AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 2, 2016

Məmmədəli MƏMMƏDOV

AMK-nın “Milli musiqi alətlərinin

 təkmilləşdirilməsi”

 elmi-tədqiqat  labaratoriyasının  rəhbəri

Bakı, Yasamal rayonu Ələsgər Ələkbərov 7

                                                           Email: mammadali.mammadov@mail.ru

UOT 781,1  

TAR ALƏTİNİN ÖLÇÜ SİSTEMLƏRİNİN  ELMİ ƏSASLARLA TƏYİN EDİLMƏSİ

 

endir

 

PDF

 

 

 

 

Xülasə: Təqdim edilən məqalədə ilk dəfə olaraq tar və onun törəmələrinin dövlət standartları — ölçüləri barədə ətraflı məlumat verilmişdir. Tar alətində ölçü sisteminin təyin olunmasının musiqi alətində səs effektinin yaxşılaşdırılmasına, kök sis­temində etibarlılığın artırılmasına, qolla çanaq arasında kövrəkliyin aradan qaldırıl­masına xidmət etməsi və bu alətdə ifa edərkən ifaçıya münbit şəraitin yaradılması kimi məsələlər öz həllini tapmışdır.

Açar sözlər: təkmilləşmə, səs effektinin yaxşılaşdırılması, əmsallar, ölçü sistemləri, iç mizrab

 

tar

Milli musiqi alətlərimizdən olan tarımızın inkişaf prosesləri tək­milləşərək günümüzə qədər gəlib çat­dı­ğı hamıya məlumdur. Bu alət xalqı­mızın istedadlı nümayəndələri tərə­fin­dən təkmilləşdi­ril­mişdir. Elmi mən­bələrdə tarın inkişafı ilə bağlı müxtəlif fikirlər mövcuddur. Tarın təkmilləşdi­rilməsi işi ilə Mirzə Sadıq Əsəd oğlu Sadıqcan, Əhmədxan Bakıxanov, Həmid Vəkilov, Mahmud Səlah kimi ustad ifaçılar məşğul ol­muşlar. Həmin proses cari vaxtda da da­vam etməkdədir. Bu baxımdan Azərbaycan Milli Konservatoriya­sı­nın “Milli musiqi alətlərinin təkmil­ləşdirilməsi elmi-tədqiqat laboratori­yası”nda bu istiqamətdə araşdırma iş­ləri məqsədyönlü şəkildə davam et­di­rilir. Bu laboratoriyada görülən işlə­rin əsas məqsədi xalq çalğı alətləri or­kestrimizdə subkontr, kontr, böyük və kiçik oktava səslərini əldə etmək, Azər­baycan xalq çalğı alətlərinin səs diapazonunu simfonik orkestrin səs diapazonu ilə bərabərləşdirməkdir. Azərbaycan milli musiqi alətlərində ifaçılığa mane olan çatışmazlıqların, alətin qolla çanaq arasındakı kövrək­li­yinin aradan qaldırılması, ifaçılıqda problem yaratmayan, mükəmməl musiqi alətlərinin yaradılmasını da bu siyahıya daxil etmək olar. Təqdim edilən məqalədə uşaq tarı, şagird tarı, orkestr tarı, bas tar və kontr tarın ölçü sistemləri təyin edilmiş, cədvəllərdə isə hissələrinin adları və ölçüləri barədə dəqiq məlumatlar verilmişdir.

Menzuradan asılı olaraq tar çanağının, qolunun və başqa ölçülərinin təyin edilməsi

Qol xərəyindən (A) çanağın arxa (B) nöqtəsinə qədər olan məsafə (şəkil 1) AB = BM + MA; BM çanaq üstü xərəkdən, çanağın arxa (B) nöqtəsinə qədər olan məsafə.

MA = 860 mm; alətin menzurası BM = 10 mm qiymətləri yerinə qoysaq alarıq: AB = 10+860; Ab = 960 mm.

