AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 4, 2017

Əhsən RƏHMANLI

Sənətşünas

Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7

Email:ahsanrahmanli@mail.ru

 

 İlqar ƏLİYEV

AMK-nın dosenti

Ünvan: Bakı, Yasamal   rayonu, Ələsgər Ələkbərov 7

Email:ilgar.mm@mail.ru

 Xoreoqrafiya UOT: 793.3

AZƏRBAYCAN  RƏQSLƏRİNİN SƏHNƏ TƏCƏSSÜMÜ

 endir

PDF

Xülasə: Məqalədə Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının fəaliyyəti ərzində bu kollektivdə xalq rəqslərimizə verilmiş quruluşlardan bəhs olunur. Bundan əlavə ölkəmizdəki başqa rəqs ansambllarının hazırladığı rəqslərə də toxunulur. Burada baletmeysterlərin quruluş verdiyi kütləvi, duet və solo rəqslərin adı, bədii və ifa xüsusiyyətləri, məzmunu, mahiyyəti, solistlərin, mahir ifaçıların adları göstərilir.

Açar sözlər: rəqs sənəti, kütləvi rəqs, solo rəqs, duet rəqs, quruluş, kompozisiya, solist

 

Bə­şə­riy­yə­tin mə­də­ni tə­rəq­qi­sin­də ye­ni mər­hə­lə­lər ki­mi mey­da­na gə­lən bir çox ənə­nə­vi və mü­əy­yən hə­mi­şə­ya­şar sə­nət növ­lə­ri var ki, on­lar da öz xü­su­siy­yət­lə­ri ilə ye­ni bi­çim­də ye­ni­dən mey­da­na çı­xıb şe­devr edə bi­lər­lər. Rəqs sə­nə­ti dün­yə­vi ma­hiy­yət da­şı­ya­raq si­vi­li­za­si­ya baş­la­yan­dan bü­tün dövr­lər­də da­im mey­dan­da ol­muş, özü­nü qo­ru­yub sax­la­mış və müa­sir­lə­şə­rək, ye­ni­lə­şə­rək, ye­ni bə­dii ça­lar­lar­la zən­gin­lə­şə­rək bə­şə­riy­yə­tə gə­rək­li ol­ma­sı­nı sü­but et­miş­dir. Rəqs­lər da­im qu­ru­luş­la­rı ilə də­rin ma­hiy­yət kəsb edə­rək in­san­la­rın ma­raq dai­rə­si­nə da­xil ol­muş­dur. Tə­bii ki, hər bir rəqs qu­ru­lu­şu­nun bə­dii-mə­nə­vi də­yə­ri və zövq ba­xı­mın­dan, ob­raz­la­rın açı­mı nöq­te­yi-nə­zər­dən özü­nə­məx­sus ge­yim­lə­ri olur. Rəqs sə­nə­tin­də hər bir qu­ru­luş­da, xo­re­oq­ra­fik süi­ta, kom­po­zi­si­ya və te­atr­da ol­du­ğu ki­mi ge­yim əsas şərt­lər­dən­dir.

Qə­dim və möh­tə­şəm rəqs­lə­ri­miz var ki, pe­şə­kar rəqs an­sambl­la­rı­mız ya­ran­dı­ğı dövr­dən in­di­yə qə­dər xo­re­oq­raf­la­rı­mız on­la­ra ma­raq­lı, sü­jet­li, məz­mun­lu qu­ru­luş­lar ve­rə­rək hə­mi­şə­ya­şar səh­nə hə­ya­tı bəxş et­miş­lər. Odur ki, Azər­bay­can rəqs sə­nə­ti ma­raq­lı rəqs qu­ru­luş­la­rı ilə dün­ya səh­nə­lə­rin­də da­im al­qış­lar­la qar­şı­lan­mış və ifa­çı­la­rı­mı­zın hər bi­ri bö­yük uğur­lar qa­zan­mış­dır.

“Yal­lı”

Qə­dim türk yur­du Nax­çı­van­da, onun ay­rıl­maz bir mə­ka­nı Şə­rur­da, vax­tı ilə 100-dən ar­tıq yal­lı nö­vü ol­sa da, on­la­rın ha­mı­sı bu gü­nə gə­lib çat­ma­mış­dır. La­kin yad­da qa­lan, ya­şa­dı­lan, rəqs qu­ru­luş­la­rı­na gə­ti­ri­lən yal­lı­lar bu gün də oy­na­nı­lır və dün­ya­da təb­liğ olu­nur. Şə­rur yal­lı­la­rı­nın bi­ri də “Tir­mə şal”dır. Rəqs mu­si­qi mü­şa­yiə­ti ilə, həm də ifa­çı­la­rın ba­ya­tı oxu­ma­la­rı ilə ic­ra olu­nur.

Yal­lı­la­rın ək­sə­riy­yə­ti iki və ya üç temp­də ifa olu­nur. Baş­lan­ğıc his­sə­si aram tərz­də, bir vəzn­də səs­lə­nir. Be­lə hal­da ifa­çı­nın hə­rə­kət­lə­ri ge­niş və aram­dır. Bu hə­rə­kət­lər təm­kin­lə ifa olu­nur. Bir­dən temp də­yi­şir. Rəqs­də yün­gül oy­naq­lıq əmə­lə gə­lir. Temp də­yiş­sə də mu­si­qi və hə­rə­kət­lər ey­ni­dir [2, s. 23].

Yal­lı Azər­bay­can­da çox ge­niş ya­yıl­mış və məş­hur rəqs­lər­dən bi­ri­dir. Rəqs döv­rə bo­yu ifa edi­lir, iş­ti­rak edən­lər qol­la­rı­nı aça­raq bir-bi­ri­nin çe­çə­lə bar­ma­ğın­dan tu­tur, ya da əl­lə­ri­ni bir-bi­ri­nin çiy­ni­nə qo­yur­lar. “Yal­lı” rəq­si tən­tə­nə­li ad­dım­lar­la baş­la­nır, təd­ri­cən temp ar­tır, tex­ni­ki cə­hət­dən mü­rək­kəb olan tul­lan­ma hə­rə­kət­lər­lə və bö­yük sü­rət­lə ta­mam­la­nır. Dəs­tə­nin ba­şın­da əlin­də dəs­mal olan “yal­lı­ba­şı” du­rur. Bu rəq­si ki­şi­lər ay­rı­ca və ya ki­şi­lər­lə qa­dın­lar bir­lik­də ifa edir­lər [8, s.9].

Əli­ba­ba Ab­dul­la­yev Döv­lət Mah­nı və Rəqs an­samb­lı ilə “Yal­lı-Zor­xa­na” rəq­si­ni çox möh­tə­şəm qur­muş və onun bu işi də uğur­lu səh­nə hə­ya­tı ya­şa­mış­dır. Hə­min rəqs­də Ra­miz Məm­mə­dov, Əh­mə­da­ğa və Na­dir Məm­mə­dov qar­daş­la­rı, Adil Rə­hi­mov, Qorx­maz Qur­ba­nov və Əlik­ram As­la­nov so­list ola­raq xü­su­si us­ta­lıq və şü­ca­ət gös­tə­rir­di­lər. “Zor­xa­na”da Adil Rə­hi­mov və Əlik­ram As­la­nov gü­lə­şir­di­lər. “Zor­xa­na” – əl­lər­də ço­maq ola­raq ifa edi­lən qə­dim rəqs­lə­ri­miz­dən­dir. R.Qli­ye­rin “Şah­sə­nəm” ope­ra­sı­nın II pər­də­sin­də­ki cən­ga­vər­lik rəq­si bu­na mi­sal­dır [8, s. 9].

İs­te­dad­lı rəq­qas-ba­let­meys­ter Əli­ba­ba Ab­dul­la­yev 1959-cu il Mosk­va de­ka­da­sı üçün Mah­nı və Rəqs an­samb­lı ilə Ope­ra və Ba­let Te­at­rı­nın rəqs kol­lek­ti­vi­ni bir­ləş­di­rə­rək “Yal­lı” rəq­si­ni zən­gin­ləş­dir­miş və da­ha möh­tə­şəm ha­la gə­tir­miş­di.

Fər­had Və­li­yev 1986-1988-ci il­lər­də Döv­lət Rəqs an­samb­lın­da ba­let­meys­ter iş­lər­kən qu­ru­luş ver­di­yi rəqs­lər sı­ra­sın­da “Yal­lı” da ol­muş­dur. Mü­tə­xəs­sis ki­mi Za­kir Ağa­ye­vin fi­kir­lə­rin­dən: “F.Və­li­ye­vin qu­ru­lu­şun­da güc­lü, qol­lu-bu­daq­lı, müx­tə­lif hə­rə­kət­li və möh­tə­şəm bir “Yal­lı” gör­dük” (Qeyd 1).

Xan­lar Bə­şi­rov 1986-1996-cı il­lər­də Azər­bay­can Döv­lət rəqs an­samb­lın­da oy­na­yar­kən Ə.Ab­dul­la­ye­vin qu­ru­lu­şu ilə “Yal­lı” rəq­sin­də so­list olub. X.Bə­şi­rov “Xə­zər” Uni­ver­si­te­tin­də tə­lə­bə­lər­dən iba­rət ya­rat­dı­ğı və 15 il rəh­bər­lik et­di­yi rəqs an­samb­lın­da “Nax­çı­van yal­lı­sı” qur­muş və özü yal­lı­ba­şı oy­na­mış­dır. An­sambl bu rəq­si yal­nız və­tən­də de­yil, bir sı­ra xa­ri­ci öl­kə­lə­rin səh­nə­lə­rin­də də tən­tə­nə­li şə­kil­də nü­ma­yiş et­dir­miş­dir. “Yal­lı” rəq­si bu gün də bü­tün rəqs kol­lek­tiv­lə­ri­nin re­per­tua­rı­nı bə­zə­yir.

“Vağ­za­lı-Mir­zə­yi”.

 “Mir­zə­yi” Azər­bay­can rəqs me­lo­di­ya­sı­dır. Təx­mi­nən XIX əs­rin ikin­ci ya­rı­sın­da Şu­şa­da ney­ça­lan Mir­zə ad­lı ifa­çı tə­rə­fin­dən ya­ra­dıl­mış­dır. Mü­əl­lif rəqs ha­va­sı­na öz adı­nı ver­miş­dir. Bu rəqs ha­va­sı yal­nız tən­tə­nə­li şən­lik­lər­də, toy­lar­da ifa olu­nur. Bü­tün məş­hur rəq­qas və rəq­qa­sə­lə­rin re­per­tua­rın­da olan bu rəqs me­lo­di­ya­sı çox vaxt əl­də dəs­mal ol­maq­la həm ki­şi, həm də qa­dın­lar tə­rə­fin­dən ifa edi­lir [8, s. 9].

