AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 1, 2015

 

Abbasqulu NƏCƏFZADƏ

Azərbaycan Milli Konservatoriyası,

sənətşünaslıq üzrə elmlər doktoru, dosent

E-mail: a.najafzade@yahoo.com

 

Dədəm Qorqud – Əlihüseyn Dağlının əlyazmalarında

 

Açar sözlər: Dədə Qorqud, Əlihüseyn Dağlı, “Ozan Qaravəli” əlyaz­ması, ozan, qol­ça qopuz çalğı aləti

 

Məsələnin qoyuluşu. Dədə Qorqudun indiyə kimi də müəmmalı qalan məzar ye­rinin öyrənilməsi təhlilə cəlb edilmiş və bu məsələ elmi baxımdan araşdırıl­mış­dır.

 İşin məqsədi. Əsas məqsəd məsələnin qoyuluşunda göstərilən problemin əsl ma­hiy­yə­tini çözməkdir.

 “Ozan Qaravəli” əlyazması haqqında

 Əlihüseyn Dağlı (02.09.1898, Xızı-28.01.1981, Bakı) XX əsrin ta­nın­mış dövlət xa­di­mi və siyasi-ic­timai xadim, folklor tədqiqatçısı olub. Onun “Ozan Qaravəli” ad­­lanan 5 his­sə­li əlyaz­ma­sı əsasən, 1924-1958-ci il­ləri əhatə edir.

Peşəkar inqilabçı, hüquqşünas və dövlət xadimi, Azərbaycanın ilk Hər­­bi Ko­mis­­sarı Ə.Dağlı elmi, ədəbi-bədii yaradıcılıq və jurnalistika sa­hə­­sində də qələmini sı­nayıb, ya­zı­ları bəyənilib. O, uşaqlar və gənclər üçün bir neçə kitab nəşr etdirib. Ə.Dağlının M.F.Axun­dov adı­­na Azər­bay­can Milli Kitabxa­na­sın­da qorunan “Xal­ça­çı Pəri” (1) və “Qaragöz” (2) adlı kitab­la­rı bu baxımdan ma­raqlıdır. Kitablardakı hekayələrdə mü­əl­lif yeni quruluşa uy­ğun­la­şan ins­an­la­rımızın iç dün­ya­sı­nı sadə dil­lə, incə bə­dii bo­ya­larla təsvir edib.

Azərbaycan xalqının görkəmli şairi Mikayıl Müşfiqin başqa yaxın qo­hum­ları ki­mi, Ə.Dağlı da təqiblərə məruz qalıb, izlənmiş, şərlənmiş, tut­du­ğu vəzifələrdən azad edi­lə­rək 1937-ci ildən 1955-ci ilədək “millətçi-uk­lonist”, “pantürkist” damğa­sı ilə həbsxana və sür­gün həyatı yaşayıb.

“Ozan Qaravəli” əsərinin adına ilk dəfə sənətşünaslıq üzrə elmlər dok­to­ru, pro­fes­sor Sə­adət Ab­dul­la­yevanın əsərlərində rast gəlmişdim. Əsərdə olan zəngin və maraqlı bil­gi­lə­ri oriji­nal­dan əldə etmək üçün AMEA Mə­həm­məd Füzuli adına Əl­yaz­­ma­lar İnsti­tu­tu­nun keçmiş rəhbər­li­yinə rəsmi şə­kildə müraciət etdim. Çətinliklə də olsa icazə aldıqdan sonra əsəri his­sə-hissə köçürüb kom­püterin yaddaşına sal­dım və daha sonra nəşr etdir­mək qərarına gəl­dim.

Fikrimi filologiya elmləri namizədi Hacı Firudin Qurbansoya bil­dir­dik­də sevin­di­yin­dən sö­zü­mü yarımçıq kəsib dedi: “Çox gözəl iş görür­sən. Amma əlyazmanı min bir bə­ha­nə edib sənə ver­mə­yəcəklər. Necə ki, bir vaxtlar Cəlil Bağdadbəyovun “Xatirələri”ni is­tə­dikdə utan­madan “itib” de­yirdilər. Amma sənə bir şad xəbər ve­rim ki, Ə.Dağlı mə­nim qo­hu­mumdur. Əsərin əski əli­fba ilə yazılmış orijinalı ya­xınlarında qoru­nur”.

