AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 3, 2017

Kəmalə Hacıyeva

 “Milli musiqinin tədqiqi” elmi-tədqiqat

laboratoriyasının kiçik elmi işçisi

Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7

E-mail: kamale.h78@mail.ru

 

UOT:78.071.1

HACIBƏYLİ QARDAŞLARI VƏ ONLARIN AZƏRBAYCAN MUSİQİ MƏDƏNİYYƏTİNİN İNKİŞAFINDA ROLU

 

Xülasə: Məqalədə Hacıbəylilər soyadını daşıyan görkəmli insanların həyat və fəaliyyətindən maraqlı faktlar verilir. Onların birgə işinin və fərqli yaradıcı­lığının yaddaqalan məqamları vurğulanır. Belə ki, Hacıbəyli qardaşları musiqi aləminə sanballı yeniliklər gətirmişlər və biz bu məqalədə onların həyatına aid bəzi faktları xronoloji ardıcıllıqla verərək Hacıbəylilərin yaradıcılıq məsləkinə və hədəflərinə aparan yolun bir sıra məqamlarına işıq salmağa çalışmışıq.

Açar sözlər: Zülfüqar Hacıbəyli, Üzeyir Hacıbəyli, Qori, opera, Ceyhun Hacıbəyli, Fransa, Sorbon

 

Ha­cı­bəy­li­lə­rin ata ba­ba­sı Mol­la Mə­həm­mə­din bö­yük oğ­lu Ha­cı zər­gər, ki­çik oğ­lu Mir­zə Əb­dül­hü­seyn idi. Mir­zə Əb­dül­hü­sey­ni öz süd ba­cı­sı Şi­rin xa­nım­la ev­lən­di­rən Xur­şid­ba­nu Na­tə­van bir qə­dər də bu nəs­lə ya­xın ol­muş­du. XIX əsr­də qa­dın sə­nət­kar­la­rı ara­sın­da Xan qı­zı Xur­şid­ba­nu Na­tə­van yal­nız şe­ir­lə­ri, rəsm­lə­ri, xey­riy­yə iş­lə­ri ilə şöh­rət tap­ma­mış­dı. O, həm­çi­nin, Azər­bay­can-Da­ğıs­tan əla­qə­lə­ri­nin ya­ra­nıb in­ki­şaf et­mə­sin­də mü­tə­rəq­qi rol oy­na­mış­dı; Na­tə­van knyaz Xa­say xan Us­mi­yev­lə ailə qur­maq­la Da­ğıs­tan di­ya­rı­nı Azər­bay­ca­na doğ­ma et­miş­di. XIX əs­rin so­nu Əb­dül­hü­seyn bəy və Şi­rin­bə­yim xa­nım Ha­cı­bəy­li­lə­rin ailə­sin­də beş uşaq dün­ya­ya gə­lir: Sa­yad (1872), Abu­hə­yat (1880), Zül­fü­qar (1884),  Üze­yir (1885), Cey­hun (1891). Əb­dül­hü­seyn Mol­la Mə­həm­məd oğ­lu zə­ma­nə­si­nin sa­vad­lı, zi­ya­lı in­san­la­rın­dan idi. O, Xan qı­zı Xur­şid­ba­nu Na­tə­va­nın mir­zə­si ol­muş və şai­rə­nin Ağ­ca­bə­di­də yer­lə­şən tə­sər­rü­fa­tı­na baş­çı­lıq et­miş­dir. Şi­rin­bə­yim xa­nım isə Qa­ra­bağ­da məş­hur olan Əli­ver­di­bə­yov­lar nəs­lin­dən idi. Ailə­də Zül­fü­qa­rın, Üze­yi­rin, Cey­hu­nun gə­lə­cək­də is­te­dad­lı şəxs­lər ki­mi for­ma­laş­ma­sın­da va­li­deyn­lə­ri­nin bö­yük ro­lu ol­muş­dur. On­lar uşaq­lıq­dan Şu­şa­da xalq mu­si­qi­si­nin əha­tə­sin­də bö­yü­müş və bu ecaz­kar mu­si­qi­ni is­te­dad­lı sə­nət­kar­la­rın – xa­nən­də­lə­rin, sa­zən­də­lə­rin və b. ifa­sı­nı can­lı din­lə­miş­lər. Şi­rin­bə­yim xa­nı­mın qar­da­şı Ağa­lar Əli­ver­di­bə­yo­vun da ailə­nin mu­si­qi zöv­qü­nün for­ma­laş­ma­sın­da bö­yük tə­si­ri ol­muş­dur. O, Sankt-Pe­ter­burq­da, da­ha son­ra Var­şa­va­da təh­sil al­mış­dı, mu­si­qi hey­ra­nı idi, öm­rü­nü xalq mu­si­qi­si­nə həsr et­miş bu gör­kəm­li ədib çox­lu xalq mah­nı­la­rı bi­lir, on­la­rı top­la­yır, gö­zəl mu­ğam ifa edə­rək da­im öz üzə­rin­də iş­lə­yir və məş­hur Şu­şa mu­si­qi­çi­lə­ri ilə əla­qə sax­la­yır­dı. Xa­rak­ter­cə ak­tiv, tə­şəb­büs­kar olan Ağa­lar Əli­ver­di­bə­yov öz evin­də mu­si­qi ax­şam­la­rı ke­çi­rir, mu­si­qi­çi­lə­rə hər cür kö­mək edir və de­mək olar ki, Şu­şa şə­hə­rin­də mu­si­qi hə­ya­tı­nın mər­kə­zin­də fəa­liy­yət gös­tə­rir­di. Onun Zül­fü­qar, Üze­yir və Cey­hun qar­daş­la­rı­na tə­si­ri şək­siz idi.

