AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

«KONSERVATORİYA” №3 2017

Leyla CUMAYEVA

                 AMK-nın dissertantı

Email:leyla.cumayeva@mail.ru

 UOT +786

AZƏRBAYCAN OPERASINDA LEYTMOTİV VƏ LEYTMOTİV SİSTEMİNİN ÜMUMİ XASİYYƏTNAMƏSİ

endir

 

PDF

 

 

 

Xülasə: Təqdim olunmuş məqalədə leytmotiv və leytmotiv sistemi termininin mənası açıqlanır. Həmçinin Azərbaycan bəstəkarlarının opera yaradıcılığında leytmotiv və leytmotiv sisteminin özünəməxsus xüsusiyyətlərinə baxılır.

Açar sözlər: Azərbaycan bəstəkarları, leytmotiv, leytmotiv sistemi,  opera, mövzu, leytmotivin növləri, musiqi dramaturgiyası, leytməqam

 

Azər­bay­can bəs­tə­kar­la­rı­nın ope­ra ya­ra­dı­cı­lı­ğın­da leyt­mo­tiv və leyt­mo­tiv sis­te­mi­nə bax­maz­dan ön­cə, ve­ril­miş ter­mi­nin müx­tə­lif təd­qi­qat iş­lə­rin­də han­sı prin­si­pə əsa­sən is­ti­fa­də olun­ma­sı­na nə­zər ye­ti­rib də­qiq­ləş­dir­mək tə­ləb olu­nur. Leyt­mo­tiv ter­mi­ni­nin mə­na­sı apa­rı­cı möv­zu, əsas mo­tiv de­mək­dir. Ter­mi­ni ilk də­fə Ve­be­rin ope­ra ya­naş­ma­la­rı­na nə­zə­rən 1871-ci il­də al­man mu­si­qi­şü­na­sı və vo­kal mü­əl­li­mi Yens Frid­rix Vil­helm (1809-1888) is­ti­fa­də edib. O, ilk növ­bə­də Ve­ber əsər­lə­ri­nin te­ma­tik ka­ta­lo­qu­nun və ona tən­qi­di şərh­lə­rin mü­əl­li­fi ki­mi ta­nı­nır. Leyt­mo­tiv ter­mi­ni­ni “С. М. Von We­be­rin­sei­nen Wer­ken” (Ber­lin, 1871) əsə­rin­də iş­lə­dib. Am­ma bir ter­min ki­mi X.fon Vol­ça­ge­nin Vaq­ner ya­ra­dı­cı­lı­ğı­na aid bü­tün iş­lə­rin­də ge­niş in­ki­şa­fı­nı tap­mış­dır.

İn­cə­sə­nə­tin bir çox sa­hə­lə­rin­də leyt­mo­ti­vin da­vam­lı, mü­tə­ma­di, se­man­tik bö­lün­məz nö­vün­dən per­so­naj, və­ziy­yət, ide­ya­nı təs­vir et­mək üçün is­ti­fa­də olu­nur. Mu­si­qi­şü­nas­lıq­da leyt­mo­ti­vin iza­hı mu­si­qi döv­riy­yə­si­nin, qı­sa və ya ge­niş mu­si­qi fra­za­sı­nın, bə­zən bü­töv ta­mam­lan­mış möv­zu­nun, bu və ya di­gər su­rə­tin ide­ya­sı­nı, xa­siy­yə­ti­ni sə­ciy­yə­lən­di­rən key­fiy­yət ki­mi ve­ri­lir. Adə­tən leyt­mo­ti­vin mü­əy­yən rit­mik for­mu­lu, özü­nə­məx­sus har­mo­ni­za­si­ya­sı, bə­zən də xa­rak­te­rik temb­ri olur. Bu ba­xım­dan, leyt­mo­ti­vin növ­bə­ti xa­siy­yət­na­mə­si­ni – ide­ya, ob­raz, hiss, pred­met və s. sə­viy­yə­də mə­na­nı konk­ret­ləş­di­rən bir va­si­tə ki­mi də ver­mək olar. Mu­si­qi­şü­nas­lıq­da “möv­zu” ter­mi­ni ve­ril­miş əsər­də əsas mu­si­qi fik­ri­ni ay­dın, bit­kin şək­lə sa­lan mu­si­qi ma­te­ria­lı­na ma­lik olan, ob­raz­lı mə­na ki­mi is­ti­fa­də edi­lir.

