AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” 2021 №3 (52)

DAHA BİR ELEKTRON ÇALĞI ALƏTİ – RA.TAR

       Tarixən elmin, incəsənətin bütün sahələri üzrə Azərbaycanın istedadlı öv­lad­ları öz ixtiraları, kəşfləri ilə bəşəriyyətə xeyir verib cəmiyyəti irəli aparıblar. Çal­ğı alətlərimizin zamanla təkrarən təkmilləşməsi həmin dövrün tələbindən do­ğur. İstər simli, istər nəfəs, istərsə də zərb alətləri dövrə, zamana uyğun olaraq bər­pa, təkmilləşmə tələb edir və yeniləri yaranır. Yeni çalğı alətlərinin meydana çıx­ması da hər dövrün tələbinə uyğun olaraq istedadlı insanların sayəsində özünə yer alır və təsdiqini tapır. Əlbəttə, hər yeni yaranan musiqi aləti gələcək zəma­nə­ti­ni ala bilmir və sıradan çıxır.

1

         Tanıtım: “Ramil Nadir oğlu İsgəndərov 1986-cı il yanvarın 7-də Cəbrayıl ra­yonunun Şıxalıağalı kəndində anadan olub. I sinfi kənd məktəbində oxuyub və son­ra köçkünlük dövrü başlayıb. Ramil Bakıda dörd müxtəlif ümumtəhsil mək­tə­bin­də oxuyub. Onun istedadını duyan valideynləri Ramilin musiqi təhsili al­ma­sı­nı da istəyiblər. Ramil 1998-2003-cü illərdə Binəqədi rayon Mərkəzi Mədəniyyət Evi­nin tar sinfində təhsil alıb. O, 2003-2009-cu illərdə Azərbaycan Milli Kon­ser­va­toriyası tərkibində Musiqi Kollecində tar ixtisasına yiyələnib. Ramil Kollecdə xalq artisti Elçin Həşimovdan muğam, əməkdar incəsənət xadimi Ramiz Əzi­zov­dan ixtisas-not dərsi alıb. Təhsil illərində o, nümunəvi tələbə kimi sayılıb-seçilib. R.İsgəndərov köçkünlük həyatı yaşayan Şuşa rayon Turşsu kənd uşaq musiqi mək­təbinin xanəndəlik sinfində 2010-cu ildən konsertmeyster kimi çalış­maq­da­dır. Abşeron rayonunun Fatmayı kəndində fəaliyyət göstərən həmin məktəb ha­zır­da Qobu qəsəbəsində yerləşir.

    R.İsgəndərovun fikirlərindən: “Tələbəlik illərindən yeni bir elektron tar hazır­lamaq barədə düşünürdüm. Mən toylarımızda elektrogitara və türk elekt­ro­sa­zı çalırdım. Tarın toylarda da səslənməsini istədim. Öz tarımızda toyların bü­tün repertuarını çalmaq olmur. Tarımız zəngin alətdir, möhtəşəmdir, lakin toy­lar­da istifadə olunan elektrik qurğuları, səsgücləndirici aparat sistemi, orada çalınan elektron musiqi alətləri ilə tar işlətmək başa gəlmir. Həm də istər açıq havada, istər kondisioner altında milli tar tez-tez kökdən düşür. İstədim türk elektosazını əvəz edən, onun imkanlarını verə bilən özümüzün elektron çalğı alətimiz olsun. Fik­rimi heç kəsə, heç doğmalarıma da bildirmirdim. 2019-cu ildə kağız üzərində eskiz çəkdim. Eskizdə aylarla yerdəyişmələr etdim. Hazırladığım eskizlə tar us­ta­sı Musa Yaqubovun yanına gedib fikrimi bildirəndə o, əvvəl çəkindi, tərəddüd etdi. Fikirlərimi tam götür-qoy etdikdən sonra razılıq verdi. Tarımız 11 simlidir, mən hazırladığım tarı 8 simli etdim. Bu alətə türk elektrosazının simlərini bağ­la­dım. Alətə “saller” səsötürücü qurğu yerləşdirilməsini istədim. Bu vasitə türk elektrosazlarında və bəzi elektrogitaralarda var. Arzu etdiyim çalğı alətinin başa gəl­məsi 4-5 ay çəkdi. Alətin necə hazırlanmasına, işin gedişatına hər həftə gedib nə­zarət edirdim. Tarımın ümumi hazırlanması usta Musa vasitəsilə oldu. Alətin rəng işini və digər məsələləri usta Şirvan Həziyev yerinə yetirdi. Tarın çanağı, qolu və kəlləsinin qıraqlarına sintetik bəzəkli lent yapışdırılması (bu işlər alətin ümu­mi görünüşünün gözəlliyini təmin edir) da usta Şirvana aiddir. Üçüncü usta Fikrət Quliyev alətdə tələb olunan bütün işləri layiqincə, mənim istədiyim kimi yerinə yetirdi. Alətin üzərində yerləşdirdyimiz bütün qurğuları musiqi alətləri dükanlarından əldə etdik. Arzu-istəyimlə başa gələn alətə RA.TAR adı verdim.