Ata­la­rı Əb­dül­hü­seyn çox da var­lı ol­ma­dı­ğı­na bax­ma­ya­raq, oğ­lan­la­rın­dan təh­si­li əsir­gə­mə­miş­di. Zül­fü­qar və Üze­yir iki­il­lik rus-türk mək­tə­bin­də oxu­yur­du­lar. Da­ha son­ra Üze­yir Ha­cı­bəy­li Qo­ri mü­əl­lim­lər se­mi­na­ri­ya­sı­na da­xil ol­muş, Zül­fü­qar isə ata­sı­na işin­də kö­mək edə­rək da­im təh­sil al­maq ba­rə­də dü­şü­nür­dü. Ən ki­çik qar­daş­la­rı Cey­hun isə Şu­şa və Ba­kı mək­təb­lə­rin­də ib­ti­dai təh­sil al­mış­dı.

Əb­dül­hü­seyn Ha­cı­bəy­li­nin qə­fil və­fa­tı ilə bağ­lı ailə­nin bü­tün mad­di qay­ğı­la­rı bö­yük qar­daş Zül­fü­qa­rın üs­tü­nə dü­şür. O, əv­vəl­cə şə­hər du­ma­sı və qə­za ida­rə­sin­də kar­gü­zar, son­ra­lar isə Şu­şa şə­hə­ri əkin­çi­lik və töy­cü iş­lə­ri ida­rə­si­nin mü­vək­ki­li ya­nın­da tər­cü­mə­çi iş­lə­yir.

Ailə qay­ğı­la­rı­nı evin bö­yük oğ­lu üzə­ri­nə gö­tür­dü­yü­nə gö­rə or­tan­cıl oğul Üze­yi­rin se­mi­na­ri­ya­da təh­sil il­lə­ri (1899-1904) çox ma­raq­lı ke­çir və onun ge­niş­miq­yas­lı dün­ya­gö­rü­şü­nün for­ma­laş­ma­sın­da bö­yük rol oy­na­yır. O, bu­ra­da dün­ya mə­də­niy­yə­ti ilə ta­nış olur, Av­ro­pa mu­si­qi klas­sik­lə­ri­nin əsər­lə­rin­dən bəh­rə­lə­nir. Bu­nun­la ya­na­şı, öz mil­li mu­si­qi­si­nin mən­şə­yi­ni də unut­ma­ya­raq, Azər­bay­can xalq mah­nı­la­rı­nı no­ta kö­çü­rür. Bu­ra­da Üze­yir Ha­cı­bəy­li Müs­lüm Ma­qo­ma­yev­lə ta­nış olur və bu ta­nış­lıq son­ra­lar hət­ta qo­hum­lu­ğa çev­ri­lir. Be­lə ki, Üze­yir bəy Mə­ley­kə xa­nım, Müs­lüm isə Ba­di­gül­ca­mal xa­nım Te­re­qu­lov­la­rı öz­lə­ri­nə ömür-gün yol­da­şı se­çir­lər. (Mə­ley­kə Ha­cı­bəy­li Tif­lis­də Qız­lar Gim­na­zi­ya­sın­da oxu­muş, həm­çi­nin, son­ra­lar pe­da­qoq ki­mi bu­ra­da və Ba­kı­da fəa­liy­yə­ti­ni da­vam et­dir­miş­dir. Azər­bay­can­da kon­ser­va­to­ri­ya təş­kil olu­nan­dan son­ra hə­min ali mək­tə­bin tə­lə­bə­si ol­muş­dur).

