AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 2, 2015

 

 

Fehruz SƏXAVƏT

AMK-nın müəllimi

 

Şərqin 107 yaşlı operasının ilk Məcnunu

 

Açar sözlər: Azərbayan, Məcnun, Hüseynqulu Sarabski, aktryor, rejissor,opera

Azərbayan musiqi mədəniyətində xanəndəlik sənətiinin xüsusi rolu var­dır. Xanəndələr xalqın mənəvi aləminin, zəkasının, arzu-istəyinin ifa­dəçisi olan xalq musiqisini və muğam sənətini təbliğ etmiş, yaşat­mış və qoruyub saxlamışlar. Azərbayan musiqi mədəniyyətinin inkişa­fın­da bir çox görkəmli xanəndələrin adları dərin iz salmışdır. Bu xa­nən­dələr musiqi sənətinin bir çox anrlarının inkişafında aparıcı qüvvə ol­muşlar. Musiqi tarixindən məlumdur ki, bir çox xanəndələr mahir ifa­çı olmaqla yanaşı, həm də yaradıcı sənətkarlar olub, çoxlu sayda təsnif və rənglərin, lirik xalq mahnılarının, muğamların, zərbli mu­ğam­ların yaradıcısı olmuş­lar. Şifahi ənənəli musiqi mədəniyyəti xəzi­nə­sini öz yaratdıqları nadir sənət inciləri ilə zənginləşdirən xanəndə­lə­rin, eyni zamanda Azərbaycan operasının yaranmasında və bəstəkar ya­radıcılığının genişlənməsində böyük xidmətləri var.

Belə sənətkarlardan biri də XX əsr Azərbaycan milli musiqi mədə­niy­­yətinin parlaq şəxsiyyətləri sırasında öz yeri, öz mövqeyi olan ope­ra müğənnisi (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi, Azər­­bayanın xalq artisti Hüseynqulu Sarabskidir. Adı əsrin yeniləşən, də­yi­şən, müasirləşən sənət aləminin simvollarından birinə çevrilən, əs­rin sə­sinə səs verən, tarixi yaradan sənət fədailərindən biri olan Hü­seynqulu Sarabski səhnəmizin əfsanəvi Məcnunu kimi şöhrətlən­miş­dir. Sənətini musiqi incisi  ̶  “Leyli və Məcnun” zirvəsindən başlayan Sa­­rabski bütün ömrünü bu zirvənin məsuliyyətini dərk edərək ya­şa­mış, sənətinə, peşəsi­nə vurğunluğu ilə nəsillərə nümunə olmuş və za­man-zaman da olacaqdır.

Hüseynqulu Sarabski təkcə böyük aktyor, xanəndə, teatr xadimi, re­jis­sor, pedaqoq deyil, həm də bir şəxsiyyət olaraq tarixə iz salmışdır. O, eyni zamanda Azərbaycan professional musiqi teatrının banilə­rin­dən, 1908-ci ildən “Nicat” cəmiyyəti nəzdində “Müsəlman Opera truppası”nın yaradıcılarından biri və solisti olmuşdur.

Xalq artisti Hüseynqulu Sarabskinin həyat və yaradıcılığı xalqı­mı­zın incəsənət və mədəniyyət tarixi ilə sıx bağlıdır. Bu gözəl sənətkarın ya­radıcılıq biblioqrafiyası ən əvvəl Azərbaycan musiqili teatrının ya­ran­ması və möhkəmlənməsi tarixidir.

Uşaqlıq illərini ağır keçirmiş Sarabski üçün əsl məktəb ol­muş­­dur. Onun yaddaş xəzinəsi ən müxtəlif və əksər halda gözlənilməz mən­­bə­lər vasitəsilə zənginləşmişdir. Sarabskinin müşahidəçiliyi onun tə­fək­kür fəaliyyəti və təxəyyülü ilə daim təmasda olmuşdur. Onun bü­tün bədii qabiliyyətlərinin mərkəzində heç şübhəsiz ki, musiqi durur­du. Musiqi H.Sarabskinin bütün daxili aləminə hakim kəsilmiş, onun in­cə hisslərini və həyəcanlarını ifadə etmək üçün qüdrətli vasitəyə çev­rilmişdir.

