AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

«Konservatoriya» jurnalı 2025 № 4 (69)

“FALAK VƏ DÖVLƏT MÜSTƏQİLLİYİ:

DİRÇƏLİŞDƏN QLOBAL TANINMAYA”

V Beynəlxalq Falak Simpoziumundan

Tacikistan 15-16.10.2025

      15-16 oktyabr 2025-ci il tarixində Tacikistanda “Falak və dövlət müstəqilliyi: dirçəlişdən qlobal tanınmaya” möv­zu­sunda 1 gV Beynəlxalq Falak Simpoziumu baş tutdu. Tacik ənə­nəvi musiqisinin zirvəsi sayılan Falak hərfi tərcümədə “Göy­lərə ünvanlanmış nəğmə” kimi səslənir. Obrazlı şəkil­də “tale” mənasında işlədilərək tacik xalqının ən ümdə arzu və diləklərini ifadə edir. Falak janrında əsasən beyt və rü­bai­lərdən istifadə olunur. Ənənəvi olaraq Falak dombra, ney və rübab alətlərinin mü­şayiəti ilə ifa edilir. 2021-ci ildən bəri YUNESKO-nin bəşəriyyətin mədəni irsi siyahısına daxil edilib. Hər il oktyabrın 10-da tacik xalqı öz mədəni incisinin rəs­mi tarixi – Falak gününü böyük təntənə ilə qeyd edir.

2 gül

Bu ərəfədə şifahi ənənəli bən­zər janrlara malik olan dövlətlər Tacikistana Beynəlxalq Simpoziuma dəvət ala­raq ənənəvi janrların inki­şaf tendensiyası və müasirliyə uy­ğunlaşma ritmini izləyə bi­lən elmi araşdırmaları din­lə­mək imkanı qazanır. Muğam, ma­kom, falak və s. bu kimi bən­zər janrların inkişafını müasir həyat ritminin fonunda izlə­yə bilmək tədqiqatçılar və ifa­çılar qarşısında geniş üfüq­lər açıq. Toxunulmazlığı ilə qə­dim ənənələrlə qırılmaz bağ­­lar yarada bilən janrların daşıyıcıları bu bilikləri, intonasiya toplusunu gələ­cək nəsillərə çatdırmaq kimi ali bir funksiya da daşıyırlar.

Hər il olduğu kimi bu il də Falak Simpoziumuna Azərbaycan da dəvət al­mış­dı. Simpozium çərçivəsində beynəlxalq konfrans və canlı ifaları sərgiləyən mu­siqi festivalı da nəzərdə tutulmuşdu. Azərbaycan Respublikası Mədəniyyət Na­zirliyinin dəstəyi ilə Simpoziuma həm konfransda çıxış etmək, həm də musiqi festi­valında mədəniyyətimizi layiqincə təmsil etmək üçün bir qrup musiqiçilər sə­fərə göndərilmişdi. Tacikistan ev sahibliyi edərək qonaqların gəlişini sə­nət­kar­lıq nümunələri, dərc edilmiş musiqi kitabları (bu sırada Falak janrının not ya­zı­la­rı xüsusi əhəmiyyətə malikdir), milli ornamentləri əks etdirən böyük bir sərgi ilə qar­şıladı. Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen hər eksponatı özü şəxsən təqdim edərək tarixçəsini danışırdı. Bir qədər əvvəl, Azərbaycanın pre­zidenti cənab İlham Əliyev Tacikistan səfərinin təəssüratı altında olduğundan hər kəs bu görüşü təbəssümlə xatırlayırdı. Bu görüşdə Tacikistan Kon­ser­va­to­ri­ya­sı və Azərbaycan Milli Konservatoriyasının rəhbərliyi bilavasitə tanış olmuş və gələcək əməkdaşlığın təməl daşı qoyulmuşdu.