Üze­yir bəy və Mə­ley­kə xa­nım

Qo­ri se­mi­na­ri­ya­sın­da oxu­yan Üze­yir bu­ra­da not sis­te­mi ilə bir­gə vio­lin­də çal­ma­ğı da öy­rən­miş­di və yay tə­ti­li za­ma­nı Şu­şa­ya gə­lər­kən onun qar­daş­la­rı da Üze­yi­rin çal­ğı­sı za­ma­nı Av­ro­pa mu­si­qi­si ilə ya­xın­dan ta­nış ol­maq im­ka­nı qa­za­nır­dı­lar. On­lar ope­ra­lar­dan müx­tə­lif mo­tiv­lə­ri və ya ro­mans­la­rı, ari­ya­la­rı öy­rə­nir həm də or­tan­cıl qar­daş­la­rı va­si­tə­si­lə xa­ri­ci mu­si­qi mə­də­niy­yə­ti­nə bə­ləd olur­du­lar. Cey­hun isə öz növ­bə­sin­də, onu xalq ya­ra­dı­cı­lı­ğı­nın ye­ni nü­mu­nə­lə­ri, ye­ni­lik­lə­ri ilə ta­nış edir və mu­ğam sa­hə­sin­də­ki bi­lik­lə­ri­lə Üze­yi­rin yad­da­şı­nı tə­zə-lə­yir­di.

uzeyir-bey-ve-meleyke-xanim

Cey­hun Ha­cı­bəy­li­nin yaz­dı­ğı­na gö­rə, Üze­yir onun­la bir­gə “Ley­li və Məc­nun” ope­ra­sı üzə­rin­də iş­lə­mə­yə baş­la­mış­dı (7, s. 122-127). 1907-ci il­də iki qar­daş “İs­la­miy­yə” meh­man­xa­na­sın­da yer­lə­şə­rək ope­ra üçün mün­bit şə­rai­tin ya­ran­ma­sı­na sə­bəb olur­lar. Be­lə ki, Mə­həm­məd Fü­zu­li­dən bö­yük li­rik şe­ir mət­ni gö­tü­rü­lüb iş­lə­nir və öz yaz­dıq­la­rı bü­töv bir mətn ona əla­və olu­nur. Ey­ni za­man­da, Məc­nu­nun ata­sı üçün “Rast” və “Ça­har­gah” üzə­rin­də, Məc­nun üçün isə “Şi­kəs­te­yi-fars”, “Ba­ya­tı-Şi­raz”, “Se­gah” və s. mu­ğam­lar əsa­sın­da vo­kal əsər­lər ya­ra­dı­lır­dı (bə­zən təs­nif­lər­dən də is­ti­fa­də olu­nur­du). Üze­yir not sis­te­mi­ni və po­li­fo­ni­ya­nı bil­di­yi üçün bü­tün qeyd olu­nan əsər­lə­ri və son­ra­dan baş­qa­la­rı­nı da no­ta kö­çü­rür. Həm­çi­nin, xor çı­xış­la­rı­na po­li­fo­ni­ya­nı ye­rit­mək­lə Azər­bay­can və xa­ri­ci mu­si­qi qay­da­la­rı­nın bir­ləş­mə­sin­də, vəh­də­tin­də bir is­la­hat et­miş­di.

Üze­yir Ha­cı­bəy­li Qo­ri se­mi­na­ri­ya­sın­dan olan keç­miş həm­kar­la­rı­nı da işə cəlb edə­rək sim­li or­kestr ya­ra­dır və ona xalq çal­ğı alət­lə­rin­dən iba­rət an­sambl bir­ləş­di­rir. Be­lə­lik­lə, or­kestr­lə iş bit­dik­dən son­ra, səh­nə­də rol­lar­da çı­xış edən səs­li mü­ğən­ni-xa­nən­də akt­yor­lar tə­ləb olu­nur­du və on­la­rı tap­maq ən çə­tin və­zi­fə­lər­dən bi­ri idi. Nə­ha­yət, bir çox ax­ta­rış­lar­dan son­ra rol­la­ra ifa­çı­lar ta­pı­lır­dı: Məc­nun ob­ra­zı­nı – şə­hər ida­rə­si­nin iş­çi­si Hü­seyn­qu­lu Sa­rab­lı, Ley­li ro­lu­nu Əh­məd Bə­dəl­bəy­li oy­na­yır­dı, İbn Sə­lam ro­lun­da elə də də­rin akt­yor oyu­nu la­zım ol­ma­dı­ğın­dan onun par­ti­ya­sı­nı oxu­maq Cey­hun Ha­cı­bəy­li­yə hə­va­lə olun­du. Məc­nu­nun ata­sı ob­ra­zı­nı Qa­ra­bağ­dan olan mü­əl­lim, mu­ğa­ma­tın gö­zəl bi­li­ci­si – Mir­zə Mux­tar can­lan­dır­ma­lıy­dı, Ley­li­nin ata­sı ro­lu­nu isə pe­şə­si podr­yat­çı olan, hə­vəs­kar gənc İm­ran Qa­sı­mo­va tap­şı­rıl­dı. Ope­ra­nın xo­re­oq­ra­fi­ya his­sə­si ilə Cey­hun Ha­cı­bəy­li­nin si­nif yol­da­şı Bəh­ram Və­zi­rov məş­gul olur­du və bu çox uğur­lu bir ta­pın­tı idi. Məş­ğə­lə­lər üçün ye­ri İm­ran Qa­sı­mov təş­kil et­di. O, evi­nin bö­yük ota­ğı­nı məşq za­lı­na çe­vir­di. Üze­yir Ha­cı­bəy­li bü­tün bu çə­tin­li­yi üzə­ri­nə gö­tü­rə­rək ge­cə sa­at­la­rı­na qə­dər otu­rur və mü­kəm­məl mu­si­qi­li-vo­kal səh­nə əsə­ri ya­rat­ma­ğa ça­lı­şır­dı.

