Azərbaycan Milli Konservatoriyasinin orkestrləri
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 2, 2016
Azərbaycan Milli Konservatoriyasinin orkestrləri
AMK-nın tərkibində 2 orkestr fəaliyyət göstərir: “Buta” və “Həmahəng” tələbələrdən ibarət xalq çalğı alətləri orkestrləri. 2015-ci ildə AMK-nın rektoru xalq artisti, professor Siyavuş Kərimi təklif etdi ki, həmin ilin 18 noyabrında bu iki kollektiv arasında yarış təşkil edilsin və qalib üçün Məmmədəli Məmmədovun “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasında buta şəklində Kubok hazırlansın. Deyilən tarixdə yarış baş tutdu və hər iki orkestrin adı açıqlandı, yəni ilk təqdimatı oldu. 7 nəfərdən ibarət münsiflər heyəti yarışın gedişatını qiymətləndirirdi. Konsert bitdikdən sonra gizli səsvermə nəticəsində 7 nəfərdən 5-i “Buta” orkestrinə üstünlük verdi. Bu dəfə “Buta” kollektivi qalib gəldi.
Hər iki orkestrin bədii rəhbəri və dirijorları AMK-nın baş müəllimləridir. “Buta” orkestrinin rəhbəri Fəxrəddin Atayevin (bundan əlavə, Az. Döv. Musiqi Teatrının və AzTR-nun Niyazi ad. Simfonik orkestrinin dirijoru, həmçinin, Filarmoniya tərkibində F.Əmirov ad. Mahnı və Rəqs ansamblının xormeysteridir) dirijorluq etdiyi “Buta” II-IV kursların tələbələrindən ibarətdir, 55 nəfərlik heyəti mövcuddur. “Həmahəng” orkestrinin bədii rəhbəri və dirijoru isə Arif Məhərrəmovdur, kollektiv I-III kurs tələbərindən toplanaraq 60 nəfərə çatır.
Orkestrlərin repertuarı çox zəngindir, hər iki kollektiv “Koroğlu” operasından Üvertüra, H.Xanməmmədov tar üçün 2 №li Konsert, F.Əmirov fortepiano və xalq çalğı alətləri üçün konsert, “Kor ərəbin mahnısı” əsərlərini ifa edir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan bəstəkarlarının bir çox əsərlərinin işləməsini orkestr üçün Fəxrəddin Atayev özü hazırlayır. Onun “Azərbaycan bəstəkarlarının əsərlərinin xalq çalğı alətləri orkestri üçün işləmələri” kitabının I hissəsi artıq işıq üzü görmüş və AMK-nın kitabxanasında tələbələrin səmərəli istifadəsinə verilmişdir. II hissəsi isə tezliklə çapdan çıxacaq. A.Məhərrəmovun da bu sahədə xidmətləri var, onun bərpa etdiyi əsərlər rəhbəri olduğu kollektivə geniş məzmun imkanları yaradır.
“Buta” xalq çalğı alətləri orkestrininrepertuarına bu əsərlər daxildir: Ü.Hacıbəyli “Arazbarı”, “Koroğlu” operasından Qızların rəqsi, M.Maqomayev “Şah İsmayıl” operasından Üvertüra, C.Cahangirov “Füzuli” kantatasından II hissə (yeni redaksiyası F.Atayevə məxsusdur), S.Ələsgərov tar üçün 2 saylı Konsert, F.Əmirov E.Nəzirova ərəb mövzusunda fortepiano konserti, S.Rüstəmov “Oxu, tar”, V.Adıgözəlov Bayram süitası, “Gözləməsin, neyləsin” mahnısı, Arif Məlikov Süita, T.Hacıyev “Tələbəlik illəri”, F.Atayev Təntənəli rəqs; (daha sonra sadalanan əsərlərin işləməsi F.Atayevə aiddir) — Niyazi “Xumar oldum” mahnısı, F.Əmirov “Reyhan” mahnısı, T.Quliyev “Coş, dənizim”, “Dostluq” mahnıları, R.Hacıyev “Azərbaycan”, “Sevgilim” mahnıları, Rəşid Əfəndiyev “Qaytağı”, “Sarı gəlin”, “Şuşanın dağları” xalq mahnıları, A.Dadaşov “Qarabağ bayatıları”, “Mession imposible” filminin soundtreki.