Bir neçə gündən sonra Hacı Firudin saralmış vərəqlərdə yazılmış qov­lu­ğu mənə gös­­tər­di. Əs­ki, ərəb qrafikalı əlifbanı oxuya bilmədiyimdən Ha­cı Firudindən Ə.Dağ­­lının öm­­r­ünün son­la­rın­da əl­yazmaya əlavə etdiyi sə­hifəni oxumağı xahiş et­dim. O, uca səslə ya­zılanları oxu­­du: “Əziz­lə­rim, bu əsəri möhkəm qoruyun. 1969-cu ildə kiril əlifbası ilə üzünü kö­çü­rüb Azərbaycan Elmlər Aka­demiyasının İn­cə­sə­nət və Memarlıq İnst­i­tu­tu­na təhvil ver­mi­şəm. “Ozan Qaravəli”ni çox say­maz­ya­na qəbul etdiklə­rin­dən məndə belə şübhə ya­ran­dı ki, əsəri “itirəcəklər”. Belə hal­lar həya­tım bo­yu mənim başıma çox gəlib. Kim­lərə yaxşı­lıq etmişəmsə, əvə­zin­də çox za­man pislik, xə­ya­nət görmüşəm…

Əsərin ayrı-ayrı hissələrini (“Mahur”, “Mahnı”, “Çahargahın təsviri”, “Ağı qa­ra­dan, qaranı ağ­dan ayırmaq” və s.) dövrü mətbuatda çap olun­maq üçün vermi­şəm, la­­kin heç bi­ri işıq üzü gör­mə­yib. Əlyazmamı geri is­tədikdə isə cavab həmişə ey­ni olub: “itib”. Qor­­xuram ki, “Ozan Qa­ra­və­­li” də “itəcək”. Əzizlərim, ona görə əl­yaz­ma­mı qorumağı tə­­vəqqe edi­rəm, deyirəm yazdıq­la­rım bəlkə gələcəkdə gərəkli ol­du. Həm də əlyaz­ma­nı Əlihüseyn babanızdan bir “tutiyə” kimi sax­layın. Hər za­man baba­nı­zın əllərinin izi hop­muş vərəqləri oxuduqda məni xatırlayarsınız. Al­lah əma­nəti, əlyazmadan muğayat olun”.

Sonradan əsərin Hacı Firudində olan variantın bəzi vərəqlərini də ki­ta­ba əlavə etdik. Ə.Dağlı əs­ki əlifbadan əlyazmanı kirill əlifbasına köçü­rər­kən artıq 71 ya­şın­da idi… Bu sə­­bəbdən köçür­mə zamanı bir sıra anlaşıl­maz­lıqlar əmələ gəlib. Mü­əl­lif ömrünün so­nuna kimi evdəki nüsxənin üzə­­rində işləyib, müəyyən əlavələr edib.

Son illərdə əl­yaz­ma­nın I hissəsi nəşr olunub və geniş oxucu kütləsinin ix­tiya­rı­na ve­ril­­miş­dir (3).

Əsərin I hissəsi əsasən, musiqi haqqında araşdırmalardan ibarətdir. Hə­­min his­sə­də mu­siqinin fi­zioloji, psixoloji və tibbi təsirlərindən, çalğı alət­lərindən, muğam­la­­rı­mızdan geniş söhbət açılır. Bu­rada çoxşaxəli elmi araş­dırmalar apararaq musi­qi­mi­zin tipologiyası, təsnifatı, alətşünaslıq təd­qiqatları peşəkar elmi tələblər səviy­yə­sində verilmişdir. Mü­əl­lif mü­ta­liə etdiyi, şəxsən gör­dü­yü mətləblərdən səmimi söh­bətlər açır, müxtəlif elm sahələrinin çoxsaylı məlumatından isti­fa­də edərək nə­zər­də tutduğu fik­ri oxucusuna hər­tə­rəfli təqdim etməyi bacarır. Burada filologi­ya­nın eti­­mologiya, fonetika, əruz bəhsləri ilə yanaşı, istoqrafiyanın memuar, et­no­qra­fi­ya, etnogenez sa­hə­ləri, incəsənətin rəssam­lıq, xalçaçılıq, ak­tyor­luq, coğrafiya­şü­nas­lığın toponimika, biologiyanın bo­tanika, zoo­psi­­­­xo­lo­gi­ya, qədim idman növlə­rin­dən və kulinariyadan hərtərəfli dərin biliyi olan bir alim kimi məlumat verir.

