AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 2, 2016

Fəthi MƏHBUB

AMK-nin dissertantı

UOT 78.071.1  

ƏLİ SƏLİMİNİN MAHNI YARADICILIĞI

 

  endir

 

PDF

 

 

Xülasə: Məqalə bəstəkar Əli Səliminin həyat və yaradıcılığından bəhs edir. Mətnə “Ayrılıq”, “Sizə salam gətirmişəm”, “Dil açdı Vətən” mahnılarının notları da əlavə edilmişdir.

Açar sözlər: mahnı, muğam, məqam, Əli Səlimi

 

ali-selimiAzərbaycanın görkəmli bəstəkarı Əli Səlimi 1922-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Onun valideynləri Ərdəbil şəhərindən (Mehmandust kən­din­dən) Bakıya köçüb. Əli Səlimi tar məktəbini xalq artisti, görkəmli tarzən Əhməd Bakıxanovun sinfin­də bitirib. XX əsrin 30-cu illərinin əvvəlində Əhməd Bakıxanov bu istedadlı şagirdinin yolunu Azərbay­ca­nın orkestr və ansambllarına istiqamətləndirdi. 1938-ci ildə Əli Səliminin atası (eləcə də tarzən, Tehran radiosunun solisti Adil Axundzadə və Teh­ranın məşhur xanəndəsi Mustafa Payan) məcburiy­yət qarşısında İrana köçməli oldular. 1940-ci illərin əvvəllərində Tehranda Əli Səliminin xalq çalğı alət­ləri orkestri təşkil etməsinə, mahnılarbəstələməsinə, həmin mahnıların efirdə səsləndirməsinə dövlət səvviyyəsində şərait yaradılmışdı. Yeni yaradılmış orkstrin repertuarı bütün İran ərazisində sevilir, hər yerdə, toyda-düyündə Əli Səliminin mahnıları səslənirdi. Ölkədə fars dili hakim olduğundan rəsmi yerlərdə Azərbaycanca danışmaq yasaq edilmişdi. Ancaq Əli Səliminin bəstələdiyi mahnıların əksəriyyəti vətənpərvər ruhda yazıldığından millətindən asılı olmayaraq hər bir müğənni onları Azərbaycan dilində ifa edirdi və buna heç bir qadağa da yox idi. Beləcə, İranda Əli Səliminin şöhrəti günü-gündən artırdı. Hər yerdə onu böyük sevgi ilə qarşılayırdılar.

Əli Səlimiyə şöhrət gətirən əsərlərinin başında “Ayrılıq” mahnısı durur. Şair Fərhad İbrahimi 1956-cı ildə Əli Səlimidən vətən nisgili “Ayrılıq” şeirinə mahnı bəstələməsini xahiş edir. Əli Səlimi də bir qədər düşündükdən sonra razılaşır və beləliklə hamının dilində əzbərə çevrilən o məşhur “Ayrılıq” manısı yaranır. Onların birgə ərsəyə gətirdikləri mahnılar ilk dəfə ifa olunduqdan sonra qısa müddətdə dillər əzbəri olurdu.

“Ayrılıq” mahnısının ilk ifaçısı Əli Səliminin xanımı Fatimə Qənnadi olub. Lakin mahnıda siyasi motivlər oldugundan və senzura nəzarətindən keçmədiyindən onu efirdə səsləndirməyə icazə verilmir. Dostlarının təkidi və xahişi ilə Əli Səlimi Fərhad İbrahimiyə həmin musiqi üçün yeni mətn yazdırır. Yeni mətndə xalqın parçalanmasından deyil, sevgililərin ayrılığından söz açılır. Lakin musiqi əvvəlki ahəngdə qaldığından özünün yanıqlı, naləli və kövrəkliyini saxlayır. Beləliklə yeni mətnli “Ayrılıq” mahnısı 1958-ci ildə ilk dəfə Tehran radiosu ilə səsləndirilir.