Gö­zəl, nə­cib, qəlb ox­şa­yan me­lo­di­ya­sı olan “Mir­zə­yi”nin sə­da­la­rı al­tın­da əli dəs­mal­lı ki­şi­lər təm­kin və aram­la, qa­dın­lar isə ağır temp­də ifa edir­lər. “Mir­zə­yi”nin “Vağ­za­lı-Mir­zə­yi” va­ri­an­tı da ge­niş ya­yıl­mış­dır. Mu­si­qi öl­çü­sü 6/8, tem­pi ağır, mu­ğam əsa­sı “Se­gah”dır.

“Vağ­za­lı-Mir­zə­yi”nin 1959-cu il­də ifa­çı­sı Qə­mər Al­mas­za­də, son­ra­lar Əmi­nə Dil­ba­zi, Ley­la Cə­fə­ro­va, Ro­za Cə­li­lo­va, Ali­yə Ra­ma­za­no­va, Afaq Mə­li­ko­va, Ni­sə­xa­nım Rə­hi­mo­va, Ley­la Ağa­ye­va və baş­qa­la­rı ol­muş­dur. “Vağ­za­lı-Mir­zə­yi” rəq­si­nə ilk qu­ru­lu­şu Q.Al­mas­za­də, son­ra isə Ə.Ab­dul­la­yev ver­miş­dir. Ə.Ab­dul­la­yev bu rəq­si əv­vəl­lər tək ifa­çı, son­ra isə küt­lə­vi rəqs üçün ha­zır­la­mış­dır.

 1944-cü il­də Tbi­li­si­də ke­çi­ri­lən Za­qaf­qa­zi­ya res­pub­li­ka­la­rı­nın so­vet mu­si­qi­si on­gün­lü­yün­də Qə­mər Al­mas­za­də­nin qu­ru­lu­şun­da Mah­nı və Rəqs an­samb­lı­nın rəqs qru­pu “Vağ­za­lı-Mir­zə­yi”ni təq­dim et­miş­dir. So­list­lər Ha­cı Ağa­yev və Ley­la Cə­fə­ro­va ol­muş­dur.

1970-ci il­də ya­ra­dı­lan Döv­lət Rəqs an­samb­lı­nın ilk fəa­liy­yə­ti döv­rün­də Ste­pan Po­pov bu rəq­sə təh­rif olu­nan, mə­də­niy­yə­ti­mi­zə və adət-ənə­nə­mi­zə aidiy­ya­tı ol­ma­yan bir qu­ru­luş ver­miş­di. Çox əf­sus ki, bəd­nam qon­şu­mu­zun nü­ma­yən­də­si­nin qur­du­ğu hə­min rəqs elə təh­rif olun­muş şə­kil­də an­samb­lın re­per­tua­rın­da son dövr­lə­rə qə­dər sax­lan­mış­dı. Bu qu­ru­luş­da bəy­lə gə­li­nin rəq­sin­dən son­ra gə­lin 20 rəq­qas­la bir-bir rəqs edir. Bu bi­zim adət-ənə­nə­yə və mil­li rəqs sə­nə­ti­nə ta­mam yad­dır. Gə­lin bəy­lə və doğ­ma­la­rıy­la rəqs edə bi­lər. Bu rəqs qu­ru­lu­şu­nun mən­fi tə­si­ri şad­lıq sa­ray­la­rın­da ke­çi­ri­lən toy­la­rı­mı­za da öz mən­fi tə­si­ri­ni gös­tər­miş­dir və bə­zi hal­lar­da hə­lə də da­vam et­mək­də­dir. Bə­zi toy­lar­da gə­lin mey­dan­da bə­yin dost­la­rı ilə rəqs edir. Bu isə qeyd et­di­yi­miz ki­mi, adət-ənə­nə­mi­zə, mil­li men­ta­li­te­ti­mi­zə ta­mam yad­dır.

“Vağ­za­lı” rəq­si XVI əsr­də Azər­bay­can­da məs­kun­laş­mış Qa­ra­qo­yun­lu qə­bi­lə­si­nə məx­sus olan “Qa­ra­ba­ğın ağı­rı” xalq ha­va­sı, XVII-XVI­II əsr­lər­də “Gə­lin at­lan­dı”, XIX əs­rin so­nu, XX əs­rin əv­vəl­lə­rin­də “Vağ­za­lı” ad­lan­mış­dır. “Vağ­za­lı” rəqs ha­va­sı­nın öz fəl­sə­fə­si və in­san hiss­lə­ri­nə tə­sir gü­cü var. Bu me­lo­di­ya hic­ran və ay­rı­lıq­la ya­nan qəlb­lə­rin alov­lu atə­şi­ni, vü­sal və qo­vuş­ma eş­qi­lə qov­ru­lan qəlb­lə­rin alo­vu­nu əks et­di­rir.

“Vağ­za­lı” adə­tən toy­lar­da oğ­lan və qız (bəy və gə­lin) evin­də, həm­çi­nin hə­min mə­ra­sim­də bə­yin və gə­li­nin rəq­si za­ma­nı ifa olu­nur. Müa­sir toy­la­rı­mız­da bəy-gə­lin toy za­lı­na da­xil olar­kən, on­lar “Vağ­za­lı” sə­da­sı ilə qar­şı­la­nır. “Vağ­za­lı” həm vi­da­laş­ma hə­yə­ca­nı, həm də qar­şı­lan­ma sə­da­sı, qə­bul et­mə se­vin­ci­dir. Bu mu­si­qi gə­lin kö­çü­rən evə vi­da və­də­si­nin çat­dı­ğı­nı bil­di­rir, bəy evi­nin adam­la­rı­na “öz əma­nət ada­mı­nı” apar­maq se­vin­ci­ni ya­şa­dır, həm də gə­lin qə­bul edən evə öz ar­zu­la­rı­na çat­dıq­la­rı za­ma­nı bil­di­rir. Bu ha­va xal­qı­mı­zın min il­lər bo­yu ya­şat­dı­ğı adət-ənə­nə­nin tən­tə­nə­si ki­mi ya­şa­maq­da­dır. “Vağ­za­lı” ha­va­sı saf ar­zu-niy­yə­tə xid­mət et­di­yi, xoş­bəxt­li­yə ça­ğı­rış ol­du­ğu üçün mü­qəd­dəs mu­si­qi də sa­yı­la bi­lər. Odur ki, bu hə­mi­şə­ya­şar mu­si­qi üzə­rin­də də­rin­dən dü­şü­nə­rək rəqs qu­ru­luş­la­rı ver­mə­yə də­yər.

“Vağ­za­lı” rəq­si “Şi­kəs­te­yi-fars” və “Se­gah”, “Mir­zə­yi” isə “Se­gah” mu­ğa­mı üzə­rin­də bəs­tə­lən­miş­dir. Hər iki rəqs ha­va­sı xal­qı­mı­zın bağ­rın­dan qo­pa­raq “Se­gah” mu­ğa­mı­na is­ti­na­dən ya­ran­mış­dır. “Mir­zə­yi” də, “Vağ­za­lı” da ağır temp­də ça­lı­nır və bu qay­da­da da rəqs edi­lir. Bu rəqs­lə­rin hər bi­ri özü­nə­xas ma­hiy­yət da­şı­sa da, ay­rı­lıq­da ça­lı­nıb-oy­na­nıl­sa da, rəqs qu­ru­lu­şun­da on­lar bir­ləş­di­ril­miş­dir. “Vağ­za­lı-Mir­zə­yi” rəq­si ol­duq­ca ca­zi­bə­li, ru­hu tər­pə­dən, hiss­lə­rə to­xu­nan, köv­rək duy­ğu­lar oya­dan, son də­rə­cə li­rik rəqs ha­va­sı­dır. Onu sü­zə­rək, li­rik əh­val­la, in­cə hə­rə­kət­lər­lə ifa et­mək la­zım­dır.

“Vağ­za­lı-Mir­zə­yi” hə­mi­şə­ya­şar rəqs­lər sı­ra­sı­na da­xil ola­raq bu gün də öz tə­ra­və­ti­ni və ca­zi­bə­dar­lı­ğı­nı sax­la­maq­da­dır. Za­kir və Ley­la Ağa­ye­va cüt­lü­yü 1996-2014-cü il­lər­də R.Beh­bu­dov adı­na Döv­lət Mah­nı Te­at­rın­da ba­let­meys­ter olar­kən “Vağ­za­lı-Mir­zə­yi”ni Ə.Ab­dul­la­ye­vin qu­ru­lu­şun­da bər­pa et­miş­lər. Te­at­rın rəq­qa­sə­lə­ri Ay­tən Al­xa­zo­va, Gü­nəş Ta­lı­bo­va, Mi­le­na Ali­mo­va, Aida Yəh­ya­ye­va və Es­mi­ra Əb­dür­rəh­ma­no­va mu­si­qi sə­da­la­rı al­tın­da sü­zə­rək bu rəq­sin bü­tün in­cə­lik­lə­ri­ni tə­cəs­süm et­di­rə bil­miş­lər.