Ə.Dağlının (C-1021/99 şifrə­li) “Ozan Qaravəli” adlı əlyazması ilə ya­xın­dan ta­nış ol­maq üçün şə­rait ya­rat­­­­dığına görə, AMEA M.Füzuli adına Əl­yaz­ma­lar İns­ti­tu­tu­nun keçmiş di­rek­to­ru, fi­lo­­lo­giya elmləri doktoru, mər­hum Məmməd Adi­­lovun (1953-2011) unudulmaz ruhu qarşısında baş əyi­­rəm.

İndi isə “Ozan Qaravəli” adlı əlyazmada Dədə Qorqudla bağlı rastlaş­dı­ğım bəzi mə­qam­la­ra diqqət yetirək.

Dədə Qorqudun Azərbaycanda izləri

Əlihüseyn Dağlının “Ozan Qaravəli” adlı əlyazmasında (xüsusən də II-III his­sə­lərdə) qor­qud­şünaslıq baxımından bir sıra maraqlı məqamlar vardır. Mənbədə Də­də Qorqudun qəbrinin 4 müx­­təlif məkanda olduğu eh­timal şəklində verilir: 1. Türkiyənin Bay­burt şəhəri, 2. İraq torpağı (Mo­­­sul); 3. Öz­bəkistanın Sır-dər­ya vilayəti; 4. Azər­baycan ərazisi.

Bu versiyalar müxtəlif tarixi məxəzlərdə öz əksini tapıb. Biz o fikir­də­yik ki, bun­lar­dan ən inan­­dı­rı­cısı Azər­baycan variantıdır. Çünki Azər­bay­can­da Dədə Qor­qu­dun bir sı­ra digər izləri də qal­maqdadır. Bu izlər han­sı­lar­dır?

Ə.Dağlı “Dədə Qorqud kitabı” dastanını rus dilinə tərcümə etmiş və nəş­rə ha­zır­­la­mış sovet şərq­şünası, akademik Vasili Vladimiroviç Bar­tol­da (1869-1930) isti­na­dən (yə­qin burada onun “Ber­mekidi” əsəri nəzərdə tu­tulur) Dədə Qorqudun qəb­rinin Dər­bənd yo­lun­da olduğunu bildirir. O, Azər­baycan Elmlər Akademiyasında çı­xışı zamanı bu haqda mə­lumat ve­rir. Əlyazmada bu­nun­la bağlı Krım-tatar və Azər­baycan sovet dilçisi, ədə­­­biy­yat­şü­nas, şa­­ir, professor Bəkir Çoban­za­də (1893-1938) ilə əlaqəli bir dialoq da təq­dim edi­lir. B.Çobanzadə Dədə Qorqudun qəbrinin Dər­­bənd­də olduğunu deyir. Ə.Dağ­­­­lı isə bil­di­rir ki: “qəbri Dərbənd yolunda ax­tar­maq lazımdır”. Or­ta əsr mən­­bələrində Təb­riz yolu, Mək­kə yolu, Sa­man yolu (sə­ma­vi yol), İpək yolu ki­mi, Dərbənd yolu ifadəsi də tez-tez iş­lə­­di­lirdi. Bu yol – Dər­bənd­dən Xəzərətrafı ərazidən və Xı­zının Al­tı­a­ğac kən­dindən ke­çə­rək Şa­ma­­xı­ya qədər uzanır. Ə.Dağlı Dədə Qorqudun qəb­ri­ni məhz bu yer­lərdə ax­tarmağa baş­layır. Xızının Cığatay düzündə Gi­lə­zi kənd sakini Ço­ban Al­­lah­ver­didən “bəl­kə bu tərəflərdə adi qəbirlərdən xey­­li uzun məzara rast gəl­mi­sən?” deyə, soruşur (4). Ona “deyi­lən­­lərə gö­rə Dədə Qor­qud ucaboylu (3 metrə yaxın) olub” fikrini də söyləyir.

Çoban bir az fikirləşəndən sonra Aşağı Baxşılı kəndinin qə­bir­stanlı­ğın­­da be­lə bir qə­bir ol­du­ğu­nu söyləyir. Ə.Dağlı bu qəbri axtarıb tapır və mən­bədə, əlyaz­ma­sın­da həmin ye­rin şərti “xə­ri­tə­si”ni çəkir.

2

Bu qəbirin həqiqətən Dədə Qorqudun olub-olmamasını mütəxəsislər, ar­xeoloq­lar mü­əy­yən­ləş­dirməlidirlər.