Leyt­mo­ti­vin ope­ra jan­rın­da for­ma­laş­ma­sı K.Mon­te­ver­di ope­ra­la­rı­nın in­ki­şa­fı ilə pa­ra­lel ola­raq, V.A.Mot­sar­tın son dövr ope­ra­la­rın­da, 1789-cu il­də Fran­sız in­qi­la­bı bəs­tə­kar­la­rı – Qret­ri, Le­sü­er, Ke­ru­bi­ni­və baş­qa­la­rı­nın ya­ra­dı­cı­lı­ğın­dan baş­la­mış­dır. Am­ma əsl in­ki­şaf ta­ri­xi­nə ro­man­tik­lər­dən – Teo­dor Ama­dey Hof­man, An­ton Ve­ber, Hen­rix Marş­ner, Jorj Bi­ze, Pyotr Çay­kovs­ki, əsa­sən də, Ri­xard Vaq­ne­rin ya­ra­dı­cı­lı­ğın­dan baş­la­mış­dır.

“Leyt­mo­tiv sis­te­mi” ter­mi­ni­nə gəl­dik­də isə ilk də­fə in­cə­sə­nət­də də­qiq şə­kil­də kim tə­rə­fin­dən və han­sı şə­kil­də is­ti­fa­də olun­du­ğu­nu mü­əy­yən­ləş­dir­mək  çə­tin­dir. XX əs­rin 30-cu il­lə­rin­də R.Vaq­ner ya­ra­dı­cı­lı­ğı­nı təh­lil edən E.B.Mat­ro­so­vun fi­kir­lə­ri­nə gö­rə, möv­cud ter­min K.Qe­del­ya­nın iş­lə­rin­də möv­cud olan bir ne­çə leyt­mo­ti­vin bü­töv leyt­mo­tiv sis­te­mi ki­mi bir­ləş­mə­si şək­lin­də aş­kar olun­muş­dur. Bu mə­na­da leyt­mo­tiv komp­lek­si (sis­te­mi) ay­rı-ay­rı leyt­mo­tiv ele­ment­lə­ri­nin öz ara­la­rın­da struk­tur və funk­sio­nal bir­ləş­mə­sin­dən ya­ra­nır. Be­lə hal­da  leyt­mo­tiv sis­te­mi dar mə­na­da leyt­mo­tiv qru­pu ilə, bir­ba­şa və ya do­la­yı­sı ilə bir qəh­rə­ma­nın (mə­sə­lən, F.Əmi­ro­vun “Se­vil” ope­ra­sın­da Se­vi­lin üç əzab leyt­mo­ti­vi), ge­niş mə­na­da isə bir ope­ra­nın bü­tün leyt­mo­tiv­lə­ri (yal­nız bir leyt­mo­ti­vi olan ope­ra is­tis­na ol­maq­la) xa­rak­te­ri­zə olu­nur.

Ope­ra­da leyt­mo­ti­vin, leyt­mo­tiv sis­te­mi­nin is­ti­fa­də olun­ma­sı ope­ra əsər­lə­ri­nin dra­ma­tur­ji in­ki­şa­fı­na tə­sir gös­tə­rir. Səh­nə əsər­lə­rin­də pər­də­nin disk­rit­li­yi və sa­bit­li­yi ona gə­ti­rib çı­xa­rır ki, dra­mın əsas xət­ti­nin in­ki­şa­fı mət­nal­tı ide­ya­lar, hiss­lər, fi­kir­lə­rin müs­tə­qil səh­nə hə­ya­tı­nı for­ma­laş­dı­rır. Be­lə ki, hər­dən za­hi­ri hə­rə­kət­lər da­xi­li mü­na­si­bət­lə­rə nə­zə­rən ikin­ci də­rə­cə­li yer tu­tur.