Çanağın uzunluğu naməlum olduğuna görə onu X adlandıraq. Ölçüləri yerində olan professional tarlarımız üzərində aparılan elmi tədqiqat işləri nəticəsində əldə etdiyimiz nəticələrdən biri qol uzunluğunun, çanaq uzunluğuna olan nisbətidir. Bu 1,47-ə bərabərdir. Çanağın uzunluğunu 1,47 əmsalına vursaq onun qol uzunluğuna bərabər olduğunu görərik. Başqa sözlə desəkX x 1,47 = qol uzunluğu. Professional tarda çanaq uzunluğu 290 mm olarsa və onu 1,47 əmsalına vurarsaq 426,3 mm, yəni qolun uzunluğunu almış olarıq.

Qeyd etmək lazımdır ki, dünyəvi musiqi alətlərində menzuralar çox ustalıqla və elmi əsaslara söykənərək müəyyən edilmişdir. Menzuradan asılı olaraq həm yaylı, həm də mizrablı musiqi alətləri üçün (violin və gitara) simlərin quruluşu, tərkibi və diametrləri yüksək dəqiqliklə təyin edilib.

Aşağıdakı cədvəldə tar musiqi alətinin hissələrinin adları verilmişdir.

Cədvəl  1

Hissələrin adları
1 Aşıxlar (6 ədəd böyük)
2 Kəllə
3 Qol üstü xərək
4 Qol
5 Zəng sim xərəyləri
6 Kiçik çanaq
7 Böyük çanaq
8 Çanaq üstü xərək
9 Simgir
10 İç qol (çanaq içində)
11 Çanaq üstü pərdə (dəri)
12 Qol üstü pərdə (not pərdələri 22 ədəd)
13 Kiçik aşıxlar (3 ədəd)
14 Simlər (11 ədəd)
15 İç mizrab
16 Kökləyici çubuq

Məsləhətçilər:

Musa Yaqubov (usta), Məzahir Həsənov (usta), Möhlət Müslümov (müəllim), Ağasəlim Ab­dullayev (müəllim), Mahmud Əliyev (müəllim), Rafiq Musazadə (müəllim), Ramiz Quliyev (müəllim), Elçin Nağıyev.

Tar musiqi aləti ailəsini yaradarkən dünyəvi menzura və sim diametrlərinin ölçü sistemindən istifadə etməyin lazım olduğunu bildirmək istərdik. Menzuranı professional tarda sim diametrlərini sabit, yəni olduğu kimi saxlayırıq. Professional tarda əmsallar aşağıdakı qayda ilə təyin etmişik.

  1. Qol uzunluğunun çanağa olan nisbəti; 2. Çanaq uzunluğunun böyük çanaq uzunluğuna olan nisbəti; 3. Çanaq uzunluğu ilə böyük çanaq uzunluğu kiçik çanaq uzunluğuna bərabərdir; 4. Çanaq uzunluğunun çanaq hündürlüyünə olan nisbəti; 5. Çanaq uzunluğunun böyük çanaq eninə olan nisbəti; 6. Çanaq uzunluğunun kiçik çanaq eninə olan nisbəti.

tar

Şəkil 2

Bu əmsalların əcdadlarımızdan bizə yadigar qaldığını bildirmək istəyirik.

Təqdim etdiyimiz məqalədə tar musiqi alətinin ölçüləri və əmsallarından ibarət cədvəllər göstərilmişdir. Tədqiqatlar apararkən laboratoriyada 12 tarın ölçüsünü qeydə almışıq. Onu da nəzərinizə çatdıraq ki, həmin tarlar respublikanın ən görkəmli tarzənlərinə və peşəkar ustalarına məxsusdur. Bu tarlar Tarzən Hacı Məmmədov, Ağasəlim Abdullayev, Möhlət Müslümov, Firuz Əliyev, Rafiq Musazadə, Ramiz Quliyev, Mahmud Əliyev, Usta Aydın (Balakəndli), Usta Musa Yaqubov, Usta Pənah Qurbanov (kimya üzrə elmlər doktoru), Usta Məzahir Həsənov, Tarzən Ələkbər Ələkbərov kimi sənətkarların musiqi alətləridir. Həmin tarların ölçülərini əldə etdikdən sonra yekun orta məxrəcə gəlmək mümkün oldu.