Ə.Dağlı əlyazmasının III hissəsində oxucuya sual-cavab şəklində Də­də Qor­qud­dan söz açır:

Sual: Dədə Qorqudun qəbrini professor Çobanzadə Dərbənd yaxın­lı­ğın­da ni­şan ve­rir­di, bu­na sən necə baxırsan?

Cavab: Çobanzadə Bakıya təzə gələndə ilk çıxışını Kommunist kü­çə­sin­də, sa­biq “Re­­alnıy uçi­lişe”nin zalında etdi. Dədə Qorquddan dediyi sözləri mən bila­va­si­tə eşit­dim. İntəhası mən “yan” yox, Dərbənd yolunda gös­tərirəm. Bir də əgər Dər­bənd ya­nında belə qəbir olsaydı, imam si­fə­tin­də olan Dədə Qorquddan daimi möv­hu­mi bir zərrə ni­­­şan qalmış olardı. Mən­sə, bu nişa­nə­lə­ri Cığatay torpağı, Xızır-zin­də örüşündə gös­tə­ri­rəm. Əlan da mən mətləbimə çatmışam. Dədə Qor­qudun çal­dı­ğı qopuzun izini Za­qa­ta­la­da – Qəbiz dərədə, Gəncədə – Kəpəzdə izləmişəm” (5).

Əsərin III hissəsinin “Dədə Qorquddan” başlıqlı məqaləsində də sual-ca­vab davam et­­di­ri­lir:

Sual: Sən ki, Xızır-zində dağını, Baxşılı kəndini, “qorqud” adlı xörə­yi piş çə­kə­rək on­lar ilə Də­də Qorqudun və onun çaldığı musiqi aləti qo­pu­z­la əlaqəmənd edir­sən, fik­ri­ni nə ilə əsaslan­dı­rır, nəyə arxalanırsan?

Cavab: Arxalanıram coğrafi qərar tutmuş yerlərə, V.V.Bartoldun Dər­­bəndi Də­­­də Qor­qud qəb­rindən ötəri səmt göstərməsinə, Azərbaycan ali­mi, şair, maarif­pər­vər Ab­bas­­qu­lu xan Qüd­sinin [1] “Şirvan abidələrlə zən­gin­­dir” işarəsinə. Fikir isə özü­mündür. Mən Dədə Qorqudun İmam, Şeyx cə­lalında olması və qopuzunu Azər­bay­canda çalma­sı­nı müx­tə­sər, müəy­yən­ləş­dir­mişəm. Əl­bəttə bu, bütün Dədə Qor­qud ilə əlaqəmənd yeni kəşf­dir. Razı ol­mayanları da vaxt gələr, ca­van­lar mənim fik­ri­mi daha da əsas­lan­dırar, on­la­rı razı salar.

Qeyd: Mən Bartold ilə Abbasqulu xan Qüdsini qəsdcə göstərdim. O da cahil tən­qid­çi­lər üçün. Bilsünlər ki, yazdıqlarım məntiqsiz, dibsiz, özül­süz degül.

Sual: Sən əsərində Dədə Qorqudu bir Övliya, İmam dərəcəsinə qal­dı­rır­san. Onu Xı­zır pey­ğəm­bərin ainəsi təki qələmə verirsən. Cığatay dü­zün­də, Xızır-zində ya­xın­­lığında qəbrinin olma­sı­nı göstərirsən və i.a. Bun­lar­dan başqa Dədə Qorqud ba­rə­sində yeni fi­kir­lərin vardırmı?

Cavab: Dədə Qorqudun şəninə deyilənləri mən Azərbaycan, Qaza­xıs­tan, Özbə­kis­tan, Türk­mə­nis­tanda ağızlardan eşitdiyim təki, olan tarixi əsər­­lərdən (Drez­dendə və Vati­kanda qo­ru­nan nüsxələrə işarə) al­­mışam. Qəb­rin Dərbənd sahəsində ol­ma­sı da əxz edil­miş məlumatdır. Lakin mən qəb­­­­rin yerini Dərbənddə yox, Xızır-zin­dədə müəyyən­ləş­dir­mişəm. Bu da keç­miş Dər­bənd sa­hə­sində, Cığataydadır. O ki qaldı Baxşılı kən­di­nə, onu mən Dədə Qorqud ölən­dən sonra ətra­fı­na cəmlənən aşıq-baxşılar ocağı tə­ki qə­lə­mə verməyi iki-üç söz ilə cəhd et­mişəm. Dəlil, yeni də­lil. Çox ma­raqlıdır, Xızır-zində həndəvərində 1945-ci ilə­cən bü­tün kəndlərdə (Zər­­gərli, Fındığan, Siyəzən, Zarat, Kəş və qeyriləri) tatca biliblər. Am­ma Baxşılı kən­­dində dədə-babadan Azərbay­can türk­cə­sində danışıblar” (6).