Leyt­mo­ti­vin növ­lə­ri. Leyt­mo­ti­vin ti­po­lo­gi­ya­sı­nı qeyd edər­kən leyt­mo­ti­vin  bü­tün müm­kün məz­mun­lu va­ri­ant­la­rı­nı mü­əy­yən­ləş­dir­mə­yin ol­duq­ca çə­tin ol­du­ğu­nu vur­ğu­la­maq la­zım­dır. Bu­nun­la be­lə, ob­raz-məz­mun əhə­miy­yə­ti­nə ma­lik olan leyt­mo­tiv­lə­rin bir ne­çə­si­ni qeyd edək: möv­cud ob­raz­la­rın leyt­mo­tiv xa­siy­yət­na­mə­si (mə­sə­lən, ey­ni­ad­lı ope­ra­lar­dan Ziqf­rid, Aida, Va­qi­fin leyt­mo­ti­vi). Həm­çi­nin, port­ret xa­siy­yət­na­mə mü­əy­yən tembr, ya janr va­si­tə­si­lə gös­tə­ri­lə bi­lər. Mə­sə­lən, “Qar­qız” ope­ra­sın­da Le­lin leyt­mo­ti­vi tembr, janr, həm­çi­nin in­to­na­si­ya ilə komp­leks təş­kil edir (ço­ba­nın ifa­sı­nın tax­ta nə­fəs alət­lə­rin­də səs­lən­mə­si). Xü­su­si­lə onu qeyd et­mək la­zım­dır ki, leyt­mo­tiv­də janr konk­ret­ləş­mə­si, port­ret xa­siy­yət­na­mə­si Azər­bay­can bəs­tə­kar­la­rı­nın ope­ra ya­ra­dı­cı­lı­ğı­na xas xü­su­siy­yət­lər­dən­dir. Z.Ha­cı­bə­yo­vun “Aşıq Qə­rib” ope­ra­sı­nın “Uver­tü­ra”sın­da səs­lə­nən aşıq möv­zu­su ope­ra bo­yu əsas qəh­rə­man olan aşı­ğın leyt­xa­siy­yət­na­mə­si­nə çev­ri­lir. R.Mus­ta­fa­ye­vin “Va­qif” ope­ra­sın­da üs­yan­çı­la­rın rəh­bə­ri­nin “Cən­gi” rit­min­də or­kestr­leyt­mo­ti­vi­ni, “Se­vil” ope­ra­sın­da Dil­bə­rin tan­qo xa­siy­yət­na­mə­si­ni xa­tır­la­ya bi­lə­rik.

Əsas per­so­naj­la­rın xa­siy­yət­na­mə­si­nı təs­vir edən leyt­mo­tiv­lər­dən baş­qa, həm­çi­nin di­gər xa­rak­te­rik cə­hət­lər də fərq­lən­di­ri­lir:

– Müx­tə­lif xo­şa­gəl­məz tə­bi­ət ha­dis­lə­ri­nin leyt­mo­tiv­lə­ri (R.Vaq­ne­rin “Tris­tan və İzol­da” ope­ra­sın­da Gün­düz və Ge­cə­nin leyt­mo­tiv­lə­ri,  V.Adı­gö­zə­lo­vun “Va­qif” ope­ra­sın­da şim­şək möv­zu­su);

– Leyt­mo­tiv sim­vol­lar: qə­zəb leyt­mo­ti­vi, ta­le leyt­mo­ti­vi (P.İ.Çay­kovs­ki­nin “Qa­ra­tox­maq qa­dın” ope­ra­sın­da üç kar­tın möv­zu­su, N.Rims­ki-Kor­sa­ko­vun “Çar gə­li­ni” ope­ra­sın­da zə­hər leyt­mo­ti­vi, Ni­ya­zi­nin “Xos­rov və Şi­rin” ope­ra­sın­da hiy­lə leyt­mo­ti­vi, F.Əmi­ro­vun “Se­vil” ope­ra­sın­da Se­vi­lin əzab leyt­mo­ti­vi);