Be­lə­lik­lə, 1908-ci il­də prem­ye­ra baş tut­du. Din­lə­yi­ci­lər əsə­rin əv­və­lin­dən su­sa­raq, əl çal­ma­ğa be­lə cə­sa­rət et­mir­di­lər və nə­ha­yət, əsə­rin so­nun­da zal­dan güc­lü al­qış sə­si gəl­di. Əsər bə­yə­nil­di. İlk mu­ğam-ope­ra ər­sə­yə gəl­di.

Bö­yük qar­daş – Zül­fü­qar Ha­cı­bəy­li

Bu mü­qa­bil­də, 1907-ci il­də Zül­fü­qar Ha­cı­bəy­li ba­cı­la­rı ilə bir­gə Ba­kı­ya kö­çür. O, Azər­bay­can xalq mu­si­qi­si­nə də­rin­dən bə­ləd ol­muş bir in­san ki­mi tar alə­tin­də də gö­zəl ça­lır­dı.

zulfuqar-hajibeyli

Zül­fü­qar Ha­cı­bəy­li də qar­daş­la­rı ilə bir­gə Azər­bay­can pe­şə­kar mu­si­qi mə­də­niy­yə­ti­nin ya­ran­ma­sı və dir­çə­li­şi uğ­run­da mü­ba­ri­zə­yə qa­tı­lır. 1910-cu il­də o, ilk opet­ta­lar­dan bi­ri olan “Əl­li ya­şın­da ca­van” əsə­ri­ni ya­zır. Bu, Zül­fü­qa­rın ilk te­atr əsə­ri idi. Sa­də və əy­lən­cə­li məz­mu­na ma­lik olan əsər üç pər­də­li və 4 şə­kil­li­dir. Əsə­rin ilk ta­ma­şa­sı 1911-ci il­də Tif­lis­də Gür­cü Za­də­gan­la­rı Te­at­rın­da ol­muş­dur. Ar­dı­cıl ola­raq o, Tif­lis­də, elə hə­min il­də “11 yaş­lı ar­vad və ya var­lı”, 1912-ci il­də isə Nax­çı­van­da “Ev­liy­kən su­bay” mu­si­qi­li ko­me­di­ya­la­rı­nı ya­zır.

Gö­zəl təş­ki­lat­çı­lıq qa­bi­liy­yə­ti­nə ma­lik olan Z.Ha­cı­bəy­li mu­si­qi­li te­atr trup­pa­sı ya­ra­dır. Bu­ra­ya Mir­za­ğa Əli­yev, M.Qu­lu­za­də, T.X.Qu­li­yev, Sid­qi Ru­hul­la, Gö­yər­çin xa­nım Şat­no­va, Mü­nəv­vər xa­nım və 11 yaş­lı An­to­ni­na Gil­man da­xil idi. Trup­pa 1911-ci il­dən eti­ba­rən Za­qaf­qa­zi­ya­nın şə­hər­lə­ri­nə qast­rol sə­fə­ri­nə çı­xır. Trup­pa­nın ta­ma­şa­la­rı bə­zən xey­riy­yə sə­ciy­yə­li olur­du, yə­ni, ta­ma­şa­lar­dan top­la­nan və­sa­it Ba­kı Təh­sil mü­əs­si­sə­lə­ri­nə – eh­ti­ya­cı olan şa­gird­lə­rə ve­ri­lir­di.

1916-cı il­də yaz­dı­ğı “Aşıq Qə­rib” ope­ra­sı bəs­tə­ka­ra bö­yük şöh­rət gə­tir­di. Ope­ra­nın məz­mu­nu ey­ni­ad­lı das­tan­dan gö­tü­rül­müş­dü. Baş rol­lar­da – ar­tıq o za­man­lar­da məş­hur­laş­mış Hü­seyn­qu­lu Sa­rabs­ki (Aşıq Qə­rib), qa­dın rol­la­rın­da Əh­məd Ağ­dams­ki və H.Ha­cı­ba­ba­bə­yov iş­ti­rak edir­di.