Ə.Dağlının yazdığına görə elmin sirlərinə yiyələnmək üçün Musa pey­ğəm­bər dirilik suyu içmək üçün Makedoniyalı İsgəndər (Zülqərneyn) [2] ki­­mi, Dədə Qorqud da Xızır pey­ğəm­bərin ya­nı­na gəlibmiş. O, ömrünün son illərini Xızır-zində ziya­rət­ga­hı ətrafında ke­çi­rir ki, Xızır peyğəm­bər­lə gö­rüşüb, ondan dirilik suyunun yerini so­ruşsun. Görünür, belə bir görüş, is­­tək Dədə Qor­­qu­da nəsib ol­ma­yıb. O, xəstələnir, dün­yasını bu dağlarda də­­­yi­şir və ora­da da dəfn edilir. Sonralar onu müşayiət edən­lə­rin bir his­sə­si bu məzarın ətra­fın­da məskən sa­lıblar. Orta əsrlərdə ozanlara baxşı [3] da de­­­­yib­lərmiş. Türkmənistanda, Özbəkistanda, Xorasanda (İran ərazisi) in­di də oza­nı baxşı adlan­dı­­rır­­lar. Bütün türk el­lə­rin­dən baxşılar Dədə Qor­qu­dun qəbrini ziyarətə gə­lər­miş və on­la­­rın da bir çoxu geri dön­mə­yib bu­ra­da yurd salıblar. Be­lə­lik­lə, bu ya­şa­yış məntəqəsi onların şə­rə­finə Bax­şı­lı ad­lan­­dı­rı­lıb. Son­ra­lar tə­bii fəlakət nəticə­sin­də həmin kənd dağılıb, sa­kin­ləri isə Xızı-Al­tı­a­ğac yolu­nun üs­­tündə məs­kunlaşıblar və bura bir müddət Yuxarı Bax­şılı adlanıb. Ə.Dağlıya görə Bax­­şılı kən­di­nin sakinləri Dədə Qor­qud yadigarlarıdır.

Ə.Dağlı Siyəzən sözünün etimologiyası barədə də maraqlı fikirlər irəli sü­rür. Si­yə­zən sözünü bir çoxları “siyə” – qara, “zən” – arvad mənasında açır­lar. Ə.Dağlı bu fi­kir­lər­lə razılaşmır. Xızı-Bər­mək mahalında qadın, ar­vad adıyla bağlı heç bir ya­şayış mən­tə­qəsi yoxdur. Ə.Dağlı Siyəzən sö­zü­nü də Dədə Qorqudla bağlı ya­ran­dı­ğını izah edir. Onun fikrincə, Si­yə­zən – “saya” (daha doğ­rusu, “sayaçı”) və “ozan” sözlərinin birləş­mə­sin­dən yaranıb. Siyəzən kəndi vaxtilə Aşağı Bax­şılı kən­­di­nin bir neçə kilo­metr­­li­yin­də olub. Ə.Dağlıya görə Dədə Qorqudun qəb­ri­ni ziya­rə­tə gə­lən ozan­ların bir hissəsi də bu­ra­da məskunlaşıb və kəndi Saya­ozan ad­lan­dı­rıb­­lar. Sonralar Sa­ya­ozan tələffüzdə Si­yə­zənə çevrilib.

Maraqlıdır ki, Xızı bölgəsində “qorqud” adlı xörək də vardır. Bu xö­­rə­yi Bax­şı­lı­lar xüsusi us­ta­lıqla, çox ləzzətli bişirirlər. Ə.Dağlı mənbədə “qorqud”un reseptini təq­dim edir. Görünür, “qor­qud” xörəyini Dədə Qor­qud icad edib, ya da xoşladığı xö­­rəklərdən biri olduğundan onun şərəfinə be­­lə  adlan­dı­rı­­lıb.