  • Qəh­rə­man­la­rın psi­xo­lo­ji və­ziy­yət­lə­ri­nin leyt­mo­tiv­lə­ri (C.Ver­di­nin, Vaq­ne­rin, Ş.Qu­no­nun, P.Çay­kovs­ki­nin, Ü.Ha­cı­bəy­li­nin, M.Ma­qo­ma­ye­vin, Ni­ya­zi­nin, C.Ca­han­gi­ro­vun, Ə.Bə­dəl­bəy­li­nin ope­ra­la­rın­da çox­say­lı mə­həb­bət, qıs­qanc­lıq, kə­dər, əzab, qə­zəb leyt­mo­tiv­lə­ri).

Leyt­mo­tiv­lə­rin be­lə funk­si­ya müx­tə­lif­li­yi­nin ope­ra dra­ma­tur­gi­ya­sın­da tət­bi­qi əsas qəh­rə­man­la­rın xa­rak­te­rik cə­hət­lə­ri­nin leyt­mo­tiv-sim­vol şək­lin­də açıl­ma­sı­na xid­mət edir. Be­lə­lik­lə, leyt­mo­tiv ope­ra­nın in­ki­şa­fın­da bağ­lan­ğıc konst­ruk­tiv ele­men­tə çev­ri­lir və möv­zu­nun axar­lı in­ki­şa­fı­nı tən­zim­lə­yir. Bu­na nü­mu­nə ola­raq, leyt­mo­tiv tex­ni­ka­sı­nın iş­lən­mə­si Ü.Ha­cı­bəy­li­nin “Ko­roğ­lu” ope­ra­sın­da öz par­laq ək­si­ni tap­mış­dır. Xü­su­si qeyd et­mək la­zım­dır ki, Azər­bay­can bəs­tə­kar­la­rı­nın mu­ğam­dan ge­niş is­ti­fa­də et­mə­si mil­li leyt­mo­tiv sis­te­mi­nin özü­nə­məx­sus­lu­ğu­dur. Ve­ri­lən prin­sip Ü.Ha­cı­bəy­li ya­ra­dı­cı­lı­ğın­dan baş­la­ya­raq öz ək­si­ni tap­mış­dır. Ü.Ha­cı­bəy­li­nin “Əs­li və Kə­rəm” ope­ra­sın­da əsas qəh­rə­ma­nın mu­si­qi­li xa­siy­yət­na­mə­sin­də leyt­möv­zu ki­mi “Kə­rə­mi” zər­bi mu­ğa­mın­dan is­ti­fa­də olun­muş­dur.

Nü­mu­nə № 1

l-c

Müslüm Maqomayev Üzeyir Hacıbəylinin mövcud təcrubəsindən öz opera yaradıcılığında geniş şəkildə istifadə etmişdir. Artıq “Şah İsmayıl” operasının ikinci redaksiyasında (1924-cü il) leytmotiv mövzusu olaraq nəinki Ərəbzənginin xasiyyətini əks etdirmək üçün (Ərəbzənginin səhnəyə çıxışını əks etdirən, eləcə də Ərəbzəngi və Şah İsmayılın reçitativ səhnələrində səslənən musiqi materialı aşıq havası “Kərəmi”nin musiqi materialı ilə yaxındır), həmçinin konkret obraz sferasında leytməqamdan istifadə etmişdir.

Beləliklə, bayatı-şiraz məqamı Aslan şah və köməkçi qüvvələr olan əsabələrinin leytsimvoluna çevrilir. Bayatı-şiraz məqamından bəstəkar Aslan şahın birinci ariyasında, vəzirlə Aslan şahın duetində və beşinci aktda xorda istifadə edir. Bayatı-şiraz məqamı “Şah İsmayıl” operasında köməkçi qüvvələr olan Aslan şah və onun dəstəsinin leytsimvoluna çevrildiyi kimi, “Nərgiz” operasında müsbət qəhrəmanlar olan Nərgiz, Əliyar və Gülnarın portret xasiyyətnaməsinin məqam əsasında şüştər və bayatı-şiraz, köməkçi qüvvələr olan Ağalar bəy və onun ətrafındakılarının xasiyyətnaməsində  “Rast” və “Çahargah” muğamı ortaya çıxır.