Şəkil 3

tar

Professional tar

 

Professional tarın ölçü cədvəli (orkestr tarı)

Cədvəl  2

Alətin hissələrinin adları Hissələrin ölçüləri
1 Çanağın uzunluğu (ağız hissədə) 290×1,47
2 Qolun uzunluğu (çanaqdan qol xərəyinə) 426,3mm=426 mm
3 Menzura (xərəkdən xərəyə) 6,66 mm
4 Böyük çanağın uzunluğu (ağız hissə) 185 mm
5 Böyük çanağın ağız hissəsinin eni 150 mm
6 Böyük çanağın eni 205 mm
7 Kiçik çanağın 180 mm
8 Kiçik çanağın uzunluğu 105 mm
9 Kiçik çanağın eni 133 mm
10 Çanağın hündürlüyü 160 mm
11 Kəllənin uzunluğu 110 mm
12 Kəllənin eni 32mm
13 Kəllənin hündürlüyü 86 mm
14 Qolun çanaq hissəsində eni 45 mm
15 Qolun çanaq hissəsində hündürlüyü 42 mm
16 Qolun kəllə hissəində eni 34 mm
17 Qolun kəllə hissəsində hündürlüyü 28 mm
18 Aşıxların dəstəyində diametri 31 mm
19 Aşıxların konusunun diametri 10-9 mm
20 Kiçik aşıxların konusu 8,5-7,5mm

Şəkil 4

Professional tarın çertyoju

 tar

 

Professional tarda əldə etdiyimiz ölçülərdən istifadə edərək əmsalları əldə etmişik. Aşağıdakı cədvəldə bunu görmək mümkündür.

Cədvəl  3

Hissələrin nisbətləri Əmsallar
1 Qol uzunluğunun çanaq uzunluğuna olan nisbəti 1,47
2 Çanaq uzunluğunun, böyük çanaq uzunluğuna olan nisbəti 1,567
3 Çanaq uzunluğunun böyük çanaq eninə olan nisbəti (ağız eni) 1,933
4 Çanaq uzunluğu – böyük çanaq uzunluğu = kiçik çanaq uzunluğu 290-185=105 mm
5 Çanaq uzunluğunun kiçik çanaq eninə olan nisbəti (ağız eni) 2,18
6 Çanaq uzunluğunun çanaq hündürlüyünə olan nisbəti 1,81
7 Böyük çanağın en əmsalı 1,41
   8 Kiçik  çanağın en əmsalı 1,61

 

Bu əmsalları əldə etdikdən sonra menzura və sim diametrlərindən istifadə edərək tar ailəsini yarada bilərik. Tar Ailəsinə daxildir: Bas tar, Kontr tar, Elektro akkord tar.Ölçüsünə görə isə tarın üç növü vardır, bunlar 4/4 tar (professional tar), 3/4 tar (12-15 yaş arası şagirdlər üçün nəzərdə tutulmuşdur), 1/2 tar (9-12 yaş arası şagirdlər üçün nəzərdə tutulmuşdur).

Şəkil 5

tar

  1. Çanaq uzunluğu, 2. Qol uzunluğu, 3. Böyük çanağın uzunluğu, 4. Böyük çanağın eni, 5.Kiçik çanağın uzunluğu, 6.Kiçik çanağın eni, 7. Menzura, 8. Çanaq hündürlüyü, 9. Böyük çanağın gövdə hissəsinin eni, 10. Kiçik çanağın gövdə hissəsinin eni.