“Naz elə­mə” rəq­si bö­yük rəğ­bət və po­pul­yar­lıq qa­zan­mış­dır. Rəq­sin iki qəh­rə­ma­nı var: oğ­lan və qız. Bu rəq­sin mu­si­qi­si­nin, qu­ru­lu­şu­nun mü­əl­li­fi və ilk ifa­çı­sı Əli­ba­ba Ab­dul­la­yev özü ol­muş­dur. O, 1942-ci il­dən baş­la­ya­raq bu rəq­si Ley­la Bə­dir­bəy­li, son­ra­lar Əmi­nə Dil­ba­zi, Şə­fi­qə Əmi­ro­va və Tu­tu Hə­mi­do­va ilə ifa et­miş­dir. Bu rəqs­də iki gən­cin bir-bi­ri­nə olan mə­həb­bət hiss­lə­ri tə­rən­nüm olu­nur. Bu mə­həb­bət rəqs hə­rə­kət­lə­ri və üz ciz­gi­lə­ri ilə gös­tə­ri­lir. Bu­ra­da­kı qız ob­ra­zı­nın na­zı da vəsf olu­nur. Klas­sik şa­ir­lə­ri­miz və aşıq­la­rı­mız gö­zə­lin na­zı­nı vəsf et­miş­dir. Se­vən, se­vi­lən qız­lar sev­di­yi oğ­la­na naz edir, naz gös­tə­rir­lər. Ə.Ab­dul­la­yev bu hik­mə­ti, sev­gi­nin fəl­sə­fə­si­ni rəq­sə gə­tir­miş və bu­nu açıb gös­tə­rə bil­miş­dir. Oğ­la­nın so­lo­sun­da da­ha şux, çe­vik hə­rə­kət­lər var. Bun­lar sev­gi­dən vəc­də gə­lə­rək co­şan oğ­la­nın qı­za öz sev­gi­si­ni bil­dir­mə­si­dir. Rəqs­də tə­bii ki, ilk an­lar­da qız naz edir, rəq­sə da­xil ol­maq is­tə­mir, uta­nıb çə­ki­nir, ör­pək­lə üzü­nü ört­mək, yə­ni yaş­man­maq is­tə­yir, həm də oğ­la­na işa­rə edir ki, bu­yur ba­ca­rı­ğı­nı gös­tər. Oğ­lan da öz çe­vik hə­rə­kət­lə­ri ilə mə­ha­rə­ti­ni gös­tə­rir. Fi­nal­da əv­vəl qız, son­ra isə oğ­lan və qız bir­lik­də oy­na­yıb səh­nə­ni tərk edir­lər. Əs­lin­də bu rəqs­də qız ob­ra­zı qa­ba­rıq gös­tə­ril­mə­li­dir.

Mah­nı və Rəqs an­samb­lı­nın so­list­lə­ri Əli­ba­ba Ab­dul­la­yev və Əmi­nə Dil­ba­zi Çe­xos­lo­va­ki­ya­da ke­çi­ri­lən Üumdün­ya Fes­ti­va­lın­da “Naz elə­mə” rəq­si­ni ifa edib­lər. Bu rəqs-due­tə gö­rə on­la­ra fes­ti­va­lın dip­lo­mu təq­dim olu­nub. Pra­qa qə­zet­lə­rin­də Ə.Ab­dul­la­yev, Ə.Dil­ba­zi­nin haq­qın­da ge­niş mə­qa­lə­lər ya­zıl­mış və şə­kil­lə­ri ve­ril­miş­di. «Юность мига» qə­ze­tin­də Ə.Ab­dul­la­ye­vin şək­li dərc olun­muş­du [1, s. 29-30]. 1944-cü il­də bu rəqs-due­tin ifa­çı­la­rı Bö­yü­ka­ğa Ata­ba­ba­yev və Şə­fi­qə Əmi­ro­va Za­qaf­qa­zi­ya res­pub­li­ka­la­rı­nın so­vet mu­si­qi­si on­gün­lü­yün­də çı­xış edə­rək uğur­lar qa­za­nıb­lar.

Məş­hur “tryuk” us­ta­sı rəq­qas Mir­məm­məd Mir­cə­fər oğ­lu (Ha­mı onu Bö­yü­ka­ğa Məm­mə­dov ki­mi ta­nı­yır) 1945-ci il mü­ha­ri­bə bi­tən­dən son­ra Mosk­va­da ke­çi­ri­lən Ümu­mit­ti­faq Olim­pia­da­sın­da tə­rəf-mü­qa­bi­li Fiz­zə Hə­ni­fə­ye­va ilə “Naz elə­mə” rəq­si­ni ifa et­miş­dir.

1947-ci il­də Çe­xos­lo­va­ki­ya­da Ümum­dün­ya Fes­ti­va­lı ke­çi­ri­lir. Ü.Ha­cı­bəy­li Ə.Ab­dul­la­ye­vin Mah­nı və Rəqs anamb­lı­na so­list ki­mi əm­ri­ni ver­di­rə­rək ye­ni­dən kol­lek­ti­və qay­ta­rır və onun Əmi­nə Dil­ba­zi ilə fes­ti­va­la gön­də­ril­mə­si­nə na­il olur. Ora­da on­lar “Naz elə­mə” du­et-rəq­si oy­na­ya­raq bö­yük uğur qa­za­nır və və­tə­nə dip­lom ilə qa­yı­dır­lar [1, s. 30].

Re­jis­sor T.Ta­ğı­za­də­nin çək­di­yi “Mən rəqs edi­rəm” sə­nəd­li fil­min çə­ki­li­şi za­ma­nı Ə.Ab­dul­la­yev “Naz elə­mə”ni ifa et­mək üçün Ə.Dil­ba­zi­ni tək­lif et­miş və rəq­si Mah­mud Esen­ba­ye­vin ifa tər­zi­nə uy­ğun­laş­dır­mış­dır. Qeyd et­mək la­zım­dır ki, keç­miş SSRİ mə­ka­nın­da məş­hur rəq­qas olan, çe­çen xal­qı­nın nü­ma­yən­də­si M.Esen­ba­ye­vi “rəq­sin şai­ri” ad­lan­dı­rır­dı­lar.

Mah­nı və Rəqs an­samb­lın­da “Naz elə­mə”də Ra­miz Məm­mə­dov Əmi­nə Dil­ba­zi, Tu­tu Hə­mi­do­va, Ro­za Cə­li­lo­va ilə tə­rəf-mü­qa­bil ol­muş, Qorx­maz Qur­ba­nov, Ro­za Cə­li­lo­va, Nai­lə Mah­mu­do­va, Afaq Mə­li­ko­va, Zem­fi­ra Ca­ma­lo­va və baş­qa­la­rı ilə oy­na­mış­dır. Mah­nı və Rəqs an­samb­lı­nın so­lis­ti Ni­sə­xa­nım Rə­hi­mo­va Əvəz Qa­sı­mov, Qorx­maz Qur­ba­nov, Alim Zey­na­lov və Azad Hü­sey­nov­la “Naz elə­mə”ni çox gö­zəl ifa et­miş­dir.

Xan­kən­di pio­ner və mək­təb­li­lər evi­nin rəqs dər­nə­yi­nin, son­ra­lar Azər­bay­can Döv­lət Uni­ver­si­te­tin­də Əli­ba­ba Ab­dul­la­ye­vin rəh­bər­lik et­di­yi tə­lə­bə­lər­dən iba­rət rəqs ko­lek­ti­vi­nin üz­vü ol­muş Gün­düz Mə­hər­rə­mov “Naz elə­mə” rəq­si­nin ən ma­hir ifa­çı­la­rın­dan sa­yı­lır­dı. Ma­hir rəq­qas Xan­lar Bə­şi­rov SSRİ Xalq ar­tis­ti Rə­şid Beh­bu­do­vun rəh­bər­lik et­di­yi Döv­lət Mah­nı Te­at­rın­da 1979-1986-cı il­lər­də ça­lı­şar­kən Zit­ta Ba­ba­za­də ilə “Naz elə­mə” rəq­si­ni oy­na­mış­dır. Bu rəqs hə­min te­at­rın re­per­tua­rın­da əhə­miy­yət­li yer tu­ta­raq dün­ya səh­nə­lə­ri­ni fəth et­miş­dir. Əmək­dar ar­tist­lər Xan­lar Bə­şi­rov və Cə­mi­lə Bay­ra­mo­va­nın bir­lik­də ifa et­dik­lə­ri “Naz elə­mə” rəq­si­nin te­le­vi­zi­ya çə­ki­li­şi in­ter­net va­si­tə­si ilə də ya­yım­la­nır. Bu­na ta­ma­şa et­dik­də ifa­çı­la­rın üzər­lə­ri­nə dü­şən və­zi­fə­ni ye­ri­nə ye­tir­dik­lə­ri, rəq­sin məz­mu­nu­nu aça bil­dik­lə­ri və ob­raz ya­rat­dıq­la­rı acıq-ay­dın gö­rü­nür. 1970-ci il­lə­rin II ya­rı­sın­da Mah­nı və Rəqs an­samb­lın­da ça­lı­şan Za­kir və Ley­la cüt­lü­yü­nün ifa­sın­da da “Naz elə­mə“ öz tə­ra­və­ti ilə se­çi­lir­di. Ley­la xa­nım bu rəqs­də Əvəz Qa­sı­mov, Azad Hü­sey­nov və Fər­had Və­li­yev­lə tə­rəf-mü­qa­bi­li ol­muş­dur.

Ya­ran­dı­ğı an­dan bu gü­nə qə­dər “Naz elə­mə” rəq­si öz po­pul­yar­lı­ğı­nı qo­ru­ya­raq səh­nə­dən düş­mür və sə­nət sə­fər­lə­rin­də də mün­tə­zəm ola­raq oy­na­nı­lır. “Naz elə­mə” hət­ta Azər­bay­ca­nın müa­sir toy­la­rı­nın sse­na­ri­si­nə da­xil edil­miş­dir.

“Qay­ta­ğı”

Dün­ya təd­qi­qat­çı­la­rı era­mız­dan əv­vəl möv­cud ol­muş şu­mer­lə­rin ta­ri­xi­ni gil löv­hə­lər va­si­tə­si­lə öy­rə­nər­kən ol­duq­ca ma­raq­lı mə­lu­mat əl­də et­miş­lər. Hə­min təd­qi­qat­la­rın nə­ti­cə­si çox fakt­la­rı, xey­li mə­də­niy­yət nü­mu­nə­lə­ri, həm­çi­nin hə­min əra­zi­də e.ə. II mi­nil­lik və III mi­nil­lik ara­sın­da “Qay­ta­ğı” ha­va­sı­nın ol­ma­sı­nı or­ta­ya qoy­muş­dur.

 “Qay­ta­ğı” adı ilk də­fə ta­ri­xi mən­bə­lər­də XV əsr­də iş­lən­miş­dir. Hə­min dövr­də mər­kə­zi Da­ğıs­ta­nın əha­li­si küt­lə­vi şə­kil­də İs­la­mı qə­bul et­mə­yə baş­la­mış­dı. Qay­tağ­lar ha­zır­da Da­ğıs­tan­da və Azər­bay­ca­nın şi­mal-qər­bin­də ya­şa­yan və mo­ğol di­lin­də da­nı­şan xalq­dır. Öv­li­ya Çə­lə­bi mo­ğol­lar­dan “qay­tağ” ki­mi söz açır, yer­li xal­qın on­la­rı “mo­ğol” ad­lan­dır­dı­ğı­nı bil­di­rir. On­la­rın oğuz ol­duq­la­rı­nı, “Bu­xa­ra” (tür­küs­tan türk­cə­sin­də, yə­ni uy­ğur di­lin­də) da­nış­dıq­la­rı­nı, Şir­va­na Ma­han vi­la­yə­tin­dən gəl­dik­lə­ri­ni qeyd edir.