Alman səyyah və təbiətşünası, İs­veç səfirli­yi­­­nin nümayəndəsi En­gel­bert Kemp­fe­rin (1651-1716) çəkdiyi Xızır-zindənin rəsmi də çox maraq­lı­dır. Bilindiyi kimi, E.Kemp­fer 1683-1684-cü il­lərdə Azərbaycanda olub. Ə.Dağlının yazdı­ğı­na görə bu rəsmdə Dədə Qorqudun qəbri görü­nür. Ə.Dağlı yazır: “Qazaxıstanda Çulak-tau de­yilən yurdda mö­tə­bər bir şəxs­lə söhbət zamanı müx­tə­sər də olsa, Dədə Qor­qud­dan [4] da danışdıq. Mü­­sa­hi­bim söhbətimizdən razı qal­dı. Ovucun­da nas silkələyib di­­linin al­tına atdı və maraqlı bir söz dedi: “Dədə Qorqud ölünü gö­rən­­də qorxub qa­çar­mış”.

Həqiqətən, Dədə Qorqud barədə bu fikri ilk dəfə idi ki, eşidirdim. Azər­baycan ədə­­biy­yatında, ta­­ri­xin­­də Dədə Qorqud həm də bir şeir, po­e­zi­ya məktəbinin başçısı ki­mi ta­nı­nır. Mən gə­lə­cək ax­ta­rış və şərhlərimdə Də­də Qorqudun həm də musiqiçi ol­duğunu mü­­əy­yən­ləş­dir­dim. Onun çal­dı­ğı musiqi alətinin adı qopuz imiş ki, telləri bu­­rul­muş at quy­ruğunun tük­­lərindən ibarət olmuşdur. Tarixi mənbələr Dədə Qor­qu­du Or­ta Asiya xət­ti ilə Tür­k­mə­nistana gətirib çıxarır. Amma əgər bu da həqiqət­dir­sə, oğuz eli Dərbənd ərazisin­də olub və buna nişanələr də var, eyni zamanda Də­­də Qor­­qud da bu elin için­də yaşamışdır. Onda qopuzun incə, şüurlu ava­zı vaxtı ilə Azər­­bay­can tor­pa­ğında eşi­dil­miş­dir” (7).

Haşiyə: Ədalət Rzayev “El-oba yerlərimiz” adlı kitabın­da yazır: “Bu dağ yük­sək­­lik­lə­ri ara­sın­da Xızı-Bərmək mahalında Baş Bər­mək da­­­ğı, Xı­zır-zində piri kimi məş­hur olan qədim bir iba­dətgah da var­dır ki, bu əra­­­­zi­də Xızır və Musa pey­ğəm­bər­lərin görüşü haqda “Qurani Kə­ri­m”in “Kəhf” surəsində 60-cı ayədən başlayaraq son­rakı ayələrində mə­lumat ve­­rilir. Bu­­­­­­­­na da əsasalanaraq bəzi tarixi mənbələrdə bu da­ğa Musa və Xı­zır pey­ğəm­­bər­lə­­­­rin dağı da deyirlər.

Tanrı Musa peyğəmbərə vəhy göndərdi: Elm elə böyük nemətdir ki, bir nə­­fə­rin onu öy­rən­mə­si kifayət deyil. Yer üzündə elə bir şəxs var ki, Tan­rı onun el­­­mini və il­hamına düşən payı sən­dən artıq edibdir.

Musa dedi: Pərvərdigara, onun yerini mənə göstər ki, görüşündən fay­da­­la­nım və elminin, il­ha­mının nurundan bir çıraq yandırım.

Tanrı Musaya xəbər göndərdi ki, “Məcməul-Bəhreyn”də onunla görü­şə­cək­sən” (8, s. 6).

Dədə Qorqudun Xızı-Beşbarmaq mahalında olması barədə tarix elm­lə­ri nami­zə­­­di (in­­­diki ta­rix üzrə fəlsəfə doktoru), professor Tərlan Ağayev də “Azərbaycanın Xızı-Bər­mək mahalının ta­ri­xi” (II hissə) adlı əsərində ge­niş mə­lu­mat ve­­­rir (9, s. 3, 20-21). Kitabda bu ma­hal­da ol­muş al­man ali­mi və səyyahı Adam Olearinin (1603-1671) 1643-cü ildə qələmə al­dığı xa­­tirələri, yəni yer­­li camaatdan eşitdiyi Də­­­­də Qor­qudun Xızıya gəlişi haq­da qeyd­lə­ri ve­ri­lir: “İmam Qor­­­qudun qəb­ri dağda idi. Qor­qud haqqın­da söyləyirlər ki, o, Məhəm­mə­din (s.ə.) dostu olmuş, həmişə onun ayaq­la­rı yanında oturmuş, ondan dərs almış və onun ölü­­mündən sonra 300 il ya­­şa­mış­dır. Onun qəbri qayalıq bir dağda ol­muş böyük bir ma­ğa­ra için­də­dir. Ta­butun ya­nında bir qarı oturub gö­­­zətçilik edir­­­di. Şəhərdən və uzaq yer­lər­dən çox­lu qadın və qızlar gəlmişdilər. Dua et­dik­­­dən son­ra on­lar qarıya bir para pay ve­rirdilər. O da mü­qəddəs bir adam sa­yı­­­lırdı və ge­cələr tabutun ya­nında sön­­dür­mə­dən çı­raq yan­dı­rır­dı” (10).