Sarabskinin qeyri-adi musiqi duyumu, aktyorluq qabiliyyəti onun di­gər bədii yaradıcılığı üçün də geniş üfüqlür açmışdır. Uşaqlıq döv­rün­­dən başlayaraq ömrünün sonlarınadək mənsub olduğu xalqının mu­si­qisi bu böyük sənətkarı müşaiyət etmiş və inqilaba qədərki milli ope­ra obraz­larının bütöv bir qalereyasını yaratmaq üçün baza olmuşdur. Qeyd etmək lazımdır ki, Sarabskidə musiqi qabiliyyəti ilə yanaşı digər key­fiyyətlər də  ̶ aktyorluq, vokal, ədəbiyyat və s. eyni dərəcədə inki­şaf etmişdi.

Hüseynqulu Sarabski şəxsiyyətində azərbaycanlılara xas olan mu­ğam duyğusu çox güclü hiss olunur. O, sanki haqqında əfsanələr yara­dıl­mış istedadlı musiqiçiləri və xanəndələri xatırladır. Muğam dəst­gahı üçün xarakterik olan bütün cəhətlər bir insan, bir sənətkar kimi Sa­rabskidə əks olunmuşdur. O, muğamın əqli dərinliyini, hissi coş­qun­luğunu, yüksək kədər motivlərini böyük ustalıqla aça bilmişdir. Bü­tün bu keyfiyyətlərə yiyələnmək üçün xalq ruhunun daşıyıcısı və onun ümumiləşdiricisi ol­maq lazımdır. Ustad bu keyfiyyətləri yaradı­cı­lığının zirvəsi olan Məcnun rolunda göstərə bilmişdir. Lakin Sarab­ski təkcə opera artisti olaraq qalmamışdır. Yaradıcılığa 1906-cı ildə öz dos­tu və müəllimi Nəriman Nərimanovun rəhbərliyi ilə dram teatrında baş­lamış sənətkar Azərbaycan dramaturqlarının pyeslərində onlarla rol­larda çıxış etmişdir.

Dünya opera sənətinin unikal bir səhifəsi olan Şərqin və Qərbin mu­siqi teatr ənənələrinin kəsişdiyi muğam operasının tarixini Hüseyn­qulu Sarabskisiz təsəvvür etmək mümkün deyil. Azərbaycan opera­sı­nın yaranmasında və inkişafında Sarabskinin böyük xidməti olmuşdur. O, Azərbaycanın görkəmli dram aktyoru olmaqla həm də inqilaba qə­dər tamaşaya qoyulmuş bütün milli opera və musiqili komediyaların baş qəhrəmanlarının əvəzsiz ifaçısı idi. Hüseynqulu milli opera tari­xin­də Üzeyir Hacıbəylinin opera və operettalarında – Kərəm («Əsli və Kə­­rəm»), Şeyx Sənan («Şeyx Sənan»), Şah Abbas («Şah Abbas və Xur­şidbanu»), Söhrab («Rüstəm və Söhrab»), Sərvər («O olmasın, bu olsun»), Məran bəy («Ər və arvad»), Əsgər («Arşın mal alan»), Müs­lüm Maqomayevin «Şah İsmayıl»ında Şah İsmayıl, Zülfüqar Ha­cı­bə­yo­­vun “Aşıq Qərib”ində Aşıq Qərib rollarının ilk ifaçısı kimi ad qoy­du. Hər bir obraz üçün Hüseynqulu Sarabski təravətli, fərqli bo­yalar ta­pırdı.

Bu görkəmli sənətkarın yaradıcılıq inkişafını izləmək üçün onun tək­cə Məcnun obrazı üzərindəki işini yada salmaq kifayətdir. O, bütün ya­radıcılıq fəalimyyəti dövründə 400 dəfə bu rolda çıxış etmiş, Azər­ba­yan səhnəsinin əfsanəvi, təkrarolunmaz Məcnunu kimi tanınmışdı.

Sarabski özünün yaradıcı intuisiyasına və Azərbaycan xalqının əsr­lər boyu davam etmiş bədii təcrübəsinə istinad etmişdir. Sarabskinin təbii istedadı böyük Füzulinin ölməz poemasının və Üzeyir Hacıbəyli mu­siqisinin dərin humanist məzmunu ilə birləşərək bənzərsiz Məcnun ob­razının yaranmasına səbəb olmuşdur. “Kaspi” qəzeti 1910-cu il 9 may tarixli sayında yazırdı: “Sarabski, bu “səhnə Məcnunu” bu rolu oy­­namağa biganə qala bilməz. O, bu rolda ardıcıl olaraq Məcnunun bü­­tün fikirlərini, dərdlərini, əzablarını yaşayır. Sarabskinin Məcnun ro­lu üzərindəki işi obrazı başa düşmək, onu yaşamaq cəhətdən sənət­ka­rın necə böyük qabiliyyətə malik olduğunu göstərirdi”.