Falak mövzusu ətrafında araşdırmaları bir yerə toplamış Elmi Konfransda Azər­baycan Respublikası və Azərbaycan Milli Konservatoriyası sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Manafovanın iştirakı ilə təmsil edildi. “Muğam və do­de­kafoniya: Azərbaycan bəstəkarlarının yaradıcılığında iki mədəniyyətin qovuş­ması” mövzusunda çıxış Plenar iclasda təqdim olundu. Falak və dodeka­fo­ni­yanın qovuşma nöqtələrini aşkara çıxaran tədqiqatlarda bənzər tendensiyanın bü­tün Şərq ölkələrinə məxsusluğu fikri dəfələrlə vurğulandı. Daha sonra sek­siy­a­lar­da d­avam edən elmi diskurslarda ənənəvi janrların oxşar və fərqli cəhətlərini aş­kar edən araşdırmaların nəticələrinə görə ustad-şagird tədris üsulunun hələ də ak­tual olması və musiqi mirasını ötürmək üçün əlverişli üsul olması məsələsi də mü­zakirə edildi.

3 g

Soldan sağa: Muxtar Əşrəfi adına Daşkənd Dövlət Konservatoriyasının professoru Faroqat Azizi, Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen,  Azərbaycan Milli Konservatoriyasının Elm, Yaradıcılıq və Beynəlxalq əlaqələr Mərkəzinin direktoru Gülnarə Manafova

     Elmi konfransdan sonra Tacikistanın bütün bölgələrini əhatə edən ansambl və qruplar sənət yarışması nümayiş etdirdilər. Gecənin sonunda tədqiqatçılar, eləcə də ifaçılar sertifikatla təltif edildi.

4 gü

 Tacikistan Respublikası mədəniyyət nazirinin müavini

Şərifzoda Mənuçehr Murtazo sertifikat təqdim edərkən

        Falak V beynəlxalq simpoziumunun çərçivəsində təşkil edilmiş Musiqi Fes­tivalı da bu möhtəşəm sənət hadisəsinə gözəl yekun oldu. Azərbaycandan bu Fes­tivalda iştirak etmək üçün bir qrup musiqiçi səfər etmişdi. Azərbaycan mu­ğa­mı­­nı yüksək səviyyədə təqdim edən sənətkarlar, Azərbaycan Milli Konservato­ri­ya­sının müəllimləri – Prezident mükafatçısı, AMK-nin baş müəllimi, Beynəlxalq Muğam Mərkəzinin solisti, “Buta” ansamblının bədii rəhbəri Rövşən Qurbanov (tar), Əməkdar artist, Prezident mükafatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, do­sent Toğrul Əsədullayev (kamança), Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə dok­toru, dosent Təranə Əliyeva (qanun) və Beynəlxalq Muğam Mərkəzinin so­list­ləri xanəndə Hüseyn Məlikov, Emin Cabbarov (nağara) Azərbaycan muğa­mı­nı layiqli səviyyədə təmsil etdilər. Tacik dinləyiciləri bizim musiqini çox böyük sevgi ilə və sürəkli alqışlarla qarşıladı.

6 g

İfaçılar: Rövşən Qurbanov, Toğrul Əsədullayev,

Təranə Əliyeva, Rövşən Məlikov, Emin Cabbarov

7 g

Azərbaycanın Tacikistandakı səfirliyində 

      Azərbaycanın Tacikistandakı səfirliyi və şəxsən səfir Əlimirzamin Əsgərov Azər­baycandan gələn nümayəndə heyətinə xüsusi qayğı və diqqətlə yanaşaraq bü­tün addımlarımızda bizə dəstək oldu. Mədəniyyət müstəvisində xalqların təc­rü­bə mübadiləsi həmişə müsbət nəticələr verən vacib addımlardır. Xüsusilə də bən­zər ənənəvi janrlara malik xalqlar professional janrların tədqiqi və eləcə də ifa­sında müştərək nöqtələr aşkar edib bu janrların inkişafına təkan verə bilirlər.

 

Azərbaycan Milli Konservatoriyasının

Elm, Yaradıcılıq və Beynəlxalq əlaqələr

Mərkəzinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru

Gülnarə MANAFOVA

 

 

Mövzuya uyğun