1

Xatırla­daq ki, A.Oleari 1636-cı ildə Şlezviq-Hol­şteyn səfirliyi nü­ma­yən­­də he­yəti­nin tərki­bin­də katib və daha sonra məs­lə­hətçi kimi çalışmış, Şa­maxı, Xı­zı və Ər­də­bil­də ol­muş­dur.

Ə.Dağlı əlyazmada Beş Beşmağın müxtəlif əsrlərə aid şəklini təqdim edir: Sol­da 1683-cü il­də Engelbert Kempferin (1651-1716) çək­di­yi, or­ta­da 1770-ci il­də Sa­mu­el Qot­­lib Qme­linin (1745-1774) və sağda Beş Bar­ma­ğın müasir günlər­də­ki, ya­xın keç­miş­də­ki fotosu.

Bu şəkillər alman səyyahları E.Kempferin “Amoenitatum exoticarum poli­ti­co-physico medi­ca­rum” (11, s. 740-745) adlı yol qeyd­lə­­rində və S.Q.Qmelinin “Üç təbii aləmi təd­qiq et­mək üçün Rusiyaya səya­hət” adlı xatirəsində öz əksini ta­­pır (12).

E.Kempferin çəkdiyi Xızır-zində (Beş Barmaq) pirinin rəsmi də tarixi ba­­xım­­­dan çox maraq­lı­dır.

Nəticə olaraq deyə bilərik ki, Ə.Dağlının olduqca qiymətli əlyaz­ma­sı­na isti­na­­dən Dədə Qor­qu­dun qəbrinin yerini müəyyənləşdirmək müm­kün­dür.

Adam Oleariyə istinadən Dədə Qorqud həzrət Məhəmməd peyğəm­bər­lə gö­rüş­müş və onun ölü­mündən sonra 300 il yaşamışdır. Məhəmməd (təq­ribən 17.08.570-08.06.632) peyğəmbər 632-ci ildə dün­ya­sı­nı də­yi­şib. De­məli, həmin fakta əsas­lansaq, Dədə Qorqud 300 il deyil, da­ha çox ömr sür­­müş, 932-ci ilə qədər yaşa­mış­dır. Hər halda Dədə Qorqud Mə­həmməd (s.ə.) pey­ğəmbərlə gö­rü­şəndə də müd­­­­rik, el ağ­saq­qalı olub. Bu fakta əsa­sən, Dədə Qor­­qu­dun ən azı 340-350 il ömr sür­düyünü söyləyə bilə­rik.

 Qeydlər:

  1. Abbasqulu Ağa Bakıxanov (1794-1847) – Qüdsi ədəbi təxəl­lü­sü­dür, Bakı xanı II Mir­zə Mə­həm­­mədin oğludur.
  2. İskəndər Zülqərneyn (e.ə. 356-323) – Şərq ədəbiyyatında, mi­fo­logiyasında, folklo­run­da və ta­ri­xi mən­­bə­lərdə Makedoniyalı İsgəndərin (Böyük Aleksandr) geniş yayılmış adı.
  3. Türkmənistanda müasir dövrdə ozanı baxşı, Qazaxıstanda isə akın adlandırırlar.
  4. “Kitabi Də­də Qorqud” dastanının ilk cüm­­lə­sin­­də – “Bismillah-ir-rəhmanir ir-rə­him”­dən sonra Dədə Qor­­qudun (təxminən 580-932) Ba­yat adlı tayfadan çıxması bil­di­ri­lir.