Hüseynqulu Sarabski ömrünün 40 ilini teatr sənətinə həsr etmişdir. O, bu illər ərzində silsilə obrazlar yaratmaqla, Azərbayan teatr səh­nə­si­ni zənginləşdirmişdir. İllər ötdükə yaranan yeni-yeni əsərlərdə ona hə­valə olunan obrazlar Hüseynqulu sənətindən doğan amillər nəticə­sin­də peşəkar bir şəkildə tamaşaçılara çatdırılırdı. Sarabski tükənməz və qeyri-adi yaradıcı potensialını genişləndirərək, Azərbaycan radio­sun­da, konsert salonlarında, mədəniyyət evlərində özünəməxsus reper­tu­arla çıxış edən klassik musiqi nömrələri ilə yaddaşlara gözəllik bəxş edirdi.

Məlum olduğu kimi sənətkarın ifaçılıq sənəti ilə yanaşı, onun təşki­lat­çılıq işləri də Azərbayan musiqi mədəniyyətinə böyük töhfələr ver­miş­dir. Belə ki, milli mədəniyyətimizin inkişafı naminə çalışan xanən­də 1932-ci ildə respublika xalq yaradıcılıq evinin yaradılmasında bö­yük rol oynamışdır. 1932-ci ildə ona respublikanın xalq artisti adı ve­ril­mişdir. Hüseynqulu Sarabski Azərbaycan Dövlət Filarmoniyasında, Ope­ra və Balet Teatrında dövrün çox görkəmli sənətkarları olan Seyid Şu­şinski, Zülfü Adıgözəlov, Yavər Kələntərli, Sürəyya Qacar kimi məş­hur müğən­nilərlə muğam və etnoqrafik konsertlərdə bir xanəndə ki­mi fəaliyyət göstərmişdir. 1934-cü ildə o, Azərbaycan Mərkəzi İc­ra­iy­yə Komitəsinin üzvü, 1938-ci ildə isə respublika Ali Sovetinin de­pu­ta­tı seçilmişdir. İctimai və səhnə fəaliyyəti onun Azərbaycan mədə­niy­yət və sənət tarixindəki rolunu vəhdət halında istiqamətlənməsinə kö­mək etmişdir.

Eyni zamanda Hüseynqulu Sarabski geniş yaradıcılıq imkanlarını or­ta­lığa qoymaqla yanaşa, pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, uzun illər Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik, Asəf Zey­nallı adına musiqi məktəbində isə vokal sinfinə başçılıq etmişdir. Hü­seynağa Hacıbababəyov, Məmmədtağı Bağırov, Əlövsət Sadıqov, Hə­qiqət Rzayeva kimi məşhur opera müğənniləri Hüseynqulu Sarab­skidən dərs almışlar. Eyni zamanda, Şövkət Ələkbərova, Sara Qədi­mo­va, Tükəzban İsmayılova onun sinfində oxumuşlar.

Bütün bunlarla yanaşı, Hüseynqulu Sarabski həm də bir çox pub­li­sis­tik əsərlərin müəllifidir. O, hələ gənc yaşlarında “Nadanlıq”, “Ax­ta­ran tapar” və “Nə tökərsən aşına, o da çıxar qaşığına” adlı üç dram əsə­­ri yazmışdır. Onun Azərbaycan musiqili teatrının tarixi haqqında “Ak­tyorun xatirələri” və doğma şəhərinin həyatına dair tarixi-etno­qra­fik materiallarla zəngin olan “Köhnə Bakı” adlı kitabları bu gün də öz ak­tuallığını itirməmişdir.

O, Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Zülfüqar Hacıbəyovla bir­likdə çiyin-çiyinə yeni musiqi tarixinin qurucularından biri idi. Azər­­baycan musiqi sənəti tarixində öz yeri olan Hüseynqulu Sarabski sənət yolunu çoxşaxəli bir tərzdə davam etdirərək, bir tərəfdən teatrda bö­yük sənət məbədində uğurlu tamaşalara imza atırdı, digər tərəfdən isə səsləndirdiyi muğamları ilə Azərbaycanın çoxəsrlik sənət nümunə­lə­­ri­ni geniş bir şəkildə xalqa təqdim edirdi. Azərbayanın muğam sə­nə­ti­nin in­kişafında və onun bir xətt üzrə dinamikliyinin qorunub saxla­nıl­ma­sın­da Hüseynqulu Sarabskinin rolu müstəsna olmuşdur. Sənətdə və səh­nədə tələbkarlığı ilə seçilən Hüseynqulu Sarabski neçə-neçə əsər­­lə­rin müəllifi olaraq öz möhürünü vurmuş və ondan sonra gələn ifa­çılar üçün bir məktəb rolunu oynamış, bu gün də yaradıcılıq nü­mu­nə­ləri öz də­yər və mahiyyətini yüksək bir səviyyədə təqdim edir.