Şəkil 6

tar

1/2 tar

 

1/2  tarın ölçüləri

Сədvəl  4

1 Çanağın uzunluğu 241,7mm
2 Qolun uzunluğu 355,3 mm
3 Menzura 560 mm
4 Böyük çanağın uzunluğu 154,2 mm
5 Böyük çanağın eni 125 mm
6 Kiçik çanağın uzunluğu 87,5
7 Kiçik çanağın eni 110,9 mm
8 Çanağın hündürlüyü 133,5 mm
9 Kəllənin uzunluğu 105 mm
10 Kəllənin eni 26 mm
11 Kəllənin hündürlüyü 82 mm
12 Qolun çanaq hissəsində eni 39 mm
13 Qolun çanaq hissəsində hündürlüyü 38 mm
14 Qolun kəllə hissəsində eni 30 mm
15 Qolun kəllə hissəsində hündürlüyü 27 mm
16 Aşıxların dəstəyinin diametri 26 mm
17 Aşıxların konusunun diametri 9-8 mm
18 Kiçik aşıxların konusu 8,5 -7,5 mm

 

Şəkil 7

1/2  tarının çertyoju

tar

Şəkil 8

tar

3/4  tar

 

3/4 tarın ölçüləri

Сədvəl 5

1 Çanağın uzunluğu 259,1
2 Qolun uzunluğu 380,9
3 Menzura 600
4 Böyük çanağın uzunluğu 165,3
5 Böyük çanağın eni 134,0
6 Kiçik çanağın uzunluğu 93,8
7 Kiçik çanağın eni 118,8
8 Çanağın hündürlüyü 143,15
9 Kəllənin uzunluğu 110
10 Kəllənin eni 30
11 Kəllənin hündürlüyü 85 mm
12 Qolun çanaq hissəsində eni 41
13 Qolun çanaq hissəsində hündürlüyü 40
14 Qolun kəllə hissəsində eni 32,0
15 Qolun kəllə hissəsində hündürlüyü 28 mm
16 Aşıxların dəstəyinin diametri 28 mm
17 Aşıxların konusunun diametri 10,9
18 Kiçik aşıxın konusu 8,5-7,5 mm

Şəkil 9

3/4 tarın çertyoju

tar

Şəkil 10

tar

Bas tar

Bas tarın ölçüləri

Çanaq + qol uzunluğu = menzura + 80 mm = 710+80 = 790 mm.

Çanağın uzunluğunu tapaq: X = 790 x ×1,47; X + X ×1.47= 790 mm; 2,47 × X = 790 mm;  = 319, 84 mm.

Çanağın uzunluğu = 319,84 mm. Qolun uzunluğu = X × 1.47; X =319.84 deməli 319.84 ×1.47 = 170.16 mm. Qol uzunluğu – 470.16 mm. Qol və çanağın uzunluğu təyin edildikdən sonra əmsallara əsasən qalan ölçüləri tapa bilərik.

 

Bas tarın hissələrinin adları

  1. Aşıxlar (4 ədəd); 2. Kəllə; 3. Qolüstü xərək; 4. Qol; 5. Simlər; 6. Kiçik çanaq; 7. Böyük çanaq; 8. Çanaqüstü xərək; 9. Kökləyici çubuq; 10. İç qol; 11. Çanaq üstü pərdə; 12. Qol üstü pərdə; 13. İç mizrab

 

Bas tarın ölçü cədvəli

Cədvəl 6

1 Çanağın uzunluğu 319.84
2 Qolun uzunluğu 470.16
3 Menzura 710 mm
4 Böyük çanağın uzunluğu 204.1
5 Böyük çanağın eni 165.46
6 Kiçik çanağın uzunluğu 115.74
7 Kiçik çanağın eni 146.71
8 Çanağın hündürlüyü 176.7
9 Kəllənin uzunluğu 130 mm
10 Kəllənin eni 40 mm
11 Kəllənin hündürlüyü 70 mm
12 Qolun çanaq hissəsində eni 45 mm
13 Qolun çanq hissəsində hündürlüyü 42 mm
14 Qolun kəllə hissəsində eni 35 mm
15 Qolun kəllə hissəsində hündürlüyü 30 mm
16 Aşıxların dəstəyinin diametri 33 mm
17 Aşıxların konusunun diametri 10.5 — 9.5 mm