1917-ci il Zül­fü­qar Ha­cı­bəy­li “Üç aşiq və ya Mə­lik­məm­məd” ad­lı növ­bə­ti ope­ra­sı­nı ya­zır. 1918-ci ilin ya­yın­da bəs­tə­ka­rın rəh­bər­lik et­di­yi trup­pa (Hü­seyn­qu­lu Sa­rabs­ki, Mir­za­ğa Əli­yev, Hü­seyn Ərəb­lins­ki, Sid­qi Ru­hul­la, Əh­məd Ağ­dams­ki, Ə.Hü­seyn­za­də, Ye­va Olens­ka­ya) İra­na qast­rol sə­fə­ri­nə ge­dir. Trup­pa­nın iş­ti­ra­kı ilə olan ta­ma­şa­lar (“Ley­li və Məc­nun”, “Əs­li və Kə­rəm” , “Aşıq Qə­rib”, “O ol­ma­sın bu ol­sun”, “Əl­li ya­şın­da ca­van”, “Ev­liy­kən su­bay” və baş­qa­la­rı) İra­nın şə­hər­lə­rin­də bö­yük uğur qa­za­nır.

uc-asiq-ve-melikmemmed

20-30-cu il­lər­də ilk bəs­tə­kar mah­nı­la­rı ya­zı­lır və Z.Ha­cı­bəy­li bu sa­hə­də tə­şəb­büs gös­tə­rə­rək mah­nı­lar ya­ra­dır: “Kənd qı­zı”, “Ço­ban qız”, “Əs­gər nəğ­mə­si” və b. O, 1932-ci il­də “Kö­lə qa­dın­la­rın rəq­si” ad­lı ki­çik sim­fo­nik səp­gi­li pyes bəs­tə­lə­yir. Həm­çi­nin, bəs­tə­kar bir ne­çə kan­ta­ta ya­zır. 1933-37-ci il­lər ər­zin­də Zül­fü­qar Azər­bay­can ra­dio ve­ri­liş­lə­ri şə­bə­kə­si mu­si­qi böl­mə­si­nin bə­dii rəh­bə­ri iş­lə­yib. 1935-ci il­də bəs­tə­kar, öz oğ­lu – son­ra­lar ar­tıq məş­hur di­ri­jor Ni­ya­zi ilə bir­gə Cə­fər Cab­bar­lı­nın ilk səs­li “Al­mas” fil­mi­nə mu­si­qi yaz­mış­dır. 1937-ci il­də o, Azər­bay­can Est­ra­da­sın­da bə­dii rəh­bər və­zi­fə­si­nə də­vət olu­nur.

Bəs­tə­ka­rın ar­xi­vin­də “On­da elə, in­di be­lə”, “Ya­rış”, “Ki­şi­də sev­gi bir olar”, “Ev­lə­ni­rəm”, “Mən ağ­la­ram, o gü­lər”, “Bi­ça­rə Xa­vər”, “Mə­şə­di Xu­du­nun məi­şət hə­ya­tı” ad­lı mu­si­qi­li ko­me­di­ya­la­rın lib­ret­to­la­rı və mu­si­qi es­kiz­lə­ri ta­pıl­mış­dı, həm­çi­nin, Ab­dul­la Şai­qin lib­ret­to­su­na ya­zıl­mış “Nü­şa­bə” ope­ra­sı üzə­rin­də iş­lə­di­yi­ni sü­but edən çox­lu ma­te­ri­al aş­kar edil­miş­di.

Bəs­tə­kar 1943-cü il­də əmək­dar in­cə­sə­nət xa­di­mi fəx­ri adı­na la­yiq gö­rül­müş­dür. O, 1944-cü il­də “Qaf­qa­zın mü­da­fiə­si­nə gö­rə”, 1945-ci il “Bö­yük Və­tən mü­ha­ri­bə­sin­də rə­şa­dət­li əmə­yə gö­rə” me­dal­la­rı, 1946-cı il­də “Şə­rəf ni­şa­nı” or­de­ni ilə təl­tif olun­muş­du. 1950-ci ilin sent­yab­rın­da bəs­tə­kar və­fat edir.

Or­tan­cıl qar­daş – Üze­yir Ha­cı­bəy­li

1904-cü il­də Qo­ri se­mi­na­ri­ya­sı­nı bi­tir­miş 17 nə­fə­rə tə­yi­nat ve­ri­lir. La­kin gənc Üze­yir bəy Ba­kı­da iş­lə­mək ar­zu­sun­da ol­du­ğu üçün Qo­ri­yə bu­ra­da iş­lə­mək is­tə­di­yi­ni bil­di­rən mək­tub ya­zır. Elə hə­min il 30 iyun ta­ri­xin­də Mi­rop­yev ona ca­vab ya­zır. İyu­lun ilk gün­lə­rin­də Gən­cə­də olan Üze­yir Ye­li­za­vet­pol qu­ber­ni­ya­sı­nın mək­təb­lər ins­pek­tor­lu­ğu­na mü­ra­ci­ət edir və onu Cəb­ra­yıl qə­za­sı­nın Had­rut kənd mək­tə­bi­nə mü­əl­lim tə­yin edir­lər. Ha­cı­bəy­li bu­ra­da rus di­li, he­sab, ta­rix və mu­si­qi­dən dərs de­yir.