Sənətkarın bizə gəlib çatmış nadir qrammofon vallarından bu bö­yük xalq sənətkarını, el nəğməkarını, gözəl musiqişünası və ictimai xa­­dimi, incəsənətimizin inkişafı uğrunda mübarizə aparanların ön cər­gə­sində gedən görürük, onunla fəxr edirik.

Hüseynqulu Sarabski ömrünün son günlərinədək oxuyub və Məc­nun obrazının əsl aşiqi olub. 1945-i il fevralın 2-də ömrünün son gü­nün­də aktrisa Həqiqət Rzayevanı və tarzən Qurban Pirimovu evinə də­vət edərək, onlardan xahiş edir ki, “Leyli və Məcnun”dan bir parçanı ifa etsinlər. Son dəfə “Leyli və Məcnun”dan bir parçaya qulaq asan H.Sa­rabski dünyadan Məcnun kimi köçür. Lakin o özündən sonra Azər­­­baycan səhnəsində bir çox Məcnunlara yol açdı.

Beləliklə, Şərqin ilk operasında neçə-neçə aktyor və ifaçı nəsli ye­tiş­di. Artıq 107 ildir ki, Azərbayan səhnəsi Leylilərlə, Məcnunlarla nə­fəs alır, yaşayır. Bu dövr ərzindəki Məcnun rolunda Hüseynqulu Sa­rab­ski, Sidqi Ruhulla, Hüseynağa Hacıbababəyov, Məmmədtağı Bağı­rov, Əlövsət Sadıqov, Xanlar Haqverdiyev, Şirzad Hüseynov, Əbülfət Əli­yev, Qulu Əsgərov, Bakir Haşımov, Arif Babayev, Canəli Ək­bə­rov, Baba Mah­mudoğlu (Mirzəyev), Səfa Qəhrəmanov, Alim Qa­sı­mov, Mənsum İbrahi­mov, Səbuhi İbayev və başqaları ustalıqla, özlə­ri­nə məxsus məharətlə çıxış etmişlər. Hələ bundan sonra da bu operada çox-çox Leylilər, Məcnunlar yetişəcək və bu böyük sənətkarın xatirəsi xal­qımızın arasında əbədi olaraq yaşayacaqdır.

 

İstifadə edilmiş ədəbiyyat: 

  1. Hacıbəyli Ü.Ə. Seçilmiş əsərləri. : Yazıçı, 1985.
  2. Hüseynov İ. Hüseynqulu Sarabski və Azərbaycan mədəniyyəti. // B.: “Mədəni-maarif” jurnalı, №7, 2005, s. 29
  3. Məmmədova R. Səhnəmizin Məcnunu. // “Musiqi dünyası” jurnalı, №1, 1999, s. 144
  4. Əkbərova Ş. Xalq sənətini yaşadanlar. // “Mədəni-maarif” jurnalı, №4, 2005, s.31.
  5. “Kaspi” qəzeti, 9 may 1910.
  6. http://diskoqrafiya.musigi-dunya.az

 Фехруз Мамедов

Первый исполнитель роли Меджнуна в 107- летней опере Востока

РЕЗЮМЕ

 Данная статья посвящена творчеству яркой личности ХХ века национальной музыкальной культуры Азербайджана. В статье широко освещается театральная деятельность на оперной сцене актера, режиссёра, педагога, драматурга, народного артиста Азербайджана Гусейнгулу Сарабского.

Ключевые слова: Азербайджан, Меджнун, Гусейнгулу Сарабского, актер, режиссёр, опера

 

Fehruz Mammadov

The 1st Majnun of the 107 year old opera of East

SUMMARY

The opera singer, actor, producer, teacher, theatre worker, People`s artist of Azerbaijan having his own position in the list of bright personalities of Azerbaijan National Music culture of the XX century `s reactive life is illuminated, his activity in national opera is informed in this article.

Key words: Azerbaijan, Majnun, Huseyngulu Sarabski, actor, producer, opera

 

Rəyçilər:   

professor Arif Babayev;

AMK-nın dosenti Jalə Qulamova.

Mövzuya uyğun