1961-ci ilin sonu və 1962-ci ilin əvvəllərində Rəşid Behbudovun İran səfəri yaddaqalan, ma­raqlı hadisələrlə zəngin idi. Belə hadisələrdən biri İranda baş verir. İranda böyük müvəffəqiyyətlə keçən konsertlərdən birindən sonra ölməz bəstəkar Əli Səlimi Rəşid Behbudovu evinə dəvət edir. Dəvəti qəbul edən Rəşid Behbudov bəstəkarın qonağı olur. Maraqlı söhbətlər zamanı Əli Səlimi yenicə bəstələdiyi “Sizə salam gətirmişəm” mahnısını sənətkara göstərir. Rəşid müəllim mahnını çox bəyənir və tezliklə ifa edəcəyinə söz verir. Bəstəkarın həyat yoldaşı Əli Səlimiyə işarə edərək onu yan otağa çağırır. Bir qədər sonra həmin otaqdan xanımın həzin səslə, tarın müşayiəti ilə oxuduğu başqa bir mahnının səsi gəlir. Rəşid elə ilk notlardan bu mahnıya vurulur və onlara qoşulub zümzümə etməyə başlayır. Mahnı bitdikdən sonra müğənni Əli Səlimidən bunun kimin mahnısı olmasını soruşur. Əli Səlimi bildirir ki, Rəcəb İbrahimi “Ayrılıq” adlı gözəl bir şeir yazmışdı. Mən də bir neçə gün bundan əvvəl həmin şeirə mahnı bəstələdim. Rəşid müəllim bəstəkara irad tutur ki, bəs nəyə görə “Ayrılığı” mənə təklif etmirsən? Əli Səlimi cavabında izah edir ki, qorxuram “Ayrılığı” oxumağa icazə verməsinlər. Sənə də başağrısı olmasın. “Sizə salam gətirmişəm”i oxusan mənə dünyanı vermiş olarsan. Rəşid bəstəkarın da, onun xanımının da kövrəldiyini görüb qətiyyətlə bildirir ki, tezliklə hər iki mahnını mənim ifamda eşidəcəksiniz. Bakıya dönəndən sonra sevimli sənətkar həqiqətən də hər iki mahnını – “Sizə salam gətirmişəm” və “Ayrılıq” mahnılarını ifa edərək lentə yazdırır.

“Ayrılıq” mahnısını eləcə də İranlı digər məşhur müğənnilər – Ququş (Faiqə Atəşin), Dariyuş İqbali (ABŞ), Mənsur Cəfəri Mamağani, Türkiyədə Zəki Müran, Emel Sayin, Bariş Manço (1943-1999), Fatih Kısabarmaq, Müslüm Gursəs, Cavid Çavuşi, Azərbaycanın xalq artistləri Gülağa Məmmədov (1925-1994), Flora Kərimova, İrandan mühacirətə getmiş Yaqub Zurufçu, İngiltərədə Sami Yusif və başqa tanınmış müğənnilər oxuyub. Bu mahnını da ilk dəfə ustad Əli Səliminin həyat yoldaşı Fatimə Qənnadı oxumuş, demək olar ki, İranın əksər konsert salonlarında səsləndirmişdi.

2007-ci il dekabr ayının ortalarında Ərdəbil şəhərində incəsənət mərkəzi tərəfindən tədbir keçirildi. Bu tədbirdə böyük hörmətlə qarşılanan Əli Səliminin bəstələdiyi mahnılar səsləndi. Dekabrın 15-16-da görkəmli bəstəkar Əli Səliminin Ərdəbildə ata-baba yurduna həsr olunmuş ilk Azərbaycan muğam festivalı keçirildi.

Əli Səliminin “Ayrılıq”, “Elkim, günüm, Şövkətim”, “Ceyran sevgilim”, “İntizar”, “Şövkətə alqış”, “Unutma məni”, “Ağlama”, “Açıl səhər”, “Səməd xatirəsi”, “Rəhilə”, “Köçəri”, “Seçim”, “Təbriz”, “Savalan”, “Uzun çəmən”, “Lalə”, “Yaz gəlibdir”, “Səni görəndən bəri” və s. kimi 30-a yaxın ruhu oxşayan mahnıları və müxtəlif filmlərə bətələdiyi musiqilər Azərbaycan və İran sərhədlərini aşmışdır. Bu mahnıların əksəriyyətinin sözləri Rəcəb İbrahiminin, ilk ifaçısı isə Fatimə Qənnadı, Yədulla Ziyvə, İsmayil Kərimpur və başqa tanınmış müğənnilər olmuşlar. 1964-cü ildə İran radiosunun “Azərbaycan musiqi alətləri orkestri” ləğv edilsə də, Əli Səlimi fəaliyyətini dayandırmamış, bəstəkarlıqla məşğul olmuşdur.