Bir il­dən son­ra Ü.Ha­cı­bəy­li Had­ru­tu tərk edə­rək Ba­kı­ya gə­lir və Bi­bi­hey­bət neft ra­yo­nun­da fəh­lə uşaq­la­rı­na dərs ve­rir. Bu müd­dət ər­zin­də o, türk di­lin­də he­sab­dan dərs­lik tər­tib edir, Qo­qo­lun “Şi­nel” əsə­ri­ni türk­cə­yə tər­cü­mə edir. “Hə­yat” qə­ze­tin­də tər­cü­mə­çi iş­lə­yən Üze­yi­rin 1905-ci il 10 sent­yabr­da qə­ze­tin 59-cu sa­yın­da “Bir xa­nım əfən­di­nin biz­lə­rə hüs­ni-tə­vəc­cö­hü” sər­löv­hə­li ilk ya­zı­sı dərc olu­nur. 1906-cı il “İr­şad” qə­ze­ti­nin fev­ral nöm­rə­lə­ri məhz, Üze­yir bə­yin mü­dir­li­yi ilə nəşr olu­nur. La­kin onun fel­ye­ton­la­rı qə­ze­tin iki də­fə bağ­lan­ma­sı­na sə­bəb olur.   İlk də­fə “Sto­lı­pi­nin xə­ya­lı”, növ­bə­ti də­fə isə “Na­ğıl” fel­ye­to­nu kəs­kin tən­qi­di xa­rak­ter da­şı­dı­ğı üçün qə­zet bir­də­fə­lik bağ­la­nır. 1907-ci il­də Üze­yir Ha­cı­bəy­li Ba­kı­da Oru­cov qar­daş­la­rı­nın mət­bəə­sin­də “Mət­bu­at­da is­ti­fa­də olu­nan si­ya­si, hü­qu­qi, iq­ti­sa­di və əs­gə­ri söz­lə­rin tür­ki-ru­si və ru­si-tür­ki lü­ğə­ti”ni çap et­miş­dir. O, həm­çi­nin, “Şər­qi-rus”, “İt­ti­had”, “Tə­rəq­qi”, “Hə­qi­qət”, “İq­bal”, “Ye­ni İq­bal”, “Kas­pi” və s. qə­zet­lər­də ça­lı­şır. 1908-1911-ci il­lər­də Ü.Ha­cı­bəy­li “Səa­dət” mək­tə­bin­də dərs de­yir.

ceyhun-hajibeyli

Üze­yir 1912-ci il ali təh­sil al­maq üçün əv­vəl­cə Mosk­va­ya get­miş, fi­lar­mo­nik cə­miy­yə­tin mu­si­qi kurs­la­rın­da (sol­fe­cio üz­rə N.M.La­du­xin­dən, har­mo­ni­ya üz­rə N.N.So­ko­lovs­ki­dən) dərs al­mış­dır. 1913-cü il­də isə Sankt-Pe­ter­burq kon­ser­va­to­ri­ya­sı­na da­xil ol­muş Üze­yir bəy “Ar­şın mal alan” mu­si­qi­li ko­me­di­ya­sı­nı məhz, bu­ra­da yaz­mış­dır. 1914-cü il I Dün­ya mü­ha­ri­bə­si baş­lan­ma­sı sə­bə­bin­dən o, təh­si­li­ni ya­rım­çıq qo­ya­raq Ba­kı­ya qa­yı­dır.

1918-ci il­də qan­lı mart ha­di­sə­lə­ri za­ma­nı Nə­ri­man Nə­ri­ma­nov Ü.Ha­cı­bəy­li­ni ya­nı­na ça­ğı­ra­raq, ona “Ha­cı­bəy­li qar­daş­la­rı­nın te­atr trup­pa­sı” ilə İra­na qast­ro­la get­mə­yi məs­lə­hət gö­rür. Hə­min ilin okt­yab­rın­da Ba­kı­ya qa­yıt­mış Üze­yi­rin “Azər­bay­can” qə­ze­tin­də ilk mə­qa­lə­si dərc olu­nur. 1919-cu ilin yan­va­rın­dan 1920-ci ilin 27 ap­re­li­nə qə­dər Üze­yir Ha­cı­bəy­li “Azər­bay­can” qə­ze­ti­nin mü­di­ri idi. La­kin bu­nu da qeyd et­mək la­zım­dır ki, qə­ze­tin ilk re­dak­to­ru Üze­yir bə­yin ki­çik qar­da­şı Cey­hun Ha­cı­bəy­li ol­muş­dur.

