AMK

AMK

26-27 oktyabr 2017-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirinin 17.03.2017-ci il tarixli 160 saylı əmri ilə Azərbaycan Milli Konservatoriyasında “Qloballaşan dünyada musiqi ənənələri” adlı I Beynəlxalq elmi-praktik konfrans öz işini yekunlaşdırdı. Konfransa Yaponiya, Kanada, ABŞ, Özbəkistan, Qazaxıstan, Rusiya, Türkiyə və Azərbaycandan 70-dən artıq alim və gənc musiqişünaslar qatılaraq 2 gün ərzində elmi-praktik konfransda çıxış etdi. Qeyd edək ki, Azərbaycandan AMEA, AMK, BMA, ADMİU, ADPU  konfransa  fəal qatılan qurumlardır.

Konfrans 5 seksiyadan ibarətdir və hər seksiya — “Musiqi ənənələrinin qoruyucu mexanizmləri və funksional sistemlər”, “Musiqi ənənəsi mədəni mənsubiyyətin nişanı və rəmzi kimi”, “Milli musiqi ənənələri və müasir bəstəkar yaradıcılığının qarşılıqlı əlaqələri”, “Etnomuisiqişünaslıqda müasir tədqiqat yanaşmaları”, “Eklektik (hibrid, simbiotik) musiqi janr və üslublarının yenilənmə potensialı və multikultural mahiyyəti” adlı müxtəlif mövzuları əhatə edir.

Konfransın açılış mərasimində qədim milli musiqi alətlərinin sərgisi keçirildi, qonaqlara və konfrans iştirakçılarına isə elmi-praktiki konfransın materiallarından ibarət toplu təqdim edildi. Qeyd edək ki, konfrans çərçivəsində Azərbaycan muğamının amerikalı kaman ifaçısı Cefri Verbaxın və AMK-nın tələbələrinin konsertləri də baş tutdu. Çıxışçılar sertifikatlarla təltif edildi.

Konfrans tələbləri pdf 
Konfransın gündəliyi
“Qloballaşan dünyada musiqi ənənələri”  
I Beynəlxalq elmi-praktik  konfransın materialları


 

 

Mövzuya uyğun