Şəkil 11

Bas tarın çertyoju

tar

Şəkil 12

tar

Kontr tar

Kontr tarın ölçüləri

Çanaq + qol uzunluğu = menzura + 100 mm; menzura = 860 mm. Çanaq uzunluğu + qol uzunluğu = 860 + 100 = 960; çanaq uzunluğu X olarsa X = 960 – X × 1.47; X + X × 1.47 = 960 mm; X × 2.47 = 960;  = 388.66 mm qolun uzunluğu = 388.66× 1.47 = 571.33.

Qolla çanaq uzunluğunu təyin etdikdən sonra, kontr tarın qalan ölçülərini müəyyənləşdirə bilərik.

Сədvəl № 7

1 Çanaq uzunluğu 388.66 mm
2 Qolun uzunluğu 571.33 mm
3 Menzura 860 mm
4 Böyük çanağın uzunluğu 248.03
5 Böyük çanağın eni 201.06
6 Kiçik çanağın uzunluğu 140.63
7 Kiçik çanağın eni 178.28
8 Çanağın hündürlüyü 214.73
9 Kəllənin uzunluğu 150 mm
10 Kəllənin eni 44 mm
11 Kəllənin hündürlüyü 115 mm
12 Qolun çanaq hissəsində eni 50 mm
13 Qolun çanaq hissəsində hündürlüyü 50 mm
14 Qolun kəllə hissəsində eni 42 mm
15 Qolun kəllə hissəsində hündürlüyü 32 mm
16 Mexaniki aşıxlar (bas gitara) 4 ədəd
17 Böyük çanağın eni 275,6
18 Kiçik çanağın eni 241,4

Şəkil 13

Kontr tarın çertyoju

tar 

 

 Şəkil 14

tar

Elektro akkord tar

 

Alətin texniki xüsusiyyətləri aşağıdakı kimidir: “Elektro akkord tar” kəllədən, 6  ədəd böyük aşıxdan, qolüstü xərəkdən, qoldan, 6 simdən, kiçik və böyük çanaqlardan, çanaqüstü xərəkdən, simgirdən, çanaq içində olan iç qoldan, çanaqüstü pərdədən, 18 not pərdəsindən, iç mizrabdan və kökləyici çubuqdan ibarətdir. Bu alətin səs diapazonu 4 oktavaya bərabərdir. “Elektro akkord tar”ın çanağı tut, qolu, aşıxları və kəlləsi qoz ağacından hazırlanmışdır. Kəllə üstü, çanaq üstü xərək və mizrab isə ebanitdəndir. Çanaq üzlüyü dana ürəyinin pərdəsindən, qol üstü xərək isə sümükdən hazırlanıb. “Elektro akkord tar”ın simlərinin diametri aşağıdakı kimidir. Birinci simin diametri — 0,23 mm, ikinci sim- 0,33 mm, üçüncü sim — 0,48 mm, dördüncü sim — 0,69mm, beşinci sim – 1,02 mm, altıncı simin diametri isə — 1,10 mm-ə bərabərdir. “Elektro akkord tar”a aid ölçülər aşağıdakı cədvəldə öz əksini tapmışdır.


Şəkil 15

Elektro akkord tarın çertyoju

 tar

Cədvəl  8

  Alətin hissələrinin adları Hissələrin ölçüləri
1 Çanağın ölçüləri 290 mm
2 Qolun uzunluğu 426,3 mm
3 Menzura 666,3 mm
4 Böyük çanağın uzunluğu 185 mm
5 Böyük çanağın eni 150 mm
6 Kiçik çanağın uzunluğu 105 mm
7 Kiçikn çanağın eni 133 mm
8 Çanağın hündürlüyü 160 mm
9 Kəllənin uzunluğu 110 mm
10 Kəllənin eni 32 mm
11 Kəllənin hündürlüyü 86 mm
12 Qolun çanaq hissəsində eni 52,5 mm
13 Qolun çanaq hissəsində hündürlüyü 40 mm
14 Qolun kəllə hissəsində eni 42,8 mm
15 Qolun kəllə hissəsində hündürlüyü 27 mm
16 Aşıxların dəstəyində diametri 31 mm
17 Aşıxların konusunun diametri 10-9 mm