“Qay­ta­ğı” kəl­mə­si di­li­miz­də möv­cud olub son də­rə­cə qə­ti, di­na­mik, sü­rət­li mə­na­sı­nı bil­di­rir. Me­lo­dik cə­hət­dən ye­yin, cəld, şı­dır­ğı, in­san­da şux­luq, güm­rah­lıq və ya­rış duy­ğu­su oya­dan rəqs ha­va­sı Azər­bay­can rəqs­lə­ri­nə də da­xil­dir. Bə­zi hal­lar­da kən­dir üs­tün­də də oy­na­nı­lır. Bəl­kə də məhz kən­dir üzə­rin­də oy­na­nıl­dı­ğı üçün “Qay­ta­ğı” ad­la­nı­b?! “Qay­tağ” həm də di­li­miz­də bağ, bənd mə­na­sın­da da iş­lə­nir. Mə­sə­lən, ağ­zı­nın da­nı­şı­ğı­nı bil­mə­yən ada­ma de­yir­lər: “Ağ­zı­nın qay­ta­ğı yox­dur”. Bun­lar Azər­bay­can türk­cə­sin­də iş­lə­nən ter­min­lər­dir. “Qay­ta­ğı” qıp­çaq-oğuz ele­ment­lə­ri­ni özün­də bir­ləş­di­rir [8, s. 24-27].

“Qay­ta­ğı” ki­şi rəq­si­dir. Onun rit­mi şux, tən­tə­nə­li və qa­nı coş­du­ran­dır. “Qay­ta­ğı” Azər­bay­can bəs­tə­kar­la­rı­nın ya­ra­dı­cı­lı­ğın­da da özü­nə mü­hüm yer tut­muş­dur. Ona gö­rə də xey­li say­da “Qay­ta­ğı” əsər­lə­ri­miz var­dır. Nü­mu­nə ola­raq Sə­id Rüs­tə­mov, To­fiq Qu­lu­yev, Ra­uf Ha­cı­yev, Ağa­ba­cı Rza­ye­va, Ra­uf Ha­cı­yev, Ha­cı Xan­məm­mə­dov, Adil Gə­ray, Hə­sən Ne­mə­tov, Ağa­sı Mə­şə­di­bə­yov və Fa­iq Sü­cət­di­no­vun ad­la­rı qeyd olun­ma­lı­dır. Elə bəs­tə­kar­lar var ki, məx­su­si ola­raq rəqs sə­nə­ti­mi­zin qu­ru­luş­la­rı üçün “Qay­ta­ğı”lar yaz­mış­lar. Bu sı­ra­da Ra­uf Ha­cı­yev, Ni­ya­zi, Ağa­sı Mə­şə­di­bə­yov və Rə­şid Əfən­di­ye­vi qeyd edə bi­lə­rik. Ə.Ab­dul­la­yev bir ne­çə bəs­tə­ka­rın “Qay­ta­ğı” mu­si­qi­si­nə qu­ru­luş ve­rə­rək so­lo his­sə­si­ni də özü ifa et­miş­dir. 1938-ci il Mosk­va­da de­ka­da gün­lə­rin­də Ə.Ab­dul­la­ye­vin “Qay­ta­ğı” rəq­si­ni ifa et­mə­si xü­su­si ma­raq ya­rat­mış­dı. 1959-cu il de­ka­da­sın­da Ə.Ab­dul­la­ye­vin qu­ru­lu­şun­da küt­lə­vi rəqs “Qay­ta­ğı” da oy­na­nıl­mış və bö­yük əhə­miy­yət kəsb et­miş­dir.

Ə.Ab­dul­la­ye­vin Ra­uf Ha­cı­ye­vin “Qay­ta­ğı” mu­si­qi­si­nə ha­zır­la­dı­ğı rəqs­də Qorx­maz Qur­ba­nov həd­dən ar­tıq ma­raq­lı so­lo ilə çı­xış et­miş­dir. Qorx­maz Ope­ra və Ba­let Te­at­rı­nın trup­pa­sı ilə xa­ri­ci öl­kə­lə­rə sə­fər­lə­rə get­miş­dir. O, 1967-ci il­də hə­min trup­pa ilə R.Ha­cı­ye­vin “Qay­ta­ğı”sı­na qu­ru­lan rəqs­də Fran­sa­da so­lo çı­xı­şı ilə sen­sa­si­ya ya­rat­mış­dı. Öl­kə­nin bü­tün mət­bua­tı on­dan ya­zır­dı.

Q.Sa­la­hov, T.Qu­lu­yev, Ni­ya­zi, R.Ha­cı­yev və R.Əfən­di­ye­vin “Qay­ta­ğı”sı­na Döv­lət Mah­nı və Rəqs an­samb­lın­da, Nax­çı­van Döv­lət Mah­nı və Rəqs an­samb­lın­da Ə.Ab­dul­la­yev, R.Ha­cı­ye­vin “Qay­ta­ğı”sı­na Rə­fi­qə Axun­do­va Ope­ra və Ba­let Te­at­rın­da ba­let ta­ma­şa­sın­da, Fər­had Və­li­yev R.Ha­cı­ye­vin “Qay­ta­ğı”sı­na 1987-ci və 1999-cu il­də Döv­lət Rəqs an­samb­lın­da, Rü­fət Xə­lil­za­də 2012-ci il­də Ni­ya­zi­nin, S.Rüs­tə­mo­vun, hər bi­ri­nin “Qay­ta­ğı”sın­dan is­ti­fa­də edə­rək rəqs qu­ru­luş­la­rı ve­rib­lər. Bun­dan baş­qa Qə­mər Al­mas­za­də 1979-cu il­də Döv­lət Mah­nı Te­at­rın­da R.Ha­cı­ye­vin “Qay­ta­ğı”sı­na əsa­sən Xan­lar Bə­şi­rov və Zit­ta Ba­ba­za­də üçün du­et rəqs qu­rub. Ad­la­rı qeyd olu­nan ifa­çı­lar hə­min il­də xa­ri­ci döv­lət­lər­də so­lo ifa­lar­dan bi­ri ki­mi hə­min rəqs­lə bö­yük uğur qa­za­nıb­lar. Fər­had Və­li­yev 1986-1988-ci il­lər­də Döv­lət Rəqs an­samb­lı ilə R.Ha­cı­ye­vin “Qay­ta­ğı” mu­si­qi­si üzə­rin­də rəqs qur­muş­dur. X.Bə­şi­rov rəh­bə­ri ol­du­ğu “Azər­bay­can qar­tal­la­rı” rəqs an­samb­lı­nın ifa­sı üçün 2009-cu il­də “Azər­bay­can süi­ta­sı” ad­lı rəqs kom­po­zi­si­ya­sı qu­rar­kən is­ti­fa­də et­di­yi beş mu­si­qi­dən bi­ri də R.Əfən­di­ye­vin “Qay­ta­ğı”sı ol­muş­dur. Hə­min süi­ta ha­zır­da da re­per­tu­ar­da­dır. Qəh­rə­man Nə­si­rov 1997-ci il­də To­fiq Qu­lu­ye­vin 80 il­lik yu­bi­le­yi ilə bağ­lı bəs­tə­ka­rın “Qay­ta­ğı” əsə­ri­nə rəqs qu­ru­lu­şu ver­miş­dir.

“Cən­gi”

“Cən­gi” küt­lə­vi rəqs­lə­ri­miz­dən bi­ri ola­raq dəs­tə ilə ifa olu­nan cən­ga­vər­lik rəq­si­dir və rit­mik səs­lən­mə­si ilə hə­mi­şə se­çi­lib. Qı­lınc və qal­xan­lar­la ifa edi­lə­rək dö­yüş mey­da­nı­nı təs­vir edir. Bu mu­si­qi ça­ğı­rış­dır, dö­yüş və qə­lə­bə ruh­lu­dur. Cəng sö­zü dö­yüş, vu­ruş, da­va, mü­ha­ri­bə de­mək­dir. “Cən­gi”, yə­ni cən­gə və dö­yü­şə aid mu­si­qi. “Cən­gi” ad­lı xalq mu­si­qi nü­mu­nə­lə­ri­miz çox­dur. Bəs­tə­kar­la­rı­mız bu möv­zu­ya doğ­ma­lıq gös­tər­miş və “Cən­gi”lər yaz­mış­lar. Ü.Ha­cı­bəy­li, S.Ələs­gə­rov, A.Əli­za­də, A.Gə­ray və baş­qa­la­rı “Cən­gi” bəs­tə­lə­miş­lər. “Cən­gi”dən ope­ra və ba­let mu­si­qi­sin­də də is­ti­fa­də olun­muş­dur. Bu­na mi­sal ola­raq Ü.Ha­cı­bəy­li­nin “Ko­roğ­lu” ope­ra­sı­nın III pər­də­sin­də­ki cən­ga­vər­lik rəq­si­ni, Q.Qa­ra­ye­vin “Yed­di gö­zəl” ba­le­ti­nin I pər­də­sin­də­ki rəq­si və s. gös­tər­mək olar.

Pe­şə­kar rəqs an­sambl­la­rı­mız ya­ra­nan gün­dən “Cən­gi” re­per­tu­ar­da hə­mi­şə özü­nə mü­hüm yer tut­muş­dur. “Cən­gi” və “Ko­roğ­lu” ha­va­la­rı vax­ti­lə dö­yüş mey­dan­la­rın­da is­ti­fa­də olun­muş­dur. Bu gün on­lar epik qəh­rə­man­lıq səh­nə­lə­ri­ni can­lan­dır­ma­ğa kö­mək edir. “Cən­gi”lə­rə olan mə­nə­vi tə­lə­bat, qəh­rə­man­lıq ru­hu­nun can­lı şə­kil­də ya­ra­dıl­ma­sı rəqs qu­ru­luş­la­rı­mız­da öz ək­si­ni tap­mış­dır.