Ki­çik qar­daş – Cey­hun Ha­cı­bəy­li

Cey­hun ali təh­si­li­ni Pe­ter­burq­da hü­quq fa­kul­tə­si və Fran­sa­nın Sor­bon uni­ver­si­te­tin­də jur­na­lis­ti­ka üz­rə al­mış­dır. İs­te­dad­lı jur­na­list olan Cey­hun bəy Azər­bay­can­da Mü­sa­vat hö­kü­mə­ti qu­rul­duq­dan son­ra həm­çi­nin, par­la­men­tin üz­vü Əli­mər­dan bəy Top­çu­ba­şo­vun rəh­bər­lik et­di­yi nü­ma­yən­də­li­yin ka­ti­bi idi. Ye­ni hö­kü­mət onu bu nü­ma­yən­də­li­yin ka­ti­bi ki­mi Pa­ri­sə gön­dər­miş, C.Ha­cı­bəy­li ora­da Azər­bay­can Mü­sa­vat hö­kü­mə­ti­nin dai­mi nü­ma­yən­də­si ki­mi işə baş­la­mış və doğ­ma öl­kə­ni “so­vet­lər” iş­ğal et­dik­dən son­ra hə­mi­şə­lik ora­da qal­mış, mü­ha­ci­rət hə­ya­tı ke­çi­rə­rək, fəa­liy­yə­ti­ni da­vam et­dir­miş­dir.

Cey­hun bəy Fran­sa­ya ge­də­nə qə­dər “Kas­pi”, “İt­ti­hat” qə­zet­lə­ri­nin də re­dak­to­ru ol­muş­dur. Hə­min dövr­də fel­ye­ton­la­rı ara­sın­da “Pris­tav Ağa” da­ha çox məş­hur idi və “Proq­res” qə­ze­ti­nin 1907-ci il VI və VII say­la­rın­da “Da­ges­tans­kiy” im­za­sı ilə çap olun­muş­du. O, Pa­ris­də, Ru­si­ya­da və Qaf­qaz­da çap et­dir­di­yi bir çox pub­li­sist ya­zı­la­rın­da adı­nı məhz “C.Da­ğıs­tan­lı” ki­mi gös­tə­rir­di.

Əl­bət­tə ki, Fran­sa­da olan Cey­hun və­tə­nə qa­yı­da bil­mə­yə­cə­yi­ni qə­rar­laş­dı­ra­raq, ailə­si­ni də bu öl­kə­yə gə­ti­rir. Hə­yat yol­da­şı Z.Ha­cı­qa­sı­mo­va-Ha­cı­bəy­li 2 yaş­lı öv­la­dı­nı gö­tü­rüb Cey­hun bə­yin ya­nı­na yol­la­nır.

ceyhun-hajibeyli-ailesi-ile

Azər­bay­can nü­ma­yən­də he­yə­ti­nin Pa­ris­də çap et­dir­di­yi ki­tab­lar, bül­le­ten­lər və baş­qa ma­te­ri­al­lar o dövr üçün çox va­cib idi. Fran­sız və in­gi­lis dil­lə­rin­də çap edil­miş “Qaf­qaz Azər­bay­can Res­pub­li­ka­sı”, “Qaf­qaz Azər­bay­can Res­pub­li­ka­sı­nın sülh konf­ran­sı­na me­mo­ran­dum”u da çox ma­raq­lı­dır. Konf­rans döv­rün­də Cey­hun bəy Pa­ris­də nəşr olun­muş “Röv­yü dü Mon­de mü­zül­man” jur­na­lın­da “Bi­rin­ci mü­səl­man res­pub­li­ka­sı – Azər­bay­can” ad­lı mə­qa­lə­lər top­lu­su­nu dərc et­dir­miş­di. O, bu mə­qa­lə­lə­ri son­ra­dan ki­tab ha­lın­da çap et­di­rir. Av­ro­pa oxu­cu­la­rı­nı mə­də­niy­yə­ti­miz­lə ta­nış edən C.Ha­cı­bəy­li Üze­yir bə­yin “Ar­şın mal alan” mu­si­qi­li ko­me­di­ya­sı­nı fran­sız di­li­nə tər­cü­mə et­miş və səh­nə­ləş­dir­miş­di. Mü­ha­ci­rət il­lə­rin­də Cey­hun Ha­cı­bəy­li bir çox qə­zet və jur­nal­lar­la, ra­dio ilə əmək­daş­lıq et­miş, öz doğ­ma Və­tə­ni­lə bağ­lı çox­lu mə­qa­lə­lər yaz­mış, təd­qi­qat­lar apar­mış­dır.

O, fran­sız di­lin­də çı­xan “Qaf­qaz”, da­ha son­ra Mün­hen­də Azər­bay­can di­lin­də nəşr olu­nan “Azər­bay­can” jur­na­lı­na re­dak­tor­luq et­miş­dir. “Azad­lıq” ra­di­os­tan­si­ya­sı­nın ya­ra­dı­cı­la­rın­dan sa­yı­lan C.Ha­cı­bəy­li Mün­hen­də­ki “SSRİ-ni Öy­rə­nən Uni­ver­si­tet”in müx­bir üz­vü se­çil­miş­dir.