 

İstifadə edilmiş ədəbiyyat:

  1. Dağlı Ə. (Həmidov Ə.H.). Xalçaçı Pəri. B.: Azərsənətbirliyi, 1930, 30 s.
  2. Dağlı Ə. (Həmidov Ə.H.). Qaragöz. B.: Azərnəşr, 1936, 70 s.
  3. Dağlı Ə. (Həmidov Ə.H.). Ozan Qaravəli (I kitab). B.: MBM, 2006, 192 s. (kitab mü­əl­li­fin AMEA M.Fü­­zuli adına Əl­yaz­­malar İnsti­tutunda C-1021/9974 şifrəsilə qo­­ru­­nan əl­yaz­­­ma­sı əsa­sında A.Nəcəfzadə tə­rə­fin­dən tərtib edi­lib).
  4. Dağlı Ə. (Həmidov Ə.H.). Ozan Qaravəli. 5 hissəli əlyazmanın II his­səsi, “Yenə Dədə Qor­qud­­dan” mə­qa­ləsi. AMEA M.Fü­zu­­­li adına Əl­yaz­­­ma­lar İns­ti­­tu­tunun fon­du. C-1021/9974 şifrəli əlyaz­ma.
  5. Dağlı Ə. (Həmidov Ə.H.). Ozan Qaravəli. 5 hissəli əlyazmanın III his­səsi, “Dədə Qorqudun qəb­­ri səmti, təq­ribi xəri­tə­si” məqaləsi. AMEA Əl­yazmaları İnstitutunun fon­du, C-1175/38009 şifrəli əl­­yaz­­ma.
  6. Dağlı Ə. (Həmidov Ə.H.). Ozan Qaravəli. 5 hissəli əlyazmanın III his­səsi, “Dədə Qor­qu­d­dan” məqaləsi. AMEA Əlyazmaları İnstitutunun fon­­du, C-1175/38009 şifrəli əl­yaz­­ma.
  7. Dağlı Ə. (Həmidov Ə.H.). Ozan Qaravəli. 5 hissəli əlyazmanın II hissəsi, “Dədə Qorqudun qo­puzu” mə­qa­ləsi. AMEA M.Fü­zu­­­li adına Əl­yaz­­ma­lar İns­ti­­tu­tunun fon­du. C-1021/9974 şifrəli əlyaz­ma.
  8. Rzayev Ə.Ə. El-oba yerlərimiz. B.: 2004.
  9. Ağayev T.M. Azərbaycanın Xızı-Bərmək mahalının ta­ri­xi. II hissə. B.: Mü­­tər­cim, 2006, 134 s.
  10. Олеарий А. Подробные опиcание путешеcтвия Голштинcкого по­cоль­­cтва в Моc­­ковию и Перcию в 1633, 1636 и 1639 годах. Пер. c нем. П.Бар­cова. М.: Ун-cкая типография, 1870, 1033 c.
  11. Kaempfer E. Amoenitatum exoticarum politico-physico-medicarum. Fasciculus V. Lemgoviae, Typis & impensis H.W/ Meyeri, 1712, p. 740-745.
  12. Гмелин С.Г. Путеществие по России для исследования трех царств ес­тест­ва (al­man­­ca­dan rus dilinə tərcümə, azərbaycanca: “Üç təbii aləmi təd­qiq et­mək üçün Rusiyaya sə­ya­hət” adlanır, 3 hissəli). СПБ, Санкт-Пе­тер­бург, Императорской Академии Наук, 1771-85.

 

  

Аббаcгулу НАДЖАФЗАДЕ

доктор иcкуccтвоведения, доцент

 E-mail: a.najafzade@yahoo.com

 

Деде Коркут в рукописи Алигусейн Даглы

РЕЗЮМЕ

В статье приводятся сведения о могиле Деде Коркут. Иссле­дования пока не определили точное местоположение его могилы. В статье приводится объяснение данного факта.

Ключевые слова: Деде Коркут, Алигусейн Даглы, Рукопись «Озан Гаравели», озан, музыкальный инструмент голча гопуз

 

Abbasgulu NAJAFZADE

 Doctor of study of Art, Associate professor

 E-mail: a.najafzade@yahoo.com

 

Dede Gorgud in manuscript of Alihuseyn Dagli’s

SUMMARY

Information about a grave of Dede Gorgud is provided in article. Research isn’t defined exact location of its grave yet. In article partially explains about it.

Key words: Dede Gorgud, Alihuseyn Dagli, Manuscript of «Ozan Garaveli», ozan, musical instrument of a golcha gopuz.

 

Rəyçilər:

sənətşünaslıq üzrə elmlər doktoru, professor Səadət Abdullayeva;

sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Malik Quliyev.

Mövzuya uyğun