1970-ci il­də “Ab­şe­ron ritm­lə­ri” sə­nəd­li fil­mi çə­ki­lər­kən Ə.Ab­dul­la­yev “Ço­ban­lar” rəq­si­nə Ü.Ha­cı­bəy­li­nin “Cən­gi”si ilə Qo­bus­tan qa­ya­la­rın­da qu­ru­luş ve­rir. 1975-ci il­də “Fa­şizm üzə­rin­də qə­lə­bə­nin 30 il­li­yi”nə həsr olun­muş təd­bir üçün Ə.Ab­dul­la­yev Mah­nı və Rəqs an­samb­lı ilə Ü.Ha­cı­bəy­li­nin “Cən­gi” əsə­ri ilə rəqs ha­zır­la­mış­dır. F.Və­li­yev 1987-1988-ci il­lər­də Azər­bay­can Döv­lət Rəqs an­samb­lın­da ça­lı­şar­kən Ü.Ha­cı­bəy­li­nin “Cən­gi” əsə­ri­nə rəqs qu­ru­lu­şu ver­miş­dir. Dü­şü­nü­rük ki, hə­lə bəs­tə­kar­la­rı­mız ne­çə-ne­çə “Cən­gi”lər ya­za­caq və xo­re­oq­raf­lar on­la­ra qu­ru­luş­lar ve­rə­cək­lər.

“Qa­za­xı”

Ən qə­dim Azər­bay­can rəqs­lə­rin­dən bi­ri­dir. Adı­na əsa­sən bu qə­naə­tə gəl­mək olur ki, rəqs Qa­zax ma­ha­lın­da ya­ran­mış­dır. La­kin Azər­bay­ca­nın ək­sər böl­gə­lə­rin­də, xü­su­si­lə Ba­kı­da ya­yıl­mış rəqs­dir. “Qa­za­xı” ol­duq­ca ye­yin və cəld ifa olu­nan rəqs­dir. Bu rəqs tək və mə­ha­rət­li ifa ba­ca­ran dəs­tə tə­rə­fin­dən oy­na­nı­lır. Rəqs­də dü­züm rən­ga­rəng və tex­ni­ki hə­rə­kət­lə­ri çox­dur. Məi­şət­də bu rəqs so­lo ifa olu­nur. Oy­na­yan­la­rın hər bi­ri öz qa­bi­liy­yə­ti­ni, rəqs­də nə­yə qa­dir ol­du­ğu­nu gös­tər­mə­yə ça­lı­şır. “Qa­za­xı”nın ifa­sın­da ki­şi rəqs­lə­ri­nin ço­xun­da ol­du­ğu ki­mi, hök­mən sər­rast hə­rə­kət­lər, da­xi­li qüv­və­nin əzə­mə­ti tə­ləb olu­nur (2, s. 32-33).

“Qa­za­xı” rəq­si­nin bir ne­çə va­ri­an­tı olub. Bu xalq rəq­si­nə pe­şə­kar rəqs an­samb­lı ya­ra­nan­dan səh­nə qu­ru­lu­şu ve­ri­lə­rək bu gü­nə qə­dər ya­şa­dıl­mış­dır. İlk də­fə “Qa­za­xı” rəq­si­nə Mah­nı və Rəqs an­samb­lı üçün Əli­ba­ba Ab­dul­la­yev şux, oy­naq tərz­də qu­ru­luş ver­miş­dir. Hə­min an­sambl 1958-ci il­də Çin Xalq Res­pub­li­ka­sı­na sə­fə­rin­də də “Qa­za­xı” rəq­si­ni oy­na­mış­dır.

“Şa­la­xo”

“Şa­la­xo” əs­lin­də, Şə­lə­qoy” rəq­si bi­zim qə­dim və çox po­pul­yar rəqs­lə­ri­miz­dən bi­ri­dir. “Şə­lə­qoy” sö­zü di­li­miz­də iş­lə­nə­rək “Şa­la­xo” ki­mi tə­ləf­füz ha­lı­na gəl­miş­dir. Gür­cü­lər bu sö­zü öz dia­lekt­lə­ri ilə “Şa­li­ko” ad­lan­dır­mış­lar. La­kin rəqs ki­mi bu­nun gür­cü, Qaf­qaz və Qaf­qa­zət­ra­fı xalq­la­ra heç bir aidiy­ya­tı  yox­dur. Ça­lıb-oy­na­sa­lar da, bu heç kə­sin de­yil, yal­nız Azər­bay­can xalq rəq­si­dir.

Keç­miş­də xal­qı­mı­zın öv­lad­la­rı, ca­van oğ­lan­lar me­şə­yə odun yığ­ma­ğa ge­dər və öz ara­la­rın­da ya­rış ke­çi­rər­miş­lər. Qa­yı­dan­da bu ya­rı­şın da­va­mı və əy­lən­cə for­ma­sı ki­mi rəqs edər­miş­lər. On­lar bir-bi­ri­nə: “Hə, şə­lə­ni ye­rə qoy, rəqs elə, mə­ha­rə­ti­ni gös­tər” de­yər və öz ara­la­rın­da ya­rı­şa na­il olar­mış­lar. Elə o vaxt­dan da rəq­sin adı “Şə­lə­qoy” ola­raq qa­lıb.

“Şə­lə­qoy” bir rəqs mu­si­qi­si ki­mi da­im toy-bü­sa­tın re­per­tua­rın­da ola­raq bu gün də ya­şa­maq­da və da­im ifa olun­maq­da­dır. Ya­şa­dı­ğı­mız XX əs­rin II ya­rı­sın­da və bu gün “Şə­lə­qoy”un el şən­lik­lə­rin­də ça­lın­ma­sı­nı və bö­yük coş­qun­luq və hə­vəs­lə oy­na­nıl­ma­sı­nı gör­mü­şük. Bə­zən iti, bə­zən də or­ta ritm­də, 6/8 öl­çü­də ça­lı­nır. Əl­bət­tə, məc­lis­də iş­ti­rak edən qo­na­ğın si­fa­ri­şi­nə əsa­sən or­ta və ya iti sü­rət­li səs­lən­di­ri­lir.

El­mi­ra Ab­dul­la­ye­va­nın “Əli­ba­ba Ab­dul­la­yev” mo­noq­ra­fi­ya­sın­da yaz­dı­ğı­na əsa­sən mə­lum olur ki, Əli­ba­ba­nın  “Şə­lə­qoy”u mə­ha­rət­lə ifa et­di­yi­ni gö­rən Ü.Ha­cı­bəy­li onun rəqs qru­pu­na qə­bul olun­ma­sı üçün gös­tə­riş ve­rib [1, s.10]. Son­ra­lar pe­şə­kar sə­nət­kar ki­mi ye­ti­şən Ə.Ab­dul­la­yev qu­ru­luş­lar ve­rər­kən  “Şə­lə­qoy” (“Şa­la­xo”) rəq­si­nə səh­nə hə­ya­tı bəxş et­miş­dir. Hə­min küt­lə­vi rəqs qu­ru­lu­şu bu gü­nə qə­dər onun ye­tir­mə­si və da­vam­çı­la­rı tə­rə­fin­dən qo­ru­nur və is­ti­fa­də edi­lir. Ba­let­meys­ter Fər­had Və­li­yev də ça­lış­dı­ğı bü­tün ya­ra­dı­cı kol­lek­tiv­lər­də “Şə­lə­qoy”a qu­ru­luş ver­miş­dir.

“Şə­lə­qoy” küt­lə­vi rəqs ki­mi qu­ru­lur, həm­çi­nin rəq­si iki-üç nə­fər də oy­na­ya bi­lər. Rəqs­də oy­na­yan­lar ara­sın­da ba­ca­rıq, mə­ha­rət və ifa­çı­lıq tex­ni­ka­sı gös­tər­mək əsas şərt­dir. Bu rəq­sin özü­nə­məx­sus əl, ayaq və bə­dən hə­rə­kət­lə­ri, rəq­qa­sın his­siy­ya­tın­dan əmə­lə gə­lən mi­mi­ka­sı ilə ta­mam­lan­ma­lı­dır. “Şə­lə­qoy” rəq­si toy-ma­ğar­dan fərq­li ola­raq səh­nə qu­ru­lu­şun­da küt­lə­vi rəqs ki­mi təq­dim olu­nur. Rəqs cəld­lik, çe­vik­lik, çox­say­lı hə­rə­kət­lər tə­ləb et­mək­lə bə­ra­bər, həm də yu­mor və mə­zə­li məz­mun xü­su­siy­yət­li­dir.

Ba­let­meys­ter Za­kir Ağa­ye­vin fi­kir­lə­rin­dən: “Fər­had Və­li­yev rəqs qu­ru­luş­la­rı­mı­zın ma­hir us­ta­sı ola­raq Döv­lət Rəqs An­samb­lın­da həd­dən ar­tıq ma­raq­lı “Şə­lə­qoy” ha­zır­la­mış­dı. So­list­lər Na­mus Zöh­ra­bov və Yu­sif Məm­mə­dov on­la­ra tap­şı­rı­lan işin, ob­ra­zın öh­də­sin­dən mə­ha­rət­lə gə­lir­di­lər. Yu­sif bu rəqs­də mey­mu­nu təq­lid edir­di. Fər­had onun­la qə­ri­bə və çox ma­raq­lı hə­rə­kət­lər iş­lə­miş­di”.

Gör­kəm­li bəs­tə­kar Əf­ra­si­yab Bə­dəl­bəy­li “Qız qa­la­sı” ba­le­ti­ni ya­zar­kən “Şa­la­xo” (“Şə­lə­qoy”) rəq­sin­dən is­ti­fa­də edib və bu­na SSRİ xalq ar­tis­ti Qə­mər Al­mas­za­də qu­ru­luş ve­rib.

 “Stə­kan­lar­la rəqs”

Vax­tı­lə toy­lar­da be­lə bir rəqs də oy­na­nı­lıb. Rəq­sin ifa­çı­sı qa­dın məc­li­sin­də qa­dın, ki­şi məc­li­sin­də ki­şi ol­muş­dur. Hər iki əlin için­də şər­bət do­lu iki stə­kan ola­raq oy­na­nı­lar­mış. Us­ta­lıq on­dan iba­rət­dir ki, rəq­si so­na ye­ti­rə­nə qə­dər şər­bət da­ğı­lıb-tö­kül­mə­sin və ya stə­kan­lar aş­ma­sın.

Ba­kı­da ya­şa­mış rəq­qas Əli­hey­dər stə­kan­la “La­la­yı” oy­na­yar­dı. Hər ov­cun­da su ilə do­lu stə­kan tu­tar, üçün­cü su­lu stə­ka­nı isə al­nı­na qo­yar­dı. Bu və­ziy­yət­də rəqs edər, kü­rə­yi üs­tə uza­nar, qar­nı üs­tə çev­ri­lər və ye­nə kü­rə­yi üs­tə dü­zə­lə­rək aya­ğa qal­xar­dı [2, s. 18].