2

      RA – Ramil sözünün ilk hecasından, TAR isə musiqi alətlərimizin şahı tar­dan götürülüb. Ekvalayzer tətbiq etməyimiz RA.TAR-ın ifa xüsusiyyətlərinə ge­niş imkanlar açır. Bunun daxilində kamerton var və aləti onun vasitəsilə kök­lə­yi­rik. I qoşa sim “do”, II qoşa sim “sol”, III qoşa sim “do” olsa da bəzən hər mu­ğa­ma, mahnıya uyğun olaraq III simin köklənməsində dəyişiklik edirik. IV qoşa simi isə “sol” notuna kökləmək lazım gəlir (lakin burada da III simdəki kimi ifa olu­nan melodiyaya əsasən köklənmədə dəyişiklik edilə bilər). Alətin kəlləsinin qu­ruluşunu, görünüşünü də özüm fikirləşmişəm. Kəllə qol ilə bütöv yonulub hazır­lanıbdır”.

     RA.TAR elektron çalğı aləti kimi hələlik kövrək addımlarla musiqi alətl­ə­ri­nin tərkibinə daxil olmaqdadır. Son 50 ildə Azərbaycan toylarında elektron çal­ğı alətlərinə ehtiyac olduğu üçün elektrogitaradan gen-bol istifadə edilib və ha­zır­da da istifadə davam edir. Lakin 20-30 ildə toy ansambllarında daha çox türk elektrosazlarına meydan verilib. 50 ildir Azərbaycana inkişaf etmiş ölkələrdən müx­təlif markalı elektrogitaralar (hər il yenisi, müasirləri), son dövrdə isə Tür­ki­yə­dən elektrosazlar gətilirilir. Bunlara çəkilən xərclər həmin ölkələrin iqti­sa­diy­ya­tının inkişafına xidmət edir. RA.TAR burada hazırlandığı üçün çox da baha olmaya bilər.

3

4

     R.İsgədərov: “Üç hissədən ibarət ənənəvi tardan fərqli olaraq RA.TAR iki his­sədən (çanaq, qol və kəllə bitişik) ibarətdir. RA.TAR-ın da çanağı tut ağa­cın­dan, qol-kəllə armud ağacından hazırlanıb. Tarımızda aşıqlar armud ağacından yo­nulub hazırlanır, RA.TAR-da isə metal mexanizmlərdir. Bu RA.TAR-da heç bir rol oynamır, çünki akustik deyil, elektron alətdir. Birinci hazırlanan alət ola­raq hələlik nümunə kimi olduğu üçün belə etdim. Lakin tələbat yaranarsa biz bu alə­ti yüngül materialdan hazırlayacağıq. Bu alət Azərbaycan tarını əvəz edəcək bir alət deyil. Gənc tarzənlər toylarda çalışmaq üçün elektron türk sazı, milli saz və elektrogitaraya keçid etməli olurlar. Mən buna ona görə vaxt, əmək, enerji sərf etdim ki, RA.TAR hazırda toy-büsatda, bədii-kütləvi tədbirlərdə, televiziya ka­nallarında istifadə olunan simli elektron çalğı alətlərini əvəz etsin və həm də baş­qa ölkələrdən gətirilən yox, özümüzün olsun. Axı RA.TAR türk elektro­sa­zı­nın tembrini və imkanlarını əvəz edə bilir. RA.TAR elektrogitaranın səsini verə bil­məyəcək, onun öz tembri, öz səslənməsi var. Müasir Azərbaycan tarında səs im­kanı kiçik oktavanın “do” səsindən II oktavanın “sol” – “lya” səsinə qədərdir. RA.TAR-da isə üç oktava səs yerləşir. Burada səslər böyük oktavanın “sol” notundan II oktavanın “sol” – “lya” notuna qədərdir”.

     R.İskəndərovun RA.TAR-ına Azərbaycan Respublikası Əqli Mülkiyyət Agent­liyi 14.06.2021-ci il tarixli şəhadətnamə verib. Yeni ərsəyə gəlmiş alətdə 13 1/4 (dördə bir) səsə (mikrotonlara) imkan yaradılıb. RA.TAR vasitəsilə nəinki Azər­baycan, Şərq, həmçinin dünya musiqi əsərlərini ifa etmək mümkündür.

      RA.TAR toylar, açıq havada keçirilən bədii-kütləvi tədbirlər və ordu his­sələri qarşısında verilən konsertlər üçün nəzərdə tutulub. Acıq havada, elə şadlıq saraylarında da kondisioner altında akustik alətlər tez-tez kökdən düşür və bu hal ümu­mi işin səviyyəsini aşağı salır.

       RA.TAR-ı tanınan tarzənlərdən Elman Sadıqov, Ayaz İmranov, Bəhruz Zey­nal və Ramil İskəndərovun özünün ifa edib, izahlar apararaq sosial şəbə­kələr­də yayması, ATV kanalında 13.08.2021-ci il, RealTV-də 19.08.2021-ci il tarixdə bu çalğı aləti haqqında məlumat verilməsi xeyli marağa səbəb olub.

Əhsən Rəhmanlı

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 endir

 

PDF

 

 

 

 

Saytoqrafiya:

Azad Azerbaycan televiziyasinin Ra.tar haqqinda hazırladığı reportaj. URL:https://www.youtube.com/watch?v=2KaJ9c1lrjQ

Dünyada və Azərbaycanda ilk olan Yeni «RA.TAR» elektron musiqi aləti 2021. URL:https://www.youtube.com/watch?v=VHyduQgENiE

Ayaz İmranovun ilk dəfə RA.TAR alətində ifası 2021. URL:https://www.youtube.com/watch?v=M1XoFI9FLfU

 

 

 

Mövzuya uyğun