Verilmiş üsül, təyin olunmuş məqamın müəyyən obraz-məna kontekstində istifadəsi sonralar öz əksini digər Azərbaycan bəstəkarlarının yaradıcılığında tapmışdır. Buna misal olaraq, Süleyman Ələsgərovun “Bahadur və Sona” operasındakı ümumi leytmotivin olması ilə yanaşı, şüştər məqamının sevgililərin leytməqamına çevrilməsini göstərə bilərik. Əsasını Azərbaycan məqamları təşkil edən emosional leytmotivlər hətta ən çətin psixoloji mənanı dərin, həqiqi mənada açmağa imkan verir.

Azərbaycan operalarının özünəməxsusluğunu ona xas kompozisiya quruluşlu  konkret muğam intonasiyaları və aşıq musiqisi təşkil edir. Bu baxımdan, Azərbaycan bəstəkarlarının opera yaradıcılığında konstruktiv və obraz-məzmun xətti sıx bağlıdır. Formayaratma prinsipi ilk növbədə əsas opera fabulasında  mövcud olan müvafiq dramaturji funksiyanı diktə edir. Öz növbəsində böyük musiqili-səhnə əsərlərində onların ardıcıllığı bilavasitə ideyanın həyata keçirilməsindən  yaranır.

ƏDƏBİYYAT:

  1. 1. Шнитке А. Парадоксальность как черта музыкальной логики Стравинского. // И.Ф. Стравинский. Статьи и материалы.// Сост. Л.С. Дьячкова. М.: 1963. с. 383-434.
  2. 2. Тюлин Ю.Строение музыкальной речи. Л.: 1969, 175 с. URL: http://into­classics.net/news/2016-08-02-41122
  3. Матросова Е.В. Лейтмотивная система в «Тристане и Изольде» Рихарда Вагнера. Очерк. СПб.: СПбГК, 2004, 32 с. 10c. URL:http://cheloveknauka.com/tristan-i-izolda-riharda-vagnera-leytmotivnaya-sistema-i-formoobrazovanie#ixzz4uLxm94Dw
  4. Azerdict.com İzahlı elektron lüğət URL:https://azerdict.com/az/izahli-luget/leytmotiv

 

Лейла ДЖУМАЕВА

ДиссертантАНК

 

ОБЩАЯ ХАРАКТЕРИСТИКА ЛЕЙТМОТИВА И ЛЕЙТМОТИВНОЙ СИСТЕМЫ В АЗЕРБАЙДЖАНСКОЙ ОПЕРЕ

 

Резюме: В представленной статье раскрываетсязначение терминов лейтмотив и лейтмотивная система.Рассматривается особенности использование лейтмотивов в творчестве азербайджанских композиторов.

Ключевые слова: Азербайджанские композиторы, лейтмотив, лейтмотивная система, опера, тема, типы лейтмотивов, музыкальная драматургия, лейтлад

 

Leyla JUMAYEVA

Candidate for a degree of ANC

 

GENERAL CHARACTERISTIC OF THE LEITMOTIF AND THE LEITMOTIF’S SYSTEM IN THE AZERBAIJANI OPERA

 

Summary: In the present article deals with the importance of terms leitmotif and leitmotif system. The features of the use of leitmotifs in the works of Azerbaijani composers have been considered.

Key words: Azerbaijani composers leitmotif leitmotif system, the opera, the theme, the types of leitmotifs, musical drama, leitmode

 

Rəyçilər:

sənətşünaslıq üzrə elmlər doktoru, professor Əliyeva Ülkər;

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Leyla Quliyeva

Mövzuya uyğun