Toy şən­lik­lə­ri­miz­də stə­kan­lar­la ifa olu­nan rəq­sə qu­ru­luş ve­ri­lə­rək səh­nə­yə gə­ti­ri­lib. Azər­bay­can Döv­lət Mah­nı və Rəqs an­samb­lı ya­ran­dı­ğı ilk an­lar­da  hə­min rəq­si SSRİ Xalq ar­tis­ti Qə­mər Al­mas­za­də qu­rub. Son­ra­lar “Stə­kan­lar­la rəqs”ə Azər­bay­ca­nın Xalq ar­tis­ti Əli­ba­ba Ab­dul­la­yev qu­ru­luş ve­rib. Həm tək, həm də küt­lə­vi rəqs­də bu­nu Xalq ar­tis­ti Əmi­nə Dil­ba­zi oy­na­yıb. Bu çox çə­tin rəqs­dir. Səh­nə­də stə­kan­la­ra so­yuq çay və ya çay rən­gin­də ma­ye tö­kü­lür. Qeyd et­dik ki, əs­lin­də xalq şən­lik­lə­rin­də adə­ti üz­rə stə­kan­lar şər­bət­lə do­lu olur­muş. Axı, el adə­ti üz­rə toy­lar­da şər­bət pay­la­nır­mış. Bu rəq­sin ifa­sı za­ma­nı mu­si­qi­nin rit­mi­nə uy­ğun ola­raq stə­kan­lar bir-bi­ri­nə vu­rul­ma­lı­dır. Bu elə ic­ra olun­ma­lı­dır ki, stə­kan­lar bir-bi­ri­nə də­yər­kən səs eşi­dil­sin. “Stə­kan­la rəqs”in ən ma­hir ifa­çı­la­rı Əmi­nə Dil­ba­zi, Ali­yə Ra­ma­za­no­va və Zit­ta Ba­ba­za­də olub. Rəq­sə “Mir­zə­yi” rəq­si­nin mu­si­qi­si ilə qu­ru­luş ve­ril­miş­dir.

“Tə­rə­kə­mə”

Azər­bay­can­da po­pul­yar və ən çox se­vi­lən bir rəqs ha­va­sı­dır. Adın­dan gö­rün­dü­yü ki­mi, Azər­bay­can­da ya­şa­mış tə­rə­kə­mə­lə­rin adı ilə bağ­lı­dır. “Tə­rə­kə­mə”nin iki va­ri­an­tı möv­cud­dur və bun­lar güm­rah, şux, həm də li­rik me­lo­di­ya­ya ma­lik­dir. Bi­rin­ci va­ri­ant tə­rə­kə­mə­lə­rin öz­lə­ri­nin ya­rat­dı­ğı aram və vü­qar­lı rəqs­dir. Bu vax­ti­lə ən cox Qa­ra­bağ­da ya­yı­la­raq yal­nız qa­dın­lar tə­rə­fin­dən oy­na­nıl­mış­dır. İkin­ci va­ri­ant da­ha çe­vik, oy­naq ritm­li, gum­rah səs­li, ge­niş hə­rə­kət­li rəqs­dir və bu­nu həm qa­dın­lar, həm də ki­şi­lər ifa edir. Gə­ziş­mə, süz­mə, fır­lan­ma rəq­sin əsas hə­rə­kət­lə­ri­dir. Əl­bət­tə, fır­lan­ma qa­dın­la­ra aid de­yil­dir. Mu­si­qi öl­çü­sü 6/8, tem­pi cəld, oy­naq, mə­qam əsa­sı “Se­gah”dır. Ü.Ha­cı­bəy­li “Ar­şın mal alan”, R.M.Qli­yer “Tən­tə­nə­li uver­tü­ra” və Ə.Bə­dəl­bəy­li “Qız qa­la­sı”nda “Tə­rə­kə­mə”nin me­lo­di­ya­sın­dan is­ti­fa­də edib­lər.

Rəqs qu­ru­luş­la­rın­da is­ti­fa­də olu­nan “Tə­rə­kə­mə”nin me­lo­di­ya­sı o bi­rin­dən mü­əy­yən qə­dər fərq­lə­nir. Bu­ra­da­kı mu­si­qi, cüm­lə­lə­rin ar­dı­cıl­lı­ğı, ritm və bir ne­çə nü­ans fərq­li ma­hiy­yət da­şı­yır. La­kin bu şə­kil­də ha­zır­la­nan və ifa olu­nan “Tə­rə­kə­mə”nin me­lo­di­ya­sı ifa­çı­nın hə­rə­kət­lə­ri­nə, qu­ru­lu­şun məz­mu­nu­na və trak­tov­ka­sı­na tam ca­vab ve­rir. Me­lo­di­ya­nın ritm öl­çü­sü 6/8 ol­sa da, as­ta­dır. Əgər bu me­lo­di­ya­nın ritm öl­çü­sü ar­tı­rıl­sa, həm me­lo­di­ya­nın gö­zəl­li­yi həm də ma­hiy­yə­ti itə­cək. Məhz bu məz­mun­da, bu gö­zəl­lik­də olan mu­si­qi­yə rəqs qu­rul­muş­dur.

1936-cı il­dən bu gü­nə qə­dər ya­ra­nan bü­tün rəqs an­sambl­la­rı­mı­zın re­per­tua­rı­nı “Tə­rə­kə­mə” so­lo rəq­si bə­zə­yir. İlk pe­şə­kar rəqs sə­nə­ti­miz ya­ra­nan­dan “Tə­rə­kə­mə” səh­nə­yə ayaq aç­mış və xü­su­si əhə­miy­yət da­şı­mış­dır. Döv­lət Mah­nı və Rəqs an­samb­lı­nın so­list­lə­ri bu rəq­si mün­tə­zəm ifa et­miş­lər. Ha­zır­da da “Tə­rə­kə­mə” səh­nə­ni tərk et­mir. “Tə­rə­kə­mə” rəq­si­nin ən ma­hir ifa­çı­la­rın­dan bi­ri Əmi­nə Dil­ba­zi sa­yı­lır. O, is­tər res­pub­li­ka­mız­da, is­tər­sə də on­dan kə­nar­da bu rəq­si ifa edə­rək bö­yük ta­ma­şa­çı mə­həb­bə­ti qa­za­na bil­miş­dir. Onun ifa­sın­da bü­tün hə­rə­kət­lər, öl­çü-bi­çi­li, ni­zam­lı, qa­yə­li və bü­töv­dür. Bu ifa­da sə­nə­tə, xal­qa, adət-ənə­nə­lə­rə mə­həb­bət, qa­dın in­cə­li­yi, nə­cib­li­yi və zə­rif­lik bir-bi­ri­ni ta­mam­la­yır. Onun bu rəq­si ifa et­di­yi an­lar­da çə­ki­lən fo­to­şə­kil­lə­ri ar­xiv­də qo­ru­nur, ki­tab­la­rı, stend­lə­ri bə­zə­yir, film çə­ki­liş­lə­ri te­le­vi­zi­ya­da və in­ter­net­də ya­yım­la­nır.

“Tə­rə­kə­mə”nin Xalq ar­tis­ti Ro­za Cə­li­lo­va, Ni­sə­xa­nım Rə­hi­mo­va ki­mi və baş­qa məş­hur ifa­çı­la­rı ol­muş­dur. “Tə­rə­kə­mə” rəq­si öz klas­sik for­ma­sı­nı sax­la­ya­raq ha­zır­da da an­sambl­la­rın ifa­çı­la­rı tə­rə­fin­dən ifa edi­lir.

“Ço­ban­lar”

“Ço­ban­lar” rəq­si Mah­nı və Rəqs an­samb­lı­nın re­per­tua­rın­da hə­mi­şə özü­nə mü­hüm yer tut­muş­dur. Bu ma­raq­lı rəqs an­samb­lın 1958-ci il­də Çin Xalq Res­pub­li­ka­sı­na sə­fə­ri za­ma­nı da oy­na­nıl­mış­dır. “Ço­ban­lar” rəq­si 1959-cu il­də Mosk­va­da ke­çi­ri­lən Azər­bay­can in­cə­sə­nə­ti və mə­də­niy­yə­ti gün­lə­rin­də də ma­raq­la qar­şı­lan­mış­dır. 1970-ci il­də “Ab­şe­ron ritm­lə­ri” fil­mi çə­ki­lər­kən Ə.Ab­du­la­yev fi­lar­mo­ni­ya­nın Mah­nı və Rəqs an­samb­lı­nın ifa­sın­da “Ço­ban­lar” rəq­si­nin qu­ru­lu­şu­nu Ü.Ha­cı­bəy­li­nin “Cən­gi” mu­si­qi­si ilə Qo­bus­tan qa­ya­la­rın­da ver­miş­dir. Əli­ba­ba mü­əl­lim ya­rat­dı­ğı və rəh­bər­lik et­di­yi bir ne­çə rəqs kol­lek­ti­vin­də, həm­çi­nin ADU-nun “Se­vinc” rəqs an­samb­lın­da “Ço­ban­lar” rəq­si­ni qur­muş­dur. Hət­ta 2016-cı ilin son­la­rın­da fi­lar­mo­ni­ya səh­nə­sin­də Azər­bay­can Döv­lət Mah­nı və Rəqs an­samb­lı­nın 80 il­lik yu­bi­le­yin­də də  “Ço­ban­lar” rəq­si  oy­na­nı­la­raq ge­niş ta­ma­şa­çı al­qış­la­rı qa­zan­mış­dır.