Qeyd edək ki, Əli Səlimi Azərbaycan Bəstəkarlar İttifaqının fəxri üzvü idi.


AYRILIQ

Ustad Əli Səliminin “Ayrılıq” mahnısının ilk ifaçısı böyük musiqi ustadı Rəşid Behbudov olsa da bu mahnını həmçinin dünyaya tanıtdıran, tanınmış müğənni Ququş xanım (Faiqə Atəşin) olmuşdur.

“Ayrılıq” mahnısı 3/4 ölçüdə ol­maq­la lirik xarakterdədir. Mahnı insan­ların vətənindən didərgin düşməsindən, aşiqin məşuqından uzaqlaşmasından söz açır. “Ayrılıq” mahnısı Azərbaycan muğamlarının Ərusi (gəlini) adlanan Bayat Şiraz üstündə yazılıb. Bu mahnının sözləri 1957-ci ildə Tehran şəhərində Rəcəb İbrahimi (Fərhad) tərəfindən yazılıb. Rəcəb İbrahimi ilə Əli Səlimi musiqi sənətində ömür boyu birlikdə əməkdaşlıq eləmişdilər və 120-dən çox mahnı yazıb bəstələmişdilər.

ali-selimi2

Sağ tərəfdən: Rəcəb İbrahimi (“Ayrı­lıq”) mahnısının sozlərini yazan, oturan (Çingiz Sadıqov) və Rəşid Behbudov (İran səfəri, Rəcəb İbrahimi ayrılıq mahnısının sözlərini Rəşid Behbudova təqdim edir.) Tehran — 1973

Fikridən gecələr yata bilmirəm,

Bu fikri başımdan ata bilmirəm,

Neyləyim ki, sənə çata bilmirəm,

Nəqarət

Ayrılıq, ayrılıq, aman ayrılıq,

Hər bir dərddən olur yaman ayrılıq

Uzundur hicrindən, qara gecələr

Bilmirəm, mən gedim, hara gecələr,

Vurubdur qəlbimə yara gecəlr,

Nəqarət Yadima düşəndə ala gözlərin,

Göydə uldzlardan allam xəbərin,

Nryləyim kəsibdir məndən nəzərin,

Nəqarət

Ayrılıq dərdini çəkməyən bilməz,

Yardan ayrı düşən göz yaşın si

Deyirlər intizar xəstəsi olməz,

Nəqarət

Necə ki elimdən, ayrı düşəndə,

Sorar bir-birini, görüb biləndə,

Həsrətlə sızlayar dayim bu qəmdən

Nəqarət

Olubdur, biganə, yarım yoldaşım

Qəribə, sayılır sevgim, sirdaşım

Bu cavan çağımda ağardıb başım

Nəqarət

Məni ağladannan gülüş istərəm

ayri düşənimlə görüş istərəm

Hasarı yıxmağa yürüş istərəm

Nəqarət

Sevgilik olubdur şəni “fərhadın”

Sevgisi hardadır hanı “fərhadın”

Diyərək çıxacaq canı “fərhadən”

Nəqarət

ayrılıq

“Sizə salam gətirmişəm”

Bu mahnını da görkəmli bəstəkar ustad Əli Səlimi bəstələyib. Sözləri ustad Mahmud Dəstpişundur (Valeh). Mahnıda ustad Vətəninin şəhərlərini, təbiətini və insanların isti məhəbbətini tərənnüm edir. Bu mahnının sözləri 1975- ci ildə ustad tərəfindən yazılıb.

 “Sizə salam gətirmişəm” mahnısı Azərbaycanın kiçik muğamlarından olan “Bayatı-kürd” muğamının məqam intonasiyaları əsasında yazılıb. Mahnı 2/4 ölçüdə olmaqla marş tempindədir. “Sizə salam gətirmişəm” mahnısı “Bayatı-kürd” muğamının mayə (sol) pərdəsindən başlayaraq bütün pərdələrə, xususən “Bayat-əcəm” şöbəsinə işarə olunur.

