AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

«Konservatoriya» jurnalı 2025 № 2 (67)   

Kənan SADIQOV

AMK-nın doktorantı

Elmi rəhbər: Ph.D, professor Lalə Hüseynova

Ünvan: Yasamal ray., Ə.Ələsgərov küç. 7

E-mail: kanan.sadiqov3@gmail.com

 UOT: 786/789                           

DOI: 10.62440/AMK2025-2.s.6-18

 

ŞƏHRİYAR İMANOVUN YARADICILIĞINDA TAR İFAÇILIĞININ MÜASİR ASPEKTLƏRİ

 

Xülasə: Məqalədə gənc tarzən Şəhriyar İmanovun ifaçılıq fəaliyyətinə nəzər ye­ti­ri­lir. Onun populyar musiqi janrlarında bir sıra eksperimental ifası, çağdaş mu­si­qi tərzi ilə ənənəvi çalğı üslubunun sintezi diqqəti cəlb edir. Bu məqsədlə Şəhriyar İmanovun tar ifaçılıq aspektləri və müəllifi olduğu bir sıra kompozisiyalar – “Bəzmigah”, “Crying Waterfall”, “Pulse”, “Lake”, “Dark East”, “Mirage” araş­dırılır. Kompozisiyaların hər biri musiqi təcrübəsinin ənənəvi və müasir as­pekt­lərinin sintezi ilə meydana gəlmişdir. Məqalədə onun fəaliyyət istiqamətində bü­tün bu aspektlərin tədqiqi, eləcə də müasir mərhələdə tar ifaçılığında tətbiq edi­lən çalğı texnikalarının (“ghost”, “golpe”, “apagado”, “rasgueado”, “flageolet”, “hammer-ons”, “fingerstyle”, “şelpe”) öyrənilməsi yer alır. Müasir çal­ğı üsullarının tədqiqi, onların tar notasiyasına cəlb olunması, adı çəkilən kom­po­zisiyaların notlaşdırılması və təhlili məqalənin əsas məqsədidir və ilk dəfə bu araş­dırmada öz əksini tapır.

Açar sözlər: Şəhriyar İmanov, müasir tar ifaçılığı, çalğı texnikası, müasir kompozisiya, ənənəvilik və müasirlik, flajolet texnikası, ghost notlar

endir

PDF

ƏDƏBİYYAT:

  1. Axundov, İ.A. Azərbaycan muğamları. Monoqrafiya. – Bakı: Mütərcim, – 2015, – 96 s.
  2. Vəkilov H.Ş. Azərbaycan tarı və onun ifaçılıq problemləri haqqında təkliflər. Metodik vəsait. – Bakı: Mars Print, – 2007, – 58 s.
  3. Ayyıldız, S. Methods for creating melodic patterns using parmak vurma technique in saz (bağlama) performance. //Ph.D Thesis, İstanbul Technical University, Institute of Social Sciences, – 2018, – 431 p.
  4. Çanakçı, E.; Mak M. Bağlamada tel ayırma tekniği // Türk Kültürü ve Hacı Bektaş Veli Araştırma Dergisi, 106, Temmuz, – 2023, – s. 1-25.
  5. Çalışkan, F. 1980’lerden günümüze performans pratiğinin dönüşümü ve etkileri: bağ­lama çalgısında el ile (tezenesiz) çalma tekniği. //Portre Akademik Müzik ve Dans Araştırmaları Dergisi, 17. – 2018, – s. 7-29.
  6. Groves, G.A Dictionary Music and Musicians (A. D. 1450-1880) by Eminent Writers, English and foreign: in 4 volumes. 1. – London: – 1879, – 962 p.
  7. Haşhaş, S.; Yeşilyurt R.; İmik Ü. Bağlama öğretimi/öğreniminde parmak bas­kı­la­rı­nı göstermeye yönelik bir işaretlendirme yöntemi önerisi // İnönü Üniversitesi Kül­tür ve Sanat Dergisi. Cilt:7, Sayı:1, – 2021. – s. 33-62.

Saytoqrafiya

  1. Sinan Ayyıldız – “Aman ovçu” URL:https://www.youtube.com/watch?v=HnwoeDHWZ-U
  2. URL: https://www.guitarworld.com/acoustic-nation/acoustic-nation-sarah-command-teaches-percussive-acoustic-techniques-andy-mckees-drifting
  3. Flamenco Guitar Techniques and Definitions URL: https://richterguitar.com/flamenco-guitar/flamenco-guitar-techniques-and-definitions/
  4. Jazz Articulation With Ghost Notes URL: https://pianowithjonny.com/piano-lessons/jazz-articulation-with-ghost-notes/
  5. Guitar Techniques: Hammer-ons, Pull-offs, and Slides URL: https://online.berklee.edu /takenote/guitar-techniques-hammer-ons-pull-offs-and-slides/
  6. New Age Music Guide: A Brief History of New Age Music – https://www.masterclass.com/articles/new-age-music-guide
  7. Bəzmigah – URL: https://www.youtube.com/watch?v=2asS7gxFMEc
  8. Crying Waterfall – URL:https://www.youtube.com/watch?v=QgnNwVVhVaM
  9. Pulse – URL:https://www.youtube.com/watch?v=a6cXG3zld_A
  10. Lake – URL:https://www.youtube.com/watch?v=iRt30SnquWg
  11. Mirage – URL:https://www.youtube.com/watch?v=dtEgHeS8Plw
  12. Dark East – URL:https://www.youtube.com/watch?v=bQpKok9SNRk

Not nümunələrində istifadə edilən bəzi simvollara dair qeydlər:

Qeyd 1. Ayırma sim metodu – tar ifaçılığında geniş istifadə olunan üsullardan bi­­ridir. Bu ifaçılıq üsulu bir cüt simi (məs. ağ simin iki telini) ayıraraq hər biri ilə müx­tə­lif yüksəklikdə yerləşən səslərin eyni anda icrasını nəzərdə tutur. Burada cüt simin (aşa­ğı­dan yuxarı) 1-ci teli “b”, 2-ci teli “a” kimi adlandırılır. Məsələn, açıq ağ simdə I tel – “○b”, II tel – “○a” kimi, açıq sarı simdə I tel – “(○b)”, II tel – “(○a)” kimi, açıq kök sim­də isə “○b.” və “○a.” kimi işarələnir. Eyni qaydada digər applikaturalarda: “1b”, “1a”, “(2b)”, “(2a)”, “3b.”, “3a.” və s. (Bax: Nümunə № 3; 4; 6; 7; 8; 9). Notlaşdırma za­ma­nı bağlama alətinə dair aparılan tədqiqatların nəticələrindən faydalanmışıq. Bu təd­qi­qat­lar­dan Erkan Çanakçı və Mahir Mak [4], Recep Yeşilyurt, Ünal İmik və Sinan Haşhaşın [7] araşdırmalarına istinad edirik.

Qeyd 2. Lal barmaq texnikası – birinci səsin gücü (simin titrəyişi) hesabına növ­bəti səs mizrabsız (barmaq qoymaqla) ifa olunur. Notasiyada liqalanmış notlarda ikin­ci səs mizrabsız ifa edilir və kiçik not başlığı ilə işarələnir. Kiçik not başlığı ilə ya­zıl­mış notlar nisbətən daha qısa və ani səsləndirilir. Bu da onları xüsusiyyətcə lal barmağa ya­xınlaşdırır və əsas melodik xətdən ayırır. Lal barmaq texnikası enən passajlarda, tə­k­rar­lanan ikili səslərdə, texniki-virtuoz gəzişmələrdə müəyyən melizm, bəzək yaratmada xü­susi əhəmiyyət kəsb edir (Nümunə № 15-17).

Qeyd 3. Dartma sim texnikası – simlərin sol əl barmaqları vasitəsi ilə səs­lən­di­ril­məsi üsuludur. Bu zaman mizrabın iştirakı olmadan sol əl barmaqları ilə simlər dartılır (bar­mağın mizrab kimi istifadəsi ilə). Bir qayda olaraq simlər yalnız aşağıya doğru dar­tı­lır və bu da üst mizrabın vuruşu ilə uyğunlaşır. Nisbətən daha yumşaq, zəif səslənmə əmələ gəlir. Not mətnində “+” simvolu ilə işarələnir (Bax: Nümunə 3; 6; 8). Həmid Vəkilov bu işarədən cırmaq üsulunu göstərmək üçün istifadə etmişdir [2, s. 41-43].

 Kanan SADIGOV

Ph.D student of ANC

MODERN ASPECTS OF TAR PERFORMANCE IN THE ARTISTIC WORK OF SHAHRIYAR IMANOV

 

Abstract: The article examines the artistic activity of the young tar performer Shahriyar Imanov. His experimental performances in popular music genres, as well as his synthesis of traditional playing style with contemporary musical approaches, draw particular attention. In this context, various aspects of Shahriyar Imanov’s tar performance and several of his original compositions – such as Bezmigah, Crying Waterfall, Pulse, Lake, Dark East, and Mirage – are examined. Each of these compositions emergers as a synthesis of traditional musical experience and modern (new) elements. The exploration of all these aspects within the scope of his artistic activity, as well as the study of contemporary playing techniques applied in tar performance (such as ghost, golpe, apagado, rasgueado, flageolet, hammer-ons, fingerstyle, shelpe), is of particular interest. The examination of modern playing methods, their incorporation into tar notation, and the transcription and analysis of the aforementioned compositions constitute the main objective of the article and are presented here for the first time.

Keywords: Shahriyar Imanov, contemporary tar performance, playing technique, modern musical composition, tradition and modernity, flageolet technique, ghost notes

 

Кeнан САДЫГОВ

Докторант АНК

СОВРЕМЕННЫЕ АСПЕКТЫ ИСПОЛНИТЕЛЬСТВА НА ТАРЕ В ТВОРЧЕСТВЕ ШАХРИЯРА ИМАНОВА

 

Аннотация: Статья посвящена анализу творческой деятельности та­рис­та Шахрияра Иманова. Особое внимание привлекают его экспериментальные выступ­ления в жанрах популярной музыки, а также синтез традиционного стиля исполнения с современными музыкальными подходами. В этом контексте расс­мат­риваются различные аспекты исполнения на таре Шахрияра Иманова и несколько его оригинальных композиций, таких как «Bəzmigah», «Crying Waterfall», «Pulse», «Lake», «Dark East» и «Mirage». Каждая из этих композиций предст­авляет собой синтез традиционного музыкального опыта и современных (новых) эле­ментов. Изучение всех этих аспектов в рамках его художественной дея­тель­ности, а также исследование современных техник исполнения на таре (таких как «призрачные ноты», «гольпе», «апагадо», «расгеадо», «флажолет», «хаммер-он», «фингерстайл», «шэлпе») представляет особый интерес. Анализ современных методов игры, включение их в нотную запись тара, а также транскрипция и анализ упомянутых композиций составляют основную цель статьи и представляются впервые.

Ключевые слова: Шахрияр Иманов, современное исполнительство на таре, техника исполнения, музыкальная композиция, традиции и современность, техника флажолета, призрачные ноты

 

Rəyçilər: sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova

                   filologiya üzrə fəlsəfə doktoru, dosent Fəxrəddin Baxşəliyev

Mövzuya uyğun