Fər­had Və­li­yev 1986-1988-ci il­lər­də Döv­lət Rəqs an­samb­lın­da ba­let­meys­ter iş­lər­kən “Ço­ban­lar” rəq­si­ni də qur­muş­dur. Qeyd et­mə­li­yik ki, “Ço­ban­lar rəq­si”nə qu­ru­luş ve­ri­lə­rək səh­nə­lə­rə gə­ti­ri­lib təb­liğ olun­ma­sı bi­la­va­si­tə so­vet qu­ru­lu­şu­na, onun ideo­lo­gi­ya­sı­na xid­mət edir­di. Sta­lin rep­res­si­ya­sı döv­rün­də SSRİ-nin hər ye­rin­dən alim­lər, gör­kəm­li şa­ir, ya­zı­çı, akt­yor, aşıq, re­jis­sor və baş­qa­la­rı zin­dan­la­ra sa­lın­dı­ğı, sür­gü­nə gön­də­ril­di­yi hal­da və ya gül­lə­lə­nən­də, kol­xoz­da ça­lı­şan sa­ğı­cı, ço­ban, pam­bıq­çı, ba­ra­ma­çı, is­teh­sa­lat­da iş­lə­yən tor­na­çı, çi­lin­gər, qay­naq­çı, neft­çi və baş­qa­la­rı əmək qəh­rə­ma­nı­na çev­ri­lə­rək on­la­ra şe­ir, mah­nı qo­şu­lur, film çə­ki­lir və ge­niş şə­kil­də təb­liğ olu­nur­du­lar. “Ço­ban­lar rəq­si” də bu nü­mu­nə­lər­dən bi­ri sa­yı­la bi­lər. Hər hal­da bu­ra­da mil­li rəqs ça­lar­la­rı, şən mu­si­qi­lər bu rəq­si ba­xım­lı et­miş­dir de­yə sə­nət əsə­ri ki­mi qə­bul edə­rək rəqs­lə­ri­mi­zin sı­ra­sın­da gös­tə­ri­rik.

Bir mə­sə­lə­ni də qeyd et­mə­yik ki,  qə­dim “Xan­ço­ba­nı” rəqs ha­va­sı ilə “Ço­ban­lar rəq­si” qu­ru­lu­şu­nun heç bir əla­qə­si yox­dur. Bə­zən bu rəq­si “Xan­ço­ba­nı” ha­va­sı üzə­rin­də qu­rur­lar. Gu­ya ki, uy­ğun­luq ya­ra­dır və bu rəq­si ço­ban­lar­la, on­la­rın oyu­nu ilə əsas­lan­dı­rır­lar. “Xan­ço­ba­nı” rəqs ha­va­sı və “Apar­dı sel­lər Sa­ra­nı” el mah­nı­sı Azər­ba­yan­da möv­cud ol­muş və öz ha­ki­miy­yət­lə­ti­ni sür­müş Xan­ço­ba­ni­lər sü­la­lə­si­nə həsr olun­muş­dur (oxu­cu­lar bu­nu Ço­ba­ni­lər ha­ki­miy­yə­ti ilə qa­rış­dır­ma­sın). Xan­ço­ba­ni­lə­rin igid­li­yi, ərən­li­yi, mərd­li­yi el-oba­nın də­rin rəğ­bə­ti­ni qa­zan­dı­ğı üçün o döv­rün mu­si­qi­çi­lə­ri bu şə­rəf­li sü­la­lə­yə “Xan­ço­ba­nı” rəqs ha­va­sı­nı ya­rat­mış­lar. Bu nəs­lin şən­lik­lə­rin­də, toy-bü­sa­tın­da müt­ləq “Xan­ço­ba­nı” rəqs me­lo­di­ya­sı ça­lı­nır və şə­cə­rə nü­ma­yən­də­lə­ri yal­nız bu ha­va­ya qol qal­dı­rıb oy­na­yır­dı­lar. Me­lo­di­ya­nın mə­qa­mı, səs­lən­mə­si igid­lik və cə­sur­lu­ğu özün­də əks et­di­rir.

Ha­şi­yə: “1936-1937-ci il­lər­də Azər­bay­can­da çı­xan qə­zet­lər­də ilk rəqs an­samb­lı­nın nai­liy­yət­lə­rin­dən ya­zar­kən mü­əl­lif­lər qeyd edir­di­lər ki, kol­xoz qu­ru­lu­şu­na aid rəqs qu­ru­luş­la­rı az­lıq təş­kil edir. Ar­xiv­lər­də­ki qə­zet­lər­də be­lə ya­zı­la­ra rast gəl­mək müm­kün­dür. Fakt fakt­lı­ğın­da qa­lır və ar­xiv­lər­də­dir. Tə­ləb olu­nur, töv­si­yə edi­lir­di ki, rəqs sə­nə­ti­nin möv­zu­su və per­so­naj­la­rı da kol­xoz, qu­ru­lu­şu­nu, so­sia­liz­min qə­lə­bə­lə­ri­ni tə­rən­nün et­sin. Odur ki, be­lə möv­zu­la­rı əks et­di­rən rəqs kom­po­zi­si­ya­la­rı və süi­ta­la­rı­mız ol­muş­dur” (1, s.8).

Xan­lar Bə­şi­ro­vun rəh­bər­lik et­di­yi “Azər­bay­can qar­tal­la­rı” rəqs anamb­lı­nın re­per­tua­rın­da da “Ço­ban­lar” rəq­si mü­hüm yer tu­tur. An­sambl və­tən­də, ya­xın və uzaq öl­kə­lər­də bu rəqs­lə bö­yük uğur­lar əl­də et­miş­dir.

“Qa­val­la rəqs”

Bu rəq­si də Ə.Ab­dul­la­yev Mah­nı və Rəqs an­samb­lın­da ça­lı­şar­kən qur­muş­dur. Hə­min rəqs  əş­ya­lar­la oy­na­nı­lan rəqs nö­vü­nə aid ola­raq həm tək və həm də qız­lar üçün küt­lə­vi rəqs ki­mi ha­zır­kı döv­rə qə­dər oy­na­nıl­maq­da­dır. İlk də­fə Əmi­nə Dil­ba­zi bu­nu Qıl­man Sa­la­ho­vun li­rik mu­si­qi­si­nə Mah­nı və Rəqs anamb­lı­nın mü­şa­yiə­ti ilə rəqs edib. “Qa­val­la rəqs”də rəq­qa­sə­nin in­cə, zə­rif du­yu­mu, hə­rə­kət­lə­rin ni­zam­lı ola­raq gö­zəll­li­yi, cəl­be­di­ci gö­rün­tü­sü, ifa­çı­nın mi­mi­ka­sı əsas şərt­lər­dən­dir. Əmi­nə Dil­ba­zi bü­tün bun­la­rı tə­rən­nüm edə­rək gös­tə­rə bil­miş­dir. Son­ra­lar bu­nu ne­çə-ne­çə rəq­qa­sə­lə­ri­miz də se­və-se­və ifa edib­lər. Son döv­rün rəqs qu­ru­luş­la­rın­da da qa­val­la rəqs edən­lə­ri seyr edi­rik.

“Azər­bay­can to­yu” rəqs qu­ru­lu­şu 1959-cu il Mosk­va de­ka­da­sı üçün ha­zır­la­nar­kən, rəq­qas-ba­let­meys­ter Əli­ba­ba Ab­dul­la­ye­vin qu­ru­lu­şu və Sol­tan Da­da­şo­vun re­jis­sor həl­li ilə uğur­lu nə­ti­cə qa­zan­mış­dı. Bu rəqs-ta­ma­şa­da bəy ro­lun­da çı­xış et­mək­lə Ra­miz Məm­mə­dov bö­yük şöh­rət tap­mış­dır və bu gü­nə qə­dər xa­ti­rə­lər­də­dir. Onun boy-bu­xu­nu, ümu­mi xa­ri­ci gö­rü­nü­şü, gö­zəl cəl­be­di­ci si­ma­sı bəy ob­ra­zı­nı ta­mam­la­yır­dı. Sə­nət­şü­nas­lar, in­cə­sə­nət xa­dim­lə­ri, zi­ya­lı­lar, gör­kəm­li şəx­siy­yət­lər bu kom­po­zi­si­ya­nın qu­ru­lu­şu­nu, iş­ti­rak­çı­la­rın ifa­sı­nı, mu­si­qi tər­ti­ba­tı­nı və ge­yi­mi çox bə­yə­nir və də­yər­lən­di­rir­di­lər.

Bu rəqs kom­po­zi­si­ya­sın­da baş ro­lun ifa­çı­sı­nın tə­yi­na­tı za­ma­nı Ra­miz Məm­mə­do­vu re­jis­sor Sol­tan Da­da­şov şəx­sən özü seç­miş­di. Rol­la­rın böl­gü­sü düz apa­rıl­mış­dı, gə­lin – Əmək­dar ar­tist Ro­za Cə­li­lo­va, yen­gə – Əmək­dar ar­tist Mər­yəm Ba­ba­ye­va, xəl­fə – Tə­lət Ağa­la­rov idi. On­la­rın hər bi­ri­nin ifa­sı la­yiq­li ola­raq nə­zə­rə çar­pır­dı. Əmi­nə Dil­ba­zi­nin ifa et­di­yi “Li­rik” rəqs ta­ma­şa­çı­lar tə­rə­fin­dən hə­ra­rət­lə qar­şı­la­nır­dı. Əmək­dar ar­tist­lər Tu­tu Hə­mi­do­va, Bö­yü­ka­ğa Məm­mə­dov, Şər­qiy­yə İs­kən­də­ro­va, mü­ğən­ni­lər El­mi­ra Rə­hi­mo­va, Məm­məd Sal­ma­nov və baş­qa­la­rı bu ta­ma­şa­da yük­sək sə­viy­yə­də çı­xış edir­di­lər.

“Azər­bay­can to­yu”nun sse­na­ri mü­əl­li­fi və qu­ru­luş­çu re­jis­so­ru S.Da­da­şov ol­sa da, bu işin uğur­lu ha­zır­la­na­raq mey­da­na gəl­mə­sin­də Ə.Ab­dul­la­ye­vin ya­ra­dı­cı­lıq işi­nin mü­hüm əhə­miy­yə­ti var idi. Ə.Ab­dul­la­yev bu ta­ma­şa­ya rəqs qu­ru­luş­la­rı ver­məz­dən əv­vəl xal­qın adət-ənə­nə­lə­ri­ni ya­xın­dan öy­rən­mək üçün Şə­ki, Za­qa­ta­la, Qax və di­gər ra­yon­lar­da ol­muş­du. Odur ki, ha­zır­la­dı­ğı rəqs­lər rən­ga­rəng, tə­ra­vət­li və ma­raq­lı idi.