 

Görülən işlərin nəticəsində ilk dəfə olaraq Azərbaycan milli musiqi aləti tar və onun törəmələrinin (uşaq tarı, şagird tarı, professional tar, bas tar, kontr tar, elektro akkord tar) dövlət standartları — ölçüləri əldə edilmişdir. Ölçü sisteminin təyin olunması musiqi alətində səs effektinin yaxşılaşdırılmasına, kök sistemində etibarlılığın artırılmasına, qolla çanaq arasında kövrəkliyin aradan qaldırılmasına xidmət edir, ifaçı üçün ifa zamanı münbit şərait yaradır.

 

ƏDƏBİYYAT: 

  1. Anatolluoğlu A.A. Tarla bağlı təkmilləşmələr //“Qobustan jurnalı. № 1/ 2012. s. 78-82.
  2. Əbdülqasımov V.Ə. Böyük tarzən Mirzə Sadıq Əsəd oğlunun tar islahatları // “Musiqi dünyası jurnalı. № 1-2/2001. S. 102-105.
  3. Kərimi S.Ə., Abdullayev A.S., Məmmədov M.M. Tar çanağında konstruktiv dəyişikliklər etməklə səs effektinin yaxşılaşdırılması. //“Konservatoriya jurnalı, № 3 (17) 2012. s. 62-65.
  4. Kərimi S.Ə., Məmmədov M.M. Musiqi alətlərimizin təkmilləşdirilməsində texniki elmlərdən istifadə qaydaları // “Konservatoriya jurnalı, № 2 (24) 2014. s. 12-18.
  5. Köçərli İ.T. Böyük tarzən Mirzə Sadıq Əsədoğlunun yaratdığı Azərbaycan tarı // “Musiqi dünyası jurnalı. 3/56 2013. s. 85-87.

 

Маммедали Мамедов

Научный руководитель лаборатории

“Совершенствование национальных

музыкальных инструментов”

ОПРЕДЕЛЕНИЕ СИСТЕМЫ ИЗМЕРЕНИЯ МУЗЫКАЛЬНОГО

ИНСТРУМЕНТА ТАР НА ОСНОВЕ ТЕХНИЧЕСКИХ НАУК

Резюме

В данной статье впервые представлены государственные стандарты – размеры музыкаль­ного инструмента тар и его разновидностей. Были решены следующие вопросы: определение изме-рительной системы инструмента, улучшение звуковых эффектов, улучшения надеж-ности настройки, ликвидация ломкости  между основанием (чанаг) и рукояткой (гол), соз­дание благо-приятных условий во время исполнения.

Ключевые слова: улучшение, звуковые эффекты, улучшение соотношения, измерительные системы, внутренний «мизраб»

 

 

Memmedeli Mammedov

Head of scientific laboratory

“Improvement of national musical instruments”

DEFINITIONS OF SYSTEM OF MEASUREMENT OF  THE  MUSICAL INSTRUMENT TAR ON THE BASIS OF TECHNICAL SCIENCE

Summary

The article discusses the national standards, sizes of the musical instrument, the tar and its varieties. The following questions were decided: determination of the measuring system of instrument, improvement of sound effects, improvement of reliability of the settings, liquidation of fragility between foundation (chanag) and handle (goal), creation of favorable terms during execution.

Key words: improvement, sound-effects, improvement of relation, measuring systems, internal “mizrab”

 

Rəyçilər:

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Hüseynova

sənətşünaslıq üzrə elmlər doktoru, professor Ülkər Əliyeva

 

Mövzuya uyğun