Təkmilləşmiş qolça qopuz və yaylı qopuz
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 4, 2016
AMK-nın “Milli musiqi alətlərinin təkmilləşdirilməsi”
elmi-tədqiqat laboratoriyasının rəhbəri
Ünvan: Bakı Yasamal rayonu Ələsgər Ələkbərov 7
Email: mamadali.mammadov@mail.ru
UOT: 78.087.1
TƏKMİLLƏŞMİŞ QOLÇA QOPUZ VƏ YAYLI QOPUZ
Xülasə: Təqdim olunan məqalədə təkmilləşmiş qolça qopuz və yaylı qopuz adlı musiqi alətlərindən bəhs edilir. İlk dəfə olaraq bu alətlərin ölçü sistemləri, sxemləri göstərilir.
Açar sözlər: qolça qopuz, yaylı qopuz, təkmilləşmə, rezonator, iç mizrab
Azərbaycan xalqının ən qədim musiqi alətlərindən biri də “qolça qopuz”dur. Qədim dastanlarımızda və klassiklərimizin şeirlərində qopuz alətinin adına çox rast gəlirik. Tədqiqatçılar qopuzu türklərin ən qədim mizrabla çalınan musiqi alətləri sı-rasına daxil edirlər (2, s. 17). Bu alət ilk dəfə olaraq 1999-cu ildə bərpaçı-alim Məcnun Kərimov tərəfindən bərpa edilmişdir. Sonradan musiqi alətləri hazırlayan ustalarımız da bu qopuzu təkmilləşdirməyə təşəbbüs göstərmişlər. Bizi qolça qopuzu hazırlamağa sövq edən əsas məsələ alətin fiziki parametrlərinin, yəni həndəsi ölçü sistemlərinin ustalarımız tərəfindən düzgün təyin edilməməsi olmuşdur. Beləliklə, 2011-2012-ci illərdə AMK-nın “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasında tərəfimizdən qolça qopuz və yaylı qopuz musiqi alətləri hazırlanmışdır.
Şəkil 1
Alətlərin cizgi layihəsini nəzərdən keçirək. Bu alət 4 simdən və 4 aşıxdan ibarətdir. Yaylı qopuzun çanaq ölçüləri qolça qopuzun çanaq ölçüləri ilə eynilik təş-kil edir. Üz dekası qoz ağacından, çanaq özü isə tut ağacından hazırlanmışdır. Alətin ölçüləri cizgi 1-də verilmişdir. Səs diapazonu 2,5 oktavaya yaxındır. Alət kamança kökünə uyğun olaraq köklənir (1-ci sim fortepianoya 2-ci oktava fa diyez (fis2); 2-ci sim 1-ci oktava si (h1); 3-cü sim 1-ci oktava fa diyez (fis1); 4-cü sim kiçik oktava si (h). Lakin hərdən skripkaya uyğun I-III tellər mi, II-IV tellər isə lya kimi də köklənir.
Cizgi 1
Çanaq oyma üsulu ilə hazırlanır. Çanağın arxa hissəsinin eni 105 mm, gövdənin eni 210 mm, çanaq uzunluğu 400 mm, qol uzunluğu 290 mm-dir. Alətin hündürlüyü 120 mm, arxa hissəsinin hündürlüyü isə 53 mm-ə bərabərdir. Alətin üst hissəsi dəzgahda yonulur, iç hissəsi isə ovmaq üsulu ilə hazırlanır. Professor Ab-basqulu Nəcəfzadənin elmi-tədqiqat işlərində tərəfimizdən hazırlanmış qolça qopu-zun forması daha məqsədəuyğun hesab edilmişdir.
Qolça qopuzun və yaylı qopuzun səs effektini yaxşılaşdırmaq məqsədi ilə çanaq içərisinə rezonator yerləşdirilmişdir (Bax: cizgi 2).
Cizgi 2
Rezonator hissələrinin adı:
- .Deka
- Xərək
- Gövdə
- Rezonator
- İç mizrab
- Xərəkaltı dayaq
Təkmilləşmiş qopuz
Şəkil 2
Bu alətin səsi saz alətinin səsinə daha yaxındır. Fikrimizcə, qopuz sazın ulu babası olduğundan bəzi əlamətləri özündə saxlamalı idi. Çünki hər bir musiqi alətinin özünəməxsus səs tembri var. Musiqi alətlərimizi təkmilləşdirdiyimiz zaman həmin tembrlərin qorunub saxlanmasına böyük əhəmiyyət verməliyik. Təkmilləşmiş qolça qopuzda daha effektli səs almaq üçün, onu hazırlayarkən çanağın içərisində xə-rəyin altından rezonatorlar yerləşdirmişik. Bu yolla təkmilləşdirdiyimiz qolça qopuzda daha mükəmməl səslənmənin əldə edilməsinə nail oluruq.
Üz dekada xərəyin arxasından dekanı 2 yerə bölürük və xərəyin alt hissəsinə, çanaq içərisindən rezonator yerləşdiririk (Bax: cizgi 2).
Cizgi 2
Rezonatorun xərəyin altından qoyulması I cizgidə göstərilmişdir. Görülən işlərin nəticəsində alətlərin hər ikisi ifa üçün tam yararlı vəziyyətə gətirilmişdir.
Onu da qeyd edək ki, “Təkmilləşmiş qolça qopuz” Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin “Xalq çalğı alətləri” sərgi salonunda nümayiş etdirilir. Bu alətləri AMK-nın “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasında təcrübəli ifaçılarımız sınaqdan keçirmişlər. Respublikanın xalq artisti Munis Şərifov yaylı qopuzda, əməkdar artist Həsənağa Sadıqov və aşıq Elçin Rəşidoğlu qolça qopuzda ifa etmişlər.
ƏDƏBIYYAT:
1.Kərim M.T. Azərbaycan musiqi alətləri. B.: Yeni nəsil, 2009,183 s.
2.Nəcəfzadə A.İ. Çalğı alətlərimiz. B.: Min bir mahnı, 2004, 128 s.
SAYTOQRAFİYA:
- Minilliklərin tarixini yaşadan qopuz… ATV-nin “Əcdadlarımızın and yeri” verilişindən URL:https://www.youtube.com/watch?v=RV1Kt0BgCnM
- İTV-nin “Yurd yeri” verilişlərindən: Golca Gopuz 09.11.2013 URL:https://www.youtube.com/watch?v=K6Mg14WeEtM
Руководитель научной лаборатории
“Усовершенствование национальных музыкальных инструментов» АНК
УСОВЕРШЕНСТВОВАННЫЙ ГОЛЧА ГОПУЗ И ЯЙЛЫ (СМЫЧКОВЫЙ) ГОПУЗ
Резюме: Статья посвящена музыкальным инструментам голча гопуз и яйлы гопуз. Впервые дается информация о системах измерения и представляются схемы данных инструментов.
Ключевые слова: голча гопуз, яйлы гопуз, усовершенствование, резонатор, внутренний мизраб
Head of scientific laboratory
“Improvement of national musical instruments”
IMPROVED GOLCHA QOBUZ AND SPRING GOBUZ
Summary: The given article deals musical instruments golcha gobuz and yayli gobuz. For the first time is given information about measuring and schemeof these instruments.
Key words: golcha gobuz, yayli gobuz, improved, resonator, internal mizrab
Rəyçilər:
sənətşünaslıq üzrə elmlər doktoru, professor Ülkər Əliyeva
sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMK-nın professoru Lalə Hüseynova