Bu kom­po­zi­si­ya­da bü­tün ha­di­sə­lər bə­yin evin­də cə­rə­yan edir. Elə ilk də­qi­qə­lər­dən şən rəqs­lər, gö­zəl mah­nı­lar ta­ma­şa­çı­la­rın qəl­bi­nə yol ta­pır­dı. Xa­nən­də­nin oxu­ma­ğı, gö­zəl, mə­la­hət­li sə­si, bəy-gə­li­nin oy­na­dı­ğı rəqs­lər səh­nə­də öz ək­si­ni ta­pan toy məc­li­si­nin da­ha can­lı gö­rün­tü­sü­nü ya­ra­dır­dı. Ra­miz Məm­mə­do­vun xa­ti­rə­lə­rin­dən: “Gə­li­nin saç­la­rı­na qı­zıl on­luq­la­rı düz­dü­yüm an­da ta­ma­şa­çı al­qış­la­rı­nın ar­dı-ara­sı kə­sil­mir­di”. Qeyd olun­ma­lı­dır ki, bəy ro­lu­nun Na­dir Məm­mə­dov, Azad Hü­sey­nov, Xan­lar Bə­şi­rov ki­mi ifa­çı­la­rı olub.

1945-ci il­də Ba­kı­da do­ğu­lub bu­ra­da sə­nət fəa­liy­yə­ti­nə baş­la­mış ta­nın­mış ba­la­ban və klar­net ifa­çı­sı El­xan Sə­məd­za­də­nin xa­ti­rə­lə­rin­dən: “1965-ci il­də Mah­nı və Rəqs an­samb­lı ilə Vol­qa ça­yı bo­yu şə­hər­lə­rə sə­fər­lə­ri­miz var idi. Kon­sert­lər möh­tə­şəm ke­çir və hər yer­də ma­raq­la qar­şı­la­nır­dı. “Azər­bay­can to­yu” rəqs kom­po­zi­si­ya­sın­da bəy ro­lun­da səh­nə­yə çı­xan Ra­miz Məm­mə­do­vun al­qış­lar­la qar­şı­lan­ma­sı bir baş­qa aləm idi. Al­qış­lar o qə­dər güc­lü idi ki, san­ki zal da­ğı­la­caq­dı. Ra­mi­zin ifa­sı xü­su­si­lə qa­dın­la­rı vəc­də gə­ti­rir­di. Səh­nə ar­xa­sı­na gə­lib on­dan “av­toq­raf” alan qa­dın­lar o qə­dər çox olur­du ki… Bu an­sambl ilə 1966-cı il­də Uk­ray­na sə­fə­ri­miz­də də “Azər­bay­can to­yu”nda Ra­mi­zin ifa­sı hər yer­də diq­qə­ti özü­nə cəlb edir­di.

Ə.Ab­dul­la­yev 1976-cı il­də Ba­kı Xo­re­oq­ra­fi­ya Mək­tə­bi­nin tə­lə­bə­si, 15 yaş­lı Ley­la (əsl adı Ye­le­na) Ağa­ye­va­nı “Azər­bay­can to­yu” kom­po­zi­si­ya­sı üçün kəşf et­miş və onun fi­lar­mo­ni­ya­ya işə cəlb olun­ma­sı­na va­si­tə­çi ol­muş­dur. L.Ağa­ye­va bu kom­po­zi­si­ya­da gə­lin ro­lun­da çı­xış et­miş və Müs­lüm ilə tə­rəf-mü­qa­bil ol­muş­dur.

“Bu­laq ba­şın­da” ad­la­nan rəqs süi­ta­sı­nın mu­si­qi tər­ti­ba­tı C.Ca­han­gi­ro­va, qu­ru­lu­şu Ə.Ab­dul­la­ye­və aiddir. Mah­nı və Rəqs an­samb­lı­nın dai­mi re­per­tua­rın­da mü­hüm yer tu­tur. Zən­gin ça­lar­lar­la do­lu olan rəqs süi­ta­sı­nın də­rin məz­mu­nu var­dır. Bu­laq ba­şın­da qız­lar sə­həng­lə­rə su dol­du­rur­lar. Oğ­lan­la­rın ora su iç­mə­yə gəl­mə­si, qız­la­rın on­la­ra su dol­du­rub ver­mə­si, həm­çi­nin gə­lən oğ­lan­lar­dan bi­ri­nin öz sev­di­yi qı­zı bu­laq ba­şın­da gö­rə­rək özü­nü iti­rib utan­ma­sı, öz sev­gi­li­si­nə naz et­mə­si, həm də ona su ver­mə­si təs­vir olu­nur. Bu­ra­da qız­la­rın saf­lı­ğı, ca­van­la­rın bir-bi­ri­nə tə­miz mü­na­si­bə­ti və s. gö­zəl hiss­lər öz ək­si­ni ta­pır, mə­həb­bət hiss­lə­ri, utan­caq mü­na­si­bət özü­nü gös­tə­rir. Rəq­sin sü­je­ti, məz­mun an­la­mı, ay­dın fi­kir­lər səh­nə­də tam gö­zəl­li­yi ilə can­lan­dı­rı­lır [1, s. 81].

Ə.Ab­dul­la­ye­vin ya­ra­dı­cı­lı­ğı­nın ən üm­də şərt­lə­ri, onun yük­sək is­te­da­dı bu süi­ta­da acıq-ay­dın gö­rü­nür. Əbəs de­yil­dir ki, “Bu­laq ba­şın­da” 50 il­dən ar­tıq Mah­nı və Rəqs an­samb­lı­nın re­per­tua­rın­da və səh­nə­lər­də­dir. Rəqs süi­ta­sın­da Alim Zey­na­lov, Qorx­maz Qur­ba­nov, Ro­za Cə­li­lo­va, Nai­lə Mah­mu­do­va, Ra­fiq Əzi­zov, Azad Hü­sey­nov, Xan­lar Bə­şi­rov, Ni­sə­xa­nım Rə­hi­mo­va və baş­qa­la­rı so­list ola­raq əla sə­viy­yə­də ifa gös­tər­miş­lər. Ə.Ab­dul­la­yev “Bu­laq ba­şın­da” rəqs süi­ta­sı­na Alim Zey­na­lo­vun ifa­sı­nı nə­zər­də tu­ta­raq qu­ru­luş ver­miş­dir. Mah­nı və Rəqs an­samb­lı bu rəq­si 1986-cı il­də Mosk­va­nın Sü­tun­lu Sa­lo­nun­da da oy­na­ya­raq  ta­ma­şa­çı sev­gi­si­nə na­il ol­muş­dur.

Azər­bay­can Döv­lət Mah­nı və Rəqs an­samb­lı­nın re­per­tua­rı­na­da Ə.Ab­dul­la­ye­vin qu­ru­lu­şu ilə “Tir­mə şal”, “Qa­ra tel­lər”, “Naz­la­na-naz­la­na”, “Nəl­bə­ki­lər­lə rəqs”, “Cənc­lik”, “La­lə­lər”, “Çad­ra ilə rəqs”, “İn­na­bı”, “Mə­zə­li ha­di­sə”, “Ov­çu­lar”, “Li­rik rəqs”, “Ba­har”, “Sə­mə­ni”, “Şə­ki”, “Üç gül”, “Cey­ran”, “Bə­növ­şə”, “Bu­laq ba­şın­da”, “Fut­bol­çu” ad­lı rəqs­lər də ol­muş, oy­na­nı­la­raq ge­niş ta­ma­şa­çı rəğ­bə­ti qa­zan­mış­dır.

 

ƏDƏ­BİY­YAT: 

1.Abdullayeva E.Ə.  Əlibaba Abdullayev. B.: Nurlar, 2015, 264 s.

2. Həsənov K.N. Qədim Azərbaycan rəqsləri. B.: İşıq, 1983, 130 s.

3.Həsənov K.N. Azərbaycan qədim folklor rəqsləri. B.: İşıq,1988, 130 s.

4.İbrahim Ə.S. Rəqqasə Əminə Dilbazi. Albom-monoqrafiya. B.: 2009, 72 s.

5.Ağayev L. Tükənməz bulaq. B.: İşıq, 1986, 70 s.

6.Məmmədov A. Azərbaycan rəqsləri. //“Elm və həyat” jurnalı, B.: 1972, №7, s.12-13.

7.Rəhmanlı Ə.M. Rəqs millətin canından gəlir. //“Qobustan” toplusu №2, B.; 2016, s.24-27

8.Almaszadə Q.; Məmmədov B.; Kaqalitskaya İ. Azərbaycan xalq rəqsləri. B.: Birləşmiş nəşriyyat, 1959, 150 s.

9.Mədəniyyət.AZ jurnalı. №12, B.: 2016, s.56-59

10.Azərbaycan rəqs geyimi. B.: Oskar, 2010, 128 s.

11.Ramazanova A., Fəridə L. Rəqsin mələyi. B.: Qanun, 2005, 117 s.

12.Овлия Ч. Кинига путешествые. Москва, Наука, 1983, 376 с.

13.Rəhmanlı Ə. Ustadlar yetirən ustad. Qobustan torlusu №2 (175). B.; 2.2017, s.67-70

Qeyd 1: Məqalədə istinadsız rast gələn sitatlar məqalə müəllifinin müxtəlif illərdə müsahibləri ilə görüşlərdə apardığı söhbətlərdən götürülüb.

 

Ахсан РАХМАНЛЫ

Диссертант АНК

Ильгар АЛИЕВ

Доцент АНК

 

СЦЕНИЧЕСКОЕ ВОПЛОЩЕНИЕ АЗЕРБАЙДЖАНСКИХ ТАНЦЕВ

 

Резюме: В статье упоминаются сценические постановки народных танцев во время деятельности Азербайджанского Государственного ансамбля песни и пляски. Также упоминаются танцы подготовленные другими танцевальными ансамблями в нашей стране. Здесь показаны названия массовых, дуэтных и сольных танцев в постановке разных балетмейстеров, их  художественные и исполнительские особенности, содержание и сущность этих же танцев, а также пречисляются имена профессиональных танцоров — солистов.

Ключевые слова: танцевальное искусство, массовый танец, сольный танец, дуэт-танец, постановка, композиция, солист

 

Ahsan RAHMANLI

Candidate for a degree of ANC

Ilgar ALIYEV

Assistant professor of ANC

 

STAGE PRESENTATION OF AZERBAIJANI DANCES

 

Summary: The article deals with the activities of the Azerbaijani State Song and Dance Ensemble in the collective of our folk dances.In addition, the dances of other dance ensembles in our country are also mentioned.The names of the mass, duet and solo dances, the artistic and performance features, contents, essence of the ballet masters, the names of the soloists and the performers are shown here.

Key words: dance, mass dance, solo dance, duet dance, composition, composition, soloist

Rəyçilər: sənətşünaslıq üzrə elmlər doktoru, professor  Abbasqulu Nəcəfzadə;

                   pedaqogika üzrə elmlər doktoru, professor Fərahim Sadıqov

Mövzuya uyğun