size-salam-getirmishem

Sərin sulu bulaqlardan, bulaqlardan

Yaşıl yarpaq budaqlardan, budaqlardan

Lalə rəngli yanaqlardan bal süzülən dodaqlardan

Sizə salam, sizə salam gətirmişəm

Göy xəzərin kanarından gözəl odlar diyarından hey

Savalanın vuqarından, Koroğlunun Nigarından

Sizə salam, sizə salam gətirmişəm

Qoç Nəbinin Həcərindən, Həcərindən

Səttarxanın hünərindən- hünərindən

Dədə Qorqud şəhərindən, anamın qan ürəgindən

Sizə salam, sizə salam gətirmişəm

Qatar-Qatar durnalardan, yaşıl başlı sonalardan Hey

Atalardan-babalardan ağ birçəyli analardan

Sizə salam, sizə salam gətirmişəm.

DİL AÇDI VƏTƏN

 

“Dil açdı vətən” mahnısı (Sözləri isə Rəcəb İbra­himindir) vətənpərvərlik və vətən sevgisi ilə bağlıdır. Bu mahnı 1985-ci ildə Ərdəbilli xanəndə Bəhaəddin Xorasaninin ifasında ustad Əli Səliminin rəhbərlik et­di­yi ansamblın müşaiətilə Təbrizdə səslənmişdir. Mahnı segah məqamında yazılıb. 6/8 ölçüsündə olmaqla şən xarakterlidir. “Dil açdı vətən” mahnısı “segah” muğamının mayəsindən başlayaraq mübərriqə guşəsindən “zabul” pərdələrinin Manəndi-müxalif şöbəsinə işarə olunur.

dil-achdi-vetenYurduma gün doğdu açıldı səhər

Qaranlıq gecədən qalardı əsər

Günəşin şovqilə açıldı vətən

Qunçalandı güllər, bəzəndi çəmən.

Nə gözəldir elim, nə şirindir dilim

Doğma vətənimsən Azərbaycan mənim.

Dil açdı vətən-bəzəni çəmən-bu ana vətən

(Nəqarət)

Doğdu yaz günəşi, burda gül aşdı.

Sevinir hər tərəf, ruhlanır insan

Xəzan vurmuş bağlar oldu gülüstan

Nə gözəldir elim, nə şirindir dilim

Doğma vətənimsən Azərbatycan mənim

Nəqarət

Bülbül zəncirini qırıb həqiqət

Səadət açdı nəhayət.

Səadət qapısın açdı nəhayət

Ana yurdumuzda açdı bənövşə

Bu gündə güləcək xəlqim həmişə

Nə gözəldir elim, nə şirindir dilim

Doğma vətənimsən əziz İran mənim

Nəqarət

 

ƏDƏBİYYAT: 

  1. Kazimi L. Ustad Əli Səliminin mahnılarının məcmuəsi (1-ci cild təsniflər), Ərdəbil ətqiya 2002.
  2. Səlimi Ə.Amuzeşe tar Azərbaycani (Tar məktəbi), Azər puya nəşiriyatı, Bahar -1991.
  3. Əli Polad, Mədəniyyətlərin Beşiyi: Təbriz-İstanbul: Novruz, 2015, 864s.
  4. Nəcəfzadə A.İ. Musiqi beşiyi, Təbriz. VI fəsil Əli Polad. Mədəniyyətlərin Beşiyi: Təbriz. İstanbul: Novruz-2015. s.579-635.
  5. Əli Səliminin həyat yoldaşı Fatimə xanımın vidio vasitəsilə musahibəsi.

 

Фатхи Махбуб

 Диссертант АНК

ТВОРЧЕСТВО (ПЕСНИ) АЛИ САЛИМИ

Резюме

В статье раскрывается краткая характеристик о жизни и творчестве Али Салими, а также представлен нотный материал известных песен композитора.

Ключевые слова: песня, Ключевые слова: мугам, лад, Али Салими, жанр

 

 

Fathi Mahboub

Candidate for a degree of ANC

WORK (SONGS) OF ALİ SALİMİ

Summary

In the article, the short opens up with descriptions about the life and work of Ali Salimi, and also musical material of well-known songs of composer is presented.

Key words: song, mugham, position, Ali Salimi, genre

 

Rəyçilər:

sənətşünaslıq üzrə elmlər doktou, AMK-nın professoru Abbasqulu Nəcəfzadə

sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rafiq Musazadə

Mövzuya uyğun