AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

«KONSERVATORİYA» № 3 2017

Bəs­tə­kar, pia­no­çu, di­ri­jor, bir çox sim­fo­nik əsər­lə­rin, kan­ta­ta­la­rın, for­te­pia­no əsər­lə­ri­nin mü­əl­li­fi, “Qır­mı­zı Əmək Bay­ra­ğı”, “İs­tiq­lal” və “Şə­rəf ni­şa­nı” or­de­ni ilə təl­tif edil­miş Azər­bay­ca­nın xalq ar­tis­ti, Azər­bay­can est­ra­da mu­si­qi­si­nin ba­ni­lə­rin­dən bi­ri To­fiq Ələk­bər oğ­lu Qu­li­yev 1917-ci il no­yabr ayı­nın 7-də, Ba­kı şə­hə­rin­də ana­dan ol­muş­dur.

Bu mü­na­si­bət­lə 8 no­yabr 2017-ci il ta­ri­xin­də Azər­bay­can Mil­li Kon­ser­va­to­ri­ya­sı­nın “Ba­kı” za­lın­da To­fiq Qu­li­ye­vin 100 il­li­yi­nə həsr olun­muş el­mi-prak­ti­ki konf­rans ke­çi­ril­miş­dir.

İlk ola­raq AMK-nın pro­rek­to­ru, sə­nət­şü­nas­lıq üz­rə fəl­sə­fə dok­to­ru, pro­fes­sor La­lə Hü­sey­no­va çı­xış edə­rək bəs­tə­kar haq­qın­da ma­raq­lı və də­yər­li mə­lu­mat ver­di. Da­ha son­ra AMK-nın II kurs tə­lə­bə­si Xa­li­də Al­lah­ver­di­ye­va “To­fiq Qu­li­ye­vin mah­nı ya­ra­dı­cı­lı­ğı”ndan, IV kurs tə­lə­bə­si, gənc mu­si­qi­şü­nas Röv­şa­nə Məm­mə­do­va isə “To­fiq Qu­li­ye­vin ki­no mu­si­qi­si”dən söz aç­dı.

s%c9%99kil-1

Konf­ran­sın el­mi-prak­ti­ki his­sə­si ilə ya­na­şı bi­ri-bi­rin­dən ma­raq­lı slayd­la­ra,  mu­si­qi nöm­rə­lə­ri­nə də yer ve­ril­miş­dir. Konf­rans çər­çi­və­sin­də II kurs tə­lə­bə­si Rüs­təm Sü­ley­ma­nov for­te­pia­no­da “Cə­mi­lə­nin al­bo­mu”ndan “Lay­lay”, AMK-nın “Ümu­mi for­te­pia­no” ka­fed­ra­sı­nın mü­əl­li­mi Nai­bə Şah­məm­mə­do­va­nın mü­şa­yə­ti ilə  II kurs tə­lə­bə­si Cə­lal İsa­ye­vin ifa­sın­da bəs­tə­ka­rın “Sə­nə də qal­maz”, I kurs ma­gistr tə­lə­bə­si Emin Zey­nal­lı­nın ifa­sın­da “Əziz su­rət” əsər­lə­ri səs­lən­di. Elə­cə də “Ümu­mi for­te­pia­no” ka­fed­ra­sı­nın mü­əl­li­mi Ma­hi­rə Qu­li­ye­va­nın ifa­sın­da To­fiq Qu­li­ye­vin məş­hur “Qay­ta­ğı” əsə­ri ifa olun­du.

Son­da  AMK-nın pro­rek­to­ru, Xalq ar­tis­ti, bəs­tə­kar Si­ya­vuş Kə­ri­mi­nin  ye­kun sö­zü ilə el­mi-prak­ti­ki  konf­rans ta­mam­lan­dı.

Ümu­miy­yət­lə onu da, qeyd et­mə­li­yik ki, To­fiq Qu­li­yev Azər­bay­can est­ra­da mu­si­qi­si­nin  və ürək açan, gö­zəl və li­rik mah­nı­la­rın ya­ra­dı­cı­la­rın­dan­dır. O, “Neft­çi­lər mah­nı­sı”, “Qı­zıl sün­bül”, “Azər­bay­can”,  li­rik mah­nı­lar­dan isə “İlk ba­har”, “Sev­gi­lim”, “Sən mə­nim, mən sə­nin”, “Ax­şam gö­rüş­lə­rin­də”, “Bəx­tə­vər ol­dum” mah­nı­la­rı­nın mü­əl­li­fi­dir. To­fiq Qu­li­ye­vin ki­no mu­si­qi­si­nin in­ki­şa­fın­da da ro­lu var­dır. O, “Se­vim­li mah­nı”, “Gö­rüş”, “Qız­mar gü­nəş al­tın­da”, “Ögey ana”, “Te­le­fon­çu qız”, “Be­lə ada da var­dır”, “Nə­si­mi” və s. film­lə­rə mu­si­qi bəs­tə­lə­yib. To­fiq Qu­li­yev “Akt­ri­sa”, “Qı­zıl ax­ta­ran­lar”, “Sə­nin bir­cə sö­zün”, “Ta­hi­rin sü­qu­tu”,  “Sa­ba­hın xe­yir, El­la” ope­ret­ta­la­rı­nın mü­əl­li­fi­dir.

Onun 100 il­li­yi­nə həsr olun­muş el­mi-prak­ti­ki konf­rans da, bir da­ha sü­büt et­di ki, To­fiq Qu­li­yev  özü­nə­məx­sus ori­ji­nal üs­lu­bu ilə se­çi­lə­rək   bir sə­nət­kar ki­mi ço­xəsr­lik mil­li mə­də­niy­yət sal­na­mə­sin­də ye­ni və  par­laq sə­hi­fə­lər yaz­ma­ğı  ba­car­mış və bu gün də əbə­di ya­şar, öl­məz sə­nət­kar­lar­dan­dır. Onun xal­qı­mı­zın mə­də­ni sər­vət­lər xə­zi­nə­si­ni zən­gin­ləş­di­rən və müx­tə­lif nə­sil­lə­rə mən­sub ifa­çı­la­rın re­per­tua­rın­da  hər za­man ge­niş yer tu­tan ay­rı-ay­rı janr­lar­da­kı rən­ga­rəng əsər­lə­ri in­san­lar­da mil­li-mə­nə­vi də­yər­lə­rə bağ­lı­lıq və yük­sək es­te­tik-bə­dii zövq aşı­la­yır. To­fiq Qu­li­yev onu se­vən mu­si­qi­çi­lər ara­sın­da cis­mən ol­ma­sa da, la­kin sə­nə­ti əbə­di qa­lan sə­nət­kar­dır. Onun əsər­lə­ri in­cə­sə­nət ta­ri­xi­mi­zin ən unu­dul­maz  sə­hi­fə­lə­rin­dən bi­ri­dir.

Hu­may Fə­rə­co­va-Cab­ba­ro­va

 

Mövzuya uyğun