A.Məhərrəmovun dirijorluq etdiyi orkestrin repertuarı: Ü.Hacıbəyli I Fantaziya, “Sənsiz”, Q.Qarayev “İldırımlı yollarla” baletindən “Ehtiraslı rəqs”, S.Ələsgərov “Vətənimdir”, 1 saylı “Sözsüz mahnı”, S.Rüstəmov “Qurban adına” (A.Məhərrəmov tərəfindən bərpa olunub), “Sənindir”, V.Adıgözəlov “Xoşum gəlir”, H.Xanməmmədov kamança və orkestr üçün Konsert, Zərb muğamları -“Heyratı”, “Arazbarı”, Şəmsi Kərimov “Gecələr” (A.Məhərrəmov tərəfindən bərpa olunub), İ.S.Bax “Zarafat”, P.İ.Çaykovski Neopolitan mahnısı və s. bu kimi gözəl əsərlərdən ibarətdir və AMK-nın Böyük zalında verilən silsilə konsertlərin məzmununu təşkil edir.
“Buta”nın iştirak etdiyi layihələrdən ən iri miqyaslı və maraqlı rəngarəng xarakterdə olanı, bütün dünya tamaşaçılarının, belə desək, adrenalin həvəskarlarının diqqətini qazanmış Flashmob olub. Ü.Hacıbəylinin 130 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Prezident yanında Gənclər Fondunun dəstəyilə ilk dəfə olaraq Bakı Metropolitenində Flashmob təşkil edildi. Orkestr heyətindən bir qrup ifaçının Ü.Hacıbəylinin“Arazbarı” əsərini kreativ tərzdə ifası metroda hamını təəccübləndirmişdi.
Ümumiyyətlə, “Buta” orkestrində fəal tələbələrin sayı çoxdur, belə ki, tar qrupunun aparıcı konsertmeystri prezident təqaüdçüsü Tofiq Asif oğlu Məmmədov IV Beynəlxalq Muğam müsabiqəsinin laureatıdır; orkestrin solistləri — prezident təqaüdçüsü və IV Beynəlxalq Muğam müsabiqəsinin qalibi Aygül Həsənovanı (qanun), Faiq Yusifli (tar), Müşfiq Lətifov (kamança), balaban ifaçıları Bünyad Baxışov və ArazıFətəliyev, Vaqif Hüseynov (milli vokal), Nuranə Şıxəliyevanı (xanəndə) xüsusi qeyd etmək lazımdır.
Eyni zamanda, “Həmahəng” xalq çalğı alətləri orkestrində də tar qrupunun konsertmeystri Şakir Süleymanov Respublika müsabiqə və festivallar laureatıdır; kamança qrupunun konsertmeystri Toğrul Orucov Ə.Dadaşov adına Respublika müsabiqəsinin Qran-Pri mükafatçısıdır; qanun qrupunun konsertmeystri Arifə Lətifzadə, həm də “Toğrul” orkestrinin solistləridir. Bundan başqa Respublika müsabiqə laureatı İdris Tağıyev (balaban), Nurlan Cəbizadə (tar), İsmayıl Zülfüqarovu (tar) solistlər sırasında qeyd etmək olar. Həmçinin, orkestrə dəvət almış solistlər — milli vokalçıların rolu əsasən böyükdür. Beynəlxalq müsabiqə laureatı Emin Zeynalov, IV Beynəlxalq Muğam müsabiqəsinin qalibi xanəndə Orxan Hüseynli, Respublika müsabiqə laureatları xanəndələr Səidə Babışova və NigarCəlilova, Respublika Televiziya Muğam müsabiqəsinin laureatı Gülnar Qüdrətli bu siyahıya daxil edilənlər arasındadır.Orkestrin tərkibinə yenilik olaraq, bas-tar, ney, BMA-dan dəvət olunmuş fleyta, qoboy, klarnet daxil edilmişdir. “Buta”nın da klassik heyətinə bas tar, ud, yeni zərb aləti əlavə olunmuşdur. Görkəmli şəxsiyyətlərdən Tofiq Bakıxanov bu orkestri dinləyib çox bəyəndikdən sonra, qiymətli fikirlərini söyləmişdir: “Sizin orkestrin “Humay” mükafatına layiq görülməsi üçün təqdimat hazırlayacağam”. “Həmahəng” orkestrinə rektor S.Kərimi xüsusi önəm verərək, onun hər məşqinə gəlir və dinləyərək zövq alır.
Mayın 23-ü AMK-da hər iki orketrin iştirak edəcəyi konsert keçirildi. Kollektivlərin hər birinə uğurlar arzulayırıq.
Kəmalə HACIYEVA
Elmi işçi