AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

«KONSERVATORİYA» 2019 № 4 (46)

SİYAVUŞ KƏRİMİ — 65

endir

PDF

Əziz və hörmətli Siyavuş müəllim! Sizin Azərbycan musiqi mədəniyyəti tarixində və inkişafında özünəməxsus yeriniz var.

Mahir ifaçı, bəstəkar, pedaqoq, ictimai xadim kimi fəaliyyətiniz çox geniş və rəngarəndir.

Çoxaspektli və geniş yaradıcılıq fəaliyyətinə malik olan sənətkar kimi orijinal ideyalar müəllifisiniz.

Azərbaycan milli musiqisini daim qorumaq və onun bütün dünyada təbliğ etmək amalı ilə yaşayan yorulmaz vətənpərvərsiniz. Həmişə dərin bilik və peşəkarlıq nümayiş etdirən, milli ənənələrə ciddi və məsuliyyətlə yanaşan, sənəti və sənətkarı yüksək qiymətləndirən bir şəxs kimi hamıya örnəksiniz.

Azərbaycan Milli Konservatoriyanın təşkilində, kadr seçimində, təhsilin keyfiyyətcə aparılmasında 20 ilə yaxın müddət ərzində bir rektor kimi zəhmətiniz misilsizdir.

Sevimli Siyavuş müəllim! Bu müdriklik yaşınızda, 65 illik yubileyinizdə ən səmimi arzularımızı Sizə bildiririk. Sizə Azərbaycan Milli Konservatoriyasının kollektivi adından bundan sonrakı həyatınızda da möhkəm can sağlığı, yeni-yeni yaradıcılıq nailiyyətləri arzu edirik.

Azərbaycan Milli Konservatoriyasının professor — müəllim heyəti

Mövzuya uyğun