzuya uyğun