Cey­hun bəy Fran­sa­da, Ru­si­ya­da, Azər­bay­can­da və Da­ğıs­tan­da bir sı­ra pub­li­sist əsər­lə­ri, ki­tab­la­rı ilə ta­nın­sa da, onun şa­ir­lik qa­bi­liy­yə­ti üs­tü­ör­tü­lü qal­mış­dı. C.Ha­cı­bəy­li­nin Xalq Cüm­hu­riy­yə­ti döv­rü­nə həsr olun­muş bir şei­ri­ni si­zə ix­ti­sar­la təq­dim edi­rik:

Bö­yük bir inqilabın

Alovları göründü:

Əməkçiyə zülm edən

Uzaqlara süründü.

 

Ağır gəldi bana da

Yurtda işsiz oturmaq:

Evdə yaxud yollarda

Əli qoynunda durmaq.

 

Satdım bəgə xəncəri,

Puluna kitab aldım:

Nicatımız bundadır,

İştə bunu anladım.

 

Burda bizə yeni ruh,

Yeni fikir veirlər.

“Torpaq, hava, atəş, su

Həp sizindir” deyirlər.

 

Siz də o dağlar kimi,

Yüksəklərə çıxınız.

Qaranlıqda gizlənən

Xürafatı yıxınız.

 

Beləliklə, Ceyhun Hacıbəyli 1920-ci il 28 aprel bolşevik çevrilişindən sonra Vətənə geriyə qayıda bilməmiş, Parisdə 1962-ci il oktyabrın 22-də (71 yaşında) vəfat etmiş və orada da torpağa tapşırılmışdır.

 

ƏDƏBİYYAT:

  1. Məmmədli Q.M. Üzeyir Hacıbəyov (1885-1948). Həyat və yaradıcılığının salnaməsi. B.: Yazıçı, 1984, 463 s.
  2. Hacıbəyli Ü.Ə. Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri (1904-1912). Toplayanı Hüseynov Ş. I hissə. B.: Elm, 2009, 300 s.
  3. Hacıbəyli Ü.Ə. Seçilmiş əsərləri. 2 cilddə, I c. Tərtib edən Abasov A. B.: Şərq-Qərb, 2005, 408 s.
  4. Hacıbəyli Ü.Ə. Seçilmiş əsərləri. 2 cilddə, II c. Tərtib edən Abasov A. B.: Şərq-Qərb, 2005, 456 s.
  5. Cəbrayılbəyli C.M. Zülfüqar Hacıbəyov. B.: İşıq, 1985, 104 s.
  6. Nəbiyev B.Ə. Üzeyir Hacıbəylinin ömürnaməsi (fraqmentlər). B.: Şərq-Qərb, 2012, 520 s.
  7. Гаджибейли Дж. Избранное (Составители М.Теймуров, А.Асланов). Б.: Азернешр, 1993, 128 с.

 

Кямаля Гаджиева

Младший научный сотрудник

лаборатории  «Исследование национальной музыки»  АНК

 

БРАТЬЯ ГАДЖИБЕЙЛИ И ИХ РОЛЬ В РАЗВИТИИ АЗЕРБАЙДЖАНСКОЙ МУЗЫКАЛЬНОЙ КУЛЬТУРЫ

 

Резюме: В статьеосвещаются интересные факты жизни и деятель­ности братьев Гаджибейли. Акцентируются события, имеющие  особое значение в формировании мировоззрения этих личностей, которые сыграли  большую роль в культурной и общественно-политической жизни Азербай­джана в начале XX века.

Kлючевые слова: Узеир Гаджибейли, Зюльфугар Гаджибеков, Джейхун Гаджибейли, Горийская семинария, опера «Лейли и Меджнун», Франция, Сорбонна

 

Kamale Hajiyeva

Junior research assistant  of

«Laboratory of national music research» of AMC

 

HAJIBEYLI BROTHERS AND THEIR ROLE IN THE

DEVELOPMENT OF AZERBAIJAN MUSIC CULTURE

 

Summary: In the article highlights interesting facts of life and activities of brothers Hajibayli. Emphasized events, are of particular importance in formulation worldview of these individuals, that played a big role in cultural and social-political life of Azerbaijan at the begining  of the twenty century.

Key words: Uzeir Hajibayli, Zulfugar Hajibayov, Jeyhun Hajibeyov, Gori seminary, opera “Leyli Majnun” France, Sorbonna

 

 

Rəyçilər: sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadə;

sənətşünaslıq üzrə elmlər doktoru, professor Ülkər Əliyeva

Mövzuya uyğun